Son zamanlar bir çox həmkarlarımdan bizim qanunvericiliyin digər ölkələrdən "köçürülməsi" (xüsusən Rusiyadan) barədə gileyli fikirlərə rast gəlirəm.
Ilk olaraq ondan başlayım ki, hüquq elminin "legal transplants" adlı bir istiqaməti var və alimlər nəyinki tək "hüququn köçürülməsini" hətta onun necə, nə vaxt və harada olunmasını yazırlar.
Birdə ki "comparative law" (müqayisəli hüquq, və ya daha doğrusu hüquqların müqayisəsi) istiqaməti məhz müxtəlif ölkələrin hüquqlarının, fərqli hüquq sistemlərinin müqayisəli öyrənilməsindən formalaşıbdır.
İkinci, istənilən bir normanı yazanda, implementasiya edəndə ilk növbədə "best praktice" axtarılır, öyrənilir. Bu işin nə qədər keyfiyyətli görülməsi artıq mövcud resurslardan asılıdır və bu resurslar heç tək maddi deyil. İnsan, bilik, təcrübə və s.
Başqa ölkənin hüquq təcrübəsindən yararlanmasına düşünürəm burda heç bir eyib, nöqsan və ziyan yoxdur. Buna bir çox obyektiv səbəblər var - coğrafi, mədəni, tarixi, yaxınlıq, dil, işgüzar əlaqələr və sair. Həmçinin ayrıca olaraq, özünün ayrıca "hüquqi məktəbi" (legal school) olmayan ölkə olaraq, durub özümüzdən "velosiped icad" etməyimiz ağlabatan deyil.
Tez-tez eşidirəm ki, hüquqşünaslar deyir ki, bizim Mülki Məcəllə Rusiyanın MM-dən köçürülübdür. Bəlkə kiminsə üçün bu yeni xəbər olacaqdır, ancaq bizim MM Almaq Mülki Məcəlləsindən (BGB) norma daha çoxdur nəyinki 2000 illərin Rusiya MM-dən.
Ancaq bu haqda niyə məlumat azdır, çünki Alman hüququ ilə maraqlanan, alman hüququnun komporativistika ilə maraqlanan və alman dilini bilən hüquqşünas azdır. Ingilis, Rus dilini bilən var, məndə daxil. Alman dilini bilmirəm. Son vaxtlarda alman hüququ haqqında məlumatı bir təhər rus və ingilis dilində tapmağa çalışıram. Bizdəki bəzi normaların analogiyasını Rusiyanın MM-də tapa bilmədiyimdən və bilirəm ki, biz bu normaları icad etməmişik 2000-ci ildə, demək haradansa götürmüşük (əksər hallarda onu da yaxşı bacarmayıblar).
O boydana Türkiyə 2012-ci ildə Yeni Mülki Məcəllələrini İsveçrənin Məcəlləsindən köçürdülər, onlar isə öz növbəsində Fransız və Alman normalarının qarışığından yazmışdırlar.
Yani o boyda Osmanlı dövrünü yaşatdıran, dünyanın 20 böyük iqtisadiyyatından biri olan Türkiyə öz hüququnu "icad etmədi" və durub "damarını doğramırlar" ki niyə köçürdük, gərək özümüz yazardıq. Əksinə tənqid edirlər ki, niyə Almanda hansı bir normanı əlavə olunmadı, niyə İngilisdən filan şey əlavə edilmədi və s.
Rusiya özü guya 100 faiz özü "icad edib" hər şeyi? Onların bizdən fərqli olaraq yaxşı, güclü "hüquq məktəbi" olub həmişə. Ölkə böyük, resurs çox, imkanlar çox. Bu imkan verir ki, başqa hüquqdan "transplantasiya" olunan normalar üzərində işlənsin, özlərinə uyğun formatda "daxil edilsin".
Misal üçün son dəyişiklərdən biri bizim hərdən müqavilələrdə gördüyümüz "bəyanatlar və təminatlar", rusca "заверения и гарантии". Rusiyaya bu institut İngilis hüququndan daxil olubdur - "Representations and warranties". Bu yaxınlarda isə öz Mülki Məcəllələrinə "заверения об обстоятельства" adlı bir maddə daxil etdilər, hansı ki, 90% faiz "Reps&Warr" aiddir. Ancaq gəl ki, bundan əvvəl bu "заверения и гарантии" ətrafında bir məhkəmə işləri, hüquqşünaslar arasında gərgin müzakirələr, mübahisələr və sair.
Bəziləri belə normanın olmasının tərəfindədirlər, digərləri isə əksinə istəmirdilər olsun və deyirdilər ki bu məsələ "müqavilə azadlığı" prinsipi çərçivəsində həll olunmalıdır, qoy məhkəmələr həll etsinlər. Alman modelini təklif edənlər olurdu, hansı ki, bir az ortadadır. Təklif etdilər ki, MM-nin "malın keyfiyyətinə" dair normalar daha geniş təfsir olunsun, əqdlərdə yanılma və aldatma institutu daxilində baxilsın və sair. Yekunda, qeyd etdiyim norma əmələ gəldi.
Qaldı ki, common law hüquq ailəsi balaca BVİ-dan tutmuş Hindistan və Avstraliyaya kimi hamısı İngilis hüququ əsasında qurulublar. İndiyənə kimi bəzi işlədə bir ölkənin məhkəmələri Avstraliyanın, İngiltərənin məhkəmə təcrübəsini sitat gətirir.
Bizim məhkəmələrə Rusiya Ali Arbitraj Məhkəməsinin təcrübəsinindən fikir paylaşanda elə reaksiya verir ki, elə bil özü John Marshall, Judge Holmes ya Lord Dennig-di, deyir mənə başqa ölkənin məhkəməsi maraqlı deyil. İndi gəl sən bununla hüququn nə olduğu anlamağa çalış.
Birdə ki, etiraf etmək lazımdır ki, Azərbaycan dilində hüquqi ədəbiyyat çox azdır.
("Mən bir yenilənmiş Mülki Hüquq kitabını tapa bilmirəm, ay qardaş, sən isə deyirsən gəlin qanunları özümüzdən yazaq")
Bu resurs azlığında, xarici dili yaxşı bilməyən, onun köməyi ilə heç bir araşdırma aparmayan, öyrənməyən bir həmkarım deyəndə ki, "eehh bizimdə məcəlləni ruslardan köçürüblər, özümü yaza bilmirik ki", qalıram mat!
Yəni gəlin real olaq, nə edə bilmək üçün gücümüz çatdığını anlayaq və onu yaxşı edək. Oxuyaq, öyrənək, tətbiq edək, inkişaf edək. Sağlam perfeksionizm olmalıdır hər kəsdə.
Müəllif: Emin Kərim
© 2009-2022 De Jure.