Latviya

Latviyada daşınmaz əmlakın əldə...

Maliyyə xidmətləri:

  • Vergi orqanlarına...

Abunə hüquqi xidmətlər:

Kompleks hüquqi...

Müxtəlif növ sənədlər peşakar...

Bir çox şirkətlər, sənədlərin müvafiq qaydada tərtib edilməsi...

Tarix

2008-2009

Yer.az hostinqin və Sadiq Yolçuyevin texniki və pedaqoji dəstəyi ilə dejure.az saytı wordpress platforması üzərində qurulmuşdur. 26.02.2009-cu il tarixdə  ilk dəfə istifadəçilər bu saytla tanış ola bildilər. Dejure.az Azərbaycanda doğma dilimizdə olan birinci hüquq portal olmuşdur. Həmin saytın təsisçisi Qaçayev Ramildir.

 

2010-2013

Dejure.az joomla platformasına keçdi, çünki dizayn, struktur və təhlükəsizlik baxımından daha əlverişli idi. Joomla ilə sayt üç ildən artıq fəaliyyət göstərdi. Həmin müddət ərzində onlayn-məsləhətxama bölməsi açılmışdır və hüquq ilə bağlı 2 mindən artıq sual cavablandırılmışdır. Azərbaycanda ilk dəfə məhkəmələr və digər dövlət qurumları barədə sistemləşdirilmiş və mərkəzləşdirilmiş məlumatlar yerləşdirilmişdir (http://courts.gov.az/ daha sonralar yaranmışdır). Saytda çoxlu sayda sənəd nümunələri, normativ aktlar, hüquq üzrə testlər və digər faydalı məlumatlar yerləşdirilmişdir. 

 

2011

22.02.2011-ci tarixdə, saytın ideyasından təsirlənərək De Jure hüquq firması yaradılmışdır. Sayt və firma ayrı-ayrılıqda fəaliyyət göstərir və bir-biri ilə bağlı deyil.

 

2013-2015

Ziyarətçilərin sayı daim artırdı (gündəlik girişlərin sayı mindən artıq olmuşdur). Ola bilsin bu səbəbdən sui-istifadəçilərin sayı da artmışdır və sayt "hack" hücumlara məruz qalmışdır və bir-çox faydalı məlumatlar məhv edilmişdir. Buna görə də dejure.az drupal platformasıma keçmişdir. Bu platforma saytın imkanlarını genişləndirmişdir. Saytda görülən quruculuq işləri ilə əlaqədar Eldar Əliyevə xüsusi minnətdarlığımızı bildiririk.

 

2015

Saytın yeni dizayn və strukturu tıtbiq edilmişdir.

Xüsusi bölmələr

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462
          +994-51-940-6575

Email: dejure@dejure.az

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.