30 mart 2016

Bu günki mövzu təşkilatın ləğv edildiyi və yenidən təşkil edildiyi halda yaranan vergi öhdəlikləri ilə bağlıdır.  Aşaıda qeyd olunan müddəalar Mülki Məcəllənin 55-61 maddələri ilə sıx bağlıdır və onlarla tanış olmağınız məqsədə uyğun olardı.

Maddə 79. Müəssisə (təşkilat) ləğv edildikdə vergi öhdəliklərinin yerinə yetirilməsi

27 mart 2016

Vergi öhdəliyi nədir? Sadə desək - vergini ödəmək. Daha geniş isə VM-nin 77.1-ci maddəsində göstərilib. Maraqlı məqam ondadır ki, qanunverici öhdəlik kimi, yalnız vergini ödəmək  göstərib və əgər bu öhdəliyi yerinə yetirmirsənsə onda məsuliyyət nəzərdə tutula bilər. Amma təcrübədə fərqli hallarla rastlaşa bilərik. Misal üçün, vergi ödəyicisi vergini düzgün ödəsə belə, amma bəyannaməni düzgün təqdim etməsə məsuliyyət daşıyacaq. Niyə? Əgər vergi öhdəliyi deyilsə buna görə məsuliyyət nəzərdə tutulmamalıdır. Fikrimcə, bu məsələ mübahisəlidir və ola bilsin bu suala birdə qayıdacayıq.

21 mart 2016

Çoxlarınız bilirsiniz ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər (xüsusilə hüquqi şəxslər) müxtəlif əməliyyatların aparılması üçün bank hesabları açmalıdır (vergiləri köçürmək üçün, müştərilərdən qazanc əldə etmək üçün, işçilərinə maaş vermək üçün və s.). Bank vasitəsilə aparılan əməliyyatlar daha tez və səmərəli olur. Bank hesabı açmaq üçün isə vergi orqanının iştirakı zəruridir (müvafiq dublikat alınmalıdır və s.).

17 mart 2016

Vergi Məcəlləsinin aşağıdakı maddələri vergi hesabatlarının tərtibindən və verilməsindən məlumat verirlər. Gördüyünüz kimi hesabat dedikdə, vergi bəyannaməsi başa düşülür. Bildiyiniz kimi hesabatları həm yazılı şəkildə, həm elektron şəkildə vergi orqanına təqdim edirlər. Qanunvericiliklə hesabatların verilmə müddətləri, onların üzadılması və s. məsələlər tənzimlənir. 

 

Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası

72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir.

14 mart 2016

Çoxlarınız bilirsiniz ki, vergi orqanları ilə rəsmi yazışma uzun müddətdir ki, sadələşdirilib və elektron qaydada aparıla bilər. Bu cür sistem effektivdir və yaranan problemləri, sorğu almağı, şikayət verməyi, məlumat mübadiləsini tezləşdirir və bürokratiyanı azaldır. Digər dövlət qurumuları ilə müqayisədə vergi orqanlarınını bu işi nümunəvi sayıla bilər. Ümid edək ki, yaxın gələcəkdə başqa dövlət qurumları da belə sistemi qurmağa nail olacaqlar. 

11 mart 2016
Hüququm varmı? Siz Konstitusiya hüququnda ixtisaslaşmış hüquqçular öz firmanı idarə edirlər. Həm praktiki hüquqşünaslar, həm tələbələr üçün bu oyun çıx faydalı ola bilər. Oyunun maraqlı dizaynı və səs effektləri var.
Həmçinin müştəti ilə düzgün davranmasını öyrədir.

https://www.icivics.org/games/do-i-have-right

10 mart 2016

Bu gün biz VM-nin dörd maddəsinə nəzər salacayıq: 67-1, 67-2, 68, 69. VM-nin 67-1, 67-2-ci maddələri müəyyən sahədə vergi güzəştlərlə bağlıdır.

7 mart 2016

Hərdən elə olur ki, vergi ödəyicisi  mühasibat uçotunu aparmır və ya düzgün aparmır, yaxud mühasibat sənədləri hər-hansı səbəbdən məhv olunur (itirilir). Belə hallar olanda vergi orqanı müxtəlif üsullardan istifadə edib vergiyə cəlb olunan məbləğləri hesablayır. Bu üsullar aşağıdakı maddədə göstərilir.

