“Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı)” mövzusunda təlim

Ramil Gachay's picture

Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi “Yaxşı idarəçilik üçün tərəfdaşlıq” proqramı çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” adlı layihənin icrası ilə əlaqədar, Avropa Şurasının Bakıdakı Ofisi, Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası tərəfindən vəkillər üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı)” mövzusunda təlim təşkil olunacaqdır.

Qeyd edək ki, 20.12.2018-ci il tarixdə saat 10:00-da Pullman Baku mehmanxanasının konfrans zalında keçiriləcək təlim Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Ramil Rüstəmov, Babək Həmidov və Zabil Qəhrəmanov tərəfindən aparılacaqdır.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər 15 dekabr 2018-ci il tarixədək iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.

Qeyd: Müraciət üçün nəzərdə tutulan son tarixdən sonra seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.

http://barassociation.az/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.