A (11) | B (9) | C (6) | D (6) | E (3) | G (2) | H (4) | İ (11) | K (5) | L (1) | M (3) | N (2) | P (5) | Q (3) | R (7) | S (10) | T (5) | U (1) | V (5) | X (2) | Y (3) | Z (1) | Ə (6)
Başlıq İzahı
Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Alimentlər Alimentlər - (lat. alimentum — qidalanma, saxlama) — ər-arvad, valideynlər və uşaqlar tərəfindən saxlaması və dolandırılması üçün qanunvericiliyə uyğun olaraq məcburi şəkildə bir-birinə ödənilən vəsaitlər.
Alternativ enerji Alternativ enerji - karbohidrogen yanacağının istilik və elektrik enerjisinə çevrilməsindən alınan enerjidən başqa, digər mənbələr (bərpa olunan mənbələr) əsasında istehsal olunan bütün növ istilik və elektrik enerjisi
Andlı iclasçı Andlı iclasçı — qanunvericiliklə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, qanunla nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir
Apatrid Apatrid (Lat. apatris və qədim yunan ἄπολις, həmçinin vətəndaşlığı olmayan şəxs) — hansı bir ölkəyə aid vətəndaşlığı olmayan və ya hansı bir vətəndaşlığa mənsubiyyətini təsdiq edən sübutları olmayan fiziki şəxsdir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq: Vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir.
Aralıq inzibati akt Aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt
Audit Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır
Auditor xidməti Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.
Azadlığın məhdudlaşdırılması Azadlığın məhdudlaşdırılması ittiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.
Abolisiya Abolisiya - qanunun, qərarın ləğvi.
Antisipasiya Antisipasiya (лат. anticipatio) - borc öhdəliyi üzrə pulun vaxtından əvvəl ödənilməsi.

Xüsusi bölmələr

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462
          +994-51-940-6575

Email: dejure@dejure.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.