İnsayder

İnsayderlərə aşağıdakılar aiddir: emitentin direktorlar (müşahidə) şurasının (bu orqanlar olduqda) və icra orqanlarının üzvləri; emitentin fəaliyyətinə nəzarət edən şəxslər; xidməti məlumatı tutduğu vəzifəyə, müqaviləyə, yaxud emitent və ya digər insayder tərəfindən müvafiq hüququn verilməsi nəticəsində əldə etmək imkanı olan şəxslər; emitentin nizamnamə kapitalının on faizindən artıq hissəsinə malik olan şəxslər; İnsayderlər öz fəaliyyətində aşağıdakılara yol verməməlidirlər: qiymətli kağızların dövriyyəsinə təsir göstərə bilən xidməti məlumatın istifadəsi ilə əməliyyatlara; digər şəxslərə xidməti məlumatı təqdim etməklə onları bununla bağlı əqdlərin bağlanmasına təhrik etmək. İnsayder özünə məxsus olan qiymətli kağızlarla apardığı əməliyyat barədə məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada açıqlamalıdır. Xidməti məlumatın istifadəsi ilə əqdlərin bağlanması faktı və ya belə əqdin bağlanması cəhdi aşkar edildikdə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları əqdin bağlanmasını və icrasını dayandırmalı və bu barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.