0

Böyük Britaniyanın Ali Məhkəməsi

Аватар пользователя Ramil Gachay

 

Hakim-Lordların (Law Lords) müstəqilliyini vurğulamaq, o cümlədən Parlament və məhkəmələr arasında şəffaflığı artıraraq Birləşmiş Krallığın Ali Hakimlərinin, Parlamentin Yuxarı Palatasından tam ayrılmasına nail olmaq üçün 2009-cu ildə Böyük Britaniyanın Ali Məhkəməsi yaradılmışdır.

Hakim-Lordlar, həmçinin Apellyasiya Məhkəməsinin Lord-Ordinarları (Lords of Appeal in Ordinary) kimi tanınan, (2009-cu ilin iyulunadək Lordlar palatasının məhkəmə işini həyata keçirən  və Birləşmiş Krallığının yeni Ali Məhkəmənin hakimləri olmaq üçün Parlamenti tərk etmiş) tam iş günü çalışan, yüksək ixtisaslı hakimlərdir.  

Bu məhkəmə, Böyük Britaniyanın son apellyasiya instansiyası məhkəməsidir. O, ən böyük ictimai əhəmiyyət kəsb edən, hüququn mübahisəli məsələləri üzrə apellyasiya işlərinə baxır. Mülki işlər - bütün Birləşmiş Krallıqda. Cinayət işləri - İngiltərədə, Uelsdə və Şimali İrlandiyada. Şotlandiyada cinayət işləri üzrə apellyasiya şikayətləri aşağı instansiya məhkəmələrdən  Şotlandiyanın Yüksək Cinayət Məhkəməsinə verilir (hansı ki, Şotlandiyanın cinayət işləri üzrə ali məhkəməsidir).  

Birləşmiş Krallıqda ən yüksək apelyasiya məhkəməsi olan Ali Məhkəmə, bilavasitə Avropa Birliyinin tətbiq edilən hüququnu rəhbər tutmalı və yerli hüququ, ona, mümkün qədər uyğunlaşdıraraq,  şərh etməlidir. O, həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasında əks olunan hüquqların həyata keçirilməsini təmin etməli və Strasburqda yerləşən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) qərarlarını nəzərə almalıdır.

Ali məhkəmə, həmçinin, Avropa Birliyinin hüququ ilə bağlı istənilən məsələ (həlli qeyri-aydın və qərara ehtiyacı olan) üzrə Lüksemburqda yerləşən Avropa Ədalət Məhkəməsinə (AƏM) müraciət etməlidir. Ali məhkəmə, o cümlədən, Şotlandiyada, Uelsdə və Şimali İrlandiyada icra və qanunverici hakimiyyətlərinin səlahiyyətlərinin keçirilməsinə (ötürülməsinə) aid “hakimiyyət məsələləri”ni (“devolution issues”) həll edir.

Yalnız ictimai əhəmiyyət kəsb etdiyi halda, işin apellyasiyası mümkün olur. Ali Məhkəmə on iki hakimdən ibarətdir. Məhkəmə işləri beş, yeddi və ya doqquz hakimdən olan kollegiyalar tərəfindən baxılır. Hər bir hakim fərdi qərar qəbul edir, onların ümumi qərarı yekdilliklə və ya sadə səs çoxluluğu ilə əldə edilir. Ali Məhkəmədə və Apelyasiya Məhkəməsində qəbul edilmiş qərarlar presedent statusunu alır və bütün gələcək işlərdə məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.

https://www.judiciary.gov.uk

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.