Latviya

Latviyada daşınmaz əmlakın əldə...

Maliyyə xidmətləri:

  • Vergi orqanlarına...

Abunə hüquqi xidmətlər:

Kompleks hüquqi...

Müxtəlif növ sənədlər peşakar...

Bir çox şirkətlər, sənədlərin müvafiq qaydada tərtib edilməsi...

Məsləhətxana 10-12.2010

2010-10-01

 

434  Sadiq (30-09-2010). Salam. Bilmək istəyirəm ki, məsciddə nəzir pulları yığılan nəzir qutusunun haçarı kimdə olmalıdır və nəzir qutusuna nəzarət hansı formada həyata keçirilir? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Nəzir ilə bağlı münasibətlər qanunvericiliklə tənzimlənmir. Bu barədə məlumatı siz məscidin özündən soruşa bilərsiniz. Dövlət yalnız məscidlərin tikinti və təmir işlərinə nəzarət edə bilər, onların daxili qaydalarına qarışmır (əgər qeyri-qanuni fəaliyyət göstərmirlərsə).  Qeyd edilməlidir ki, nəzir könüllü verilir və bunu etməyə heç kim məcbur etmir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-01

 

435  Elxan (01-10-2010). SALAM. MEN 1970 ILDE AZERBAICANDA ANADAN OLMUSAM. ATAM,ANAM,HEYAT YOLDASIM AZERBAICAN VETENDASIDIRLAR.MEN 1988 GEIDIYATAN CIXMISAM.1996 ILDE RUSSIYA PASSPORTUNU ALMISAM. MIGRASIYA XIDMETI ARAYIS VERIBKI, MEN AZERBAICAN VETENDASI SAYILMIRAM,5-CI MADDESINE 1-CI BENDINE ESASAN VETENDASLIG HAGGINDA GANUNA.AMMA KONSTITUSIYANIN 52 MADDESINE 1-CI BENDINE GORE SAYILIRAM. XAIS EDIREM MENE KOMEK EDIN.YAXSI BIR VEKIL REKOMENDASIYA ELEYIN, KEDIM YANINA.TESEKKYR EDIREM SIZE.

 

Salam.

Əgər həmin dövlət qurumun qərarını qeyri-qanuni sayırsınızsa müvafiq qaydada məhkəməyə müraciət edə bilərsiniz. Konstitusiyanın 52-ci maddəsi sizə bunu imkan verir (Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır).

 

Vəkil məsələsinə çatdıqda bizim portalın VƏKİLLƏR və BONA FİDE hüquqşünaslar bölməsinə nəzər yetirə bilərsiniz. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-01

436  Rüfət (01-10-2010) Salam. Azerbaycan Respublikasinin qanunlarinda sifahi muqavile qebul olunurmu? Eger qebul olunursa bunu nece subut etmek olar? Verilecek cavaba gore evvelceden minnetdarligimi bildirirem.

Salam.

Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Lakın bir çox müqavilələr üçün yazılı forma nəzərdə tutulub, bir çoxları üçün notariat qaydada təqdiqi məcburidir (misal üçün ipoteka müqaviləsi). Əgər əqd şifahi şəkidlə onun şübut olunması mürəkkəb məsələdir (şahidlər olmalıdır, video və audio yazılar və s.).

Sualınıza görə təşəkkür edirik.

2010-10-01

437  Qurban (01-10-2010). Muavinet verilir deyende ne nezerde tutulur?Pensiye ve muavinet eyni sheydirmi?

Salam.

Əmək pensiyası - müvafiq qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (Əmək pensiyaları haqqında Qanunun 1-ci maddəsi ).

 

Sosial müavinətlər -  müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti (Sosial müavinətlər haqqında Qanunun 1-ci maddəsi).
 

 

Gördüyünüz kimi fərqli anlayışlardır.

 

Sualınıa görə təşəkkür edirik.

 

2010-10-02
 

438  Qurban (01-10-2010). Salam. Sizin saytda bele 1yazi gormusem ki, 23 yasdan yuxari aile bascisini itirmis elil usaqlara dovlet muavinet verir.Men de rayonumuza muraciet etdim ve mene dediler ki bele bir qanun yoxdu.Xais edirem hemen maddeni menim sualima cvb yazacaqiniz yere yerlesdirin.Men telfon ile sayta girirem deye tapa bilmirem.

 

Salam.

 

Belə bir məlumat saytda yerləşdirilməyib.

Sosial müavinətlər haqqında Qanunun 9-cu maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir

-. vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla).

 

Xahiş edirik diqqətli olasınız.

 

2010-10-02

 

439  Qurban (01-10-2010). Salam. Men tez-tez poctla mektub gonderirem,her mektub ucun de 1 manat odeyirem. Pactalyon gonderis haqqinda qebzi getirdikce her defe 20 qepik alir. Bu qanunidimi?

 

Salam.

Xeyr. Qanuni deyil.  Poçtalyonların bu işi gördüklərinə görə maaşı var. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-02

440  Gulya (01-10-2010). Salam, beynelxalq cinayetler hesab olunan ekozid, diozid , biozid ne demekdir?

 

Salam.

Ekosid - (yunan.οικος - ev, lat. caedo - öldürmək) - bitki və heyvan aləminin kütləvi məhv edilməsi, atmosferin və ya su resursların zəhərlənməsi, həmçinin əkoloji fəlakətlərin gətirib çıxarılmasına səbəb olan digər hərəkətlərin törədilməsi.

Diosid - setirillisiniy xloridi, kimyəvi birləşmədi (diqqətli olun).

 

Biosid - bəşəriyyata qarşı cinayətdir. Ekosiddən fərqli olaraq yalnız insana və digər canlı məxluqlara qarşı yönəldilib. Kütləvi qırğın silahı vasitəsilə insanların və canlı təbiətin qəsdlə məhv edilməsidir. Frəqli  xüsusiyyətləri: neytron, baktereoloji, bioloji, toksik və kimya silahların insanlara qarşı məqsədyönlü istifadə edilməsi.

 

Sualınıza görə təşəkkür edirik.

2010-10-02

 

441  Gulya (01-10-2010). Salam. Emek huququnda gosterilen kollektiv sazis ile kollektiv muqavile anlayislarinin ne ferqi var?

 

Salam.

Əmək Məcəlləsinin beşinci fəslində Kollektiv müqaviləsi altıncı fəslində isə Kollektiv saziş barədə ətraflı məlumat verilib. 

Misal üçün Kollektiv müqavilə işəgötürən və həmkarlar ittifaqları arasında bağlanılır (və ya əmək kollektivi) bağlanılır. Kollektiv saziş isə müvafiq icra hakimiyyəti orqanı və həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları arasında bağlanılır.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-02

442  Gulya (01-10-2010). Salam bezi qanunlarda dovlet qulluqcusu ve dovlet memuru anlayislari var,bu ikisi eyni anlayisdi yoxsa ferqi nededi?

Salam.

Dövlət qulluqçusu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır (Dövlət qulluğu haqqında Qanunun 14-cü maddəsi). 

 

Dövlət məmurun anlayışı qanunvericilikdə göstərilməyib (yalnız icra məmuru). Lakın belə başa düşmək olar ki, bu dövlət qurumlarında çalışan, amma dövlət qulluqçusuna aid olunmayanlardır (misal üçün dövlət fondların işçiləri, Mərkəzi Bank işçiləri və s.)

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-02

443  Gulya (01-10-2010). Salam diplomatik xidmetler haqqinda qanunda toxunulmazliq huququ olan subyektlerden biri attase gosterilir, attese deyilende kimler nezerde tutulur yeni menasi nedi?

Salam.

 

Attaşé fransızca ( attaché ) — 

Azərbaycanda

 

 ən aşağı diplomatik vəzifə və. birinci diplomatik r

anq (Diplomatik xidmət haqqında Qanunun 6-cı və 8 ci maddələri).

Anlayış feil olan fransız sözündən əmələ gəlib. «Bağlamaq » mənasını verir.Tarixən diplomatik nümayəndəyə təhkim edilməsi situasiyasından yaranıb.Hal - hazırda daha çox hərbi, ticarət və digər məsələlər üzrə attaşelər nəzərdə tutulur.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-02

 

 

 

 

 

444  Sadiq (01-10-2010). Salam. Belke de sualim size aid deyil.Ama xahis edirem meni istiqametlendiresiz.Mescidin imamini kim teyin edir.Imamin deyisdirilmesi prosesi nece bas verir.Eger camaat narazidirsa imamdan nece neferin imzasi lazimdir ki, imam deyisilsin.evvelceden tesekkurumu bildirirem.

 

Salam.

Bu sualın doğrudanda bizə aidiyyəti yoxdur. Amma biz adətən çalışırıq heç olmasa qismən sualları cavablandıraq. Bununla bağlı  bu linkə nəzər yetirin.

 

Bu qədər.

 

2010-10-02

445  Muşviq (01-10-2010). 1-ci qrup elili doyen adam mehkeme terefinden hansi madda ile cazalandirilir.

 

Salam.

 

Cinayət Məcəllənin 128-ci maddəsinə (döymə) əsasən  qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə 

— iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualınıza görə təşəkkür edirik.

2010-10-02

 

446  Camal (01-10-2010). Salam aleykum! Məhkəmə ekspertizası mubahisəli obyekti düzgün deyerləndirməyib, mən məhkəmədə buna etirazımı bildirdim. Amma hakim etirazımı qəbul etmədən qərar qəbul etdi. Mən ekspertin qərəzli hərəkətindən kimə şikayət etməliyəm!

Salam.

 

Mülki Prosessual Məcəlləsinin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və yaekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

 

Əgər məhkəmə artıq müvafiq akt qəbul edibsə, onda siz apellyasiya qaydasında şikayət edə bilərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-02

447  Akif (02-10-2010). Az. qanunvericiliyinde hicaba her hansi bir qadaga varmi?

 

Salam.

Xeyr. Bununla bağlı  heç bir qadağa yoxdur.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-02

 

448  Nərgiz (02-10-2010). Salam.1987 ci ildən gənc mütəxəssis kimi mühəndis vəzifəsinə işə qəbul olunmuşam.23 il həmin yerdə iş stajım var.Ştat cədvəlində mühəndis vəzifəsindən başqa aparıcı mühənis də var.Lakin həmin idarədə tanış olmadığından,məni aparıcı mühəndis vəzifəsinə kecirmirlər. 23 il ərzində həmin vəzifəyə yeni işcilər qəbul olunub.Adətən ştatda yer boşalanda köhnə işci kecirilir yüksək vəzifəyə və boş olan yerə yeni işci qəbul olunur.Şöbə müdirimə bir necə dəfə müraciyət etmişəm-Mənin səlahiyətimdə deyil- cavab almışam.qeyd edim ki adım nümunəvi işcilər sırasındadır.Bilmək istərdim ,hansı qanuna və ya hansı bir sənədə əsaslanaraq,mən öz hüquqlarımı bərpa edə bilərəm.Sizdən məsləhət gözləyirəm.

 

Salam.

Bu  münasibətlər işəgötürən və işçi arasında olan münasibətlərdir. Əgər işəgötürən sizi qiymətləndirmirsə digər uyğun işə qəbul olunmasını məsləhət görərdik. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-02

449  Bahruz (02-10-2010). Salam. Lizinq müqaviləsi haqqında qanunun 12 maddəsində lizinq xidmətinə görə müəssisələr üçün dövlət tərəfindən müvafiq qaydada güzəştlər nəzərdə tutula bilər.(29 noyabr 1994-cü il) bu güzəştlər hansılardır? əvvəlcədən təşəkkür edirəm

 

Salam.

17 iyun 2003-cü il tarixli  479-IIQD №-li Azərbaycan Respublikası Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Qanunu qüvvəyə mindiyi gündən adı çəkilən Lizinq xidməti haqqında Qanun qüvvədən düşmüşdür.

 

Xahiş edirik nəzərə alasınız.

 

2010-10-02

450  Azər (02-10-2010). Salam. Mən şəxsi həyətyanı sahəmdə fərdi yaşayış evi tikmişəm.İndi ev elektrik enerjisi və qazla təmin olunmalıdır. Saygaclar kimin hesabına quraşdırılmalıdır? Ümumiyyətlə qanunla bu işlər necə tənzimlənir?Qeyd edim ki,torpaq və tikintiyə aid sənədlər qaydasındadır. Minnətdaram.

 

Salam.

Bununla bağlı ilk növbədə ərizə ilə ərazi üzrə aidiyyəti dövlət qurumlarına müraciət etməlisiniz. Misal üçün elektrik enejisi ilə bağlı Elektrik enerjisindən istifadə Qaydalarına riayər edilməlidir.

 

Bu qədər.

 

2010-10-03

451  Samira (02-10-2010). Salam. Biz 1-ci mərtəbədə yaşayırıq və evin qabağına tamet düzmək istəyirik. Yağış yağanda ora palçıq olur, amma MİSin mühəndisi buna icazə vermir. Nə etmək olar? Sağ olun.

 

Salam.

 

Çalışın yazılı şəkildə həmin idarəyə müraciət edin və rəsmi cavabı verməyə tələb edin. Onların cavabına əsasən (əgər icazə verilməsə) məhkəməyə müraciət edə bilərsiiz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-03

452  Müşviq (02-10-2010). 132-ci maddeye hansi ceza verilir

 

Salam.

Məsləhətxananın 445-ci sualında sizin sualınız artıq cavablandırılıb.

 

Bu qədər.

 

2010-10-03

453  Eldar (02-10-2010). Salam. Biz ailədə 5 nefer idik baki şəhərində oz evimiz var idi, 2005-ci ildə anam rəhmətə getdi,ustunən 5 il kecib mən iztəyirəm evi oz adıma kecirəm men ne elemeliyen,və hara muraciyət eləyim, birdə xais eliyirem mene basa salınki menim ne qədər dovlət rusumu odemeliyəm .....

Salam.

Bununla bağlı oxşar suallar cavablandırılmışdır. 

Məsləhətxananın 49, 62, 398-cı suallarına nəzər yetirin.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-03

454  Aysel (02-10-2010). Salam. Zehmet olmasa azadligin mehdudlasdirllmasi ve azadligdan mehrum etme anlayislarini izah edesiniz evvelceden teshekkurler

Salam.

Cinayət Məcəlləsinin 53.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması ittiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.

 

Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər.

Sualınıza görə təşəkkür edirik.

2010-10-03

455  Vasif (03-10-2010). Salam.Biz əvvəllər suraxanı rayonunda yaşayırdıq.Suraxanıdakı evi satandan sonra Binəyə köçdük.Lakin köçdüyümuz yerdə bəlkə 1000-dən çox ev var ama heç kimin uçotu yoxdur.Əvvəlki evimizin sahibi deyir ki,evimin uçotundan çıxın.Biz də deyirik sən çıxartmalısan.O isə deyir ki, bu işin xərci 300-400 manatdır.Beləcə aramızda mübahisə yaranıb.Xahiş edirəm bu işimizdə bizə nə etməyimizə aydınlıq gətirəsiniz.Əvvəlcədən təşəkkürümü bildirirəm.

 

 

 Salam.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır (əgər evin əvvəlki sahibi artıq başqa yerdə yaşayırsa). Əgər yaşayış yerini dəyişdirmisinizsə bu barədə məlumatı pasport-qeydiyyat şöbəsinə təqdim edirsiniz və şəxsiyyət vəsiqələrinizi dəyişdirirsiniz. Müvafiq dövlət orqanı avtomatik olaraq sizi köhnə yaşayış yerinizdən qeydiyyatdan çıxarır.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-03

456  Cumşud (03-10-2010). Salam. Qanunvericiliyə qörə fiziki şəxs özəlləşdirilmiş obyektin qarşısını abadlaşdırmalıdır? Abadlaşdərəlmalıdırsa hara müraciət etməlidir?

 

Salam.

Aadlaşdırma könüllü xarakter daşıyır və yalnız sizdən asılıdır.

 

Bu qədər.

 

2010-10-03

457  Cümşüd (04-10-2010). İcarəyə götürülmüş zirzəminin qarşısına daş döşəməyə icazə vermirlər. Deyirlər 1000 manat gətir sonra elə. qanunda elə bir maddə varmı ki, oranı düzəltmək bizim hüququmuzdur.? Sağolun.

Salam.

 

Əgər həmin zirzəminin qarşısı da (əhatə edən ərazi) icarəyə götrülübsə mülkiyyətçinin icazəsi ilə abadlaşdırıla bilər. Amma əgər həmin ərazi hansı bir bələdiyyənin və ya digər qurumun istifadəssindədirsə onda onlrdan mütləq icazə almalısınız. Onlar abadlaşdırma işlərdə maraqlı olmalıdır. Əgər belə niyyətiniz varsa və səlahiyyətli şəxslər icazə vermirlərsə yuxarı instansiyalra və ya məhkəməyə şikayət edə bilərsiniz. Korrupsiya hallrına yol verilirsə Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyaya müraciət edə bilərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-04

458  Mushviq (04-10-2010) Salam. menim suruculuk vesiqemi yol polisi avto xuliqanliga gore musadire edib. evvelceden 6 balim oldugunu nezede alsaq menim suruculuk huququm elimden alinir ve ya mehdudlashdirilir?

Salam.

 

İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci maddəsinə (Avtoxuliqanlıq) əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə 

- nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

 

Həmin Məcəllənin yalnız 152-1.1-ci və ya 152-1.2-ci maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 10 bal toplanmasına görə -

 

nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılır.

Əgər 10 bal toplanmamışdırsa yalnız avtoxuliqanlığa görə idarə etmək hüququnuz məhdudlaşdırıla bilər. Hər bir halqda idarə etmək hüququnuz alına bilməz.

Sualınıza görə təşəkkür edirik.

2010-10-04

 

459  Elcin (04-10-2010) Salam men firma daha deqiq desem avtotemir ile mesgul olmaq ucun firma acmaq isteyirem. Hara mureciet etmeliyem ve hansi senedleri teqdim etmeliyem. Tesekkurler.

 

Salam.

Kommersiya hüquqi şəxs (adətən MMC) yaratmaq istəyirsinizsə Vergi orqanlarına müraciət etməlisiniz (Ünvan: AZ 1029, Bakı şəhəri, H.Əliyev pr. 105). Bu sahə Azərbaycanda kifayət qədər inkişaf olunub və adətən kommersiya hüquqi şəxslər 7 gün ərzində qeydiyyata alınır. Bu saytda ətraflı məlumat verilib və bütün lazımi sənədlər təqdim olunub. Əlavə məlumat almaq istəyirsinizsə 195 telefon nömrəsinə zəng edə bilərsiniz. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-04

460  Ruzi (04-10-2010). Salam. Müdafiə Nazirliyinin N saylı hh-nin zabiti həbs olunduqdan sonra ona işdən azad olunduqdan sonra son haqq-hesab hesablanır?

 

Salam.

Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən həmin Məcəllənin müddəaları hərbi qulluqçulara şamil edilmir. Hərbi qulluqçuların statusu haqqında Qanunun 9-cu maddəsin hərbi quuluqçuların əmək hüququ nəzərdə tutulub. Əgər məhkəmə başqa nəzərdə tutulmayıbsa çalışdığınız dövr ərzində əmək haqqı və kompensasiya sizə verilməlidir.

 

Sualınıza görə təşəkkür edirik.

2010-10-04

461  Rufat (04-10-2010). Salam. Azebaycan Respublikasinin huquqi sexsi oz musterilerini xarici olkede tehsili ile bagli xarici huquqi sexs ile muqavile baglayir ve buna gore musteriden xidmet haqqini alaraq mueyyen hissesini ozu ucun saxlayir qalan hissesinin xarici huquqi sexse gonderir.Bu munasibet Agentlik munasibeti sayilir?

 

Salam.

Bu müqavilənin şərtlərindən asılıdır. Adətən agent göstərdiyi xidmətlərə görə təsbit olmuş məbləğə müəyyən faiz qoymaq ixtiyarına malikdir. Misal üçün xidmətin qiyməti 100 manat Agəntin xidmət haqqı isə 3%-dir. Müştəriyə təqdim edilən məbləğ 103 manatdır. Müştəri ilə fərqli müqavilələr bağlanılır. 

 

Sualınıza görə tşəkkür edirik.

 

 2010-10-04

462  Rafig (04-10-2010). Mən Gürcüstanda olmuşam. Təhsil almaq üçün 1992-ci ildə Azərbaycana gəlmişəm. 1993-1997 -ci ilə qədər yataqxanada qeydiyyatım olub. sonra isə 2000-ci ildən daimi qeydiyyatdayam və Bu müddət ərzində 2 dəfə şəxsiyyət(Azərbaycan Respublikası) vəsiqəsini dəyişmişəm.İndi isə vəsiqəmi dəyişməkdən imtina edirlər. Səbəb kimi isə həmin vaxt məmurun qanunu bilməməsi göstərirlər və vətəndaşlığı verilməsini qanunsuz hesab edirlər. Zəhmət olmasa bu prosesin hüquqi tərəfələri haqqında ətraflı məlumat verəsiniz.

 

Salam.

Hal-hazırda miqrasiya qanunvericiliyi ciddiləşib və bu cür hallar müəyyən problemlər yarada bilər. Əgər sübutlarınız varsa və bütün hərəkətləri vaxtıkən qanuna uyğun yerinə yetirmisinizsə məhkəməyə müraciət etməyiniz məqsədəuyğundur. Çünki məsələ mübahisəlidir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-04

463  Tahir (04-10-2010) 1997-ci ilə qədər özəlləşdirilmiş bağ sahələrini yenidən özılləşdirilməsi lazımdırmi.’, ‘

Salam.

Əgər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özəllədirilibsə lazım deyil. Çünki bu daşınmaz əmlak artıq sizin mülkiyyətinizdir və hüquqlarınız qeydiyyata alınıb. Yoxlanılması üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət edə bilərsiniz (Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi - 10 manat).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-04

464  Rasim (04-10-2010). Men xarici vetendasla (moldava) nigaha girmek ucun ne etmeliyem (azerbaycanda)

 

Salam.

Ailə Məcəlləsinin 146-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki (Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər;  ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər) tələblərə əməl olunmaqla müəyyən edilir.

 

Bunun üçün siz sadəcə VVAQ idarəsinə gedib nikahınızı bağlamalısınız. Nikahın qeydə alınması qaydası burda göstərilib. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-04

465  Ramil (04-10-2010). Nezerinize catdiriram ki, men hal-hazirda Ucar rayonu Azerbaycan kucesinde yerleshen 2 (iki)mertebeli aptek binasinda hugugi shexs kimi fealiyyet gosterirem. Tikintiye bashlamazdan evvel rayon icra hakimiyyeti 2 mertebeli binanin lahiye plani senedini mohurleyerek mene tegdim etmishdir. Defelerle tikintiye icaze ve istismar akti almag ucun rayon icra hakimiyyetine muraciet etmishem. Indi ise 194 ve 196-ci maddeni rehber tutarag binanin oz hesabima sokulmesini teleb editrler. Xaish edirem bu barede fikrinizi bildiresiniz.

Salam.

 

Bu mübahisəli məsələdir. gər səlahiyyətli dövlət orqanın müvafiq qərarı varsa, həmin qərardan 1 ay ərzində məhkəməyə müraciət edə bilərsiniz (Mülki Prosessual Məcəllənin 296-cı maddəsinə uyğun olaraq). 

Əgər İnzibati Xətalar Məcəlləsinin  194 (Özbaşına tikinti işlərinin aparılması) və 196-cı (Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması) maddələrinə görə məsuliyyətə cəlb olunmusunuzsa qeyd hissəsinə nəzər yetirin (Qeyd: Şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq alınmadan inşa etdiyi tikililərə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.).

MPM-nin 293.5-ci maddəsinə əsasən ərizənin məhkəməyə verilməsi inzibati tənbeh haqqında qərarın icrasını dayandırır.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-04

 

466  Mehriban (04-10-2010). Salam. evvel verdiyim sualin cavabini verdiyiniz ucun tesekkur edirem. yeni sualim var. olum hali ucun bagiwlama muqavilesi ile vesiyyetin ne ferqi var?

 

Salam.

Yəqin ki, ölüm halı deyəndə insanın sağikən görülən hərəkətlər başa düşülür. Fərq ondadır ki, vərəsəlik deyəndə artıq ölmüş şəxsin əmlakın başqa şəxslərə keçməsidir (Mülki Məcəllənin 1133-cü maddəsi). Bağışlama isə yalnız sağ olan şəxs tərəfindən keçirilə bilər. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-04

467  Elnur (04-10-2010). Salam. Men suruculuk vesiqemi ve masinin texniki baxis vesiqesini itirmisem. Bilmek isteyirem ki, bu iki senedin hazirlanmasi ucun cemi men ne qeder meblegde dovlet rusumu odemeliyem??? Qabaqcadan derin tesekkurlerimi bildirirem. Cox sag olun.

Salam.

 

İnzibati Xətalar Məcəlləsinin 154.4-cü maddəsinə əsasən sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 

- otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

 

Bununla bağlı ərizə ilə DİN DYPBİ-nə sənədlərin dublikatın verilməsi ilə əlaqədar müraciət etməlisiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-05

468  Abdulla (05-10-2010). Heyat yoldawimla nigahi pozuruq.o menim senedlerimi vermir.mehkeme ise bezi senedler isteyir, men ne etmeliyem?

 

Salam.

Məhkəmə qaydasında həmin sənədləri tələb edə bilərsiniz. Bunun üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən müvafiq vəsatət qaldırmalısınız.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-05

469  Elnura (05-10-2010). 1 ildir ki hekim kimi isleyirem hele sigorta kartini almamisam, ve biz genc aile olaraq ipotekaya ev almaq isreyirik, bankdan sigorta karti teleb olunur, islediyim muesise ise en azi 1 aya karti vere bileceyini bildirir. bu halda bank sosial sigorta fondundan arayisi da qebul edir. xahis edirem bu arayisi nece ala bileceyim barede mene meslehet ve komek edesiniz cunki sigorta kartinin olmamasi bizim ev almaq imkanimizi mehtudlasdirir, tesekkurler

 

Salam.

Hər bir halda çalışdığınız iş yerinizdən arayış almaqla DSMF-ə müraciət (ərizə ilə) edib Həmçinin fərdi sahibkar qismində vergilər orqanlarında qeydiyyatdan keçib DSNF orqanlarında qeydiyyatdan keçə bilərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-05

470  Qızçiçəyi (06-10-2010). salam sizden xahis edirem bu sualima cavab yazasiz.sizce mulki mecelle madde 573.2 imperativ normadir yoxsa dispozitiv? eger imperativdirse onda madde 572.1in 1ci cumlesiyle kolliziya teskil etmir? Hele bir hal olsa hansi tetbiq olunmalidir sizce?esaslandirin zehmet olmasa meselen bele bir kazus verim satici aliciya 3-cu sexslerin huquqlariyla yuklu esya satir ve bunu alanda alici bilirdi 3-cu sexsler alicidan esyani alanda aliciya deymis zereri ve onun saticiya verdiyi pulu kim odemelidir? madde 573.1-den bele cixirki onlar muqavilede saticini mesuliyyetini radan qaldiran sert nezede tuta bilmezler ele deyil?amma axi satici aliciya esyani satanda onu xeberdar etmisdi bes onda bu mesele nece hell olunmalidir? esaslandirin zehmet olmasa

 

Salam.

Bunun üçün ilk növbədə Mülki Məcəllənin 567-ci maddəsinə nəzər yetirmək lazımdır (Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür).

Alıcı öz növbəsində onun üzərinə düşən öhdəliyi yerinə yetirir (pul məbləği ödəyir). Satıcı isə üzərinə düşən öhdəliyi tam yerinə yetirmir və ya yetirmir. Satıcı əldə edir, lakın Alıcı itirir. Buna görə də Satıcı məsuliyyətdən azad oluna bilməz. Həmçinin Satıcı üçüncü şəxslərin hüquqları ilə yüklülüyünü sübut etməlidir (yəni Alıcının bu barədə məlumatlandırılması sənədlərlə sübut olunmalıdır). Hətta sübut olunduğu təqdirdə də Satıcı tam məsuliyyətdən azad olunmur, çünki Alıcı ödənilən məbləğin əvəzini almalıdır. 

 

572.1-ci maddəsində göstərilir ki, Satıcı öz vəzifələrini yerinə yetirməsə Alıcıda alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ var (bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin). Alıcıda bu hüquqların olub-olmaması (burda: müqaviləni ləğv etmək və ya əşyanın qiymətinin azaldılması), Satıcını onun öhdəliklərini yerinə yetirməkdən azad etmir (pul məbləğini qaytarmaq, digər əşya ilə əvəz etmək və s.). 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-06

471  Qızçiçəyi (06-10-2010). Salam muqavilenin adi muhum tesadufi sertlerini izah edin zehmet olmasa

Salam.

 

Müqavilənin mühüm şərtləri -

 

bu elə şərtlərdir ki , hansılar olmadıqda müqavilə bağlanmamış hesab olunur (müqavilənin predmeti; qanunda hansı bir müqavilə növü üzrə zəruri hesab olunan şərtlər; elə şərtlər ki, tərəflərin hər birisinin mütləq razılığın olması ).

 

Müavilənin adi şərtləri - qanunvericiliklə nəzərdə tutulan şərtlər. Bu şərtlərin daxil 

müqaviləyə 

edib-edilməməsi onun qüvvəsinə təsir etmir (misal üçün fors-major, mübahisələrin hansı məhkəmədə həll olunması və s.)

 

 

Müqavilənin t

əsadüfi şərtləri - yalnız tərəflərin mülahizəsi ilə əlavə olunan  şərtlərdir. Bu şərtlər qanunda göstərilən adi şərtləri dəyişdirir yaxud onları təkmilləşdirir (misal üçün mübahisələrin HongKong Beynəlxalq Arbitraj Məhkəməsində baxılması, malların çatdırılma üsulları, xidmətlərin oppana-opaana həyata keçirilməsi və s.)

 

 

 

Sualınıza görə təşəkkür edirik.

 

 

 

2010-10-06
 

 

472  Sürəyya (2010-10-06). Salam. Mən bələdiyyənin icarə müqaviləsi ilə icarəyə götürdüyüm sahəni daş hasara ala bilərəm?

 

Salam.

Hər bir halda bələdiyyədən rəsmi icazə alsanız (yazılı şəkildə) daha məqsədəuyğun olar.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-06

473  Roman (07-10-2010). Salam. Bu cur imkan yaratdiginiza gore qabaqcadan tesekkurler. Menim atam 18 il once rehmete gedib.Ata evimiz anamin adina idi. Indi anam o evi bacimin evi ola-ola onun adina kecirib. Menim ata mulkunde payim var. Men oz haqqimi nece teleb ede bilerem? Mene dusen payi huquqi yolla nece ala bilerem. Bu mesele ile bagli bir meslehet verseniz cox minnetdar olaram size.

Salam.

 

Nəzərinizə çatdırım ki, Mülki Məcəllənin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Əgər həmin mülkiyyətdə sizin payınız varsa siz müvafiq qaydada məhkəməyə müraciət edib mülkiyyət hüququnuzu bərpa edə bilərsiniz. Lakın əgər mülkiyyət hüququ tam olaraq ananıza məxsusdur, o həmin mülkiyyət ilə öz mülahizəsinə əsasən sərəncam verə bilər. 

 

Buna baxmayaraq siz Mülki Məcəllənin 667.1-ci maddəsinə uyğun olaraq  məhkəməyə müraciət edərək valideynizin bağılmaq hüququnu məhdudlaşdıra bilərsiniz çünki qanun ilə siz öz valideynizin vərəsəsi hesab olunursunuz (və mcburi pay almaq hüququna maliksiniz). 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-07

474  Rufat (07-10-2010). Salam. Inzibati Xetalar Mecellesinde cezalar fiziki, vezifeli ve huquqi sexslere tetbiqi zamani deyisir. Huquqi ve fiziki sexsler aydindir.Vezifeli sexsler dedikde kimler nezerede tutulur? Cavabiniza gore evvelceden minnetdarligimi bildirirem.

 

Salam.

İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin qeyd hissəsində sizin sualınız cavablandırılır.

 

Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.

 

Sualınıza görə təşəkkür edirik.

 

 

2010-10-08
 

475  Aynur (07-10-2010). Salam aleykum hörmətli DeJure. sağolun ki, camaatımıza təmənnasız köməklik göstərirsiniz. Bu məsələ ilə bağlı nə vaxtsa Sizə müraciət etmişdim (sual 205).Yenə də Sualım yaranıb:- Bül bülə qəsəbəsində fərdi yaşayış evinin nömrəsi düzgün verilməyib (məhkəmə yolu ilə) onu dəyişmək üçün hara müraciyət etmək lazımdır?( iddia ərizəsi səhv yazıldığından və məhkəmə tərəfindən məsələ lazımı səviyyədə araşdırlmadıqdan səhv qətnamə çıxarılıb və hal hazırda eyni ərazidə biri birindən aralı iki eyni nömrəli ev var. (Appelasiya vaxtı çoxdan keçib)

Salam.

 

Bununla bağlı qeyd etdiyiniz Məsləhətxananın 205-ci sualında cavablandırmışdıq. Müddətin pozulması ilə əlaqədar bildirə bilərik ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buna görə də siz məhkəməyə müddətin bərpası haqqında ərizə ilə müraciət etməlisiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-08

476  Aynur (07-10-2010). Salam sadece deqiqleşdirmek isteyirdim. Azərbaycan Respublikasının Vetendaşı Sovet passportunu Ş\\V-nə dəyişmək istədidkdə, o miqrasiya xidmətinə və ya prezident adına məktubla muraciyət etməlidir mi, yoxsa qeydiyyat şöbələrində \"Dəyişmə\" siyahısında göstərilən sənədlər kifayətdir?

Salam.

 

Bu şəxslərin 30 sentyabr 1998-ci il tarixinədək (Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun qüvvəyə minməsi tarixi) vətəndaşlığı qəbul etmək hüququ var idi. İndi isə bu müşgül məsələyə çevrilə bilər. Çünki həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət yalnız aşağıdakı hallarda mümkündür:

 

1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;

2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında  yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər;

3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar;

4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.

 

2-ci bənddə nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu  qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət  etsinlər.

Bunlara baxmayaraq, hesab edirik ki, məhkəmə qaydasında məsələyə baxılması müsbət həll olunması ehtimalı var.

Sualınıza görə təşəkkür edirik.

2010-10-08

477  Şahin (07-10-2010). Salam. Neca düşünürsüz, telefonla zəng vurub kimisə söymək, təhqir etmək, narahat etmək və ya təhqiredici mesajlar yazmaq İXM-in 296-cı maddəsində nəzərdə tutulan xırda xuliqanlığın tərkibini yaradırmı? Çünki xırda xuliqanlığın obyekti ictimai qaydadır. yəni xırda xuliqanlıq zamanı ictimai qaydaya ziyan dəyir, bu əməl əsasən ictimai yerlərdə baş verir. Əgər belədirsə yuxarıda qeyd etdiyim hərəkətləri edən şəxs hansı maddə ilə məsuliyyətə cəlb edilməlidir?

 

Salam.

Əgər həmin zənglərdə və mesajlarda zorun tətbiq edilməsi ifadələri əks olunursa və siz öz həyatınıza, sağlamlığınıza təhlükəni hiss edirsinizsə bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək hüququnuz var. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-08

478  Rufat (07-10-2010). Salam. Terefler mehkeme qerari icraya verildikden sonra qerarda qeyd olunan meblegden az odenilmesine raziliga gelirler. Bu raziliq ve odenis nece heyata kecirilmeli ve mehkeme icracilarini bu raziliq barede nece resmi bildirmek lazimdir?

Salam.

 

İcra haqqında Qanunun  20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: Eyni zamanda siz öz aralarınızda borc müqaviləsini bağlaya bilərsiniz və həmin müqaviləyə əsasən öhdəliklərinizi yerinə yetirərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-08

479  Muşviq (07-10-2010). 61.1.7 maddeye hansi ceza verilir?

 

Salam.

Əgər Cinayət Məcəlləsini nəzərdə tutursunuzsa qeyd edilməlidir ki, bu maddələr CM-nin ümumi hissəsinə aiddir. Ona görə də bu maddələrdə sanksiya göstərilmir. 

Cinayətin müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi sadəcə cəzanı ağırlaşdıran hallardan biridir. Misal üçün CM-nin 120, 123, 125, 126-cı və s maddələri ilə nəzərdə tutulan cinayətləri hamilə qadına qarşı törədildikdə cinayətkarı daha ağır cəza gözləyir. Misal kimi, sanksiyada 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulubsa 5 il verilə bilər.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-08

480  Ceyhun (08-10-2010). Salam. Men sürücüluk vesiqesindən məhrum olundum. 29.12.2009 ildə. İndi təzədən imtahan verməliyəm yoxsa vəsiqəmi DYP qaytarmalıdır?

 

Salam.

Xahiş edirik məlumatı dəqiqləşdirəsiniz çünki nəqliyyat vasitəsini  idarə etmək hüququ yalnız müəyyən müddətə məhdudlaşdıra bilər (İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsi). Qanunvericilikdə idarə etmək hüququndan məhrum edilməsi kimi cəza nəzərdə tutulmayıb.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında Nazirlər Kabinetinin Qərarının 4-cü bəndinə əsasən sürücülük hüququndan müvəqqəti məhrum edilmiş şəxslərin cərimə balları silinir və bu şəxslər məhrum edilmə müddətində yol verdikləri qayda pozmaya görə məsuliyyətə idarə etmə hüququ olmayan şəxs kimi cəlb edilirlər.  Sürücülük hüququ məhdudlaşdırılan şəxslərin sürücülük vəsiqələri saxlanılması üçün ərazi üzrə DYP-nin qeydiyyat-imtahan bölməsinə göndərilir və bu müddət başa çatdıqdan sonra müəyyən qaydada sahibinə qaytarılır.

 

Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi

qaydaları haqqında Əsasnamənin 2.13-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri, bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən vəonların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-08

 

481  Nərgiz (08-10-2010). Hormetli dejure, ayrilmaq ucun ishimiz mehkemededi.Yoldashim mene xeyanet edib.onun munasibetde oldugu shexsle telefon sohbetleri ve mesajlashmasi olub.Bunu mehkemede subut etmek ucun aid oldugu mobil rabite xidmetinden onlarin telefon danishiginin audio yazisini elde etmek huququm varmi? Eger bunu etmek mumkunse, hansi addimlari atmaliyam?

 

Salam.

Əgər ayrılmaq və ailə münasibətlərinə son qoymaq qərarına gəlmisinizsə bunun üçün məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur (Ailə Məcəlləsinin 20-ci maddəsi). Fikrimizcə  mobil operatorları tərəfindən bütün danışıqların audio yazılması qeyri-mümkündür (və bu ümumiyyətlə qeyri-qanunidir), lakın zənqlərin qeydə alınması (hansı telefon nömrələrə zəng edilməsi) mümkündür. Bu məlumatın alınması üçün məhkəmədə Vəsatət qaldıra bilərsiniz. Məhkəmə lazım bilsə bu vəsatəti təmin edə bilər.  Lakın Ailə Məcəlləsinə əsasən xəyanət nikahın pozulması üçün səbəb deyil (bəzi xarici ölkələrdən fərqli olaraq).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-08

482  CAMAL (08-10-2010). SALAM! KEÇMİŞ QAYNATAM MƏNƏ NATARİAT QAYDADA OBYEKT BAĞIŞLAMIŞDIR. MƏN OBYEKTİ HƏDİYYƏ KİMİ QEYRİ-ŞƏRTSİZ QƏBUL ETDİM. OBYEKT YARIMÇIQ TİKİLİ OLDUĞUNDAN MƏN ONU ÖZ ADIMA KEÇİRDİKDƏN SONRA TAM MAĞAZA HALINA GƏTİRDİM.MƏN KEÇMİŞ HƏYAT YOLDAŞIMLA AİLƏ ZƏMNİNDƏ MÜBAHİSƏ DÜŞDÜYÜNDƏN AİLƏMİZ DAĞILDI HAL-HAZIRDA BOŞANMIŞIQ. KEÇMİŞ QAYNATAM MƏNƏ QARŞI MAĞAZANI GERİ QAYTARILMASI BARƏDƏ MƏHKƏMƏDƏ İDDİA QALDIRMIŞDIR. MƏN DƏ OBYEKTƏ ÇƏKDİYİM XƏRCLƏRİ MƏNƏ ÖDƏNİLMƏSİ BARƏDƏ QARŞILIQLI İDDİA QALDIRMIŞAM !HAKİMİN QƏRƏZLİ MÖVQEYİ İŞİ MÜRƏKKƏBLƏŞDİRİR.İDDİAÇININ İDDİASI DÜZDÜRMÜ ? MAĞAZA MƏNİM YEGANƏ İŞ YERİMDİR, MƏN ÖZÜMÜ NECƏ MÜDAFİƏ EDƏ BİLƏRƏM ? BOŞANMAĞA SƏBƏB QARŞI TƏRƏF OLMUŞDUR VƏ BOŞANMA İDDİASINI ONLAR QALDIRMIŞLAR.

 

Salam.

İlk növbədə bağışlamaya diqqət yetirmək lazımdır. Bağışlama müqaviləsi aşağıdakı hallarda etibarlıdır (Mülki Məcəllənin 668-ci maddəsi):

  • daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 
  • rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 
  • daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;
  • tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə;
  • gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.

 

Sonradan qeyd edirsiniz ki, öz adınıza keçirdtiniz. Əgər düzgün başa düşmüsüksə həmin obyekt üzrə sizin mülkiyyət hüquqlarınız qeydiyyata alınmalı idi (müvafiq Çıxarış almalı idiniz).  Yuxarıdakıları nəzərə alaraq (yəni bağışlama müqaviləsinin formasına riayət edilmişdirsə və daşınmaz əmlak qeydiyyatdan keçmişdirsə). siz həmin əmlakın yarısına iddia edə bilərsiniz. Çünki Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (ər-ərvadın hüquqları bərabərdir). 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-09

483  Emin (09-10-2010) Salam. İşçi sahhati ila alaqadar olaraq müalica alarsa, əmək qabiliyyatini müvəqqəti itirarsa yani bolnicnida na qadar ola bilər? Qanunla müddət təyin olunubmu ? Xahis edirəm cavab verəsizniz

Salam.

 

Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinəyetirə bilmədikdə əmək müqaviləsinə xitam verilir (Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-09

484  Qurban (09-10-2010). Salam. Sizin emailiniz yoxdu?

 

Salam.

Var. Əlaqə bölməsində göstərilib.  Amma bu e-mail ünvanı yalnız müştərilər üçün nəzərdə tutulub. Əgər onların təklifləri bizi maraqlandırırsa biz sornradan əlaqə saxlayırıq. Pulsuz hüquqi məsləhətlər üçün yalnız Məsləhətxanadan istifadə edə bilərsiniz. Bütün digər hüquqi xidmətlər pulludur.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-09

485  Emin (09-10-2010). SALAM. Sualim beledir xahis edirem cavablandirasiniz (ozel sektorda Səhmdar Cəmiyyətda)direktorun iscilerin danisiqlarina muessenin mini ATS-i vaistesi ile daxili telefonla şəhər nömrələri də daxil olmaqla olunan zənglər zamani danişiqlara qulaq asmaq səlahiyyəti varmi? Bu kimi hallar hansi qanunla tənzimlənir.

Salam.

 

Mübahisəli məsələdir və məhkəmə tərəfindən həll olunmalıdır. Çünki həmin telefonlar müəssisəyə məxsusdur, ona görə də həmin telefonlar və digər avadanlıqlar iş vəzifələrin icrası üçün istifadə edilməlidir. Ona görə də müəssisə rəhbərliyi təhlükəsizliyi təmin etmək məqsədilə müəyyən tədbirlər görür. Buna baxmayaraq  gizli yolla məlumatın alınması (şəxsi həyatın toxunulmazlığının, telefon danışıqları sirrini pozma) qeyri qanunidir və yalnız xüsusi orqanlar tərəfindən həyata keçirə bilər. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-09

486  Sabina (09-10-2010). Salam. Sualim beledir ki, ozbashina tikinti baresinde qanunvericiliye uygun olaraq mehkemeye ev unvani ala ve hemin eve qeydiyyata dushmek barede muraciet etmek huququm varmi? bunun uchun hansi senedlerim olmalidir? evler idaresi terefinden chekilmish evin chertyoju, kommunal xidmetlerin mene aid olmasi barede qebz, qonshularin imzaladigi akt. bashqa nese lazimdirmi? Evvelcede tesekkur edirem.

Salam.

 

Hansı sənədlərin tələb olunması Məsləhətxananın 1,5, 6-cı suallarında göstərilib. Nəzərinizə çatdırım ki, İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə -

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.

Lakın həmin maddəsinin qeyd hissəsində göstərilib ki, şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq alınmadan inşa etdiyi tikililərə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır.

Ona görə də çalışın daşınmaz əmlakının vəziyyətini qanuniləşdirin.

Sualınıza görə təşəkkür edirik.

 

487  Tornado (09-10-2010). Salam. Bilmək istərdim lizinq müqaviləsinə dair Mülki,Vergi məcəlləsindən başqa hansı qanunvericiliklərdən(məsələn: qanun,qərar,sərəncam və.s) yararlanmaq olar? qeyd etmek istəyirəm ki 1994-cü ildə qəbul edilmiş lizinq haqqında qanun ləğv edilib. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Salam.

 

Lizinq ilə bağlı münasibətləri tənzimləyən əsas normativ akt Mülki Məcəllədir (38-ci fəsil). Lakın bir çox normativ aktlar lizinq münasibətlərinə toxunur: Vergi Məcəlləsi, Ailə kəndli təsərrüfatı haqqında, Banklar haqqında, Daşınmaz əmlakın dövlət reyestri haqqında, Təbii inhisarlar haqqında qanunlar, Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında Nazirlər Kabinetinin qərarı ( 31 yanvar 2005-ci il tarixli № 11) və s.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-09

488  CAMAL (09-10-2010). SALAM ALEYKUM! MƏHKƏMƏDƏ VƏKİLDƏN İSTİFADƏ ETMƏK ÜÇÜN VƏKİLLƏ MÜQAVİLƏ BAĞLANILMALIDIRMI? VƏKİL TUTMAQ ÜÇÜN NƏ QƏDƏR PUL VƏKİLƏ ÖDƏNİLMƏLİDİR? BUNA BİR SABİT MƏBLƏĞ VARMI? TƏŞƏKKÜR EDİRƏM.

Salam.

 

Əgər mülki prosesdirsə (birinci və ikinci instansiya) siz həm nümayəndənin, həm vəkilin xidmətlərindən istifadə edə bilərsiniz. Cinayət prosesində vəkilin iştirakı

məcburidir (mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi istisna olmaqla).  Bəli vəkil ilə müqavilə bağlanmalıdır (hüquqi xidmətlərin göstərilməsi haqqında). Xidmət haqqı isə fərqlidir və sabit deyil (xidmətlərin keyfiyyətindən, həcmindən və digər səbəblərdən asılıdır). Nəzərinizə çatdırım ki, hüquqi xidmətlər bütün dünyada bahalı xidmətlər hesab olunur. Çünki hüquqi biliklərin və təcrübənin  toplanması ağır və uzunmüddətli prosesdir, hüquq savadına malik olanlara insanların müqəddaratını həll etmək həvalə olunur (hakimlər, prokurorlar, vəkillər). 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-09

489  Aydın (09-10-2010). Salam. Ötən il vəhabi təriqətində olan bir terrorçu məni öldürməyə cəhd etmişdi. Ağır yarandım. Xəstəxanaya qədər bütün qanımı itirsəm də təsadüf nəticəsində sağ qaldım. Buna baxmayaraq Sabunçu Rayon Prokurorluğu terrorçunu - Heseynov (tam ad silinib), cinayət məsuliyyətindən azad etmək üçün onun barəsində CM-nin 221.3 və 228.4 maddələri ilə, yəni xuliqanlıq (?!) maddələri ilə iş açdı. 10.12.2009-cu il tarixdə isə Sabunçu Rayon Məhkəməsinin hakimi (ad silinib), hadisəni törədərkən cinayətkarın guya “anlaqlı” olmamasına görə onu məsuliyyətdən azad edərək 1 aylıq məcburi müalicəyə göndərdi. Halbuki, cinayətkar qondarma \"məhkəmə\"də nümayişkaranə surətə, cinayəti bilə-bilə etdiyini və əməlindən də peşman olmadığını məhkəmədə dəfələrlə söyləmişdir. Qeyri-qanuni olaraq, istintaq materialları və ittiham aktı ilə tanış olmağa mənə imkan vermədilər. 10 dekabr 2009-cu ildə oxunmuş hökmün surətini isə apelyasiya şikayəti edə bilməyim deyə ümumiyyətlə mənə göndərmədilər. 5 sentyabr 2010-cu il tarixdə ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin hakimi (ad silinib) vəzifə borcunu qəsdən yerinə yetirməməsi və saxtakarlıq etməsi nəticəsində 10.12.2009 tarixdə oxunmuş məlum hökmün surətinin mənə göndərilməməsini bildirdim və həmin vaxta qədər apelyasiya şikayəti edə bilməməyim üzürlü hesab edilməsini və apelyasiya şikayəti vermək hüququm bərpa edilməsini tələb etdim. Lakin rədd elədilər. İndi isə həmin qərardan appelyasiya şikayəti etmişəm. 12 oktyabr tarixdə baxılmalıdır. Sizdən soruşmaq istəyirəm ki mən bu saxtakar hakimlərdən hara şikayət edim. Məsələn Sabunçu Məhkəməsinin hakimi (ad silinib) barədə xüsusi ittiham qaydası üzrə məhkəmə iddiası qaldırıb, onu Vətənə xəyanətdə, saxtakarlıqda,terrormuları müdafiə etməkdə ittiham edə bilərəmmi? Cavabımıza görə əvvəlcədən təşşəkkür edirəm. (Yeri gəlmişkən baxın: http:]]]www.dmoz.orgWorldAzerbaijaniC%C9%99miyy%C9%99tH%C3%BCquq və http:]]]sites.google.comsiteipekchi991001)

Salam.

 

Ətraflı məlumatınıza görə təşəkkür edirik. Ümidvarıq ki, portalın istifadəçilərindən  olan bəzi səlahiyyətli şəxslər bu məlumatla tanış oldular. Əgər hesab edirsinizsə hakim qanunvericilik müddəalarını pozub və müvafiq əsasınız varsa siz Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərsiniz. 

 

Belə ki, Məhkəmələr və hakimlər haqqında  Qanunun 111-ci maddəsinə uyğun olaraq fiziki və hüquqi şəxslərin şikayətləri hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər kimi göstərilir. Həmin Qanunun 111-1-ci maddəsinə əsasən işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozduqda və hakim etikasını pozduqda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslardır.

 

Gördüyünüz kimi, adları silmişik çünki şəxsləri əsassız olaraq ağır cinayətlərdə ittiham etmək özü-özlüyündə cinayətdir (Cinayət Məcəlləsinin 147-ci maddəsi - üç ilədək müddətə azadlıqdan məhrum etmə).  Ona görə də çalışın ifadələrinizdə diqqətli olun. Əgər əsasınız (sübutlarınız) varsa qeyd etdiyimiz quruma müraciət edə bilərsiniz. 

 

Bundan başqa Konstotusiyanın 128-ci maddəsinə əsasən hakimlər toxunulmazdırlar. Bu o deməkdir ki,  hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-09

490  Elnur (09-10-2010). Evin rəhmətə getmiş valideynlərin adından yeganə oğlunun adına keçməsi üçün hansı sənədləri toplamalı və hara müraciət eməliyəm.

 

Salam.

Bunun üçün ilk növbədə notariusa müciət etməlisiniz və vərəsəlik hüququnuzu təsdiqləməlisiniz. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi blokunda bu qayda ilə tanış ola bilərsiniz. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-10

491  Roman (10-10-2010). Salam. Cavabiniza gore minnetdaram.Sagolun ki,yardim edirsiniz.Men sizin dediyiniz ki Mulki Mecellenin 667.1 maddesini oxudum.Zehmet olmasa aciqlayardiz,men eger mehkemeye muraciet etsem,mehkeme ne kimi qerer cixara biler?Yeni anamin evi bacimin adina kecirilmesini(bagislanmani)legv ede bilermi?Axi ev artiq bacimin adinadir.Bu arada menim o mulkde payim var.Mulki mecellede yazildigi kimi mecburi payim var.Cox-cox tesekkurler,ALLAH sizden razi olsun Insallah.

 

Salam.

