Bu material Azərbaycan Respublikası ərazisində əmək məsələləri sahəsində və ya BƏT-lə bağlı araşdırma aparanlar üçün yararlı ola bilər. Bildiyimiz kimi, Azərbaycan Qanunvericiliyi konvensiyalar və beynəlxalq sazişlərə əsaslanaraq, canlı kimi, inkişaf etməkdədir. Bu dəfə Əmək münasibətlərindən söz açmaq istərdim və daha doğrusu bunu beynəlxalq səviyyədə icrasına nəzarət edən Beynəlxalq Əmək Təşkilatı (BƏT) haqqında. Azərbaycan Respublikasının əmək məsələləri sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat BƏT-dir.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) — Əmək münasibətlərini tənzimləyən Beynəlxalq Millətlər Təşkilatının ixtisaslaşmış qurumudur. 1919-cu ildə Versal sülh müqaviləsinin əsasında Millətlər Liqasının tərkibinə daxil olan qurum kimi yaradılıb. Yaradılarkən Millətlər Liqasının qurumu idisə 1946-cı ildən BMT-nin ixtisaslaşmış qurumlardan birisi kimi fəaliyyətini davam etdirir.
BƏT özlüyündə sosial iqtisadi, insan və əmək hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq təşkilatdır. BƏT-in digər ixtisaslaşdırılmış təşkilatlardan əsas fərqi ondan ibarətdirki BƏT-də üçtərəfli təmsilçiliyi olmasıdır. Həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri BƏT-in bütün direktiv orqanlarında təmsil oluna bilər və konvensiyaların, tövsiyələrin qəbul edilməsində iştirak edə bilərlər. BƏT-in Ali orqanı ildə 1 dəfə çağırılan Beynəlxalq Əmək Konfransıdır. Konfranslar arası dövrdə BƏT-in siyasətini, seçkili orqanı olan, inzibati şura həyata keçirir. Beynəlxalq Əmək Bürosu – BƏT-in daimi fəaliyyətində olan katibliyidir . Digər strukturlar və komitələrdə həmçinin fəaliyyət göstərir. BƏT-in Konfransları əsasən əmək sahəsinə dair beynəlxalq normativ sənədlərin qəbulu ilə və ya hesabatlarla bağlı olur. Qəbul olunmuş sənədlər konvensiya və tövsiyələr şəklində olur. Konfranslarda həmçinin ölkələrin qoşulduğu konvensiyalara əməl etmələri barədə hesabatlar dinlənilir. Maraqlısı budur ki BƏT, hər hansı üzv dövlət tərəfindən konvensiyalara riayət etməsi ilə bağlı, təzyiq etmək mexanizminə malik deyil. Yalnız konfranslar vaxtı nöqsanların işıqlandırılması – dövlətlərin beynəlxalq imicinə toxuna bilməsi nəzarət üsulu kimi qəbul etmək olar.
BƏT-in mənzil qərargahı Cenevrədə (İsveçrə) yerləşir. Rəsmi web saytı «www.ilo.org». Bu saytdan daha ətraflı məlumatları əldə edə bilərsiniz. Həmçinin BƏT Nobel sülh mükafatı qazanan təşkilatlardan biridir.
Belorus və Ukrayna 1954-cü ildən BƏT-in üzvidirlər. Müstəqil Azərbaycan Respublikası isə 12 may 1992-ci ildə BƏT-ə tam hüquqlu üzvü olub. Onun 57 Konvensiyasına qoşularaq orada təsbit olunmuş prinsip və normaları qəbul etmişdir. Bu konvensiyaları nəzərinizə çatdırıram. Konvensiyaların mətnləri rus, ingilis, fransız, ispan, çin, alman, portuqal və ərəb dillərindədir. Aşağıda qeyd olunan siyahıda rus dilindəki rəsmi tərcümələr ilə tanış ola bilərsiniz.
https://zaurakbarov.wordpress.com
© 2009-2022 De Jure.