İnzibati idarəetmə fakültəsi, Dövlət İdarəçilik Akademiyası
Fərid Nəcəfov
QAFQAZDA MÖVCUD SEPARATİZM MEYLLƏRİ
Qafqaz dünyanın ən yaxşı və yüksək potensiala malik regionalarından biridir. Bu region böyük əhəmiyyətə malik olduğu üçün daim diqqət mərkəzindədir.
Qafqaz Azərbaycan, Gürcüstan, Rusiya, Ermənistan və Türkiyə sərhədləri ilə Xəzər dənizinin şərq və Qara dənizin qərbinin arasında yerləşən regiondur.[1]
Ümumilikdə, regiona Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan aiddir. Şimali və Cənubi hissələrdən ibarət olan regionun şimal hissəsi Rusiyanın və cənub hissəsi isə digər üç dövlətin nəzarəti altındadır. Regionda böyük əhəmiyyətə malik olan resurslar və habelə, ticarət üçün lazım olan mühüm magistral yollar vardır. Regiondakı dövlətlərin bir-biri ilə həm tarixən, həm də müasir dövrdə müxtəlif sahələrdə əlaqələri olmuşdur. Bu əlaqələr həm də mədəni məzmunda olmuş, bu xalqların hal-hazırda belə bir-biriləri ilə oxşarlıqları var. Qafqaz özünün çox doğma görünən “ailə inistutu” ilə də fərqlənir. Dünyanın çox az regionunda bu nəzərə çarpır. Eləcə də buradakı xalqlar bir-birinə bənzəyən və bir-birindən seçilməyən zəngin adət-ənənələrə malikdirlər. Onu qeyd etməliyəm ki, yalnız indiki Ermənistanda yaşayan toplum sonradan bura gəlmədir. Mövzumuzun arqumenti tək bu olmasa da, tarixdən də bəlli olduğu kimi bu insanlar Qafqaz xalqlarının, xüsusilə də Azərbaycan xalqının milli mənəvi dəyərlərini saxta şəkildə özününküləşdirməyə çalışıblar və çalışırlar.
Təbii ki, regionda “hər zaman sülh olub” deyilə bilməz. Tarixən və indi də Qafqazda müxtəlif münaqişələr olmuşdur. Bizi maraqlandıran ən kiçik münaqişələr deyil, bəlkə də. Əsas olan milli maraq və dövlətçiliyə zidd olan separatizmdir. Separaçılıqla məşğul olan qrup və ya fərd dövlətə, onun milli maraqlarına və ya vtəndaşların təhlükəsizliyinə zərər vura bilər. Bu da özünü etnik, milli, dini, gender, tayfa və s. formalarda göstərə bilər.
Separatizm çox böyük və real təhlükədir. Bu təhlükədən qaçmaq, itaətində olduğun ölkədə bunu nəzərə almaq və nəzarətdə tutmaq, bax bunlar, həqiqətən çox gərəklidir. İndi isə Qafqazdakı separatizmdən danışmaq istərdim. Məsələ nədir? Əsas onu qeyd edim ki, burdakı ölkələr hal-hazırda suveren olsalar da, çox da uzaq olmayan tarixdə onların hamısı sovet imperiyasının bir parçası idi. Sovet imperiyası dövründən genişlənib, hələ ondan əvvəl də mövcud olan erməni-azərbaycan münaqişəsinin ən ciddi problem Qarabağ məsələsidir. Qarabağdakı separatçılıq üzündən Azərbaycan ordan gələn gəlirlərdən məhrumdur, bu bir yana burda qədim köklərə malik olan əhali öz torpaqlarında yaşaya bilmir. Ancaq sonralar da Azərbaycan-Ermənistan münaqişəsi davam etmiş, XXI əsrdə yeni münqişə ocağı Gürcüstanda yaranmış iki ərazinin Gürcüstandan ayrılması və buna Rusiyanın “müdaxiləsi” Gürcüstan- Rusiya arasında münaqişə ocağının yaranmasına səbəb olmuşdur. İstərdim ki, Qafqaz üçün çox böyük əhəmiyyətə malik olan bu problemlərlə, xüsusi ilə separatçılıqla sırf bağlı olan ərazilərin müstəqil dövlətdən ayrılması ilə bağlı daha geniş müzakirə aparaq. Çünki Qafqazda həm də biz yaşayırıq. Qafqaz nə qədər təhlükəsiz olarsa biz də bir o qədər daha çox inkişaf edə bilərik. Təbii ki, Azərbaycan-Ermənistan münaqişəsində Azərbaycan daim sülhün tərəfdarı kimi çıxış etsə də, tarixən bizə məxsus olan torpaqların Ermənistana güzəştə gedilməsinə razı ola bilməz. Beləbir bir səhv AXC dövründə edilib.