4 mart 2016

Maddə 65. Vergilər üzrə borcların alınması qaydası
65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

3 mart 2016

Vergi Məcəlləsi ilə şikayət üçün 3 ay (hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən) ayrılıb. Bu müddət şikayət üçün kifayətdir, hətta artıqdır. Nəzərə almaq lazımdır ki, vergi ödəyicisi şikayət edərkən həm vergi orqanın yuxarı instansiyasına müraciət edə bilər (misal üçün Apellyasiya Şurasına), həm də məhkəməyə müraciət edə bilər. Bunun üçün vergi ödəyicisi inzibati-iqtisadi məhkəmələsinə müraciət etməli olacaq (əksər işlər üzrə), əgər vergi orqanı inzibati xəta ilə bağlı qərar çıxarıbsa onda rayon (şəhər) məhkəməsinə müraciət etməli olacaq.

 

1 mart 2016

VM-nin 61-ci maddəsi vəzifəli şəxslərinin məsuliyyətinə həsr olunur.

26 fevral 2016

Bu günki maddələr faizlərə və banklara tətbiq olunan sanksiyalara aiddir. Tələb olunan məbləği vaxtında ödəmədikdə 0,1 faiz hesablanır. Bu həm vergi ödəyicisinə, həm vergi qurumuna aiddir.

Maddə 59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər

59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

20 fevral 2016

Vergi sahəsində hüquq pozuntulara görə saknsiyaların (cərimələr, maliyyə sanksiyaları və s.) müəyyən hissəsi Vergi Məcəlləsi ilə müəyyən edilir (maliyyə sanksiyaları adlandırılır), digər hissəsi İnzibati Xətalar Məcəlləsi ilə. Cinayət Məcəllə ilə vergi sahəsində olan cinayətlərə görə məsuliyyət nəzərdə tutulub. Çox güman ki, bunu bilirdiniz, amma bilməyənlər bunu qeyd edə bilər.

19 fevral 2016

Qısa olaraq Azərbaycanda mövcud məhkəmələr barədə danışaq. Ətraflı məlumat, Məhkəmələr və hakimlər haqqında qanunda və Konstitusiya Məhkəməsi haqqında qanunda tapa bilərsiniz. Aşağıda məhkəmə sisteminə daxil olan məhkəmələrin növləri göstərilib, onların statusu barədə məlumat verilir.

17 fevral 2016

Ayrı-ayrı müqavilələrdə behə aid tələblərin göstərilməsi zamanı kontragentlər beh və avansa dair hüquqi tələbləri qarışdırırlar. MM-in 491-ci maddəsi ümumilikdə beh və avansla bağlı məsələləri tam ətraflı tənzimləmir. Bu anlayışlara aşağıdakı mətndə qısa şəkildə aydınlıq gətirməyə çalışacayıq.

17 fevral 2016
Bu dəfə məsuliyyətdən yox, əksinə məsuliyyətə cəlb olunması istisna edən hallar barədə oxuyacayıq. Razılaşsanız, bu daha xoş müddəalardır. Məsuliyyətə cəlb etmənin müəyyən halları var və vergi orqanı bu halları gözləməlidir. Aşağıdakı maddələri oxuyarkən bir-çox maraqlı detallarla rastlaşacaqsınız. Ola bilsin gələcəkdə sizə kömək edəcək.
13 fevral 2016

Yavaş-yavaş gəldik çıxdıq VM-nin 5-ci fəslinə. Bu fəsil məsuliyyətə həsr edilib. Məsuliyyətlə bağlı digər maddələrdə də rastlaşmışıq, ona görə də ümumi məlumatımız var.

Məsliyyətlə bağlı vergi ödəyicisinin xeyrinə olan müddəaları xüsusilə qeyd etmək istərdim:

9 fevral 2016

Vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicisinə hər hansı ziyan vurmaq qadağandır. Və əgər vəzifəli şəxs öz hərəkətləri ilə vergi ödəyicisinə zərər vurubsa, buna görə məsuliyyət daşımalıdır. VM-nin 51-ci maddəsi bu barədə ətraflı danışır.

VM-nin 52-ci maddəsində, vergi qanunvericiliyin pozulmasına görə maliyyə sanksiyasının alınması qaydası göstərilib. Baxmayaraq ki, vergi qurumunun qərarlarından məhkəmə qaydasında şikayət etmək olar, bu məsələdə bir-sıra xoşagəlməz hallar olur.

5 fevral 2016

Vergi ödəyicilərini narahat edən yoxlamalarının növünün biri də xronometraj metodu ilə müşahidə aparılmasıdır. Vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla), xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.

4 fevral 2016

Mülki Məcəllənin (bundan sonra «MM») 359-cu maddəsinə əsasən əqd, təmsil edilən tərəfindən verilən etibarnamə əsasında da bağlana bilər. Bu zaman bağlanmış əqd təmsil edilənə aid mülki hüquq və vəzifələri bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
Bəs etibarnamə nədir ?

Səhifələr

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.