Praktik hüquqşünaslar və insan hüquqları müdafiəçiləri üçün təlim

Ramil Gachay's picture

Avropa Şurasının Azərbaycandakı Ofisi  Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində praktik hüquqşünaslar və insan hüquqları müdafiəçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) və 14-cü (Ayrı-seçkiliyin qadağan olunması) Maddələri” mövzusunda iki günlük təlim təşkil edəcək.

Təlim 14-15 sentyabr 2017-ci il tarixlərdə saat 10:00-dan 17:00-dək Gəncəli Plaza  mehmanxanasının konfrans zalında keçiriləcək (ünvan: Üzeyir Hacıbəyli küçəsi 48).

Tədbiri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Günel İsmayılbəyli, Bakı Dövlət Universitetinin müəllimi Gülnaz Ələsgərova və hüquqşünas Emin Abbasov aparacaqlar.

Təlimdə iştirak üçün CV-nizi 5 sentyabr 2017-ci il saat 18:00-dək vafa.rovshanova@coe.int e-mail ünvanına göndərə bilərsiniz.

Təlimə seçilən iştirakçıların siyahısı 11 sentyabr tarixdə e-mail vasitəsilə açıqlanacaq.

http://www.coe.int/en/web/baku/news/-/asset_publisher/5HKjdS5HyZvd/conte...

Xüsusi bölmələr

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462
          +994-51-940-6575

Email: dejure@dejure.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.