İlk öncə, Şimali Qafqazdan başlamağı daha uyğun görürəm. Şimali Qafqazda SSRİ dağıldıqdan sonra öz müstəqilliyinə qovuşmaq istəyənlərdən biri də çeçenlər idi. “Amma bu nə qədər real idi?”,- deyə düşünsək, onu qəbul edərik ki, çeçen xalqı nə qədər mübariz olsa da Rusiya kimi gücün qabağında sona qədər dayanmağı bacara bilməzdi, indi mübariz çeçen xalqının muxtariyyəti olsa da o Rusiyanın bir hissəsidir. Amma bu ərazidə də bəzi vaxtlarda narazılıqlar olur. Biz bunu yalnız Rusiyanın daxili problemi kimi görə bilərik, ancaq məsələ çeçenlərin Rusiyada hansı çevrilişi edəcəyindən yox, “sırf çeçenlər bunu edərsə, digər Qafqazdakı azlıqlar nə edər?”,- deyə diqqətimizi çəkir.
İkinci Çeçenistan-Rusiya müharibəsindən Rusiya qalib gəlmiş və Çeçenistanda özünə tabe olan “Çeçenistan Respublikası” yaratmışdır. Rusiya ilə Çeçenistanın şəhərlərindən dağlara çəkilən çeçen ordusuna qarşı istifadə olunan hücumlar şiddətlənişdir. Bu adımdı ilə Rusiya digər “ayrımçılıq” etmək istəyənlərə də eyni cavabı verəcəyini bildirmişdir.[2]
Bununla yanaşı Şimali Qafqazda digər separatçılıq meylləri özünü Dağıstan, İnquşetiya, Kabardino-Balkar respublikalarında, Cənubi Osetiya-Alaniya, Qaraçay-Çerkesiya, Stavropol diyarı və Volqoqrad vilayətində göstərir.
Qafqazda müasir dövrdə ən mühüm münaqişə ocaqları Gürcüstanda Abxaziya və Şimali Osetiya, Azərbaycanda isə Qarabağ(Arsax) münaqişəsidir. Bu münaqişə ocaqlarının yaranması və genişlənməsində Rusiyanın dolayısı ilə rolu vardır. Azərbaycanın münaqişəsini Gürcütandan fərqləndirən isə, Qarabağ separatizminə Ermənistanın da dəstək verməsidir.
Gürcüstanın separatçılığa meyl edən birinci bölgəsi Abxaziya olmuşdur. Abxazlar özü bir xalqdır. Bu xalqın əksər hissəsi Türkiyədə, habelə Gürcüstanda, Rusiyada, Suriyada, Almaniya və Ukraynada məskunlaşıblar. SSRI dağılan zaman müstəqillik istəyən xalqlardan biri də abxazlar olur. Yenə də bir sual cavabsız idi. “Necə əldə ediləcəkdi bu müstəqillik və kim dəstək verəcəkdir?” . Təbii ki, bunlara cavab var idi. SSRİ dağılışdı, onsuzda keçmiş “imperiya həvəsi” ilə Rusiya çox şey itirmişdi. MDB-nin yaranması ilə Abxaziyada paralel başlayan zidiyyətlər təsadüfi ola bilməzdi. Və məsələ bundan ibarət idi ki, 1992-1993-cü illərdə Gürcüstan hələ yenicə dirçəlirdi. Abxaziya münaqişəsi 1992-ci ildən başlayaraq alovlanır. Sonra da geniş xarakter alır, bir müddət sonra bir sıra güzəştlərə gedib məsələni danııqlar masasında həll etməyə çalışan Gürcüstana Rusiya maneçilik törədir, daha sonra Suxumi tutulur.
