lətifə

Falçı hakim

Real falçılıq. 3-5 il qabaqcadan gələciyinizi proqnozlaşdırıram. Hakim. F.Məmmədov

Mənə ərə gedərsiniz?

Vəkil:

- Cənab Smitin vəsiyyətnaməsini elan edilməsindən əvvəl, mən onun həyat yoldaşına sualım var. Xanım Siz mənə ərə gedərsiniz?

Ədalət bərqarar olundu!

Müştəri soruşur öz vəkilindən:
- Mənim işim necə oldu?
- Ədalət bərqarar olundu!
- Tezliklə apellyasiyaya vermək lazımdır!

Vəkil isə oturub inəyi sağır

Vəkil kontorasında vəkil peşəsinin mahiyyətini əks etdirən bir şəkil asılıb:

iki kəndçi inəyi bölüşdürür, biri buynuzundan dartır, o birisi isə quyruğundan, vəkil isə bu vaxt oturub inəyi sağır.

ABŞ-nın bəzi ştatlarının qanunvericiliyindən çıxarışlar

PENSILVANIYA

Qorxulu kinoların nümayiş etdirilməsi yalnız bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günlərində icazə verilir.

KALIFORNIYA

Eyni zamanda iki uşağı bir vannada çimizdirmək qadağandır
Məhkəmədə şahid ifadələri verərkən ağlamaq qadağandır
Öz arvadlarını qayışla döymək ərlərə o vaxtı icazə verilir ki, qayışın eni 12 sm-dən çox deyil (əks təqdirdə arvaddan icazə alınmalıdır)

SAN-FRANSISKO

Evdə bir gündə 3 boşqabdan çox sındırmaq qadağandır

İLLINOYS

Şəhər ətrafına  nüvə qurğunun partlatmasına görə  500 dollar cərimə ilə nəticələnə bilər.

OREQON

Su altında fit çalmaq qadağandır
İctimai tualetlərdə rolik sürmək qadağandır

OQAYO

Siçanları lisenziyasıız tutmaq qadağandır
Qadınlara laklanmış ayaqqabıları geyinmək qadağandır, ona görə ki, kişilər laklanmış ayaqqabının əksindən onların alt paltarını görə bilərlər.
Kişinin portreti qabağında qadınlara soyunmaq qadağan edilir.

VISKONSIN

Yatmış yanğın söndürənləri oyatmaq qdağandır.
İctimai yerlərdə qırmızı rəngli paltarları geyinmək qadınlara qadağan olunub

Bağışlayın, söhbət hələ də narkotiklərdən gedir?

Məhkəmədə narkotiklərin yayılması işinə baxılır. Şahid - qonşudur.
Vəkil: - təqsirləndirilən sizə narkotik vasitələrini verirdi?
Qonşu: - Xeyr!
Vəkil: - Bəs onun arvadı verirdi?
Qonşu: - Bağışlayın, söhbət hələ də norkotiklərdən gedir?

Avtomat məsələsi

Məhkəmədə iş baxılır - boşanmadan sonra uşaqlar hansı valideynə veriləcək.
Keçmiş ərin vəkili hakimə müraciət edir:
- Möhtərəm hakim! Tutaq ki, siz avtomata sikkə (mis pul) atdınız və o, sizə bir siqaret qutucuğu verdi. Bu siqaret kimin olacaq Sizin ya avtomatın.
- Əlbəttə ki, mənə!
- Onda, uşaqlar mənim müştərimə məxsusdur.

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.