Azərbaycanda hansı məhkəmələr var

Ramil Gachay's picture

Qısa olaraq Azərbaycanda mövcud məhkəmələr barədə danışaq. Ətraflı məlumat, Məhkəmələr və hakimlər haqqında qanunda və Konstitusiya Məhkəməsi haqqında qanunda tapa bilərsiniz. Aşağıda məhkəmə sisteminə daxil olan məhkəmələrin növləri göstərilib, onların statusu barədə məlumat verilir.

1.      Konstitusiya məhkəməsi

2.      Ali məhkəmə

3.      Apellyasiya məhkəmələri 

4.      Naxçıvan muxtar respublikasının ali məhkəməsi

5.      İnzibati-iqtisadi məhkəmələr

6.      Hərbi məhkəmələr

7.      Naxçıvan muxtar respublikasının ağır cinayətlər məhkəməsi

8.      Ağır cinayətlər məhkəmələri

9.      Rayon (şəhər) məhkəmələri

 

KONSTİTUSİYA MƏHKƏMƏSİ

Maddə 1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təyinatı və əsas məqsədləri

1.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra - "Konstitusiya Məhkəməsi") Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

1.2. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Maddə 2. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları

Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi təşkil edir.

Maddə 3. Konstitusiya Məhkəməsinin səlahiyyətləri

Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsi, 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi, 101-ci maddəsinin V hissəsi,102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III – VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir.

Maddə 4. Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsas prinsipləri

Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Maddə 5. Konstitusiya Məhkəməsinin müstəqilliyi

5.1. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.

5.2. Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

ALİ MƏHKƏMƏ

Maddə 77.   Ali Məhkəmə

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. 

Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir. 

Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.

APELLYASİYA MƏHKƏMƏLƏRİ 

Maddə 61.   Apellyasiya məhkəməsi 

Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.

Apellyasiya məhkəməsinin təşkili, olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏHKƏMƏSİ

Maddə 52.   Naxçıvan Muxtar Respublikasının Ali  Məhkəməsi

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Respublikasının ali məhkəmə orqanı olmaqla qanunla müəyyən edilmiş qaydada ədalət mühakiməsini həyata keçirir. 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsidir. 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir, onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütünərazisinə şamil edilir.

İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏLƏR

Maddə 42.   İnzibati-iqtisadi məhkəmə və onun səlahiyyətləri

İnzibati-iqtisadi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır. 

İnzibati-iqtisadi məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasıqanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. 

HƏRBİ MƏHKƏMƏLƏR

Maddə 31.   Hərbi məhkəmə və onun səlahiyyətləri

Hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır.

Hərbi məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyindənəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir. 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ

Maddə 30-1. Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi və onun səlahiyyətləri

Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır.

Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏLƏRİ

Maddə 25.   Ağır cinayətlər məhkəməsi və onun səlahiyyətləri

Ağır cinayətlər məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır.

Ağır cinayətlər məhkəməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir, məhkəməstatistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. 

 

RAYON (ŞƏHƏR) MƏHKƏMƏLƏRİ

Maddə 20.   Rayon (şəhər) məhkəməsi və onun səlahiyyətləri

Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon (şəhər) məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. 

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.