17 dekabr 2015

Artıq Vergi Məcəlləsinin dördüncü fəsilə keçirik, bu fəsil vergi nəzarətinə həsr olunub. Bu gün 32 və 33-cü maddalərə baxacağıq. 32-ci maddədə ümumi xarakter daşıyan məlumat verilir, bu maddədə verilən məlumatlar bizə artıq tanış olmalıdır, çünki əvvəlki müddəalarda oxşar bilgi əldə etmişik.

14 dekabr 2015

Bu gün Vergi Məcəlləsinin üç, nisbətən qısa, maddələrini oxumağa təklif edirəm. Ola bilsin gündəlik həyatda o qədər də lazım olmasın, amma bilməyiniz məsləhətdir. 29 (Mənafelərin toqquşması), 30 (Kommersiya (vergi) sirri) və 31 (Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri).

8 dekabr 2015

Bildiyiniz kimi, vergi qanunvericiliyinə çoxlu sayda dəyişikliklər edildi və ölkə başçısı tərəfindən təsdiqləndi. Ona görə də bu gün yalnız bu mövzu ətrafında yazılacaq. Adıçəkilən dəyişikliklər çox əhəmiyyətlidir və vaxtınız varsa onlara nəzər yetirək. Amma əvvəlcə aşağıdakı normativ aktları siyahısına baxın:

Qanunlar:

7 dekabr 2015

Vergi Məcəlləsində vergi işçilərin statusuna da kifayət qədər yer ayrılıb. Bu müddəalar vergi ödəyiciləri üçün çox vacib olmasa da, biz onlara toxunacayıq. Belə ki bu gün 3 maddəni nəzərdən keçirəcəyik: 26, 27 və 28. 

26-cı maddə vergi orqanlarının digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri barədə danışır. Bu maddədə ümumi ifadəlr istifadə edilir və vergi işçiləri üçün daha böyük əhəmiyyət kəsb edir (misal üçün hər hansı dövlət qurumundan məlumat allarkən).

3 dekabr 2015

Vergi orqanlarının hüquqları nə qədər geniş olsa da, onların vəzifələri də az deyil. Yadımızda saxlamalıyıq ki, səlahiyyətlər dedikdə təkcə hüquqlar yox, eyni zamanda vəzifələr də başa düşməliyik. Və bu amil bizə çox kömək edir. Bu gün Vergi Məcəlləsinin 24-cü maddəsi ilə tanış olacayıq. Həmçinin 25-ci maddəyə də diqqət yetirə bilərik. Belə ki, bu maddə dövlət gömrük orqanlarının vergitutma sahəsində hüquq və vəzifələri barədə bizə məlumat verir.

30 noyabr 2015

Baxmayaraq ki, bu gün iki VM-nin maddəsinə diqqət yetirəcəyik, əsas mövzümuz 23-cü maddə olacaq. Çünki 22-ci maddə sırf vergi işçiləri ilə bağlıdır. Amma bilsin sizə maraqlı bilər ki, dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi hesabına vergi orqanların büdcədənkənar fonduna köçürülür. Ona görə vergi işçiləri maliyyə sanksiyaların tətbiqində maraqlıdır. Bu fakt vergi ödəyicilərin içini asanlaşdırmır.

27 noyabr 2015

Bir aydan çoxdur ki, biz vergi hüququ ilə məşğuluq. Ola bilsin kimsə deyər ki, ciddi və dərin öyrənmirik, sadəcə bir-bir maddələri oxuyuruq. Ola bilsin çox adam bunları oxuyur, ola bilsin az. Biz heç yerə tələsmirik və başqalarının fikirləri (əgər onlardan xeyri yoxdursa) bu mövzuda bizə maraqlı deyil .Bu bloqu oxuyanlar üçün öz təhsilləri vacibdir, xüsusilə vergi hüququ sahəsində. Buna görə də rahat oturun və özünüzə bir neçə vaxt ayırın.

