A (11) | B (9) | C (6) | D (6) | E (3) | G (2) | H (4) | İ (11) | K (5) | L (1) | M (3) | N (2) | P (5) | Q (3) | R (7) | S (10) | T (5) | U (1) | V (5) | X (2) | Y (3) | Z (1) | Ə (6)
Başlıq İzahı
Cinayət təqibi Cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir
Cinayət Cinayət - qanunla cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli, təqsirli olaraq törədilən əməl (hərəkət və ya hərəkətsizlik)
Cinayət hadisəsi Cinayət hadisəsi — cinayətin əlamətlərini özündə əks etdirən hadisədir
Cinayət işi Cinayət işi — törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusudur
Cinayət prosesi Cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur
Cinayət hüququnda cəzanın fərdiləşməsi Cinayət hüququnda cəzanın fərdiləşməsi - törədilmiş cinayətin ictimai təhlükə dərəcəsininin xarakterini, təqsirli bilinən şəxsin şəxsiyyətini, ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almaqla, qanunla müəyyən edilmiş sanksiyalar çərçivəsində cəzanın təyin edilməsidir.
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.