1993-cü ilin iyulun 27- də Saçi müqaviləsi imzalandı. Müqavilə Gürcüstan-Abxaziya-Rusiya üçtərəfli komissiyanın yaradılmasını (atəşkəs və hərbi qüvvələr üzərində nəzarətin təminatı üçün), müşahidə zonasına beynəlxalq müşahidəçilərin göndərilməsini, Gürcüstan və Abxaziya hərbi qüvvələrinin münaqişə ocağından 10-15 günə çıxarılmasını nəzərdə tuturdu. Amma Gürcüstan məsələnin yeganə həlli yolunu Moskva ilə dil tapmaqda görürdü. [3]
Gürcüstan MDB-yə daxil olur. Amma problem həll olunmur. Belə ki, münaqişəyə müdaxilə edən ilk tərəflərdən biri Rusiya olur, daha sonra BMT-də münaqişəyə dair bir sıra adımlar atır. Abxaziyada bir müddət rus orduları və BMT-nin sülhməramlıları yerləşdirilir. 26 noyabr 1994-cü ildə Abxaziya Ali Soveti özünü suveren respublika elan edir. Sonrakı tədbirlər də Gürcüstanın ərazi bütövlüyünü təmin etməsinə ikan vermir.
Gürcüstanın ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi əməliyyatlara əl atması isə 1999-cu ildə Abxaziyanın dövlət müstəqilliyini elan etməsinə gətirib çıxardı. 2003-2008-ci illərdə vasitəçilərin apardıqları diplomatik danışıqlar ara-sıra uğurlu olsa da, münaqişə zonasında vəziyyət mürəkkəb olaraq qalırdı.[4]
Abxazlar da digər xalqlar kimi müstəqillik hüququna malik ola bilərlər, amma onların bir dövlətin tərkib hissəsi olub, sonradan ayrılmağa cəhd etmələri bir dövlət üçün qəbulolunmaz faktdır. Bir halda ki, bu xalqın böyük bir hissəsi Türkiyədədir, digər tərəfdən isə Abxaziyanın suveren olmasına, Gürcüstandan ayrılmasının səbəbkarlarından biri Rusiyadır biz bu məsələsyə ancaq hüquqi müstəvidə baxa bilmirik. Onların atdığı bu addım separatçılıqdır. Vəziyyət niyə bu hala gəldi? Azlıqların bir dövlət içərisində tarixin mövcud olmuş atributları əslində bir alətdir. Gürcüstanın da bu sahədə atdığı addım abxazların narazışılığına, xarici müdaxilə isə avtonomluq iddialarına gətirib çıxardı. Gürcüstan həm öz ərazi bütövlüyündən, həm də özünün gəlir mənbəyindən məhrum oldu. Amma bunlar da məsələnin sadəcə görünən tərəfləridir. Qafqazda azlıqlar tək Gürcüstanda deyil. Digər ölkələrdə də vardırlar. Separatizm anlayışı dövlətlə üçündə dəyişə bilər. Məsələyə rasional yanaşdıqda isə konkret olaraq separatçılığın təhlüəksizlik üçün təhdid olduğu aydındır. Sırf Abxaziya münaqişəsi etnik zəmində öz suverentitetliyini tələb edir. Paralel olaraq da Gürcüstanın suverenliyi üçün təhlükə yaranır. Bu gün dünyada heç bir xalq dövlətə təhdid olaraq yeni bir suverentitetlik istəməməlidir. Birinci və İkinci Dünya Müharibəsindən sonrakı vəziyyətlə bu hadisələr müzakirə edilə bilər. Axı o zamanda xəritədə yeni dövlətlərin adı var idi. Müharibənin səbəbləri o zaman bu dövlətlərin yaranması ilə sırf bağlı idi, digər tərəfdən müharibədən sonra müstəqil olan dövlətlər üçün mövcud şərait var idi,bu şəraitdə hər hansısa müaribədən danışmaq, təhlükəsizliyə təhdid