CLC_Lawfirm

Ad: 
CASPIAN LEGAL CENTER
Doğum tarixi: 
10.04.2002
Ölkə: 
Azərbaycan
Ünvan: 
Nobel prospekti 15, Azure Business Center, 15-ci mərtəbə, ofis 98 AZ1025, Bakı, AZƏRBAYCAN
Ümumi məlumat: 
Caspian Legal Center Bakıda yerləşən və bütün növ hüquqi xidmətlər göstərən Azərbaycan hüquq və konsaltinq şirkətidir. Biz əsasən kommersiya və korporativ hüquq məsələlərində, həmçinin Azərbaycan Respublikasında hüquqi şəxslərin yaradılması və fəaliyyətinə hər-tərəfli hüquqi dəstək və konsultasiyanın verilməsi sahəsində ixtisaslaşmışıq. Biz həmçinin xarici fiziki şəxslərə ailə, əmək münasibətləri, miqrasiya, vərəsəlik, xarici məhkəmə qərarlarının tanınması və icrası istiqamətində hüquiq məsləhət verir və hüquqi təmsilçilik xidmətləri göstəririk. CLC Azərbaycanda praktiki biznes hüququ sahəsində 12 ildən çox təcrübəsi olan hüquqşünaslar və vergi məsləhətçiləri tərəfindən təsis edilmişdir. Bizim komandamız Qərb təhsillidir və biznes əməliyyatlarının beynəlxalq standartları və beynəlxalq hüquq aspektləri sahəsində təcrübəlidir. Biz azərbaycan, ingilis, rus və türk dillərini mükəmməl bilirik. Yerli qanunvericiliyin dərindən bilinməsi, məhkəmə işi və praktikası, dövlət orqanlarının yanaşması ilə yaxından tanışlıq, biznes təşviqi islahatlarında iştirak və biznesin dövlət qurumlarında təmsil olunması bizim fəaliyyətimizin əsas aspektini təşkil etmişdir. Bizim komandamızın üzvləri əvvəllər yerli holdinqlər, istehsal müəssisələri, idxal ixrac biznesi, tikinti şirkətləri, banklar (Azərbaycan Respublikasının Mərkəzi Bankı daxil olmaqla), nazirliklər (İqtisadiyyat Nazirliyi, Xarici işlər Nazirliyi) və hüquq şirkətlərində çalışmış və ya onlara xidmətlər göstərmişlər. CLC-nin məsləhətçiləri müqavilə danışıqlarında (müştərinin təmsil və müşayiət olunması), müqavilələrin hazırlanmasında, FIDIC müqavilələri də daxil olmaqla iri məbləğli (çoxmilyonlu) müqavilələrin təhlilində, mübahisələrin həlli və borcların alınması işlərində kifayət qədər təcrübəlidirlər. CLC müntəzəm olaraq hüquqi islahatları və biznes fəaliyyətinin təşviq olunması üçün atılan addımları izləyir, müştəriləri vergi və gömrük güzəştləri də daxil olmaqla müvafiq azadolma imkanları, azad zonalar və digər təşviq təşəbbüsləri barəsində məlumatlandırır. Biz yerli və beynəlxalq müştərilərə daha strateji, daha xəfif və uzlaşdırılmış əməkdaşlıq üçün biznesə uyğunlaşdırılmış xidmət və məsləhət verməyi təklif edirik. Əgər bütün risklərdən sığortalanmış, maliyyə cəhətdən balanslaşdırılmış və praktiki olaraq faydalı hüquqi həll yolları axtarırsınızsa, doğru ünvandasınız.
Telefon: 
(+994 50) 289 89 73 (+994 55) 285 58 88 (+994 12) 480 14 86
Vebsite: 
http://www.caspianlegalcenter.az/az/

Points

Cəmi (bütün kateqoriyalar): 0

Tarixçə

Blog
Bloqda son yazılara baxmaq
Saytın istifadəçisi
1 il 2 ay
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.