Niyə poçt xidməti Azərbaycanda inkişaf etmir?

Ramil Gachay's picture

Bu sualın cavabı məndə yoxdur. Bu sahə bir-çox inkişaf etmiş ölkələrdə geniş yayınıb və onun faydalı tərəfləri çoxdur. Misal üçün poçt vasitəsilə şirkətlər öz mallarını və xidmətlərini effektiv reklam edə bilərlər və bu çox təsirli, effektiv marketinq üsulu ola bilər. Ən azı kommersiya strukturları bu sahədə çox maraqlı olmalıdır. 

Aidiyyəti dövlət  qurumları, bu sahə çox vacibdir. Çünki, poçt xidməti inkişaf etdikdə, ünvanlar sistemi sistemləşir. Vətəndaşlara məktublar müntəzəm şəkildə göndərilərkən, onlar daim bir ünvandan istifadə etməyi öyrənir, onlara çatım asanlaşır. Bu cür üsullarla məhkəmə sistemi də inkişaf edir. Yəqin ki, çoxlarınız bilirsiniz ki, məhkəmə bildirişləri göndərilsə də, elə olur ki, ünvanlara çatmır və bunun çox səbəbləri var. Şəxsin bir-neçə evi ola bilər, amma yalnız bir yerdə qeydiyyatdadır və mütləq deyil ki, qeydiyyat yeri üzrə yaşasın. Bunun nəticəsində şəxs məhkəmə prosesləri barədə xəbərdar olmur və bütün bunlar faciəvi nəticələrə gəritirib çıxarır.

Poçt ünvanı şəxs üçün də vacibdir, çünki müxtəlif korrespondensiyanı, ödənişləri və ssair vacib sənədləri almaq daha asan olur və ən əsası bütün bunlar rəsmi olur. 

Poçt xidməti bank sistemini də inkişaf etdirir, çünki banklar üçün əlavə xidmət sahəsi açılır, vətəndaşlar zəruri sənədləri bankdan sifariş edə bilər və hər dəfə bankın yerləşdiyi yerə getməyə ehtiyac yaranmır. 

Poçt xidmətinin inkişafı ümdə məsələlərdir biridir, ən azı o baxımdan ki, şəxs yalnız bir ünvana bağlı olur. Binalarda poçt qutuların yerləşdirilməsi və onlara daim nəzarət edilməsi bu işin əhəmiyyətli xüsusiyyətidir. Təsəvvür edin ki, hər binada hər bir ev sahibi üçün ayrıca qutu var və təsəvvür edin nəə qədər şirkət bundan faydalana bilər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların yeni bir dövrü yaşanacaq. Onlar öz mallarını, xidmətlərini şəxslərin poçt qutularna yerləşdirə biləcəklər. Vətəndaşlar isə özləri sərbəst şəkildə bu mallardan (xidmətlərdən) seçim edə biləcəklər. Bütün bu tədbirlər rəqabətin inkişafına kömək edə biləcək. 

 

 

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.