“Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ” mövzusunda təlim

Ramil Gachay's picture

 

BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Ədliyyə Akademiyası ilə birlikdə “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ” mövzusunda Təlimçilər üçün Təlim proqramı həyata keçirir. Təlimçilər üçün Təlim Avropa İnsan Hüquqları Məhkəməsi işi üzrə çoxillik təcrübəyə malik ekspert Könül Qasımova tərəfindən aparılacaq və təlim zamanı Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Miqrasiya hüququ üzrə eksperti xanım Kristina Touzenis tərəfindən müvafiq mövzuda təlim sessiyası keçiriləcəkdir.
03-06 aprel 2018-ci il tarixlərində Ədliyyə Akademiyasında keçiriləcək təlimdə iştirak etmək istəyən vəkillərdən nkarimova@iom.int elektron poçt ünvanına müraciət etmələri və iştirak üçün nəzərdə tutulmuş yerlərin məhdud olmasını nəzərə almaları xahiş olunur.

http://barassociation.az/

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.