Nümayəndəliyin ləğvi ilə əlaqəli qanun layihələri

Ramil Gachay's picture


Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddə 706, 750; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 580-VQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.6-cı maddədə “nümayəndələri” sözündən sonra “və vəkilləri” sözləri əlavə edilsin;

1.2. 19.2-ci maddə üzrə:
1.2.1 19.2.1-ci maddədə “təyin edilmişsə” sözləri “, yaxud vəkili olmuşsa” sözləri ilə əvəz edilsin; 
1.2.2 19.2.2-ci maddədə “nümayəndəsinin” sözündən sonra “və ya vəkilinin” sözləri əlavə edilsin;

1.3. 20.2.1-ci maddədə “nümayəndələrindən” sözündən sonra “, yaxud vəkillərindən” sözləri əlavə edilsin;

1.4. 69-cu maddə üzrə:
1.4.1. Aşağıdakı məzmunda 69.1-1-ci maddə əlavə edilsin:
“69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.”;
1.4.2. 69.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.”;

1.5. 70-ci maddə ləğv edilsin.

1.6. 72.5-ci maddədə “başqa şəxsə” sözü “bu Məcəllənin 69.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə” sözləri ilə əvəz edilsin;

1.7. 150.0.3-cü maddədə “nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər” sözləri “iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən” sözləri ilə əvəz edilsin;

1.8. 179.2-ci maddədə “və nümayəndələrin” sözləri “, nümayəndələrin və vəkillərin” sözləri ilə əvəz edilsin;

1.9. 185-ci maddə üzrə:
1.9.1. adında “və nümayəndələrin” sözləri “, nümayəndələrin və vəkillərin” sözləri ilə əvəz edilsin;
1.9.2. 185.6-cı maddənin birinci və ikinci cümlələrində “nümayəndəsinin” sözündən sonra “, yaxud vəkilinin” sözləri əlavə edilsin.

1.10. 220.3-cü maddənin birinci cümləsində “və nümayəndələr” sözləri “, nümayəndələr və vəkillər” sözləri ilə əvəz edilsin;

1.11. 271.2-ci maddə üzrə:
1.11.1. 271.2.5-ci maddədə “nümayəndələrin” sözündən sonra “, vəkillərin” sözü əlavə edilsin;
1.11.2. 271.2.9-cu maddədə “və nümayəndələrin” sözləri “, nümayəndələrin və vəkillərin” sözləri ilə əvəz edilsin;

1.12. 361.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.”;

1.13. 393-cü maddənin mətnində “qəbul edildiyi” sözləri “qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi” sözləri ilə əvəz edilsin.

1.14. 400-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.”;

1.15. 402-ci maddədə “qətnamə və” sözləri “qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, habelə iş üzrə icraata xitam verilməsi barədə” sözləri ilə əvəz edilsin;

1.16. 403.1-ci maddədə “maraqlı şəxslər” sözlərindən sonra “tələbləri təmin olunmadığı hallarda” sözləri əlavə edilsin;

1.17. Aşağıdakı məzmunda 404-1-ci maddə əlavə edilsin:
“404-1. Kassasiya şikayətinin mümkünlüyü
Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddia qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddia qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.”;

1.18. 408.1.1-ci maddədən “onu imzalamağa” sözləri çıxarılsın;

1.19. 415.2-ci maddədə “nümayəndələri” sözündən sonra “və vəkilləri” sözləri əlavə edilsin;

1.20. 415-1.4-cü maddədən birinci cümlə çıxarılsın və ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Sonra məhkəmə yerində müşavirə apararaq və ya müşavirə otağında səs çoxluğu ilə qərar qəbul edir.”.

1.21. 417.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 417.1.7-ci maddə əlavə edilsin:
“417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.”;

1.22. 418-ci maddə üzrə:
1.22.1. 418.4.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 418.4.9-cu maddə əlavə edilsin:
“418.4.9. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa.”;
1.22.2. 418.5.-ci maddədə “418.4.6-cı” sözləri “418.4.6-418.4.9-cu” sözləri ilə əvəz edilsin;

1.23. 424.2.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 424.2.5-ci maddə əlavə edilsin:
“424.2.5. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa.”.

1.24. 429.0.3-cü maddədə “işi” sözündən sonra “kassasiya və ya” sözləri əlavə edilsin;

1.25. 431-4-cü maddə üzrə:
1.25.1. 431-4.2.1-ci və 431-4.3.1-ci maddələrdə “işin” sözündən sonra “kassasiya və ya” sözləri əlavə edilsin;
1.25.2. 431-4.3.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 431-4.3.5-ci və 431-4.3.6-cı maddələr əlavə edilsin:
“431-4.3.5. iş üzrə qəbul edilmiş məhkəmə aktları ləğv edilməklə işin icraatına xitam verilməsi barədə;
431-4.3.6. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardakı müddəaların nəzərə alınması və (və ya) icrası barədə.”.
Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanun 2017-cı il dekabrın 1-dən qüvvəyə minir. 
2.2. Bu Qanunun 1.4–1.6-cı maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur.

 


Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752) aşağıdakı dəyişikliklər edilsin:

1. 26.2-ci maddə üzrə: 
1.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər.”; 
1.2. ikinci cümlədə “nümayəndə” sözü “işçisi” sözü ilə əvəz edilsin.

2. 31.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“31.1. İnzibati məhkəmə icraatında proses iştirakçıları vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.”.

3. 61.2-ci maddənin ikinci cümləsində “səlahiyyətli vəkilə və ya” sözləri “prosessual” sözü ilə əvəz edilsin.

4. 69.2-ci maddədə “səlahiyyətli” sözü “prosessual” sözü ilə əvəz edilsin.

5. 86.1.1-ci maddədə “apellyasiya şikayəti verən şəxs və onun səlahiyyətli nümayəndəsi” sözləri “səlahiyyətli şəxs” sözləri ilə əvəz edilsin.

6. 93-cü maddənin adından “və onların nümayəndələri” sözləri çıxarılsın.

 


Azərbaycan Respublikasının Prezidenti

 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19; 2001, № 12, maddə 736; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005, № 8, maddə 686; 2006, № 12, maddə 1005; 2007, № 4, maddə 322; 2009, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 5, maddə 375; 2011, № 2, maddə 71, № 6, maddə 478; 2013, № 11, maddə 1272) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddənin II hissəsində “Xətalar” sözündən sonra “, İnzibati Prosessual” sözləri əlavə edilsin.

2. 4-cü maddənin II hissəsinə “ üzrə kassasiya (əlavə kassasiya) şikayəti və ya məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə vermiş” sözləri “və inzibati mübahisələrə dair işlər üzrə” sözləri ilə əvəz edilsin.

 

 

Xüsusi bölmələr

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462
          +994-51-940-6575

Email: dejure@dejure.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.