SAĞLAMLIQIN VƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ ÜZRƏ SİYASƏT

TƏSDİQ EDİRƏM
“Şirkətin adı” MMC-nin Direktoru
B.Vəzifəyev___________________
“___” _________________ 20___-c_ il

SAĞLAMLIQIN VƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ ÜZRƏ SİYASƏT

Bizim İdarə apardığı Sağlamlığın və Əməyin təhlükəsizliyi Siyasəti öz işçilərini sağlam və təhlükəsiz iş şəraiti ilə təmin etməyə imkan yaradır. 
“Şirkətin adı” aşağıdakılara yönəlmiş Sağlamlığın və Əməyin təhlükəsizliyi üzrə Siyasət keçirəcəyini bəyan edir və öz ohdəçiliyinə götürür ki:
•    Azərbaycan Respublikasının Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası ilə əlaqəli Qanunvericiliyə və OHSAS 18001:2007 Beynəlxalq Standartına və digər tələblərə uyğun iş aparacaq və bu sahədə daim inkişaf edəcək
•    İşçilərin təhlükəsiz və sağlam iş şərait ilə təmin edilməsi üçün bütün mümkün tədbirləri ğörəcək;
•    İdarənin Siyasət və prosedurlarını işçilərə və podratçılara çatdıracaq;
•    İdarənin bütün işçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə prosedurlara, təlimatlara və qüvvədə olan qanunvericiliyə riayət edəcək;
•    İdarənin istehsalat sahələrində olan, yaxud iş icra edən podratçılar idarənin Sağlamlığın və Əməyin təhlükəsizliyi üzrə Siyasətini və prosedurlarını yerinə yetirəcəklər;
•    İdarənin öz işçilərini treninqlərlə və bütün lazımi təhlükəsizlik texnikası vasitələrilə təmin edəcək;
•    İşçiləri aşkar olunmuş risklərlə, təhlükələrlə və onların idarə olunması üsulları ilə tanış etmək məqsədilə iclaslar keçirəcək;
•    Sağlamlığın və Əməyin təhlükəsizliyi üzrə siyasət və prosedurların daim inkişaf etdirəcək və təkmilləşdirəcək;
•    Əmək şəraitinin və əməyin mühafizəsi və təhlükəsizlik texnikasının göstəricilərini daim yaxşılaşdıracaq.
Bu Siyasətin həyata keçməsinin təmin edilməsi Keyfiyyət və SƏTƏMM şöbəsinin müdirinin üzərinə düşür.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.