o qədər də önəmli deyildi. Bu dövlətlərin iqtisadi durumu və onları dəstəkləyən qüvvələr vacib idi. Həm SSRİ-nin dağılması abxazlara və digər kiçik azlıqların hamısına yeni kiçik-kiçik dövltlərin yaradılması üçün bəlkə imkan verirdi, amma belə desək haqq vermirdi. Millət anlayışı formalaşırsa xalqın milli xüsusiyyətlərini dövlətin xüsusiyyətləri əvəz edir. Məhz bu səbəbdən, bir neçə xalqın birləşdiyi dövlətdə hər bir xalq yenidən millətə təhdid olaraq suverenliyə xələr gətirə bilməz. Bunun bir adı var –bölüşdürücülük.
Qeyd edim ki, Rusiya Abxaziyanın avtoritetliyini dəstəkləsələr də digər dövlətlər Gürcüstanın ərazi bütövlüyünəhörmət edirlər.
SSRİ-də 20-ci illərin əvvəlində qəbul olunmuş konstitusiya bir sıra ərazilərə muxtariyyət vermişdi. Gürcütsanda mövcud ərazilərdən biri Osetiya idi. Ancaq SSRİ dağılandan sonra OSetiyanın cənubu Gürcüstanın və şimalı isə Rusiyanın itaəti altında idi. Cənubi Osetiyanın Gürcüstandan ayrılmaq istəyi 80-ci illərdə yenidən güclənir. Həmin dövrdə SSRİ dağılırdı və əhalinin diqqəti başqa yerə cəlb olunurdu. Budur bəhanə tapılmışdı. Cənubi Osetiya Şimali Osetiya ilə birləşib belə bir dövlət yaratmaq istəyirdi. Osetinlər əsasən Rusiya, Şimali Osetiya, Cənubi Osetiya və Türkiyədə məskunlaşıblar.
Rusiyanın təsir dairəsində olan dövlətlərin qərbə meyl etməsi hər zaman ya birbaşa, ya da dolayısı ilə yeni münaqişələrə yol açmışdır. Gürcüstanda “narıncı inqilab”-dan və Saakaşvili hakimiyyətə gələndən sonra Avropa dövlətləri və xüsusilə Aİ ilə əlaqələr genişlənir. Saakaşvili ordusunu gücləndirib, həm də separatçı bölgələr- Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti gücləndirir. Gürcüstan həm də MDB-ni tərk edir, Rusiya bununla razılaşa bilməzdi. Bu vaxt Gürcüstanın münaqişəli sərhədləri yenidən alovlanır.
Münaqişə zonasında baş verməkdə olan hadisə və proseslərin xronologiyası 2008-ci ilin avqustu üçün vəziyyətin böhranlı hal aldığını göstərirdi. Avqustun 8-dən 12-dək davam edən hərbi əməliyyatlar diplomatik leksikona “5 günlük müharibə” adı ilə daxil olmuşdur. Hərbi əməliyyatların başlanması Aİ- ni təcili tədbirlər görməyə vadar etdi. Vasitəçilik missiyasını öz üzərinə götü- rən Fransa prezidenti N.Sarkozinin hərbi əməliyyatların keçirildiyi dövrdə Rusiyaya və Gürcüstana səfərləri və Aİ-nin münaqişənin nizamlanmasında altı bənddən ibarət layihəsinin qəbul edilməsi avqustun 15-16-da müvəqqəti atəş- kəsin əldə edilməsinə imkan verdi. Avqustun 19-da isə NATO və Aİ rəsmi şə- kildə Rusiyadan öz qoşunlarını münaqişə zonasından geri çəkməyi tələb etdi.[5]
Bu məsələni həll etmək məqsədi ilə Aİ bir neçə addım atmağa, əraziyə öz nümayəndələrini göndərsə də, məsələni Gürcüstanın xeyrinə həll etmək mümkün olmadı. Habelə Rusiya Cənubi Osetiyanı müstəqil subyekt kimi qəbul etməkdən imtina etmədi. Yenicə isə Suriya separatçı qüvvələri tanıdığını bildirib.