Məhkəmə hansı qərar qəbul ediləməsi toplanmış sübutlardan və işin hallarından asılıdır. Biz sadəcə siz təqdim etdiyiniz məlumata əsasən məsləhət verə bilərik. Əgər məhkəmə lazım hesab etsə digərin qanunsuz sahibliyindən əmlakını geri qaytara bilər. 

 

Bu qədər.

 

2010-10-10

494  Qurban (10-10-2010). Salam. her bir cvba gore tesekkurler.Menim 27yasim var,1ci qrup elilem,atam,anam rehmete gedib,50manat pensiyem ise ayliq 70-80manat xerclerimi ödemir.Men devletden nece maddi yardim ala bilerem?Xais edirem etrafli cvb yazin,hansi senedlerle hara muraciet edim?Basqa ne meslehet bilirsizse onu da yazin.TESEKKURLER

Salam.

 

2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramına  (Nazirlər Kabinetinin 23 fevral 2010-cu il tarixli  38 №-li qərarı ilə təsdiq edilmışdir) istinad edərək Dövlət Sosial Müdafiə Fonduna və Əmək və Sosial Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz (bunun üçün 17 mln. çox manat ayrılıb). Həmçinin ünvanlı sosial yardımın alınması üçün də müraciət edə bilərsiniz (Ünvanlı dövlət sosial yardımı haqqında Qanuna əsasən).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-10

499  CAMAL (10-10-2010). SALAM. HAKİMİN ÇIXARTDIĞI QƏTNAMƏDƏ, İDDİAÇININ İDDİA ƏRİZƏSİNDƏ YAZILMAYAN TƏHQİRAMİZ İFADƏLƏR VƏ BÖHTANLAR MƏNƏ QARŞI SÜRÜLMÜŞDÜR !MƏNİM DİNİ ETİQAD HÜQUQLARIM KOBUDCASINA POZULMUŞDUR.MƏN HAKİMİN QƏRƏZLİ MÖVQEYİNDƏN VƏ QARŞI TƏRƏFİN BÖHTANLARINDAN HANSI QANUNLARLA VƏ HANSI TƏŞKİLATLARA ŞİKAYƏT EDƏ BİLƏRƏM?

 

Salam.

Bu məsələ ilə bağlı Məsləhətxananın 489-cu sualında ətraflı məlumat verilmişdir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-10

496  Rauf (10-10-2010). Ev alqi-satqisi zamani notarius satanın ər\\arvadın və uşaqlarının(qeydiyyatda olanların) satmaga razılıq ərəzəsini tələb edir.Bəs nəqliyyat vasitəsini DYP organinda alqı-satqı muqaviləsi əsasında ozqeninkileshdirme zamani satanın ər\\arvadinin,uşaqlarının,qeydayyatda olanlarının raziliq ərizəsi niyə tələb olunmur? Təşəkkür edirəm.

 

Salam.

Ona görə ki, ikinci halda notariat qaydada həyata keçirilmir (fikrimizcə bu hüquqi uyğunsuzluqdur, çünki nəqliyyat vasitələr kifayət qədər bahalı əmlakdır). Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən ümumi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir.

Ailə Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır, 33-cü maddəsiniə uyğun olaraq isə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-10

497  Eldar (10-10-2010). Salam DeJure.az,Onceki suallarima verdiyiniz cavablara gore size chox-chox minnetdaram. Xatirlatmaq uchun bildirim ki, men yoldashimla ayrildiqdan sonra, qarshiliqli raziliq esasinda onun aile uzvleri ona mexsus eshyalari birge yashadigimiz evde geri goturduler. Ve bele bir akt imzaladiq ki, onlar mene qarshi hech bir mulk, emlak iddiasi ile chixish etmeyecekler.Elece de shifahi raziliqimiza gore mene ushaqimi gormeye heftede 2 gun ve her gun 4 saat olmaqla vaxt ayrilmali idi.Ilk bir nece hefte ushagimi rahatliqla gore bilirdim, amma son 2 heftede mene ushagi gormekde mane yaradirlar. Deyirler ki, 2 il evvel ad gunumde mene bagishladiqlari qizil qolabghi onlara qaytarim. (Men hele onlara evlenmezden evvel verdiyimiz qizil eshyalardan hechne geri istememishem).Hemen qolab ise mene bagishlanandan bir nece ay sonra qeyri mueyyen sheraitde itmishdi. Bunu da onlar chox gozel bilirler, yani meseleden xeberleri de var.Bilmek isteyirem, umumiyyetle butun bu oyunlara son qoyub rahat yashayib, balami her zaman gore bilmekchun huquqi dovletimizde hansi huquqlarimdan istifade ede bilerem.

 

Salam.

Hələ ki, hüquqi dövlət deyil. Sadəcə belə niyyət var (Konstitusiyanın preambulası). Bu cür problemlər mövcuddur. Belə mübahisələr danışıqlar yolla həll olunmadıqda məhkəmə qaydasında həll olunur. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-10

498  Leyla (10-10-2010). Salam. Xarici olke vetendasinin Azerbaycanda vetendasliqdan cixarilib cixarilmamasini nece oyrenmek olar? Tesekkur edirem.

 

Salam.

Sual aydın deyil və müammalıdır. Bunu yalnız vətəndaş bilə bilər çünki vətəndaşlıqdan çıxmaq üçün vətəndaşın özünün niyyəti olmalıdır. Misal üçün Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-10

500  Yusif (11-10-2010). herbi xidmetden evvel universitete daxil olmusam (Qiyabi).Oxuğum muddetde men herbi xidmete cagirilmisam.İcaze varmi men herbi xidmetde oldugum muddetde tehsilimi davam etdirim.

Salam.

 

Hərbi qulluqçuların statusu haqqında Qanunun 14-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi xidmət yerindəki axşam ümumtəhsil məktəblərində təhsil almasına icazə verilir.

 

Təhsil müəssisələrində oxuyarkən həqiqi hərbi xidmətə çağırılmış şəxslərin ehtiyata buraxılanda həqiqi hərbi xidmətə çağırılanadək oxuduqları həmin təhsil müəssisəsinə və həmin kursa bərpa olunmaq hüququ saxlanılır.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-11

501  Emil (11-10-2010). Salam xahis edirem cavablandirasiniz.mene maraqlidir bele bir sey var bir emioglanlari yer alirlar torpaq sahesi.senedde her iki emioglunun adi var.sonradan onlar arasinda edavet dusur.ve ayrilirlar ama torpaq senedinde ikisinin adinadir. her ikisi hemin torpaqda ev tikirler yarisinda bir yarisindada o biri emioglu emioglulardan biri o birine oz torpaginda evine kecmeye yol vermir daha dpgrusu verir ancaq 1metr yarim yol yeri verir. mene lazim olan ise budurki hansi qanuna esasen yasayis yerine yol verilmelidir ve nece metr bunu aydinlasdirin mumkunse

 

Salam.

Əgər mübahisə varsa bu məsələ məhkəmə qaydasında baxılmalıdır. Bu halda Mülki Məcəllənin 255-ci maddəsinə də istinad edə bilərsiniz (Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-11

502  Lale (11-10-2010). Salam. Bilmek isteyirem aptek acmaq ucun minimum nece kvadrat metr yer lazimdir? ve 1 lisenziya ile aptekin bir nece filialini acmaq olarmi,yoxsa her biri ucun ayrica lisenziya lazimdi?sualimi cavablandirsaz cox menmun olaram.evvelceden minnetdaram.saytin teskilatcilarina oz tesekkurlerimi bildirirem.sag olun

Salam.

 

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Prezidentin Fərmanına əsasən lisenziya - təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

 

Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.  

 

Yuxarıda göstərilən Fərmana uyğun olaraq yalnız xarici hüquqi şəxslərin filiallarının lisenziyalaşdırılması nəzərdə tutulub. 

 

 Tibb Müəssisələrində Sanitariya-Epidemioloji  Tələblərə dair Qaydalarında tibb müəssisələrinin otaqların minimal sahə ölçüləri göstərilib. Lakın aptekin sahəsinə aid olan tələblər göstərilməyib. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-11

 

503  CAMAL (11-10-2010). SALAM. XAHIŞ EDİRƏM SUALIMA ƏTRAFLI CAVAB VERİN.KEÇMİŞ HƏYAT YOLDAŞIMLA BOŞANDIQDAN SONRA KEÇMİŞ QAYNATAM BAĞIŞLANMIŞ OBYEKTİN MÜQAVİLƏSİNİN LƏĞVİNƏ DAİR MƏHKƏMƏDƏ İDDİA QALDIRMIŞDIR.OBYEKT 5 İL QABAQ BAĞIŞLANMA MÜQAVİLƏSİ İLƏ MƏNİM ADIMA ,MƏN DƏ SONRADAN QEYDİYAT VƏSİQƏSİ ALMAQLA MÜLKİYYƏT HÜQUQUNA MALİK OLDUM.İDDİAÇI MÜLKÜ MƏCƏLLƏNİN 673.1-673.2 VƏ 673.4 MADDƏLƏRİ İLƏ MƏNƏ QARŞI İDDİA QALDIRMIŞDIR.BU NƏ DƏRƏCƏDƏ DÜZGÜNDÜR? XAHİŞ EDİRƏM BU MADDƏLƏRİ MƏNİM ÜÇÜN ŞƏRH EDƏSİZ.BƏZİ HÜQUQŞUNASLAR DEYİRLƏR Kİ,BU MADDƏLƏR MƏNƏ ŞAMİL OLUNMAMALI İDİ, ÇÜNKİ MƏN İDDİAÇININ QIZI İLƏ YAŞADIĞIM DÖVRDƏ HEÇ BİR ZORAKARLIĞA VƏ HÜQUQ POZĞUNLUĞUNA YOL VERMƏMİŞƏM VƏ HEÇ YERDƏ QEYDƏ ALINMAYIB.MƏN APELASİYA ŞİKAYƏTİ VERƏ BİLƏRƏMMİ?

Salam.

 

Mülki Prosessual Məcəlləsinin 47-ci fəslinə əsasən siz apellyasiya şikayətini verə bilərsiniz (əgər müddəti buraxmamasınızsa və müvafiq əsaslarınız varsa). Fikrimizcə digər tərəfin bu maddələrə istinad edilməsi qanunvericiliyə uyğun gəlmir (amma nəzrə alınmalıdır ki, biz yalnız sizin ifadələrinizə istinad edirik). 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-11

504  Lale (12-10-2010) Salam. Evvelki sualimi cavablandirdiginiz ucun yeniden minnetdaram.men rusiya vetendasligini qebul elemisem. Onda bele cixir ki, men azerbaycanda 1 aptek lisenziyasi ile 1 aptek aca bilerem, he(filial nezerde tuturam)?birdeki lisenziya ne qeder muddete verilir?sag olun.tesekkur edirem

 

Salam.

Əgər iki hüquqi şəxs olsa onda hər hüquqi şəxs üçün ayrıca lisenziya tələb olunacaq. Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Fərmana (3-cü bənd) uyğun olaraq lisenziya 5 il  müddətinə verilir. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-12

505  Bəhruz (12-10-2010). Xəzər rayonu Mərdəkan qəsəbəsində quraşdırılmış transformator budkasından yerin altı ilə keçən yüksək cərayan gərginliyə malik elektrik xətləri çəkilib. Bundan başqa həmin sahədə elektrik xətlərinə paralel yerin üstü ilə hazırda istifadədə olan iri qaz kəməri keçir. Hazırda göstərilən transfarmatorun yaxınlığında və yerin altı ilə keçən elektrik xətlərin stündə və qaz kəmərinə yaxın mişar daşı ilə tikinti işləri aparılır. (Çox güman ki, ticarət obyekti tikilir) Sözü gedən transformatora yaxın və elektik xətlərin üstündə və istifadədə olan iri tutumlu qaz kəmərinə yaxın tikinti işləri aparmaq qanunidirmi? Əgər qanunsuzdursa hansı səbəbdən anunsuzdur və bu qanunsuzluğun qarşısını almaqdan ötrü hara müraciət etmək lazımdır? ,o xahiş edirəm ətraflı cavablandirardınız.Əvvəlcədən təşəkkür edirəm!

Salam.

 

Əgər sadalanan hərəkətlər müvafiq icazə olmadan həyata keçirirsə pozuntuya yol verən şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Bununla bağlı polis, prokurorluq, məhkəmə orqanlarına müraciət edə bilərsiniz.

 

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyət:

 

Maddə 88-3. 

Vəzifəli şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan

elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri istisna olmaqla) tikinti üçün ayrılmasına görə -

altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir

 

Maddə 116.0.6.

 

qazın, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və ya paylanması zamanı dövlət və sahə standartlarının tələblərinin pozulmasına; 

 - fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.

Cinayət Məcəlləsində nəzərdə tutulan məsuliyyət:

 

Maddə 222-2.

222-2.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma

— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır,

 

222-2.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda

— üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 268. 
268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda
— iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda

— beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda

— üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 314-2. 

314-2.1. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə

 - bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

314-2.2. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə 

- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

314-2.3. Bu Məcəllənin 314-2.1 və 314-2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda

 - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-12

 

506  Nana (13-10-2010). Salam. Yataqxanadan 3 usaqla kiraye qalan insana ordan bir otaq verile bilermi? Umumiyyetle yataqxanadan bir otaq verilmesi ucun kime hara muraciet edek. onlar kime tabediler?

 

Salam.

Bununla bağlı yaşadığınız rayonun yerli icra hakimiyyətinə müraciət edə bilərsiniz. Həmçinin həmin yataqxana hansı dövlət qurumun (əgər dövlətə məxsusdursa) balansında yerləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsidən məlumat ala bilərsiniz.

 

Bu qədər.

 

2010-10-14

 

507  Elşən (13-10-2010). Salam. Şirkətimiz ona dəymiş ziyanın ödənilməsi üçün zərərvurana qarşı məhkəmədə iddia qaldırıb 15000 AZN . Məhkəmədə məlum olmuşdur ki, bu məbləğin yarsı başqa şirkət tərəfində ödənilib. İndi biz məhkəmədə qalan 7500 AZN-ə qarşı əlavə vəsadət (iddia) qaldırmalıyıq. Bu vəsadətin( iddianın) formasını mənə gondərmənizi Sizdən rica edirəm.Minnətdaram.

 

Salam.

 

Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcminiartırmağa və ya azaltmağa haqlıdır. Bu cür dəyişdirmə ərizə vasitəsilə keçirilir. Misal üçün Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddianın dəyişilməsi və iddia tələbinin həcmini artırması barədə Ərizə. Bu cür formaların təqdim edilməsi pullu xidmətlərə aiddir.

 

Sualınıza görə təşəkkür edirik.

2010-10-14

508  Salam. size telefon xuliqanligi ile elaqedar bir sualla muraciet etmisdim (477-ci sual), siz ise cavabda mana hara muraciet eda bileceyimi deyirsiz. xahiw edirem sualimi konkret cavablandirasiniz: telefon vasitesile kimise soymek, tahqir etmak hansi huquq pozuntusunun terkibini yaradir?

Salam.

Qeyd etdiyiniz \"telefon xuliqanlığı\" anlayışı qanunvericilikdə əks olunmayıb. Adətən bu ifadə ilə  Cinayət Məcəlləsinin 216-cı maddəsində göstərilən əməlləri  nəzərdə tuturlar (İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə — beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır). Siz qeyd etdiyiniz məsələ ilə əlaqədar hansı bir konkret tərkib qanunvericilikdə nəzərdə tutulmayıb (lakın əməllərin xarakterindən xırda xuliqanlığa aid etmək olar). 

Bu qədər.

 

2010-10-14

509  Elsan (13-10-2010). Salam. Münsiflər məhkəməsi nə deməkdir və səlahiyyətləri nədən ibarətdir?

 

Salam.

Yəqin ki, andlı iclasçıları nəzərdə tutursunuz.

Andlı iclasçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, CPM-də nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir;

Andlı iclasçılar kollegiyası — CPM-də nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurumdur;

Andlılar barədə daha ətraflı məlumat almaq üçün Cinayət-Prosessual Məcəlləsinin 359-380 maddələri ilə tanış olmaq lazımdır.

 

Sualınıza görə təşəkkür edirik.

2010-10-14

 

510  Aynur (13-10-2010). Salam aleykum. xahiş edirəm köməklik edəsiniz. Mən özüm Azərbaycan Respublikasının vətəndaşiyam hal hazırda suraxanı rayonunda yaşayıram yoldaşım isə Rusiya vətəndaşıdır. Bizim qızımız 1994-cü ildə Rusiya Federasiyasında dünyaya gəlib. İndi onun artıq 16 yaşı var. Mən suraxanı rayonu Ş\\V və qeydiyyat şöbəsinə qızıma şəxsiyyət vəsiqəsinin alınması üçün müraciyyət etdikdə onlar sənədləri qəbul etməyə imtina etdilər və hərəkətlərini onunla əsaslandırırlar ki, \"sizin qızınız RF-da anadan olub buna qörə biz ona Şəxsiyyət vəsiqəsi verə bilmərik\".

 

Salam.

Siz də onlara Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 1-ci maddəsinin mətnlərini göstərin. Başa salın ki,. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.  Başa düşməsələr Daxili İşlər nazirinə, məhkəməyə və Prezidentə şikayət edə bilərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-14

511  Zeynəb (13-10-2010) salam. Mən boşanmaq istəyirəm,hara müraciət edim? Əgər birgə yaşadığımız vaxtda hər hansısa mülk anamın pulu ilə, ancaq yoldaşımın adına alınıb, bu mülk kimə çatır? 3 uşağım var, 3 otaqlı evdə yaşayırıq bu ev necə bölünəcək? Boşanma səbəbi isə hər dəfə qarşı tərəf məni bütün onun uğursuzluğunda məni günahlandırır,öz həyatımızı düşünmür, ancaq bacısı və qohumları onu maraqlandırır.Anam bizə hər dəfə maddi kömək edir, o isə deyir ki anan bizə heş nə etmir,və s belə ittihamlar. Mənə qulluqşu kimi baxır,rus demişkən:poday uberi. hər dəfə məni boşanmaqla təhdid edir, ona görə də buna son qoymaq istəyirəm. Birdə insan haqqları və qanunlar haqqında məlumatı hardan almaq olar? Sağolun.

 

Salam.

Mübahisə varsa nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməlisiniz (rayon üzrə). Ər-arvadın mülkiyyət hüquqları bərabərdir (Ailə Məcəlləsinin 32-ci sualı). Ola bilsin ki, daha ətraflı məlumat sizə Hüquqşünas Qadınlar Assosiyasiyası verə bilər. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-14

512  CAMAL (13-10-2010) SALAM! MƏNƏ MÜLKÜ MƏCƏLLƏNİN KOMENTARİYASI LAZIMDIR MƏNƏ GÖNDƏRƏ BİLƏRSİNİZMİ ? GÖNDƏRSƏZ ÇOX MƏMUN OLARAM. ƏGƏR YOXDURSA MƏN ONU HARADA ƏLDƏ EDƏ BİLƏRƏM ?

 

Salam.

Misal üçün MM-nin kommentariyası barədə məlumatı burda əldə edə bilərsiniz. Ola bilsin ki, gələcəkdə kitabların alınması ilə bağlı ayrıca bölmə fəaliyyət göstərəcək (çalışacayıq ki, qiymətlər də münasib olsun).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-14

513  Pervin (13-10-2010). Menim yashadigim mezil yoldashimin xalasinin adinadir.2 gune qaynanam oz adina kecirtmelidir.o evi adina kecirende eyni vaxtda meni de oraya qeydiyyata sala biler? sala bilerse hansi senedler lazimdir?

Salam.

 

Bunu üçün Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə nəzər yetirmək lazımdır.

Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-14
 

514  Azər (14-10-2010). Salam. Nazirlər Kabinetinin təzə qərarına əsasən, \"5 il dövlət tibb müəssələrində işləməyən gənc tibb işçiləri, özəl kliniklarda işə düzələ bilməyəcək. Nazirlər Kabinetinin yeni qərarına əsasən gənc mütəxəssislər yalnız 5 il dövlət tibb müəssisələrində çalışdıqdan sonra özəl klinikalarda işləyə bilər. Belə çıxır ki, ali tibb təhsili almış həkimlər, əvvəlcə həkim kimi işləməyini praktiki olaraq sübuta yetirməlidir. Bundan sonra onlar istər dövlət, istərsə də özəl tibb ocaqlarinda işləyə bilərlər.\" Mənim bilmək istədiyim budur ki, əgər, həkim 2003-cü ildən özəl tibb müəssisəsində işləyirsə(dövlətdə işləməyib) və stajı 5 ildən çoxdursa,o, özəl klinikada işinə davam edə bilərmi? Olmazsa, axı indiyə kimi belə bir qadağa olmadığı üçün o işini özəl klinikada qurub. Bundan sonra nə etsin? Xahiş edirəm mənə hüquqi yardım edəsiniz. Təşəkkürlər

 

Salam.

Fikrimizcə siz qanunvericiliyi səhv başa düşmüsünüz. Buna görə də Özəl tibbi praktika ilə məşğul olmaq üçün zəruri olan tibbi iş stajının müəyyən edilməsi və müvafiq sertifikat alınması Qaydasının təsdiq edilməsi haqqında Nazirlər Kabimetinin qərar ilə tanış olmaq məqsədə uyğundur. 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-14

515  Yusif (14-10-2010) Herbi xidmetde ola-ola ali təhsil almaqa (qiyabi)icaze varmi?

 

Salam.

Yalnız  Hərbi qulluqçuların statusu haqqında Qanunun 14-cü maddəsinə uyğun olaraq:

 

1. Hərbi qulluqçular hərbi tədris müəssisələrinə və ixtisasartırma kurslarına daxil olmaq və orada təhsil almaq hüququna malikdirlər.

2. Zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları mülki tədris müəssisələrinin axşam və qiyabi şöbələrində təhsil almaq hüququna malikdirlər.

3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi xidmət yerindəki axşam ümumtəhsil məktəblərində təhsil almasına icazə verilir.

4. Həqiqi hərbi xidmətdən buraxılarkən müsbət xasiyyətnamə alan hərbi qulluqçular ali və orta ixtisas məktəblərinə daxil olmaq və ali məktəblərin hazırlıq şöbəsinə qəbul olunmaqda üstünlük hüququna malikdirlər.

5. Təhsil müəssisələrində oxuyarkən həqiqi hərbi xidmətə çağırılmış şəxslərin ehtiyata buraxılanda həqiqi hərbi xidmətə çağırılanadək oxuduqları həmin təhsil müəssisəsinə və həmin kursa bərpa olunmaq hüququ saxlanılır.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-14

516  Zaur (14-10-2010) Salam, men telebeyem bilmek isteyirem eyani tehsil alan telebe teqaudu vastesile emek kitabcasi acdira bilermi ve herbiye dovlet qulluguna getdikde bu 1 il daha uzayarmi eger mumkunse bunu nece etmek olar hansi orqana muraciet etmek lazimdir trudavoy acdirmaqcun ve rusumu nece azndir. Cox sagolun

 

Salam.

Çox müəmmalı sualdır. Təqaüd vasitəsilə əmək kitabçası açdırmaq çox qeyri adi səslənir. Əgər siz hansı bir şirkətə işə qəbul olunursunuzsa sizin üçün 5 gün ərzində əmək kitabçası hazırlanmalıdır. Şərtləri siz artıq işəgötürənlə müəyyənləşdirilməlisiniz (misal üçün saat neçədən işə başlayacaqsınız və işi nə vaxt bitirəcəksiniz). Bunun üçün məşğulluq idarələrinə müraciət etməlisiniz və əlbəttə, bu şərtlə ki siz həmin şirkətdə  işləməsiniz.

 

Bu qədər.

 

 2010-10-14

517  Leyla (14-10-201). Salam. Menim anam Rusiya vetendashligini alib. Bu o demekdir ki, Azerbaycan vetendashlgindan chixarilib? Bunu nece oyrenmek olar. Teshekkur edirem.

 

Salam.

Xeyr. Belə deyil. Məsləhətxananın 498-ci sualına diqqət yetirin. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-14

518  Azər (15-10-2010). Cavaba görə təşəkkürlər. Mənim aşağıda yazdığım səhiyyə nazirliyinin rəsmisinin dedikləridir. Bir il əvvəl onlar hətta bizə məktub belə göndərmişdilər.\"5 il dövlət tibb müəssələrində işləməyən gənc tibb işçiləri, özəl kliniklarda işə düzələ bilməyəcək. Nazirlər Kabinetinin yeni qərarına əsasən gənc mütəxəssislər yalnız 5 il dövlət tibb müəssisələrində çalışdıqdan sonra özəl klinikalarda işləyə bilər. Belə çıxır ki, ali tibb təhsili almış həkimlər, əvvəlcə həkim kimi işləməyini praktiki olaraq sübuta yetirməlidir. Bundan sonra onlar istər dövlət, istərsə də özəl tibb ocaqlarinda işləyə bilərlər.\" Göndərdiyiniz qərarı oxudum və belə başa düşdüm ki, özəl müəssisədə çalışmaq üçün həkimlərdən 5 il təcrübə tələb olunmur. Sadəcə stajı varsa, birbaşa, yoxdursa kurs keçib sertifikat almaq üçün atestasiyadan keçməlidir. Əgər səhv başa düşmüşəmsə, xahiş edirəm düzəldəsiniz. Təşəkkürlər

Salam.

 

Bəli ümumilikdə düz başa düşmüsünüz. Həmin qərarın 5-ci bəndinə əsasən sertifikat almaq üçün müraciət edilməzdən əvvəlki son beş il ərzində ixtisasları üzrə fasiləsiz işləməmiş orta tibb təhsili olan şəxslər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində ixtisaslarının təsdiq olunmasından sonra sertifikat almaq üçün müraciət edə bilərlər (gördüyünüz kimi, siz qeyd etdiyiniz məsələ orta tibb təhsilli olanlaa aiddir).

 

Bu qədər.

 

2010-10-15

519  Elçin (15-10-2010). Bu günlərdə Türkiyə Cumhuriyyətindən bir dostum ölkəmizə qonaq gəlir. Səfirlikdən ona iki aylıq viza verilib. bilmək istəyirdim ki onun ölkəmizə gəldiyi zaman etməli olduğu ilk iş nədir? yəni hansı inzibati quruma müraciət etməlidir, hansı sənədləşmələri etməlidir öncədən təşəkkür edirəm.

 

Salam.

Aydındır. İlk növbədə Dövlət Miqrasiya Xidmətinə müraciət etməlisiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-15

520  Aynur (15-10-2010). Salam Hörmətli DeJure əməkdaşları. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsi və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 1-ci maddəsi ilə bağlı sualım yaranıb. Bu maddələr üçün məhdudiyyətlər var mı? (məs. yaş həddi, valideynin sağ olub olmamağı və cəzaçəkmə yerində olmsası vəs.)

 

Salam.

Qanunvericilikdə belə məhdudiyyət nəzərdə tutulmayıb.

 

Bu qədər.

 

2010-10-15

521  Gunel (15-10-2010). Salam. kredit odemesi 5 ci gune duwerse ve odeme olmazsa,senbe ve bazar gunleri kredit mebleginin uzerine cerime kimi elave olunur?

Salam.

 

Mülki Məcəllənin 462-ci mddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır.

 

Mülki Məcəllənin 370.1-ci maddəsinə uyğun olaraq əgər hərəkət müəyyən gündə yerinə yetirilməlidirsə və həmin gün qeyri-iş  günüdürsə, hərəkət növbəti iş günündə yerinə yetirilməlidir.  Sizin sözlərinizdən son ödəmə günü qeyri-iş gününə düşmür. Ona görə də qanunvericiliyə uyğun olaraq kreditorun müvafiq tədbirlər görməyə hüququ var. Bu halda siz kreditorla danışıqlar aparmalı olacaqsınız.

Sualınıza görə təşəkkür edirik.

2010-10-15

522  Qurban (15-10-2010). Salam. Rayonumuzda devlet eliller ucun bina tikesidi,amma ne vaxt tikilmesi melum deyil.men onu hardan oyrene bilerem ki,bina nevaxt tikilecek,vesait ayrilibmi?Rayonumuzun icra hakimiyeti bilmir ne vaxt tikilecek. Saq olun

 

Salam.

Bununla bağlı Prezident Aparatına, Nazirlər Kabinetinə, Milli Məclisə sorğu göndərə bilərsiniz onlar büdcədə olan vəsaitlərini nə vaxt və nə üçün xərcləndiyini yaxşı bilməlidirlər. 

 

Bu qədər.

 

2010-10-15

523  Bahruz (15-10-2010). Salam. mene gömrük məcəlləsinin şərhi lazımdır. göndərsəniz cox şad olardım. cox təəssuf ki, kommentariya nəşr olunmayıb.

 

Salam.

Hal-hazırda müxtəlif kommentariyaların əldə olunması barədə danışıqlar aparılır. Bu barədə portalda məlumat yerləşdiriləcək.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-15

524  Zaur (15-10-2010). Orta məktəbdə müəllimə işləyən şəxs təhsilini davam etdirmək üçün magistraturaya daxil olduqda işdən necə azad olunmalıdır? O, təhsilini başa vurduqda əvvəlki iş yerinə qayıda bilərmi? Əgər qanunla iş yerinə qayıda bildiyi halda onu əvvəlki iş yerinə götürmürlərsə o, hara müraciət etməlidir? mümkünsə ətraflı cavablandırardınız.əvvəlcədən təşəkkür edirəm

 

Salam.

Adi  qaydada işdən azad olunursunuz. Yəni işəgötürənin adına ərizə yazırsınız. Əgər işəgötürənlə razılığa gələ bilsəniz təhsilinizi davam etdirməklə işləyə də bilərsiniz (misal üçün qiyabi bölmədə oxuduqda). Bu halda işəgötürən sizə ödənişli və ödənişsiz təhsil məzuniyyətləri verməlidir (Əmək Məcəlləsinin 17-ci fəsli).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-17

525  Aydın (15-10-2010). Fiziki şəxs isə iddia edir ki, alqı satqı müqaviləsi bağlamaq üçün beh müqaviləsində nəzərdə tutulan vaxt ərzində alqı satqı üçün lazım olan sənədləri hazırlayıb və bu haqda hüquqi şəxsə vaxtında xəbər vermişdir. Hazırladığı sənədlərin düzgün olub-olmamasına hüquqi şəxsin müdaxilə etməyə hüququ yoxdur. Buna lazımi orqanlar aydınlıq gətirə bilər. Burada kim haqlıdır və bunun hüquqi həlli necə olmalıdır? cox xahiş edirik ətraflı cavab verərdiniz. əvvəlcədən minnətdarıq

 

Salam.

Görünür ki, mübahisəli məsələdir. Və beh müqaviləsinin şərtlərindən asılıdır. Belə ki, Mülki Məcəllənin 491-ci maddəsinə əsasən Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.

Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

 

Əgər məhkəmədə müəyyən olunsa ki, digər tərəf müqavilənin şərtlərini mühum dərəcədə pozursa, onda müqaviləyə xitam verilib digər tərəfə tam məbləğ ödənilməlidir (o cümlədən, zərərin  əvəzini).  Yox əgər razılığa gəlsəniz və digər tərəf sənədləri lazımi qaydada hazırlasa (və ya müqavilədə göstərilən digər nöqsanları aradan qaldırsa) onda məsələ məhkəmədən qabaq həll oluna bilər.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-17

526  Zeynəb (16-10-2010). Salam. Siz demişdinizki, evin qabağını daşla düzmək üçün yazılı şəkildə MİS-ə müraciət etmək lazımdır. Zəhmət olmasa bu ərizə formasını təqdim edin. Sağolun.

 

Salam.

Biz kifayət qədər çox sənədlərin nümunələrini portalda yerləşdirmişik. Bütün digər sənədlərin hazırlanması təmənnasız deyil.

 

Bu qədər.

 

2010-10-17

527  ZULFUQAR (16-10-2010). SALAM HERBI XIDMETTE OLMAMIWAM ,ANCAX WUWADA KONULLULER DESTESINDE OLMUWAM,KAMISARLIX YAZIB OTPRAVLEN.INDI NE HERBI BILETIM VAR NEDE WEXSIYET VESIQEM, 38 YAWIM VAR UC UWAGIM VAR. MENE BIR MESLEHET YA KOMEH

 

Salam.

 

Hərbi xidmət haqqında Qanunun 16-cı mddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün  xidmətdə olmağın son yaş həddi — 37 yaş müəyyən edilib.  Bu sizin üçün hal-hazırdanə qədər əhəmiyyətlidir  və nə üçün lazımdır, aydın deyil. 

 

Amma sualınıza görə təşəkkür edirik.

 

2010-10-17

528  Gulya (16-10-2010) Salam, vetendas mesgulluq idaresine muraciet edir ve qeydiyyata alinir hemin andan onda issizlik stasu yaranir yoxsa nece?ve hemin sexse issizliye gore ne vaxtdan muavinet odenilir?

 

Salam.

Bunun üçün siz ilk öncə İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları ilə tanış olmalısınız. 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-17

529  Elvin (17-10-2010). salam...Sizə iki sualım var. 1. Bankda girovda olan yük avtomobili ilə xaricə gedib qayıtmaq olarmı? (Maxaçkalaya mal aparıb qayıtmaq olarmı) 2. Mənimlə Qaz istismar idarəsi arasında müqavilə bağlanmadan evimə 2008-ci ildə evimdən 200 metr aralıda əvvəllər başqası tərəfindən istismar olunmuş köhnə qaz sayğacı quraşdırıldı. 2010-cu ilin əvvəllərində sayğac işləmədi. Qaz əməkdaşları sayğacın plombunu qıraraq sayğacı düzəltdilər. Ancaq yeni plomb vurmadılar. Hazırda məni regional Qİİ cərimələyib. Mənim günahım olmadan cərimələnməyim nə qədər düzgündür? Bununla bağlı rayon Qaz istismar idarəsinə müraciət etsəmdə onlar hər dəfə məndən cəriməni ödəməyimi tələb edirlər. İki gün əvvəl isə xəbərimiz olmadan sayğacımızı açıb aparıblar. Bu nə qədər düzgündür və onların anunsuz hərəkətləri barədə hara şikayət edə bilərəm?

Salam.

 

1. Əgər həmin nəqliyyat vasitəsi girovla yüklüdürsə bu məsələ ilə əlaqədar (ölkədən kənar çıxarılması) girov müqaviləsində göstərilməlidir. Hər bir halda bu məsələni  Girov saxlayanla razılaşdırılmalısınız.

 

2. Əgər dövlət qurumu əsassız olaraq sizi məsuliyyətə cəlb edirsə əvvəl həmin qurumun rəhbərliyinə, sonradan isə məhkəmə müraciət edə bilərsiniz (Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsi).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-17

 

531  Emin (17-10-2010). Bilmək istərdim ki, \"Azərbaycanın Milli Qəhrəmanı\"adı almış şəxsin həyat yoldaşı və ya ailəsi Prezident Yanında Xüsusi Tibb Xidmətinin Müalicə Mərkəzlərində (keçmiş Leç komissiyada)ödənişsiz müalicə oluna bilərlərmi? \"Azərbaycanın Milli Qəhrəmanı\"adı almış şəxslərin ailələri yuxarıda qeyd etdiyim tibb müəssəsində ödənişsiz tibbi xidmətdən istifadə etmək statusuna malikdirmi ?Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm.

 

Salam.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin 10-cu bəndinə əsasən həmin Xidmət Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasında səfərdə olan dövlət və hökumət başçılarına, xarici dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətlərinə xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitar yardım, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, tibbi reabilitasiya, sanator-kurort müalicəsi və sağlamlaşdırılma üzrə məsələləri müəyyən olunmuş qaydada işləyib hazırlayır və həyata keçirir. 

 

Baxmayaraq ki, Milli Qəhrəmana və onun ailə üzvlərində qanunvericilikdə müəyyən güzəştlər nəzərdə tutulub. Məhz bununla bağlı qanunvericilikdə müddəa nəzərdə tutulmayıb.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-18

532  Afet (18-10-2010). Salam! Mən iki ildi ərdəyəm. Amma zaqsda nikah bağlanmayib. Qaynanam tələsdirib toydan sonra zaqsa gedərsiz deyə-deyə iki ildi məni və ailəmizi aldadir. Ərimdə anasinin təsiri altinda zaqsa getmir (mama balasıdır). Hər ayda mənim əmək haqqımı alıb qoyurlar ciblərinə. Mən hansı yolla və necə onları nigah bağlamağa məcbur edim. Bu ərimin bərkədə 2-3 nigahsiz evliliyidi (sonra bildim). Bunlar diyəsən firildaqla məşquldu. İndi 3 aydı anamın evindəyəm. Neyləyim?

 

Salam.

Hansı bir şəxsi nikaha bağlamağa məcbur etmək qeyri-qanunidir. Ailə qurarkən bu məsələyə diqqət yetirmək lazımdır. Lakın əgər sizə maddi və mənəvi ziyan vurulubsa məhkəmə vasitəsilə bu ziyanın əvəzini ödəməsini tələb edə bilərsiniz. 

 

Sualınıza görə təşəkkür edirik.

 

Diqqətli olun və hüquqlarınızı tanıyın.

 

2010-10-18

533  Azər (18-10-2010). Salam. Evdə 6 nəfər yaşayır:Baba, nənə, ata, ana, 2 uşaq (qız 14 yaş, oğlan 8 yaş). Ev atanın adınadır,amma, ana və uşaqlar Başqa rayonda ana nənələrinin üçtünə qeydiyatdadırlar. 10.10.2010 tarixində ata qəza nəticəsində vəfat etdi. 2 sualım var1) Bu ev kimin adına keçməlidir? (uşaqların əmi və bibiləri də var, amma, hamısının öz evi var və öz evlərində qeydiyyatdadırlar.)2) Ana işləmir, hal-hazırda səhəti ilə bağlı ev işləri belə görə bilmir. Bu zaman bu ailəyə ünvanlı sosial yardım verilməlidirmi?Verilməlidirsə nə qədər verilməlidir?Təşəkkürlər

 

Salam.

Çox qarışıq və bir-biri ilə əlaqəli olmayan suallar vermisiniz. Lakın çalışarıq cavablandıraq.

1. Birinci məsələ Mülki Məcəllənin 10-cu böməsinə (1133-1325 maddələri) uyğun olaraq həll edilməlidir. Əgər mülkiyyətçi ata olubsa və vəsiyyəti yoxdursa ilk növbədə aşağıdakı şəxslər arasında bərabər bölünməlidir: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

2. Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərmanına əsasən ailə başçısını itirməyə görə müavinət - 45 manat müavinət verilir. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-18

534  Nurane (18-10-2010). Salam..Xahiw ediremki,bu suala tez bir zamanda cavab veresiz..Men diplom alan zaman menden 5 manat pul istedilerve bunun dovlet rusumu oldugunu soylediler. Bu dogrudanmi,beledir. Diploma gore dovlet rusumu varmi?

 

Salam.

Xeyr. Qanunvericiliklə buna görə dövlət rüsumu nəzərdə tutulmayıb. Təhsil ocağının rəhbərliyinə müraciət etməyiniz məqsədəuyğundur (daha sonra yuxarıdakı instansiyalara).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-19

536  shamil (19-10-2010) Mumkunse ticaret merkezlerindeki dukanlarla baqli icare muqavilesi,alqi - satqi muqavilesi numunesi...gonderesiz ya yerlewdiresiz

 

Salam.

Sənədlərin nümunələri bölməsində Ofis icarəsi haqqında müqaviləsinin forması mövcuddur. Ola bilsin ki, işinizə yarıyar. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-19

537  Elşən (19-10-2010). Salam. mən 5-gün bundan öncə maşın almışam maşını alandan sonra onun avareni olduğunu servisde müəyən etdim və qaytardım indi hemin şəxs mənim pulumu vermek istemir (maşın kreditdədir) mən onu mehkemeye versem pulumu geri ala bilərəm və nə etməliyem? əvvəlcədən təşəkkür edirəm

 

Salam.

Əgər alqı-satqı müqaviləsini qanunvericiliyə uyğun olaraq həyata keçirmisinizsə nəinki pulunuzu geri qaytara bilərsiniz hətta zərərin əvəzini də ödəməyə tələb edə bilərsiniz. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-19

538  Eldar (19-10-2010). Salam DeJure.az, Mehkemeni aparan hakimi nece deyishmek olar.Men iddia erizesi ile mehkemeye muraciet etmek isteyirem, amma ehtiyat edirem ki, teyin olunacaq hakim ele mehkemenin sedri ozu olacaq.O da maraqli terefdir bu meselede.Bunu nece etmek olar.onceden teshekkur edirem size.

 

Salam.

 

Həmin məsələ Mülki Prosessual Məcəllənin 19-23 maddələri ilə tənzimlənir. Amma əvvəlcə əlbəttə ki, məhkəməyə müraciət etməlisiniz. Daha sonra əgər aşağıdakı səbəblər varsa siz həkimə etiraz edə bilərsiniz:

 

  • o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
  • o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; 
  • o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-19

539  Poylaz (19-10-2010) Hərbi xidmətə gözünün görmə dərəcəsi neçə olan oğlanlar yararlıdır?

 

Salam.

Bu barədə ətraflı məlumat  Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 29, 30, 35, 36 maddələrində tapa bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-19

540  Aydın (21-10-2010) Salam. Beh müqaviləsinin nümunəsini necə əldə etmək olar? təşəkkür edirəm

 

Salam.

Beh müqaviləsinin forması  burda.

 

Tanış ola bilərsiniz.

 

2010-10-22

541  Elşən (21-10-2010). Salam.Mən 1988-ci ildən hərbi xidmətdə olmuşam və 2010-cu ildə mayor hərbi rütbəsində təqaüdə çıxdım.Lakin xidmət müddətindən hal hazıradək dövlət tərəfindən mənzillə təmin olunmamışam.Sizdən xahiş edirəm mənə bu məsələ ilə bağlı müvafiq qanunları göndərəsiniz.Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

 

Salam.

Hərbi qulluqçuların statusu haqqında Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

 

Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar.

Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsiləilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.

Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.

İstər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilir.

Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər.

Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında.

Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir.

15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar.

Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər.

Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı \"Torpaq bazarı haqqında\" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər.

Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər

(əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər).

Gəmidə olan matroslardan və starşinalardan başqa, müddətli xidmət hərbi qulluqçuları Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələrinin tələblərinə uyğun olaraq qışlaqlarda yerləşdirilir.

Müddətli xidmət hərbi qulluqçularının hərbi xidmətə çağırılanadək yaşadıqları mənzil saxlanılır və onlar mənzil almaq üçün növbəyə dayananların siyahısından çıxarıla bilməzlər. Müddətli xidmət hərbi qulluqçularının ailəsi yaşadığı mənzilin haqqını 50 faiz güzəştlə ödəyir.

Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-22

 

542  Emin (21-10-2010). Salam Hormetli Dejure.az redaksiyzsi! Bilmək istərdim ki MTK-lar tərəfindən tikilən yeni tikililərdə hər kvadrat uçun komunal haqqi hansi tariflə hesablanir(zibil pulu,komunal xudmət haqqi)? Xahis edirəm mumkunsə bu qiymətləri mənə təqdim edəsiniz. Öncədən Təşəkkürümü bildirirəm

 

Salam.

Oxşar suala cavab verilmişdir. Məsləhətxananın 171  və 258-ci suallarına nəzər yetirə bilərsiniz. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-22

543  Emin (21-10-2010). «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin Madde 17 a qrafasinda nəzərdə tutulan şəxs işə qəbul edilərkən məsələn hər hansı mulki muessede tibbi muayinədən keçməsi tələb oluna bilərmi xəstəliyi ilə bağlı

 

Salam.

Bu artıq işəgötürən ilə razılaşmadan asılıdır və əlbəttə ki, işin xüsusiyyətlərindən.  Belə ki, Əmək Məcəllənin 48.5-ci maddəsinə əsasən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi iləyeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-22

544  Rauf (22-10-2010). Salam, mənim Xətai rayonu Əhmədli qəsəbəsində 2 otağlı mənzilim var və MKİS tərəfindən komunal hərclərdən əlavə olaraq məndən Əmlak vergisi tələb edirlər. 0,28 man hər kvadrata, 13 manat pul istəyiblər. Bu nə dərəcə düzgündi və hansi qanuna əsaslanır ?

 

Salam.

Əmlak vergisi barədə daha ətraflı məlumat almaq üçün Vergi Məcəlləsinin 200-ci maddəsinə və Binalar üzrə əmlak vergisinin hesablanması Qaydasına nəzər yetirin.

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-22

 

 

548  LEYLA (24-10-2010). Salam. 4 ay once aile qurmusam. Hele zaqsa dusmemisem. Aile qurandan sonra mene melum oldu ki, yoldasim narkomandir. Her gun narkotika qebul edir. Onu da nezerinize catdiriram ki, menim yoldasim Rusiyanin vetendasidir. 5 ildir ki, Rusiya pasportu alib. Toyumuz ise Azerbaycanda olub ve men qaynanamin evine gelin gocmusem. Hal-hazirda hamileyem. Men erimden ev teleb ede bileremmi? Zaqsimiz yoxdur. Eger zaqsa dushsem men ev teleb ede bileremmi? Hormetle Leyla Mamedova

Salam.

Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən yalnız müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Əgər rəsmi nikah bağlamamısınızsa sizin ailə qurmağınız dövlət tərəfindən tanınmır (sadəcə birgə yaşamısınız). Və təbii ki, bundan irəli gələn hüquqi nəticələr də fərqli olacaq. Nikah bağlanılsa da belə nikahdan qabaq əldə olunan mülkiyyət hər bir şəxsin öxünündür. Yalnız nikah dövründə əldə olunan mülkiyyət mübahisə predmeti ola bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-10-25

547  Gulya (22-10-2010). Salam, cinayet huququnda bele prinsip var dovletin mecburiyyet tedbirlerine qenaet prinsipi bu ne demekdir?

 

Salam.

Bu sualı artıq 2-ci dəfədir ki, verirsiniz. Məsləhətxananın 403-cü sualına nəzər yetirin.

 

Bu qədər.

 

2010-10-22

550  Sənan (24-10-2010). Rusvet isteme faktinin sesyazma yolu ile qeyde alinmasi ve sonra mehkeme yolu ile nece subut oluna biler? bildiyime gore sesin yazilmasi qadagandir. tesekkur edirem.

Salam.

Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.  Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Bu qadağan deyil. Sadəcə sübutların əldə olunma üsulu qanunu pozmamalıdır.

 

Sualınıza görə təşəkkür edirik.

2010-10-25

551  Fuad (25-10-2010). Salam. Xahish edirəm aşağıdakı suallarıma aydınlıq gətirəsiniz:1.Qaynana kürəkəninə notarial qaydada vərəsəlik edə bilərmi hər hansı mülkünü və bu əqdin rüsüm haqqı nə qədərdir?2.Bu qanun öz əksini hansı maddədə tapıb rica edirəm onun internet adresi varsa göndərəsiniz ki, mən lazımi orqana onu əyani göstərə biləm.

Salam.

Nəinki kürəkəninə başqa digər şəxsə də vəsiyyət edə bilər. Mülki Məcəllənin 1166-cı maddəsi (Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər).

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-25

552  Gulya (24-10-2010). salam emek mecellesinde iscilerin serbestlesdirilmesi adlanan anlayis var bu ne demekdir?’, ‘

 

Salam.

 

İşçilərin sərbəstləşdirilməsi dedikdə onların aşdən azad olunması başa düşülür (adətən kütləvi şəkildə, işçilərin sayının və ya ştatların ixtisar edilməsi).

 

Məşğulluq haqqında Qanunun 16-cı maddəsinə nəzər yetirə bilərsiniz

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-25

576  Seymur (28-10-2010) Salam Şəmkir Məhkəməsi mənim işimə baxmır yeni mənə dəymiş maddi və mənəvi dəyərin ödənilməsi barədə mənə hec bir məlumat vermir mən isdəyiremki Şəmkir Məhkəməsindən şikayət edim mən şikayəti hara etmeliyəm? Təşəkkür

Salam.

İlk öncə şikayət etmək üçün qanunvericilikdə göstərilən əsaslar olmalıdır. Əgər məhkəmə aktından şikayət edirsinizsə, onda müvafiq qaydada yuxarı instansiya məhkəmələrinə müraciət etməlisiniz. Əgər hakimin qeyri-qanuni hərəkətlərindən şikayət edirsinizsə, onda Məhkəmə-Hüquq Şurasına müraciət etməlisiniz.

Nəzərə almalısınız ki, bütün hakimlər təcrübəli hüquqşünaslardır və şikayət etməzdən əvvəl  əsasların olmasına arxayın olmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2010-10-28

553  Orxan (25-10-2010). Salam.Cavan bir ailede,bir kishi ve qadin evlendikden sonra ev alirlar.Ev ise oz novbesinde oglanin anasinin adina(yeniki qizin qayinanasina) qeydiyyata salinir.Eger, qiz ve oglan arasinda evliliyie son qoyularsa ev bowanma zamani terefler arasinda bolushdurulue bilermi?Elecede ushaq kimde qalma ehtimali coxdur ve aliment teleb etmek olarmi.Oglan terefin mutemadi ishi yoxdursa. Meselen:Restoran xidmetcisidirse. Diqqetinize gore teshekkurler !

Salam.

Mübahisəli məsələdir. Xüsusilə mülkiyyət məsələsi. Əgər mülkiyyətçi faktiki olaraq (yəni daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında Çıxarışda göstərilən  mülkiyyətçi) oğlanın anasıdırsa. Onda həmin daşınmaz əmlakın ər-arvad arasında bölüşdürülməsi mümkünsüz ola bilər. Lakın məhkəmədə süut olunsa ki, bu daşınmaz əmlakın əldə olunmasında digər tərəfin mühüm rolu varsa onda bölüşdürülə bilər (Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır). 

Aliment ödəmək isə valideynlərin borcudur. Alimentlər barədə ətraflı məlumat Alimentlər blokunda 

Sualınıza görə təşəkkür edirik.

2010-10-25

554  Orxan (25-10-2010). Salam. Rayona qeydiyyata dushmek isteyirem ishimle elaqedar.Bilmek isterdimki, eger 1)men Baki qeydiyyatindan cixaramsa, yeniki rayona qeydiyyatimi deyishmek isteyiremse bu zaman hansi prosedurlara riayet etmeliyem.2)Elecede bunun ucun haraya muraciet etmeliyem? 3)Bu mene gosterilecek xidmete gore ise menden pul alinacaqmi dovlet rusumu kimi.4)Elecede bu prosedur hansi muddete ceker?5)Yeniden Baki qeydiyyati almam sonradan mumkundurmu ve mumkundurse hansi senedlerin esasinda ala bilerem?Diqqetinize gore minnetdaram...

Salam.

Suallarınız kifayət qədər çoxdur. Buna görə də Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunla və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qanunla tanış olmalısınız. 

 

Bununla bağlı rüsumlar Dövlət rüsumu haqqında Qanunun 14-cü maddəsinə göstərilib.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-25

 

555  Emin (26-10-2010). Salam.Size bele bir sualla muraciet etmek isterdim:Men,bacim,atam,anam ve babam bir evde meskunlashmishiq.Babam hamidan xebersiz bibimi,onun yoldashini,3 ushagini ve emimi de bu eve qeydiyyata saldirib.artiq neche illerdir ki,yuxarida qeyd etdiyim keslerin kommunal xerclerini de biz odeyirik.bibimgil neche illerdir Lerik rayonunda yashayirlar.ushaglari da,orada dunyaya goz achmishlar.oglu da,hal-hazirda herbi xidmetdedir.emimden ise konkret olaraq 8 ildir bir xeber yoxdur.bildiyimize gore Moskvadadir.xahish edirem bu halla bagli mehkemeye muraciet etmeyimiz uchun bir yol gosteresiniz.

Salam.

Bu mülkiyyətçinin iradəsindən asılıdır. Əgər babanız mülkiyyətçi babanıdırsa bu məsələni o şəxsən həll edir. Mülkiyyət hüququ toxunulmadır.  Yox əgər mülkiyyətçi başqa şəxsdirsə və ya ümumi mülkiyyətdirsə onda məhkəmə qaydasında mübahisələndirilə bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-10-26

556  Seymur (26-10-2010). Vetendasliq anlayisi haqqinda etrafli melumat vere bilersiniz?

Salam.

Azərbaycan vətəndaşlığını nəzərdə tutursunuzsa, Konstitusiyanın 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-27

557  Gulya (27-10-2010). Salam, kollektiv sazise nezareti emek kollektivi ve muessise heyata kecire bilemi?

Salam.

 

Əmək Məcəlləsinin 41-ci maddəsinə əsasən Kollektiv sazişin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı həyata keçirir (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 aprel 1999-cu il tarixli 122 №-li Fərmanına əsasən).

