Etiam innocentes cogit mentiri dolor - Ağrı günahsızları da yalan danışmağa məcbur edir (Publiy)

Səsvermə

"Eurovision 2012" Bakıda keçirilməsinin dövlət üçün nəticələri?
 
Yönəldici
Mesaj
  • Cache cleaned
De Jure portal
ABA CEELI-nin Bakı ofisi vəkillər ve digər praktik hüquqşunaslar üçün - Məişət zorakılığına qarşı mübarizə mövzusunda Təlim təşkil edəcək

Təlim 28 May 2012-ci il tarixdə saat 10:00-dan 17:00-dək ABA CEELI-nin Bakı ofisində keçiriləcək (unvan: Beşir Seferoglu küçesi 133, SAT Plaza, 4-cu mertebe). 

Tədbiri Azerbaycan Respublikasıi Vəkillər Kollegiyasinin üzvləri Sevinc Aliyeva ve Şəfa Camalzade və hüquq üzrə fəlsəfə doktoru Parvana Bayramova aparacaqlar. 

25-30 hüquqşunasin iştiraki nəzərdə tutulan Təlimdə iştirakçilar Məişət zorakılığınin qarşısinin alinmasi ilə bağlı olkədaxili qanunvericilikle yaxin taniş olacaq, bu sahədə Avropa Insan Hüquqlari Məhkəməsinin presedent hüququ barede ətrafli məlumat əldə edəcək, o cümlədən Məişət zorakılığına qarşı mübarizəni beynəlxalq hüquq kontekstində nəzərdən keçirecəklər. 

Təlimi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq. 

Təlimdə iştirak üçün CV-nizi 24 May saat 18:00-dək elektron poçtla ABA CEELI-nin Bakı ofisinə göndərə bilərsiniz. (əlaqə:  Этот e-mail адрес защищен от спам-ботов, для его просмотра у Вас должен быть включен Javascript

Təlimə seçilən iştirakçilarin siyahisi Mayin 25-de e-mail vasitesilə açiqlanacaq. 

Qeyd: AR Vəkillər Kollegiyasi üzvlərinin CV teqdim etmesine ehtiyac yoxdur.

 
Azərbaycanda gənc oğlan özünə qəsd etdi
Azərbaycanın Siyəzən rayonunda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, Siyəzən şəhər sakini, 1983-cü il təvəllüdlüElsəvər Qasım oğlu Qasımov sirkə içərək intihar edib. 

O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Zərərçəkən şəxsə tibb mərkəzində qida borusunun və mədənin yanığı diaqnozu qoyulub.

E.Qasımov ilkin tibbi yardımdan sonra Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb, lakin orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
 
Jurnalistlərə vəkilləri ilə görüşməyə imkan verilmir
Media Hüququ İnstitutu 1 saylı İstintaq Təcridxanasında saxlanan jurnalistlər - “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyevin vəkilləri Rəşid Hacılı ilə görüşməsinə şərait yaradılmamasını pisləyir, jurnalistlərin, eləcə də onun vəkilinin hüquqlarının pozulmasının qarşısının alınmasını, müdafiə hüququnun səmərəli həyata keçirilə bilməsi üçün normal şərait yaradılmasını tələb edir.
Sərt siyasi tənqidləri ilə seçilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 28 oktyabr 2011-ci il tarixdə həbs olunub. Millət vəkili Gülər Əhmədovanın şikayəti əsasında rüşvət alma əməlinə görə həbs olunan jurnalist artıq altıncı aydır ki, istintaq təcridxanasında saxlanılır. Regional “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev isə həmin telekanalın icraçı direktoru Vüqar Qonaqovla birgə 13 mart 2012-ci il tarixdə saxlanılıb. 2 həftədən çox qanunsuz olaraq DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi binasının zirzəmisində tutulan jurnalistlər sonradan Penitensiar Xidmətin 1 Saylı İstintaq Təcridxanasına köçürülüblər. Onlar ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və vəzifə səlahiyyətlərini aşma cinayətində təqsirləndirilirlər. Hər 3 jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Rəşid Hacılı aprel ayında təcridxanada bir neçə dəfə jurnalistlərlə görüşüb. Ancaq aprelin 28-də vəkilin Əvəz Zeynallı və Zaur Quliyevlə görüşünə imkan verilməyib. Təcridxana rəhbərliyində görüşə şərait yaradılmamasını prokurorluğunun “xüsusi göstərişi” ilə izah ediblər.
Media Hüququ İnstitutu təqsirləndirilən şəxslərin vəkilləri ilə görüşməsinə imkan verilməməsinin çox ciddi qanun pozuntusu olduğunu yada salır. Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi görüşlərin sayına və müddətinə heç bir məhdudlaşdırma qoymadan vəkillərə müdafiə etdikləri şəxslərlə təklikdə görüşmək, konfidensial ünsiyyət qurmaq hüququ verir. Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına görə, hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə görüş verilməlidir. Bu görüşlərin sayı və müddəti məhdudlaşdırılmamalıdır. Şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etmiş vəkillərin cəzaçəkmə müəssisəsinə daxil olması, müvəkkillləri ilə görüşü təmin olunmalıdır.
MHİ jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Rəşid Hacılının müvəkkilləri ilə görüşməsinə imkan verilməməsindən hədsiz narahat olduğunu vurğulayır. Hüquqi yardıma, məsləhətə ehtiyacı olan jurnalistlərin vəkilləri ilə görüşməsinə imkan verilməməsi onların səmərəli müdafiə hüququna ciddi müdaxilə təşkil edir. Media Hüququ İnstitutu əlaqəli hüquq mühafizə qurumlarını jurnalistlərin vəkilləri ilə görüşməsinə şərait yaratmağa, jurnalistin hüquqlarının təmin olunması üçün təcili addımlar atmağa çağırır.
 

Xəbərlər

  • 1
  • 2
  • 3
  • 4
  • 5

Yeni normativ aktlar

  • 1
  • 2
  • 3
  • 4
  • 5

Hüquqi məsləhətxana (qeydiyyatdan keçənlər üçün)

Valyuta çevirən

Məbləğ: 

yuxardan-aşağıya

  
European Lawyers, Solicitors and Law Firms based in Europe
Axtaran tapar
Баннер
Баннер