Bloqu izləyən oxucular artıq müəyyən bilikləri əldə ediblər və ya həmin biliklərini təzələyiblər. Bu isə böyük uğurdur.  

24 noyabr 2015

Vergi Məcəlləsinin 18-ci maddəsi. Bu maddə ilə ehtiyatlı davranmaq lazımdır. Çünki həmin maddə təhlükəli ola bilər və lazım olmayan yerdə ziyana düşə bilərsiniz. Vergi Məcəlləsinin bəzi müddəalarına diqqət yetirək. Görək onlar bizə nədeyəcək.

Bildiyiniz kimi, xeyriyyəçiliklə məşğul olduqda müəyyən güzəştlər tətbiq oluna bilər, amma bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa onda xeyriyyəçilik fəaliyyəti sayılmır (m. 13.2.35.2.).

19 noyabr 2015

Bu gün Vergi Məcəlləsinin 17-ci maddəsini nəzərdən keçirəcəyik. Vergi agenti kimdir? Belə deyək əgər siz əmək müqaviləsi ilə işləyirsinizsə sizin vergi agentiniz işəgötürənizdir (yəni işlədiyiniz şirkət). Siz özünüz vergiləri ödəmirsiniz düzdür? Siz sadəcə öz maaşınızı alırsınız və bəlkədə heç fikirləşmirsiniz ki, nə qədər vergi ödəyirsiniz. Əgər maaşınız 250 manatdan çoxdursa, maaşınızdan 14% gəlir vergisi tutulur, o cümlədən 3% DSMF-ə ödənilir. 

16 noyabr 2015

Keçən dərs biz vergi ödəyicisinin hüquqları barədə yazmışdıq, bu gün isə onun vəzifələri barədə. Əslində, ümumi baxanda, vergi ödəyicisinin cəmi 2 əsas vəzifəsi var: vergi ödəmək və hesabatları vermək. Bunları düzgün və vaxtında etmək lazımdır. Gəlir əldə etməyə başlamısınızsa və ya bunu etmək niyyətiniz varsa,  vergi orqanlarında qeydiyyatdan keçmək lazımdır və VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) əldə etmək lazımdır (fiziki şəxslər üçün). 

13 noyabr 2015

Bu gün keçirik ikinci fəsilə və bu gün vergi ödəyicisi üçün çox vacib olan bir maddə ilə tanış olacayıq. Hazırkı maddə bizim hüquqlarımızdan bəhs edir və hüquqlarımız kifayət qədər çoxdur. Vergi ödəyicisi kimi biz həm vergi orqanlarından şikayət edə bilərik, həm vəzifəli şəxslərinin qanuna uyğun olmayan tələblərini yerinə yetirməməyə bilərik, vergi güzəştlərdən istifadə edə bilərik və sair.

13 noyabr 2015

Avtomobil sürücüləri tıxaclarla bərabər hər gün çox problemlərlə üzləşir, bu problemlərdən biri də parklanma yerin olmamasıdır (və ya sadəcə maşın üçün yer). İşdən qayıdarkən maşını harda saxlayım? Hamının böyük həyəti yoxdur ki, maşını istədiyin yerdə saxlayasan və hətta həyət geniş olduqda belə insanlar çalışırlar, qapıya mümkün qədər yaxın olsun (Qapını açan kimi maşına girək. Əziyyət çəkməyək). 

11 noyabr 2015

Sirr deyil ki, bəzi sahibkarlar öz gəlirlərini artırmaq üçün malların qiyməti aşağı göstərirlər (amma baha satırlar). Bu məsələni tənzimləmək çətindir, cünki bazar iqtisadiyyatı dövründə yaşayırıq və dövlət qiymətlərə qarışmamalıdır. Buna baxmayaraq dövlət bu məsələyə müəyyən dərəcədə toxunur və hətta bir çox işlərdə sui-istifadələrə də yol verilir. 

