Digər xidmətlər

İT Audit

İT infrastrukturun texniki auditi özü-özlüyündə müəssisənin İT sisteminin cari vəziyyəti barədə obyektiv məlumatların əldə edilməsi və qiymətləndirilməsindən ibarət sistemli prosesi təqdim edir.

İT auditin əsas məqsədlərinə məlumat infrastrukturunun biznes tələblərinə, müasir anlayışlara, texnologiya və üsullara, həmçinin avadanlıq və proqram təminatının aparıcı istehsalçılarının tövsiyələrinə uyğunluğuna dair təhlilin aparılması aiddir.
Bütün keçirilən proseslərin yüksək keyfiyyəti ilə xarakterizə edilən ixtisaslı və vaxtında həyata keçirilmiş İT infrastrukturun auditi sifarişçiyə İT sistemin elementlərinin və ümumilikdə bütün infrastrukturun etibarlı və effektiv işləməsinə zəmanət verir.

Bu xidmət kimin üçün nəzərdə tutulub?

Audit ilk növbədə öz İT insfrastrukturlarının vəziyyətlərinin real qiymətləndirilməsini almaq istəyən və mövcud sistemin inkişaf yollarını cızan müəssisələr üçün faydalı ola bilər. Texniki auditin keçirilməsi mövcud problemləri müəyyən etməyə və onların aradan qaldırılması üzrə ixtisaslaşdırılmış tövsiyyələr almağa, bütün mövcud resursların işlərinin optimallaşdırılmasına və effektivliyinin artırmasına imkan verəcək.

 

Peşəkar it komanda tərəfindən servis xidməti

Heç kəsə sirr deyil ki, müasir dövrdə informasiya və onun təhlükəsizliyinin qorunması şirkət və müəssisələrin fəaliyyətinin az qala ən prioritet istiqamətinə çevrilmişdir. Belə ki, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq şirkətlərdə informasiya itkisi və oğurlanma halları sonda həmin müəssisənin rəqabət qabiliyyətinin azalmasına, hətta iflasa uğramasına belə səbəb ola bilər. Digər sözlərlə desək informasiyanın oğurluqdan, dəyişdirilmədən və ya ümumiyyətlə məhv edilməsindən qorunması bu günümüzün aktual problemlərindən sayılır. Bundan başqa əsas məsələlərdən biri də mövcud informasiya toplusuna planlaşdırılmış və ya planlaşdırılmamış hücumların və ya digər risklərin qarşısının zamanında alınmasıdır. Bütün bu halların qarşısını almaq üçün şirkətin elektron daşıyıcılara söykənən bazasının kompleks müdafiə sistemlərinin qurulmasına ehtiyac vardır.

Şirkət məhz xidmət üzrə ixtisaslaşdığından daha peşəkar kollektivə məxsusdur. Şirkətin müxtəlif sahələr üzrə fəaliyyət göstərən əməkdaşları hər biri öz sahəsinin mütəxəssisidir. Total İT rəqabət qabiliyyətini saxlamaq üçün daim informasiya ələmində baş verən yeniliklərin yanındadır və onları öz iş təcrübəsində tətbiq edir. Şirkətə etibar etməksə siz bir çox məqamlarda optimal nəticəyə nail olmuş olursunuz. Belə ki, ilk olaraq siz daha peşəkar mütəxəssislərin texniki dəstəyini almış olursunuz. Şirkətimiz öz əməkdaşlarının iş planlarını optimallaşdırdığından sizlərə göstərilmiş olan texniki dəstək daha keyfiyyətli və daha ucuz olur. Sizlər üçün qurulmuş informasiya təhlükəsizlik sistemləri möhkəmliyi, davamlılığı, konfedensiallığı ilə fərqlənir. Şirkətinizin informasiya təhlükəsizliyi hər hansı İT menecer (lər) məsuliyyəti ilə deyil şirkət məsuliyyəti ilə ölçülür. Bütün həyata keçirilmiş tədbirlərin sənədləşdirilməsi aparıldığı üçün müştərinin tez-tez ortaya çıxan problemlərinin statistikasını aparmaq və lazımi olan tədbirləri öncədən görmək imkanı yaranır.

 

Xidmətlərin siyahısı:

  • Server və storage sistemləri;
  • Yüksəldilmiş döşəmələr;
  • İP Telefoniya və Çağrı Mərkəzlərinin (Call Center) qurulması;
  • Video müşahidə sistemlərinin qurulması (İP və analoq bazasında);
  • Access Control (giriş-çıxış) sistemləri;
  • Passiv şəbələrin qurulması (kabelləşmə);
  • Maliyyə Resurslarının Səmərəli İdarəolunmasl prqramları (ERP);
  • Profesional İT dəstək (uzaqdan bağlantı, 5 gün 8 saat, 7 gün 12 saat, 7 gün 24 saat, işçi icarəyə vermək, çağırış əsaslı xidmət.

