A (11) | B (9) | C (6) | D (6) | E (3) | G (2) | H (4) | İ (11) | K (5) | L (1) | M (3) | N (2) | P (5) | Q (3) | R (7) | S (10) | T (5) | U (1) | V (5) | X (2) | Y (3) | Z (1) | Ə (6)
Başlıq İzahı
Bank Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
Bank holdinq şirkəti Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir.
Bank olmayan kredit təşkilatı Bank olmayan kredit təşkilatı - öz vəsaiti və/və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
Beh Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
Biosid Biosid - bəşəriyyata qarşı cinayətdir. Ekosiddən fərqli olaraq yalnız insana və digər canlı məxluqlara qarşı yönəldilib. Kütləvi qırğın silahı vasitəsilə insanların və canlı təbiətin qəsdlə məhv edilməsidir. Frəqli xüsusiyyətləri: neytron, baktereoloji, bioloji, toksik və kimya silahların insanlara qarşı məqsədyönlü istifadə edilməsi.
Botnet Botnet (ing. Botnet “robot” və “network” (şəbəkə) sözlərindən) – bu bir-neçə xostlardan ibarət kompüter şəbəkəsidir, daxilinə buraxılmış botlarla (muxtar proqram təminatı). Adətən botnetin içində olan proqram qurbanların kompüterlərinə qurulur və xaker tərəfindən yoluxmuş kompüterin resursları ilə qeyri-qanuni hərəkətlər etməyə imkan verir (spamın yayılmasına, parolların bir-bir seçib ayırmağına və s. Edilməsi mümkündür).
Büdcə Büdcə - Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.
Brakonyerlik Qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması ilə ov aparılması və təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan vəhşi heyvanların hər hansı vasitə ilə icazəsiz ovlanması.
Bank ekvayer Pos-terminalın təsərrüfat subyektində quraşdırılmasını təmin etmiş və Pos-terminal vasitəsilə əməliyyatların həyata keçirilməsi üçün təsərrüfat subyektinə bank hesabı açmış bank.
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.