0

Böyük Britaniyanın məhkəmə sisteminin strukturu

Ramil Gachay's picture
Qoşma: 

 

Böyük Britaniyanın məhkəmə sistemi. Səthi baxış.

Məhkəmə və tribunalların strukturu

Məhkəmələr

Böyük Britaniyanın Ali Məhkəməsi  - yalnız apellyasiya qaydasında hüquqi məsələlər üzrə işlərə baxır.

Apellyasiya Məhkəməsi - apellyasiya qaydasında hüquqi məsələlər üzrə işlərə baxır. Cinayət və ya Mülki Kollegiyaları mövcuddur.

Yüksək Məhkəmə - Lord -Kansler, Kraliça Skamyası və Ailə Məhkəmə Kollegiyaları. Bu kollegiyalar həm digər məhkəmələrin apellyasiya instansiyasıdır, həm 1-ci instansiya qaydasında işlərə baxır.

Tac Məhkəməsi - ittiham aktı ilə təqib edilən və bəzi cinayət işləri üzrə Andlılar Məhkəməsi. Magistrat Məhkəməsinin İttiham hökm və qərarlarından verilmiş şikayətlərə baxır.

Magistrat Məhkəməsi - əksər cinayət və bəzi mülki işlərə baxır.

Qraflıq (Dairə) Məhkəməsi - əksər mülki işlərə baxır.

Ailə Məhkəməsi - əksər ailə işlərinə baxır.

Tribunallar

Əmək Mübahisələri üzrə Apellyasiya Tribunalı -
 Əmək Mübahisələri üzrə Tribunalının apellyasiya instansiyasıdır.

Əmək Mübahisələri üzrə Tribunal (İngiltərə və Uels; Şotlandiya) - əmək münasibətləri ilə bağlı işlərə baxır.

Yüxarı Səviyyəli Tribunal 
- Birinci Səviyyəli Tribunalın apellyasiya instansiyasıdır.

Birinci Səviyyəli Tribunal - İcra hakimiyyəti orqanlarının qərarlarından verilmiş şikayətlərə baxır.

Bu strukturun xaricində bir sıra başqa tribunallar var (misal üçün, Məktəbdən Çıxarılma Kollegiyası) - onlara aid qanunvericilik aktları onların apellyasiya instansiyalarını müəyyən edir.

Xüsusi bölmələr

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462
          +994-51-940-6575

Email: dejure@dejure.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.