...
Çoxlarınıza maraqlıdır ki, bizdən nə qədər vergi tutulmalıdır. Düz tutulur, yoxsa yox. Bu barədə dəqiq məlumat Vergi Məcəlləsinin 101-ci maddəsi bizə verəcək. Əgər işçi kimi, əmək müqaviləsinə uyğun olaraq əmək haqqı alırsınız və 2500 manatadək maaşınız varsa, onda dövlətə 14% vergi ödəməli olacaqsınız (DSMF-ə ödənilən haqq nəzərə alınmadan). Əgər maaşınız 2500 manatdan çoxdursa, 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi dövlətə vergi ödəməli olacaqsınız.
Bu maddə ilə baqa dərəcərədə tətbiq edilir, amma bu dərəcələr müəyyən sahələrə aiddir. Misal üçün, idman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulur.
Maddə 101. Gəlir vergisinin dərəcəsi
101.1. Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
1-ci cədvəl
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin məbləği |
2500 manatadək |
14 faiz |
2500 manatdan çox olduqda |
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi |
İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci, 150.1.2-ci, 150.1.3-cü və 150.1.7-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu maddədə nəzərdə tutulan 1-ci cədvələ uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir.
101.2. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
2-ci cədvəl
Vergi tutulan illik gəlirin məbləği |
Verginin məbləği |
30000 manatadək |
14 faiz |
30000 manatdan çox olduqda |
4200 manat + 30000 manatdan çox olan məbləğin 25 faizi |
101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
101.4. Xüsusi notarius üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur.
101.5. İdman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulur.