0

İP videomüşahidə sistemləri

İnkişaf etməkdə olan müasir təhlükəsizlik sistemlərinin qurulmasında kamera nəzarəti ilə təchiz olunma mütləqdir. Mühafizə sistemində təhlükəsizlik səviyyəsinin artırılması tələb olunarsa ilk növbədə kamera nəzarəti sistemləri ilə təchiz olunma zərurəti yaranır. Kamera nəzarəti sistemləri 60 ilə yaxın tarixə məxsusdur və böyük inkişaf yolu qət etmişdir. 2000-ci illərdə İKT (informasiya və kommunikasiya texnologiyaları) sistemləri digər elektronik sistemləri geridə qoyaraq məsafədən və mühitdən təsirlənməyən texnoloji yeniliklər etdi ki, bu da bir çox elektronik sahələrin, həmçinin təhlükəsizlik sistemlərinin baza işləmə prinsiplərinin analoqdan IP (internet protokol) texnologiyalarına daşınmasına məcburiyyət yaratdı. Beləliklə, kamera nəzarəti sistemləri məsafədən və mühitdən təsirlənməyərək, maksimal say limiti olmadan, yüksək keyfiyyətli, rəngli, səsli görüntüləri bir və ya bir neçə mərkəzdə cəmləşdirməyə və uzunmüddətli qeydiyyatını aparmağa imkan verdi. Bu nəsil kameralar İKT texnologiyalrını istifadə etdiyinə və IP ilə işlədiyinə görə sonradan IP kamera sistemləri adlandırılmağa başlandı.

Şirkətimiz dəyərli müştərilərimizə bu sferada ən son yenilikləri tətbiq edərək müasir kamera nəzarəti sistemləri olan IP kamera sistemlərini qurulmasını və servis xidmətlərini təklif edir. Layihə işləri mərhələsində arxitektura nəzərə alınmaqla hər bir nəzarət olunacaq nöqtə dəqiqləşdirilir və ən optimal kamera seçilir. Müştərinin tələbinə əsasən kamera nəzarət sistemlərinin qeydə aldığı görüntülərin hansı müddətdə yadda saxlanması üçün lazım olan avadanlıq müəyyən edilir.

Dünya İP kamera brendlərinin Azərbaycanda distribyutoru olaraq videmüşahidə sistemləri sahəsində istənilən istəklərinizi həyata keçirməyə hazırıq.

 

 

Xüsusi bölmələr

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462
          +994-51-940-6575

Email: dejure@dejure.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.