Öhdəlik hüququnun icrasının təmin edilmə üsulları: Zaminlik.
Hüquqşünas Aydın Quliyev Eldar oğlu.
Öhdəlik mülki qanunvericiliyin ən geniş sahələrindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəlik-bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və ya digər hərəkətdən çəkinməlidir. Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu maddədən aydın olur ki, öhdəlik tərəflərdən birinə vəzifələr, digərinə isə hüquqlar verir. Öhdəliyin subyekti qismində kreditor və borclu (debitor) kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. (borclu) – mülki vəzifələri yerinə yetirməyi bacaran, hər hansı şəxsə, müəssisəyə və ya təşkilata borcu olan fiziki və ya hüquqi şəxsdir.
. Öhdəlikdə borclu tərəfdə bir neçə şəxs çıxış edirsə, lakin, onlardan birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi halları və ya halı mövcuddursa kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Yalnız həmin şəxs ilə bağlı olaraq tələb hüququnu itirmiş olur. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər ( üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
Öhdəliklərin əmələ gəlməsi əsasları
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin maddəyə əsasən, əgər danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər
Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu Qanun Azərbaycan Respublikasında bütün digər sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən notarial qaydada təsdiqlənməli və ya dövlət qeydiyyatına alınmalı olan müqavilələrə şamil edilmir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşma etibarsız olduğu təqdirdə bu əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Öhdəliklərin icra etmək barədə təminat vermiş şəxs kreditorun razılığı ilə onu başqa təminatla əvəz edə bilər.
Zaminlik öhdəlik münasibətidir. Bu öhdəlik zaminlik müqaviləsindən əmələ gəlir. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14.07.2015-ci il tarixli qərarında isə qeyd edilir ki, yalnız tərəflər arasında yazılı formada bağlanmış zaminlik müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi qəbul oluna bilər. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Zaminlik üzrə münasibətlərdə üç subyekt (tərəf) iştirak edir: borclu, kreditor, zamin.
Borclu - əsas öhdəlik üzrə öhdəliyi icra etmək vəzifəsini daşıyır.
Kreditor - əsas öhdəlik üzrə tələb etmək ixtiyarına malik olan şəxs başa düşülür.
Zamin - elə bir üçüncü şəxsdir ki, o, kreditor qarşısında borclunun öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə zamin olunmuş şəxslər dedikdə iki və ya daha çox zamin başa düşülür. Zaminlik geri çağırılmayan müqavilə öhdəliyidir, çünki zaminin öhdəliyin icrasından birtərəfli imtina etmək və ya onun şərtlərini birtərəfli dəyişdirmək hüququ yoxdur.
MM-nın 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Zaminliyə xitam verilməsi halları: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda.
Zaminlik hüquq münasibəti bəzən digər hüquq münasibətləri ilə, əsasən də vərəsəlik hüquq münasibətləri ilə toqquşur. Bununla bağlı da Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul olunmuşdur. KM-in “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit edilmişdir:
İstifadə olunmuş mənbələr:
© 2009-2022 De Jure.