Latviya

Latviyada daşınmaz əmlakın əldə...

Maliyyə xidmətləri:

  • Vergi orqanlarına...

Abunə hüquqi xidmətlər:

Kompleks hüquqi...

Müxtəlif növ sənədlər peşakar...

Bir çox şirkətlər, sənədlərin müvafiq qaydada tərtib edilməsi...

Litva

 

MÜVƏQQƏTİ YAŞAMAQ İCAZƏSİ (MYİ)

 

Əldə edəcəyiniz imkanlar:

Vizasız Avropa İttifaqında (ŞENGEN ÖLKƏLƏRİ) sərbəst hərəkət etmək, yaşamaq, iş qurmaq və təhsil almaq imkanları

Qeydiyyat zamanı aşağıdakı sənədlər tələb olunur:

-          Xarici pasport

-          Daxili pasport (şəxsiyyət vəsiqəsi)

-          3x4 iki ədəd fotoşəkil

-          Qeydiyyat yerinizdən məhkumluğun olmaması barədə arayış(arayış 6 ay müddətində keçərlidir, arayışda apostilin olması vacibdir)

Rəsmiləşdirmənin aparılması üçün müştəri miqrasiya idarəsində qeydiyyatı zamanı iki dəfə Vilnüs şəhərinə gəlməli olacaq:

-          Birinci səfərdə  sənədlərin Miqrasiya İdarəsinə təqdim olunması üçün;

-          İkinci səfərdə Müvəqqəti Yaşamaq İcazəsini təsdiq edən sənədi almaq üçün;

Bizim tərəfimizdən aşağıdakı işlər görülür:

-          Məhdud Məsuliyyətli Cəmiyyətin qeydiyyatdan keçirilməsi;

-          Mühasibat xidmətləri;

-          Əlavə xidmətlər (sənədlərin notariat qaydasında təsdiqlənməsi, bank hesablarının açılması);

Xərclər:

MMC-nin təsis edilməsi və sənədləşməsi xidmətinin ödənişi bir nəfər üçün vəziyyətdən asılı olaraq 4500-5000 avro arasında dəyişir. Belə olan halda aylıq ödəniş 1 nəfər üçün 200-250 avro təşkil edəcək.

Birinci il şəxsiyyət vəsiqəsi 1 il müddətinə verilir. Sonra ildə bir dəfə sənədin vaxtını uzatmaq və vəsiqəni yeniləmək üçün Litvaya gəlmək lazımdır. Üç il vəsiqəyə sahib olduqdan sonra vəsiqə 2 il müddətinə verilir. 5 ilin sonunda artıq aylıq 200-250 avro ödənişdən tam azad olursunuz.

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.