Kazuslar

Aydın azyaşlı uşaqları ilə amansız davrandığına və psixi təzyiq altında saxladığına, onların tərbiyəsi ilə məşğul olmadığına görə valideynlik hüququndan məhrum edilmişdir. Onun azyaşlı uşaqları müəyyən olunmuş qaydada Həsən tərəfindən övladlığa götürülmüşdür. Lakin sonradan Aydının həyat tərzi, əxlaqı, uşaqlara münasibəti müsbət mənada dəyişmişdir.

Sərxoş vəziyyətdə odlu silahla üç nəfər şəxsi qəsdən öldürməkdə təqsirləndirilən şəxs olan Azərin barəsində cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək cinayət işi aidiyyəti üzrə baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir.

Bəxtiqarayev öz kabinetində Doğruyanzadə tərəfindən öldürülmüşdür. Müəyyən müddətdən sonra Bəxtiqarayevi öldürmək məqsədilə onun kabinetinə Dimdikli daxil olur. Bəxtiqarayevin ölümü barədə Dimdiklinin xəbəri yoxdur. Dimdikli artıq ölmüş Bəxtiqarayevin boğaz nayihəsinə bir-neçə dəfə biçaq vurur və cinayət yerindən qaçır. Dimdikli fikirləşir ki, Bəxtiqarayevi o öldürüb.

Kiçik bir supermarketin sahibi olan Əhməd tərəvəz topdansatışı ilə məşğul olan Xəlillə müqavilə bağlayarkən səhvən 41 banka tutma xiyar əvəzinə, 140 banka tutma xiyar alması barədə yazılı müqaviləni imzalayır. О dərhal öz səhvini başa düşür, lakin əlverişli alqı-satqı qiymətini nəzərə alaraq, müqaviləni icra edir.

İkinci qrup əlil Əmrah qəsdən adam öldürməkdə şübhələndirildiyinə görə tuturlar. O, dindirilərkən müstəntiqə hüquqlarını özü müdafiə edə bilməyəcəyini və müdafiəçinin xidmətinə ehtiyacı olduğunu bildirir.

Soltan işə qəbul edilərkən müəssisənin rəhbərliyi ilə bağladığı əmək müqaviləsində tam maddi məsuliyyət daşıması nəzərdə tutulmamışdır. O, işlədiyi dəzgahı təyinatına uyğun istifadə etmədiyinə görə təsadüfən dəzgah yararsız hala düşmüş və nəticədə müəssisəyə 1250 manat məbləğində ziyan dəymişdir.

Aydın azyaşlı uşaqları ilə amansız davrandığına və psixi təzyiq altında saxladığına, onların tərbiyəsi ilə məşğul olmadığına görə valideynlik hüququndan məhrum edilmişdir. Onun azyaşlı uşaqları müəyyən olunmuş qaydada Həsən tərəfindən övladlığa götürülmüşdür. Lakin sonradan Aydının həyat tərzi, əxlaqı, uşaqlara münasibəti müsbət mənada dəyişmişdir.

Cəmilə qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilir. Təqsirləndirilənin vəkili onun himayəsində 6 yaşlı uşağının olmasını əsas gətirərək, uşaq səkkiz yaşına çatanadək təyin olunmuş cəzanın təxirə salınması barədə vəsatət qaldırır və zərərçəkmiş həmin vəsatəti müdafiə edir.

Apellyasiya məhkəməsi Qabili böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirli bilib. himayəsində 2 azyaşlı uşağı olmasını nəzərə alaraq, ona bir ay müddətində islah işləri cəzası müəyyən edir. Zərər çəkmiş şəxsin müdafiəçisi apellyasiya məhkəməsinin çıxardığı qərarla razılaşmayaraq, həmin qərardan şikayət verir.

Samirənin köməksiz vəziyyətindən istifadə edərək, onu zorlayan Tələtin barəsində zərərçəkmiş şəxsin ərizəsinə əsasən cinayət işi başlanır və onun barəsində həbs qətimkan tədbiri seçilir. İşə məhkəmədə baxılarkən müdafiəçisinin köməyi ilə Samirə ilə nikahlarını qeydə aldırır.

Ağır cinayət törədən Fərman istintaq zamanı cinayət təqibi orqanı ilə əməkdaşlıq etmir, onunla birlikdə cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin adlarmı demək istəmir və təqsirini etiraf etmir.

Şamil sərxoş halda Zəhranı zorladığına görə barəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Sahib 14 yaşına çatmamış Səbinənin razılığı ilə uzun müddət sonuncuya qarşı əxlaqsız hərəkətlər etdikdən sonra Səbinəni zorladığına görə ona qarşı CM-nin müvafiq maddəsi ilə ittiham irəli sürülmüşdür.

Yetkinlik yaşına çatmamış Sahib məktəb yoldaşı Asifə qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirir. Məhkəmə onu CM-nin 128-ci maddəsi ilə təqsirli bilməklə, şərti maliyyə vahidi məbləğinin 200 misli miqdarında cərimə cəzasına məhkum edərək, işin obyektiv hallarını və onun şəxsiyyətini nəzərə almaqla, həmin cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edir.