Beləcə, Gürcüstanın növbəti dəfə ərazi bütövlüyünə zərbə vurdular.
Dağlıq Qarabağ münaqişəsi
Bildiyimiz kimi, Qafqazda mövcud olan seperatİzmdən bİri də Azərbaycanla Ermənistan arasında olan Dağlıq Qarabağ məsələsidir. Ermənistan Azərbaycan torpaqlarına , o cümlədən Qarabağa zaman-zaman müəyyən iddialarla çıxış etmişdir. Ermənistanın Dağlıq Qarabağa olan iddiaları da onların «Böyük Ermənistan» yaratmaq planının bir hissəsi idi. Belə ki, Ermənistan Dağlıq Qarabağı müəyyən yollarla özününküləşdirməyə çalışmışdır. Buna ən bariz nümunələrdən biri Rusiyanın vasitəçiliyi ilə buraya çox sayda erməni köçürülüb, burada məskunlaşmalarıdır. Ermənilərin Azərbaycana köçürülməsi bir neçə dövlətlərarası müqavilələrdə də rəsmi olaraq öz əksini tapmışdır. Həmçinin, bu ərazidə ermənilərin möhkəmlənməsi üçün Rusiya etnik təmizləmə siyasəti aparırdı.
XIX əsrin 20-30-cu illərindən etibarən eremənilər Cənubi Qafqaza köçürülmüş və burada silahlı dəstələr yaradaraq azərbaycanlıları təhdid etməyə, onlara qarşı kütləvi qırğınlar həyata keçirməyə başladılar. Azərbaycanlılara qarşı terror və soyqırım Ermənistanda dövlət səviyyəsinə qaldırıldı.[6]
XX Əsrin əvvəllərində isə ermənilər yeni ərazilərə iddialar etməklə bərabər, Rusiyanın köməkliyi ilə azərbaycanlıların öz tarixi torpaqlarından qovulması prosesini həyata keçirməyə başladılar. Ermənilərin burada məskunlaşdırılması bəs deyilmiş kimi, azərbaycanlıların öz torpaqlarından qovulması çox acınacaqlı bir hal idi.
Həmçinin, XX əsrin əvvəllərində artıq Ermənistan Dağlıq Qarabağı ermənilərin əzəli torpağı kimi tanıtmaq məsələsini qaldırdılar. Artıq XX əsrin 60-cı illərindən sonra ermənilər daha da fəallaşdılar. Belə ki, onlar Azərbaycan xalqına qarşı bəşər tarixində görünməmiş vəhşiliklər, soyqırımıar həyata keçirdilər. Azəarbaycan xalqı eyni əsrdə ermənilər tərəfindən 2 dəfə soyqırıma məruz qaldı.
İkinci Dünya müharibəsindən sonra ermənilər üçün əlverişli şərait yarandı. Belə ki, Ermənistan yeni və daha radikal fəaliyyətə başladı. Onlar bir neçə istiqamətdə fəaliyyətlərini davam etdirdilər. Ərazi iddiaları, ermənilərin buraya köçürülməsi, azərbaycanlıların qovulması, sıxışdırılması və s.
