HÜQUQŞÜNASLAR ÜÇÜN QUBADA “MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİ” MÖVZUSUNDA 2 GÜNLÜK TƏLİM KEÇİRİLMİŞDİR

Ramil Gachay's picture

Noyabrın 11-13-də Quba şəhərində praktik hüquqşünaslar üçün Almaniya Beynəxalq Əməkdaşlı Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Mülkiyyət hüququnun müdafiəsi” mövzusunda 2 günlük seminar keçirilmişdir. Tərkibi gənc hüquqşünaslardan təşkil olunmuş iştirakçılar qrupu mülkiyyət hüququnun müdafiəsi sahəsində beynəlxalq və yerli sənədlərin məzmunu ilə tanış edilmiş, onlara Avropa İnsan Hüquqları Konvensiyası və Avropa Məhkəməsinin presedentləri prizmasından “mülkiyyət hüququnun müdafiəsi”nin konseptual və təcrübi məsələləri barədə məlumat verilmişdir. İnteraktiv qaydada keçirilmiş seminarın yekununda təlim ərzində əldə olunmuş biliklərin yoxlanılması məqsədilə iştirakıçılara tapşırıqlar verilmiş, həmçinin onlardan gələcəkdə hüququn hansı aktual istiqamətləri barədə seminarların keçirilməsinin zəruriliyi barədə yazılı rəylərini GİZ-ə təqdim etmələri xahiş olunmuşdur.

Seminar Bakı Hüquq Mərkəzinin hüquqşünası, Azərbaycan Hüquq İslahatları Mərkəzinin layihələr üzrə koordinatoru Fərhad Nəcəfov tərəfindən keçirilmişdir.
Seminarda iştirak etmək arzusunda olan şəxslərin sayı nəzər alınaraq analoji mövzu üzrə təlimin 25-27 noyabr tarixlərində təkarən keçirilməsinə qərar verilmişdir.
İştirak etmək istəyən hüquqşünaslar 21.11.2016-cı il tarixdən gec olmayaraq GIZ-in layihə ofisinin əlaqələndiricisi Şakir Səfərbəyova (shakir.safarbekov@giz.de) öz CV-lərin göndərə bilərlər.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.