6 noyabr 2015

Salam. Vergi Məcəlləsinin 13-cü maddəsi. Nəs rəqəmdir və mürəkkəb maddədir. Burda biz vergi hüququnda istifadə olunan əsas anlayışlarla tanış olacayiq. Nə deyim. Bunları sadəcə oxumaq lazım olacaq.

Ola bilsin, hesab edəcəksiniz ki, bütün bu anlayışlar lazımsızdır və heç oxumayacaqsınız, amma bu səhv olacaq. İzah edim nəyə görə.

2 noyabr 2015

Dejure.az-ın hörmətli istifadəçiləri vergi qanunvericiliyində mürəkkəb sözlərlə və ya ifadələrlə rastlaşanda çox da üzülməyin. Bunlar təbiidir, çünki ola bilsin vergi işi ilə ilk dəfə rastlaşırsınız. Nəyisə bilməmək ayıb deyil. Biz sadəcə öyrənirik.

Misal üçün bü günkü mövzumuz Vergi Məcəlləsinin 12-ci maddəsidir və bu maddədə çoxlu qəliz ifadələr görə bilərsiniz (vergi obyekti, vergitutma bazası və s.).

30 oktyabr 2015

Pensiyanın hesablanması bir çox insanlar üçün çətin ola bilər, amma kim ki, düsturlarla işləməyi xoşlayır öz pensiyasını özü hesablaya bilər. Bunun üçün aşağıdakı düsturu rəhbər tuta bilərsiniz. Bütün məlumatlar Əmək pensiyaları haqqında qanuna və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalara əsaslanır. Ona görə də özünüz də bu sənədlərlə tanış ola bilərsiniz.

29 oktyabr 2015

Salam.

Vergi hüququnu öyrənməyə davam edirik. Bu gün VM-nin 10 və 11-ci maddələrə toxunacayıq. 10-cu maddə müəyyən nöx iştirakçılar barədə bizə məlumat verir. Bu iştirakçıların adı bir az qəlizdir - vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları.

26 oktyabr 2015

Davam edək. Bu gün Vergi Məcəlləsinin 6-9 maddələrini nəzərdən keçirəcəyik. Xırda maddələrdir və onları daha sonra ətraflı araşdıracayıq. 

Bu gün biz onlarla sadəcə tanış oluruq. VM-nin 6-cı maddəsi  dövlət vergilərinin növləri barədə bizə məlumat verir. Biz hələ bilmirik (bəzilərdən başqa) bu vergilərin mənası nədir, çünki hər biri ayrıca bir dərsin mövzusudur. İmkan olsa onları yadda saxlayın, amma alınmasa eybi yoxdur, çünki hər şey hələ qabağdadır.

26 oktyabr 2015

Bu sualın cavabı məndə yoxdur. Bu sahə bir-çox inkişaf etmiş ölkələrdə geniş yayınıb və onun faydalı tərəfləri çoxdur. Misal üçün poçt vasitəsilə şirkətlər öz mallarını və xidmətlərini effektiv reklam edə bilərlər və bu çox təsirli, effektiv marketinq üsulu ola bilər. Ən azı kommersiya strukturları bu sahədə çox maraqlı olmalıdır. 

22 oktyabr 2015

Bu günkü mövzumuz Vergi Məcəlləsinin 4-cü və 5-ci maddələridir. 

Bu maddələr, kifayət qədər aydındır. Onları bir dəfə oxumaqla kifayətlənə bilərsiniz. çünki, əsasən məlumatverici xarakter daşıyırlar. Üç cür vergilərimiz var: dövlət, müxtar respublika və bələdiyyə vergiləri.

Reallıqda muxtar respublika vergiləri və bələdiyyə vergiləri, Azərbaycanda o qədər də inkişaf etməyib. Ümumiyyətlə, hələ də Naxçıvan MR Vergilər Nazirliyi nominal xarakter daşıyır (saytlarını ziyarət edə bilərsiniz http://vergi.nakhchivan.az).

Səhifələr

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.