İlk olaraq Ermənistan Rusiyaya müraciətində Dağlıq Qarabağın Ermənistana verilməsini bildirir, lakin Rusiya bu müraciəti Azərbaycan SSR-yə ünvanlayır və nəticədə, Azərbaycan SSR-də öz növbəsində bir sıra şərtlər irəli sürdüyündən Ermənistanın Dağlıq Qarabağa olan iddiaları iflasa uğrayır.
Ermənistan digər planlarına əl ataraq, Azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiyasına başlayır. 1948-1953-cü illəri əhatə edən bu proses nəticəsində yüz əlli mindən çox azərbaycanlı öz dədə-baba yurdundan vəhşicəsinə qovulmuşdur. Ağır köçürülmə şəraitində azərbaycanlı əhaliyə çoxlu zülm verilmiş, onlara fiziki güc tətbiq olunmuşdur. Bu isə Ermənistanın şovinizminin göstəricisi idi.
1980-ci illərdən başlayaraq yenidən azərbaycanlıların deportasiyasına başlandı, kimisi zorla evindən çıxarılır, kimisi elə yerindəcə güllələnilirdi. 1988-1991-ci illəri əhatə edən bu deportasiya da azərbaycanlılar üçün çox pis nəticələndi.
1989-cu ilin dekabrın 1-də Ermənistanın Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini bildirir və bununla da Dağlıq Qarabağ müharibəsi başlayır. Bir-birinin ardınca Azərbaycanın əzəli torpaqları- Dağlıq Qarabağ və ona bitişilk yeddi rayon- Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan ermənilər tərəfindən işğal edilir.
2016-cı il aprelin 1-də yenidən Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ uğrunda dörd günlük hərbi münaqişələr baş verir. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələri qalib gələrək bir sıra əraziləri işğaldan azad edə bilirlər.
Dağlıq Qarabağ uğrunda gedənb müharibə ədalətlidir mi?-deyə düşünməyin özü belə ağılsızlıqdır. Qarabağ Azərbaycanın əzəli torpağı olduğu məlum məsələdir, ermənilərin buraya olan iddiaları sadəcə abstrakt bir şeydir.
Hal-hazırda Azərbaycanın 20% torpaqları işğal altındadır. Dağlıq Qarabağ müharibəsi hələ də davam edir. Azərbaycan öz torpaqlarının itirilməsi ilə barışa bilmir, barışmamalıdır da. Dağlıq Qarabağ müharibəsinin həlli var mı dır? Yalnız və yalnız Azərbaycanın torpaqlarının bütövlüyü zəminində...
Qafqazda başqa münaqişələr mövcud olsa da, daha çox diqqəti cəlb edən, həmçinin təhlükəsizliyə təhdid olan əsas üç məsələdir. Hər üç məsələnin kökləri SSRİ-nin mövcud olduğu vaxtlardan qoyulmuşdur. Arsax, yəni Qarabağ münaqişəsi Azərbaycan-Ermənistan münasibətlərinin hələ də gərgin olaraq qalmasına səbəb olub. Azərbaycan daim sülhün tərəfdarı olsa da, buna məhəl qoymayan Ermənistan hər gün dəfələrlə atəşkəsi pozmaqla məsələnin həllini çətinləşdirir. Bu zaman Azərbaycan da öz gəlirinin böyük bir hissəsini sərhədlərə sərf etməyə, öz təhlükəsizliyi təmin etməyə çalışır. Halbuki bu gəlir Azərbaycan üçün daha sürətli inkişafa yol aça bilərdi. Digər iki münaqişə Gürcüstanın daxili problemi kimi görünməsinə baxmayaraq, görünməyən tərəf Rusiya ilə bağlıdır. Bu da həmin münaqişəli ərazilərdə sabitliyə mane olur. Hər üç münaqişəni birləşdirən etnik və milli zəmində separatçılıqdır. Heç bir dövlət istəməz ki, onun ərazisində hər bir milli azlıq müstəqillik əldə etsin. Bu səbəbdən hər bir dövlətə ayrıca suveren kimi baxmalıyıq. Rusiyanın Qafqazda arbitr rolunu oynaması heç kimdən gizli deyil. Bu dövlətlərin yeritdiy siyasət, beynəlxalq arenada atacaqları hər addımdan asılıdır və buna görə də dəyişir. Bəlkə də, məsələni qısa müddətdə həll etmək mümkündür.Amma bunun həlli Rusiyadan keçir. Qafqaz respublikaları hamısı Rusiyadan imtina da edə bilməz. Çünki məsələ yalnız ideoloji məqam deyil, iqtisadi, sosial, mədəni amillərlə də bağlıdır. Buna görə də çıxış yolu kimi düşünürəm hər bir Qafqaz dövləti siyasətini təkmilləşdirməli, atacağı addımları bir daha nəzərdən keçirməlidir. Bəzi məsələlər həm də Qafqaz üçün maneəçilik törədir.Bir-birinə bağlı olan bu iqtsadi zonadakı istər xalqları, istər dövlətləri bir-birindən ayırmaq həm qeyri-mümkün, həm də çox təhlükəlidir.