 

Sualınıza görə təşəkkür edirik.

2010-10-27

558  Gulya (27-10-2010) salam, emeyin odenilmesi deyende ne nezerde tutulur?

Salam.

Sual dəqiq verilməyib. Bununla bağlı ilk öncə siz Əmək Məcəlləsinin 25-ci və 26-cı fəsilləri ilə tanış olmalısınız. 

Sualınıza görə təşəkkür edirik.

2010-10-27

559  Taleh (27-10-2010). Salam.Beləbir sualim var.Əgər mən banka girov goyarag kredit almışamsa(avtokredit), yenidən həmin bankdan başqa kredit alıram.Mən həmin gorovu yeni kredite de shamil etdire bilerem mi?sohbet sonraki ipoteka muqavilesi ve resmi qeydiyyatdan getmir.Sohbet ondan gedir ki ,bele bir muddea var ki şamil etme akti veya muqavilesiile hemin girov bankın daxilinde tertib olunsun ve ipoteka muqavilesinin elavesi kimi guvvede olsun.Musteri oz ohdeliklerinin laziminca icra etmedikde hemin şamil etme akti ile yeni kreditin ohelikleri de hemin teminata şamil edilsin ?

Salam.

Mülki Məcəllənin 282-ci maddəsinə əsasən girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. Sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir. Sonrakı girov zamanı sonrakı girov saxlayanın tələbləri əvvəlki girov saxlayanın tələbləri ödənildikdən sonra girov predmetinin dəyərindən ödənilir.

Sualınıza görə təşəkkür edirik.

2010-10-27

560  Nurlan (27-10-2010) Salam. Bizim sirketimize xaricden numayendeler gelmelidi viza procedurunun nece ve hansi qaydalarla oldugunu oyrenmek istiyirik. Viza ucun hazirlanan devet mektubunun shablonu, hara teqdim olunmasi, xarici isler nazirliyinde tesdiq olunmaya ehtiyac varmi? evvelceden teshekkur edirem.

Salam.

Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanunun 14-cü maddəsinə uyğun olaraq viza alınması üçün əcnəbilər gəlişin məqsəd və müddətini göstərməklə viza verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları vasitəsi ilə , müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda isə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək tələb olunan sənədləri və viza verilməsi üçün rüsum ödənilməsi barədə qəbzi ərizəyə əlavə etməlidirlər.

 

Dövlət rüsumu haqqında Qanunun 16.1.6-cı maddəsinə əsasən:

Şəxsi dəvətlə, işgüzar və kommersiya işləri ilə əlaqədar dövlət və ictimai-siyasi təşkilatlar və eləcə də xarici iqtisadi fəaliyyətlə məşğul olan özəl strukturların müraciəti ilə adi giriş vizalarının rəsmiləşdirilməsinə görə (3 gündən 3 ayadək müddətə):

 

  • birdəfəlik giriş vizası: 40 ABŞ dolları
  • ikidəfəlik giriş vizası: 80 ABŞ dolları

 

təşkil edir.

 

Qanunla müəyyən edilmiş hallarda 1 il müddətinə çoxdəfəlik giriş-çıxış üçün giriş vizalarının rəsmiləşdirilməsi üçün - 250 ABŞ dollar.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-27

 

561  Fuad (27-10-2010). Salam. Yeni doğulmuş uşaq üçün Doğum haqqında şehadetname almaq üçün hansi senedler lazimdir?

Salam.

Ümumi sual olduğu üçün və sualın cavablandırılması həcmli olmasını nəzərə alaraq birbaşa “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı ilə tanış olmağınız məqsədəuyğundur. Həmin Qaydaların 2-ci paraqrafına (DOĞUMUN QEYDƏ ALINMASI) nəzər yetirin.

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-27

563  Vasif (27-10-2010). Salam. Əgər hansısa bir xarici vətəndaş 3 aylıq Azərbaycanda uçota durmaq istəyirsə o nə qədər rüsum ödəməlidir?Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Bununla bağlı Məsləhətxananın 560-cı sualına nəzər yetirin.

Bu qədər.

2010-10-27

564  Vasif (27-10-2010). Salam. Əgər bir şəxs sürücülük vəsiqəsini itiribsə o yenidən onu almaq üçün nə etməlidir etməlidir?Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Bu məsələ Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında Təlimatın 6-cı bəndinə əsasən həll olunur. 

Nəzərdə tutun ki, İnzibati Xətalar Məcəlləsinin 154.4-cü maddəsinə əsasən sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 

- otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

Sualınıza görə təşəkkü edirik.

2010-10-27

565  Libra (27-10-2010). Mən bankdan hansı şərtlərlə pul götürə biləcəyimi biımək istərdim. Mən bu il Bakıda xarici universitetin filialına daxil olmuşam. Ödıniş etməsəm tələbə biletim verəlməyəcək. Və təbii ki, bu şərtlə bankdan tələbə krediti götürə biımərəm. Mən başqa cürə necə və hansı şərtlərlə bankdan kredit götüre bilərəm? Özüm de işləyirəm. Mümkünse sualımı cavablandırın.

Salam.

İlk öncə çalışın adınızı qeyd edin. Cavablandırma qaydalına riayət etmək məqsədilə. Tərəziyə müraciət etmək çaşqınlıq yaradır. Kreditin alınması ilə bağılı qeyd etməliyik ki, müxtəlif banklarda fərqli şərtlərlə kreditlər verilir (kredit liniyası açılır misal üçün 45 günlük faizsiz, və s.).

Sualınıza görə təşəkkür edirik.

2010-10-27

566  Sərxan (27-10-2010). Salam men serxan suleymanov.men naxcivan seherinde qeydiyyatdayam ama isimle elaqedar baki seherine qeydiyyata dusmek isteyirem.heqiqi herbi xidmet kecmisem bunu nece etmeliyem hansi prosesler meni gozleyir.ve bu mene neceye basa gelecek

Salam.

Bu məsələ ilə bağlı çoxlu saylı suallar daxil olunur və onları cavablandırmışıq. Məsləhətxananın 513, 220, 189, 86, 83, 47 suallarına nəzər yetirə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-10-27

567  Eldar (27-10-2010). Salam DeJure.az, Emim heyatinin son 10 ilini xarici dovletde yashayib ve orda vefat edib.Onun Bakida nigahdan iki ovladi var.Eyni zamanda vefat etdiyi olkede de nigahdan 1 ovladi var.Bizim heyetde onun onun da payi var.Indi o vefat edibse vereselik kime kecir? Onun Bakidaki ovladlarina (onlar 18 yasha chatiblar) yoxsa xaricdeki ovladina (o da 18 yasha chatib), elece de onun ovladlarinin analarina, yoxsa sadaladiqim her kese?Diqqetinize gore minnetdaram.

Salam.

Əgər vəsiyyət yoxdursa qanun üzrə bütün sadalanan şəxslər birinci növbəli vərəsələr sayılır (Mülki Məcəllənin 1159-cu maddəsi) - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladların anası dedikdə ölən şəxsin rəsmi nikaha daxil olduğu həyat başa düşülürsə onda mirasdan pay düşür, əks təqdirdə yox.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-27

568  CAMAL (27-10-2010). Salam. BABAM DÜNYADAN KÖÇƏNDƏN SONRA ONUN PENSİYASINI NƏNƏM ALA BİLƏRMİ? HARA MÜRACİƏT ETMƏK LAZIMDIR ?

Salam.

Oxşar suala  Məsləhətxananın 322-ci sualında cavab verilmişdir.

Sualınıza görə təşəkkür edirik.

2010-10-27

569  İlqar (27-10-2010). Salam men bilmek isterdim ki Serhed qosunlari Xidmeti akademiyasina nece qebul ola bilerem.... eger mene yardimci olsaz minnetdar olardim... evvelceden twk

Salam.

Sual aidiyyəti üzrə deyil. Lakın portalın  adət-ənənəsinə uyğun olaraq çalışarıq istiqamət verək. AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN AKADEMİYASINA QƏBULU barədə burdan məlumat ala bilərsiniz. 

Bu qədər.

 

2010-10-28

570  Qurban (27-10-2010). Salam yoldas vekil. Men son vaxtlar sualima cavab ala bilmirem, bu ne ile elaqederdi? Sual:ELILLER UCUN VERILECEK EVI SATMAQ OLARMI YA YOX? BU BAREDE SIZIN SAYTIN HANSI BOLMESINDE ETRAFLI OXUMAQ OLAR?

Salam.

Bu suala Məsləhətxananın 301-ci sualında cavablandırmışdır. Əgər həmin sualı axtarıb tapmaq o qədər müşgüldürsə, bildiririk: bu sizə veriləcək daşınmaz əmlak üzrə hansı hüquqların əldə olunmasından asılıdır. Əgər həmin əmlak tam mülkiyyətinizə keçirsə (bu Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı ilə təsdiq olunur) onda əlbəttə ki, sata bilərsiiz. Əsas odur ki, sizin mülkiyyət hüququnuzu təsdiq edən sənəd olsun.

Sualınıza görə təşəkkür edirik.

2010-10-28

571  Eldar (27-10-2010). 567-ci suala verdiyiniz cavaba gore minnetdaram. Elave olaraq bildirim ki, emim dunyadan kocende o hech kesle nigahda olmayib, ve en son nigahda olduqu arvadi 10 il bundan qabaq ayrilib. Bu cur sheraitde bele chixir ki, onun kechmish iki heyat yoldashi varis sayilmirlar ve hech bir iddia ede bilmezler. Yalniz onun 3 ovladi buna emime aid olan paya iddia ede biler. Duzdur? Eger beledirse o zaman onun xarici olkenin vetendashi olan ovladi burda yashayan ovladlari ile beraber huquqlara malikdir???

Salam.

Bəli düz başa düşmüsünüz.

2010-10-28

572  Bəhruz (28-10-2010). Salam. 1-ci sual. 2009-cu ilin may ayında hüquqi şəxslə fiziki şəxs arasında notariat qaydada fərdi yaşayış evinin alqi satqı müqaviləsi əsasında beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsində alınan evinin neçə otaqdan ibarət olması, ümumi kvm və həyətyanı torpaq sahəsi göstərilməmişdir. Bu cür baglanmış beh müqaviləsi etibarlı sayıla bilərmi?  2-ci sual. Beh müqaviləsində qanunun tələbinə əsasən nələr göstərilməlidir? Ətraflı və dolğun cavab almaq ümidilə əvvəlcədən təşəkkür edirəm!

Salam.

2. Burda beh müqaviləsinin formasını göstərmişik..

1.  Bəli həmin müqavilə etibarlı sayıla bilər (Mülki Məcəllənin 491, 492-ci maddələrinə nəzər yetirin). Çünki bu beh müqaviləsidir, beh müqaviləsi adətən alqı-satqı müqaviləsindən  (və ya digər müqavilədən) əvvəl bağlanılan müqavilədir. Qeyd olunan məlumat həmin alqı-satqı müqaviləsində tam əksini tapmalıdır.

Buna baxmayaraq həmin məsələ məhkəmədə mübahisələndirilə bilər. 

Sualınıza görə təşəkkür edirik.

2010-10-28

573  Yusif (28-10-2010) Salam! Azərbaycan Respublikasının vətəndaşı ilə nigaha daxil olan əcnəbilərin Azərbaycan Respublikasının ərazisində ,digər əcnəbilərdən(AR vətəndaşı ilə nigahda olmayan)fərqli olaraq nə kimi əlavə hüquqları vardır?Onlar AR ərazisində yaşamaq və ya çalışmaq üçün hər hansı güzəştlərə malikdirlərmi?

Salam.

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanuna uyğun olaraq bununla bağlı hansı bir güzəşt nəzərdə tutulmayıb.

 

Sualınıza görə təşəkkür edirik.

2010-10-28

574  Vasif (28-10-2010) Salam. Təkrar xarici pasport almaq üçün nə qədər rüsum ödənilir.Təşəkkür edirəm.

Salam.

Fərq etmir. Dövlət rüsumu haqqında Qanunun 14-cü maddəsində qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə rüsum ödənilir.

 

  • beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 120 manat;
  • beş iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat.

 

Sualınıza görə təşəkkür edirik.

2010-10-28

 

575  Emin (28-10-2010). Salam Onceden hemise komek etdiyiniz üçün təşəkkürümü bildirirəm.Sualım belədir: 1 gündən bir olmaqla Səhmdar Cəmiyyətdə əmək müqaviləsi ilə axşam saat 18:00-dan səhər saat 09:00-dak axşam növbəsində işləyirəm, eyni zamanda həftənin bazar günləri işlediyim müəssədə qeyri iş günü olduğundan bazar günləri saat 09:00-dan 1-ci günədək 09:00-dak növbədə işləyirəm. Bu kimi halda iş saatlarının çoxluğu qanunvericiliyə uyğundurmu ? Qeyd edim ki əmək müqaviləmdə növbədə işləməyim haqda hər hansı qeyd yoxdur.Dəymiş ziyana görə hara müraciət edə bilərəm.

Salam.

Bəli bi əmək hüquqların pozuntusudur. Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Bununla bağlı həm Əmək Müfəttişliyinə, daha sonra (mənəvi və maddi ziyanın ödənilməsi ilə bağlı) məhkəməyə müraciət edə bilərsiniz. Nəzərdə saxlayın ki, sübutları toplamaq lazımdır (əmək kontraktı, növbə jurnalın surəti, rəhbərliyin müvafiq əmrləri və s.).

Sualınıza görə təşəkkür edirik.

2010-10-28

577  Vasif (28-10-2010). Salam. Mən seçki məntəqəsində ekzitpol kimi iştirak etmək istəyirəm.Seçki günü vəzifəm bitdikdən sonra mənə müəyyən məbləgdə pul verməlidirlər.Eşitmişəm ki, bir nəfər keçən il ekzitpolda iştirak edib ancaq pul ala bilməyib.Bilmək istəyirəm ki, yuxarıdakı kimi olarsa mən necə onlardan məvacibimi tələb edə bilərəm? Təşəkkür edirəm.

Salam.

Adətən bu cür fəaliyyət qeyri-kommersiyalı əsaslarla olur. Əgər siz gəlir əldə etmək məqsədilə fəaliyyət göstərirsinizsə müvafiq qaydada müqavilə bağlamalısınız və həmin gəlirdən dövlətə vergi ödəməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-10-28

578  Orxan vasitəsilə (2010-10-28) 7 il er arvad kimi yawayirdig. anjag kebin kesilib. resmi nigah baglamamishig. yashadigimiz iller erime gullug etmishem, teserufat aparmisham. heyat yoldashim rehmete gedib. evvelki nigahdan 2 boyuk ushaglari var. indi onlar emlaka varisdiler. baxmayarag ki nigahim yoxdur (amma er arvad kimi yashamishig, teserufat aparmishig, umumi budjemiz olub), mene verese kimi bir pay dushe biler? hansi mulku normaya gore pay ala bilerem?

Salam.

Vərəsə kimi, mülkiyyətə iddia edə bilməzsiniz (Mülki Məcəllənin 10-cu bölməsi). Lakın əgər birgə təsərrüfat aparılıbsa və sübut olunsa ki, şəxs qeyd olunan mülkiyyətin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edibsə onda şəxs bu istiqamətdə məhkəmədə iddia qaldırmaqda haqlıdır.

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-28

579  Qurban (28-10-2010). Sualimin 1ini cvbladiqiniz ucun tesekkurler. Bes ne ucun obiri sualima cvb yazmadiz?

Salam.

Əgər sualınızın bu \"BU BAREDE SIZIN SAYTIN HANSI BOLMESINDE ETRAFLI OXUMAQ OLAR?\" hissəsini nəzərdə tutursunuzsa. Onda siz Mülki Məcəllə ilə tanış olmalısınız (xüsusilə 5-ci və 6-cı fəsilləri ilə).

Bu qədər.

2010-10-28

580  Rasul (28-10-2010) Salam! Sizə bir sualla muraciyyət etmək istəyirəm! Əgər qonşu öz evinde əxlaqsızlıqla məşquldu və gelib gedən insanlarla digər qonşuları narahat edir. Onda qonşular nece və hara şikəyyət edə bilər?

Salam.

Hər bir halda polis orqanlarına (102) müraciət edə bilərsiniz. Əgər səlahiyyətli orqanlar qanun pozuntusu aşkar etsələr hüququ pozan şəxslər müvafiq məsuliyyətə cəlb olunanacaq (inzibati, cinayət). 

Sualınıza görə təşəkkür edirik.

2010-10-29

581  Sanan (29-10-2010) Salam, Men size Abseron rayonunda, Tikinti ve Memarliq sobesinde tikintiye serencam almaqda problem oldugunu yazmisdim. Siz oz novbenizde cavab verdiz. Tesekkurler. Men indi mehkemeye hazirlasiram. Sobe mudiri A. Eliyev deyir ki, (2000 AZN-i daha dile getirmir) layihe-smeta senedleri teqdim etmeliyem. Amma menim bildiyim qeder hundurluyu 12 m-den yuxari olan evler ucun isci layihe ve layihe-smeta deyeri, hundurluyu 12 m-den az olan evlerde yalniz eskiz layihe olmalidir. Mende sozugeden layihe (12 m-den asagidir) Dovlet Bas Layihe Institutu terefinden islenib hazirlanmis ve tesdiq edilmisdir. Men indi haradan bu meseleye aid qanunu tapa bilerem. Heqiqeten lazimdir, ya yox? Tesekkur edirem...Hormetle,Sanan Mammadov

Salam.

 Əgər köməyimiz dəyibsə, xoşdur.

Məsələ ilə əlaqədar aşağıdakı Nazirlər Kabinetinin Qərarları ilə tanış olmağınız məsləhətdir. Çünki sualın inkişafı daha çox suallara gətirib çıxara bilər. 

 

  1. \"Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi  Qaydaları\"nın təsdiq edilməsi barədə
  2. «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə
  3. Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları və Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi qaydalarının təsdiq edilməsi barədə
  4. Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının təsdiq edilməsi barədə

 

Sualınıza görə təşəkkür edirik.

2010-10-29

582  Fuad (29-10-2010). Qeydiyyat vəsiqəsi, texniki pasportu, torpaq şəadətnaməsi olan evim uçubdur. Həmin evdə pasport qeydiyyatım var və yaşayırdım. Bu ev ucduqda mən MKİS-ə, İcra Hakimiyyətinə, Fövqəlada hallar nazirliyinə rəsmi müraciət elədim ki, qanuna müvafiq şəkildə tədbir görün.Gəlib baxdılar. İcra Hakimiyyətindən dedilər ki, akt yazılmalıdır. Mən də icra hakimiyyətinə get-gələ düşdüm.Hər dəfə gah dedilər iclasdadi, ya tədbirdədi, yoxdu cıxıbdı, və s. daha nələr. Üç ay get-gələ düşdüm heç bir akt, heç bir qanuna müvafiq tədbir və ya maddi köməklik eləmədilər.Bu müddətdə ev yerdən yeksan oldu.Mən də yaşamaq üçün yerim olmadığından yazda uçan evimi özüm tikməyə başladım. Evin müəyyən qismini tikmişdim ki, mənzil təssərrüfat birliyinin işçiləri evə gəlib onu uçurmaq istədilər. Mənimlə onlar arasında mübahisə düşdü. Bəzi yerləri uçurmuşdular ki, 102 xidmətinə zəng vurdum ki, evimə basqın ediblər, uçurmaq istəyirlər. Polislər gəldilər… Mübahisələr hələ davam edirSuallar Yuxarda sənədləri qeyd olunan evin tikintisi üçün dövlət maddi köməklik görməlidirmi və hansi maddələrə əsasən? Onların evə soxulmalarına görə cəzalandırıla bilər?’, ‘

 

Salam.

Əgər daşınmaz əmlakınız söğortalansaydı onda sığorta şirkətindən siz həmin daşınmaz əmlakın dəyərini onlardan pul məbləğində ala bilərdiniz. Lakın yoxdursa bu tələbin dövlətə ünvanlanması əsassız hesab oluna bilər (əgər fövqaladə vəziyyət zamanı baş veribsə).

Eyni zamanda əgər evin \"uçulması\" müvafiq səlahiyyətli orqanların düzgün layihələndirilməməsi, tikilməməsi ucbatından baş veribsə onda siz müvafiq qaydada məhkəməyə və digər hüquq mühafizə orqanlara müraciət edərkən maddi zərərin ödənilməsini və vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edə biərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

2010-10-29

583  Qurban (29-10-2010). Salam. IKI USAQ VAR, BIRININ 4,obirinin 2yasi var,usaqlara usaqpulu almaq ucun sosial teminat sobesine muraciet edilib,onlar da senedleri duzeldennen sonra deyibler ki,pulun 6ayini biz alaciyiq,sora siz alarsiz.Qanunda bele bir sey varmi?

Salam.

Əgər sələhiyyətli (vəzifəli) şəxslərdən belə bir ifadələrdən istifadə ediblərsə (korrupsiya halları) Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya, prokurorluq orqanlarına müraciət edin. Sonradan xahiş edin ki, onlar (adı çəkilən sosial təminat işçiləri)  həmin ifadələri hüquq mühafizə orqanların əməkdaşlarının yanında təkrarlasınlar. Ümidvarıq ki, məsələ bundan sonra öz həllini tez tapacaq.

Sualınıza görə təşəkkür edirik.

2010-10-29

584  Nahid (30-10-2010). Evvela salam. Bilmek isterdim eger men polise hecbirsey etmemisemse meni polishler goturub sobeye apariblar uzerimde sened olmadigi uycun mene 100 azn mebleginde cerme edibler bu duzgundur ya yox hecbir artiq hereket olmayib ama izahatda yazilibki guyaki el qol atmisam cvbi sebrsizlikle gozleyirem twk

Salam.

Əgər sübutlarınız varsa (misal üçün şahidlər, videoyazılar və s.) məhkəməyə, prokurorluq orqanlarına müraciət edib hüquqlarınızı bərpa edə bilərsiniz, yəni zərərin əvəzin ödəniləməsini, həmçinin təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edə bilərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-10-30

585  Vasif (30-10-2010). Salam. Bəlkədə bu sualı sizə ünvanlamalı deyiləm ancaq xahiş edirəm mümkünsə cavablandırasınız.Mən internet vasitəsilə tədris olunan dil öyrənmə kursuna daxil olmaq istəyirəm.Həmin saytda mənə yoxlama məqsədilə 7 günlük kurs veriləcəyini deyirlər.Bundan ötrü isə mənim kredit kartımın(master kart və s.) nömrəsini,onun son istifadə olunma vaxtını istəyirlər.Bilmək istəyirəm ki, onlar kredit kartımdakı bu məlumatları bilərək gələcəkdə də mən kartıma nə yükləyərəmsə onu çəkib götürə bilərlərmi? Təşəkkür edirəm.

Salam.

Bəli düz deyirsiniz. Bu sualı bizə ünvanlanmamalı idi. Lakın məsələyə hüquq nöqteyi nəzərdən baxarkən qeyd etməliyik ki, hansı bir şəxsə məxsus kredit kartdan kənar şəxslər tərəfindən törədilən  (bank hesabınızda olan hesabdan və s.) sui-istifadələrə görə qanunvericilikdə müvafiq məsuliyyət nəzərdə tutulub (o cümlədən, cinayət məsuliyyətinə). Bundan başqa kredit kartlarından istifadə edərkən təhlükəsiz qaydalarından istifadə etməlisiniz (kod, sirli sözlər və s. konfidensial məlumatları kənar şəxslərə etibar etməməlisiniz). Misal üçün, veb-tranzaksiyalarında kartın üzərində  olan 16 rəqəmin qeyd olunmaı tələb  və kartın arxasında olan son 3 rəqəm olunur. Bu adətən təhlükəsiz proseduradır və bu tranzaksiyanın baş verməsi tamamilə sizin iradənizdən asılıdır və sizin bankınız vasitəsilə həyata keçirilir. Karta aid digər məlumatın tələb olunması hüquqa ziddir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-01

586  Emin (2010-11-01). İşçi öz ərizəsinə əsasən işdən azad olunub. Son haqq hesabının alınması,kartlarının idarə təhvil verilməsini, eyni zamanda əmək kitabçasının muesseden götürülməsi üçün mülki qaydada kiməsə etibarnamə verə bilərmi ki, pu prosesi həyata keçirsin. Bu hal hansı qanunla həyata keçirilir?

Salam.

Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 4-cü fəslinə əsasən etibarnamə etibar edilmiş başqasına etibaretmə qaydasında verilmiş etibarnamə əsas etibarnamə üzrə verildiyindən artıq hüquqlar etibar etməməlidir (bu yeganə məhdudiyyətdir). Ona görə də bu hüquqları etibar etmək mümkündür.

Sualınıza görə təşəkkür edirik.

2010-11-01

588  Şamil (31-10-2010). Stimullashdirici lotoreyalar kecirilerken...qiymetli kaqizardan hansi formada icaze almaq lazimdir

Salam.

Sözün düzü sualınız aydın olmadı. Amma ola bilsin ki, bu normativ akt sizə kömək edə bildi Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları.

Bu qədər.

2010-11-01

589  Yegane (31-10-2010). Salam. Menden 4 il bundan qabaq qerezli,borcla baqli sikayet erizesi veribler ve bu erizedende 3 defe xitam qerari almisa. amma yenede arasdirilmasi ucun nazirliye erize veribler, bu ne qeder meqsede uyuqundu.

Salam.

Əgər qüvvədə olan məhkəmə qətnaməsi varsa, məqsədəuyğun deyil.

 

Sualınıza görə təşəkkür edirik.

2010-11-01

590  Taleh (01-11-2010). Salam!!!Zəhmət olmasa cavab verin !!!Xeyriyye fondu yaratmag isteyirik !!!esas fealiyetini uzvluk haqlarinin yigilmasi ve uzvler arasinda ehyiyaci olanlara verilmesidir sonradan qaytarilmasi serti ile.Yeni umumi bir maliyye fondu olacag ve uzvlerin ehyiyaci uzre verilecek.Bu isi artig fealiyyetde olan ictimai birliyin nezzninde elemek olar mi , ve bu isin qanuni nece tenzimlemek olar !!!Zehmet olmasa komek edin !!!evvelceden minnetdaram !!

Salam.

İlk öncə Mülki Məcəllənin 115-ci maddəsi (Fondlar) ilə tanış olmaq məsləhət görürük:

115.1. Fond üzvlüyü olmayan, fiziki və (və ya) hüquqi şəxslərin  əmlak haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı məqsədlər güdən təşkilatdır.

115.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır

115.2. Fondun təsisçilərinin (təsisçisinin) verdiyi əmlak fondun mülkiyyətidir. Fond həmin əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.

115.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur.

115.4. Təsisçilər yaratdıqları fondun öhdəlikləri üçün, fond isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət daşımır.

115.5. Fondun idarə edilməsi və onun orqanlarının formalaşdırılması qaydası fondun təsisçilər tərəfindən təsdiq edilən nizamnaməsi ilə müəyyənləşdirilir.

115.6. Fondun nizamnaməsində bu Məcəllənin 47.2-ci Maddəsində göstərilmiş məlumatlardan savayı, fondun \"fond\" sözü də daxil edilmiş adı, fondun məqsədləri haqqında məlumatlar; fondun orqanları haqqında, o cümlədən fondun fəaliyyətinə nəzarət edən himayəçilik şurası haqqında, fondun vəzifəli şəxslərinin təyin edilməsi və azad edilməsi qaydası haqqında, fondun ləğvi zamanı onun əmlakı barəsində sərəncam verilməsi qaydası haqqında məlumatlar göstərilməlidir.

115.7. Fondların ayrı-ayrı növlərinin, o cümlədən xeyriyyə təşkilatlarının xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir.

 

Daha sonra, əgər niyyətinizdə israrlı olsanız Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında (5, 8-ci maddəsləri) və Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında (16-cı maddə) Qanunları ilə tanış olmalısınız.

 

Sualınıza görə təşəkkür edirik.

2010-11-01

 

591  Qurban (01-11-2010) Salam. MEN BIR SUALI BELKE 10 DEFE YAZMISAM AMA CaVaB YAZMAMISIZ,BELKE SUALIM GEDIB CATMIR SIZE? SUALDAN 1 HISSE: ata mulkunden cixib dayimin evine qeydiyata dusmek ve sosial yardim barede idi

Salam.

Siz verdiyiniz sualların sıyahısına nəzər yetirin: 583, 579, 570, 522, 494, 484, 439, 438, 437, 333, 182. Sualın heç biri cavabsız qalmayıb.

Baxmayaraq ki, biz portalın ziyarətçilərini yüksək qiymətləndiririk (çünki qanunvericiliyi və öz hüquqlarını bilmək təqdirə layiqdir), bizə qarşı əsassız iradlara və şikayətyönümlü suallara neqativ yanaşırıq. 

Çalışın diqqətli olun.

2010-11-01

592  Fuad (01-11-2010). Əvvəla Salam. Mən anam ve atamla birgə babamın adına olan mənzildə yaşayırdıq.Atam Şəhid olduqdan sonra babamgil bizi yola vermədikləri səbəbindən o evdən ayrılmışıq.Biz orda yaşadıqımız müddətdə mənzil babamın adına özəlləşmişdir. Şəhid ailəsi olduqumuzdan anam və mənə dövlət tərəfindən mənzil ayrılmışdır.Buna baxmayaraq mən və anam babamgilə qeydiyyatdayiq. Babam ise rehmete getmişdir.Hal hazırda hemin mənzildə nənəm,əmim yaşayır,bibim isə qeydiyyatadır. Bilmək istərdim ki bizim razılıqımız olmadan bizi həmin mənzildən qeydiyyatdan cıxara biləllərmi? Dövlət tərəfindən edilən güzəştə əsasən aldıqımız mənzilə baxmayaraq mən və ya anam babamgilin mənzilinin vərəsəlik hüququnu əlimizdə saxlayırıqmı? Əvvəlcədən təşəkkürlər.

Salam.

Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Əgər razılığınız olmasa qeydiyyatdan çıxarılma yalnız məhkəmənin qətnaməsinə əsasən mümkündür.

Sualınıza görə təşəkkür edirik.

2010-11-01

593  Qurban (01-11-2010). Salam.QARDAS,IRAD BILDIRMIREM,SADECE YAZDIQIM SUAL UZUNDU DEYE YEQIN NESE GETMIR.MEN TELFONNAN MINI OPERA VASITESI ILE YAZIRAM.HEC INANMIRAM KI,GUN ERZINDE MENIM QEDER SIZIN SAYTA GIREN OLA.ONA GORE DE ERKYANE 1XAIS EDECEM,BU SUAL BOLMESINE MESAJIN GEDIB GETMEMESI HAQQINDI BIR YAZI YERLESDIRIN KI,BIZ DE BILEK MESAJIMIZ GONDERILDIMI YA YOX.SUALI CALISACAM TEKRAR YOLLAYIM.SIZ SANKI MENE DAYAQSINIZ

Salam.

Aydındır.

Ola bilsin ki, bu onunla bağlıdır ki, sualın həcmi 2000 işarə olmalıdır (portala müraciət edənlərin sayı çoxaldığı üçün bu tədbiri görməyə məcburiyyətindəyik). Çalışın sualın həcmi 2000 işarədə çox olmasın və mahiyyəti üzrə olsun.

Təşəkkür edirik.

2010-11-02

594  Orxan (02-11-2010). Xahis edirem AZS 426-2010. AZS 11.1.005. ve AZS 266-2007 standartlari varsa gonderesiz.

Salam.

Təəssüflər olsun ki, bu standartlar barədə məlumatın alınması pulludur. AZS 426-2010. AZS 11.1.005 və AZS 266-2007.

Sualınıza görə təşəşəkkür edirik.

 

2010-11-02

595  Nana (02-11-2010). Ataliqin etiraf edilmesi nece olur bunu mene basa salin etiraf etmese ataliq mueyyen olunmalidir deyirler bes nece mueyyen olunur ataliq bunuda izah edin xahis edirem

Salam.

Ətraflı məlumat almaq üçün Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimatın 2.6.4-cü bəndi və Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 6-cı paraqrafı ilə tanış olmalısınız.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-02

596  Bəhram (02-11-2010). Salam. Avtomobili 2008-ci ildə baş etibarnamə vasitəsi ilə almışam (rəsmi alqı-satqı müqaviləsi yoxdur).İndi avtomobilin köhnə sahibinin banka kredit borcu oldugu üçün avtomobilə məhkəmə tərəfindən həbs qoyulmuşdur.Texniki pasport onun adınadır.Xahiş edirəm bildirəsiniz, məkəməyə şikayət edib hansı yolla hüquqlarımı bərpa edə bilərəm? Buna görə mənə 10 gün müddət verilib.

Salam.

Təəssüflər olsun ki, bu praktika Azərbaycanda mövcuddur. Müvafiq dövlət rüsumlardan azad olmaq məqsədilə vətəndaşlar Etibrnamə əsasında avtomobil əldə etməyə üstünlük verirlər. Lakın nəzərə almaq lazımdır ki, Etibarnamə şəxsə mülkiyyət hüququ vermir. Və etibar edən hər zaman birtərəfli qaydada Etibarnaməni ləğv edə bilər (və ya əmlakı ondan kreditorlar ala bilərlər). Çalışın hər hansı daşınar və ya daşınmaz əmlakı əldə edərkən öz mülkiyyət hüquqlarınızı təsdiqləyin (alqı-satqı müqaviləsi və s.). Məhkəməyə müraciət etməzdən qabaq çalışın avtomobil sahibi ilə danışıqlar aparın və verdiyiniz pul məbləğini geri alın (çünki məhkəmədə iddia qaldırarkən siz pul məbləğin verilməsini sübut etməli olacaqsınız).

Sualınıza görə təşəkkür edirik.

 2010-11-02

597  Gulshen (02-11-2010). salam, dovlet qullugu haqqinda qanunun(2009-ci il nesrinde)8-ci maddesinde orqanlarin tesnifati verilib ve her bendinde \"muvafiq icra hakimiyyeti \"yazilib.her bendde verilen muvafiq icra hakimiyyetleri deyende hansi icra hakimiyyet orqanlari nezerde tutulur ?zehmet olmasa deyin.

Salam.

Dövlət qulluğu haqqında Qanunun qeyd edilən 8-ci maddəsində (Dövlət orqanlarının təsnifatı) göstərilib ki,  Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanları və yuxarı dövlət orqanı və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanlardır (Azərbaycan Respublikası Prezidenti, Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prokurorluğu və s.).

8.1. Dövlət orqanları öz səlahiyyətlərinə görə aşağıdakı təsnifata bölünürlər:

8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanları və yuxarı dövlət orqanı və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları - müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən orqanlar, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi, müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi,Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);

8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və ya Azərbaycan Respublikasının Konstitusiya qanunları ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (2-ci kateqoriya dövlət orqanları);

8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən dövlət orqanları Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, (3-cü kateqoriya dövlət orqanları);

8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunla müəyyən edilən dövlət orqanları - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, (4-cü kateqoriya dövlət orqanları);

8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - müvafiq icra hakimiyyəti orqanları və onlara bərabər tutulan icra hakimiyyəti orqanları, o cümlədən müvafiq icra hakimiyyəti orqanı yanında olan müvafiq icra hakimiyyəti orqanları,Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Milli Televiziya və Radio Şurasının Aparatı (5-ci kateqoriya dövlət orqanları);

8.1.6. Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 120-ci maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları—müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı (6-cı kateqoriya dövlət orqanları).

8.1.7. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113- cü və 124-cü maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları -müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının  yerli bölmələri, onların yanında, tabeliyində olan orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanları , əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq qanunla müəyyən edilən dövlət orqanları - rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr (Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə istisna olmaqla) və yerli iqtisad məhkəmələri (7-ci kateqoriya dövlət orqanları

 

Sualınıza görə təşəkkür edirik.

2010-11-03

598  Vasif (02-11-2010) Salam. 30.10.2010 tarixindəki verdiyim sual mənə bir az qaranlıq qaldı. Artıq dərəcədə xahiş edirəm ki, bilmək istəyirəm məndən istənən kredit kartının nömrəsini və onun son əməliyyat vaxtını istəmələri hüquqa ziddirmi, yəni məni bu məlumatla aldatmırlar ki? Təşəkkür edirəm.

Salam.

Məsləhət görərdik ki, bu cür əməliyyatları bank vasitəsilə həyata keçirəsiniz (ödənişi həyata keçirmək üçün kifayət qədər üsul var).

Sualınıza görə təşəkkür edirik.

2010-11-03

599  QURBAN (03-11-2010). Salam. MEN HEC 1000 simvol yazmiram.Prosta hemen suali yazanda cavablanmir nedense.2sual yaziram,1i cavablanir, obiri yox. Nese anlamiram qardas, yeqin menim bextsizliyimdi

Salam.

Hər bir halda bizə çatan bütün sualları cavablandırmağı çalışırıq. Biz istifadəçilərlə səmimiyyət və düzgünlük əsasında münasibət qururuq və qoruyuruq.

Xahiş edirik bunu nəzərə alasınız.  

 

2010-11-03

600  Qurban (03-11-2010). Salam. ATA MULKUMU HESABLAYIB MENE UNVANLI SOSIAL YARDIM VERMIRLER,ATA MULKUNUN MENE HEC BIR XEYIRI DE YOXDU.ORADAN QEYDIYATDAN CIXIB DAYIMIN EVINE QEYDIYATA DUSSEM MUAVINET ALA BILEREM. 60 MANAT PENSIYEMNEN BASQA QAZANCIM YOXDU. 5 ILDI DAYIMGILDE QALIRAM

Salam.

Əgər ata mülkü dedikdə daşınmaz əmlakı nəzərdə tutursunuzsa həmin daşınmaz əmlakı rentaya və ya kirayə verə bilərsiniz və qazanc əldə edə bilərsiniz. Buna baxmayaraq, əgər dövlət orqanının qrarını ədalətsiz hesab edirsiniz bununla bağlı yuxarı instansiyalara, o cümlədən məhkəməyə müraciət edə bilərsiniz. Nəzərdə saxlayın ki, aztəminatlı olduğunuzu sübut etmək üçün müvafiq sənədləri toplamalısınız (sosial müdafiə orqanlarından arayış və s.)

Sualınıza görə təşəkkür edirik.

2010-11-03

602  Gulnar (04-11-2010). Baki sheherinde qeydiyyatdan kecmek ucun hansi senedler teleb olunur ve qeydiyyata dusmek istediyin evin hecminin buna dexli varmi?

Salam.

Bunun üçün Bakıda  sizin yaşayış yeri olmalıdır (misal üçün Bakıda yaşayan qohumlarınız  varsa öz evlərinə sizi qeydiyyata ala bilərlər). 

Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinin tələblərinə riayət etmək lazımdır:

Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Sualınıza görə təşəkkür edirik.

2010-11-04

603  Perviz (04-11-2010). Salam. Men halhazirda rayonda qeydiyyatdayam. Bakida xalamin evine qeydiyyata dushmek isteyirem. Bunun ucun men hansi senedleri hazirlamaliyam? Hansi merhelelerden kecmeliyem? Ilkin olaraq hara muraciet etmeliyem? Bu sullara komek etseniz memnun olaram. Evvelceden teshekkurler.

Salam.

Məsləhətxananın 602-ci sualına nəzər yetirin. Əlavə bildirmək isəyirik ki, qeydiyyata alındığı yer üzrə DİN-nin pasport-qeydiyyat şöbəsinə müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-04

605  Fuad (04-11-2010). Hörmətli Dejure bundan əvvəl Sizə sual ünvanlamışam (582). Sualımı cavablandırdığınız üçün təşəkkür edirəm. Mənim qanunla nəzərdə tutulmuş bütün sənədləri olan evim uçub. Evimin torpaq səviyyəsi aşağı olduğundan yağış və qurunt suları nəticəsində uçduqda aidiyyatı dövlət orqanlarına müraciət eləmişəm ki, məlumat verəm.Eləcə də həmin orqanlarda müvafiq şəxslərin qəbulunda olmuşam. Mən vəziyyətin ağır olduğunu, evimin uçduğunu, ozümün isə qalmağa yerim olamdığını onlara söyləmişəm və xahiş eləmişəm ki, qısa müddətdə sənədləşmə aparılsın və qanuna müvafiq tədbir görsünlər. Onlar isə məsələni daha operativ həll etmək əvəzinə məni aylarla get-gələ salıb süründürüblər. Zəruri hallarda vətandaşlar dərhal qəbul olunduğu halda mən get-gələ düşmüşəm. Adi bir aktı ala bilməmişəm. Akt bağlnamır və uçan evin tikintisinə maneələr olur(gəlib uçurmaq istəyirlər), yaşamaq üçün yer verilmirsə onda mən neyləməliyəm? Mən cıxıb küçədə yata bilmərəm. Hər kəsin bu həyatda yaşamaq hüququ var.

Salam.

Başa düşürük ki, çətin vəziyyətə düşmüsünüz. Lakın təəssüflər olsun ki, dövlət qurumlarına təsir qüvvəmiz yoxdur. Sadəcə, müraciətinizə portal vasitəsilə dövlət məmurlarının diqqətini cəlb etməyə çalışarıq. Məsələ ilə əlaqədar yuxarı instansiyalara (o cümlədən, Prezident, Nazirlər Kabineti, Fövqaladə Hallar Nazirliyinə) müraciət etməyə məqsədəuyğundur. Ola bilsin ki, yardımçı ola bildilər.

Bu qədər.

2010-11-04

606  Shelale (04-11-2010). Salam. Avtomobil qezasi neticesinde atam birisinin sigortalanmis avtomobiline maddi ziyan vurmusdur.Sigorta sirketi deymis ziyanin 50%-in atamim odemesini isteyir (5000 man).(deymis zererin qiymetlendirilmesinde atam istirak etmemisdi). Bu dogrudurmu?. Atam pensiyacidir,sigorta sirketi mehkemeye vererse, qanunla bu meblegi ne sekilde odemeliyik.Teqaudun de hisse-hisse tutularaqmi? Tesekkur edirem

Salam.

Əgər işiniz məhkəmədə baxılıbsa (və ya baxılacaqsa) Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən məhkəmədən qətnaməni hissə-hissə icra etdirməyə xahiş edə bilərsiniz (bununla bağlı ərizə ilə müraciət edə bilərsiniz). O cümlədən, məhkəmədən ekspertizanın keçirilməsini tələb edə bilərsiniz və vurulmuş ziyanın dəyərini müəyyən etməsini (qiymətləndirmə) tələb edə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-04

607  Emin (04-11-2010) Hormetli redaksiya 2009-2010-cu il uzre 32 mezuniyyet gunlerimden yalniz 14 teqvim gunu istifade etmisem. 2011-CI ILDE ISDEN CIXARKAN VE YA MEZUNIYYETE CIXDIQDA hemin dovr ucun qalan mezuniyyet gunlerinden istifade ede bileremmi

Salam.

Əmək Məcəlləsinin 137.1-ci maddəsinə əsasən əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüşhissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

Həmin Məcəllənin 135.2-ci maddəsinə uyğun olaraq İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

 

Sualınıza görə təşəkkür edirik.

2010-11-06

608  CAMAL (04-11-2010). Salam! Təhsil şöbəsinin müdiri Məktəblərdə qızların baş örtüklərinə(Hicab) qarşı qadağa qoymuşdur.Mən Təhsil şöbəsinin müdirinin qəbuluna gedib belə bir qanunun olub-olmamasını öyrənməyə. O MƏNƏ QARŞI kobudçuluq edərək (Bu İcra Başçısının əmridir Polis Rəisi və Prokuror mənim arxamda dayanaraq bu əmri icra etməliyəm)deyib məni otağından qovdu.Bu hadisənin üstündən bir həftə keçəndən sonra Təhsil şöbəsinin Müdri Polis şöbəsinə şikayət edərək, guya mən onun Şərəf və Ləyaqətini təhqir etmişəm. O buna yalançı şahidlər də göstərmişdir.Mən isə öz izahatımda onu təhqir etmədiyimi və əksinə o məni təhqir edib və məni otağından qovduğunu yazmışam. Bilmək istəyirəm ki, bu nə dərəcədə doğrudur? Bu böhtanların qarşısında mən özümü necə müdafiə edə bilərəm? Vəzifədə olan hər bir şəxs kimə istəsə böhtan atıb və buna şahid göstərə bilirsə hansı qanun və ədalətdən danışmaq olar? Belə ki, qanun zəif təbəqə üçündür, bəs Müdürlər qanuna tabe deyillərmi? SAĞ OLUN !!!

Salam.

Hər kəs qanuna tabedir, o cümlədən müdirlər də. 

Konstitusiyanın 12.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Eyni zamanda Konstitusiyanın 18.3-cü maddəsinə əsasən dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Hər bir halda bu cür məsələlər hansı bir yerli icra hakimiyyəti başçısının aktı ilə tənzimlənmir və onun belə səlahiyyətləri yoxdur (hicabın geyinib və ya geyinməməsi bağlı qanunvericiliklə tənzimlənmir).  Amma təhsilimiz dünyavi xarakter daşıdığı üçün bununla bağlı  müəyyən məhdudiyyətlər qoyula bilər.

Təhqirlə bağlı isə həm məmur, həm siz bunu məhkəmədə sübut etməlisiniz (şahidlər, video və audio yazılar). Yalnız sübut olunduğu təqdirdə hansı bir tədbirlər görülə bilər (o cümlədən məsuliyyətə cəlb olunma).

Sualınıza görə təşəkkür edirik.

2010-11-06

609  Nizami (05-11-2010). Daimi yaşayan vətəndaşlığı olmayan şəxsin qeydiyyat vaxtı 5 ay keçərsə alınmamış pensiyanın bərbası mümükündürmü

Salam.

Əmək pensiyaları haqqında Qanunun 3.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır.

Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

 

Sualınıza görə təşəkkür edirik.

2010-11-06

610  Сeyhun (06-11-2010). YUPIAR nedir?

Salam.

UPR (Universal Periodic Review) tərcümədə (ing.) Universal Dövri İcmal  (UDİ) deməkdir. Bu BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) üzv-dövlətlərində insan hüquqların qorunmasına və bu sahədə şəraitin yaxşılaşdırılmasına yönəldilmiş yeni bir mexanizmidir. Belə ki, dövlətlər digər dövlətlə nəzarət edir (insan hüquqları sahəsində); hər il UPR-ın 3 sessiyasında 48 ölkəyə baxılır. Və bu baxılma nəticəsində  raport (hansında müvafiq tövsiyələr var) qəbul edilir (hansı ki, dövlətlərə insan hüquqların inkişafına səbəb ola ola biləcək).

Sualınıza görə təşəkkür edirik.

 

 2010-11-06

611  Ceyhun (07-11-2010). Salam hormetli vekiller. Xais edirem menim bu sualimi cavabsiz qoymayasiniz. 3 ay once aile qurmusam. Zaqsa dusmemisem. Toydan sonra qaynanam teleb etmeye basladi ki, sen anangilden ayril ve qizim ayri olsun. Qaynanamgil hedden artiq kasib bir ailedendiler ve onlarin fikri budur ki, men ayrilam ve sonra oz qazancimla onlarida saxlayam. Cunki toydan hec bir hefte kecmemis, basladilar menden pul istemeye. 3 ay onlarin ailesine men baxmisam. Anam bilenden sonra cox etiraz eledi ve mende mecbur olub onlara bir daha pul vermedim. Qaynanamgili yalniz menim qazancim dusundurur. Men evde olmayanda, yoldasimi goturub apardi. Sertide budur ki, men ayrilmaliyam ve onun qizina ayri baxmaliyam. Men ise hec vaxt anamdan kecmerem. Derd burasidir ki, qaynanam toyda aldiqim butun qizillarida goturub apardi. 12 min manat pul vermisem qizillara. Xais edirem mene deyesiniz ki, men mehkeme yolu ile aldiqim qizillari geri qaytara bileremmi. Qaynanam qizillari qaytarmir ve deyir ki, toyda almisan deye hamisi bizimdir. Artiq qizildan satib ve ozlerine masin aliblar. Hormetle Ceyhun Mamedov

Salam.

Əgər məhkəmə vasitəsilə məsələni həll etmək istəyirsənizsə onda bütün yazılan halları sübut etməyə borclusunuz. Aldığınız qiymətli əşyaların siyahısı onların qəbzi və s. \"Zaqsa duşməmişəm\" dedikdə siz nikahınızın rəsmi qaydada qeydə alınmamasını göstərirsiniz. Bununla da qanunvericiliyə uyğun olaraq sizin nikahınız tanınmır. Buna görə dəözgəsinin qanunsuz sahibliyindən öz əmlakınızı geri tələb etməkdə haqlısınız (Mülki Məcəlləsinin 157-ci maddəsi). 

Sualınıza görə təşəkkür edirik.

2010-11-08

612  Qurban (07-11-2010). Salam. Men mini opera ile size suali belke 10 defe yolladim,mene ele gelir ki,sual size catmir deye cavablamadiz.Mecbur olub kamputerle yollayiram.SUALIMIN ARDI:Atam,anam rehmete gedib,atamin yegane evinde de ogey anam ve 2 usaqi yasayir.(ata bir,ana ayriyiq)Mal-qarani,ekin- bicini ozleri becerib,ozleri de satirlar.(cuzi qazanc nezerde tuturam)Hem de ogey anam gil kasib olduqlari ucun onlardan hec bir maddi yardim teleb etmirem.Ozum de bildiyiniz kimi xesteliyib sebebinden dayimin evinde qaliram.60 manat pensiyeden basqa hec bir qazancim yoxdu.Eger bu veziyyetimle sosial yardim ala bilmesem,onda men nece edim,neyniyim ki,ata mulku mene hec bir problem toretmesin? Yani qeydiyatdan ciximmi,yoxsa payimi goturub ayrilimmi bilmirem.Nece ede bilerem axi. Hem de siz deyirsiz ki,eger dovlet unvanli sosial yardim vermirse,dovletin qerarini insafsiz,edaletsiz sayirsizsa yuxari istansiyalara muraciyet edin.Yuxari istansiya haradi? 1.SHexsen siz menim bu veziyyetime gore dovleti edaletsiz sayirsinizmi? 2.Yani,mene sosial yardim dusmemeyi barede.3.Men atamin neki ev,esik,torpaq,malqarasi varsa hamisini hesablayib size yazsam mene deye bilersinizmi ki,sosial yardim dusur ya yox? Bir de ki,siz Ramil Qacayevsinizmi? Sizi cox cetine saldiqimi da bilirem amma inanin ki,tek umudum sizedi. SIZ MENI KICIK QARDASINIZ BILIN,MENE COX KOMEYINIZ DEYIR.COX TESEKKUR EDIREM,xais edirem butun suallari etrafli cavablayin

Salam.

Qeyd etməliyik ki, çox sual verdiniz. Lakın çalışarıq mümkün qədər qısa və mahiyyəti üzrə cavablandıraq. 

1. Düzdür sualları cavablandıran hüquqşünas Qaçayev Ramildir. Mülkiyyətinizinin dəyərini hesablamaq və bizə göndərmək zərurəti yoxdur. Bunun üçün səlahiyyətli orqanlar var - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi  və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri. Bütün lazım olan məlumatı onlara təqdim etməlisiniz.  (sual 3).

2.  Yuxarı instansiya dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, daha sonra Prezident, Milli Məclis, o cümlədən məhkəməni nəzərdə tuturuq. Şəxsən sizə aid dövlətin ədalətli olub-olmamasını birmənalı israr edə bilmərik, çünki bunun üçün sübutlarımız yoxdur. Amma əgər bütün yazılanlar həqiqətə uyğundursa, əlbəttə ki, ədalətsizdir. Və biz bu ədalətsizliklə gündə üzləşirik, ona görə də o qədər təəccüblənmirik və çalışırıq insanlara imkanımız çərçivəsində məsləhət verək  (suallar  1 və 2).

Həmiçinin biz siz məsləhət görərdik ki, qanunvericliklə özünüz tanış olasınız və dövlət qurumlarına müraciət edərkən həmin aktların çap versiyaları sizdə olsun ki, öz hüquqlarınızı qoruya biləsiniz. Aşağıdakı normativ aktlara diqqət yetirin:

 

  • \"Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları\"nın və \"Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası\"nın təsdiq edilməsi haqqında\" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli Qəra
  • “Sosial yardımın alınması üçün şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlirlərin hesablanması Qaydası” nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı
  • Ünvanlı dövlət sosial yardımı haqqında Qanun

 

Suallarınıza görə təşəkkür edirik. 

 

2010-11-08

613  Rasad (07-11-2010). Xahis ediram dovlat qulluqcusunun dovlat tarafindan mudafiasi va huququ haqqinda.Maddalar gostarmak sartila. Cox sag olun. Atrafli

Salam.

