təmin etmə

Vəkil ilə təmin edilmədikdə

İkinci qrup əlil Əmrah Vicdanov qəsdən adam öldürməkdə şübhələndirildiyinə görə tuturlar. O, dindirilərkən müstəntiqə hüquqlarını özü müdafiə edə bilməyəcəyini və müdafiəçinin xidmətinə ehtiyacı olduğunu bildirir. Müstəntiq ona tutulduğu andan deyil, yalnız о ittiham elan olunduğu andan müdafiəçinin xidmətindən istifadə etmə hüququna malik olmasını əsas gətirərək, müdafiəçinin iştirakı olmadan ifadə alır. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Əmrahın müdafiə hüquqlarının pozulduğunu əsas gətirərək, dərhal müstəntiqdən şübhəli şəxsin pozulmuş hüquqlarının bərpa edilməsinə dair göstəriş verir. Əmrahın müdafiə hüquqları pozulmuşdurmu?

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.
57265885