vəkil

Ramil Gachay's picture

Hüquqi yardıma görə ödənilən vəsait artırılıb: 1 saata 6 manat

Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılmasının təmin edilməsi tapşırılmışdır.

Ramil Gachay's picture

Salyanda maskalı şəxslər oğurluq məqsədi ilə evlərdən birinə basqın ediblər

report-a istinadən, hadisə gecə saatlarında rayonun Arbatan kəndində qeydə alınıb.

Naməlum şəxslər kənd sakini, Salyanda vəkil kimi fəaliyyət göstərən Sevda Sultanovanın evinə soxulublar. Ev sahiblərinin bundan xəbər tutduqlarını görən naməlum şəxslər, burada qonaq olan Lerik rayonunun Bürsülüm kənd sakini, 1993-cü il təvəllüdlü Rabil Ağadadaş oğlu Ağayevə baş və gicgah nahiyəsindən xəsarət yetirərək hadisə yerindən qaçıblar.

Vəkil isə oturub inəyi sağır

Vəkil kontorasında vəkil peşəsinin mahiyyətini əks etdirən bir şəkil asılıb:

iki kəndçi inəyi bölüşdürür, biri buynuzundan dartır, o birisi isə quyruğundan, vəkil isə bu vaxt oturub inəyi sağır.

Vəkil ilə təmin edilmədikdə

İkinci qrup əlil Əmrah Vicdanov qəsdən adam öldürməkdə şübhələndirildiyinə görə tuturlar. O, dindirilərkən müstəntiqə hüquqlarını özü müdafiə edə bilməyəcəyini və müdafiəçinin xidmətinə ehtiyacı olduğunu bildirir. Müstəntiq ona tutulduğu andan deyil, yalnız о ittiham elan olunduğu andan müdafiəçinin xidmətindən istifadə etmə hüququna malik olmasını əsas gətirərək, müdafiəçinin iştirakı olmadan ifadə alır. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Əmrahın müdafiə hüquqlarının pozulduğunu əsas gətirərək, dərhal müstəntiqdən şübhəli şəxsin pozulmuş hüquqlarının bərpa edilməsinə dair göstəriş verir. Əmrahın müdafiə hüquqları pozulmuşdurmu?

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.