Dövlət qulluğu haqqında Qanunun 21-ci maddəsində dövlət qulluqçuları üçün təminatlar göstərilib:

 

  • dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər;
  • lazımi qulluq şəraiti;
  • haqqı ödənilən məzuniyyət;
  • dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;
  • təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə;
  • dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;
  • pensiya təminatı və dövlət sosial sığortası;
  • qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;
  • icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;
  • dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,  hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.

 

Dövlət qulluqçusu bu Qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə  bilər.

Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas  deyildir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-08

614  Aysel (08-11-2010). Salam. Ushaqlarla unsiyyet huququnun berpasi. valideynler may ayinda boshanib, mehkeme sentyabrin 20-de atanin ushaqlarlarla gorushmesi haqqinda qerarini cixarib. Bu qerar ne zamandan sonra quvveye minir??? Sentyabirin 20 cixan qerar maximum ne zaman quvveye minmelidir. noyabr ayidir helede surundururler. yeni ushagi ne zamandan gormek olar?? cox teshekkur edirem. cox onemlidir bizim ucun.

Salam.

Qeyd olunmalıdır ki, digər tərəfin (və ya onun nümayəndəsinin) hüquqi təcrübəsindən asılı olaraq məsələ uzadıla da bilər. Belə ki, Mülki Prossesual Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalıdır və qətnamə çıxarmalıdır (və ya qərardad). Əgər həmin məhkəmə aktına 1 ay ərzində şikayət olunmasa bu məhkəmə aktı qüvvəyə minir və artıq icra olunmalıdır. Şikayət verilərsə Apellyasiya məhkəməsi 3 ay ərzində bu işə baxır və qətnamə qəbul edir. Daha sonra 2 ay keçməlidir ki, bu qətnamə qüvvəyə minsin. Hələ bundan sonra kassasiya da var.

Ümumiyyətlə bu məsələ əgər tərəflərin razılığı olmasa çox uzana bilər bir-iki il çəkə bilər. Hazırkı prosessual qanunvericilik süründürməçilik üçün geniş imkanlar yaradır, təəssüflər olsun ki.

Sualınıza görə təşəkkür edirik.

08-11-2010

615  Yusif (08-11-2010). Dovlet qulluqcusunun sınaq muddeti bitdikden sonra onun numunevi fealiyyetini nezere alaraq rehberlik terefinden 2-ci derece dovlet qulluqcusu ixtisas derecesi verile bilermi?

Salam.

Dövlət qulluğu haqqında Qanunun 16-cı və 17-ci maddələrinə diqqət yetirməyə vacib sayırıq. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir (yəni 6 ay sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlanılır). Daha sonra, səbrli olsanız illər keçdikcə dərəcələrin sahibi olacaqsınız. Əgər bu sizin üçün doğrudan da vacibdirsə.

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-08

616  Ceyran (08-11-2010). Salam, mənim sualim şəxsiyyət vəsiqəsi ilə əlaqədardır, mən Agdam rayonun -da qeydiyyatdayam və ilk şv-ni oradan almisam, indi ailə qurdugum uçün vəsiqəmi dəyişdirmək istəyirəm bununla baglı sənədi ilk aldigim DİN nümayəndəliyinə müraciət etməliymişəm, lakin işlə bağlı rayona gedə bilmirəm, xatirladım ki müvəqqəti olaraq Bakıda qeydiyyatdayam, bakı şəhərindən ŞVəsiqə-si ala bilərrəmmi? xahis edirəm bugun cavablandirasiniz, oncədən təsəkkur edirəm.

Salam.

Əgər yaşayış yerini dəyişdirmisinizsə, həmin yaşayış yeri üzrə DİN-nin pasport-qeydiyyat şöbəsinə müraciət edib Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqınd Qanunun 5-ci maddəsinə uyğun olaraq ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlisiniz:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Sualınıza görə təşəkkür edirik.

2010-11-08

617  Samire (08-11-2010). Salam, sizden xahiw edirem mene duzgun evladliqa uwag goturmey baresinde melumat veresiniz.cox sag olun

Salam.

Övladlığa götürmə ilə bağlı məlumatın alınması üçün Ailə Məcəlləsinin 19-cu fəsli ilə və Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 4-cü paraqrafı ilə tanış olmaq məqsədəuyğundur.

Həmin qaydalardan çıxarış:

4.1. Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci bir ya ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə müraciət etməlidirlər.

4.2. Övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ilə övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır.

4.3. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsində və övladlığa götürənlərin və övladlığa götürülənin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən məlumatlar əsasında tərtib edilir.

4.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi tərtib olunarkən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi, övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi, övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən müəyyən edilir.

4.5. Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa, eləcə də övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə, övladlığa götürülmüş uşağın doğum haqqında akt qeydinə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında ilkin şəhadətnamə verilir.

4.6. Əgər övladlığa götürülənin doğumu başqa yerdə qeyd olunubsa, övladlığa götürülənin doğumu haqqında akt qeydinə müvafiq dəyişikliklərin edilməsi məqsədilə akt qeydinin birinci nüsxəsinin olduğu yerdəki Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə bildiriş göndərilir. Həmin orqan doğum haqqında akt qeydində dəyişiklik edib doğum haqqında yeni şəhadətnamə göndərir və övladlığa götürülənin doğumu barədə akt qeydinin ikinci nüsxəsində eyni dəyişiklikləri etmək üçün bildirişi Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərir.

4.7. Məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə Qeydiyyat şöbəsi və konsulluq idarəsi övladlığa götürmə haqqında qeydi ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında qeydlərdə övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə hallarda məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsi qanuni qüvvəyə mindikdən sonra övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir. Bu haqda Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərilir.

4.8. övladlığa götürənlərə övladlığa götürmə haqqında şəhadətnamə verilir.

4.9. övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağandır.

4.10. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur.

Sualınıza görə təşəkkür edirik.

2010-11-08

618  Vasif (08-11-2010). Salam. Mənim gözüm zəif görür yəni eynəksiz heç bir şey ede bilmerem.Loru dildə desək gözüm \"-5\" görür.Bilmək istəyirəm ki, mene pensiya düşürmü?

Salam.

Bununla bağlı siz müvafiq orqana müraciət etməlisiniz və sizin əlilliyiniz müvafiq qaydada təsdiq olunmalıdır. Bunun üçün siz Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə ilə tanış olmalısınız. Xüsusilə bu Əsasnamənin 2.1.10,  2.2.13,  2.3.18,  3.1.10  və  3.2.3.28 bəndlərilə.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-08

619  CAMAL (08-11-2010). SALAM! SIZIN XEYIRXAHLIĞINIZDAN İSTİFADƏ EDİB SİZƏ TƏŞƏKKÜR EDİRƏM. BİLDİRİRƏM Kİ, QAYNATAM BİRİNCİ QURUP ƏLİLDİR, şəkər-diabet XƏSTƏSİDİR VƏ HƏR İKİ AYAQDAN AMPUTASİYA OLUNUB. PENSİYASI 150 MANATDIR , HƏYAT YOLDAŞI BAXICILIQ PULU ALA BİLMİR Ə.V.Ə.S.M.F.-NA MÜRACİƏT ETMİŞƏM ONLAR DEYİR SOS.MÜD.FONDU VERMƏLİDİR, SOSFOND DEYİR Kİ,ONLAR VERMƏLİDİR. MƏN ÇAŞ-BAŞ DÜŞMÜŞƏM MƏN HARA MÜRACİƏT ETMƏLİYƏM VƏ BÜROKRATİK ƏNGƏLLƏRDƏN HARA ŞİKAYƏT ETMƏLİYƏM. PREZİDENTƏ MƏKTUB YAZMIŞAM YARDIMA GÖRƏ HƏLƏ ONA YARDIM OLUNMAYIB.

Salam.

Bu bürokratiyadan çıxışının ən etibarlı üsulu belədir. Rəsmi (yazılı) müraciət edərkən bir neçə ünvana göndərin amma eyni məzmunlu məktubu. Ən yuxarıda yazın Azərbaycan Respublikasının Prezidentinə, daha aşağıda surətləri: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə; Dövlət Sosial Müdafiə Fonduna. Məktubları çalışın xəbərnamə ilə göndərin.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-08

620  Sahibe (2010-11-09). Sizden bir meslehet isteyirem... ovaladliqa usaq goturmek ucun AZERBAYCAN qanunvericiliyinde esas sertleri bilmek isteyirem. Hara muraciet etmek ,novbeye yazilmaq lazimdi?sizce bu prosess hansi muddetde hell olunur?

Salam.

Bunun üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına müraciət etməlsiniz. Oxşar sual Məsləhətxananın 617-ci sualında cavablandırılmışdır. Xahiş edirik nəzər yetirəsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-09

622  Ruqiyə (09-11-2010). Məhkəmənin qərarına əsasən babaya uşaqla görüşməsinə icazə verilmişdi.ailenin digər üzvləri iddia qaldırmadıqları üçün onlara imtina olunmuşdu.bu hal da baba uşağı ailənin diger üzvləri ilə görüşdurə bilərmi və bele bir səlahiyyətə malikdirmi? Ata könüllü olaraq öz atalıq hüquqlarından imtina ede bilərmi,imtina ede bilərsə bu hansı halda mümkündü?

Salam.

Könüllü valideynlik hüquqlarından imtina etmək qanunvericilikdə nəzərdə tutulmayıb.

Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər (Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən):

 

  •  öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
  • alimenti qəsdən ödəmədikdə;
  • heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
  • valideynlik hüquqlarından sui-istifadə etdikdə;
  • uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda;
  •  xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
  • uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

 

Lakın valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər (66-cı maddə).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-09

 

623  Faxri (09-11-2010). Salam! Texniki təhlükəsizlik qaydalarının sənədləşdirilməsi ilə əlaqədar çətinliklərimiz var. Bu barədə geniş təlimat necə əldə edə bilərik?

Salam.

Bu sahə kifayət qədər genişdir və çoxlu sayda normativ aktları əhatə edir. İlk öncə Texniki təhlükəsizlik haqqında Qanunla və Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlığa təhlükəsizlik sertifikatının verilməsi və sertifikatlaşdırma sistemi strukturunun tərkib hissələrinin funksiyalarını müəyyənləşdirən vahid Metodika ilə tanış olmağa məsləhətdir.

 

Bundan başqa fikirləşirik ki, bu sahədə təlimlərin keçirilməsi Fövqaladə Hallar Nazirliyinin birbaşa vəzifəsidir, buna  görə də onlara müraciət etmək məqsədəuyğundur.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-09

624  Gulshen (09-11-2010). Salam,issizlik statusunun alinmasi qaydalari haqqinda Nazirler kabinetinin qerarinda gosterilirir ki, issizlik statusunun alinmasi ucun teqdim olunmali senedlerden biri de 18 yasina qeder olan usaqlarin sehadetnamesidir, bes eger bir sexsin 18 yasina qeder usagi yoxdur bes onda o issizlik statusu ala bilmeyecek?

Salam.

Məşğulluq haqqında Qanunun 4-cü maddəsinə əsasən işsiz statusu almaq hüququ olmayan vətəndaşlar aşağıdakılardır:

 

  • 15 yaşına çatmayanlar;
  • pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar ;
  • qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz);
  • ilk dəfə işaxtaranlar;
  • azadlıqdan məhrum etmə cəzasını çəkənlər.

 

Başqa hallar nəzərdə tutulmayıb.

 

İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır.

İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının 2.7-ci bəndinə uyğun olaraq işsizin himayəsində 18 yaşa çatmamış uşağı olduqda, işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin müavinətin 50 faizindən artıq olmamaq şərti ilə artırılır. Ailədə valideynlərdən hər ikisinə işsizlik müavinəti təyin edildikdə, müavinətin himayədə olan hər uşaq üçün 10 faiz artırılması yalnız valideynlәrdәn birinə şamil edilir.

Buna görə  bu sənədlər də təqdim oluna bilər.

Sualınıza görə təşəkkür edirik. Xahiş olunur sual verərkən Nazirlər Kabinetinin qərarının tarixi və nömrəsini göstərməyi unutmayın.

2010-11-09

625  Gulshen (09-11-2010). Salam, bagislayin narahat edirem, 597 ci sualda menim sualim basqa curdur siz yazdiqlariniz dovlet qullugu haqqinda qanunda var sadece meni maraqlandiran muvafiq icra orqanlari deyende hansilar nezerde tutulur siz basdan bir necesini yazmisiz amma mene her bende yazilan icra hakimiyyetinin hansi oldugu lazimdi onu bilmek ucun hara baxmaliyam?

Salam.

Bunları bənd-bənd izah etmək çox həcmli olacaq. Lakın aydınlaşdırmaq istəyirsinizsə Konstitusiyaya diqqət yetirin. O cümlədən Prezidentin və Nazirlər Kabinetinin normativ aktları ilə yaradılan orqanlarda bura daxildir. Həmin normativ aktlara da nəzər yetirin.

Sualınıza görə təşəkkür edirik.

2010-11-09

626  Farida (09-11-2010). Salam. shikayet erizesi hansi formada yazilir?

Salam.

Misal üçün burda APELLYASİYA ŞİKAYƏTİnin forması göstərilib.

Bu qədər.

 

2010-11-09

627  Yusif (09-11-2010). Salam! Bilmək istərdim ki,müxtəlif fənləri tədris edən (məs: dövlət qulluğuna qəbul imtahanlarına hazırlıq, magistraturaya qəbul imtahanlarına hazırlıq və s.)kursları açmaq üçün hər hansı bir dövlət qurumundan rəsmi icazə almaq lazımdırmı? Ümumiyyətlə qanunvericilikdə bununla bağlı hər hansı bir müddəa nəzərdə tutulubmu?

Salam.

 

Təhsil sahəsində aşağıdakı fəaliyyət növləri lisenziyalaşdırılır (Prezidentin 782-ci Fərmanına əsasən):

1.     məktəbəqədər tərbiyə

2.     ümumi təhsil (ibtidai, əsas, orta)

3.     texniki-peşə təhsili

4.     orta ixtisas təhsili

5.     ali təhsil

6.     mühafizəçilərin hazırlanması

 

Yalnız müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə müəyyən nəzərat var (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi).

Belə ki, bu cür kursların bitirməsi barədə sənədlər Azərbaycan ərazisində və kənarda heç bir qüvvəsi yoxdur (qanunvericilik baxımından) və dövlət qulluğuna imtahan verilərkən güzəşt kimi qəbul olunmur, nə orta, nə orta-ixtisas, nə də ki,  ali təhsilin əldə olunmasını təsdiq etmir. Ona görə də əsas vergi qanunvericiliyinə diqqət yetirməyiniz kifayyətdir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-10

628  Elsad (09-11-2010) 3-il stabil olaraq bir mesqci-muellimde meshqul olan sahmatci usaq 5-aydir ki basqa muellimde calisir. Evveller de sonra da yuksek neticeler gosteren bu usaqin neticeleri kime yazilir? evvelceden tesekkurumu bildirirem.’, ‘

 

Salam.

Çox vaxt elə olur ki, bizə aidiyyəti olmayan suallar verilir. Biz çalışırıq həmin şəxsləri istiqamətləndirək.

Belə ki, bu sual ilə Azərbaycan Şahmat Federasiyasına müraciət etməyiniz məqsədəuyğundur.

Bu qədər.

2010-11-10

629  Mehriban (09-11-2010) Hormetli vekil. Men 20 ildirki orta mekdebde rus dili muellimesi isleyirem.Direktor 2010-cu ilin sentyabr ayinin 15-den meni Azerbaycan Respublikasi emek mecellesinin 70-ci maddesinin b-bendine esasen isden azad edib. Bu ne derecede duzgundur? Bu mecelle mekteb muellimlerine aiddirmi? Xais edirem etrafli izah edesiniz.

Salam.

İş ondadır ki, qanunvericilik İşəgötürə bu hüququ verir. Lakın işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməlidir.

Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.

Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

 

  • şəhid ailəsinin üzvlərinə;
  • müharibə iştirakçılarına;
  • əsgər və zabitlərin arvadına (ərinə);
  • öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
  • həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
  • xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; 
  • kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-10

630  Emin (09-11-2010) Salam. Yaxin bi adamim aile heyati qurub. Aile qurduqdan 3ay sonra oglanin narkoman oldugu ucun tutulur. qiz gedende oglanin narkaman oldugunu bilmir. Oglana 7 il is kesilib. Hal-hazirda qizin 4 yasinda korpesi var. Oglanin atasi onu qeydiyyata almir. Deyir evi qizima verecem. Bu xanim qeydiyyata duse bilermi? Duse bilerse nece? Onuda nezerinize catdirim ki, ata evinden buna gelecekde hec cure pay dusmur ve qiz hal-hazirda er evinde qalir eger eri olse qizi bayira atacaqlar. Qiz ne ede biler?

Salam.

Qarışıq məsələdir. Həmin qız (xanım) yalnız həyat yoldaşının mülkiyyətinə iddia edə bilər (əgər rəsmi nikaha daxil olublarsa). Mübahisə olduğu təqdirdə məsələ  məhkəmə tərəfindən baxıla bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-11-10

631  Aygün (09-11-2010) Salam. men bilmek isterdimki cixarishla adima olan ferdi yashayish sahesinin dash hasarinin yenilenmesi ucun kimden icaze almaliyam?elimde katastor planim, texniki posportumda var.lakin cox kohnelmish demirlerle ehateye alinmish hasari yenilemeye mene icaze vermirler.bu ne derecede qanunidir?

Salam.

Bunun üçün Mənzil Məcəlləsinin 24-cü maddəsinə nəzər yetiməyiniz gərəkdir:

Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir:

 

  •  yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə;
  • . yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri);
  • yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi;
  • yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu;
  • yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının rəyi.

 

Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllə ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir.

Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəlləyə  uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir.

Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Yekunda Razılaşdırmanı həyata keçirən orqanın blankı Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının razılaşdırılması haqqında Qərar Sizə təqdim edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-10

632  Elçin (10-11-2010). Bilmək istəyirəm ki, şirkətin bir işçisini başqa vəzifəyə keçirdərkən bu məsələ ilə bağlı veriləcək qərar yalnız \"əmr\" şəklində olmalıdır ya bu haqda \"qərar\" da verilməsi mümkündürmü. Məsələn: Şirkətin əməkdaşı Elçin (...) menecer vəzifəsindən icraçı direktor vəzifəsinə keçirilməsinə qərar verilmişdir.

Salam.

Əgər həmin şəxs şirkəti idarə edən şəxsdirsə,  işə qəbul etmək, maliyyə və əsas hüquqi sənədləri imzalamaq, şirkəti etibanaməsiz təmsil etmək səlahiyyətləri verilibsə onda bununl bağlı şirkətin təsisçilərin protokolu olmalıdır və Əmr təsisçi tərəfindən qəbul olunmalıdır (Çünki həmin şəxslərin işəgötürəni təsisçilər olurlar). Bundan başqa əgər şirkətin Nizamnaməsində başqa şərtlər göstərilibsə onlar da rəhbər tutulmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-10

633  Gunay (10-11-2010). Salam men Ali təhsilliyəm ama hec cure is tapa bilmirem. Hec olmasa sosial yardim almaq isteyirem cunki aili imkanimiz bir o qeder yaxsi deyil bunun ucun hansi senedleri toplamaliyam ve nece muraciet etmeliyem. Evvelceden tesekkurler

Salam.

Başa düşürük. Azərbaycanda problem var. Amma özünüzə inanın və sahəniz üzrə təcrübə toplayın, öyrənin. http:]]]www.jobsearch.azhttp:]]]boss.azhttp:]]]dqmk.azaze saytlarına diqqət yetirin. Əgər heç kimə etibar yoxdursa ancaq özünüzə arxayın ola bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-11

634  Murad (10-11-2010). Teqaudcu ata (77 yawinda) rehmete getdikden sonra onun teqaudu 2-ci qrup elil qizina odenilirmi? Ana yoxdur, qardaw hepsdedir.xahiw olunur etrafli melumat veresiniz.

Salam.

Oxşar suala Məsləhətxananın 322-ci sualında cavablandırmışdır. Xahiş edirik diqqət yetirəsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-11

635  İlahe (10-11-2010). yoldasim rusiya vetendasidi.azerbaycan vetendasligi almaq ucun hara muraciet etmelidi.evvelce uzunmuddetli muveqqeti qeydiyata dusmelidimi.men azerbaycan vetendasiyam.menim yasadigim yeremi yqeydiyyata dusmelidi?mumkunse butun prosesi mene yazardiz?evvelceden tesekkur edirem.

Salam.

Bu uzun müddətli və mürəkkəb prosesdir. İlk növbədə. Dövlət Miqrsiya Xidmətinə müraciət etməlisiniz. Əgər həyat yoldaşınız Azərbaycanda işləyəcəksə ildə 1000 manat dövlət rüsumu ödəməlidir və müvəqqəti qalma üçün 120 manat. Azərbaycanda daimi 5  (beş) il müddəindən sonra vətəndaşlıq əldə etmək hüququ yaranır.

Ona görə də çalışın qanunvericiliklə tanış olduqdan sonra ünvanlı suallar verəsiniz.

 2010-11-11

636  Nermin (10-11-2010). Salam.Men Eminova Nermin Balaken Rayonunda qeydiyyatdayam.Hal hazirda baki seherinde qeydiyyatda olan sexsle aile qurmusam.Nigah haqqinda sehadetnamem de var.Indi Bakida menzile qeydiyyata dusmek ucun qeydiyyat sobesine muraciet etdik,ordan deyiller vesiqeni apar Balakene orda deyis evli yazdir birde erinin soyadini al Balakende ise deyiller bizde ele birsey yoxdu get bakida deyis.Zehmet olmasa mene duzgun meslehet verin.

Salam.

Nİgaha daxil olduqadan sonra müvafiq şəhadətnamə almalısınız. Həmin şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsində dəyişikliklər edilməlidir. Əgər dövlət qurumları süründürməçiliyə yol verirsə  Daxili İşlər Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur. 

Sualınıza görə təşəkkür edirik,

2010-11-11

637  Aygun (11-11-2010). Salam. Qismen odenishli sosial mezuniyyetde olan ishciye bayramlarla baghli verilen mukafat odenilmelidirmi?

Salam.

Əmək Məcəlləsinin 157.6-cı maddəsinə əsasən mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Qeyd olunan məələlər bir biri ilə bağlı deyil  işəgöterəndən və işinizin keyfiyyətindən asılıdır.

Sualınıa görə təşəkkür edirik.

11-11-2010

638  Gulshen (11-11-2010) Salam. men aile heyati quranda heyat yoldashimin valideyinleri ile birlikde yashayirdim ve eyni zamanda qaynanamin adina olan yashadigimiz evde qeydiyyata dushdum. 6 ilden sonra men heyat yoldashim ve bir ushaqla kireye chixdiq. 2 ildirki kirede qaliriq. qaynanam meni hal hazirda mecburi olaraq qeydiyyatdan cixarmaq isteyir.oz evimiz yoxdur. qaynanamin evinden qeydiyyatdan chixmaq istemirem. bir yerde yashamagimizda mumkun deyil. istemediyim halda meni qeydiyyatdan cixara bilerlermi? bu ne derecede qanunamuvafikdir?

Salam.

Mübahisəli məsələdir.   Və məhkəmədə mübahisə edilə bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-11-11

639  Sanan (11-11-2010). Salam, Cenab prezidentin 2007-ci ilde tikinti sahesinde nezaretin guclendirilmesine aid serencemi var. Men onu haradan tapa bilerem? Tesekkur edirem...

Salam.

Bu da ki, Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında Fərmanı.

Sualınıza görə təşəkkür edirik.

2010-11-11

640  Natik (12-11-2010). 221.2 maddesine hansi ceza verilir?

Salam.

Əgər Cinayət Məcəlləsini nəzərdə tutursunuzsa onda aşağıdakılara diqqət yetirin:

Maddə 221. Xuliqanlıq

221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər —

yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

221.2. Eyni əməllər:

221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 

221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—

iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-12

641  EMIN (12-11-2010) Salam. AzƏrbaycan Respublikasında qəstən törədilmoş cinayət dedikdə hansi cinayətlər nəzərdə tutulur. Az. Res. Cinayət Məcəlləsinin 222-2.1 və 315.2-ci maddələri qəsdən törədilmiş cinayət sayılırmı.

Salam.

Bunun üçün ilk öncə Cinayət Məcəlləsinin 25-ci maddəsi ilə tanış olmalısınız.

Maddə 25. Cinayətin qəsdən törədilməsi

25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır.
25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur.
25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur.

Qeyd etdiyiniz 222-2.1-ci maddəsinin dispozisiyasında aşağıdakılar göstərilir:  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma.

Əgər məhkəmədə sübut olunsa ki, həmin şəxs bilirdi ki, bu işlər yalnız icazə olduqda həyata keçirə bilər və bu hərəkətlər cinayət hesab olunması barədə məlumatı var idi onda onlar qəsdən törədilmiş hesab edilə bilər.

Eyni yanaşma 315.2-ci maddəyə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) də olmalıdır. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-12

645  Namiq (12-11-2010). Salam. Xahiş edirəm mənə aşağıda yazdığım məsələ ilə bağlı yardım edəsiniz.Telefon ATS-indən zəng edib söyləyirlərki, ev kimin adinadirsa telefon da onun adına olmalıdır. Ev mənim adımadır,telefon isə atamın adınadır. Telefonu oz adima keçirmədiyim təqdirdə telefonu kəsəcəkləri barədə ATS-dən xəbərdarlıq ediblər. Ev bu yaxınlarda mənim adıma keçib. Bu barədə məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən sizə təşəkkur edirəm.

Salam.

Telefon rabitəsindən istifadə Qaydalarını 2.2-ci bəndinə uyğun olaraq həm fərdi, həm də kommunal mənzillərə telefon çəkilməsi üçün müraciət həmin mənzildə yaşayanlardan birinin və ya hamısının tərəfindən verilir.

Həmin aydaların 4-cü Əlavəsinin 3-cü bəndinə əsasən 

Növbəlik sənədinin həmin ünvanda daimi qeydiyyatda olan ailə üzvlərindən birinin adına keçirilməsi mümkündür və aşağıdakılar tələb olunur:

 

  • -    müraciət;
  • -    növbədə durmuş şəxsin razılığı və ya qeydiyyatdan çıxması haqqında arayış;
  • -    qeydiyyatda olması barədə pasport və ya arayış.

 

Hesab edirik ki, ATS-in yanaşması hüquqa ziddir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-13

 

643  Sanan (12-11-2010). Salam, Xahis edirem mene 1-ci instansiya mehkemeye erize yazmaq qaydasina komek edin. Bu erizeni yazmaga menden 100 manat isteyirler. Bunu vermeye imkanim yoxdur. Yaxud Bakida bu isde vetendaslara pulsuz yardim eden QHT ve ya her hansi teskilat unvani yazin. Tesekkur edirem...

Salam.

Artıq bu cür xidmətlər təmənnasız deyil. Çünki çoxlu saylı müraciətlər var və artıq bu mümkünsüzdür. Lakın Ərizələr və şikayətlər bölməsinə baxıb özünüz bu ərizəni tərtib etməyə cəhd edə bilərsiniz. Bundan başqa ABA-CEELİ, Azərbaycan Hüquqşünaslar Assosiasiyasına, Gənc Hüquqşünaslar birliyinə müraciət edə bilərsiniz (onlarla əlaqə burda). Ola bilsin ki, kömək edə bildirlər.

Bu qədər.

2010-11-13

644  Tural (12-11-2010). Salam. İnzibati Xətalar Məcəlləsinin 155.2.4: nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə.... Sual: Ban şüşələr dedikdə hansı şüşələr nəzərdə tutulur?

Salam.

Gözləmirdik ki, bunu da qeyd etməli olacayıq. Ban (rusca. кузов - bəlkə belə daha aydın oldu) - sərnişinlərin və ya yükün yerləşdirilməsi üçün nəzərdə tutulmuş  avtomobilin (nəqliyyat vasitəsinin) hissəsidir. Ban şüşələri də müvafiq olaraq avtomobilin banında qurulmuş şüsələrdir. 

Bu qədər.

2010-11-13

646  Hafiz (13-11-2010). Men uc il 1992-1995 in may ayina kimi orduda olmusam bezi bolgelerde doyuslerde istirak etmisem hernbi biletimdede qeyd olunub lakin 1996 da hebs olunmusam 2000 de prizidentimiz terefinden efv olmusam 2003 de mene Qarabaq muharibesi veterani adi verilib arxiv arayisi esasinda 2006 da nazirler kobinetinin qerari ile muveqeti deyendirilib sebeb ise texris olmaq haqqda mohur vurmayiblar men ede bilerem mene istiqamet verin

Salam.

Çox qarışıq yazmısınız.

Qeyd etdiyniz 10 noyabr 2006-cı il tarixli 240 №-li Nazirlər Kabinetinin qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi \"Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə\"nin onuncu və on birinci abzaslarında müəyyən edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin, habelə bu döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısına uyğun olaraq müharibə veteranı olan şəxslərin yenidən qeydiyyata alınması üçün müvafiq tədbirlər görsünlər.

Həmin Əsasnamənin 1-ci bəndin 10 və 11-ci abzasları aşağıdakılardır:

Qeyd. Bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

\"Müharibə veteranı\" adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:

 

  • Ədliyyə Nazirliyi və digər qurumların əməkdaşlarına həmin nazirlikdə yaradılan komissiyanın rəyinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən;
  • respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

 

Buna görə də əgər siz 1 sentyabr 2000-ci tarixədək cəzadan azad edilmisinizsə müvafiq qaydada yenidən qeydiyyatdan keçməlisiniz.

Əgər salahiyyətli dövlət orqanı qanunvericiliyin tələblərinə riayət etmirsə müvafiq qaydada yuxarı instansiyalara və ya məhkəməyə müraciət edə bilərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-14

647  Xeyal (13-11-2010). Huquqi sexs anlayisini acin ve novlerini acin

Salam.

Hüquqi şəxsin anlayışı Mülki Məcəllənin 43-cü maddəsində ətraflı açılıb. Diqət yetirin.

Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-13

648  Xeyal (13-11-2010). 2004-2008 ci iller regionlarin sosial iqtisadi inkisaf proqraminin praktik ehemiyyeti?

Salam.

Yaxşı sualdır. Amma düzgün ünvanlanmayıb. Bu sual həmin proqramın icraçıraına ünvanlanmalıdır. Və aidiyyəti qurumlar Proqramın icrası ilə əlaqədar hesabatlar təqdim etməlidir. Biz yalnız Proqramın (Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli  24 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)) məqsədini göstərə bilərik:

Azərbaycan Respublikasında regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq.

Sualınıza görə təşəkkür edirik.

2010-11-14

649  Qürbet (13-11-2010). Salam.Köhne suruculuk vesiqesinin deyişdirilmesi üçün neqeder dovlet rüsumu odemeliyem

Salam.

Dövlət rüsumu haqqında Qanunun 18.65.5-ci maddəsinə əsasən sürücülük vəsiqəsinin verilməsi - 15 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-13 650  Yusif (13-11-2010). Salam! Bir müddət öncə su satışı idarəsinə təqdim etmək üçün jek(MKİS)-ə mənzildə daimi qeydiyyatda neçə nəfərin olduğunu bildirən arayış almaq üçün müraciət etdim.Burada isə məndən evin qeydiyyat vəsiqəsini,şəxsiyyət vəsiqəsini və evin texniki pasportunu tələb etdilər.Bilmək istərdim ki,ümumiyyətlə vətəndaşdan jek adi arayış üçün hansı sənədləri tələb edə bilər və bu sənədlərin siyahısı konkret olaraq hansı sənəddə oz əksini tapır?

Salam.

Təəssüflər olsun ki, hansı sənədlərin tələb edilməsi qanunvericilikdə göstərilməyib. Lakın Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 36-cı maddəsinə əsasən rayon icra hakimiyyəti başçılarının nümayəndəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən  arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir. 

Həmçinin dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istismarını və müvafiq surətdə idarə olunmasını təşkil etmək, müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirmək icra hakimiyyəti başçısının səlahiyyətinə daxildir.  Ola bilsin ki, həmin münasibətlər həmin yerli icra hakimiyyətin normativ aktları ilə tənzimlənir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

652  Yusif (13-11-2010). Salam! Zəhmət olmasa mənə deyin əgər şəxs xarici ölkədə yaşayan Azərbaycan Respublikasının vətəndaşını etibarnamə əsasında təmsil edirsə, onun tərəfindən idarələrə hər hansı bir məsələ ilə əlaqədar müraciət olunduqda təmsil edəndən təmsil olunanın şəxsiyyət vəsiqəsi və ya onun surəti tələb olunmalıdırmı? Yoxsa etibarnamə ilə təmsil edənin ŞV-i yetərlidir? Buna dair hansı qanun mövcuddur?

Salam.

Təbii ki, şəxsiyyət vəsiqəsi tələb olunmalıdır. Ən azı etibarnamədə göstərilən məlumatı şəxsiyyət vəsiqəsində olan məlumatla tutuşdurmaq üçün (etibarnamə ilə yanaşı ŞV-nin surətinin təqdim etməsi tamlıq təşkil edir). Bunun üçün hansı bir qanuna istinad etmək də ehtiyac yoxdur, bu sadə məntiqdir. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

653  Konul (13-11-2010). Salam, eger sualim tekrardisa uzr isteyirem,ama men tapa bilmedim,zehmet olmasa cavablandirin,xarici passport almaq uchun hansi senedler lazimdi, birde heftenin nechenci gunleri muraciet etmek olar?onceden oz teshekkurlerimi bildirirem!

Salam.

Bəli cavablandırmışıq. Həm də ki, bir-neçə dəfə. Sadəcə axtarıb tapmaqda yəqin çətinlik çəkdiz (Məsləhətxananın 574, 334, 239, 226).

Ölkədən getmək, ölkəyə gəlmək  və pasporlar haqqında Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.

 

“Dövlət rüsumu haqqında” Azərbaydan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 (iki) gün müddətində verildikdə - 40 manat müəyyən edilmişdir.

Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.

 

Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək cərimə nəzərdə tutulur.

Müddəti qurtarmış pasportu mütləq dövlət qurumuna qaytarmaq lazımdır. 

Sualınıza görə təşəkkür edirik və çalışın diqqətli olun.

 

2010-11-15

654  Elnur (13-11-2010). SALAM. MƏN 17 MAY 2010-CU İL TARİXİNİNƏDƏK ORTA MƏKTƏBDƏ MÜƏLLİM İŞLƏYİRDİM.HƏMİN TARİXDƏN ETİBARƏN DÖVLƏT QULLUĞUNA QƏBUL EDİLMİŞƏM.BİLMƏK İSTƏYİRƏM Kİ, MƏNƏ YENİ İŞ YERİMDƏN BU İL ÜÇÜN HAQQI ÖDƏNİLƏN ƏSAS MƏZUNİYYƏT VERİLMƏLİDİRMİ?

Salam.

Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 (altı) ay işlədikdən sonra əmələ gəlir. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Əgər 17 may 2010-cu il tarixində işə qəbul olunmusunuzsa məzuniyyət hüququnuz 17 oktyabr 2010-cu il tarixində yaranır. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

655  Yalçın (13-11-2010). Sürücülük hüququ 3 ay ərzində məhdudlaşdırılan şəxslərin sürücülük vəsiqələri hansı qaydada sahibinə qaytarılır. Bunun üçün imtahan verilməlidirmi?

Salam.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında Nazirlər Kabinetinin Qərarının 4-cü bəndinə əsasən sürücülük hüququndan müvəqqəti məhrum edilmiş şəxslərin cərimə balları silinir və bu şəxslər məhrum edilmə müddətində yol verdikləri qayda pozmaya görə məsuliyyətə idarə etmə hüququ olmayan şəxs kimi cəlb edilirlər.  Sürücülük hüququ məhdudlaşdırılan şəxslərin sürücülük vəsiqələri saxlanılması üçün ərazi üzrə DYP-nin qeydiyyat-imtahan bölməsinə göndərilir və bu müddət başa çatdıqdan sonra müəyyən qaydada sahibinə qaytarılır.

Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsiNəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsiqaydaları haqqında Əsasnamənin 2.13-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri, bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

656  Aynur (13-11-2010). Salam. Başqa bir öhdəlik üzrə girov qoyulmuş daşınmaz əmlak eyni Borcalan qarşısında yeni öhdəlik üzrə yenidən girov qoyularkən əgər əvvəlki öhdəlik hələ də qüvvədədirsə, yeni girov (ipoteka) müqaviləsinin dövlət qeydiyyatı hansı qaydada həyata keçirilir? Bu zaman Daşınmaz əmlakın dövlət reyestri yeni girov müqaviləsini təkrar qeydiyyata almaqla dövlət reyestrindən çıxarış verməlidirmi? 

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 6.1.4-cü maddəsində  ipotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi nəzərdə tutulub. 

 

Müvafiq qurumlara müraciət edərkən qanunvericiliyin bu müddəasını rəhbər tuta bilərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-15

657  Turqay (13-11-2010). Men oz qht mi qeydiyyatdan kecire bilmirem. Her defe eyni cavabla geri qaytarirlar. Adi fealiyyet xarakterli deyil. Men ne etmeliyem?mene komek ede bilersiz?

Salam.

Qeyri-hokümət təşkilatlarının qeydiyyatı ümumiyyətlə mürəkkəbdir, cünki Ədliyyə Nazirliyi (xüsusilə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsi) bu sahədə çoxlu sayda süründürməçilik hallarına yol verir. Bu cür hallarla çox rastlaşırıq, hətta qeyri-adi sahələr olmadıqda belə. 

Məsləhət görürük ki, onların rəsmi cavabını aldıqdan sonra məhkəməyə şikayətə edəsiniz. Lakın bu yolda da sizi maneələr gözləyir (çünki məhkəmə və ədliyyə orqanlarının sıx bağlılığı var, misal üçün Məhkəmə-Hüquq Şurasının sədri eyni zamanda Ədliyyə Naziridir).

Buna baxmayaraq iddialı olun.

 2010-11-15

658  Guler (13-11-2010) Ozellesdirmeye lazim olan senedlerin siyahisini isterdim. cox saq olun

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci və 10-cu maddələrində bu siyahı göstərilib.

Siz də sağ olun.

2010-11-15 659  İlahə (13-11-2010) Eger men rayonda propiskadayamsa bakida oz adima mulk ala bileremmi?

Salam.

Təbii ki, ala bilərsiniz. Yaşayış yeri üzrə qeydiyyat və mülkiyyətin sayı bir bir ilə bağlı olmayan məsələlərdir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

660  Mehman (13-11-2010). Atam 30 il bir rayonda mudir vezifesinde isleyib ve 30 illik is muddetinde 25 il hec illik otpuskaya cixmayib.indi insult kecirdib ve invalid pensiyasi alir.o 25 illik otpuskasiz islediyine gore hokumet ona kompensasiya vermelidimi? Buna gore hara muracaet etmeliyik?evvelceden tesekkur edirem.

Salam.

Sözün düzü  bu cür hal ilə birinci dəfədir rastlaşırıq. Və əlbəttə ki, bu əmək qanunvericiliyinin kobud pozuntusudur. Fikirləşirik ki, məzuniyyət hüququnun bərpası mümkündür və bununla bağlı həmin təşkilata (daha sonra əgər tələbiniz təmin olunmasa məhkəməyə) müraciət edə bilərsiniz. Lakın müəyyən bir problem var. Əgər həmin şəxs müdir vəzifəsində çalışıbsa onun məzuniyyət haqqında əmrini kim imzalayırdı? 

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

661  Vasif (13-11-2010). Salam. Dükanda işləyirəm.Hər ay dövlət sosial müdafiə fonduna 26.50 Azn pul ödəyirəm.Bilmək istəyirəm ki,men hər ay dövlətə keçirdiyim pulu təqaudə çıxarkən ala biləcəmmi? Əgər alacağamsa neçə yaşından almağa başlayacağam?

Salam.

Əlbəttə ki, ala bilərsiniz. Onda bütün qanunvericilik əhəmiyyətsiz olardı. 

Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

Yəni, 2012-ci ildən sonra pensiyaya çıxsanız yalnız 64 yaşınızda  pensiya almaq hüququnuz yaranacaq (əgər o vaxta kimi, qanunvericilik dəyişilməsə).

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

662  Azer (13-11-2010) Salam. 1-ci sual- Daşınmaz əmlakın (yaşayış evinin) alqı-satqısı üçün hansı sənədlər tələb olunur və tələb olunan sənədlərin hər birinin hüquqi əhəmiyyəti nədən ibarətdir?2-ci sual Daşınmaz əmlak hesab edilən evin alqı-satqısı üçün çıxarış adlanan sənədin mütləq olması zəruridirmi? bu sənədin hüquqi əhəmiyyəti nədən ibarətdir?

Salam.

Həmin hüquqi sənədin (Çıxarış) əhəmiyyəti ondan ibarətdir ki, daşınmaz əmlaka mülkiyyət hüququn əmələ gəlməsini və dövlət tərəfindən tanınmasını təsdiq edir. 

Əgər daha dəqiq desək, Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 2-ci maddəsi).

Əgər istəyirsinizsə sizin mülkiyyət hüquqlarınız tanınsın, zəruridir. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-15

663  Neftcala camahati (14-11-2010). Men bu suali QEDIMKEN QARAMANLI ESSANNI ve diger qaz olmayan kend sakinlerinin adindan yaziram Neftcala rayonunun bu kendlerine ve digerlerine artiq nece ildir ki qaz verilmir camaat qisda zulum qalmir cekir sualim budu ki bu kendlere ne vaxtsa qaz verilecek bu camaat ne vaxtsa qaz uzu gorecek???

Salam.

Baxmayaraq ki, bu məsələni həll etmək səlahiyyətləmiz yoxdur, amma yenə də bu sualı yerləşdiririk. Bəlkə saytın istifadəçiləri olan dövlət məmurları müəyyən tədbirlər görməyə başladılar.

Buna baxmayaraq məsləhət görərdik ki, aidiyyəti dövlət qurumlarına mürciət edəsiniz. Bütün qeyd olunan kəndlərin sakinlərinin imzası (o cümlədən ad, soyad) ilə təsdiq olunmuş  müraciətləriniz Prezidentə, Milli Məclisə, Nazirlər Kabinetinə, \"Azəriqaz\" QSC-yə göndərilməlidir. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-16

664  Hafiz (14-11-2010). Salam cox sagolun ki mene cavab verdiz sizin cavabinizda bele basa dusdum ki Mehkemeye muraciet edim? yeni ki yerli mehkemeye olar da?

Salam.

Bəli. 1-ci instansiya məhkəməsinə (adətən rayon və ya şəhər məhkəməsinə) iddia ərizəsi ilə müraciət etməlisiniz.

Bu qədər.

2010-11-16

665  Koceri (14-11-2010). Men neyat yoldasimdan ayrilmisam birge nigah dovrunde bizim bir ovladimiz olub ve biz ayrilandan sonra ovladim anasi ile qalir.Usagin saxlanilmasi ucun men 25% aliment odeyirem.Usagin 18 yasi 22 fevral 2011-ci ilde tamam olur.Usaq saglamdir. Men bilmek isteyirem men ne vaxt mehkemeye alimentin dayandirilmasi ucun muraciyet etmeliyem? muraciyet vaxti hansi senedleri mehkemeye teqdim etmeliyem. Xahis edirem alimentin dayandirilmasi ucun iddia erizesi formasi lazimdirsa komeklik edesiniz. Evvelceden tesekkur edirem.

Salam.

Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir.

Sualınıza görə təşəkkür edirik.

14-11-2010

666  Anar (14-11-2010). 4 ushaq atasiyam herbi xidmetde olmamisham 29 yashim var herbi bilet almaq isteyirem meni esger apara bilerler qanunla?

Salam.

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 17-ci maddəsinə əsasən hərbi xidmətə çağırılanadək doğulmuş üç və daha çox uşağı olan şəxslərə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Ona görə də möhlət almaq hüququnuz var.

Sualınıza görə təşəkkür edirik.

2010-11-16

667  Elnur (15-11-2010). Salamlar. Bizim evle bagli problemimiz var .Ailenin 1 uzvu oz payini alib getmek isteyir amma ailenin bir uzvu de Rusiyada oldugu ucun ve oranin vetendashligini hele ala bilmediyi ucun ve imkani olmadigi ucun Azerbaycana gele bilmir hemde pasportu olmadigi ucun raziliq haqqinda faksda gondere bilmir.Ev babamin adinadir lakin o rehmete gedib.Indi ailenin bir uzvunun payini nece verib onun tamamile qeydiyyatdan cixarmaq olar.Zehmetolmasa sualimizi cavablayardiniz.Evvelceden Teshekkurler.

Salam.

Hər bir halda öz niyyətini bildirmək üçün təsdiqedici sənəd olmalıdır. Əgər gəlmək imkanı yoxdursa notariusda təsdiq edilmiş etibarnaməni tərcümə edib göndərə bilər (Baş etibarnamə). Həmin etibarnamə əsasında müvafiq hərəkətlər etməyə hüququnuz olacaq.

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

668  Turqay (15-11-2010). Zehmet olmasa qht qeydiyyati ucun lazim olan senedleri deqiqlikle yazardiz. Mumkunse numunelerini saytda yerleshdirerdiz. Evvelceden cox sagolun

Salam.

Tələb olunan sənədlər:

 

  1. \"............................\" İctimai Birliyinin Nizamnaməsi -2 nüsxə;
  2. Təsis yığıncağın protokolu – 2 nüsxə;
  3. Hüquqi ünvana aid sənədlər;
  4. Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
  5. Təsisçilərin şəxsiyyət vəsiqələrin surətləri;
  6. Təsisçilərin tərcümeyi-halı 
  7. təsis müqaviləsi

 

Sənədlərin nümunələrindən Nizamnaməni təqdim edə bilərik. Və ümumilikdə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında və Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunlarla tanış olmağınız məsləhətdir. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-17

669  Elshan (16-11-2010). Salam. Men 50 000 manata ev almaq istəyirəm. Satıcı ilə belə razılaşmışıq ki, 20 000 manat indi verirəm, qalan 30 000 manatı 2-3 aydan sonra verəcəm. Bilmək istəyirəm 20 000 manatı verəndən sonra ev kimin adında qalır? Umumiyyətlə bunu qanuni rəsmi yolla həll edərkən nə necə olur ?

Salam.

Bunun üçün kredit və ipoteka müqaviləsini bağlaya bilərsiniz və həmin müqavilələri notariat qaydada təsdiq etməlisiniz. Daha sonra daşınmaz əmlakı daşınmaz əmlakın dövlət reyestr xidməti vasitəsilə yülkü edə bilərsiniz (Çıxarışda əks olunur). 

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

670  Seymur (16-11-2010). Salam. Menim yoldasim nigahin pozulmasi ucun mehkemeye muraciet edib.Bizim de 15 ayliq bir ovladimiz var.Menden telebi ovladimin onda qalmasi ve alimentin odenilmesidir.Men de ki bosanmaq istemmirem.Bizim bir hazirliq mehkememiz olub ve men orda bildirmisem. Men nece ede bilerem ki hakim bizi bosamasin.Evvelceden tesekkur edirem.

Salam.

Əgər həyat yoldaşınızın belə niyyəti varsa və öz qərarında israrlıdırsa, siz bunun qarşısını ala bilməyəcəksiniz. Sadəcə prosesi uzada bilərsiniz. Çalışıın yoldaşınızla məhkəmədən qabaq dil tapın və mövcud problemləri aradan qaldırın. Əgər ailənin dağılmasını istəmirsinizsə deməli siz birinci güzəştlərə getməlisiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

672  Alik (17-11-2010) xahis ediram . sualimi cavablandirasiniz, ve onceden tesekkur ediram .!!!sualim sexsiyyet vesiqesi ile elaqelidi .. Sexsiyyet vesiqemin etibarlilig muddetinden 8 ay kecib ve itib, yenisini almaq ucun hansi senedler ve ne qeder rusum. odamaliyam ..?

Salam.

İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin, pasportun,  itirilməsinə və ya qəsdən korlanmasına görə - on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

Bu cəriməni ödədikdən sonra ümumi qaydada şəxsiyyət vəsiqəni ala bilərsiniz (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsi - Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir).

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-17

675  Alik (17-11-2010) suala cavablandirmaginizi xahis ediram...ve onceden tesekkur ediram !!! men 1 nefere ÜMUMİ ETİBARNAMƏ vermisam ..bilmak istayirdim ki , o nefer texniki pasportu menim adima olan avtomobili idare etmak huququ var?? .ve yaxud o neferin avtomobilde oldugu halda diger bir nefer avtomobili idare elaya biler ..( как жив.. доверенность)her iki halda suruculuk vesiqeleri var ve yashlari 18 den yuxaridi ...

Salam.

Verdiyiniz Etibarnamənin şərtlərindən asılıdır. Amma adətən, əgər etibarnamə ümumidirsə qeyd edilən hərəkətlərə qadağa qoyulmur.

Sualınıza görə təşəkkür edirik.

2010-11-17

674  Elshan (17-11-2010) Sualıma lazımi cavabı ala bilmədiyim üçün daha dəqiq sual verim. Bilmək istəyirəm 50 000 manata alacağım evi satıcı ilə razılaşdırılmış şəkildə məbləğin yarısını indi, yarısını iki ay müddətinə ödəmək şərti ilə alqı-satqı müqaviləsi bağlamaq olmaz ? Və bu halda müqavilə bağlandığı andan ev mənim mülkiyətimə keçirmi ?

Salam.

Sual 669.

Daşınmaz əmlak üzrə tam mülkiyyət hüququnu əldə etmək üçün alqı-satqı müqaviləsi üzrə öhdəliklərinizi tam yerinə yetirməlisiniz. Yəni razılaşdırılmış məbləği tam ödədikdən sonra mülkiyyət hüququnu əldə edirsiniz.

Bu qədər.

2010-11-17

 

676  Aydın (17-11-2010). Hörmətli Ramil müəllim və Dejure əməkdaşları!!! Pullu xidmətə keçməyinizə görə cox təəssüflənirik. Çünki Azərbaycanda pulsuz heç nə yoxdur deyəndə ən azından sizləri, sizin portalınızı misal gətirə bilirdik kimlərəsə.Burda imkansız,hüquqi yardım almağa imkanı olmayan şəxslər var.Ümid edirəm ki gələcəkdə onları nəzərə alarsız. AMİN. Sizə işinizdə daima uğurlar arzu edirəm. Sizə iki sual göndərirəm.Çox xahiş edirəm ətraflı və dolğun cavab verəsiniz. Əvvəlcədən Təşəkkürlər!!!

Salam.

Biz doğrudandan istəyərdik ki, insanlara pulsuz hüquqi xidmət göstərməyi davam etdirək, lakın maliyyə mənbəyi olmadığından bu addımı atmağa məcburuq. Əgər gələcəkdə portalın xərclərini ödəmək mümkün olsa biz sualların bir hissəsini pulsuz etməyə çalışacayıq.

Diqqətinizə görə təşəkkür edirik.

2010-11-17

677  Aydın (17-11-2010) Salam.Yaşayış evinin alqı-satqısıyla əlaqədar beh müqaviləsi bağlanmışdır.Beh müqaviləsindən təxminən 2-3 ay sonra həmin evin torpaq sahəsinin alqı-satqısıyla bağlı ikinci dəfə beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinin tələbinə əsasən satıcı müəyyən edilən vaxt ərzində alqı-satqı müqaviləsini bağlamaq üçün lazımi sənədləri dövlət notariat kontoruna təqdim edə bilməmişdir. Belə ki, satıcı notariat kontoruna ancaq evin qeydiyyat vəsiqəsini, evin texpasportunu və torpaq haqqında kadastrı təqdim etmişdir. Bu sənədlər arasında da fərqlər olduğu üçün və alqı-satqıya çıxarış təqdim edilmədiyi üçün beh verən bağlanmış beh müqaviləsini pozmaq istəmişdir. Belə olan halda tərəflərdən kim haqlıdır və məsələ necə həll olunmalıdır?

Salam.

Bu artıq beh müqaviləsinin şərtlərindən asılıdır və mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həll olunur. Bununla bağlı bizə bir neçə dəfə müraciət edilmişdir və ətraflı cavablandırmışdıq (Məsləhətxananın 572, 540, 525).

Sualınıza görə təşəkkür edirik.

2010-11-18

678  Aydın (17-11-2010) Çıxarış olmadan (yaşayış evi) qeydiyyat vəsiqəsinə əsasən notariat qaydada aparılan alqı-satqı Etibarlı hesab oluna bilərmi?

Salam.

