Latviya

Latviyada daşınmaz əmlakın əldə...

Maliyyə xidmətləri:

  • Vergi orqanlarına...

Abunə hüquqi xidmətlər:

Kompleks hüquqi...

Müxtəlif növ sənədlər peşakar...

Bir çox şirkətlər, sənədlərin müvafiq qaydada tərtib edilməsi...

A (11) | B (9) | C (6) | D (6) | E (3) | G (2) | H (4) | İ (11) | K (5) | L (1) | M (3) | N (2) | P (5) | Q (3) | R (7) | S (10) | T (5) | U (1) | V (5) | X (2) | Y (3) | Z (1) | Ə (6)
Başlıq İzahı
İbtidai araşdırma İbtidai araşdırma — cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır
İcra hakimiyyəti İcra hakimiyyəti - dövlətdə müstəqil publik hakimiyyətin bir növüdür və dövlət işlərinin idarə edilməsi üçün səlahiyətlər məcmusudur (xarici siyasətdə təmsil etmə, inzibati idarəetmə və s.).
İddia müddəti İddia müddəti - hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır
İnsayder İnsayderlərə aşağıdakılar aiddir: emitentin direktorlar (müşahidə) şurasının (bu orqanlar olduqda) və icra orqanlarının üzvləri; emitentin fəaliyyətinə nəzarət edən şəxslər; xidməti məlumatı tutduğu vəzifəyə, müqaviləyə, yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxslər; emitentin nizamnamə kapitalının on faizindən artıq hissəsinə malik olan şəxslər; İnsayderlər öz fəaliyyətində aşağıdakılara yol verməməlidirlər: qiymətli kağızların dövriyyəsinə təsir göstərə bilən xidməti məlumatın istifadəsi ilə əməliyyatlara; digər şəxslərə xidməti məlumatı təqdim etməklə onları bununla bağlı əqdlərin bağlanmasına təhrik etmək. İnsayder özünə məxsus olan qiymətli kağızlarla apardığı əməliyyat barədə məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada açıqlamalıdır. Xidməti məlumatın istifadəsi ilə əqdlərin bağlanması faktı və ya belə əqdin bağlanması cəhdi aşkar edildikdə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları əqdin bağlanmasını və icrasını dayandırmalı və bu barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
İnzibati akt İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir
İş stajı İş stajı – müvafiq qaydada hesablanan və müəyyən hüquqi nəticələri əmələ gətirən (müavinətlərə, güzəştlərə, pensiyaya yaranan hüquqlar) iş və ya başqa ictimai faydalı fəaliyyətinin ümumi sürəkliliyi
İstehlakçı İstehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs.
İşəgötürən İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onunşərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habeləhüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
İttiham İttiham — qanunla müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir
İxtisas üzrə iş stajı İxtisas üzrə iş stajı – peşə təcrübəni əldə etməyinin zaman intervalı
İş yeri İşçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.