20 oktyabr 2015

Yəqin çoxlarınız adi ünsiyyətdə, reklamlarda və başqa yerlərdə "Kupça" sözü ilə raslaşırsınız. Bu söz dilimizə yatıb və onun əvəzi hələ də Azərbaycanda əhali tərəfindən qəbul olunmur. 

Hal-hazırda bu sözün əvəzi "Çıxarış"dır (tam adı - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Amma "Çıxarış" sənəd kimi, nə qədər vacib sənəd olsa belə, həmin sözün mənası insanlara heçnə demir. Nəyin çıxarışı? Nəyi çıxardıllar?

19 oktyabr 2015

Salam. İkinci həftədir ki, biz vergi qanunvericiliyi ilə maraqlanırıq və artıq 3-cü dərsimizdir. Dərs adlandırmaq, bir az çətindir, çünki biz birlikdə öyrənirik, amma bu söz hələ ki, ən  uyğunudur. Keçən dəfə VM-nin 2-ci maddəsi göstərdi ki, qanunlar necə də qarışıq ola bilər.

Amma biz tələsmirik. Yavaş-yavaş, asta-asta biz Vergi Məcəlləsini öyrənəcəyik və əminəm ki, bunun xeyri çox olacaq.

Bu gün VM-nin 3-cü maddəsi ilə yüngülvari tanış olaq.

15 oktyabr 2015

Keçən yazımda Vegi Məcəlləsinin (VM) sadəcə 1-ci maddəsini yerləşdirmişdim. Ola bilsin heç onunla da tanış olmadınız (istəyərdim ki, səhv edim). Hüquq mürəkkəb dildə tərtib olunur və bütün maddələri oxumaq çox vaxt maraqlı olmur. 

Məcəllə özü qanun olsa belə bir-çox digər normativ aktlara istinad edir və ya yönəldir, ona görə təcrübəsiz adam Məcəlləni oxuyarkən yorulub əldən düşün, sonra da həvəsdən düşür.

Ola bilsin yazılarım qısa olsa sizə daha maraqlı olar. Fikrimcə əgər əsas məqsədimiz təhsil almaqdırsa, deməli çalışaq ki, həvəsdən düşməyək. Az olsa da oxuyaq. 

13 oktyabr 2015

Qanunvericiliyi öyrənmək hər birimiz üçün faydalı ola bilər. Çünki qanunlar və digər aktlar cəmiyyətdə olan münasibətləri tənzimləyir və biz daim onlarla üzləşirik. Nə qədər qanunvericiliyi yaxşı bilsək, bir o qədər də hazırlıqlı olarıq, hüquqlürımızı müdafiə etmək üçün biliklərimiz olar. Hüquqi problemlərimizi özümüz (köməksiz) həll edə biləcəyik.

12 oktyabr 2015

Maşın sahibləri bilirlər ki, Azərbaycanda nəqliyyat vasitəsini rəsmiləşdirmək problemlidir. Birinci, maşını şəxsin adına rəsmiləşdirməyə görə dövlət rüsumu yüksəkdir (etibarnamə ilə sürdükdə daha ucuz başa gəlir) və ikinci mühüm səbəb, bu sahədə korrupsiya halları həddindən artıq çoxdur. Əminəm ki, vətəndaşlar bu sahədə bütün vəzifələri ASAN xidmətə verilməsini səbrsizliklə gözləyirlər. 

8 oktyabr 2012

Bir məsələ də var. Səfirlik bizim vətəndaşlara viza verib, amma səhv verib (bu il yox, gələn ilə). Vətəndaşlara isə bunun nəticəsində maddi zərər vurulub (aviabiletlər, mehmanxana xərcləri və s.). MPM-in 454-cü maddəsinə əsasən konsulluq nümayəndəliklərinin üzvləri mülki məsuliyyətdən azaddır. Məsələ elə burda da bitməlidir?

6 oktyabr 2012

Тем кто живет у нас в стране и любит ее, конечно же не безразлична судьба Азербайджана. В принципе именно это и сподвигло меня начать писать.

Меня конечно беспокоит наша политическая система и быть может, когда то напишу и о ней тоже. Но так как я юрист, хотел бы обратить ваше внимание больше на некоторые правовые вопросы, так как они системообразующие. И кстати именно справедливые законы и их правильное их исполнение строит нормальное правовое государство.

Səhifələr

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.