Əgər notariat qaydada təsdiq olunubsa təbii ki, etibarlı hesab olunur (əks-təqdirdə notariat orqanı məsuliyyətə cəlb oluna bilər).

Sualınıza görə təşəkkür edirik.

 2010-11-18

679  Aga (17-11-2010). Salam. 1-ci sual- Daşınmaz əmlakın (yaşayın evinin) alqı-satqısında qeydiyyat vəsiqəsi ilə cıxarış arasında hansı fərqlər vardır? 2-ci Bu fərq hansı qanunla tənzimlənir?

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsinə (8.0.4) əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Yəni adıçəkilən Çıxarış daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarını təsdiq edir və qeyd etdiyiniz şəhadətnamələr sadəcə bu hüquqların əmələ gəlməsi üçün əsasdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-18

680  Elshan (17-11-2010). Salam. Cavablarınız mənə kömək olur. Amma siz nədənsə həmişə mənim sualımın bir hissəsinə cavab verirsiniz. 50 000 manata alacağım evi satıcı ilə razılaşdırılmaqla məbləğin yarısını indi, yarısını iki ay müddətinə ödəmək şərti ilə məhz ALQI - SATQI MÜQAVİLƏSİ bağlamaq olar?

Salam.

Mülki Məcəllənin 561-ci maddəsinə (Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə,  nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər.) uyğun olaraq bu cür müqaviləsinin bağlanılması mümkündür.

Sadəcə müddətlə bağlı müqavilədə müvafiq müddəalar əks olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-18

681  Araz (17-11-2010). Daşınmaz əmlak üçün etibarnamə vermək olarmı? Olarsa hansı hallarda olar və etibarnamə verən və alanın hansı hüquqları olur bu mülkiyyət uzərində? Tesekkurler.

Salam.

Bəli belə etibarnamə vermək olar. Və əmlak üzrə bütün mümkün olan hüquqları həvalə etmək olar. Bu artıq etibar edənin iradəsindən və niyyətindən  asılıdır. Lakın etibarnamə birtərəfli əqd hesab olunur və ona görə də etibarnaməni vermiş şəxs hər zaman etibarnaməni birtərəfli ləğv edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-11-18

682  Emin (17-11-2010). Ilk once Qurban bayraminiz mubarak!!! Sualim beledir: 2010-cu ilin aprel ayinda Bakida menzil almisam.Hemin menzilde kabel televiziyasi olub ve kohne ev sahibi qonsuda yasayan anasi gilede hemin televiziya kabelinde istifade ucun verib. Kabel Televiziya Sirketi bunu askar etdikde men yani yeni evin sahibi kimi qonsunun bu kabel televiziyasina kenar qosularaq istifade etmeside her hansi mesuliyyet daiyirammmi? Qeyd edim ki kabel tel. uzvuluk men aldiiqim ev sahibinin adina olmus ve hazirda onun adinadir. Sadece ayliq odenisi men edirem aprel ayindan hemin sexsin adina.’, ‘

 

Salam.

Sizinlə bahəm.

Əgər sizlə hansı bir müqavilə bağlanmayıbsa sizi məsuliyyətə cəlb olunmamalısınız. Bu barədə həmin təşkilatı xəbərdar edin. Və əgər onların xidmətindən istifadə etmək istəyirsinizsə ayrı müqavilə bağlamağını tələb edin. Əgər sizə qarşı iddia qaldırılıbsa əsl olmayan tərəf olduğunu bildirin və Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə (Əsl olmayan tərəfin əvəz edilməsi) istinad edin.

Sualınıza görə təşəkkür edirik.

2010-11-18

683  Gulshen (17-11-2010). Salam dovletin nezaret sehm zerfine sahib oldugu teserufat subyekleri deyilende ne nezerde tutulur?

Salam.

Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 7.2-ci maddəsinə və Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət mülkiyyətində olan müəssisələrin səhmlərin nəzarət zərfi dedikdə səhmlərin 51%-nin dövlət mülkiyyətində olması nəzərdə tutulur. Subyektlər də müvafiq olaraq həmin səhmlərin nəzarət zərfi olan dövlət qurumlarıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

684  Gulshen (17-11-2010). Salam, serti maliyye vahidi dedikde ne nezerde tutulur?

Salam.

Belə bir Qanun var Şərti maliyyə vahidi haqqında. Həmin Qanuna əsasən Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqları, dövlət rüsumları, cərimələr, maliyyə sanksiyaları və digər ödənişlər, əgər mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti maliyyə vahidi ilə hesablanır (əvvələr \"minimum əmək haqqı\" olmuşdur). Şərti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilir.

Lakın, Şərti maliyyə vahidi məbləğlərinin mütləq rəqəmlərlə əvəz olunması məqsədilə Azərbaycan Respublikasının bəzi Qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə Qanuna əsasən bu qanun öz əhəmiyyətini itirir və vaxt keçdikcə tamamilə öz qüvvəsini itirəcək. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

685  Gulshen (17-11-2010). Salam? subsidiya, subvensiya ,dotasiya ne demekdir?

Salam.

Bu anlayışlar Azərbaycan qanunvericiliyində əks olunub. Lakın bu anlayışların daha geniş mənası da ola bilər.

Belə ki, Büdcə sistemi haqqında Qanuna uyğun olaraq:

Dotasiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədi  ilə əvəzsiz verilən maliyyə vəsaiti.

Subvensiya - məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti.

Subsidiya - dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaiti.

Daha geniş məna əldə etmək üçün bu anlayışlardan Naxçıvan, yerli büdcələri və onlarla bağlı sözləri yığışdırmaq lazımdır (subyektlər və təşkilatlara əvəz etmək olar).

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

687  Emil (18-11-2010). 01.01.1997-31.12.1997-ci il erzinde Nerimanov r-da 11 kv.m dovlet emlakini icare muqavilesi ile emlak komitesinden icareye goturmusdum. Muqavileye esasen odemeleri etmisem. Hal-hazirda emlak komitesinden mektub gelerek 119 manat borcum oldugu gosterilir. Sual: Odeme qebzleri nece il saxlanilmalidir? 1997-ci ilde 1 kv-m icare haqqi ne qeder olub? Ve men bu borcu odemeliyemmi?

Salam.

Ödəmə qəbzləri sübut kimi sizə lazım ola bilər, ona görə də mümkün qədər uzun müddət saxlayın (iddia müddəti bəzi hallarda 10 ilədək ola bilər). Bu məsələni həmin dövlət qurumu ilə aydınlaşdırın. 

Hər bir halda fikirləşirik ki, iddia müddəti keçib. Çünki Mülki Məcəllənin 373-cü maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 (altı) ildir. Ümumi iddia müddəti isə 10 (on) ildir.

Müddət ötdüyünə görə iddiaları əsassızdır. Bu barədə onların nəzərinə çatdırın, mübahisə yarandığı təqdirdə məsələni məhkəmə qaydasında həll edə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

688  Vuqar (18-11-2010). Salam. Bilmaek isterdim suruculuk huququndan muveqqeti mehrum olan shexsler yeniden suruculuk vesiqesi alarken imtahan vermelidirmi? Inzibati Xetalar mecellesine gore yox. Amma Polis haqqinda qanunda DYP\'lerin dediklerine gore verilmelidir, normalda Son cixan qerara gore bu heyata kecirilmelidirki buda inzibati xetalar haqqinda qanundur, bele halla rastlashsaq ne etmeliyik ,xahish edirem etrafli melumat veresiniz, onceden teshekkur edirem

Salam.

Oxşar sualları artıq bir neçə dəfə cavablandırmışıq. Məsləhətxananın  655 və 480  suallarına nəzər yetirin. 

Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsiNəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsiqaydaları haqqında Əsasnamənin 2.13-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri, bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

689  Ruflan (18-11-2010). Hörmətli Hüquqşünas. Oglum Musazadə N.R. 18 yaşina çatmamasına görə xaricdə oxumasi ilə əlaqədar Təhsil Nazirliyindən Qərb reqional şöbəsinə məktub təqdim etmişəm ki, həqiqətən xaricdə təhsil alır. 41 manat Dövlət rüsumu keçirdmişəm və 08.11.2010-ci ildə təqdim etmişəm. lakin şöbədən mənə deyirlər ki, bir ay müddətinə veriləcək. Ölkəyə getmək, gəlmək haqqında Azərbaycan Respublikası Qanunun 3–cü 4-cü 8-ci maddələrinə əsasən təhsil müstəsna hal oldugu üçün 48 saat keçənədək baxilir və “Dövlət rüsumu “haqqında Azərbaycan Respublikası qanunun 14 maddəsinin 14.1.2 bəndinə görə müstəsna hallar oldugu üçün 40 manat Dövlət rüsumu ödənilir. Şöbədən mənə bildirirlər ki, sən “Dövlət rüsumu “haqqında qanunun 14.1.1 bəndi şamil olunur yəni 120 manat ödədikdə beş iş günü müddətinə veriləcək təhsillə baglı müstəsna hal yoxdu. Sizdən xahiş edirəm təhsilnən baglı qanunda müstəsna halın olub olmaması və qanunun 14.1.2 bəndinin ogluma şamil olub olmamasi barədə sorguma rəsmi cavab verəsiniz. Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə Ruflan Musayev

Salam.

Əgər pasport barədə məsələdirsə, onda Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanunun 4 və 9-cu maddəsinə bir daha nəzər yetirin.

Belə ki, həmin Qanunun 4-cü maddəsinə uyğun olaraq ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra bir ay müddətində, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda beş iş günü müddətində, müstəsna hallarda isə (Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallar) iki iş günü müddətində onun ərizəsi, şəxsiyyət vəsiqəsi, fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında yaşadığı yerin daxili işlər orqanı tərəfindən verilir.

Qeyd etdiyniz hallar qanunvericilikdə müstəsna hal kimi göstərilmir.

Dövlət rüsumu haqqında Qanunun 14.1.1-ci maddəsinə əsasən əgər beş iş günü müddətində ümumvətəndaş pasportu almaq niyyətindəsinizsə 120 manat dövlət rüsumu ödəməlisiniz. Əks təqdirdə 1 ay müddətində həmin sənədi alacaqsınız.

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

691  Niki (19-11-2010). Salam! Geyim etiketlerinin Azərbaycana idxalı qeyri qanununi sayılır.Bu barədə hər hansı normativ akt varmı? Əgər mən öz logom ilə xaricdə etiket istehsal elətdirirəmsə bunun neyi qeyri qanunidir? Mümkünsə bu vəziyyətə aydınlıq gətirin!

Salam.

Qadağan olunmayıb. Sadəcə bu sahədə fəaliyyət göstərmək üçün müvafiq icazələr olmalıdır. Əgər mal xaricdə istehsal olunursa müvafiq mənşə sertifikatı olmalıdır. Əgər sizin şirkətinizdirsə müvafiq təsdiqedici sənədlər olmalıdır (başqa şirkətdirsə distribyudor müqaviləsi və s).

Bu barədə ətraflı məlumat almaq üçün gömrük qanunvericiliyi ilə daha dərin tanış olmalısınız.

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-19

692  Seymur (19-11-2010). Debbe pulunun hesablanması qaydası ve iddia ərizesi barədə məlumat vermeyinizi xahiş edirem

Salam.

Ərizələr və şikayətlər bölməsində müxtəlif ərizə nümunələri göstərilib. Digər xidmətlər pulludur.

Bundan başqa Mülki Məcəllənin 439.3-cü maddəsnə nəzər yetirin. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-19

693  Kamran (19-11-2010). Salam. Men heyat yoldashimla 2009-cu ilin avqust ayinda aile heyati qurmusham. 2005-ci ilde atamin oz adina aldigi eve kocub bu gune qeder orda yashamishiq. birge nigahdan bir qiz ovladimiz var. Nigah dovrunde birge emlak elde etmemishik.Bilmek isterdimki boshanma zamani heyat yoldashim yashadigimiz eve ne iddia ede biler? Etrafli cavab vermeyinizi xahish edirem. Evvelceden teshekkur edirem.

Salam.

Əgər daşınmaz əmlak valideynizin mülkiyyətindədirsə onda həmin əmlaka iddia edə bilməz. Yalnız nikah dövrendə əldə edilən əmlaka iddia edə bilər (avtomobil, mebel, zinət əşyaları və s.). Əgər həyat yoldaşınızla notariat qaydada təsdiq edilmiş yaşayış sahəsindən istifadə  barədə müqavilə varsa onda qeydiyyatdan çıxarılarkən müvafiq qaydada kompensasiya ala bilər. Əgər yoxdursa onda belə hüquq yoxdur.

Lakın son zamanlar məhkəmə praktikasında \"köçürülmə\" təcrübəsi əmələ gəlib. Və həyat yoldaşınız həmin yaşayış sahəsinə köçürülə bilər (boşanma zamanı). Hələ ki, mülkiyyət hüququ o qədərdə qorunmur. Ola bilsin ki, gələcəkdə bu praktika dəyişildi.

Sualınıza görə təşəkkür edirik.

2010-11-20

694  Araz (19-11-2010). Salam. Beh müqaviləsi baglayarkən notariatda mən nə qədər pul verməliyəm? Dövlət rüsumu nə qədərdir? Rüsumdan əlavə pul verməliyəm?

Salam.

Dövlət rüsumu haqqında Qanunun 10.5.3-cü maddəsinə əsasən qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün (yaxın qohumlarla və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxslərlə bağlanılan müqavilələr istisna olmaqla) 61 manat dövlət rüsumu ödənilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-22

695  Elshan (19-11-2010). Salam. Bilmək istəyirəm alqı-satqı müqaviləsində daşınmaz əmlakın qiymətini kim müəyyənləşdirir? Alıcı və satıcının razılığı ilə istədiyimiz qiyməti qoymaq olarmı?

Salam.

Təbii ki, qiymət tərəflərin razılığı ilə müəyyən edilməlidir, lakın daşınmaz əmlakın ağlabatan qiyməti olmalıdır. Və bir çox amillər nəzərə alınmalıdır (misal üçün: daşınmaz əmlakın yerləşməsi, təmiri, şəraiti,  mövcud olan bazar qiymətləri və s.), Bu cür amillər həmin daşınmaz əmlakın qiymətini formalaşdırır. Əgər lap aşağı qiymət göstərilərsə onda vergidən yanınma kimi qəbul oluna bilər və notariat kontoru bu cür müqavilələri təsdiqlənməməkdə haqlıdır. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-22

696  Orxan (19-11-2010). Masazir gesebesinde torpag almisam. ev tikmeye basladigda belediyye ve icra hakimiyyeti numayendeleri gelib tikintini deyandirirlar, goymular. teleb ediler ki evin tikintisine icaze olsun. Sual: 1.Belediyyenin selahiyyeti var ki tikintini deyandirsin. 2. evin tikilmesine kim icaze verir beled. yoxsa icra h.? 3. torpagda evin tikilmesini hansi normalar tenzimleyir? 4. prosedur necedir? Cavaba gore sagolun.

Salam.

Hər bir sualınıza ayrı bir mövzu həsr etmək olar. Ayrı-ayrılıqda bu sualları Məsləhətxanada cavablandırmışıq. Xahiş edirik Məsləhətxananın 1, 5, 18, 23,  27, 40, 240,  saylı suallara nəzər yetirəsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-22

697  Lala (19-11-2010). Salam. ataliq hwququndan ne vaxt mehrum edilir? ve yetkinlik yaşinа çatmış uşaq istediyi vaxt atasından imtina ede bilərmi?

Salam.

Bu məsələ ilə bağlı Məsləhətxananın 622-ci sualında öz mövqeyimizi göstərmişik. 

Təkrar olaraq:

Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər (Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən):

 

  • öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
  • alimenti qəsdən ödəmədikdə;
  • heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
  • valideynlik hüquqlarından sui-istifadə etdikdə;
  • uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda;
  • xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
  • uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

 

Sualınıza görə tşəkkür edirik.

 

2010-11-22

698  Leyla (20-11-2010). Salam. Men 5 ildir aileliyem. Heyat yoldasim meni vehsicesine doyur,tehqir edir. Defelerle intihara cehd etmisem. Ne ailem, ne yoldasim bosnmagima razi deyil. Cixis yolu tapa bilmirem. Hara muraciet edeceyimi de bilmirem. XAHIS EDIREM mene meslehet verin. Nigaha girdiyim rayonda bosanma erizesi vere bilmiremse, baska yerde meselen Bakida erize vere bileremmi?

Salam.

Biz sizə məsləhət görərdik ki, Azərbaycan Qender İnformasiya Mərkəzi (AQİM)ABA CEELI (Amerika Hüquqşünaslar Assosiasiyası)Hüquqşünas Qadınlar Assosiyasiyası kimi təşkilatlara müraciət edəsiniz.

Bundan başqa boşanma məsələsilə bağlı rayon üzrə məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

699  Bəhruz (20-11-2010) Salam. Bilmək istəyirəm gömrük orqanlarına işə qəbul ilə bağlı imtahan nə vaxt keçiriləcək? 2-ci sual. 12 noyabr Prezidentin fərmanı ilə təsdiq edilmiş əsasnamənin əvvəlki ilə arasında nə fərq var. məs: Gömrük Komitəsi imtahanı özü keçirir. indi necə olacaq? tələbə qəbulu yoxsa əvvəlki kimi?

Salam.

Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqəninkeçirilməsi Qaydasının 1.3-cü bəndinə əsasən gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyatında (http:]]]www.customs.gov.az) və digər kütləvi informasiya vasitələrində elan verilir.

Həmin qaydaların 2.1-ci bəndinə uyğun olaraq müsabiqənin keçirilməsi üçün müsabiqə komissiyası yaradılır. Komissiyanın tərkibi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən təsdiq olunur. TDQK-nın iştirakı nəzərdə tutulmayıb.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

700  Sanan (20-11-2010). Salam, Xahis edirem mene 30.12.1999-cu il tarixli \"Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları\" haqqinda qanunu tapmaqda komeklik edesiniz. Tesekkur edirem.

Salam.

Bu da Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları.

Təşəkkür edirik.

2010-11-23

701  Anar (21-11-2010). Salam. men 1998 ci ilde DIN-nin BYTM (yeni yangin sondurme texnikomuna )daxil oldum 2000 ci ilde bitirdim ve yanginsondurme reisi vezifesinde 8 il bash leytinat rutbesinde ishledim. 2008 ci ilde mueyyen sebebden sehetimle elaqeder olaraq ishe 1 ay getmedim ve arada yaranan boshluga gore meni ishden azad etdiler. 8 il men zabit olmusham. indi bilmek isterdim ki mene herbi bilet verilmelidir ? zabit bileti yoxsa sravi ? hemde 4 ushaq atasiyam. meni esger aparmaqlari hasi derecede ve hasi qanuna esasendir? men oxudugum 2 il erzinde xidmet etmishem ve and icmede olub. DIN-NIN TERKIBINDE OLANA MEKTEB ONDA HERBI BILET VERILIRDI INDI ISE 2005 CI ILDEN FHN-nin terkibine qatildi mekteb ve herbi biletleri legv etdi. bu ne derecede duzdur?????? ZEHMET OLMASA QANUNLARI MADDELERI ILE YAZIN KI ELIMDE ESAS OLSUN KAMISARLIGA GEDENDE

Salam.

Mübahisəli məsələdir. İlk növbədə keçmiş işlədiyiniz yer üzrə və ya hazırkı hüququ varisliyi keçən təşkilata müraciət etməlisiniz. Daha sonra əgər müsbət həll olunmasa məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

702  Azer (21-11-2010). Salam .. Men oz shexsi avtomobilimde video kamera yerleshdirmishem, ve isterdim bilim yol dovlet polis emekdashi meni saxlayib senedlerimi yoxlayarken onun icazesi var ki menim shexsi avtomobilimdeki video kameranin ceklishine etiraz etsin ve mudaxile etsin guc gorsetsin kamerani musadire etsin? Yoxsa mene qanun icaze verir oz shexsi avtomobilimde cekilish aparim??

Salam.

İş ondadır ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir.

Əgər Siz öz hüquqlarınızı müdafiə etmək məqsədilə həmin videoçəkilişi açıq aparırsınızsa, səlahiyyətli şəxs sizə maneə yaratmamalıdır (əgər o, qanuna uyğun hərəkətlər edirsə onda bundan qorxamamalıdır). Əgər maneə yaratsa siz müvafiq qaydada hüquqmühazizə orqanlarına şikayət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

703  Qaqash (21-11-2010). Salam: \"korparativ mallar: deyende hansi mallari basha dushmek olar? sual 2. \"kommersiya mallari\" ne demekdir ?

Salam.

Bu biznes terminlərdir və anlayış kimi, qanunvericilikdə göstərilməyib. Korporativ mallar adətən hansı bir korporasiyaya (şirkətə) məxsus mallardır. Və həmin şirkətdə işləyərkən onun malları əldə edərkən siz korporativ malları əldə edirsiniz. Kommersiya malları - satış və gəlir əldə etmək üçün nəzərdə tutulan mallardır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

704  Məhəmməd (21-11-2010). Salam, əvəllcədən təşəkkür edirem. Mecburi köçkünlərin qanunsuz işdən çıxarılması hansı qanunıla qorunur,

Salam.

Düzdür məcburi köçkünlər üçün Əmək Məcəlləsində müəyyən güzəştlər nəzərdə tutulub. Amma əgər qanun pozulubsa fəqri yoxdur, siz məcburi köçkünsünüz ya yox. Buna görə işəgötürən məsuliyyət daşımalıdır. Əgər hesab edirsinizsə hüquqlarınız pozulub yazılı şəkildə Əmək Müfəttişliyinə müraciət edin. Həmçinin məhkəməyə də müraciət edə bilərsiniz.

Sualınıza görə tşəkkür edirik.

2010-11-23

705  Sevinc (22-11-2010). Qardashim rusiya vetendashidir. Indi ise gelib, gelmesinden bir ay kecmesine baxmayaraq qeydiyyata dushmeyib, o ne qeder cerime vermelidir. O bir illik muveqqeti qeydiyyata dushmek isteyir amma deyirler olmaz muveqqeti qeydiyyat uch ayliqdir. uch aydan bir gerek serhed deyishe. O rusiyaya deyi basqa olkelere gedib geldikce bu muddeti atrirmaq olar yeni vetendashliqi olan rusiyaya deyil bashqa olkelere. Xahish edirem bu haqqda melumat verin o nece ede biler? evvelceden teshekkurumu bildirirem.

Salam.

İnzibati Xətalar Məcəlləsinin 330-cü maddəsinə əsasən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşamasına və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə

—   əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

 

Əgər əxs üç ayadək müddətində Azərbaycanda qalırsa DİN-nin paspost-qeydiyyat şöbəsində qeydiyyata durmalıdır. Əgər daha çox müddətdə qalmaq firki varsa müvafiq qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-23

706  Emin (22-11-2010). Salam. Sizlera 2 Sualim var:Sual 1. 2006-ci ilden Yeni tikilide yasayiram. Hazirda MTK-dan menzilin komunal haqqlara borcunun olub olmamasi haqda maliyye arayisi isteyirem MTK bu arayisi mene vermir. Sebeb kimi bina tikilerken 500 AZN sayqaca (isiq sayqacina) pul vermeli olduqumu esas getirerek mene borc kimi bildirir ve arayis teqdim etmir. Menzillierde yeni tikililerde daxil olmaqla sayqaclasma MTK terefinden aparilmalidirmi? Qeyd edim ki bu haqda o zaman ne de sonralar menimle MTK arasinda hec bir muqavile olmayib. Mtk arayisi teqdim etmekden boyun qacira bilermi?

Salam.

Əgər müqavilə ilə nəzərdə tutulmayıbsa onda həmin tələbi irəli sürmək haqlısınız. Və bununla bağlı məhkəmə qaydasında iddia qaldıra bilərsiniz və hüquqlarınızı bərpa edə bilərsiniz. Təbii ki, müvafiq qaydada sübutları toplamalısınız. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

707  Rufat (23-11-2010). Salam. Bir fiziki sexs mulkiyyet huququ ona aid olan yasayis yerini bir huquqi sexse (MMC-ye) huquqi unvan kimi qeydiyyatdan kecmesine icaze vermek isteyir. Bu halda fiziki sexs hansi tehlike ile uzlese biler? Evvelceden minnetdarligimi bildirirem.

Salam.

Bu formal prosedurdur. Və özü-özlüyündə heç bir təhlükə yaratmır. Çünki sizin yaşayış yerinizi hüquqi ünvan kimi göstərilməsi hüquqi şəxsə heç bir mülkiyyət və ya istifadə hüququ vermir.

Hansı bir daşınmaz əmlaka dair müəyyən hüquqları (mülkiyyət və s.) əldə etmək üçün həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

708  Tural (23-11-2010). Salam. Bize QIS-den gelib debitor borc yaziblar. Guye ki 2010-cu ilin evvel aylarini qaz pulunu kecirmemiwik. Teessuf ki hemen aylarin da ceklerini itirmiwik. Bilmek isteyirem ki qanunda varmi ki, cekleri ev sahibi saxlamalidir? Xahiw edirem etrafli komeklik edesiniz?

Salam.

Təbii ki, siz qəbzləri saxlamalısınız, çünki sizə qarşı iddialar irəli sürüləndə qəbzlər sizdə sübut olacaq ki, siz müvafiq qaydada ödənişlər keçirmisiniz. Əgər mübahisə yaransa və iş məhkəmə qaydasında baxılsa, onda məhkəmə yalnız işdə mövcud olan sübutları rəhbər tutacaq. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

709  Ceyran (23-11-2010). Ananın oğlundan məhkəmə yolu ilə alacağı alimentin maksimum məbləğı nə qədər olmalıdır.

Salam.

Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-23

710  Nurlan (23-11-2010). Doğum haqqinda şəhadətnamə itdikdə....şəxsiyyət vəsiqəsi düzəldiləndə şəhadətnamənin əsli lazim olur yoxsa özü xahiş edirəm bu haqqda məni məlumatlandirasiniz....

Salam.

Əgər şəxsiyyət vəsiqəsi ilk dəfə verilirsə doğum haqqında şəhadətnamənin verilməsi mütləqdir (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsi). Əgər itirilibsə bu barədə DİN-orqanlarına məlumat verməlisiniz və şəhadətnamə aldığınız yer üzrə dublikatın verilməsi ilə bağlı müraciət etməlisiniz.

Sualınıza görə tşəkkür edirik.

2010-11-23

711  Ramin (23-11-2010). Salam! Mən 2001-ci ildən Bakı şəhərindən ev almışam. Evi aldığım adam hələdə uçotdan çıxamayıb. Xahiş edirəm bu məsələ ilə bağlı mənə yol göstərəsiniz,

Salam.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə əsasən şəxs aşağıdakı hallarda qeydiyyatdan çıxarıla bilər:

1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

3) azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;

5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

Həmin şəxslə əlaqə yaradın, əgər o, öz xoşu ilə qeydiyyatdan çıxmırsa məhkəmə qaydasında qeydiyyatdan çıxara bilərsiniz

 Sualınıza görə təşəkkür edirik.

2010-11-23

712  Sanan (24-11-2010). Salam, Xahis edirem mene asagidaki meselede komek edin. Yaxin tanisim aile heyati qurub ve indi o heyat yoldasini oz yasayis yerine qeydiyyata saldirmaq isteyir (yeni sexsiyyet vesiqesinde soyadin deyismesi ve \"evli\" sozunun yazilmasi). Amma rayon polis idaresinden bildiribler ki, birinci ilk qeydiyyatda oldugu yerden cixmalir ve sonra qeydiyyata alina biler. Bunun hansi qanunla tenzimlendiyini ve teleb oluna senedleri mene yazmahginizi xahis edirem...Evvelceden tesekkur edirem

Sanan.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq yeni yaşayış yeri üzrə qeydiyyata alındıqda əvvəl olduğu yerdən qeydiyyatdan çıxarılır.

 

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.

 

Şəxs sadəcə Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsində göstərilən sənədləri müvafiq orqana təqdim etməlidir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-25

713  Ulvi (24-11-2010). Salam. Menim sulaim xarici pasportla elaqedardir. men halhazirda Qax rayonunda qeydiyyatdayam bizim rayonun sakinleri xarici pasport ucun adeten coxu Sheki seherinde bu isle meshgul olan orqana muraciet edir ve xarici pasportu elde edir. derslerimle elaqedar Shekiye gede bilmirem ve xaricde tehsil ucunde xarici paport lazimdir. Men xarici pasportu Bakidan ala bilerem? Bunun ucun Bakida hara muraciet etmeliyem? Teshekkurler cavabinizi gozleyirem.

Salam.

Aşağıdakı ünvana müraciət edə bilərsiniz:

BAŞ PASPORT, QEYDİYYAT VƏ MİQRASİYA İDARƏSİ
Ünvan: Bakı ş.Rəşid Behbudov, 58. İndeks AZ 1002

Rəis 590-88-88
Növbətçi hissə 590-92-09

Bu qədər.

2010-11-25

714  Nana (24-11-2010). Salam Esitdiyime gore yataqxanlara departamentin balansina verilib. O ne departamentdir? Tam adi neca adlanir sedri kimdir bunu hardan nece oyrenmek olar? ora muraciet edib 1 otaq teleb ede bilerik?

Salam.

Belə bir məlumat bizdə yoxdur. Adətən yataqxanalar ayrı-ayrı qrumların balansında olur (Universitetlər, İstehsalat birlikləri, nazirliklər və s.).

Sualınıza görə təşəkkür edirik.

2010-11-25

715  Vasif (24-11-2010). Salam. Tir tüfənginin saxlanma və gəzdirilməsinə icazə verilirmi? Bunu hansı təşkilatda sənədləşdirimek olar və necə sənədləşdirmək lazımdır? Qabaqcadan təşəkkür edirəm.

Salam.

Xidməti və mülki silah haqqında Qanunun 9-cu maddəsinin 11-ci bəndinə əsasən pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur (kalibri 4,5 millimetrdən çox olan, gülləsinin uçuş sürəti saniyədə 150 metrdən çox olmayan pnevmatik silah nəzərdə tutulur).

Pnevmatik silahı və özünümüdafiəsilahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır   və bu barədə müvafiq qeyd aparır. 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-25

716  MİS (24-11-2010) salam. men MIS-den forma 2 arayiwi almaq isteyirem. menden iwiq,qaz,su ve kanalizasiya idarelerinden borcum olmadiqim barede arayiw teleb edirler.bu qanunidir? ve umumiyyetle MIS-ler haqda qanunlari hardan elde etmek olar?onceden size tewekkurumu bildirirem1

Salam.

Bakı Şəhər Mənzil‐Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının «Bakı şəhər mənzil‐kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında» 12 may 1999‐cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil‐kommunal xidməti sahəsində vahid idarəetmə orqanı kimi yaradılmışdır.

Həmin MİS-lərlə bağlı məsələlər icra hakimiyyəti başçısının aktları ilə tənzimlənir. Təəssüflər olsun ki, bu aktlar barədə məlumat açıq deyil.

2010-11-25

717  Anonim (25-11-2010). Bakida seherinde siginacaqda yasayan mecburi kockunu qanunla hansi erazide evle temin etmelidirler?

Salam.

İlk növbədə sual verəndə çalışın öz adınızı qeyd edin (cavablandıranda müraciətetmə ahəngini pozur). 

Hansı ərazidə, hansı evlərdə və hansı şərtlərlə təmin olmasını artıq müvafiq dövlət qurumu müəyyən edir. 

Bununla bağlı AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİNİŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNƏ müraciət etməyiniz məqsədəuyğundur.

Sualınıza görə təşəkkür edirik.

2010-11-25

718  Mehdi (25-11-2010). Salam! 1991-ci ilde baglar idaresi terefinden mene orderle 12 sot torpaq sahesi ayrilmisdir. Bu gune kimi men ve ailem hemin eraziden sexsi mulkiyyet kimi istifade etmisik. 2010-cu ilde eraziye cixaris almaq meqsedile EMDK muraciet etmisik. Komite terefinden alinan resmi mektubda bag sahesinin sxematik planda yerlesme movqeyinde uygunsuzluq oldugundan erize baxilmamisdir. Order oldugu halda bu veziyyetde men ne etmeliyem? Hansi huquqi addimalar atilmalidir? Xahis edirem mene yolunu gosteresiniz.

Salam.

İlk növbədə Məsləhətxananın 40-cı sualında olan sənədlərin siyahısına nəzər yetirməyi xahiş edirik.

Əgər qanunvericiliyə uyğun bütün addımlar atmısınızsa və dövlət qurumun səlahiyyətli şəxsləri hüquq pozuntularına yol verirlər, siz məhkəməyə ərizə ilə  müraciət etməlisiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-25

719  Razim (25-11-2010). Salam! Mene maraqlandiran bir mesele haqda komek isterdim sizden Temir Tikinti ve Tikinti qurashdirma ishleri gormek ucun Shirket yaratmaq ve Licenziya almaq prosesi nece olur ve bunun ucun ne etmek lazimdir , buna aid hansi huquqi senedler movcutdur? Evvelceden teshekkur edirem

Salam.

İlk öncə hüquqi şəxs yaratmalısınız və vergi orqanlarında qeydiyyatdan keçməlisiniz. Bütün zəruri sənədlər http:]]]www.taxes.gov.az saytdan əldə edə bilərsniz.

Daha sonra Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Fərmanın 54-cü bəndinə uyğun olaraq müvafiq lisenziya əldə etməlisiniz (Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir).

Sualınıza görə təşəkkür edirik.

2010-11-26

720  Ramal (26-11-2010). 1. İqtisadi inkişaf nazirliyinin balansında olan torpağın özəlləşdirilməsi ilə digər bələdiyyə torpağının özəlləşdirilməsinin rüsumunda fərq varmı?2. Əgər varsa qayda necədir

Salam.

Bələdiyyə torpaqların mülkiyyətə verilməsi (özəlləşdirilməsi yox)

 

  • Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə,
  • Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında,
  • Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

 

qanunlara uyğun olaraq həyata keçirilir və hərrac (müsabiqə) üsulu  tətbiq edirlir.

 

Dövlət əmlakın özəlləşdirilməsi isə Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanuna riayət etməklə həyata keçirilməlidir. Təfərratlı məlumat üçün bu sayta daxil olun http:]]]www.stateproperty.gov.az?azcontent349

Sualınıza görə təşəkkür edirik.

2010-11-26

 

721  Elvin (26-11-2010). salam.Bagishlayin sizi bir meseleyle bagli narahat edirem,Men Lerik rayonunda yashayiram,yasadigimiz ev babamin mulkudu...anam bu eve gelin kocenden, men, bacim anadan olandan bu evde hem qeydiyyatdayiq hemde bu evde yashayiriq. atam rehmete gedib indi emilerim diyirki cixin evden ev menimdi. ama sehf etmiremse bu evden atamin evezi men oldugumcun menede pay dushur,Sadece sizden oyrenmek isyteyirem ki emilerim meni bu evden cixarda biler ya yox? Evvelceden size minnetdarligimi bildirirem. sizden cox xahish edirem mene bu barede Komek edesiniz.

Salam.

İlk öncə  Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadan heç bir şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mümkün deyil.

Daha sonra Mülki Məcəllənin 1159-cu maddəyə əsasən miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmadıqda siz qanun üzrə vərəsə sayılırsınız (qanun üzrə). Belə ki, siz atanıza düşəcəyi paya iddia edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-11-26

724  Qurban (26-11-2010). Salam. Bilmek isteyirem ki,shexsiyet vesiqelerinde soyadlarla baqli qanun ne vaxt quvveye minecek? Yani,soyaddaki ova, eva, li, sozleri ne vaxtan leqv edilecek? 2 SUAL: 26 yasim var ama vesiqeni aldiqim 2 ildi, men o vesiqeyle her hansi bir is gore bileremmi? Kecerlidimi o vesiqe? 3 sual: vesiqemi deyismek ucun ne qeder dovlet rusumu odemeliyem?

Salam.

1. Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Qanun 1993-cü ildən qüvvədədir. Məcburi dəyişilməsi hələ ki, nəzərdə tutulmur.

2. Bilmirik şəxsiyyətvəsiqsi ilə nə iş görmək istəyirsinniz. Amma şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəddir (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 1-ci maddəsi).

3.Dövlət rüsumu haqqında Qanunun  14.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə dövlət rüsumu 2 manat təşkil edir.

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-29

725  Sevinc (27-11-2010). Sizden Xahis edirem ki,Menim sualimi etrafli cavablandirasiniz. SUAL: 139 qr. qizila gomrukde rusum haqqi odenilmelidirmi ? Eger odenilmelidirse, 139 qr. qizila ne qeder rusum odenilmelidir? Diqqetinize catdirim ki, 139 qr. qizil 2 nefer sernisine mexsusdur.

Salam.

Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair Təlimatın 2.1.1-ci bəndinə əsasən fiziki şəxs Azərbaycan Respublikasının gömrük sərhədini keçməklə ümumi dəyəri  1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan malları gətirdikdə (apardıqda) gömrük ödənişləri ödənilmir.

Əgər həmin qiymətli metalın dəyəri bu məbləği keçmirsə həmin qayda sizə də tətbiq edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-29

723  Aygun (26-11-2010) salam. men baki sheherinde 3 mertebeli bina tikdirirem. hazir olduqdan sonra otel kimi fealiyyet gostermek isteyirem, bunu ucun xususi lisenziya lazimdirmi? ve hara muraciet etmeliyem. Ve birde 3 mertebeli binanin tikilmesi ucun FHN ne qeder rusum odenilmelidir?

Salam.

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Fərmanına əsasən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətii ilə bağlı lisenziyanın verilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilir və lisenziyanın alınması üçün dövlət rüsumu 1500 manat təşkil edir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən lisenziya 12 metr hündürlüyədək fərdi yaşayış evləri üçün tələb olunmur. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-29

726  Cemale (27-11-2010). Salam. Bizim yaşadiğimiz ev özelleşməyib anam atamla boşaniblar 25 il bundan qabag. Atam qeydiyatdan cıxıb ancag kupca onun adınadı. qardasim razı olmur ki anamin adina özelleşsin. Anam da razı deyir ki qardaşimin adına özelleşsin (hec men de razı deyirem),xahiş edirem bizə düzqun yolu qesterin. Cox sağ olun.

Salam.

Əgər heç birinizin razılığı yoxdursa mübahisəni məhkəmə qaydasında həll etməyiniz məsləhətdir. Birgə mülkiyyət də ola bilər, yəin hər biriniz daşınmaz mülkiyyətin mülkiyyətçisi olabilərsiniz (paylı).

Sualınıza görə təşəkkür edirik.

2010-11-29

727  Qurban (27-11-2010) SALAM. XAIS EDIREM MENE BU SERENCAMLARI SADE DILDE VE ETRAFLI BASA SALIN. 1.EHTIYAC MEYARI 75 MANAT TEYIN EDILSIN. 2.EHALININ YASAYIS MINUMUMU ELILER UCUN 72 MANAT OLSUN. ONCEDEN TESEKKURLER

Salam.

Sadə dildə başa salmaqda çətinlik çəkərik. Amma qanunvericiliyin müddəalarını göstərə bilərik. 

Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd (Ünvanlı dövlət sosial yardımı haqqında Qanunun 1-ci maddəsi).

Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır (Yaşayış minimumu haqqında Qanun)

Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlillər, uşaqlar və s)

Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc maddələri müvafiq  olaraq  formalaşdırılır.

Bu o deməkdir ki,  ünvanlı sosial yardım verilərkən qeyd etdiyiniz və müəyyən olunmuş məbləğdən (2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat) az ola bilməz. 

Müvafiq sosial-demoqrafik qrupları üzrə isə müavinətlər (2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat) öz növbəsində işsizlik müavinəti kimi, uşaq və s. müavinətlərə aiddir.

Sualınıza görə təşəkkür edirik.

27-11-2010

728  Rauf (28-11-2010). Salam. Bildiyiniz kimi ev alq-satqi zamani notarius alani gonderir banka ki pulu hesaba otuzdursun.Bu zaman banklar odenilecek meblegin 0.2% tutur.Bilmək isteyirəm ki bu faiz bank hesabina gedir yoxsa dovlət budcəsinə.Bu 0.2% faizi kim teyin eleyib-bank, dovlət yoxsa notarius və bu faiz hansı qanunla(digər normativ aktla) tenzimlənir

Salam.

Notariat haqqında Qanunun 74-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.

Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Qeyd etdiyiniz faizlər fərqli ola bilər və bank tərəfindən həyata keçirilən xidmət haqqı hesab olunur. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-29

729  Kazim (28-11-2010). Salam: Men size tesekkur edirem ona gore ki menim birinci sualima cevab yazdiginiz ucun . Ikinci sual beledir munkun olarsa francayzerler haqqinda mene bir bilgi veresiniz?

Salam.

Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər (Mülki Məcəllənin 723-cü maddəsi).

Həmin müqavilənin tərəfləri: françayz verən (françayzer) və françayz alan (françayzi) olurlar.

Sualınıza görə təşəkkür edirik.

2010-11-30

730  Nezire (28-11-2010). Salam. Men yoldasimdan bosanmaq erefesindeyem. Bir usagim var.Yoldasim qacqin oldugu ucun hal hazirda evi yoxdur.Bosandigim teqdirde mene ondan ev dusurmu?

Salam.

Əgər evi yoxdursa hansı evə iddia edə bilərsiniz? Boşandıqdan sonra artıq ər-arvad olmursunuz və hər birinizin  mülkiyyəti yalnız özünüzə məxsusdur. 

Sualınıza görə təşəkkür edirik.

2010-11-30

731  Rauf (29-11-2010). Avtomobilin komisyon magaza vasitesi ile alq-satqisi ne demekdir? Bunu kimlere tetbig elemek olar?

Salam.

Sözün düzü sual qeyri-dəqiqdir. Bu sahibkarlıq fəaliyyətinin bir növüdür. Əgər müvafiq kapital və raılaşmalar varsa şəxs bununla məşğul olar.

2010-11-30

732  Nana (29-11-2010). Protokolla aktin ferqi nhedir?

Salam.

Ola bilsin ki, öz sualınıza diqqətlə yanaşmamısınız, amma sual özü-özlüyündə çox geniş dairəni əhatə edir. Aşağıdakı anlayışlar hüquqa aiddir. 

Belə ki, protokol (qədim yunan dil. protos — «birinci» и kolla — «yapışqan») sənədlər toplusuna yapışdırılmış birinci kağız. Hal-hazırda bu söz 2 əsas məna daşıyır:

 

  1. Baş verən və ya baş vermiş hadisələri təsbit etdirən və  müəyyən formatsa yerinə yetirilən yazı (iclasın protokolu, polis protokolu və s.).
  2. Əldə edilmiş razılaşmaları təsbit etdirən sənəd (hansı bir prosesin keçirilmə qaydasını müəyyən edən).

 

Akt (lat. actus — \"hərəkət\") - baş vermiş hərəkəti və ya faktı təsdiq edən rəsmi sənəddir, səlahiyyətli şəxslər tərəfindən imzalanır. 

Akt daha geniş anlayışdır (protokol özü də aktdır). Misal üçün qanunlar, fərmanlar, qətnamələr, qərarlar bunlar hamısı aktdır (qəbul edən orqanın səlahiyyətlərindən müxtəlif hüquqi qüvvəsi ola bilər).

Sualınıza görə təşəkkür edirik.

 2010-11-29

 

733  Ceyran (29-11-2010). Rayon İcra Hakimiyyəti Başçısının vəzifələri nədən ibarətdir?

Salam.

Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 7-ci bəndinə əsasən icra hakimiyyəti başçısının aşağıdakı vəzifələri vardır:

1) Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını yerinə yetirir. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar  Respublikasının ali vəzifəli şəxsinin tapşırıqlarını yerinə yetirir;

2) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramlarının, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının, habelə müvafiq yerli proqramların həyata keçirilməsi üçün  tədbirlər görür;

3) bu Əsasnamədə nəzərdə tutulmuş qaydada öz aparatını təşkil edir, qanunvericiliklə müəyyən edilmiş qaydada şöbə, idarə və  xidmətləri, müəssisə, idarə və təşkilatları yaradır və ləğv edir, tabeçiliyində olan orqan, idarə, müəssisə və təşkilatların rəhbərlərini  qanunvericiliyə əsasən vəzifəyə təyin və vəzifədən azad edir, onların aktlarını qanunvericiliyə zidd olduqda ləğv edir;

4) yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid məsələlərlə bağlı müvafiq dövlət orqanları, respublikanın və xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələr bağlayır;

5) müvafiq inzibati-ərazi vahidində müvafiq icra hakimiyyəti orqanları tərəfindən və tabeliyində olan müəssisə, idarə və təşkilatlar tərəfindən vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri  şərait yaradır, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə onlara cavab verilməsini təmin edir və nəzarəti həyata keçirir, vətəndaşların qəbul olunmasını təşkil edir və nəzarəti həyata keçirir;

vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır;

6) icra hakimiyyəti orqanlarında işçilərin yerləşdirilməsini, onların ixtisasının artırılmasını təşkil edir;

7) qanunvericiliyə əsasən icra hakimiyyəti başçısı aparatının işçilərinə münasibətdə həvəsləndirmə və intizam tədbirləri tətbiq edir;

8) seçkilərin, ümumxalq səsvermələrinin (referendumların) və müzakirələrin keçirilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada  təmin edir;

9) müvafiq icra hakimiyyəti orqanları qarşısında ərazinin inkişafına dair məsələlər qaldırır, təkliflər verir;

10) rayonu, şəhəri, şəhər rayonunu dövlət orqanları ilə münasibətlərdə, rəsmi protokol tədbirlərində təmsil edir;

11) icra hakimiyyəti orqanının fəaliyyəti ilə bağlı məlumatların əhaliyə mütəmadi çatdırılması məqsədi ilə kütləvi informasiya  vasitələrində məlumatlar verilməsini təmin edir;

12)  Əsasnamə ilə və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirir.

3. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısı Əsasnamə ilə müəyyən edilən digər  vəzifələrlə yanaşı, aşağıdakı vəzifələri də həyata keçirir:

1) şəhər rayonlarının icra hakimiyyəti başçılarına rəhbərliyi həyata keçirir;

şəhər rayonlarının icra hakimiyyəti başçılarının hesabatlarını  dinləyir;

2) şəhərin iqtisadi, sosial inkişaf və ekoloji proqramlarının, Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmaların layihəsinin və dövlət proqramlarının layihələrinin hazırlanması zamanı şəhər rayonlarının icra hakimiyyəti başçılarından müvafiq təkliflər alır;

3) şəhərin vahid inzibati ərazi kimi idarə edilməsində, ümumşəhər məsələlərinin səmərəli həll edilməsində, şəhərin sosial-iqtisadi inkişafında və səlahiyyətlərinə aid olan digər məsələlərin həllində vəhdəti təmin etmək məqsədi ilə şəhər rayonlarının icra hakimiyyəti  başçılarının fəaliyyətini əlaqələndirir;

4) şəhər rayonlarının icra hakimiyyəti başçılarının aktları Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduqda onları ləğv edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-11-29

734  Vafa (29-11-2010). Salam. Men Gomruk orqanlarina xidmete qebul ile elaqedar musabiqenin ne vaxt kecirileceyini bilmek isteyerdim.

Salam.

Həmin sual Məsləhətxananın 699-cu sualında cavablandılmışdır.

Bu qədər.

2010-11-30

735  Qurban (29-11-2010). salam. yani men demek isteyirdim ki,shexsiyet vesiqesini 25 yasdan sora deyismeliydim,ama deyismemisem.indi men hemen vesiqeyle yeni eve qeydiyata dusmek, sosial yardim duzeltmek ucun sened duzeltsem saxta sayilmir ki?

Salam.

Saxta sayılmır (şəxsiyyət vəsiqəsi). Sadəcə etibarsız sayılır (çünki etibarlıq müddəti bitib). ŞV dəyişdirin sonra müvafiq tədbirləri görün.

Bu qədər.

2010-11-30

736  Efqan (29-11-2010) eyni yerde qeydiyyatda olan ata ogul qardash baci biri digerine mashin idare etmek uhun etibarname verdikde hemin etibarnameye yol polisi idaresinde qeydiyyat mohuru vurulmalidirmi??? zaman qezeti

\"Zaman\" qazeti redaksiyasına salamlar.

Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 75-ci bəndinə əsasən notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Və bir nəqliyyat vasitəsi üçün bir etibarnamə ola bilər (həmin etibarnamədə bütün qeyd edilən şəxslərin adları göstərilə bilər). Etibarnamədə yalnız notariusun möhürü vurulur.

Qeyd etdiyiniz möhür nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin doldurularkən vurulur. Belə ki, Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 3-cü paraqrafına əsasən “Xüsusi qeydlər” qrafasında nəqliyyat vasitəsi haqqında bəzi məlumatlar, onun müvəqqəti uçota alınması, həmçinin “Əsasnamə” ilə tutulmuş digər müvafiq qeydiyyatı aparan şəxsin vəzifəsi, soyadı, aparılma tarixi göstərilir. Aparılmış qeydiyyat vəzifəli şəxsin imzası və möhürlə təsdiqlənir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-11-30

 

737  Rəsul (29-11-2010). Salam! Beşmərtəbəli kooperativ binalarda sakinlər tərəfindən 1-ci mərtəbədə olan mənzilərə əlavə eyvan və otaqların tikilməsinə icazə var mı və Əmlak komitəsi tərəfindən verilən texniki pasporta və Çıxarışa bunlar əlavə edilə bilərmi? Bu barədə 1992-ci ildə Bakı şəhər icra hakimiyyətinin verdiyi qərar quvvədədirmi? Cavaba görə əvvəlcədən öz təşəkkürimi bildirirəm! Hörmətlə Rəsul müəllim!

Salam.

Bu cür hərəkətlər Mənzil Məcəlləsinin 4-cü fəslinə uyğun olaraq (Yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması) hayata keçirilirsə heç bir ziddiyət yoxdur. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.

Sualınıza görə təşəkkür edirik.

2010-11-30

738  Razim (29-11-2010). Salam! Mene maraqlidir her hansi torpaq sahesi almaq ve onu qeydiyatdan kecirtmek ucun hemcinin odenilecek rusum haqqinda hansi normativ senedler ve qanunlar var bu proses nece olur, hem4inin alinmish torpaqda tikinti ucun icaze alinmasi ve qeydiyatdan ke4irilmesi ve dovlet risumu haqqinda hansi normativ senedler ve qanunlar var bu proses nece aparilir? Evvelceden teshekkur edirem!Hormetle Razim

Salam.

Bu sual çox genişdir və bir çox normativ aktları əhatə edir. Məsləhətxanada bununla bağlı müxtəlif vaxtlarda ətraflı məlumat verilmişdir (1, 6, 18, 23, 40, 222, 240, 679, 720). 

Bütün bu suallara nəzər yetirsəniz həmin normativ aktlarla da tanış ola biləcəksiniz.

2010-11-30

739  Babək (30-11-2010). Maaşın artırılması ilə bağlı ƏRİZƏNİN təsdiq olunmuş müraciət forması var?

Salam.

Bu cür ərizələr sərbəst formada tərtib olunur. Misal üçün: \"iş həcmi artdığı üçün xahiş edirəm vəzifə maaşın artırılması məsələsinə baxasınız\" və s.

Bu qədər.

 

2010-11-30

740  Qurban (30-11-2010) Salam. Baqisdiyin bir daha narahat etdiyim ucun.SHEXSIYET VESIQESINI DEYISMEK UCUN HANSI SENEDLER LAZIMDI?

Salam.

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnaməyə uyğun olaraq vətəndaş 25, 35, 50 yaşına çatdıqda və ya onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə həmin vəziyyəti təsdiq edən sənəd təqdim edərək müvafiq hal baş verəndən sonra bir ay ərzində şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.

Şəxsiyyət vəsiqəsi dəyişdirildikdə Əsasnamənin 3, 5—11-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur. Vətəndaş 25, 35, 50 yaşına çatdıqda və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün—şəxsiyyət vəsiqəsi; vətəndaşın soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə—vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər, vətəndaşın yaşayış yeri dəyişdikdə — ev, mənzil barədə müvafiq sənədlər, hərbi vəzifəsi dəyişdikdə—hərbi bilet və ya təhkim şəhadətnaməsi bu Əsasnamənin 3-cü və 7-ci bəndlərində göstərilən sənədlərlə birlikdə təqdim edilməlidir.

Sualınıza görə təşəkkür edirik.

2010-11-30

741  Efqan (01-12-2010). Ata ve ananin yegane ovladi ata ve ya ananin adina olan torpagi ve ya evi oz adina kechirmek uchun hansi senedleri toplamalidir? Ve ne qeder dovlet rusumu odemelidir. Teshekkurler

Salam.

