Klayd

Bonni və Klayd

Bonni Elizabet Parker (1910 - 1934) və Klayd Berrou (1909 - 1934) - tanınmış amerikalı qarətçilər, Böyük depressiya vaxtında cinayət fəaliyyəti ilə məşğul olmuşdurlar.

Bonni 15 yaşında məktəbi atmışdır Klayd isə 16 yaşında. 1929-cu ildə onların ilk görüşü baş verdi. Klaydı sılahlı basqın etdiyinə görə həbs edilmişdir, Bonni ona silah gətirərək dustaqdan qaçmağa kömək edir. Lakın bir həftədən sonra o, yenə tutulur və 14 il müddətində azadlıqdan məhrum olur. Etiraz olaraq Klayd ayağının iki barmağını kəsir. Bu əlbəttə ki, kömək etmir.

Amma 1932-ci ildə özünü yaxşı apardığı üçün azadlığa buraxılır. Azad olan kimi qarətlərə başlayır. 1934-cü ildə həbsxana fermasına dəlisov bir hücum edir və bir-neçə öz şəriklərini azad edir.

Bir çox polis əməkdaşlarını öldürür (ümumi sayı 15). 23 may 1934-cü il tarixində Bonni və Klayd ərzaq ehtiyyatlarını doldurmaq üçün Luiziana ştatının yolları ilə gedirdilər. Polislər isə bu yollarda pusqu qurmuşdur. Onların "Ford V8" maşını güllələnmişdir. 167 güllə maşına dəydi onlardan 50-si cinayətkarları vurdu.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.