Etibarnamələrin tətbiqi zamanı meydana çıxan əsasən problemlər

Mülki Məcəllənin (bundan sonra «MM») 359-cu maddəsinə əsasən əqd, təmsil edilən tərəfindən verilən etibarnamə əsasında da bağlana bilər. Bu zaman bağlanmış əqd təmsil edilənə aid mülki hüquq və vəzifələri bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
Bəs etibarnamə nədir ?
Etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Nəqliyyat vasitələrinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamələr istisna olmaqla digər etibatnamələr istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix əgər göstərilməyibsə, həmin etibarnamə əhəmiyyətsizdir. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. Etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, nümayəndənin və ya təmsil olunanın soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüquqi şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi göstərilməlidir. Vəkillərin adına etibarnamələrdə vəkillərin iş yeri (hüquq məsləhətxanası) göstərilir. Eyni zamanda, etibarnamənin qüvvədə olma müddəti sözlə yazılmalıdır.
MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir.
Nəqliyyat vasitələrinə dair etibarnamələr - Nəqliyyat vasitələrinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamələr 1 illik müddətə verilə bilər. Nəqliyyat vasitəsinə dair istifadə hüququ verən etibarnamələr isə bilavasitə etibar edənə aid nəqliyyat vasitəsindən etibar edilənin istifadə etməsini özündə əks etdirir və demək olar ki qanunvericilikdə yeganə etibarnamə növüdür ki şifahi şəkildə də verilə bilir, belə ki, nəqliyyat vasitəsinin sahibi-mülkiyyətçisi maşının içindədirsə, maşını digər bir sürücülük hüququ olan şəxs idarə edə bilər və qəbul olunur ki, mülkiyyətçi bu halda şifahi etibarnamə vermiş sayılır. Digər bir sual ondan ondan ibarətdir ki, bəzi hüquqşünaslar hesab edir ki, nəqliyyat vasitəsi yalnız istifadə məqsədilə verilirsə, istifadə hüququ olan şəxs heç bir halda nəqliyyat vasitəsini digər şəxslərə sürmək məqsədilə verə bilməz və ya ayıq sürücü xidmətindən istifadə edə bilməz. Bu tamamilə yanlış bir fikirdi. Belə ki, MM-in 364-cü maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxssən özü etməlidir, lakin ... etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi hallarda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər .
Digər tərəfdən “Banklarda hesabların açılması, aparılması və bağlanması” Qaydalarında 10.11-ci bənddə deyilir ki, hesabın fəaliyyəti dövründə müştəri hesab üzrə sərəncam hüququnu başqa şəxslərə həvalə etdikdə, həmin şəxslərin imzaları notariat qaydasında təsdiq olunmuş etibarnamə və ya müştərinin ərizəsi əsasında onun iştirakı ilə, bu Qaydaların 10.8-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, bank tərəfindən imza vərəqəsində təsdiq olunur. Praktika da bu bəndlə bağlı da birmənalə fikir mövcud deyildir. Əksər hüquqşünaslar hesab edirlər ki, banklarda açılmış hesablara dair əməliyyatlar aöarılması məqsədilə hesab sahibi tərəfindən verilmiş etibarnamənin tarixi hesabın açıldığı tarixdən sonrakı tarixi əks etdirməlidir.

Tövsiyyə olunur::

Mülki Məcəllə
Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat
“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” KM-nin 15.09.2014-cü il tarixli Qərarı
www.ucnoqta.az/news/12553
“Banklarda hesabların açılması, aparılması və bağlanması” Qaydaları

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.