Separatizm isə istənilən halda çox təhlükəli “düşmən”-dir. Belə ki, burada azlıqların nisbətən çoxluğu və onların avtonomluğa can atması hər an təhlükədir. Bu səbəbdən həm Gürcüstanın, həm də Azərbaycanın, eləcə də Şimali Qafqazda Rusiyanın ərazi bütövlüyü ilə bağlı atdığı addımlar, fikrimcə çox doğrudur.
Summary
Separatism attempts in the Causcaus
The Causcaus is one of the most important and attractive region in the world. It surrounds the borders of Russia, Azerbaijan, Georgia, Armenia, Turkey, The Black Sea, The Caspian Sea. Russia is the biggest power in Causcaus. There are a lot of territory-ethnicity problems, but more important problems are Garabagh, Abxazia, South Osetia than others. There are the attempts of the separatism here. Azerbaijan and Georgia want to protect their territorial integrity, but there are Hegemon here. The Causcaus need the best power politics for stability.
Xülasə
Qafqazda mövcud separatizm cəhdləri
Qafqaz dünyanın vacib və diqqət mərkəzində olan regionudur. Qafqaz regionun Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Qara dəniz, Xəzər dənizi sahillərini əhatə edir. Regionun ən böyük gücü Rusiyadır. Burada sırf etnik zəmində bir neçə ciddi problemlər var. Məsələ orasındadır ki, ən ciddi problem Azərbaycan və Gürcüstandadır. Azərbaycanın bir hissəsi olan Qarabağda, Gürcüstanın bir hissəsi olan Abxaziya və Cənubi Osetiyada ərazi-etnik problemlər, separatizm mövcuddur. Gürcüstan və Azərbaycan isə öz ərazi bütövlüklərini qorumaq istəsələr də, buna mane olmaq istəyən hegemon güc var. Həmin dövlətə münasibətdə Qafqazda sabitliyi qorumaq üçün güclü siyasi xəttə ehtiyac var.
İsdifadə edilən ədəbiyyat siyahısı
[1] “Where is the Caucasus?”, Joseph Kiprop, 2017 25 aprel https://www.worldatlas.com/articles/where-is-the-caucasus.html
[2] “Rusiya-Çeçenistan müharibəsi: Keçmişdən bu günümüzə”, Sefa Sole, 5 aprel 2017, https://www.stratejikortak.com/2017/04/rusya-cecenistan-savasi.html
[3] “Qafqaz münaqişələri”, A.M.Hacıyeva https://www.mimta.az/qafqaz-munaqis%C9%99l%C9%99ri/855/
[4] “Avropa İttifaqı və Cənubi Qafqaz münaqişələri”, Q.Ə. Paşayeva, http://static.bsu.az/w8/Xeberler%20Jurnali/Sosial%20%202013%20%203/121-1...
[5] “Gürcüstan-Abxaziya münaqişəsi: 20 il sonra”, 14 avqust 2012, https://cheger.livejournal.com/334611.html
© 2009-2022 De Jure.