Alan Derşovitz

Bioqrafiya: 
Alan Derşovitz (1938 - bu günə kimi). Alan Derşovitz dünyada ən məşhur vəkillərdən biridir və o mülki hüquqların qorunması ilə bağlı sayı hesabı bilinməyən işlərdə müvəffəqiyyət qazanmışdır. “Newsweek” onu şəxsiyyət hüquqların ən görkəmli müdafiəçisi adını vermişdir. “Time” onu ədliyyənin müqəddəs İuda kimi təsvir etmişdir. Bütün bunlar göstərir ki, Derşovitz tarixdə ən möhtəşəm və hal-hazırda fəaliyyət göstərən vəkillərdəndir.
 
Derşovitz 1962-ci ildə Yel Hüquq məktəbini bitirmişdir orada o, Yel Hüquq jurnalının baş redaktoru olmuşdur. Sonradan Harvard Hüquq məktəbi ilə əməkdaşlığa başladı və Harvard Hüquq məktəbinin tarixində ən cavan hüquq üzrə professoru oldu (28 yaşında).
 
Vəkillik fəaliyyəti dövründə o cinayət işlərə və ölkədə ən səs-küylü işlərə qatılmışdır (o cümlədən, Patrisiya Herst, Leona Helmsli, Mayk Tayson və OJ Simpson). Onun mülki hüquqların qorunması ilə bağlı görülən işlərinə görə Anti-diffamasiya Liqası tərəfindən William O Douglas First Amendment mükafatı verilmişdir. 
Baxmayaraq ki Derşovitzin hüquq fəaliyyəti həmçinin çox ziddiyyətli və mübahisəli olmuşdur, mülki hüquqların qorunmasında bir-çox şübhəli anlar olmuşdur, onun məhkəmə döyüşləri və təcrübəsi miras kimi şübhəsiz gələcək nəsillərə örnək olacaq.
Təhsil: 
Yel Hüquq məktəbi
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.