1932-ci ildə Maykl adlı məşuqunun  qətlində təqsirləndirilən  kübar dairələrinə mənsub gözəlçə 26 yaşlı Elvira Barni  Londonun Old Beyli məhkəməsinin qarşısında çıxdı. Müdafiənin tərəfi Patrik Qastinqs şəxsində müttəhimi dindirildikdən sonra bədbəxt hadisə versiyasını irəli sürdü. Guya ki, o öz məşuqunu qısqanırdı və ona xox gəlmək üçün intihar edəcəyini bildirdi.

Fransız zadəganı Jerom Oqüst de Monleon dörd il ərzində öz ata-baba qəsrindən kənarda yaşayırdı və qürbətdə vəfat etmişdir. 1636-cı ildə onun ölümündən bir az sonra Jeromun dul arvadı bəyan etdi ki, yuxuda öz ərindən hamilə olub. Məhkəmənin birinci instansiyası bu cür şəraitdə doğulan oğlunın vərəsəlik hüququnu tanımadı, və zadəganın mülkiyyəti ona keçməsinə yol vermədi.

Təcili tibbi yardımın növbətçi həkimi Q.Qurumsulov xəstə B.Yaziqovanı  xəstəxanaya yerləşdirməkdən imtina etdi və onunla əsaslandırdı ki, onun həmin rayon xəstəxana üzrə qeydiyyata alınmayıb və əməliyyat haqqının ödənilməsini tələb etdi.

Tibbi yardımı vaxtında almadığı üçün B.Yaziqova peritonitdən (qarın pərdəsinin iltihabı) vəfat etdi.

B.İntizarov uzun müddət X.Mamlımatanova ilə intim münasibətlərdə olmuş və dəfələrlə ona evlənmək təklif etmişdir. Lakın X.Mamlımatanova hər zaman imtina cavab verirdi və onunla əsaslandırırdı ki, ağır xəstə olan ərini tək qoyub atıb gedə bilməz. Buna görə də B.İntizarov X.Mamlımatanovanın ərini öldürmək qərarına gəldi.

Vüqar tanışı Aslanla mübahisə edərək dalaşır və qarşılıqlı dalaşma zamanı ona qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirir. Bundan sonra o, Aslana ilkin tibbi yardım göstərməklə onu xəstəxanaya çatdırır, sonra isə Könüllü polisə gəlib təqsirini boynuna alır.

A.Sürüşkənova yeni il bayramında qonaq kimi, tanışları ilə birlikdə bayram keçirdirdi. İçdiyi şərabdan özünü pis hiss etmiş divana uzanıb yatmışdır. R.Yumurmamiyev A.Sürüşkənovanı onunla cinsi əlaqəyə girməyə təklif etdi və qızın razılığını aldı. İki gündən sonra Sürüşkənovanın valideynləri hadisə barədə xəbər tutdular və prokurora ərizə ilə müraciət etdilər.

“DN-ULTROS-Micro” şirkətinin proqramçısı B.Yekəli direktorundan qisas almaq üçün işdən çıxmamışdan əvvəl, şirkətin kompüter şəbəkəsinə zərərverici proqram daxil etmişdir. Bu proqram, müştərilərin hesablaşmalarına dair məlumatların çox hissəsini ləğv etmişdir. Məhv edilmiş məlumatı bərpa etmək üçün çoxlu işlər görülmüşdür və bu işlərin görülməsi üçün 40000 manat xərclənmişdir. Tövsif edin.

İkinci qrup əlil Əmrah Vicdanov qəsdən adam öldürməkdə şübhələndirildiyinə görə tuturlar. O, dindirilərkən müstəntiqə hüquqlarını özü müdafiə edə bilməyəcəyini və müdafiəçinin xidmətinə ehtiyacı olduğunu bildirir.

Qısqanclıq niyyəti ilə arvadı Aynur Mamalıyevanın qarın nahiyəsinə yetirdiyi üçün qəsdən sağlamlığına ağır zərər vurmaya görə təqsirləndirilən Ərşad Mamalıyevin işinə baxılarkən müəyyən olunur ki, qonşusunun işə qarışması nəticəsində Ərşad cinayət əməlini başa çatdıra bilməmiş, yalnız vaxtında xəstəxanaya çatdırıldığı üçün Aynurun həyatını xilas etmək mümkün olmuşdur.

Sahib 14 yaşına çatmamış Səbinənin razılığı ilə uzun müddət sonuncuya qarşı əxlaqsız hərəkətlər etdikdən sonra Səbinəni zorladığına görə ona qarşı CM-nin müvafiq maddəsi ilə ittiham irəli sürülmüşdür.

Şamil sərxoş halda Zəhranı zorladığına görə barəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Xüsusi bölmələr

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462
          +994-51-940-6575

Email: dejure@dejure.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.