 

Tel: 051-940-6575

Email: dejure@dejure.az

İnkişaf etməkdə olan müasir təhlükəsizlik sistemlərinin qurulmasında kamera nəzarəti ilə təchiz olunma mütləqdir. Mühafizə sistemində təhlükəsizlik səviyyəsinin artırılması tələb olunarsa ilk növbədə kamera nəzarəti sistemləri ilə təchiz olunma zərurəti yaranır. Kamera nəzarəti sistemləri 60 ilə yaxın tarixə məxsusdur və böyük inkişaf yolu qət etmişdir. 2000-ci illərdə İKT (informasiya və kommunikasiya texnologiyaları) sistemləri digər elektronik sistemləri geridə qoyaraq məsafədən və mühitdən təsirlənməyən texnoloji yeniliklər etdi ki, bu da bir çox elektronik sahələrin, həmçinin təhlükəsizlik sistemlərinin baza işləmə prinsiplərinin analoqdan IP (internet protokol) texnologiyalarına daşınmasına məcburiyyət yaratdı. Beləliklə, kamera nəzarəti sistemləri məsafədən və mühitdən təsirlənməyərək, maksimal say limiti olmadan, yüksək keyfiyyətli, rəngli, səsli görüntüləri bir və ya bir neçə mərkəzdə cəmləşdirməyə və uzunmüddətli qeydiyyatını aparmağa imkan verdi. Bu nəsil kameralar İKT texnologiyalrını istifadə etdiyinə və IP ilə işlədiyinə görə sonradan IP kamera sistemləri adlandırılmağa başlandı.

Şirkətimiz dəyərli müştərilərimizə bu sferada ən son yenilikləri tətbiq edərək müasir kamera nəzarəti sistemləri olan IP kamera sistemlərini qurulmasını və servis xidmətlərini təklif edir. Layihə işləri mərhələsində arxitektura nəzərə alınmaqla hər bir nəzarət olunacaq nöqtə dəqiqləşdirilir və ən optimal kamera seçilir. Müştərinin tələbinə əsasən kamera nəzarət sistemlərinin qeydə aldığı görüntülərin hansı müddətdə yadda saxlanması üçün lazım olan avadanlıq müəyyən edilir.

Dünya İP kamera brendlərinin Azərbaycanda distribyutoru olaraq videmüşahidə sistemləri sahəsində istənilən istəklərinizi həyata keçirməyə hazırıq.

 

 

 

Memarlıq və dizayn:

  • sahənin ölçü işləri;
  • eksteryerin və interyerin eskiz layihəsi;
  • eksteryerin və interyerin üslub həlli;
  • eksteryerin və interyerin planlaşdırma həlli;
  • müxtəlif rakurslardan baxmağa imkan yaradan obyekt və ətraf ərazinin 3D modeli (kompüter modeli, üçölçülü görüntü);

 

Landşaft dizaynı və layihələndirilməsi:

  • bağ, park, şəhərkənarı bağ evi, villa və kotteclərin həyatyanı sahələrinin dizaynı;
  • kiçik memarlıq formalarının layihələndirilməsi - köşk, fontan, hovuz və digər müxtəlif həcmli-məkanlı kompozisiyalar;
  • fasadların tərtibatı və çiçək ləki, qızılgül bağçası və s. kimi yaşıl əkintilər daxil olmaqla ərazilərin abadlaşdırılması;
  • ərazinin topoqrafik çəkilişi və ölçülməsi;
  • ərazinin landşaft layihələndirilməsi və planlaşdırılması;
  • eskiz layihələr və onların razılaşdırılması;
  • layihənin detallaşdırılması, yol və obyektləri əks etdirən işçi cizgilər;
  • 3D layihələr;
  • qazonların (universal, parter, idman və xüsusi təyinatlı), cığırların və istirahət üçün meydançaların abadlaşdırılması;
  • ağac, kolluq, birillik və çoxillik bitkilərin və həmçinin hündürlüyü 4-8 m olan iri ağacların əkilməsi;
  • cığırların səki plitələri və təbii daş ilə döşənməsi və cığırların müxtəlif materiallardan hazırlanması;

 

Texniki-mühəndis layihələndirmə:

  • Bina, tikili və onların ətraf ərazilərinin abadlıq layihələri: yaşıllaşdırma, ərazinin texniki cəhətdən hazırlanması;
  • Aşağıdakılar üçün layihə-smeta sənədlərinin hazırlanması:
  • ictimai bina və tikililər və onların kompleksləri;
  • sənaye təyinatlı binalar və onların infrastrukturası;
  • xüsusi təyinatlı binalar və onların infrastrukturası.
  • Xüsusi layihələndirmə bölmələri:
  • eskiz layihələrinin hazırlanması;
  • konstruktor sənədlərinin hazırlanması;;
  • tikinti konstruksiyalarının bərklilik hesablamaları.
  • Mühəndis sistemlərinin layihələndirilməsi:

Xüsusi bölmələr

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462
          +994-51-940-6575

Email: dejure@dejure.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.