cərimə

Ramil Gachay's picture

Yol hərəkəti qaydaları: cərimə yoxsa təlim

Çoxlarınız bilirsiniz ki, yol hərəkəti sahəsində cərimələr sərtləşir və bununla bağlı bir çox qanunlar və digər normativ aktlar qəbul olunur. Təəssüflər olsun ki, bu tədbirlərə baxmayaraq adıçəkilən sahədə hüquq pozuntuları azalmır. 

Cərimə - cəzanın bir növü kimi. Ceyhun Əzizov

 

 

Cərimə - cəzanın bir növü kimi

 

müəllif Ceyhun Əzizov

 

1990-cı ilin avqust ayında Havanada keçirilən BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayətkarlarla rəftar üzrə VIII Konqresi azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara dair BMT-nin minimal standartlarını qəbul etmişdir. Minimal standartlar Tokio şəhərində yerləşən BMT-nin Asiya və Uzaq Şərq İnstitutu tərəfindən hazırlanmışdır. “Tokio qaydaları” dünya dövlətlərinə məhkumu cəmiyyətdən təcrid edilməsi ilə bağlı olmayan cəza tədbirlərinin geniş tətbiq olunmasını tövsiyyə edirdi. Bu kimi beynəlxalq aktları rəhbər tutaraq, öz milli qanunvericiliyini təkmilləşdirən Azərbaycan Respublikası da qüvvədə olan Cinayət Məcəlləsini azadlıqdan məhrum etməyə alternativ cəzaların dairəsini genişləndirməklə təcrübədə xeyli əlverişli şərait yaratmışdır.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.