İlk öncə bağışlama müqaviləsi hazırlamalısınız və həmin müqaviləni notariat qaydada təsdiq etməlisiniz. Dövlət rüsumu haqqında Qanunun 10.1.1-ci maddəsinə əsasən müqavilə üzrə əmlakın ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə - 7 manat dövlət rüsumu ödənilir.

Daha sonra Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-10-cu maddəslərinə göstərilən sənədlər təqdim edirsiniz:

 

  • Ərizə;
  • hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri (notariat qaydada təsdiq edilmiş bağışlama müqaviləsi);
  • torpaq sahəsinin planı və ölçüsü;
  • torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi;
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz (Dövlət rüsumu haqqında Qanunun 26.1.1-ci maddəsinə əsasən - .30 manat).

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-01
 

742  Nana (01-12-2010). Salam. Belediyye? icra hakimiyyetinin torpaqlari hansilar sayilir???

Salam.

Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-02

743  Vusala (02-12-2010). Salam. Atam rehmete gedib. 4 ovladi var. onlardan 3 evlidi. Anamla 6 il evvel boshanib. Butun emlak atamin adindadi. Emlek kimin adina kechirilmelidi ve prosedur qaydalari bilmek isterdim?

Salam.

Əgər vəsiyyət yoxdursa miras qanun üzrə vərəsələr arasında bölünməlidir (Mülki Məcəllənin 1159-cu maddəsi). Əgər valideynləriniz boşanıbsa keçmiş həyat yoldaşı həmin miras əmlaka iddia edə bilməz. Bununla da bu əmlak vərəsələr arasında bərabər bölünməlidir, yəni bərabər olaraq dörd hissəyə (evli olub-olmamasından asılı olmayaraq bərabər bölünür).

Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd olunan müddət ərzində mirası qəbul etmək üçün notariat orqanlarına müraciət etməlisiniz.

Sualınızagörə təşəkkür edirik.

 

2010-12-02

744  Ceyran (02-12-2010). Hər vaxtınız xeyir olsun! Bilmək istərdim Baş prokurorluq və Rayon prokurorluğu hansı işlərə baxır.

Salam.

Prokurorluq haqqında Qanunun 4-cü maddəsinə əsasən Prokurorluğun fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

  • cinayət işi başlayır və ibtidai istintaq aparır;
  • cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;
  • təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;
  • məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
  • məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;
  • məhkəmə qərarlarından protest verir;
  • məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.

 

Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.

Prokurorluq haqqında Qanunun 10-cu maddəsinə uyğun olaraq Baş prokuror:

 

  • bilavasitə habelə Azərbaycan Respublikasının Baş Prokurorluğu və ona tabe olan prokurorlar vasitəsi ilə bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan vəzifələri yerinə yetirir, prokurorluq orqanlarına rəhbərlik edir;
  • qanunla müəyyən edilmiş qaydada prokurorluğun fəaliyyətini təşkil edir;
  • prokurorluqların yaradılmasına və ya ləğv edilməsinə, Baş Prokurorluğun strukturuna, ştat vahidlərinin ümumi sayına dair təkliflərini təqdim edir, tabe prokurorluqların strukturunu təsdiq edir və ştat vahidlərini bölüşdürür;
  • Baş prokurorun müavinlərinin, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorların, Naxçıvan Muxtar Respublikası prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verir;
  • ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin V hissəsinə uyğun olaraq, digər prokurorluq işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;
  • Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Respublikasının Prokurorluğu və digər prokurorluqların kollegiyalarının tərkibini təsdiq edir;
  • Azərbaycan Respublikası Prokurorluğunun Kollegiyasını çağırır, ona rəhbərlik edir;
  • prokurorluğa ayrılmış vəsaitləri bölüşdürür;
  • Baş prokurorun müavinlərinin, Baş Prokurorluğun struktur bölmələrinin və aşağı prokurorların funksional vəzifələrini müəyyən edir;
  • öz sәlahiyyәtlәri çərçivəsində müəyyən olunmuş qaydada xüsusi rütbələr verir;
  • ali xüsusi və ali hərbi rütbələr verilməsi üçün vəsatət qaldırır;
  • Azərbaycan Respublikasının Prokurorluğunu təmsil edir;
  • Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclaslarında iştirak edir, qanunla müəyyən edilmiş hallarda və qaydada işlərə əlavə kassasiya qaydasında baxılması üçün protest verir;
  • Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş qaydada və səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan Respublikası baş nazirinin toxunulmazlığının xitam edilməsi məsələsinə dair təqdimat verir;
  • hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir, Mərkəzi Seçki Komissiyası üzvünün məsuliyyətə cəlb edilməsinə razılıq verir;
  • Məhkəmə-Hüquq Şurasının üzvləri barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir;
  • Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verir;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada xarici dövlətlərin müvafiq mühafizə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında müqavilələr bağlayır və öhdəliklərin yerinə yetirilməsini təmin edir;
  • öz səlahiyyətləri çərçivəsində prokurorluq işçilərinin mükafatlandırılması və onların barəsində intizam tənbehi tətbiq edilməsi, o cümlədən xüsusi rütbələrdən məhrum edilməsi məsələlərini həll edir;
  • prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar xatirə medal və nişanları təsis edir;
  • öz səlahiyyətləri çərçivəsində, qanunlar əsasında icrası prokurorluq işçiləri üçün məcburi olan əmr, sərəncam, göstəriş və digər aktlar verir;
  • aşağı prokurorların qanunazidd əmr, göstəriş və digər aktlarını ləğv edir, dəyişdirir və ya geri götürür;
  • prokurorluq orqanlarında stajorluq və sınaq qaydalarını və Baş Prokurorluğun elmi-məsləhət şurasının tərkibini təsdiq edir;
  • qanunla səlahiyyətinə aid edilmiş digər məsələləri həll edir.

 

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla baş prokuror öz səlahiyyətlərinin həyata keçirilməsini müavinlərinə tapşıra və ya onların səlahiyyətlərini üzərinə götürə bilər.

Baş prokurorun birinci müavini və müavinləri prokurorluğun fəaliyyətinin müvafiq sahələrinə rəhbərlik edir.

Baş prokuror hər hansı səbəbdən vəzifələrini icra edə bilmədikdə onun vəzifələrini baş prokurorun birinci müavini, o, olmadıqda Baş prokurorunun müavinlərindən biri həyata keçirir.

Rayon prokurorluqları müvafiq ərazi üzrə üzrəinə qoyulmuş vəzifələri yerinə yetirir (bax. Prokurorluğun fəaliyyət istiqamətləri)

Sualınıza görə təşəkkür edirik.

2010-12-02

745  Ceyran (02-12-2010). Salam! Əlillik dərəcələri hahsı hallarda verilir?

Salam.

Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin 2-ci paraqrafında ƏLİLLİYİN MÜƏYYƏN OLUNMASI MEYARLARI göstərilib. Onlara nəzər yetirin.

Sualınıza görə təşəkkür edirik.

2010-12-03 746  Babək (02-12-2010). Salam Mən 2001 - ci ildə Rusiyada ali məktəbi bitirmişəm. Mənim diplomumun Azərbaycan respublikasının ərazisində tanınması üçün Nazirlər kabinetinin \"NOSTRİFİKASİYA\" haqqında 2003-cu il tarixdə qüvvəyə minmiş qərarı əsasında Təhsil Nazirliyinin rəsmi nümayəndəsi həmin nazirliyə müraciət etməyimi dedi. Sualım ondan ibarətdirki Nazirlər kabinetinin\" NOSTRİFİKASİYA \" haqqında qərarı 2003-cü ildə qüvvəyə minib, Mən isə ali məktəbi 2001-ci ildə bitirmişəm, bu nə dərəcədə hüquqi baxımından düzgündür? 2003-cü ildən bu yana qurtaranlara şamil olunmalı deyilmi ? Əgər mən haqlıyamsa Təhsil nazirliyini Avropa İnsan Hüquqları Məhkəməsinə verə bilərənmi?

Salam.

Prinsipcə şikayət edə bilərsiniz, çünki Konstitusiyanın 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

Amma çox mürəkkəb məsələdir.

Sualınıza görə təşəkkür edirik.

 2010-12-02

747  Fərid (02-12-2010). Salam. İki defe ailə qurmuş bir şəxs birinci nikahdan əgər 1 övladı varsa və ikinci nikahdan uşaq dünyaya gəldikdən sonra aliment neçə faiz tutulur? Diqqətivizə görə sağ olun

Salam.

Əgər tərəflər arasında razılaşma yoxdursa (notariat qaydasında təsdiq olunmuş saziş). Onda həmin məsələ məhkəmə tərəfindən həll olunur. 

Ailə Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur:

Həmin məbləğ iki uşağı nəzərə almaqla bölünə bilər. Budan başqa sabit pul məbləği də təyin oluna bilər. 

Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2).

Sualınıza görə təşəkkür edirik.

2010-12-03

748  Elşən (02-12-2010). Salam, öncədən əhaliyə göstərdiyiniz bu xidmətə görə sizə minnətdarlığımı bildirirəm. Sualım belədir: Şəxs 1990-cı il təvəllüdlüdür. Rusiya Federasiyaslnda anadan olub. Sənədlərdə atasının adı İlqar qızı əvəzində İlqarovna kimi göstərilib. Təəsüf ki, vaxtında heç bir sənədə düzəliş edilməyib. Bu günə qədər də bütün sənədlərdə ata adı İlqarovna kimi göstərilib(doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədlər bir sözlə hər yerdə). Bunu şəxsiyyət vəsiqəsində dəyişmək üçün nə etmək lazımdır. Digər sənədləri dəyişməyə ehtiyac varmı?

Salam.

Ehtiyac yoxdur. Sadəcə şəxsiyyət vəsiqəsini almaq üçün ərizə veilərkən -ovna əvəzinə - qızı göstərin.

Bütün hallarda Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Qanunu rəhbər tutun.

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-03

749  Ceyran (03-12-2010) Salam. Mən torpaq sahəsi almaq istəyirəm. Eşitdiyimə görə indi torpaq sahələrinə sənəd verilmir. Xahiş edirəm aydınlaşdırın

Salam.

Necə yəni verilmir? Onda həmin torpaq sahəsi şəxsə məxsus olması nə ilə təsdiqlənir? Sənədlər verilir və onların alınması üçün müvafiq prosedurlar nəzərdə tutulub. Müvafiq icra hakimiyyəti orqanı torpaq ayırır bunun üçün qərar qəbul olunur, torpağın yerləşməsini (plan-sxem və s.) göstərən sənəd hazırlanır, alqı-satqı keçirilir (ola bilsin auksion, əgər bələdiyyə torpağıdırsa) müqavilə bağlanılır və digər. Ən axırda həmin torpaq sahəsi üzrə mülkiyyət hüquqlarınız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır və şəxsə Çıxarış verilir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-03

750  Gulshen (03-12-2010). salam, Naxcivan MUxtar respublikasinin Ali meclisinin sedrine xarici dovletler ve teskilatlarla munasibetde onu temsil etmek huququ var, burdan bele qenaete gelmek olar ki NMR-sinin nisbi siyasi musteqilliyi var? Eger yoxdursa niye yoxdur?

Salam.

\"Əgər yoxdursa niyə yoxdur?\" Bir təhər sualdır. 

Konsitusiyamızın 134-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Lakın nə qədər muxtar olsa da belə Azərbaycanın tərkib hissəsidir. Azərbaycan bölünməzdir. 

Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. (maddə 5). Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz (maddə 6).

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi yalnız aşağıdakı məsələləri həll edir (maddə 139)

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;

6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad.

 

Azərbaycan adından yalnız Konstitusiyada göstərilən şəxslər çıxış edə bilər. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-04

751  Qurban (03-12-2010) Salam. Elil olduqum ucun ve xesteliyim sebebi ile kentde ki evimizde qala bilmirem. Mualicemi seherde davam etdirmek ucun devlet mene ev verecek 1 otaqli ki. Tek yasayim. MEN EVI ALANNAN SONRA OGEY ANAMGIL MENIM DE QEYDIYATDA OLDUQUM KENTDEKI EVI SATIB SEHERDEN EV ALIB GELECEKLER MENIM QONSULUQUMDA YASAMAQA.INDI BILMEK ISTEYIREM KI,ANAMGIL EV ALIB GELSE SEHERE,DEVLET MENE VERDIYI EVI ELIMNEN ALA BILERMI KI,GET OGEY ANANGILLE YASA? HAL BUKI MEN ONLARLA YOX TEK YASAMAQ ISTEYIREM

Salam.

Heç bilmirdik ki, dövlət vətəndaşlara bu cür qayğı göstərir. Nadir hallardan biridir. Çünki, bir çox ailələrin yaşayış yeri yoxdur və ya şəraitsiz yerdə yaşayırlar. 

Amma yenə də hesab edirik ki, hər bir şəxs yaxşı və rahat şəraitlə təmin olunmalıdır. Qeyd etdiyiniz məsələ artıq müvafiq orqanla bağladıınız müqavilədən və ya həmin orqanın aktından asılıdır. Əgər həmin daşınmaz əmlaka mülkiyyət hüququ əldə etməyiniz məhdudlaşdırmırsa onda geri alına bilməz.

Amma müvəqqəti verilibsə və hansı bir xüsusi şərtlər varsa alına bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-12-04

752  Namik (03-12-2010). Məhkəmə prosesi ne qeder davam edə bilər. 4 ilə yaxindir kı, işimiz gedir 1 dəfə rayon 3 dəfə apelyasiya 3 dəfə ali məhkəmə də baxilib.’, ‘

 

Salam.

Bü işin mürəkkəbləyindən və tərəflərin tutduğu mövqedən asılıdır. Dünya məhkəmə praktikasında elə işlər var ki, onillərlə davam edir. Mülki qaydada baxılırsa adətən 3 ay ərzində işə baxılmalıdır və məhkəmə aktı qəbul olunmalıdır. Sonra 1 ay ərzində apellyasiya şikayəti verilə bilər. Daha sonra apellyasiya 3 ay ərzində işə baxır, sonra 2 ay ərzində kassasiya verilməlidir.Kassasiya instansiyasında da 2 ay müddətində baxır. Sonra əlavə kassasiya instansiyası ola bilər v daha sonra yeni açılmış hallar üzrə də baxıla bilər. 

Bütün bunlar adi qaydada həyata keçirilirsə qeyd edilən müddətlər çərçivəsində həll oluna bilər. Amma ekspertiza müddətləri, vəsatətlərə verilən qərardadlara şikayətlərlə bağlı müddətlər və s. müddətlər daxil edilmir. Cinayət işlərində daha çox müddətlər ola bilər.

Ona görə də müddətlərlə bağlı bir mənalı cavab vermək əqsədəuyğun hesab etmirik.

Sualınıza görə təşəkkür edirik.

2010-12-04

753  Emin (03-12-2010) Səfirliyə viza alınması məqsədi ilə müştərisi olduğum bankdan depozit hesabimda vəsaitin olması haqqında arayış aldıqda həmin arayışda konkret olaraq arayışın hansı səfirliyə təqdim olunması qeyd etmədilər və bunu müştəri haqqında məlumatın açıqlanması kimi qiymətləndirdilər. Yalnız arayışda Arayış tələb olunan yerə təqdim olunması kimi qeyd vardır ki, bunun kifayət olduğunu və konkret olaraq təqdim olunan səfirliyin adının qeyd olunmasının qanuna zidd olduğunu bildirdilər. Xahiş edərdim ki, viza alınması məqsədi ilə Səfirliklərə bank hesabı haqqında arayış təqdim olunduqda arayışın təqdim olunduğu səfirliyin adının göstərilməməsi hansı təlimatla tənzimlənir? Dərin hörmətlə, Emin.’, ‘

 

Salam.

Hansı bir səfirliyin adını göstərməklə bank müştəri barədə hansı məlumatı açıqlayır? Məsləhət görürük ki, bankın rəhbərliyinə müraciət edəsiniz, çünki bu cür əsaslanmanı biz məntiqli hesab etmirik. 

Həmin arayışın verilməsi bank və müştəri arasında olan razılaşmaya əsasən həll edilir (çünki bu məlumat sırf sizinlə bağlıdır və özünüz barədə məlumatı istədiyiniz  kimi yaya bilərsiniz). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-04

754  Emin (04-12-2010). Sabunçu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənə 2005-ci ildə təqaüd təyin olunub. 2010-cu ilin noyabrindan pasport qeydiyyatımı və yaşayış yerimi Nizami rayonuna dəyişmişəm. Təqaüdümu isə plastik kart vaistəsi ilə alıram. Qeydiyyat ünvanımı dəyişməyimə baxmayaraq mümkündürmü pensiyamı Öz arzumla Sabunçu rayonunun ƏƏSMM tərəfindən kartla alım? Pensiyaçının arzusu bu zaman nəzərə alına bilərmi?

Salam.

 

Bununla bağlı ərizə ilə həmin dövlət qurumuna mürciət etməlisiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-06

755  İmran (04-12-2010) Salam. 4 sot torpag sahesinin, 2 sotunda ev tikmiwem. Torpagin senedleri var (cixariw ve texpasport). Evin tikintisine de IH-den icaze var, layihe tesdig olunub. Tikintini tamamlamag ucun torpagin 2 sotunu satmag isteyirem. VE buna gore BTI-e forma 1 almag ucun senedleri tegdim edib, 44 azn rusum odemiwem. hal hazirda mene forma 1 vermekden shifahi shekilde imtina edirler ve natamam tikiliye kupca almagimi teleb edirler. Ve bu teleblerini hence ile esaslandira bilmirler. Xahis edirem bu meselenin ganunla nece tenzimlendiyini bildiresiniz.’, ‘

 

Salam.

Yazdıqlarınızdan müəyyən etmək olar ki, torpağın natamam tikinti olan hissəsini satmaq niyyətində deyilsiniz (qeyd etdiyiniz kimi torpağa bütün tələb olunan sənədləriniz var). Və üzərində tikinti aparılmayan hissəsi ilə alış-veriş edirsiniz. Səlahiyyətli qurumdan  müraciətinizə yazılı cavab verməyi tələb edin. Və əgər rəsmi qaydada qanuni tələblərinizi yerinə yetirməsələr müvafiq qaydada yuxarı instansiyaya və məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-06

757  Gulshen (04-12-2010). Salam, size NMR sinin nisbi siyasi musteqilliyi bagli sual gondermeyimin sebebi bunu Ilqar Ceferovun Konstitusuyanin serhi adli kitabinda yazildigina goredir orada bele yazilib, amma men sizin fikriniz ile raziyam zehmet olmasa umumiyyetle nisbi siyasi musteqilliyin ve siyasi musteqilliyin ne demek oldugunu izah ede bilersiz?

Salam.

Hesab edirik ki, bu cür anlayışlarla (nisbi müstəqillik və s.) dövlətçilik üçün təhlükəlidir və Konstitusiyanın müddəalarına ziddir. Azərbaycan unitar dövlətdir (7-ci maddə). Unitar  (dövlət quruluş  forması) dövlətdə isə inzibati-ərazi vahidlərin ayrı dövlət statusu yoxdur. Vəssalam.

Azərbaycan müasir tarixi göstərir ki, Azərbaycanın təkib hissəsi sayılan inzibati-ərazi vahidlərinə nisbi sərbəstlik və  müstəqillik veilərkən nəticəsi faciəvi olur.

Və vətəndaş mövqedən çıxış edərək biz bu cür şərhlərə etiraz edirik.

 

2010-12-04

758  Imran (04-12-2010). Salam aleykum! Eger shexsi torpaq sahesinde natamam tikili varsa(butun senedlerin qaydasinda olmagi sherti ile),torpagin mueyyen hissessinin satilmasina kimse(dovlet orqanlari) gadaga qoya bilermi?Teshekkur edirem!

Salam.

Xeyr. Qadağa qoya bilməz (bəzi müstasna halları istisna olmaqla). Konstitusiyaya və Mülki Məcəlləyə əsasən mülkiyyət toxunulmazdır. 

Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-06

759  Murad (06-12-2010). Men cinden komputer getizdirirem amma gomruk rusumlarin bilmirem ve nece edeceyimi de bilmirem komek edin

Salam.

Oxşar suallar verilmişdir. Və biz onları cavablandırmışdıq. Bu kifayət qədər geniş mövzudur. Rüsumlar maların növendən fərqli ola bilər və mal nomenklaturasından asılıdır (adətən 15% olur). 

Məsləhətxananın 725, 181 və 22-ci (ətraflı) suallarına nəzər yetirin.

Sualınıza görə təşəkkür edirik.

2010-12-07

760  Nana (06-12-2010). Salam. Kupcali evle orderli evin ne ferqi var.hansi huqiqi neticeler verir?

Salam.

Əvvəla qeyd etməliyik ki, \"kupca\" rus sözüdür.Azərbaycan dilində daha dəqiq daşnmaz əmlakın dövlət  qeydiyyatı haqqında Çıxarış (və ya Çıxarış) demək düzgün olardı. 

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yəni həmin çıxarış hansı bir daşınmaz əmlaka dair sizin mülkiyyət hüququnuzu təsdiq edir.

Sərəncamlar və orderlər və s  sadəcə dövlət qeytiyyatı üçün üçün əsaslar hesab olunur (maddə 8).

Sualınıza görə təəkkür edirik.

2010-12-06

761  Kamran (06-12-2010). Salam! Erle arvadin birge nikahi dovrunde elde olunan emlak, sonradan bagishlama muqavilesi esasinda emlakin yeni mulkiyyetchisi kimi resmileshdirilmesi uchun erin, yaxud arvadin adina keche bilermi? Notarius bu muqavileni tesdiq etmekden, birge mulkiyyet oldugunu esas tutaraq imtina edir. Teshekkur edirem.

Salam.

Notarius öz hərəkətlərini əsaslandırmalıdır. Əgər tərəflərin bu cür iradəsi var notarius sadəcə bu iradəni rəsmiləşdirməlidir. Onsuzda əgər bu əmlak nigah dövründə əldə olunubsa ər-arvadının birgə mülkiyyəti hesab olunur (Ailə Məcəlləsinə əsasən). Ona görə də kimin adına olması o qədər də əhəmiyyət kəsb etmir. Ər-arvadın bir-birinə qarşı olan etibardan asılıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-07

762  İlqar (06-12-2010). Salam. Bir evdə yaşayan 2 qardaş (hər ikisi ailəlidir, uşaqları var) yola getmirlər. Bu qardaşların atası və anası rəhmətə gedib, bacıları hamısı ər evindədir. Balaca qardaş evi satıb ayrılmaq istəyir, böyük qardaş isə evin satılmasına mane olur (gah deyir satılmağına razı deyiləm, və ya deyir ki, satılsa pulun 60 faizi mənimdir). Münasibətlər son həddə çatıb. Sizin məsləhətinizə ehtiyacım var. Qanuni yolla böyük qardaşı evin satılmasına məcbur etmək olarmı? Və yaxud məhkəmə yolu ilə evi bölmək (5 otaqlı bina evidir, 1-ci mərtəbə) olarmı? Öncədən təşəkkürümü bildirirəm!

Salam.

Qanun üzrə bütün vərəsələr bərabər paya malikdirlər (Mülki Məcəllənin 1159-cu maddəsi). Ona görə də həm qardaşınız həm bacılarınız bu miras əmlaka iddia edə bilərlər. Əgər bacıların iddiası yoxdursa onda onların notariat qaydada təsdiq edilmiş mirasın qəbulundan imtina barədə ərizələri olmalıdır. Əgər vərəsələr mirasın bölgüsündə mübahisə yaradırsa, məhkəməyə müraciət etmək məqsədə uyğundur. Birdə qeyd edilməlidir ki, əgər vəsiyyətnamə yoxdursa bütün vərəsələr bərabər hüquqa malikdir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-07

763  Elibala (07-12-2010). Salam! Kecmis Azerbaycan vetendasi, rusiya dovletinin vetendasligini qebul etdikden sonra herbi xidmete cagrilarsa, ve herbi qullugu Russiyada basa vurarsa. Azerbaycan res-nin vetendasligini berpa etdirerse o yeniden Azerbaycan Res-si erazisinde yeniden herbi xidmete cagrila bilermi?

Salam.

Baxmayaraq ki, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti tanınmır. Vətəndaş digər dövlətin vətəndaşlığını qəbul etsə də belə Azərbaycan vətəndaşlığını itirmir (Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanuna əsasən). 

Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.

Yox əgər Azərbaycan vətəndaşlığından rəsmi qaydada çıxmısınızsa (Qanunun 16-cı maddəsinə əsasən), onda qanunda nəzərdə tutulmuş prosedurları keçməlisiniz. 

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 8-ci maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı elan olunduqdan sonra 20 gün müddətində qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə uçotda olduğu hərbi komissarlığa, hərbi uçotda olmayan çağırışçılar isə yaşayış yeri üzrə hərbi komissarlığa gəlməlidirlər.

Deməli əgər siz hərbi xidməti keçmizinizsə birdə keçmək ehtiyac yoxdur.

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-07

764  Nəbi (07-12-2010). Şəxsiyyət vəsiqəsi sənədləri təqdim edəndən neçə gün müddətində verilməlidirmüraciət

Salam.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-07

765  Elvin (07-12-2010) salam men 2009 cu ilde xirdalan sheherinde 1.5 sotlug erazide tikilmish 3 otagli evi etibarname esasinda satin almisham. Sonradan melum olub ki bu evlere verilmish mulkiyeti tesdig eden sened (kupca) 2008-ci ilde mehkeme qerari ile legv olunubmush. İndi biz qeydiyyata dushmek ucun absheron rn polis shobesine muraciet etdik lakin onlar bize bu senedle qeydiyyata dushmeyin qeyri mumkun oldugunu dediler. İndi biz bu senedi yenilemek ucun ne etmeliyik? qeyd edimki hal hazirdA BIZ HEC BIR YERDE QEYDIYYATDA DEYILIK VE FAKTIKI BUTUN HUQUQLARIMIZDAN MERHUM YASHAYIRIQ

Salam.

Mürəkkəb məsələdir. Ev ilə bağlı alqı-satqı hərəkətləri edərkən sənədlərə diqqət yetirmək lazım idi. Amma artıq işdən keçibsə siz məhkəməyə müraciət etməlisiniz, sizə daşınmaz əmlakı satan şəxsi bu məhkəmə işinə cəlb etməlisiniz. Müəyyən olunmalıdır ki, hansı əsasla daşınmaz əmlaka dair Çaxarış ləğv olumuşdur və hal-hazırda həmin daşınmaz əmlaka mülkiyyət hüququ kimə məxsusdur.

Daşınmaz əmlakla bağlı sənədlərə xüsusi diqqət yetirmək lazımdır. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-08

766  Elçin (07-12-2010). Salam. Belə sualim var: Mən şirkətdə işləyirəm gənc hüquqşunasam. Məhkəmə şirkətmizin qaldırdığı mülki işdə bizim xeytrimizə qətnamə çıxarıb. Amma cavabdeh iddia etdiyimiz məbləği hələ ki ödəməyib 2 ay keçib. Mən (biz) nə etməliyəm kimə müraciət edimki həmin pul bizə ödənsin. Əvvəlcədən minnətdaram xahiş edirəm münkün qədər tez cavab verin.

Salam.

Əgər qeyd etdiyiniz müddət keçibsə və cavabdeh şəxs apellyasiya instansiyasına müraciət etməyib onda məhkəmə aktı qüvvəyə minməli idi. Bununla bağlı məhkəmə icraçılarına (hal-hazırda icra məmurlarına) müraciət etmək məqsədə uyğundur. Əgər məhkəmə aktının icrası gecikdirilirsə onlara yazılı müraciət etməlisiniz və İcra haqqında Qanunun 13-cü maddəsinə riayət etməsini tələb edin. Əks təqdirdə siz həm yuxarı instansiyaya, həm məhkəməyə onların hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edə bilərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-08

767  Sabina (07-12-2010) Salam. Gəncə şəhərində qeydiyyatdayam. Hal-hazırda Bakı şəhərinə qeydiyyata düşmək istəyirəm. Pasport stolda Bakıda dedilər ki biz əvvəlcə Gəncədə qeydiyyatdan çıxmalıyıq. Gəncədə də deyirlər ki ordan birici çıxarmalıdırlar o zaman avtomatik biz Gəncədə qeydiyyatdan çıxacayıq. Bilmək istərdim hansı doğru deyir. Bizim Gəncəyə gedib qeydiyyatda çlxmağımıza ehtiyac varmı? Əvvəlcədən minnətdaram.

Salam.

Bu cür sualları dəfələrlə cavablandırçışıq. Məsləhətxananın 616, 602, 513, 220, 189, 86, 83, 47 sualları.

Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Qərarı var.

Həmin qərara əsasən yaşayış yeri olmayan vətəndaşlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməməsi Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinin müddəalarının pozulması kimi qəbul oluna bilər. Bu müddəalara əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Bununla belə, Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər.

Və hətta tövsiyə vermişdir - Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşların xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirə salınmadan təşkil etsin.

Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Belə ki, eyni problemlə rastlaşan Ukrayna və Belarusda bu məsələnin həlli üçün müəyyən yaşayış yeri olmayan şəxslərin regional qeydiyyat mərkəzləri yaradılmışdır.

Hal-hazırda bu cür mərkəzlər mövcud deyil və dövlət tərəfindən daimi yaşayış yeri olmayan şəxslərin qeydiyyatı yalnız müəyyən normativ aktlarda nəzərdə tutulan şəxslər üçün bu mümkündür (polis əməkdaşları, hərbiçilər, vərəm xəstələri, narkoloji xəstələri üçün). Lakın həmin Konstitusiya Məhkəməsinin əsas tutaraq polis və yerli icra hakimiyyət orqanlarına müraciət edə bilərsiniz. Həmçinin məhkəmə qaydasında da müraciət etmək mümkündür.

Bu qədər.

2010-12-09

768  Rufat (08-12-2010). Salam. Hal-hazirda yasadigim babama mexsus heyet evine heyat yoldasimi yasayis yeri kimi qeydiyyata saldirmaq isteyirem. Nezerinize catdirmaq isteyirem ki, menin Sexsiyyet Vesiqemde Yasayis yerim basqa unvandi ve babam ve nenem vefat edibler ve mulkiyyeti tesdiq eden senedlerde itirilib ve arxivdende bu senedler tapila bilinmediyi ucun alina bilmeyib. Bu halda men muvafiq olaraq hansi addimlari atmali ve ne qeder dovlet rusumu odemeliyem ki, heyat yoldasimi faktiki yasadigim unvana qeydiyyata salim.

Salam.

İlk öncə siz daşınmaz əmlak üzrə siz hüquqlarınızı tanıtdırmalısınız. Bunun üçün notariat orqanlarına rəsmi müraciət etməlisiniz və yeganə vərəsə kimi (əgər belədirsə) mirası qəbul etməlisiniz.Notarius bunu mümkün hesab etməsə rayon üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etməlisiniz və mülkiyyət hüquqlarınızı tanıtdırmalısınız. Daha sonra həmin məhkəmə qətnaməsinə əsasən siz daşınmaz əmlak dövlət reyestr xidmətində Çıxarış ala biləcəksiniz və həyat yoldaşınızı yaşayış yeri üzrə qeydiyyata ala biləcəksiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-10

769  Fərhad (08-12-2010). Hər vaxtınız xeyir. Sualım uşaq doğulması ilə əlaqədar birdəfəlik müavinətlə olacaqdır. 09.06.2010 tarixində bir övladım dünyaya gəlmişdir. Həmin müddətdə mən işləmirdim, yoldaşım isə Tibb universitetində 6-cı kurs tələbəsi idi. Sənədləri hazırlayıb təqdim edəcəyim müddətə qədər, yəni iyunun sonu yoldaşım Universiteti bitirdi. Hazırda o işləyir. Mən isə işləmirəm. Uşaq pulunu almaq üçün DSMF müraciət etdikdə həyat yoldaşımın işlədiyinə gorə müavinəti ordan alacağımızı bildirdilər. Lakin yoldaşımın iş yerindən bildirirlər ki, bu pulu uşaq doğulduğu zaman bizdə işləmədiyinə görə verə bilmərik. Belələklə 2 dövlət idarəsi arasında qalmışıq. Hazırda nə etməliyik? Hansi quruma müraciət etməliyik? Ümumiyyətlə o pulu almağa hüququmuz varmı? Təşəkkürlər.

Salam.

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərmana uyğun olaraq uşağın anadan olmasına görə müavinət - 75 manat təşkil edir.

Sosial müavinətlər haqqında Qanunun 7.0.12-ci maddəsinə əsaən  uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən verilmiş arayış təqdim edildikdə təyin edilir.

Həmin qanunun 9.3-cü maddəsinə əsasən uşağın anadan olmasına görə üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri) tərəfindən təyin edilir və ödənilir.

Ərizə ilə yaşadığınız yer üzrə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə müraciət edin. Əgər 10 (on) gün ərzində (maddə 10.4) qərar qəbul etməsələr yuxarı instansiyalara və məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-10

770  Nana (08-12-2010). Salam. Xarici vetandas azerbaycanli ile resmi evlenib. Azerbaycan vetendasliqini almaq isteyirse ne etmelidir ve bu mumkundurmu?

Salam.

Azərbaycan Respublikasının vətəndaşlığın qəbul edilməsi son zamanlar dövlət tərəfindən mürəkkəbləşdirilib. Və bu münasibətlər Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunu ilə tənzimlənir. İlk öncə əcnəbi (xarici vətəndaş) müvəqqəti yaşamaq üçün icazə almalıdır. Daha sonra azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan şəxsdə immiqrant statusu almaq hüququ yaranır.

Beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan şəxsdə vətəndaşlığı almaq hüququ yaranır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-09

771  Nezire (08-12-2010). Salam, mumkunse mene komek ederdiniz. Men yoldasimla bosanmaq isteyirem, amma hele resmi olaraq bosanmamisiq. Bu halda men oz cehizlerimi erimin evinden geri goture bileremmi? Yoldasim deyir ki, bosanma erizesini getir,sonra cehizlerini apar. Xatirladiram ki, biz kirayede qaliriq.

Salam.

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Əgər nikah pozulduğu zaman hansı bir mübahisə yaranarsa məhkəmə tərəfindən həll olunmalıdır. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-10

772  Nezire (08-12-2010). Salam, xahis edirem bu sualima da cavab vererdiniz. ata ovladinin qeydiyyatda oldugu yerde yasamaq huququ varmi?(atanin qeydiyyati basqa yerdedir)

Salam.

Bu artıq həmin yaşayış yerin sahibindən (mülkiyyətçinin) iradəsindən asılıdır. Əgər həmin yaşayış yerində qeydiyyatda olması barədə etiraz etmirsə qala bilər. İcazə yoxdursa qala bilməz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-10

773  Kerim (08-12-2010) Salam. Vesiyyet uzre verese olan kesin diger vereselerden ustunluyu nededir?

Salam.

Mülki Məcəllədə vəsiyyət üzrə və qanun üzrə vərəsələr nəzərdə tutulur. Belə ki, 1170-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

Vəsiyyət üzrə vərəsə hər bir şəxs ola bilər (hətta kənar şəxs də ola bilər). 

Amma qanun üzrə vərəsələr yalnız 1159-cu maddədə göstərilən şəxslər ola bilər.

1193-cü maddəyə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Misal (10 000 manat) üçün miras dörd qardaş arasında bölünməli idi. Qanun üzrə hərəsinə mirasdan 14 hissə (2500 manat) düşür. Lakın vəsiyyət üzrə miras keçir kənar şəxsə (misal üçün atalarının məşuqəsinə). Deməli hər bir qardaş yalnız 18 hissəyə (1250 manat) iddia edə bilər.

Sualınıza görə təşəkkür edirik.

774  Kerim (08-12-2010). Menzil sahibi hemin menzilde qeydiyyatda olan diger kesleri qeydiyyatdan cixara bilermi?

Salam.

Bu yalnız məhkəmənin qətnaməsi ilə mümkündür (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsi). Mülkiyyətçi hökmən məhkəməyə müraciət etməlidir..

Sualınıza görə təşəkkür edirik.

2010-12-09

775  Arif (08-12-2010). Salam.Necesiniz?Hec vaxt emek kitabcasi olmayan,ve hec bir yerde resmi islemeyen,qocaliga gore muavinet ala bilermi?

Salam.

Sosial müavinətlər haqqında Qanunun 1.0.2-ci ,7.0.2-ci maddələrinə əsasən  əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət verilir (62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər). 

 

Sualınıza görə təşəkkür edirəm

 

2010-12-09

 

776  Bahruz (08-12-2010). Salam. İtmiş sənədlərlə bağlı (məs: çıxarış və.s) hansı polis şöbəsinə və hansı qəzetə muraciət etmək lazımdır? Əvvəlcədən təşəkkür edirəm

Salam.

Ayrı-ayrı sənədlər üçün fərqli tədbirlər görülür. Misal üçün bəzi ciddi hesabat blankları itirildikdə bu barədə 3 nəfərin imzası ilə akt tərtib olunmaqla, qəzetə (əsas odur ki, KİV olsun) elan verilir və həmin blankları itirən  subyektinin qeydiyyatda olduğu yer üzrə müvafiq orqanlara məlumat verilir (DİN, vergi və s.). Bəzi hallrda itirildikdə cərimə ödənilir (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s.). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-11

777  Babek (09-12-2010) salam. Ailə boşandiqdan sonra uşağın Azərbaycan Respublikasının qanunları çərçivəsində ata ilə görüşməsinin şərtlərini mənə bildirmənizi xahiş edirəm. Təşəkkür edirəm

Salam.

Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

Sualınıza görə təşəkkür edirik.

2010-12-12

778  Zaur (09-12-2010). Mən öz soyadımı dəyişdirə bilərəm? Dəyişdirdikdə hər hansı bir soyadı götürə bilərəm? Ata adımı özümə soyad götürə bilərəm? Əgər yuxarıda qeyd etdiklərimdən hansı isə mümkündürsə bunun üçün nələr etmək lazımdır?

Salam.

Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Mülki Məcəlləniin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.

Bu məsələ ilə bağlı  məhkəmə (rayon) müraciət etməlisiniz.

Sualınıza görə təşəkkür edirik

2010-12-12

779  Tehran (09-12-2010) Salam.Mən bir il 3 ay bundan əvvəl ailə qurmuşam.amma yoldaşımın yaşı tutmadığında görə rəsmi nigahı kəsə bilmədik. iki ay bundan əvvəl yoldaşımın yaşı doldu və mən nigahın qeydə alınması üçün qəsəbəmizdəki İcra nümayəndəliyinə müraciət elədim.Ancaq oradan mənə dedilər ki,sən bundan bir il əvvəl ailə qurmusan və sənin uşağın da var ona görə sənin nigahını qeydə ala bilmərik.Ancaq 75 AZN versən sənin işini həlledərik deyirlər.Yani məndən 70 azn rüşvət istəyirlər.Rüşvət vermək istəmirəm amma nə edəcəyimi də bilmirəm. Xaiş edirəm mənə yol göstərəsiniz. Bəri başdan sizə öz minnətdarlığımı bildirirəm.

Salam.

Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Dövlət rüsumu haqqında Qanunun 12.1-ci maddəsinə əsasən nikahın qeydə alınması üçün 5 manat rüsum tutulur.

Korrupsiya hallarına yol verilirsə Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyaya və digər hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz.

Sualııza görə təşəkkür edirik.

 

2010-12-12

780  Anar (09-12-2010). Salam. Sualım belədir: Məhkəmə qərarı ilə (xuliqanlıq maddəsi) mənim işlədiyim yerindən iki ay ərzində maaşımnan 15% hökümətə köçürüləcək. Bu işi icra edən məhkəmə icraçısı mənə deyir ki, cəza həyata keçiriləndən sonra, yəni iki ay pul köçürüləndən sonra, müvafiq mərkəzə məktub göndərilməlidir ki, mənim işim tam bitmiş olsun, yəni mən xaricə getmək istəsəm, məni sərhəddən qaytarmasınlar, bu məktuba görə də o məndən pul rüşvət istəyir, yoxsa mən Azərbaycandan heç yerə çıxa bilmərəm. Doğrudur ki, cəza həyata keçiriləndən sonra belə bir məktub olmalıdır, yoxsa o məni aldadır?

Salam.

Bu məsələ ilə əlaqədar icra şöbəsinin rəhbərliyinə və qətnamə çıxardan məhkəməyə yazılı müraciət edə bilərsiniz və cəzanın icra olunması şərtləri barədə məlumat tələb edə bilərsiniz. Onların məlumatı (yazılı cavab məktubu) artıq sizə müvafiq addımlar üçün əsas olacaq. Korrupsiyaya yol verən səlahiyyətli şəxs barədə isə Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyaya və məhkəməyə məlumat verə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-12

781  Qedir (09-12-2010) Salam. Qardasimi ozel unversitetlerin birinden 1 kursu bitirdikden sonra dovlet unversitetine kocurmusuk.Onun senedlerini ozel unversitet vermir, 2 kursun tehsil haqqini teleb edir. O unversitete daxil olarken universitetle bagladigi muqavilede\" telebe basqa unversitete kocurulerse novbeti ilin tehsil haqqi odenilmelidir\" gosterilmisdir. Bu muqavilenin huquqi quvvesi var? Biz novbeti ilin tehsil haqqini odemeliyik?Birde bilmek isteyiremki o muqavile imzalanarken qardasimin 17 yasi var idi, 18 yasi olmadigi ucun o muqavile etibarsiz sayilmir ?

Salam.

Mübahisəli məsələdir. Amma haqlı mövqeyiniz var. Mülki Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir (emansipasiya baş verməyibsə, misal üçün hər iki valideynin razılığı).

Əgər öz fikrinizdə iddialısınızsa məhkəmədə bu məsələni mübahisələndirə bilərsiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-12

782  Vaqif (09-12-2010) Salam. Mən yeni ailə qurmaq istiyirəm. Soyadım Yusifovdur, mən bunu dəyişib Yusifzadə etmək və həmçinin gələcək xanımımın da mənim soyadıma keçməyin istəyirəm. Bunun üçün hara getməliyəm və hansı sənədləri toplamalıyam. Birdə mümkünsə bunların dövlət rüsumlarını bilmək istərdim. Əvvəlcədən minnətdaram. Uğurlar.

Salam.

Bununla bağlı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına və ya məhkəməyə müraciət etməlisiniz (əgər birinci halda alınmadısa). Daha ərtaflı Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarından məlumat ala bilərsiniz.

 

Dövlət rüsumu haqqında Qanunun 12.3-cü maddəsinə əsasən soyadın, adın və ata adının dəyişdirilməsininqeydə alınması üçün 3 manat dövlət rüsumu verilir.

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-12

783  Vaqif (09-12-2010). Yenədə salam. Mən ailəmlə yaşayıram. Bu yaxında evlilik həyatı quracam. Ailədə dörd nəfərik (atam,anam,qardaşım və mən), xanımımla beş olacağıq. Həmçinin bizimlə bibimdə qalır. o ikinci qrup əlildi. Onun bütün hüquqların bilmək istiyirəm. Təşəkkürlər.

Salam.

Necə yəni bütün hüquqları? Əgər daşınmaz əmlakla bağlıdırsa, o artıq mövcud sənədlərdən asılıdır (mülkiyyət hüququnu təsdiq edən haqqında). Əgər əlildirsə müvafiq qaydada dövlətdən müavinət ala bilər və s.

Bu qədər.

2010-12-12

784  Adsız (10-12-2010). Salam. Usaq anasinin qeydiyyatda oldugu menzilden pay apara bilermi?

Salam.

Əgər ananın qeydiyyatda olduğu mənzilə mülkiyyət hüququ varsa əlbəttə ki, vərəsə kimi uşaq gələcəkdə bu mülkiyyətə iddia edə bilər.

Bu qədər.

2010-12-12

785  Əfqan (10-12-2010) Mən 1987-ci ildə rusiyada imtaha verərək sürücülük vəsiqəsi almişam. 2000-ci il tarixdə sürücülük vəsiqəmin vaxti bitdiyi üçün, rusiyada sürücülük vəsiqəmi imtahansız dəyişdirmişəm. 2000-ci ildən Azərbaycanda yaşayıram və Azərbaycan vətəndaşıyam. Bu il 2010-cu ildə sürücülük vəsiqəmin müddəti bitdiyi üçün vəsiqəmi dəyişdirməliyəm. Mən Rusiyada aldığım sürücülük vəsiqəmi Azərbaycanda dəyişdirmək üçün imtahan verməliyəm, yaxud imtahansiz dəyişdirmək mümkündür? Xahiş edirəm bu haqqda mənə məlumat verəsiniz. Qabaqcadan sizə təşəkkürümü bildirirəm.

Salam.

Mürəkkəb məsələyə çevrilə bilər. Çünki, Yol hərəkəti haqqında Qanunun 34-cü maddəsinə əsasən xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamışsürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

Lakın Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnaməyə əsasən xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Respublika ərazisində müvəqqəti yaşayan xarici vətəndaşların malik olduğu etibarlılıq müddəti keçməyən milli sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər.

Ona görə də yuxarıdakıları nəzərə alaraq, əgər sürücülük vəsiqənizin etibarlıq müddəti bitməyibsə, tərcümə edin, notarial qaydada təsdiq edin və DYP orqanlarına müraciət edin. Sizə yeni sürücülük vəsiqəsi asanlaşdırılmış qaydada verilməlidir.

 

Sualınıza görə təşəkkür edirik.

2010-12-13

786  Cəlaləddin (10-12-2010) Boşandıqdan sonra övladlarımın başqa dövlətə (müvəqqəti və ya daimi olaraq)getməsinə icazə verməyə bilərəm? Qeyd etmək istəyirəm ki, alimentləri vatı-vaxtinda keçirirəm və mənə uçaqlarla görüşməyə keçmiş həyat yoldaşım tərəfindən şərait yaradılmır və maneələr törədilir! Əvvəlcədən minnətdaram!!!

Salam.

Bu artıq sizin iradənizdən asılıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-15

787  ILQAR (11-12-2010) Salam. Rayon məhkəməsinin qətnaməsinə əsasən keçmiş arvadimin anamın mülkiyyətçisi olduğu mənzildə yaşamaq hüququ tanınıb. 1999-cu ildə olan nigahımızdan iki övladımız olub. Qətnamədə mən və anam cavabdeh kimi göstərilib. Mən hal hazırda həmin mənzildə qeydiyyatda deyiləm.(Son zamanlara qədər mən də, həmin mənzildə qeydiyyatda olmusham). Keçmiş arvadım isə heç vaxt həmin mənzildə qeydiyyatda olmayıb. Qətnamədə göstərilən ünvanda anam, atam, bacım qeydiyyatdadır. Bilmək istərdim belə bir vəziyyətdə mən nə dərəcədə cavabdehlik daşıyıram? Cavabdehlikdən azad olmaq üçün mən nə etməliyəm?

Salam.

Əgər hesab edirsinizsə əsasınız var, onda Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilərsiniz. Bunun üçün məhkəmədə vəsatət qaldırmalısınız.

Sualınıza görə təşəkkür edirik.

2010-12-15

788  ILQAR (11-12-2010). Salam. Məhkəmədə yalandan üzümüzə durublar. Guya qardaşım boşandıği arvadı vurub. Halbuki belə bir şey olmayıb. Əks tərəf məhkəməyə yalançı şahid dəvət edib və o bildirib ki, guya qardaşım köhnə arvadına zor tətbiq edib. İş polis idarəsi tərəfindən məhkəməyə göndərilmişdi. Məhkəmə sonda bu cinayət işinə baxaraq bizə 200 manat cərimə kəsdi. Yenə qeyd edirəm ki, belə bir şey olmayıb. Bilmək istərdim günahsızlığımızı necə sübut edə bilərik. Üzümüzə yalandan duran şəxsi necə cəzalandırmaq olar? Bizə qarşı qalxan cinayət işini necə ləğv etmək olar?

Salam.

Şahidlərin ifadələri məhkəmədə sübut kimi tanına bilər. Siz şahıdin yalan ifadə verməsini sübut etməlisiniz. Sübut edə bilsəniz ki, şahid yalan ifadə verib onu məsuliyyətə cəlb etmək olar. Bunun üçün digər şahidlərin işə cəlb olunmasını təşkil etməlisiniz və ya digər sübutlar əldə etməlisiniz (audio, video yazılar). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-15

789  Aynur (11-12-2010). Salam. Girovqoyanın ölümündən sonra kreditorla ölmüş şəxsin vərəsələri arasında hüquq münasibətləri necə davam edir? Girov qoyulmuş əmlak vərəsəlik qaydasında başqa şəxsə keçdikdə borc və girov müqavilələri üzrə münasibətlərin davam etməsi üçün tərəflər hansı hərəkətləri etməlidirlər? Bu zaman girov qoyulmuş əmlaka vərəsəlik qaydasında sahib olan şəxslə kreditor arasında yenidən girov müqaviləsi bağlanmalıdırmı?Əvvəlcədən təşəkkürlər.

Salam.

Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Yeni müqavilənin bağlanmasına ehtiyac ola bilər çünki müqavilə üzrə mühüm dəyişikliklər baş verib və şərtlər tərəflər arasında razılaşdırılmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-15

790  Elnur (11-12-2010) Bilmək istəyirdim yarım-zirzəmi binanin qeyri yaşayış hissəsinin kupçasının dövlət rüsumu neçəyədir? Obyektin ümumi sahəsi 27 kvm dir

Salam.

Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar rüsumlar Dövlət rüsumu haqqında Qanunun 26-cı maddəsində göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2010-12-15

791  Natiq (12-12-2010). Salam sizi bir sualla narahat edim. Əgər ər ölübsə evi həyat yoldaşının adına kemirilməsi üçün nə qədər dövlət rüsmü ödənilməlidir? Yevlaxda bu məbləğ 200 manatdır. Bununla bağlı kimə müraciət edə bilərik?

Salam.

Bunun üçün məhkəməyə müraciət edə bilərsiniz. Aidiyyəti rüsumlar Dövlət rüsumu haqqında Qanunun 26-cı maddəsində göstərilib. Həyat yoldaşının mülkiyyət hüquqlarının tanınması üçün həmin yaşayış yerində qeydiyyatda olan müvafiq razılıq ərizələri olmalıdır, notariat qaydada vərəsəliyi qəbul etməlidir, digər vərəsələr varsa, onların da razılığı olmalıdır. Daha sonra daşınmaz əmlakın dövlət reyestr xidmətinə (rayon üzrə) mülkiyyət hüquqları qeydə alınmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-15

792  Kazim (12-12-2010 ) Salam olarsan mene yazin (Konyuktor) ne demekdir? cox sagolun

Salam.

Konyuktor daha çox riyazi anlayışdır. Diqqət yetirin.

Həmçinin elektron məntiqli qurğunu da belə adlandırırlar. Amma hüquq ilə heç bir bağlılığı yoxdur.

Bu qədər.

2010-12-13

793  Ceyhun (12-12-2010). Salam. az.res. prezidenti eks prezident haqqinda ittiham ireli sure biler? bu cur huququ var?

Salam.

Konstitusiyaya əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması Milli Məclisinin səlahiyyətinə aiddir (maddə 95, bənd 12).

Sualınıza görə təşəkkür edirik.

2010-12-12

794  Orxan (13-12-2010). Xahiş edirəm, bildirəsiniz: Qeyri-rezidentlərin Azərbaycan respublikasında şəxsiyyətini təstiq edən sənədlər hansılardır? Təşəkkür edirəm.

Salam.

 

Fikirləşirik ki, Vergi Məcəlləsinin 13.2.6-cı maddəsinun müddəasını digər normativ aktlar ilə qarışdırırsınız. 

Məsləhət görürük ki, Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Qanunla və Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları ilə tanış olasınız.

Sualınız görə təşəkkür edirik.

2010-12-13

 

795  Kerim (13-12-2010) Salam. Menim size vereselik barede sualim olacaq.Xahis ederdim yardim edesiniz.1.Vesiyyet uzre verese teyin etdikde emlakin en coxu(maksimum)nece faizini vesiyyet etmek olar?2.Mecburi vereselikde qardasla bacinin payi beraber olmalidirmi?3.Hansi emlaki verese kimi vesiyyet etmek olar?Tesekkur edirem.

Salam.

Mülki Məcəllənin 10-cu bölməsinə diqqət yetirin.

1. Vəsiyyət üzrə bütün əmlakı vəsiyyət etmək olar (amma məcburi payı nəzərə alsaq, məcburi pay alana ona düşə biləcəyi əmlakdan yarısına iddia edə bilər). 

