Dövlətin hərracı

Ramil Gachay's picture

Azərbaycanda dövlətin mülkiyyətində olan əmlak, hərraclar vasitəsilə necə satılır? Bəzi istifadəçilərimiz bu məsələ ilə maraqlanırlar və hərracları tənzimləyən normativ aktlar barədə məlumat verməyi istəyiblər. Aşağıda, bu məsələyə aid əsas normativ aktlarının siyahısı göstərilir:

Hərraclarda satışa çıxarılan əmlakın qiymətinə dair:

Qiymət necə formalaşır? Ümumilikdə bu məsələ Qiymətləndirmə fəaliyyəti haqqında qanun ilə tənzimlənir. Praktiki olaraq isə icra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verilir. İxtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmə aktı qəbul edilir (misal üçün, bu anda borca faizin hesablanması dayandırılır).  Qiymət hazır.

İpoteka predmetinə dair: 

Təsəvvür edək ki, Qanunda göstərilmiş hallarda hərrac baş tutmadı. Onda qiymət belə düşəcək:

Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində (43.1.2.  hərracın iştirakçısı olmadıqda) nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

Qanunun 43.1.1-ci maddəsində (hərraca iki nəfərdən az alıcı gəldikdə) nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.

Digər əmlaka dair:

Əgər əmlakın dəyəri 500 manatdan artıq deyilsə, o icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.

Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

İcra qurumları və onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri ilə burda tanış ola bilərsiniz (http://exidmet.justice.gov.az/WebForms/EXEC_OFFICES.aspx)

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.