Vergi qanunvericiliyini öyrənək. Dərs #1

Ramil Gachay's picture

Qanunvericiliyi öyrənmək hər birimiz üçün faydalı ola bilər. Çünki qanunlar və digər aktlar cəmiyyətdə olan münasibətləri tənzimləyir və biz daim onlarla üzləşirik. Nə qədər qanunvericiliyi yaxşı bilsək, bir o qədər də hazırlıqlı olarıq, hüquqlürımızı müdafiə etmək üçün biliklərimiz olar. Hüquqi problemlərimizi özümüz (köməksiz) həll edə biləcəyik.

Buna görə də təklif edirəm ki, hər rüb yeni hüquq sahəsini müəyyən edək və onu öyrənək. Bu layihə yeni olduğu üçün vergi hüququndan başlamağı təklif edirəm, çünki vergilər qaçılmazdır və əksəriyyət əhali onları ödəyir, ona görə də demək olar ki, hamımız bu məsələ ilə rastlaşırıq. 

Vergi sahəsində ən vacib sənəd Vergi Məcəlləsidir, ona görə də biz öz tədrisimizi bu qanundan başlayacayıq. Daha sonra vergi ilə əlaqəli digər qanunları, fərmanları, sərəncamları, qərarları və hətta məhkəmə aktlarını nəzərdən keçirəcəyik. Əgər bu işlə daim məşğul olsaq və həftədə bir-neçə dəfə vergi hüququna diqqət yetirsək rübün axırında vergi hüququ sahəsində mütəxəssisə çevriləcəksiniz.

Sizə və özümüzə uğurlar arzulayırıq!

Təbii ki, hansı iş olursa olsun plan əsasında qurulmalıdır, əks təqdirdə həmin işin faydası və effektiivliyi az olur. Ona görə aşağıdakı tədris planını təklif edirik. Sizdə həmin plana dəyişikliklər edə biləcəksiniz:

Qanunvericiliyin bazasını müəyyən etmək və onunla tanış olmaq:

  1. Vergi Məcəlləsi ilə tanış olmaq
  2. Vergi ilə əlaqəli qanunları ilə tanış olmaq
  3. Vergi ilə əlaqəli  fərmanları ilə tanış olmaq
  4. Vergi ilə əlaqəli Nazirlər Kabinetinin qərarları ilə tanış olmaq
  5. Vergilər Nazirliyinin aktları ilə tanış olmaq
  6. Vergi ilə əlaqəli məhkəmə aktları ilə tanış olmaq

Bu sənədləri ardıcıllıqla saytda yerləşdirəcəyik. Nəhayət Vergi Məcəlləsi. Bu Məcəllə 11 iyul 2000-ci il tarixdə təsdiq edilib. 

Bu gün biz yalnız birinci maddəni yerləşdirəcəyik:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər

1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir.

1.3. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.

Tags: 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.