2. Bəli bütün vərəsələrin bərabər hüquqları var.

3. Vərəsə əmlakı qəbul edir. Miras qoyan isə vəsiyyət edə bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-12-15

796  Kamran (13-12-2010). Salam! Azerbaycan Respublikasinda daimi yashayan vetendashligi olmayan shexs, Azerbaycan Respublikasinin vetendashligina qebulla bagli vesatet qaldirdigi halda, daimi yashayish vesiqesinin muddetinin uzadilmasina gore dovlet rusumunun odenilmesinden azaddirmi? Teshekkur edirem.

Salam.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrin (onu əvəz edən sənədlərin) müddətin uzadılması ilə bağlı rüsumlar Dövlət rüsumu haqqında Qanunun 14-cü maddəsində göstərilib.

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-15

797  Qurban (13-12-2010). Salam. Yenede men bextsiz Qurban. Ev meselem yene de probleme cevrildi. Bele ki, 36 menzilli binanin temeli atilib amma bina resmen QARABAQ elilleri ve sehid aileleri ucundu, menim kimi umumi elil ucun yox. Men 2 il bundan qabaq muraciet etmisdim rayon icra hakimiyyetine, mene resmen mektub yazmisdilar ki, sizi menzil novbesine yazmisix novbenizi gozleyin. Men de 2 ildi onun-bunun evinde, zulmle qalaraq novbemi gozledim, indi de Emek ve sosial mudafie nazirliyi mene yazib ki, hemen menziller Qarabaq elileri ve sehid aileleri ucun nezerde tutulmusdur, menzil probleminizle baqli rayonunuzun icra hakimiyetine muraciet etmeyiniz meslehet goruruk. Men de yeniden ray.ic.hakimiyetine muraciet etdim, cvb geldi ki, QARABAQ elilleri ve sehid aileleri ucun tikilen binanin temeli atilmisdir ve tikinti basa catdiqdan sonra size melumat verilecekdir. Daha yazmiyiblar ki, sene ev verilecek, yaxud yox. indi bilmek isteyirem ki, nazirliyin yuxarida mene yazdiqi cvbdan sonra, ray.ic.hakimiyeti hemen binadan mene’, ‘

 

Salam.

Onların cavabından sizə yaşayış verməyi barədə nəticə çıxartmaq olmur. Buna görə də müxtəlif interpretasiya etmək olar. Əgər qeyd olunan binada yaşayış sahəsini əldə etmək hüququnuz varsa çalışın rəsmi mətublarla bu məsələni aydınlaşdırın. 

Bu qədər.

2010-12-16

798  Arif (13-12-2010) Salam. Poct gonderisi itdikde mesuliyyet nezerde tutulurmu? Bu halda gonderisi qebul etmeli kes kompensasiya ala bilermi?

Salam.

Poçt haqqında Qanunun 17-ci maddəsinə əsasən Poçt rabitəsi operatorları istifadəçilər qarşısında  maddi məsuliyyət daşıyırlar (daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında və s.).

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-16

799  Enfal (13-12-2010) Eger neve nenesinin mulkunde qeydiyyatdadirsa, bu halda neve nenesinin mulkiyyetinden pay almaq huququ varmi?

Salam.

Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (vərəsəlik hüququ ilə bağlı).

Qeydiyyatda olub-olmamağınız mülküyyət hüquqlara aidiyyəti yoxdur. Gərək həmin daşınmaz əmlaka müvafiq qaydada istifadə hüququnuz qeydiyyata alınsın, yalnız bundan sonra gələcəkdə kompensasiya almaq hüququnuz yarana bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-12-16

800  Nergiz (13-12-2010). 20 ildi xirdalanda yasayiriq evimiz heyet evidi amma senedsizdi. Kupca almaq neceye basa geler?

Salam.

Həmin daşınmaz əmlakdan uzunmüddətli istifadə etdiyiniz üçün  bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-16

801  Hafiz (13-12-2010). salam bilmek isterdim orta mektebde Qacqinlara ders yuku ile ustunluk varmi?

Salam.

Belə bir üstünlük qanunvericilikdə nəzərdə tutulmayıb.

Bu qədər.

2010-12-16

802  Elshad (13-12-2010) Salam. Evvela teshebbusunuzu alqishlayiram. Umid edirem ki, bu layihe cemiyyetimizin huquqi maariflendirilmesi sahesinde oz rolunu oynayacaqdir. Menim sualim beledir: Hazirda yashadigim menzili ipoteka vasitesile elde etmishem, ve menzil ipoteka girovudur. Men kohne yashayish qeydiyyatimdan (yasamal) chixaraq bashga unvanda yerleshen oz menzilime (yasamal) qeydiyyata dushmek isteyirem. Menzilin Chixarishi (kupcasi) menim adimadir. Menzilin ipoteka girovunda olmasi menim ve heyat yoldashimin oraya qeydiyyata dushmeyine her hansi bir mehdudiyyet yaradirmi. Hal-hazirda menzilde qeydiyyatda olan yoxdur. Cavabiniza gore teshekkurler.

Salam.

Xeyr qeydiyyat üçün heç bir məhdudiyyət yoxdur. Sadəcə Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdikdə digər yaşayış yeri üzrə qeydiyyatdan çıxarılırsınız. Yaşayış yeri qeydiyyata alınmağınız mülkiyyət hüququnuza təsir etmir. Mülkiyyət toxonulmazdlr.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-16

803  Samir (13-12-2010). Salam men davamli olarag Turkiyeden turk pulu getirirem Azerbaijan Respublikasina. Men bilmek isteyirem ki, ne geder meblegde gomrukden Azerbaijana Turk liresi getire bilerem ? Evvelceden teshekkur edirem.

Salam.

Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydalarının 3-cü bəndinə əsasən Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.

Lakın həmin qaydalarda göstərilən prosedurlara riayət edilməlidir (bəyannamələr və s.)

Sualınıza görə təşəkkür edirik.

2010-12-16

 

804  Rufat (14-12-2010). Salam. MTN-nin emekdaslari hec bir esas gostermeden evinde oturan bir sexsi gelib zorla evinden aparib islemediyi bir cinayetde ittiham edib izahat yazdirmalari ne qeder qanuna muvafiqdir? Eger bu hereket qanunsuzdursa qanunla bu nece olmalidir? Evvelceden tesekkurler.

Salam.

Bu faktla bağlı mütləq hüquq mühafizə orqanlarına müraciət edilməlidir və məsələ araşdırılmalıdır (MTN-nin rəhbərliyi, prokurorluq, DİN və s.). Əgər bu cür tədbirlər əsassız və qanuna zidd həyata keçirilibsə səlahiyyətli şəxslər məsuliyyətə cəlb olunmalıdır.

Bu qədər.

2010-12-16

805  Nana (15-12-2010). Salam. Memur kimdir?

Salam.

Oxşar sual Məsləhətxananın 442-ci sualında cavablandırılmışdır. 

Dövlət qulluqçusu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır (Dövlət qulluğu haqqında Qanunun 14-cü maddəsi).

Dövlət məmurun anlayışı qanunvericilikdə göstərilməyib (yalnız icra məmuru). Lakın belə başa düşmək olar ki, bu dövlət qurumlarında çalışan, amma dövlət qulluqçusuna aid olunmayanlardır (misal üçün dövlət fondların işçiləri, Mərkəzi Bank işçiləri və s.)

Sualınıza görə təşəkkür edirik.

2010-12-16

806  Vusal (15-12-2010) Salam Hörmətli De-jure! Mənim sualım ondan ibarətdir ki, Beynəlxalq Distributorluq müqaviləsi bağlamaq üçün hansı normativ hüquqi aktlardan istifadə etmək lazımdır?

Salam.

Bu cür münasibətlər adətən Mülki Məcəllənin 35-ci fəsli (FRANÇAYZİNQ) və 43-cü fəsli (KOMMERSİYA KONSESSİYASI) ilə tənzimlənir. 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-16

807  Vusal (15-12-2010). Salam De-yure! Hwquqi sexsin qanuni temsilcinin deyismesi ucun hansi senedler teleb olunur?

Salam.

Əgər təmsilçi etibarnamə əsasında fəaliyyət göstərirsə həmin etibarnaməni birtərəfli qaydada ləğv etmək və yeni etibarnamə ilə digər şəxsi nümayəndə kimi müəyyən etmək (səlahiyyətləri həvalə etmək). Etibarnamə hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir. Əgər təmsilçi direktordursa. Onda hüquqi şəxsin təsisçilərin müvafiq qərarı olmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-16

809  Ceyran (15-12-2010). Salam !Müvəqqəti şəxsiyyət vəsiqəsi “7 No.-li formanı necə ala bilərəm?

Salam.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 6-cı bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət etmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal qeydiyyata alınır. Həmin orqan müvafiq şəxsiyyət vəsiqəsi verilənə qədər vətəndaşa — Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd və vətəndaşlığı olmayan şəxsə — Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd verir.

 

Bütün zəruri  formalar həmin normativ akta əlavə olunub.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-16

810  Sürəyya (15-12-2010). Salam. Mən 1979-cu ildən Xətai rayonunda qeydiyyatla yaşayıram. 66 saylı Mənzil İstismar Sahəsindən plan sxem var. Mən necə mülkiyyət hüququ əldə edə bilərəm?

Salam.

Bütün mövcud olan sənədlərlə Daşınmaz Əmlak Dövlət Reyestr xidmətinə müraciət etməlisiniz (bütün zəruri sənədlərlə bağlı Məsləhətxananın 1, 5, 6 və s suallarından məlumat ala bilərsiniz). Mümkün olmadıqda məsələ məhkəmə vasitəsilə  həll olunmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-16

811  Hafiz (15-12-2010). Salam men aztelecom ADSL xidmetinden istifade edirem avqust ayinda ATS-de problem olduqunda menim internet xettim bir ay on gun islemedi indi mene hemin hemin islemeyen ayin abune haqqini teleb edirler xahis edirem bu barede mene yol goseresiz bu duzgundur ya yox.

Salam.

Bununla bağlı xidmət göstərən şirkətə ərizə ilə müraciət etməyiniz məqsədəuyğundur və yaranan problemi izah etməlisiniz və əsaslandırmalısınız. Əgər danışıqlar yolu ilə məslə həll olunmasa məhkəməqaydasında həll oluna bilər. Ola bilsin ki, tərəflər bu halı qarşısıalınmaz qüvvə kimi qiymətləndirə bilər. Bununla bağlı razılığa gəlsəniz mütləq müqaviləyə razılaşma əlavə olunmalıdır və ya akt hazırlanıb imzalanmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-16

812  Natiq (15-12-2010). Salam evvelceden sualima cavab verdiyiniz ucun tesekkur edirem. Size notarius haqqinda yazmisdim biz evi bababm rehmete gedib onun adindan nenemin adina kecirtmek ucun Dovlet Emlak komitesi 49 kvadrtat yasayis sahesi olan ev ucun 600 yeni manat isteyir, natarius komitesi ise tesdiq ucun 200 manat.onu qeyd edim ki butun oivladlar gelib vereselik verib hec bir ovlad pay istemir bunu oz imzalari ile tesdiq edib. bunun dovlet rusmu ne qederdir? kime muraciet edek.bunlar ozlerinden razi halda kime muraciet edirsiniz edin deyir budur pulu verin. eger biz ada kecirmesek olarmi, kohne kubcadir bizde evin seneti. musteqil dovletde musteqil yasaya bilmirikse hansi xarici teskilata uz tutaq bilmirik. Cenab prezidentimiz her cur serait yaratdigi Azerbaycanda ozbasinaliqlar qurtarmaq bilmirki bilmir. Tesekkur edirem bize aciq aydin komeklik etmeyinizi xais edirem

Salam.

Dövlət rüsumu haqqında Qanunun 26-cı maddəsində daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasıilə bağlı rüsumlar göstərilib, o cümlədən notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun dərəcələri həmin Qanunun 10-cu maddəsində göstərilib.

Həmin rüsumlara dövlət qurumları riayət etməlidir və onlardan kənara çıxa bilməz. Hüquqlarınız pozulduğunu müəyyən etmisinizsə həmin qurumların rəhbərliklərinə və məhkəməyə müraciət etməkdən çəkinməyin.

Sualınıza görə təşəkkür edirik.

2010-12-16

813  Kerim (16-12-2010) Salam. Ruhi eseb xestesi olan ovladi vesiyyetle mulkiyyete verese teyin etmek olar?

Salam.

Sual qeyri aydındır.

Lakın ola bilsini ki, vəsiyyət sərəncamının icrasının qeyri-mümkünlüyünü nəzərdə tutursunuz.

Mülki Məcəllənin 1227-ci maddəsinə əsasən vəsiyyət sərəncamı vərəsə tərəfindən sağlamlıq vəziyyətinə və ya digər obyektiv səbəblərə görə yerinə yetirilə bilmədikdə vərəsənin iddiası üzrə etibarsız sayıla bilər.

Bu qədər.

2010-12-16

857  Ilqar (21-12-2010). Salam DEJURE. Size hedsiz minnətdarlığımı bildirirəm. Sizə iki sualım daha var. 1)845-ci sualda qeyd etdiniz ki, rəsmi müraciətimi təsdiq edən sənədi özümdə saxlayım.Mən də isə belə sənəd olmayıb. Belə olan halda nə etməliyəm? 2)2011-dən sizin saytda hüquqi yardım ümumiyyətlə olmayacaq,yoxsa online hüquqi yardım pullu olacaq? Pullu olacaqsa ödəniş hansı formada həyata keçiriləcək? Sizə bir daha təşəkkürümü bildirirəm.

Salam.

Sual 845.

1. Sualda qeyd etmişdiniz ki, yazılı şəkildə müvafiq quruma müraciət etmisiniz. Həmin yazılı müraciətin göndərilməsi haqqında sənəd xəbərnamə və ya sənədin qurum tərəfindən qəbul edilməsi barədə digər sənəd (misal üçün əslini verib surətinə \"qəbul etdim\" sözləri yazıldıqda) ola bilər.

2. Pullu xidmətlərin nə cür olması hələ də müzakirə edilir. Ola bilsin ki, elektron köçürmə yolu ilə mümlün olacaq (kredit kart və s.), və ya aylıq abonent xidmət olacaq (kim ki, elektron köçürməsinə etibar etmir və ya bacarmır), o zaman aylıq ödəniş etməklə ay ərzində 5-10 sual verməyə iqtidarında olacaq. Müxtəlif variantlar var, onlaar müzakirə olunur.

Suallarınıza görə təşəkkür edirik.

2010-12-23

814  Bextiyar (17-12-2010) salam. menim babam mene butun ne mulku varsa vesiyyet edib notariat qaydada..ve onun adinda olan ticaret obyekti de.. hemin obyekti hacibala abutalubov verib. Men onu oz adima kecire bilerem?

Salam.

Əgər daşınmazəmlak üzrə sizə (və ya babanıza) məxsusluğunu təsdiq edən sənədlər varsa əlbəttə ki, mülkiyyət hüquqlarınıza tanıtdıra bilərsiniz.

Bu qədər.

2010-12-17

815  Kamran (17-12-2010). Salam! Zehmet olmasa munasibet bildirmekle yardimchi olasiniz. Mecburi dovlet sosial sigorta haqlari dereceleri \"Sosial sigorta haqqinda\" AR Qanununun 14-cu maddesi ile mueyyenleshdirilir. Rayon shobesinden bu meblegin hazirda 25,50 AZN-e qeder yukseldiyi bildirilir. Bu yaxinlarda televiziya vasitesile Nazirliyin resmi numayendesi bu meblegin 15,00 AZN oldugunu bildirmishdir. Bilmek isteyirem, fiziki shexsler konkret olaraq, ne qeder sosial sigorta haqqi odemelidirler? Teshekkur edirem.

Salam.

Doğrudanda Sosial sığorta haqqında Qanunun 14-cü maddəsinə diqqət yetirmək lazımdır. Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir.

Minimum aylıq əməkhaqqının artırılması haqqında  Sərəncama (№ 1078 saylı) əsasən minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin

Deməli digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 17 manat ödəməlidir (85 manatın 20%-i).

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

816  Ceyran (17-12-2010). Salam! Valıdeynlərin saxlanması üçün oğlumdan aliment tututlması haqqa məhkəməyə müraciət etmişəm. Cavabdeh məhəməyə gəlməyib. DİN-in BROMİ-nin MAPS şöbəsinin verdiyi arayışa gərə Bakıda qeydiyyatdadır. Lakin həmin ünvanda yaşamır və MİS-də qeydiyyatdan keçməyib. Proses necə getməlidir?

Salam.

Mülki Prosessual Məcəlləsinin 148-ci maddəsinə əsasən aliment alınmasıi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə borcludur. Bununla bağlı vəsatət də qaldıra bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

817  Leyla (17-12-2010). Salam. Men 1 ildir yoldaşimdan ayrılmışam 5 yaşında oğlum var Evli oldugum vaxt qeydiyyatda olmamişam Mulk yoldaşimin atasinin adinadir Daha dogrusu ölen nenesinin adina oldugundan meni qeydiyyata salmadilar Bilmek isteyirem oglum varis sayila bilermi Boyudukde ona atasi razi olmasa bele ona evden pay dushe bilermi. Evvelceden teshekkurler

Salam.

Əgər atalığı sübut olunubsa (doğum haqqında şəhadətnamə və s.) əlbəttə ki, vərəsə kimi valideynin mülkiyyətinə (mirasına) iddia edə bilər (Mülki Məcəllənin 1159-cu maddəsi).

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

818  Leyla (17-12-2010). Viza anlayışı nedir ve niye tetbiq olunur Vizasi leğv olunmuş olkeye tekce pasportla getmek olurmu Meselen qonşu Rusiya ve Turkiyeye

Salam.

Vizası əcnəbilərə ölkənin ərazisinə ümumi qaydada gəlmək üçün verilir. Onun etibarlıq müddəti birdəfəlik giriş-çıxış üçün üç gündən üç ayadək, çoxdəfəlik giriş-çıxış üçün isə — bir ildən iki ilədək müəyyən olunur (müddətlər fərqli ola bilər). Azərbaycanda bu münasibətlər Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Qanun ilə tənzimlənir.

 

Əgər dövlətlərarası müqavilələr varsa viza tələb olunmadan ölkələrə giriş-çıxış mümkündür. Adətən 1 və ya 3 ay (viza müddətinin uzadılması ilə əlaqədar aidiyyəti qurumlara müraciət etmək lazımdır). Misal üçün Türkiyəyə bu müddət 1 aydır (vizasız).

 

Sualınıza görə təşəkkür edirik. 

 

2010-12-18

819  Leyla (17-12-2010). Men yoldaşimdan ayrildiqdan sonra uşagin yetkinlik yaşina kimi mendedir Men uşaği serhedden kenara cixara bileremmi Atasindan icaze mumkundurmu Atasinin icazesi olmasa Mehkeme yolu ile bu nece ola biler

Salam.

Bu məsələ valideynlərin razılığı ilə həll olunmalıdır, çünki valideynlərin bərabər hüquqları var.

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

820  Leyla (17-12-2010). Men sizi gereyinden cox narahat etdim Amma isteyirem butun suallarima cavab alimBir de yoldaşima uşagi gormek ixtiyari verilmeyib O mehkemeye muraciet etse ona hansi hallarda uşagi gormeye izin vererler ve evinde saxlaya bilermi ve ayda nece defe,

Salam.

Əgər tərəflər razılığa gəlməsə, bu məsələ məhkəmə tərəfindən həll olunmalıdır və müəyyən görüş qrafiki müəyyən edilə bilər. Əgər ata valideynlik hüququndan məhrum  edildikdə valideyn uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını itirirlər (Ailə Məcəlləsinin 66-cı maddəsi). Lakın bu onu aliment öhdəliklərindən azdad etmir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

821  Bextiyar (17-12-2010) salam babamin mene harada yerleshmesinden ve neden ibaret olmasindan asili olmayaraq vesiet etmishdir.dovlet notariat qaydada.indi 2007-de rehmete gedib.hacibala abutalibov 1997-ci ilde ona 4x3m olcude ticaret obyektinin tikintisine icaze vermishdir ve hemin serencam indi mendedir ve men indi hemin ticaret obyektinin tikintisi yarimciq qalib. men indi isteyirem onu basha catdiram. indi hal hazirda vesiyyetname ve 1997-ci ilde verilmish serencam mendedir.. men onun tikintisini nece davam etdire bilerem...bir de hara muraciet etmeliyem..cox xaish edirem hara erize yazmaq lazimdisa ve hansi senedlerin toplanmasi lazimdirsa mene komeklik gostererdiniz....

Salam.

Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakın 1248-ci maddəsinə uyğun olaraq mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Bununla bağlı məhkəməyə müraciət (rayon üzrə) etməlisiniz və vərəsəlik hüquqlarınızı tanıtdıra bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

822  Ilqar (17-12-2010). Salam. Bilmək istəyirəm ki,maşın sürmək üçün etibarnamə aldıqda onu DYP-də qeydiyyatdan keçirmək məcburidirmi? Eşitdiyimə görə sürmə etibarnaməsi alanın yaşayış qeydiyyat yeri etibarnaməni verənin yaşayış qeydiyyatı ilə eynidirsə buna ehtiyac yoxdur. Bu doğrudur? Bir də DYP-də bunu qeydiyyatda keçirərkən dövlət rüsumu nə qədərdir? Sağ olun. Cavabınızı gözləyirəm!

Salam.

Notariat haqqında Qanunun 17-ci maddəsinə əsasən etibarnamələr dövlət notariusu tərəfindən təsdiq olunur.  Dövlət rüsumu haqqında Qanunun 10.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün dövlət rüsumu 10 manatdır (yaxın qohumlar üçün 5 manat). Hər bir halda etibarnaməyə ehtiyac var (bir etibarnamədə bir-neçə şəxs göstərilə bilər).

Sualınıza görə təşəkkkür edirik.

2010-12-18

823  Gulshen (18-12-2010) salam, cinayet huququnda gosterilirki qesdin iki novu olur birbasa ve dolayi qesd. Bunlarin tovsife tesiri olur ve ya cezanin teyini zamani mehkeme nezere alir ?

Salam.

Bəli. Və bu Cinayət Məcəlləsinin 25-ci maddəsində göstərilib. 

Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Qəsd təqsirin bir növüdür (24-cü maddə). 

Lakın Cinayət-Prosessual Məcəlləsinin 223-cu maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti olmalıdır. 

Deməli qəsd tiqsirin forması kimi cəza təyin edilməmişdən əvvəl müəyyən olunur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

824  Gulshen (18-12-2010) Salam, orden ve medali ne ferqi var? yeni hansi hallarda orden verilir hansi hallarda medal ?

Salam.

Orden (lat. ordo — sıra, qayda) xüsusi xidmətlərə görə verilən fəxri mükafatı və  fərqlənmə nişanıdır.

Medal (qədim yun. μέταλλον - damar, mədən) - adətən dəmirdən və dairəvi forması olan xüsusi xidmətlərə görə verilən fərqlənmə nişanıdır. 

Daha dəqiq məlumat Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Qanunla tanış olmaqla əldə əldə edə bilərsiniz. 

Hər bir orden və ya medalın hansı hallarda verilməsi (statutu, təsviri və s.) ayrı-ayrı qanunlarla müəyyən edilir (misal üçün, “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında, “Diplomatik xidmətdə fərqlənməyə görə” medalının təsis edilməsi haqqında qanunlar və s.). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

 

825  Gunay (18-12-2010). Salam. sualima tez cavab vermeyiniz umidi ile yaziram. Menim vekilimi bir ozel shirket mennen icazesiz reklamda istifade edib. Bbunu qanuni yolla nece hell ede bilerem??? Tazminat ala bilerem???

Salam.

Əgər vəkil ilə müqavilədə bu şərt nəzərdə tutulubsa bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırım ki, vəkil müstəqil fəaliyyət göstərir (Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 15-ci maddəsi).

Sualınıza görə təşəkkür edirik.

2010-12-18

827  Asəf (18-12-2010). Salam. Mənə bir şəxs 70 illik müddətinə etibarnamə ilə torpaq verib. Etibarnamədə göstərilib ki, həmin şəxs torpağın satılması, bağışlanması üçün bütün səlahiyyətlərini mənə verib. Mən torpağı qardaşıma satmaq istəyirəm. Həmin şəxsin arvadının razılıq ərizəsi var. Orada mülkiyyət hüququ olmayan 18 yaşlı övladının razılığı vacibdirmi? Həmin şəxsə torpaq subay olarkən verilib. Əvvəlcədən təşəkkür edirəm

Salam.

Nəzərinizə çatdırım ki, etibarnamə birtərəfli əqddir və birtərəfli qaydada ləğv oluna bilər. İki tərəfli müqavilə bağlamağınız məqsədə uyğundur (alqı-satqı, bağışlama və s.). Və mülkiyyət hüququnuz müvafiq qaydada dövlət qeydiyyatına alınmalıdır. Əks təqdirdə dövlət bu hüquqları tanımıya bilər (mübahisə yaransa).

Bundan başqa Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasn yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.

Buna görə də yalnız yetkinlik yaşına çatmış ailə üzvlərin razılığı lazımdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

829  Ilham (19-12-2010). Salam hormetli vekiller. 4 il once qiz ustunde qonsu ile dalasdim. Qonsunu doydum. Haqqimda cinayet isi qaldirildi. Polis mustentiqi menden 3 min pul istedi isi baqlamaqa. 3 min verdim. Isi baqlamadi ve yeniden dedi ki, 3 minle duzelen deyil ve 2 minde elave pul istedi. Pulum olmadi. Men hemise sezon islerinde Rusiyaya gedib isleyirem. Mustentiqle razilasdimki, men Rusiyaya gedib yay sezonunu isleyib pul getirib isi baqlayam. Mustentiq meni aldatdi ve men Rusiyaya gedenden 3-4 ay sonra meni axtarisa verdiler. Guya men Rusiyaya qacmisam. Prokror 10000 manat pul istedi. Dedi ki is mehkemelikdir ve bu pul bir nece yere bolunmelidir. 1 il once Rusiya vetendasligini qebul etmisem. Axtaris sobesinden mene deyirler ki, sen cerez notarius rus pasportunun kopiyasini yolla bize axtarisi goturek. Sonra isini baqlayaq. Bir defe aldada bilar meni ve ikinci defe bu aldanmaqimi istemirem. Xais edirem deyesiniz ki, axtarisi goturulmeye rus pasportunun kopiyasi lazimdirmi? Bu ne derecede duzdur?

Salam.

İş kifayət qədər mürəkkəbdir. Və əgər bütün bunlar həqiqətə uyğndursa hüquq mühafizə orqanlarının nə qədər korrupsiyaya uğramasını göstərir. Bütün bu faktların sübutları mövcuddursa Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya müraciət etməyiniz məqsədəuyğndur.

Bütün qeyd olunan hərəkətlər qeyri-qanunidir (cinayət tərkibləri mövcuddur), o cümlədən sizin hərəkətləriniz. Bundan başqa digər ölkənin vətəndaşlığının qəbul edilməsi Azərbaycan vətəndaşlığına xitam vermir (bünün üçün müvafiq prosedurlar var).

Xahiş edirik diqqətli olasınız. 

2010-12-20

831  Terlan (19-12-2010). Salam. Sualim beledir. Ata ölüb. Atanın 3 övladı var. 2 oğlan 1 qız ve arvadı. Torpaq sahesi alıb sağ ikən vəsiyyətnamə isə yoxdur. Bu halda miras ve ya mülkiyyət necə bölünəcək?

Salam.

Bununla bağlı Məsləhətxanada bir-çox sualları cavablandırmışıq. Əgər vəsiyyət yoxdursa məsələ Mülki Məcəllənin 63-cü fəslinə uyğun olaraq həll olunmalıdır.

Belə ki, Ailə Məcəlləsinə (maddə 32) uyğun olaraq nikah dövründə əldə edilmiş mülkiyyət ər-arvadın birgə mülkiyyətidir. Və arvadının artıq bu daşınmaz əmlakın yarısına iddia edə bilər. Ölənin uşaqları və həyat yoldaşı isə vərəsə kimi bərabər hüquqlara malikdir.

Qanun üzrə vərəsələr arasında miras aşağıdakı kimi bölünməlidir:

Miras 4 yerə bölünür. Misal üçün mirası 100 rəqəmi ilə əvəz edək. 50 artıq ölənin həyat yoldaşına məxsusdur. Qalır 50. 

50 isə öz növbəsində dörd yerə bölünür. Hər vərəsəyə bu rəqəmdən 12,5 düşür. Belə ki, ölənin həyat yoldaşına 62,5 düşməlidir. Digər vərəsələrə isə 12,5.

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

832  Terlan (19-12-2010) Salam. Size daha bir sualim var.Hamilə qadını işdən çıxarmaq olar yoxsa yox?

Salam.

Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğv olunması qadağandır (70-ci maddəsinin \"a\" bəndi (müəssisə ləğv edildikdə)  və 73-cü maddəsi istisna olmaqla (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası)).

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-20

833  Elibala (19-12-2010) Salam! Eger hansisa bir dovlet orqanina poct vasitesiyle mektub gonderildikde, ona cavab gonderilmesi barede qanunda gun mueyyen olunmusdurmu? Ve ya cavab gelmemesine gore poctdan gelen xeberdarliq vasitesiye mehkemeye sikayet etmek olarmi? Sag olun!

Salam.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanunun 10-cu maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır.

 

Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar.

 

Əgər bu Qanunun tələbləri pozulubsa və sizdə bunu təsdiq edən sübutlar varsa təbii ki, məhkəməyə müraciət edə bilərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-20

834  Aytən (19-12-2010) Salam. Sizə müraciətimizin başlıca səbəbi nikahla bağlıdır. Qardaşım ailəlidir. Lakin hökumət nikahı yoxdur. Bununla əlaqədar, 2 ay öncə Sumqayıq şəhər VVAQ idarəsinə ərizə vermişdi. 1ay sonra nikaha girməli idilər. Lakin üzürlü səbəbdən 1 ayın tamamında gedə bilmədilər. Bu yaxınlarda, yəni ərizə verdiklərindən 2 ay keçmiş getdikdə isə 1 ay gecikdikləri üçün yenidən ərizə verib 1 ay sonra gəlmələri göstərişi verilib. Diyirlər gecikdiyiniz üçün indi vermək mümkün deyil. Təcili lazım olduğunu bildirdikdə “hörmət” müqabilində 2 həftəyə verəcəklərini bildirdilər. Bu qanuni baxımdan nə dərəcədə doğrudur?? Biz heç bir əlavə “hörmət”siz, ərizəsiz geçikməyimizə baxmayaraq, bu vəsiqəni indi ala bilərikmi?? Yoxsa, təzədən ərizə yazdırıb 1 ay gözlətməklə onlar haqlıdırlar?? Xatırladım ki, vəsiqə bizə təcili lazımdır. daha 1 ay gözləmə imkanı bizim zərərimizədir. Onu da qeyd edim ki, bunun üçün lazımi dövlət rüsumunu banka ödəmişik.Öncədən təşəkkürlər...Allah razı olsun...

Salam.

Xüsusilə bu məsələlərlə bağlı yeni blok açılmışdır (Nikahın qeydə alınması qaydası).

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 3.8-ci bəndinə əsasən nigah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır.

Qaydanın 3.9-cu bəndə uyğun olaraq üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

Qaydanın 3.11-ci bəndə uyğun olaraq Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzürlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir. Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir.

Əgər hüquq pozuntulara yol verilirsə Ədliyyə Nazirliyinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya müraciət edə bilərsiniz.

Çalışın gecikmələrə yol verməyin ki, bu hallar baş verməsin. Əgər üzrlü səbələrdirsə yazılı şəkildə qeydiyyat şöbəsinə müraciət edin.

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

835  Aytən (19-12-2010). Salam. Atam xırda ticarətçi kimi pensiya fonduna Məcburi Sığorta ödəyir. Lakin, bu vaxtadək bilməyib ki, bu ödənişə görə kart almalıdır. İndi isə pensiya fondu kartı gec götürdüyü üçün atamı cərimə etmək istəyir. Bu nə dərəcədə doğrudur?? Qanuni baxımdan düzdürsə, bu cərimə nə qədər olmalıdır??? Balaca bir mağazada tək işləyən fiziki şəxsin məcburi sosial sığortası aylıq nə qədər olmalıdır???Bu üç suala aydınlıq gətirməyinizi rica edirik.Öncədən təşəkkür...

Salam.

Oxşar sualı Məsləhətxananın 815-ci sualında cavablandırmışıq. Belə ki, Sosial sığorta haqqında Qanunun 14-cü maddəsinə diqqət yetirmək lazımdır. Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir.

Minimum aylıq əməkhaqqının artırılması haqqında  Sərəncama (№ 1078 saylı) əsasən minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin

Deməli digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 17 manat ödəməlidir (85 manatın 20%-i).

Məsuliyyət barədə:

İnzibati Xətalar Məcəlləsinin 246-cı maddəsinə əsasən az miqdarda vergilərin və məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə və ya mühasibat uçotunun aparılmasının müəyyən edilmiş qaydalarının pozulmasına görə— 

 

  • inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.

 

Həmin Məcəllənin 257-2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası qaydalarının mütəmadi olaraq pozulmasına görə - 

 

  • fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-20

836  Leyla (20-12-2010). Xarici pasport almaq ucun hansi senedler teleb olunur ve hara teqdim olunmalidir

Salam.

Oxşar suallara dəfələrlə cavab vermişik. Misal üçün Məsləhətxananın 689,  653, 574, 334, 239, 226 suallarına baxa bilərsiniz.

Ölkədən getmək, ölkəyə gəlmək  və pasporlar haqqında Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.Ölkədən getmək, ölkəyə gəlmək  və pasporlar haqqında Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.“Dövlət rüsumu haqqında” Azərbaydan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 (iki) gün müddətində verildikdə - 40 manat müəyyən edilmişdir.Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.

Bu qədər.

2010-12-20

837  Ceyran (20-12-2010) Salam! Mülki Prosessual Məcəlləsinin 148-ci maddəsinə əsasən aliment alınmasıi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə borcludur. Bununla bağlı vəsatət də qaldıra bilərsiniz. Vəsatətin yazılış forması necə olmalıdır? Xahiş edirəm cavablandırın.

Salam.

Bağışlayın amma bu artıq pullu xidmətlərə aiddir. Qeyd etməliyik ki, vəsatət Mülki Prosessual Məcəllənin müddəaların tələblərinə  uyğun hazırlanmalıdır.

Sualınıza görə təşəkkür edirik.

 2010-12-20

838  Ceyran (20-12-2010) Salam! Valıdeynlərin saxlanması üçün oğuldan aliment neçə il əvvələ tutula bilər və bunun üçün məhkəməyə hansı sənədlər təqdim olunmalıdır.

Salam.

Ailə Məcəlləsinin 100-cü maddəsinə uyğun olaraq aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəməyə müraciət edərkən iddia ərizəsi, dövlət rüsumu və ərizəyə əlavə olunmuş sənədlər (sübutlar) təqdim edilməlidir. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

839  Nana (20-12-2010) Salam. Evi alanda natariusda tesqiq olunmaqla muqavile baqlanir. Evin pulu odenilir ve ondan nece faizse dovlete kecirilir. o faizi ev alan odeyir ya satan ve hara odeyir notariusa???? Ve bu ne ile tenzimlenir ve nece faiz odenilir??

Salam.

Oxşar suala Məsləhətxananın 728-ci sualında cavablandırmışdıq. 

Belə ki, Notariat haqqında Qanunun 74-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.

Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Qeyd etdiyiniz faizlər fərqli ola bilər və bank tərəfindən həyata keçirilən xidmət haqqı hesab olunur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-20

840  Vasif (20-12-2010). Salam! DIN-de işe düzəlmək üçün tibb komisiyyasından keçmək lazımdır. Tibb komisiyyasından keçmek üçün ne qeder dovlət rüsumu ödəmək lazımdır?

Salam.

Bir çox hüquq mühafizə qurumlarının nəzdində öz xüsusi tibb komissiyaları mövcuddur və onarın keçirilməsi üçün dövlət rüsumları tələb olunmur. Tibb arayışları isə adi qaydada alınır.

Bu qədər.

2010-12-21

841  Samir (20-12-2010). Salam. Belə bir sualim var. Məntəqə tipli cəzaçəkmə müəsisəssində cəza çəkən şəxs həmim çəzaçəkmə müəsissəsindən sərti azad edildikdə vaxti bitimiş (25 yaş tamama olmuş) şəxsiyyət vəsiqəsini dəyişmək üçün hansi sənədlərlə pasport qeydiyyat şobələrinə müraciət edə bilərlər. 

Salam.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 6-cı maddəsinə əsasən barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.

 

Həmin sənəd qaytarıldıqdan sonra artıq müvafiq tədbirlər görülür.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-21

842  Aydan (20-12-2010). Salam. Xarici pasportumun muddeti qurtarib (1 il olar). Yeniden pasportu almaq ucun hara muraciet etmeliyem. Xatirladim ki qeydiyyatim Qax rayonunadir, evvelki pasportumu Baki seherinde almisdim. Evvelceden minnetdarligimi bildirirem.

Salam.

Oxşar suallara dəfələrlə cavab vermişik. Misal üçün Məsləhətxananın 836, 689,  653, 574, 334, 239, 226 suallarına baxa bilərsiniz.

Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək cərimə nəzərdə tutulur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-21

843  Eldar (20-12-2010). Salam mən Azərbaycan vətəndasi əcnəbi (RF) vətən dasi ilə ailə qurmusam, oda mənim soyadimi qəbul edib və indi istəyirik öz soyadina qayitsin. Onu nece etmək olar?

Salam.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına uyğun olaraq aparılır. Mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir.

Mübahisə yarndıqda məsələ məhkəmə tərəfindən həll olunur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-21

844  Orxan (20-12-2010) salam serhed qosunlari akademiyasina qebul harada kecirilir sertler nedi maxsimum yas heddi necedir?

Salam.

Bu barədə məlumatı siz aşağıdakı əlaqə vasitələri ilə müəyyən edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Türkan qəsəbəsi, Dövlət Sərhəd Xidməti Akademiyası.

Əlaqə telefonları:

(012) 565-81-34,   (012) 459-59-40

Bu qədər.

2010-12-21

845  Ilqar (20-12-2010). Salam Dejure. Mənim evimin eliktrik sayğacı noyabr ayından işləmir. İşıq idarəsinə rəsmi müraciət etmişəm (ərizə ilə). Təxminən 10 gün sonra onlardan nümayəndə gəldi və mən ona sayğacın fırlanma mexanizminin işləmədiyini bildirdim. O isə bu barədə müdiriyyətə xəbər verəcəyini bildirdi. Ancaq o vaxtdan heç kim sayğacla maraqlanmayıb. Sualım belədir İşıq idarəsindən gəlsələr məni cərimələyə bilərlərmi? Mən artıq 2 aydır işıq pulu keçirmirəm, işığım isə yanır. Ümumiyyətlə məni təhlükə gözləyirmi? Cavabınızı gözlıyirəm,əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Əgər rəsmi müraciət etmisinizsə bunu təsdiq edən sənədi özünüzdə saxlayın (xəbərnamə və s.). Müvafiq məsuliyyətə cəlb etmək üçün mütləq əsas olmalıdır (İnzibati Xətalar Məcəlləsində göstərilən). Əgər bu əsas yoxdursa məsuliyyətə cəlb olunma qeyri-qanunidir.

Sualınıza görə təşəkkür edirik.

 2010-12-21

846  Ilqar (20-12-2010) Salam Dejure. Belə bir sualım var. Hər bir yaşayış evi(həyət evi) olan ailənin su ilə təhcizatı dövlətin hesabına olmalıdır yoxsa vətəndaş özü su çəkməlidir?Evin texpasportu və kupçası var.

Salam.

\"Azərsu\" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3-cü maddəsinə əsasən  Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatım və kanalizasiya xidmətini təşkil etmək məqsədilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyəti üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir.

 

Bu məsələ ilə əlaqədar həmin quruma ərizə ilə müraciət etməlisiniz. 

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-21

847  Ilqar (20-12-2010) Salam. 822-ci suala cavabda göstərdiyiniz məbləğləri notariusda ödəmək lazımdır yoxsa Dövlət yol polisində? Mən DYP-də həmin etibarnamənin qeydiyyata salınması üçün nə qədər rüsum tutulacağını öyrənmək istəyirəm.

Salam.

Həmin dövlət rüsumu notariusda ödənilməlidir.

DYP-da etibarnamə ilə bağlı heç bir rüsum ödəmirsiniz.

Bu qədər.

2010-12-21

848  Elibala (20-12-2010) Salam! Russiya vetendasi Azerbaycan Respublikasinda hansi senedlerle avtomob idare ede biler? Sag olun!

Salam.

Bu sahədə Azərbaycan vətəndaşları ilə yanaşı eyni hüquqlara malikdirlər, yəni sürücülük vəsiqəsi və nəzliyyat vasitəsinə aid sənədlər (tex. pasport, etibarnamə və s.). Sadəcə miqrasiya qanunvericiliyinə riayət etmək lazımdır (amma bu sahə yol hərəkət qaydalarına aidiyyəti yoxdur).

Yol hərəkəti haqqında Qanuna əsasən sürücü — hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-21

849  Ziya (21-12-2010). Salam. Noyabr ayının 27-de 5 avtomobilin toqquşması nəticəsində yol nəqliyyatı hadisəsi baş verib. Hadisə nəticəsində 4 zərərçəkmiş və 1 cavabdeh şəxs var. Dekabrın 16-da artıq inzibatı xətalar məcəlləsi ilə işə baxılıb. Cavabdeh 6 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edilib. Cavabdeh heç bir halda zərərçəmişlərə maddi ziyanı ödəmək fikrində deyil. Mülki iddia ilə məhkəməyə ərizə verməyə hazırlaşıram. Sualım bundan ibarətdir. 1 Məhkəmə çəkişməsi ən geci nə qədər davam edə bilər? 2.Sonuçda mənə dəyən maddi ziyanı ala biləcəyəmmi? 3. Cavabdeh adından olan mülkiyyəti gizlətməyə çalışır, bunun sonucu nece olacaq? Cavabınıza görə təşəkkü edirəm.

Salam.

1. Mülki Prosessual Məcəlləsinin 172.1-ci maddəsinə əsasən iddia ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Amma bu 1-ci instansiyasıdır. Daha sonra əgər cavabdeh tərəf şikayət etsə apellyasiya və kassasiya şikayətləri ola bilər.

2. Maddi ziyanın vurulması ilə bağlı sübutlar təqdim etməlisiniz (misal üçün təmir ilə bağlı qəbzlər, şahidlər, alınmış avadanlıqların qəbzi).

3. Cavabdehin əmlakna həbs qoyulması məqsədilə məhkəmədə vəsatət qaldıra bilərsiniz (iddianı təmin etmək məqsədilə). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-21

850  Aqshin (21-12-2010) Salam. Men 2 illik evliyem.Bakida 3-otaqli evimiz var. Ev arvadimin adinadir.Evi onun atasi alib. Ancaq bu hec bir resmi menbede gosterilmir. Ikimizde rayon qeydiyatindayiq, o evde qeydiyatda deyilik. Bilmek isterdim bosanma halinda o ev nece bolunecek? evladimiz yoxdur.

Salam.

Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-21

851  Ceyran (21-12-2010) Ailə Məcəlləsinin 100-cü maddəsinə uyğun olaraq aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Bəs hakim ananın iddia ərizəsi verildiyi gündən neçə il əvvələ oğuldan alımentin tutulması ilə əlaqədar qətnamə verə bilər. Hakimin bu qətnaməni verməsi üçün hansı sənədləri təqdim etməliyəm. Hakim iddia ərizəsi verildiyi gündən hesablayaraq ayda 100 manat aliment kəsmək istəyir. Bu məni qane etmir. Mənim 78 yaşım var. Oqlum isə məni 1992-ci ildən atıb gedib. Mənə baxmır. Mən onu əziyyət çəkib böyütmüşəm. İndi xərtəyəm. İddia ərizəsində 1992-ci ildən aliment tutulması barədə 2 dekabr 2010 cu ildə ərizə vermişəm. Dekabrın 29-u ikinci baxış olacaq. Xahiş edirəm kömək edin.

Salam.

Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Lakın 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Valideynin saxlanması üçün alimentin tutulması barədə Ərizə forması burda.

Sualınıza görə təşəkkür edirik.

2010-12-21 852  Nana (21-12-2010). Sualimi cavablandirdiqiniz ucun saqolun amma mene aydin olmadi faizi evi alan odeyir yoxsa satan xahis edirem mene bunu izah edin.’, ‘

 

Salam.

Sual 839.

Bu tərəflərin razılığı ilə tənzimlənir. Adətən pul vəsaitini köçürən şəxs bank xidmət haqqını köçürür. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-22

853  Elibala (21-12-2010). Sizden artiq derecede bir xahisim var. Azerbaycan Respublikasi ile Russiya Federasiyasi arasinda vetendasliq qebulu zamani herbi xidmete cagirisi ve ya herbi ucotu nizamlayan beynelxalq dereceli qanun movcuddurmu? Sebrsizlikle cavabinizi gozleyirem. Sag olun!

Salam.

Hal-hazırda bu cür münasibətlər qeyd olunan dövlətlər arasında tənzimlənmir.

Bu qədər.

2010-12-22

854  Elçin (21-12-2010). Salam. Şirkətimiz mülki qanunvericiliyə görə ziyan vuran şəxsi məhkəməyə vermək istəyir lakin qarşı tərəfin Azərbaycan Respublikasında qeydiyyatı yoxdur. İran İslam Respublikası vətədaşıdır. Biz hansi məhkəməyə müraciət etməliyik.?

Salam.

Həmin müqvilə mövcuddursa, müqavilədə mvafiq müddəa olmalıdır (hansi qanunvericiliyə uyğun olaraq mübahisə həll olunur). Əgər fərdi sahibkardırsa İnzibati-iqtisadi məhkəmədə, fiziki şəxsdirdə rayon məhkəməsinə müraciət edə bilərsiniz. Misal üçün Azərbaycan ərazisində əmlakı varsa, həmin əmlak yerləşdiyi yer üzrə də məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza göerə təşəkkür edirik.

2010-12-22

855  Orxan (21-12-2010) Salam! Men Sumqayit seherinde yasayiram. Menim yoldashim rayonda qeydiyyatdadir. Hemcinin bacim ve bacimin yoldashi da bizde qeydiyyata dusmek isteyir. Onlar ve yoldashim bize qeydiyyata dusherse evde 7 nefer olacayiq. Evimiz bina evidir ve kvadrati 72m kvadratdir. Ozelleshmis evdir. Bize qeydiyyat sobesinde bizden pul teleb edirler ki evinizin adam sayina gore kvadrati azdi. Buna gore bizden 50 manat teleb edirler. Birde yoldashimin rayondan bura qeydiyyata dushmek ucun ne senedler lazimdir shekil, evin kupcasi, aile uzvlerinin raziliq erizesinden bashqa? Cox sagolun.

Salam.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsində gödtərilib ki:

Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində \"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında\" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;

2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

və dövlət rüsumu.

Sələhiyyətli şəxslər korrupsiyaya yol verrsə hüquqmühafizə orqanlarına rəsmi müraciət etmək məqsədəuyğundur. Çünki Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilmişdir (köhnə Mənzil Məcəlləsinin 40-cı maddəsi). Hal-hazırda həmin Məcəllə qüvvədən düşüb və yeni Mənzil Məcəlləsi mövcuddur və orda yalnız yataqxana və manevr fondu yaşayış sahələri üçün məhdudiyyət qoyulub.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

856  Elibala (21-12-2010). Russiya dovletinde yasayan Azerbaycan vetendasinin, mueyyen bir vaxtdan sonra Azerbaycanin Russiyadaki sefrliyine notarial qaydada, Russiya vetendasligini qebul etmek meqsediyle, Azerbaycan vetendasligindan cixmasi barede yazili suretde muracieti, xitam sayila bilermi? Sag olun!

Salam.

Konstitusiyanın 109-cu maddəsinin 20-ci bəndinə əsasən vətəndaşlıq məsələlərinin həll edilməsi Prezidentə məxsusdur. 

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya  Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında  vəsatəti rədd edilə bilər.

 

Sualınıza görə tşəkkür edirik.

 

2010-12-23

858  Seymur (21-12-2010) Salam xahiş edirəm iddia ərizəsinin Dövlət rüsumunun nə qədər olduğunu deyərdiniz.

Salam.

Məhkəməyə verilən iddia ərizələrinin dövlət rüsumu iddia qiymətindən asılıdır (Dövlət rüsumu haqqında Qanunun 8-ci maddəsi). 

Misal üçün:

 

  • iddia qiyməti 110 manatdan çox olduqda - 20 manat;
  • iddia qiyməti 110 manatdan çox olmadıqda - 3 manat;
  • və s.

 

Qanunvericilikdə göstərilən bəzi hallarda dövlət rüsumu tutulmur.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-23

859  Arif (21-12-2010). Salam. Nece usaq atani herbi xidmetden azad edir (azad edirmi?)? Yas mehdudiyyeti varmi?

Salam.

Azad etmir, amma möhlət verir. Belə ki, Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında Qanunun 17-ci maddəsinə əsasən hərbi xidmətə çağırılanadək doğulmuş üç və daha çox uşağı olan şəxsə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

860  Asəf (22-12-2010) Salam. Sualıma cavab ücün təşəkkür edirəm. Lakin mənə bir şey tam aydın olmadı. Mənə etibarnamə ile verilən torpaq sahəsini özəlləşdirərkən birinci şəxsin yetkinlik yaşına çatmış, lakin həmin torpaqda qeydiyyatı olmayan övladının razılığı vacibdirmi??

Salam.

Sual - 827.

Cavaba diqqətlə baxın. \"...qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.\". Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslərin razılığın tələb olunması nəzərdə tutulmayıb. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

861  Ceyran (22-12-2010). Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçının məhkəməyə müraciət edənədək tədbirlər görməsinə nələr aiddir. Oğlumun aliment vermədiyini hansı kağızlarla sübut edim. Məhkəmə kağızlara əsaslanır. Xahiş edirəm kömək edin. Mən oğlumdan əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilməsini istəyirəm.

Salam.

Sual - 851.

İlk öncə məhkəmədə iddia qaldırın. Məhkəməyə qədər görülən tədbirlər tərəflərin hansı bir razılığın əldə edilməsi, məktubların göndəriləmsi. Əgər alimentin ödənilməsi barədə sənəd yoxdursa, artiq məhkəmə tərəfindən müəyyən edilmiş qayda tətbiq ediləcək.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

862  Orxan (22-12-2010). salam. daşınmaz əmlakı qeydiyyatdan kecirtmək isteyirem. butun senedler var sadece olaraq, bağ sahəsinde yararsıs tikili var evin plan cizgisi olmadiqindan bu işi yubandirirlar. 1 otaqli evdir evin plan cizgisini cekmek üçün kime müraciyyet etmek lazimdir və yaxud bu yararsız tikili olduğundan qeydiyyatdan keçitmək olar? (1 otaqli evin plan- cizgisini çekmək üçün nə qədər qövlət rusumu ödəmək lazımdır?)-bu hansı qanunla tənzimlənir?

Salam.

Tikintinin plan-cizgisinin hazırlanması üçün layihə təşkilatlara da müraciət edə biləcəksiniz. Həmin tikintinin layihəsi hazır olduğundan sonra həmin layihə müvafiq dövlət qurumu tərəfindən təsdiq olunur. Xatırladaq ki, torpaq üzrə hüquqların qeydiyyatı, üzərində olan tikinti üzrə qeydiyyatından fərqlidir və ayrı-ayrılıqda keçirilir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

863  Reshid (22-12-2010). Salam. xahiş edirəm mənə nazirlər kabinetinin 24 sentyabr 1996 cı il 129 saylı qərarı barədə məlumat verəsiniz.

Salam.

Həmin Qərar aşağıdakı Qərarla ləğv olunmuşdir:

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı.

Bu qədər.

 

2010-12-23

864  Elibala (22-12-2010) Salam! Qardasim RF-da, Petrozavodsk Dovlet Universitetinin huquq fakultesinin, eyani bolmesini 2006-ci ilde bitirib. Hemin diplom Azerbaycan Respublikasi erazinde qebul olunurmu? Allah razi olsun!!!

Salam.

Baxmayaraq ki, 13 may 2003-cü il tarixli 455-IIQ nömrəli Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş mövcuddur, həmin diplom Rusiya Federasiyasının təhsil sahəsində  müvafiq dövlət qurumu tərəfindən apostil ilə təsdiq olunmalıdır və daha sonra Təhsil Nazirliyində nostrifikasiya qaydalarına uyğun olaraq tanınmalıdır (bu saytdan öyrənə bilərsiniz).

