dahi

AZƏRBAYCAN FİLOSOFLARI. Elşən İsmayıl

Əfəndiyev Asif Qasım oğlu Filosof, ədəbiyyatşünas, tənqidçi olmuşdur. Asif Ata Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid şöbəsini bitirmişdir. O, ali məktəblərdə ( M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda) Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, dialektik və tarixi materializm fənlərindən mühazirə oxumuşdur. Asif Ata 1976-cı ildə "Etik və estetik mənəvi tərbiyə klubu" yaratmış, üç ildən sonra qadağan olunsa, repressiyaya uğrasa da, sonra respublika "Bilik" cəmiyyətində "Ocaq" adı ilə fəaliyyət göstərmişdir. Asif Ata 1981-ci ildən (ruhani ocaq atası) ləqəbini qəbul etmişdir. Sovet dövləti tərəfındən verilən bütün diplomlardan imtina etmişdir (1990-cı ildən). "Dairələr", "İnsan yolu", "Tarixə çatmaq" adlı fəlsəfi-bədii tənqidində insan və müasir həyat problemi qoyulmuşdur. Yetmişədək dərc edilməmiş fəlsəfi kitabın (kəlam, məqam, izhar, həqiqətlər) müəllifidir. Burada mütləqə inam, ruhaniyyat, mənalar, təzadlar və s. fəlsəfəsi şərhini tapır. “Müdriklik səlahiyyəti” , “İnam və şübhə”, “Mütləqə inam”, “Yol. Ata sözü”, “Siyasətdən üstün”, “Mütləqilik” və s. əsərlərin müəllifidir.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.