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-23

865  Natiq (22-12-2010). Salam size oz minnetdarligimi bildirirem evvelce.Size yolladigim erizemle elaqedar yevlax erazi idaresine devet olundum. Vereselik edilmesi ucun lazimi senedleri teqdim etdim.xidmet haqqi ve dovlet rusmu melum edildi. Yevlax erazi idaresinden raziyam meseleme aydinliq getirildi, naraziligim yoxdur. Komekliyiniz ucun minnetdaram

Salam.

Sual - 812

Əgər köməkliyimiz dəydisə bizim üçün xoşdur. Amma əsas özünüzə minnətdar olmalısınız ki, öz hüquqlarınızı və qanunvericiliyi qismən də olsa öyrəndiniz. Bizim məqsədimiz də budur.

Sizə də təşəkkürlər.

2010-12-23

866  Kamran (23-12-2010). Salam! Torpaq sahesinin alqi-satqi muqavilesi, 2006-ci ilin fevral ayinda notarial qaydada tesdiq edilmishdir. Dovlet torpaq ve Xeritechekme Komitesinin rayon shobesi muqavile baglanan vaxt torpagin qadagan, hebs ve mehkeme mubahisesinde olmamasi barede arayish vermishdir. Dovlet reyestr xidmetinde yeni mulkiyyet sahibinin huquqlarini hazirda qeyde almaq istemirler. Bunun uchun yeniden Forma 1 alinmali ve yeniden notarial qaydada muqavile baglanmali oldugu bildirilir. Xahish edirem buna munasibet bildiresiniz. Teshekkur edirem.

Salam.

Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci və 10-cu maddələrində dövlət qeydiyyatı üçün sənədlərin siyahısı göstərilib. Həmin Qanunu rəhbər tutun.

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-23

867  Vusal (23-12-2010) Salam. Şəxsiyyət vəsiqəsinin verilməsi Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir.25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidi.Bu qanunda Bir ay dedikde bu söz vətəndaşa samil olunur yoxsa şəxsiyyət vəsiqəsini verən orqana. Sagolun

Salam.

Vətəndaşa şamil olunur.

Bu qədər.

2010-12-23

868  Ceyran (23-12-2010). Salam! Bilmək istərim: bina evlərinin həyatyanı sahələrində səliqə-sahmana, qeyri qanuni torpaq sahələrinin bağ adı ilə zəbt edilməsi ilə alaqədar sökülməsinə hansı orqan baxır. Mənim pəncərəmin qabağında (2-ci mərtəbədə yaşayıram)1-ci mərtəbədəki qonşu 6-7 dənə yolka ağacları əkib, əvvəllər buna fikir vermədim. İndi isə görürəm ki bu ağaclar böyüyüb tamamilə pəncərəmi tutacaqlar. Məni günəş işığından məhrum edəcək və böyüyüb pəncərəmə maneçilik törədəcəklər.Bu səbəbə görə hələ kiçik olan ağacların köçürülməsi üçün MİS-nə və İH -nə müraciər etdim.İH-də təsərrüfat şöbəsinin müdiri məndən polisə şikayət yazdı ki güya mən ağacları kəsmək istəyirəm və bidirdi ki sən yaşıllığı məhv etmək istəyirsən. Deyir ki, bu məsələyə biz baxmırıq Təbii Sərvətlər Hazirliyi baxır. Təbii Sərvətlər Hazirliyində və Yaşıllaşdörma idarəsində isə bildirdilər ki bina evlərinin həyatyanı sahələrində bu işlərə İH -ti baxır. Xahiş edirm deyəsiniz belə işlərə kim baxır və bunu Qanuni şəkildə necə sübut etmək olar.

Salam.

Çalışın müraciətləriniz yazılı şəkildə olsun və surətlərini özünüzdə saxlayın (həmçinin xəbərnamələri). Əgər dövlət qurumları müraciətlərinizə münasibət göstərmirlərsə məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-23

869  Ceyran (23-12-2010) Cavablarınıza görə təşəkkürümü bildirirəm! Sizə üğürlar arzulayıram!

Salam.

Dəyməz. Sizin suallarınıza görə təşəkkür edirik.

2010-12-23

870  Ilqar (23-12-2010). Salam. DEJURE. Belə bir sualla sizə müraciət edirəm.Əvvəlki suallarımın birində yazmışdım ki,məhkəmədə yalandan üzümüzə durublar və bunun nəticəsində bir xeyli ziyan çəkmişik.Mən bu sualı istəməyərək verirəm yəni kiminsə işinə qarışmaq istəməzdim amma məcbur oldum.Belə ki.bizi ziyana salan həmin adam uzun illər və elə indidə dövlətin pulunu firildaq vasitəsilə mənimsəyib.Onların 1985-ci ildə anadan plan uşağı 2-3 aylığında rəhmətə gedib.Buna rəgmən onlar uzun müddət həmin uşaqın adına uşaq pulu alıblar.2010-cu ilin yanvarından isə 5 uşağı tərbiyə edən kimi pensiyaya çıxıb.Həmin uşağı heç bir təhsil,səhiyyə müəssisəsində adı olmayıb.Yenə də yalançı şahidlərdən istifadə edərək guya uşağın 10 yaşına kimi yaşamasını məhkəmədə bildiriblər.Məhkəmə bunu qət edib.İşdə iştirak etməli olan notarius yaxud VVaq işçisi işin yalan olduğuna görə məhkəməyə gəlməyib.Mən onların bu hərəkəti baradə harasa məlumat verə bilərəmmi?Yəqin anladınız ki,Əsas məqsədim qisas almaqdır.Sağ olun,cavab gözləyirəm.

Salam.

Qisas almaq yaxşı iş deyil. Amma ədaləti bərqarar etmək istəyirsinizsə müvafiq sübutlar toplayaraq hüquqmühafizə orqanlarına (prokurorluq, DİN və orqanlarına) müraciət edə bilərsiniz.

Bu qədər.

2010-12-23

871  Ilqar (23-12-2010). Bir daha Salam.Sizi yenə narahat etmək istəmirəm amma 857-ci suala cavabınıza uyğun olaraq bildirirəm ki,mən ərizəni gedib işıq idarəsində yazmışam.Düşünürəm ki,həmin ərizəm orada kitaba salınıb.Onlar bunun müqabilində mənə nəisə sənəd verməli idilərmi?Sualın artıq üçüncü dəfə təkrarlanmasına görə üzr istəyirəm.

Salam.

Düzdür ərizəniz qeydiyyata alınmalıdır. Amma öz hüquqlarınızın qorunması  və sübutların toplanması məqsədilə siz onlara ərizəni verərkən həmin ərizənin surətinə müraciətləri qəbul şəxs tərəfindən qəbul etdim sözlərini yazdırmalısınız (imza və tarixdə göstərilməlidir). Həm siz rahat olarsınız, həm onlarda da bu müraciətin daxil olub-olmamasını şübhə altına sala bilməyəcəklər.

Sualınıza görə təşəkkür edirik.

2010-12-24

872  Seymur (23-12-2010). Salam Zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi verərkən hansi sənətleri də vermek lazımdır.

Salam.

İddia ərizəni verərkən Mülki Prosessual Məcəllənin müddəaları rəhbər tutulmalıdır. 

Belə ki, ərizəyə aşağıdakı sənədlər ərizəyə qoşulmalıdır:

 

  1. İddia ərizə - 2 nüsxə;
  2. Dövlət rüsumun pdənilməsi barədə qəbz;
  3. Zərərin vurulmasını təsdiq edən sənədlər (qədzlər, bankdan arayışlar və s.)
  4. Nümayəndənin etibarnaməsi (əgər varsa)

 

Digər sübutlarda əlavə edilə bilər

Sualınıza görə təşəkkür edirik.

2010-12-24

873  Elmar (24-12-2010) Lizinq yolu ile ev almisham, indi geydiyyata dushmek isteyirem. Lizinq veren bank ozu bu evin mulkiyyetchisidir ve qeydiyyata dushmeyim uchun raziliq erizesi verib. Amma senedlerimi qebul etmirler!!!! Bunu onunla izah edirler ki, chixarishda menzilin umumi sahesi geyd olunub amma yashayish sahesi geyd olunmayib. Bu axi texniki sehvdir, qeydiyyata dushmek uchun bu vacibdir ???? Qeyd etmek isteyirem ki chixarishda kuche, menzil,ve menzilin umumi sahesi gosterilib. Sizinmeslehete ehtiyacim var. Hormetle.....

Salam.

Əgər bu texniki səhvdirsə müvafiq dövlət qurumu bunu aradan qaldırmalıdır (DƏDRX - çıxarışı aldığınız yerdən),  dövlət qurumun səlahiyyətli şəxslər  tərəfindən  bu səhv verilibsə onlar tez bir zamanda bu problemi aradan qaldırmalıdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-24

874  Elmar (24-12-2010). Mene cavab aydin olmadi!!! Zehmet olmasa cavabi genish izah edin!! Yani yashayish sahesi gosterilmemesi, senedleri gebul etmemek uchun ve geydiyyata dushmek ciddi sebebdir???

Salam.

İş ondadır ki, əvvəllər (köhnə Mənzil Məcəlləsinin 40-cı maddəsi) yaşayış sahəsi üzrə həmin sahənin kvadraturasından asılı olaraq qeydiyyata düşən şəxslərin sayı asılı ola bilər (misal üçün 1 nəfərə 12 kv.m). Həmin tələblərə hələ də qismən riayət olunur (misal üçün miqrasiya qanunvericiliyində). Ona görə bu məsələyə ciddi yanaşmalarını başa düşmək olar.   

Sualınıza görə təşəkkür edirik.

2010-12-24

875  ILKIN (24-12-2010). Salam. AzDTN 1.6-1. TİKİNTİ İŞLƏRİNİN TƏŞKİLİ, APARILMASI VƏ TİKİNTİSİ BAŞA ÇATMIŞ OBYEKTLƏRİN İSTİSMARA QƏBULU QAYDALARI ile tanis olduq lakin sualimiza cavab tapa bilmedik. Bilmek isteyirik ki yeni tikili yasayis evinden nece metr mesafede olmalidir? Tikili 7 mertebeli qeyri-yasayis obyektidir (ozel xestexanadir). Yasayis evi 1 mertebeli heyet evidir. Xahis edirik cavabin 1 nusxesini gosterilmis e-mail adresine gonderersiniz, ve ya cavab verildiyi haqda melumat veresiniz. Diqqetinize gore minnetdaram

Salam.

Cavab yalnız məsləhətxana vasitəsilə verilir. Digər hüquqi xidmətlər müqavilə əsasında göstərilir və təmənnasız deyil.

Qeyd etdiyiniz məsələləri  DÖVLƏT ŞƏHƏRSALMA NORMA VƏ QAYDALARI tənzimləyir. Belə ki, həmin qaydaların 4.12-ci bəndinə əsasən yaşayış, ictimai və istehsalat binalan arasında məsafələr bu normaların 9.22. bəndində və qüvvədə olan normativ sənəddə (CHИП II-4) göstərilən insolyasiya normalan əsasında aparılmış insolyasiya və işıqlanma hesablamaları üzrə və bu normaların məcburi olan əlavə 1-də göstərilmiş yanğın təhlükəsizliyinə aid tələblər nəzərə alınmaqla qəbul edilməlidir. 2-3 mərtəbəli yaşayış binalarının uzun tərəfləri arasında məsafə (məişət aralığı) 15 m-dən, 4 mərtəbəlilərdə - 20 m-dən, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında isə məsafə 10 m-dən az olmamalıdır.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-25

876  Elman (24-12-2010). Salam. Mən dövlət işində işləyirəm. Yoldaşım işləmir. Uşağın doğulmasına görə birdəfəlik müavinəti almışam. Bilmək istəyirəm bizim aylıq müavınət almaq hüququmuz varmı və necə verilməlidir?

Salam.

Sosial müavinətlər haqqında Qanunun 4-cü maddəsinə əsasən aşağıdakı aylıq müavinətlər mövcuddur:

  1. dövlət qulluqçularına ömürlük müavinət;
  2.  yaşa görə müavinət;
  3.  əlilliyə görə müavinət;
  4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
  5. ailə başçısını itirməyə görə müavinət;
  6.  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
  7. 3 yaşınadək uşağa qulluğa görə müavinət (3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda);
  8.  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət;
  9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
  10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət.

 

Əgər 7 və 10-cu bənddlərində hallar mövcud olsaydı ala bilərdiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-25

877  Elmar (24-12-2010). Ish orasindadir ki, umumi sahe 43 kv.m . Biz ise 4 neferik,onda bize 4*12=48kv. lazimdir. Burda ise cemi 43. Meger bu sebebdir geydiyata almamaq uchun ???

Salam.

Xeyr səbəb deyil (hal-hazırda). Əgər hesab edirsinizsə hüquqlarınız pozulub məhkəməyə müraciət edə bilərsiniz.

Bu qədər.

2010-12-25

878  Ilqar (24-12-2010) Salam DEJURE. Belə bir sualım var. Qeydiyyat yerini dəyişəndə şəxsiyyət vəsiqəsini müvəqqəti əvəz edən forma 7 vətəndaşa nə vaxt verilməlidir? Qardaşım qeydiyyat yerini dəyişmək üçün sənədləri verdikdən bir həftə sonra forma 7 almaq istəsə də,ona bunun mümkün olmayacağını bildiriblər.Həmin qurumun dedyinə görə forma 7-ni sənədləri verdiyi gün ala bilərdi. Bu doğrudurmu? Cavabınızı gözləyirəm və təşəkkürümü bildirirəm.

Salam.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun  tətbiqi haqqında Əsasnamənin 6-cı bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət etmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal qeydiyyata alınır. Həmin orqan müvafiq şəxsiyyət vəsiqəsi verilənə qədər vətəndaşa — Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd və vətəndaşlığı olmayan şəxsə — Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd verir. Vətəndaşa şəxsiyyət vəsiqəsi və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra verilən şəxsiyyət vəsiqəsi verilərkən müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı tərəfindən həmin sənəd geri alınır.

 

Əgər səlahiyyətli şəxslər hüquq pozuntulara yol verirsə yuxarı insansiyalara və ya məhkəməyə müraciət edə bilərsiniz.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-25

879  Elman (25-12-2010). Salam. Mənzil tam mülkiyyət hüququ ilə mənim adımadır. Məndən qabaq orada qeydiyyatda olan kimsə bu gün gəlib məndən mənzildən pay tələb edə bilərmi?

Salam.

Əgər həmin mülkiyyəti qanunvericiliyə uyğun olaraq əldə etmisinizsə heç bir şəxs sizin mülkiyyətinizə iddia edə bilməz. Konstitusiyaya və Mülki Məcəlləyə uyğun olaraq mülkiyyət toxunulmazdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-25

880  Elmar (25-12-2010). Çox üzr isteyirem amma x.e. menim sualima genish ve huquqi terefden əsaslanaraq cavab yazasınız. Men,yoldaşım ve 2 az yashlı ushaqlarım 1 aya yaxindır ki geydiyata duşə bilmirik !! Mene cavab yazaraq geyd etmisiniz ki,hesab edirsizsə hüququnuz pozulub,məhkəməyə müraciət edin. Size müraciət ona göre edirem ki,bilim doğurdan mı bu məsələdə hüquqlarımız pozulub və hansı maddələrə əsasən .X.e. sualımı cavabsız qoymayasız ve mümkün derecede izahlı cavab yazasınız. Belkem bu cavabınız bir çox insaların köməyinə dəyər. Təşəkkür.

Salam.

Suallar - 873, 874, 877

Yenə də qeyd edirik. Əgər texniki səhvdirsə Çıxarışda müvafiq düzəlişlərin edilməsi ilə bağlı sənədi verən dövlət qurumuna müraciət edin. Əgər sənəd səhv varsa, o hüquqi qüvvəsini itirə bilər. Müvafiq düzəlişi etdikdən sonra qeydiyyata alınması ilə bağlı DİN pasport-qeydiyyat orqanlarına müraciət edin. Burda o qədər böyük problem yoxdur və geniş şərh etmək üçün ehtiyac yoxdur. Əgər bütün sənədlər lazımi qaydada hazırlansa və sizi qeydiyyata almasalar onda şikayət etmək tam hüququnuz olacaq.

Xahiş edirik nəzərə alasınız.

2010-12-25

881  Poman (25-12-2010). Salam hormetli vekiller. Xais edirem menim bu sualima cavab veresiniz. Samux rayonunda kendlerin birinde yasayiram. 1 ay once Rusiyadan 1995-ci il buraxilisi olan zil markali ceni olan yuk masini getirmisem. Bu masinla kendlerde icmeli su satib dolaniram. Masini DYP qeydiyyata alib Azerbaycan nomresi vermirler ki ili kohnedir. Rusiya nomresi olan masini Azerbaycanda texosmotirdan kecire bileremmi? Yoxsa men gerek her il Rusiyaya gedib masini texosmotirdan kecirmeliyem? Rusiyadan Azerbaycana nece ilin masinini getirib rastomoska etmek olar? Men su satdiqima gore naloqdan qeydiyyatdan kecib dovlete naloq odemeliyemmi? Evvelceden sizlere oz tesekkurumu bildirirem

Salam.

Bəli bütün qeyd etdiklərinizi etməlisiniz. Əgər gəlir əldə edirsinizsə vergilər orqanlarında qeydiyyatdan keçməlisiniz (misal üçün fərdi sahikar kimi sadələşdirmiş vergi ödəyicisi kimi - 4%).

Həmçinin nəzqliyyat vasitəsi gömrük rəsmiləşdirilməsindən  keçməlidir (dövlət rüsumu nəqliyyat vasitəsinin xüsusiyyətlərindən fərqlənə bilər - ətraflı bu saytdan öyrənə bilərsiniz http:]]]customs.gov.azaze-Xidmetler.html#)

Sualınıza görə təşəkkür edirik.

2010-12-25

882  Xayal (25-12-2010). Salam heyet evi tikməyə icazə almaq ücün hansı senedlər lazımdı və dövlet risumu neqədərdi kimə müraciyyət etmək olar

Salam.

Ola bilsin ki, asan sual kimi səslənir. Amma qanunvericiliyə uyğun olaraq bununla bağlı çoxlu-çoxlu addımlar atmaq lazımdır. Əvvəla torpaq sahəsi üzrə sənədləşmələr aparılmalıdır və sizin mülkiyyətinizə keçməlidir (DƏDRX tərəfindən verilən Çixarışla təsdiq olunur, undan başqa Xəritəçəkmə Komitəsində müvafiq sənədləşmələr aparılmalıdır).

Daha sonra  evin layihəsi hazırlanmalıdır (lahiyə müvafiq layihə təşkilatı tərəfindən təsdiq oluna bilər), həmin layihə müvafiq dövlət qurumu tərəfindən təsdiq olunmalıdır. Daha sonra həmin tikintiyə mülkiyyət hüququn qeydiyyata alınması üçün yenidən DƏDRX-a müraciət edirsiniz və hüquqlarınızı qeydiyyata alırsınız.

Sualınıza görə təşəkkür edirik.

2010-12-25

883  Tofiq (25-12-2010) Mən (ad gizli saxlanilir) ticarət mərkəzinin müdürü (Ad? soyad gizli saxlanildi) 2007-ci ildə 2(2x50kv.m=100kv.m) mağaza üçün 70000manat 2008ci ildə 5500manat təmir üçün 2009cu ildə məni aldadaraq 4cü sırada mağazalarıyı verəcəyəm deyib 16000 manat qapı və açar pulu aldı.(cəmi 91500manat)mənə isə boş torpaq sahəsindən 14 və18 ci sıradan yer ayırıb.Prezidentimizə müraciyyət edəcəyəm dedim və get nə bilirsən et cavabını aldım.haralara şikayət etdimsə heç bir fayda vermədi(o haqlıyımış çünki şikayətə bir tərəfli baxılır).1 ildir yazdığım şikayətlər araşdırırıq cavabından sonra mülkü məsələdir məhkəməyə müraciət edin cavablanır.3 ildir pulumdan faydalanır mən isə borc içində üzürəm.25 il Ukrainada əziyyətlə qazandığım pullarımı yeyir(inşallah burnundan gələr).Heç kimdəndə qorxmur hətda Allahdanda. Mənim isə vəkil tutmağa pulum yoxdur nə edəcəyimi bilmirəm.onu bilirəmki nə yolla olsada haqqımı tələb edəcəyəm.Xahiş edirəm əyər imkanınız varsa mənə bir (ad gizli saxlanildi) öhdəsindən gələcək bir yolu göstərəsiniz. (tel. elaqeni gizli saxladiq)’, ‘

 

Salam.

İlk öncə mülki münasibətlərdə əgər tərəflər hansı razılığa gəlirsə bunu müqavilə ilə təsdiq etməlidirlər. Müqavilə sübutdur. Əgər siz hansı bir məbləğləri vermisinizsə bunu təsdiq edən sənədlər olmalıdır. Yalnız bütün dediklərinizi sübut etmək imkanı olduqda siz öz hüquqlarınızı bərpa edə biləcəksiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-27

884  Ejder (26-12-2010). Salam. Menim soyadim Ismayilovdur yeni ovladim oldu onun soyadini Raminoglu olaraq deyismek isteyirem hara muraciet etmeliyem? Tesekkurler

Salam.

Məsələ ilə bağlı VVAQ və ya məhkəməyə müraciət edə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-27

885  Emin (26-12-2010). Salam! Bilmək istərdim ki, Ölkə Prezidentinin məlum sərəncamı ilə Müdafiə Nazirliyinin zabit heyyəti üçün yaşayış binaları tikildikdə, MN-nin istefada və ya ehtiyyata buraxılmış, həmçinin xüsusi təltif olunmuş əməkdaşları üçündə müəyyən kvota ayrılacaqmı? (MN-nin zabiti şəhid olmuş Milli Qəhrəman ailəsi üçün) Bu haqda mumkunse mene bildirerdiz. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Hərbi qulluqçuların statusu haqqında Qanunun 12.2-ci maddəsinə əsasən. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır.

 

Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunma  ilə bağlı həmin Qanunda ətraflı göstərilib. 

Sualınıza görətəşəkkür edirik.

2010-12-28

886  Mehdi (26-12-2010). Xahis edirem meslehet veresiniz! 2005-ci ilde kommersiya maqazasina sexsi mulkiyyet kimi qeydiyyat vesiqesi verilmisdir. Maqazanin altindaki torpaq sahesi, IH-nin serencamina esasen 1996-ci ilde verilmisdir(Rayon XDS-leri legv edildikden sonra torpaq ayirmaq selahiyyeti IH-lerine kecmisdir!). Torpaq sahesini ozellesdirmekden otru Dovlet Emlakinin idare edilmesi uzre Dovlet Komitesinin erazi idaresine muraciet etmisem. Idareden qeydiyyat vesiqemin evezine reyestr xidmetinden cixaris teleb edilir. Reyestr xidmetinden ise bildirilir ki, qanunvericiliye gore evveller yaranmis huquqlar taninir. Lakin, yeni cixarisin verilmesi ucun esas yoxdur. Sizden xahis edirem ki, oz vesaitim hesabina insa etdirdiyim maqazanin altindaki torpaq sahesini ozellesdirmekden otru hansi qanunlari esas tutmali ve ne qeder dovlet rusumu odemeli oldugumu bilmek ucun yardim edesiniz. Evvelceden minnetdarligimi bildirirem.

Salam.

Bu cür sualları dəfələrlə ətraflı cavablandırmışıq. Məsləhətxananın 1, 5, 6, 40 və s. suallarına diqqət yetirin.

Daşınmaz əmlak üzrə hüquqların qeydiyyatı üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8 və 10-cu maddələrini rəhbər tutun.

Rüsumlar Dövlət rüsumu haqqında Qanunun 26-cı maddəsində qeyd edilib.

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

887  Rahman (26-12-2010) Salam, mən bilmək istərdim müxtəlif notariat hərəkətlərinin aparılması zamanı tələb olunan sənədlər siyahısı hansı qanunvericilik aktında əks olunur.

Salam.

Notariat haqqında Qanunu (26 noyabr 1999-cu il tarixli  762-IQ №-li) və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarını (11 sentyabr 2000-ci il  tarixli 167 №-li) rəhbər tutun.

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

888  Ilqar (26-12-2010). Salam DEJURE. sualım belədir. 1)822 və 847-ci suallarda soruşmuşdum ki,DYP-də rüsum nə qədərdir. Siz isə bildirmişdiniz ki, DYP-də heç bir rüsum ödənilmir. Bir az dəqiqləşdirsək DYP yox RQİB (rayonlararası qeydiyyat imtahan bölməsi) demək istəmişdim. Siz də bunu nəzərdə tutmuşdunuz? Sürmə etibarnaməsini notariusda aldıqdan sonra onu RQİB-də qeydiyyata saldırmaq üçün konkret vaxt varmı? Əgər varsa neçə gündür və gecikmə olarsa cəriməsi nə qədərdir? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Suallar 822, 847.

Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər bu Əsasnamənin 1.2-ci bəndinin 1-5-ci hissəsində göstərilən müvafiq orqanda qeydiyyatdan keçirilməlidir.

 

Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üzrə rüsumlar Dövlət rüsumu haqqında Qanunun 18.65-ci maddəsində göstərilib.

Sualınıza görə təşəkkür edirik

 

2010-12-28

889  Ilqar (26-12-2010) Salam Dejure. Etibarnamə ilə bağlı başqa sualım belədir. Qardaşım keçən il mənə onun maşınını idarə etmək üçün 2016-cı ilə dək sürmə etibarnaməsi verib. Bir neçə gün qabaq qardaşım maşın üzərindəki bütün hüquqları atama verib. Atam da öz növbəsində qardaşıma sürmə etibarnaməsi verib. İndi bilmək istədiyim odur ki, mənə verilən etibarnamə öz qüvvəsini itirib yoxsa itirməyib. Həmin etibarnamə ilə yenə həmin maşını sürə bilərəm ya yox? Sağ olun, cavabınızı gözləyirəm.

Salam.

Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 4-cü fəslinə uyğun olaraq notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Əgər etibarnamədə nəzərdə tutulubsa etibar edilmiş əmlak başqa şəxsə də etibar edilə bilər. Əgər etibarnaməyə xitam verən hallar yoxdursa etibarnamə qüvvədə saxlanılır (müddətin bitməsi, etibar edən tərəfindən ləğv olunması).

Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

890  Orxan (27-12-2010). Bağ sahəsini və onun üzərin də olan bağ evini Dövlət reystir xidmətindən kecirtmək istəyirem. sual: bağ sahəsi və bağ evi vahid əmlak kimi reystirden keçir? (və yaxud ayrı- ayrılıqda keçirtmək olar) qanuna zidd deyilsə ? Bağ sahəsinde olan ev tikili Prespektivsizdir.(gelecekde yeni ev ilə evez olunacaq) Sual: bağ sahəsini və evi(perespektivsiz tikili) ayrı-ayriliqda Dövlət reystirinden kecirtmək olar?

Sual.

Torpaq sahəsi və tikinti üzrə hüquqların qeydiyyatı ayrı-ayrılıqda həyata keçirilir. Məsləhətxananın 40-cı sualında bu məsələ ilə bağlı ərtaflı yazılmışdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

891  Kamala (27-12-2010). Oglum Uşaqlıqdan əlildirş \"Sağ tərəfin iflici\" 16 yaşa kimi müavinat aldı, sonra 2-ci qrup təyin edildi.23 yaşı var indiyə kimi yalnız 35 manat alır.Müraciər edəndə İş stajı yoxdur deyirlər. Onun staji necə ola bilərdi. Pensiya təyinatı düzdürmü düz deyilsə kimə və necə müraciət edək. Sag olun

Salam.

Bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etməlisiniz və şəxs üzrə müavinətin  dəqiq hüsablanmasını tələb edin. Həmin məktubun surətini Prezidentə göndərə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

892  Aynur (27-12-2010). Salam. Bilmək istəyirəm ki, işçiyə təhsil məzuniyyətində olduğu dövrdə işlədiyi müəssisə tərəfindən pul mükafatı hesablanmalıdırmı?

Salam.

Əmək Məcəlləsinin 157.6-cı maddəsinə əsasən mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqısistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Mükafatın verilib-verilməməsi qurumun rəhbərliyinin iradəsindən asılıdır, məzuniyyətdə olub-olmasından asılı olmayaraq (misal üçün, kollektiv müqavilədə hər ilin sonunda bütün əməkdaşlara mükafat verilməsi göstərilə bilər). Lakın rəhbərlik mükafatı verməyədə bilər, çünki işçinin zəhmətini onlar qiymətləndirirlər.

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

893  Vasif (27-12-2010). Salam. Mən pensiya kartımı itirmişəm.İtirdiyim gün kartın hesabını bağlatdırdım.Yeni pensiya kartı almaq üçün DSMF-yə getdim onlar yeni pensiya kartı almaq üçün menden 15 manat pul istədilər. Əgər bu belədirsə xahiş edirəm mənə həmin rüsum haqqında qanunu göndərəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Salam.

Bu cür ödənişlər qanunvericilikdə göstərilməyib. Sadəcə yeni kartın hazırlanması və verilməsi ilə bağlı xərclərdir. 

Bu qədər.

2010-12-29

894  Ilqar (27-12-2010) Salam DEJURE. Sualım belədir. Şəxsiyyət vəsiqəsində qeydiyyat yeri bəzi problemlərlə əlaqədar dəyişilib. Sürücülük vəsiqəsində ünvan əvvəlki şəxsiyyət vəsiqəsində olan ünvanla eynidir. Sürmə etibarnaməsi alan zaman ünvanlar müxtəlif ola bilərmi?

 

Yol hərəkəti haqqında Qanunun 35-ci maddəsinə əsasən sürücülük vəsiqəsi yalnız aşağıdakı hallarda dəyişilir:

1) onun etibarlıq müddətinin qurtarması;
2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
4) onun yararsız hala düşməsi;
5) onun itirilməsi;
6) yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Əlavə sənəd dəyişilməsinə ehtiyac yoxdur.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29 895  Yusif (27-12-2010) Salam! 1) Hüquqi şəxsin balansında olan avtomobil fiziki şəxsə icarəyə verilə bilərmi? 2)Bankın balansında olan zirehli avtomobil(inkassator)fiziki şəxslərə icarəyə verilə bilərmi? Qeyd edim ki, fiziki şəxs bu maşından təyinatı üzrə deyil, müxtəlif yüklərin daşınması üçün istifadə edəcək! 3)Adi vətəndaşlar zirehli gödəkçə(bronijilet) alaraq geyinə bilərmi? Bu məsələ hansı normativ hüquqi aktla tənzimlənir?

Salam.

1. Bəli icarəyə verilə bilər.

2. Həmin nəqliyyat vasitəsinin şəxsə verilməsi Qanunvericiliklə qadağan olunmur (yüklər daşınacaqsa müvafiq dövlət qurumunun icazəsi tələb olunacaq).

3. Zirehli geyim mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara aid edilmir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

896  Rauf (27-12-2010) Men bacim ucun passport almaq isteyirem. Sadece bir sheyi bilmek isteyirem ki, vetendash evvelceden Daxili Ishler Nazirliyinin internet saytinda yerleshdirilen muvafiq erize formasini ozu cap ederek teqdim ede bilermi? Yoxsa bunun ucun orada elave odenish edib erize formasini almaq lazimdir? Ve umumiyyetle bu ne derecede qanuna uygundur? Yeni hemin senede gore vetendash odeme etmelidirmi? Mumkunse qanundaki maddeni burada qeyd edesiniz.

Salam.

Qeyd edilən forma “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Milli Məclisinin qərarı ilə təsdiq edilib. Dövlət qurumu həmin formanı rəhbər tutur. Əlavəə xərclərə ehtiyac yoxdur.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-29

897  Elshan (27-12-2010) Salam. 4 il bundan əvvəl mənzil almışam. Mənzil tam mülkiyyəti ilə mənim adımadır. Mən ora qeydiyyatda deyiəm. İndi jekdən öyrənirəm ki, ora qeydiyyatda olanlar çıxarılmayıb. Məndən qabaq orada qeydiyyatda olanlar qeydiyyatdan necə çıxarılmalıdır ?

Salam.

Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinə əsasən həyta keçirilir.

Əgər qeyd etdiyiniz şəxslər yaşayış yerini dəyişdirirsə onda müfaviq dövlət qurumu onları avtomatik olaraq qeydiyyatdan çıxarır. Mübahisə yarandıqda həmin şəxslər məhkəmə qətnaməsi əsasında qeydiyyatdan  çıxarıla bilər.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

898  Tofiq (27-12-2010) № 883 məktuba əlavə.Müqavilə var,ancaq müqavilədə məbləq göstərilmir.sadəcə yazılıb pul ödənilib.(hətda qapı və açar pulu ödənilib və şəxsi imzası ilə imzalanıb.Məbləğin yazılmaması onun günahıdır.(vergidən yayınır).Mənim öz sənətini sevən və öz sənətini sevdiyini subut etmək istəyən bir VƏKİLƏ ehtiyacım var.Xahiş edirəm mənə imkan dairəsində pulumu 91500 manatı qaytarmaqda yardım və məsləhət verəsiniz.Öncədən mihhətdaram.

Salam.

Sual - 883.

Hansı bir kənar vəkilin adı çəkilməsi reklam olardı. Müqvilədə bütün şərtlər göstərilməlidir. O cümlədən onlardan ən əsası müqavilə qiymətidir. Əksinə bu digər kontaqentin xeyrinədir. Çünki bütün tələblər müqavilə çərçivəsində həll olunacaq (əgər mübahisə məhkəmə qaydasında həll ediləcəksə). Çalışın vergidən yayınma faktlarını sübut edin (şahidlər, ödənişlərin keçirilməsini təsdiq edən qəbzlər, bank arayışları və s.). Yalnız bu halda zərərin əvəzini tələb edə biləcəksiniz. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

899  Günel (28-12-2010). Salam. Nigahın pozulması, aliment və mülk bölgüsü üçün vəkil xidməti neçəyədir? olan mülk haqda heç bir məlumatım yoxdur.

Salam.

Maraqlı sualdır. Amma müammalıdır. Elə bizim üçün də. Çünki qiymətlər fərqli ola bilər (bir-neçə yüz manatdan başlayaraq bir-neçə min manatadək). Bu vəkildən asılıdır və mübahisə edilə bilən əmlakdan da asılı ola bilər. Əgər həyat yoldaşınızın mülkiyyəti barədə məlumat almaq istəyirsinizsə bunu məhkəmə (həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti) vasitəsilə öyrənə bilərsiniz.

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-28

900  Rehman (28-12-2010) Hormetli vekiller! Sizi qarshidan gelen bayramlar munasibetile tebrik edirem. Sualim ise beledir. Men fiziki sexs kimi vergi odeyicisiyem. Mene mexsus Mersedes markali 1,5t-luq referejator yuk masini ile zeruri yuklerimi dasiyiram. Her defe yollarda, Neqliyyat Nazirliyinin muxtelif qurumlari ile problemlerle rastlasiram. Axirinci defe Avtoneqliyyatekspedisiya meni NK-nin 142 sayli qerarini esas tutaraq cerimi etmisdir. Sizden xahis edirem bildiresiniz: Oz sexsi yuk avtomobilimden rahat istifade etmek, hec kime rusvet vermemek ucun hansi senedleri(ferqlenme nisani, lisenziya ve s.) elde etmeli ve ne qeder dovlet rusumu odemeliyem. Cox sag olun.

Salam.

Çalışın öz fəaliyyətinizi qanunvericiliyə uyğun olaraq rəsmiləşdirin. Belə ki, Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında Fərmanın 35.5-ci bəndinə əsasən ölkədaxili yük daşımaları sahəsində fəaliyyət göstərərkən Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən lisenziya alınmalıdır (150 manat). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

901  Rufat (28-12-2010) Salam. Standarlasdirma, metrologiya ve patent uzre dovlet komitesi bir paltar magazasina Standartlasdirma haqqinda, Olcme vehdetinin temin edilmesi ve Istehlakcilarin huquqlarini mudafiesi haqqinda qanunlara uygun olaraq dovlet nezareti planina esasen idxal olunan mehsullarin standartlasdirma uzre normativ senedlere, metroloji norma ve qatdalara riayet edilmesine dair yoxlama kecirileceyi barede serancam daxil olub.Bu yoxlama ne qeder qanunidir? Qeyd olunan qanunlara esasen idxal olunan geyimler xususi laboratoriyadan kecirilmelidir? Evvelceden minnetdarligimi bildirirem.

Salam.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Prezidentin Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə  əsasən fəaliyyət göstərir.  

Həmçinin 29 avqust 2000-ci il  tarixli 389 №-li Fərmana əsasən İnzibati Xətalar Məcəlləsinin 68.5 (Ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması ), 228.0.3-cü (İstehlakçıların hüquqlarının pozulması), 317 maddələrdə nəzərdə tutulmuş standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı ilə əlaqədar işlərə və digər işlərə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi baxır.

 

Sualınıza görə təşəkkür edirik.

 

.2010-12-29

902  Gunay (28-12-2010). Salam! yanvar ayinin 12-si mehkeme olacag boshanma gerari verilecek. Sadece bilmek isterdim ushag uchun aliment almag muracietini men mehkemeden sonra ya evvel vermeliyem. Teshekkur edirem.

Salam.

Bunu məhkəməyə idda ərizəsi ilə müraciət edərkən  etməlisiniz, buna baxmayaraq boşanma baş verdikdən sonra da siz aliment məsələsini qaldıra bilərsiniz (sadəcə işlərin birləşməsi zamanı vaxt itkisi daha az olacaq).

Sualınıza görə təşəkkür edirik.

 2010-12-29

903  Samir (28-12-2010). Salam mənim 64 kv obyektim var reyestrden chixarishimda var yani (kupca) onu dövlət uchurtmag isteyir mene deyirlerki sene torpag verecheyik ama bu meni gani etmir, ganuna uygun men bildiyim geder onlar menim pulumu odeyib sonra soke bilerler, indi men neche etmeliyem? xahish edirem mene bir yol gorsedesiniz? oncheden teshekur edirem.

Salam.

Əgər hesab edirsinizsə verilən kompensasiya ədalətli deyil siz məhkəməyə müraciət edə bilərsiniz. Mülki Məcəllənin 6.1.4ci maddəsinə əsasən mülkiyyət toxonulmazdır.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

904  Ceyhun (28-12-2010). Azərbaycan Respublikasının Qanunvericiliyində hansı peşə və vəzifələr nəzərdə tutulub və ya təstiq olunub. Mümkündürsə siyahısını və ya link verə bilərsinizmi?

Salam.

Bu cür normativ aktlar kifayət qədər çoxdur. Onlardan biri FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI

Sualınıza görə təşəkkür edirik.

2010-12-28

906  Şahbaz (28-12-2010). Salam. Dayımın 2 ilden artıqdırki pensiyayla baqli problemi var. O 1951 təvəllüdlüdür. Pensiyaya çıxması üçün 25 il iş stajı tələb olunur. O 28.10.1969 tarixdə zavodda işə düzəlib. 18.04.1972 tarixdə həmin zavoddan hərbi xidmətə çagrılıb. 04.05.72-10.05.74 tarixlərində hərbi xidmətdə olub. 28.06.1974 tarixindən 15.11.1994 tarixinədək həmin zavodda fəaliyyətini davam etdirib. Bilmək istəyirdim ki,eyni zavodda işlədiyini nəzerə alsaq ona qanunla 25 il iş stajı düşürmü? Xatıraldım ki, sobesden bizə bildiriblər ki, hərbi xidmətə getməsi və gəlməsi ilə əlaqədar olaraq verdiyi fasilələrə gorə ona 25 il iş stajının düşməsi üçün 2 ay vaxtı çatmır. Bu barədə bizə hüquqi yardım etməyinizi sizden çox xahiş edirik. Əvvəlcədən təşəkkürümüzü bildiririk.

Salam.

Əmək pensiyaları haqqında Qanunun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

 

Həmin Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-30

907  Telman (28-12-2010). Men kredite resmi dillerden yeni nootbuk goturdum iki gune xarab oldu. Onlar deyishib yenisini verdiler lakin bir aydan sonra eyni problemle uzleshdim. Men onu qaytarmaq huququna malikemmi?

Salam.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

 

  • lazımi keyfiyyətli mala dəyişdirməyi;
  • satış qiymətini uyğun məbləğdə azaltmağı;
  • malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
  • malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
  • müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

 

Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

 

İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-30

908  Reshid (28-12-2010) Salam. Atam 2000 ci ildə xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almışdır. Eşitdiyimizə görə Nazirlər Kabinetinin 1996 cı il 24 sentyabr tarixli 129 nömrəli qərarına əsasən Atama aldığı məvacibin 50 misli qədər pul ödənməlidir. Sizdən bu məlumatın doğruluğu haqqında məlumat vermənizi xahiş edirəm. Əgər Nazirlər Kabinetinin bu qərarı ləğv olunmuşdursa neçənci ildə ləğv olunmuşdur? Əgər atam 2000 ci ildə xəsarət almışdırsa bu qərar atama şamil olunurmu? Sizdən bu barədə geniş və ətraflı məlumat vermənizi xahiş edirəm. Bununla siz əlil ailəsinə böyük yardım etmiş olarsınız. Əvvəlcədən sizə öz minnətdarlığımızı və təşəkkürmüzü bildiririk.’, ‘

 

Salam.

Bəli həmin qərar ləğv olunmuşdur və onun əvəzinə İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Qərarı ( 9 yanvar 2003-cü il tarixli 3 saylı) qəbul edilmişdir. Həmin qərardan bu məsələ ilə bağlı ətraflı məlumat ala bilərsiniz.

Sualınıza görə təşəkküredirik.

2010-12-30

909  Gulshen (29-12-2010) salam, medeni -menevi huquqlar deyilende konkret hansi huquqlar nezerde tutulur,

Salam.

Bu barədə ətraflı Mədəniyyət haqqında Qanunda göstərilib.

Sualınıza görə təşəkkür edirik.

2010-12-29 910  Ceyhun (29-12-2010) Salam. Bizim müəssisə quşçuluq fəaliyyətilə məşğul olur. Və sizin göndərdiyiniz \"FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI\"-nda quşçuluq təsərrüfatlarına, ət emalı sahəsinə dair peşə və vəzifə adları yoxdur. Bunları haradan tapa bilərəm. Diqqətinizə görə minnətdaram.

Salam.

Oxşar normativ aktlar kifayət qədər çoxdur. Digər normativ aktlar bölməsinə diqqət yetirin.

Bu qədər.

2010-12-30

911  Ceyhun (29-12-2010) İş yerində işçilərin qəza və bədbəxt hadisələrdən sığortalanması barədə hansı qərar və hüquqi normativ aktlar mövcuddur?

Salam.

Əmək Məcəlləsinin 225.2-ci maddəsinə əsasən həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari sığorta edilməlidirlər. Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir.

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-30

912  Ceyran (29-12-2010). Salam! Vətəndaş Bakıda qeydiyyatdadır. Lakin MİS-də qeydiyyatdan keçməyib və həmin ünvanda yaşamır. Bu hansı hallarda mümkündür.

Salam.

Mənzil-istismar sahəsində qeydiyyat bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərclərin mərkəzləşdirilmiş qaydada ödənilməsi üçün lazımdır (Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Qərara diqqət yetirin). 

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

913  Ceyran (29-12-2010). Salam! Bakıdan Moskvaya sorğu göndərmək mümkündürmü və bu necə həyata keçirilir.

Salam.

Göndərmək olar. Amma bu münasibətlər artıq göndərdiyiniz ölkənin (Ruxiya Federasiyanın) daxili qanunvericiliyi ilə tənzimlənir. Müvafiq qurumlar sizin sorğunuzu cavablandırmaya da bilərlər. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

914  Emin (29-12-2010) 1000000 AZN pul kredite goturmek isteyirem ne edim?

Salam.

Banklara müraciət edin. Hər bir bankın öz şərtləri var. 

Bu qədər.

2010-12-29

915  Gulshen (29-12-2010). Salam belediyyelerin reqlamentleri deyilende ne nezerde tutulur?

Salam.

Bələdiyyənin reqlamenti dedikdə aşağıdakılar başa düşülür:

 

  • iclaslarının keçirilmə şərtləri
  • iclaslarının hazırlanması
  • iclasının təxirə salınması və ya başqa vaxta keçirilməsi
  • iclasının aparılması qaydaları
  • üzvlərinin iclasda hərəkətləri
  • iclaslarda səsvermə və qərarların qəbuledilmə qaydaları
  • qərarlarının və protokollarının imzalanması
  • və s.

 

Sualınıza görə təşəkkür edirik.

2010-12-29

 

916  Ilqar (29-12-2010). Salam DEJURE.Ünvanlı dövlət sosial yardım almaq üçün müraciət etmək istəyirəm.Bilmək istəyirəm ki,kredit öhdəçiliyi olan vətəndaş ünvanlı dövlət sosial yardımı ala bilərmi? Təşəkkürlər.

Salam.

Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının (Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmişdir) 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər.

Həmin qaydalarının 3.10-cu bəndinə əsasən ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəliyi olduqda sosial yardımın təyin olunmasından imtina edilir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

917  Ilqar (29-12-2010) Salam DEJURE. Əmək pensiyası necə hesablanır? Xahiş edirəm bunun düsturunu sadə dildə yazardınız. Sizə sual vermə formasında e-mail bölməsində \"abunə ol\"yazısı var.Ondan necə istifadə etmək olar?Sağ olun.Cavabınızı gözləyirəm.

Salam.

Təəssüflər olsun, amma sadə alınmayacaq. Çünki bu sahədə qanunvericilik mürəkkəbdir və iri həcmlidir. Həmçinin pensiyaların növündən asılı olaraq onların hesablanma qaydası da fərqlənir.

Misal üçün: 

Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:

YH=PYKT, burada:

YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir;

PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:

P=BH+SH+YH, burada:

P- yaşa görə əmək pensiyasıdır;

BH - yaşa görə əmək pensiyasının baza hissəsidir;

SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir.

Əgər bu məsələ sizi doğrudanda maraqlandırırsa aşağıdakı normativ aktlarla tanış olun:

 

  •  \"Əmək pensiyaları haqqında\" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydaları 
  • Əmək pensiyaları haqqında Qanun

 

Sualınıza görə təşəkkür edirik.

 

2010-12-30

918  salam bele mohteshem sehife yaratdiginiz ucun teshekkur edirem, xaish edirem eger sizde ve yaxud sizin emekdashliq etdiyiniz firmalarda peshakar huquqshunaslara ehtiyac olsa xaish edirem mene muraciet edesiz.oz kariyerami daha guclu ve inkshaf etmish shirketde qurmaq isterdim.diqqetnize gor teshekkurler...055 358 58 48

Salam.

Hal-hazırda De Jure təşəbbüs qrupu təmənnasız xidmətlər göstərir.

Kommersiya fəaliyyəti ilə məşğul olduqda sizin namizədliyiniz nəzərə alınacaq.

Diqqətinizə görə təşəkkür edirik.

Sual hüquq məsləhəti almaq məqsədi olmadığına görə cavab birbaşa yalnız sizə göndərilir və Məsləhətxanada əks olunmur.

1’, ‘

2010-12-29 21:24:03’, ‘

2010-12-30 00:00:00’, ‘

yusif ismayilov’, ‘

81.21.90.123’, ‘

yusif_ismayilzade@mail.ru’, ‘

1’, ‘

0’, ‘

896’, ‘

0’, ‘

0’, ‘

0000-00-00 00:00:00’, ‘

0]]] 919  Ceyhun (30-12-2010) Salam. Məni maraqlandıran 2 sual var: 1.Quşçuluq və ət emlı sahəsi üçün nəzərdə tutulmuş pevə və vəzifələrin siyahısı?2. İş yerlərində baş vermiş bədbəxt hadisərdən işçilərin sığortalanması barədə qanuni aktlar?

Salam.

Həmin suallar Məsləhətxananın 911, 910, 904-c2 suallarında cavablandırılmışdır.

Sırf quşçuluq və ət ilə bağlı peşə və vəzifələrin siyahısı qanunvericilikdə nəzərdə tutulmayıb. 

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

920  Ceyhun (30-12-2010) Ət emalı sahəsində \"обвальшик\" peşəsinin Azərbaycan dilinə tərcüməsi necə olmalıdır.

Salam.

Nəzərinizə çatdıraq ki, De Jure tərcümə xidmətlərini göstərmir. Lakın çalışırıq sualları cavabsız saxlamayaq. Qeyd etdiyiniz söz \"Обвалка\" kökündəndir, bu da  əti sümükdən ayırma deməkdir. Deməli \"обвальшик\" əti sümükdən ayıran mənasını verir. Azərbaycan dilində bu sözü tam əvəz edən söz olmasada qəssab (və ya ətçi) sözü daha uyğun olar. 

Bu qədər.

 

2010-12-30

921  Arif (30-12-2010). Salam. Men xaricden mal almaq isteyirem.Gomruk resmilesdirilmesi ucun hansi senedler teleb olunur?

Salam.

Gömrük rəsmiləşdirməsinə Gömrük Məcəlləsində ayrıca bölmə (4-cü bölmə) nəzərdə tutulub  

Lakın sizə faydalı ola bilən normativ akt aşağıdakı ola bilər:

 

  • Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair Təlimat.

 

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

922  Kerim (30-12-2010) Salam, vesiyyetle verese teyin etmek ucun notariusda rusum haqqi ne qederdir?

Salam.

Dövlət rüsumu haqqında Qanunun 10.14-cü maddəsinə əsasən vəsiyyətnamələrin təsdiqi üçün 3 manat dövlət rüsumu ödənilir.

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

923  Vasif (30-12-2010) Salam.Sürücülük vəsiqəsini korlamışam korladığım vaxtdan da bir ay keçib.Bunun üçün mən cərimə ödəməliyəmmi əgər yox, onda sadəcə sürücülük vəsiqəsinin rüsumunu ödəməliyəm? Digər sualım da sovet dövründən qalma sürücülük vəsiqəsi üçün sadəcə vəsiqə dəyişməlidir yoxsa yenidən imtahan verilməlidir? Əgər dəyişməlidirsə rüsum nə qədər olmalıdır? Əvvəlcədən təşəkkür edirəm.

Salam.

Suallar çoxdur və qarışıqdır. Ətraflı bu barədə məlumat almaq üçün Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qərarla tanış olmalısınız.

İnzibati Xətalar Məcəlləsinin 154.4-cü maddəsinə əsasən sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə - otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.

 

Sualınıza görə təşəkkür edirik.

2010-12-30

924  Samirə (30-12-2010) Salam. Bir ildi ailəliyəm ailəmin davam etməsi ucun heyat yoldasim ya mən ya da valideynlərin secimini qoyub mən nə edim?

Salam.

Samirə xanım biz adətən hüquqi yardım göstərməkdə ixtisaslaşmışıq. Ailə münasibətləri özü-özlüyübndə mürakkəb münasibətlərdir və hansı bir məsləhətin verilməsi hansı bir fayda verməyə də bilər. 

Hər bir halda bu sizin həyatınızdır. Özünüz vaxt ayırın, düşünün və sizə vacib olanı seçin. Gələciyinizi kimlə və necə qurmaq yalnız sizdən asılıdır. Qəti addımların atılmasının tərəfdarı deyilik. Əgər ailə qurmusunuzsa digər məsələlər ondan kənar olmalıdır. Ailə böyük  bir dəyərdir. Onu qurarkən diqqətli olmaq lazımdır. Əgər qurdunuzsa çalışın onu qoruyun. Yox əgər dözülməzdirsə sizi heç kim məcbur edə bilməz..

Bu qədər.

2010-12-30

925  Samirə (31-12-2010). Salam. Həyat yoldaşim huquqşunas dovlət ittihamcisi olmasina baxmayaraq mənim butun huquqlarimi pozur. Vəzifəsindən istifadə edərək hecnədən qorxmuram deyə hədələyir belə olarmi? Məsləhətə gorə təşəkkur.

Salam.

Əlbəttə ki belə olmaz. Bərabər hüquqlusunuz.

Bu qədər.

2010-12-31

926  Rafael (01-01-2011) yoldasim ve men rusiya vetendasligini gebul etmisik. Usaglm ise azerbaycan vetendasidirlar. Ukrainaya gonag getmek isteyirik, serheddi kecirtmek ucun hansi senedler lazimdir.

Salam.

Həmin məsələ Ukrayna qanunvericiliyi ilə tənzimlənir. Amma ümumi qayda olaraq pasportlar, vizalar (əgər tələb olunursa), doğum haqqında şəhadətnamələr (yetkinlik yaşına çatmayıblarsa), tək valideynlə gedirsə etibarnamə lazım olur.

Sualınıza görə təşəkkür edirik.

 

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.