"Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, kənd təsərrüfatında kooperasiyanın formalaşmasına və inkişafına dövlət dəstəyi məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
2.1. nazirliyin aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etsin;
2.2. kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini nəzərə almaqla sistemli və kompleks tədbirlər həyata keçirsin;
2.3. kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının nümunəvi nizamnamələrinin hazırlanmasını təmin etsin;
2.4. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
2.5. Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Dövlət Proqramının icrasına ümumi nəzarəti həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2017-ci il.
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmişdir
Dövlət Proqramı
90-cı illərin ortalarında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaqların xüsusi mülkiyyətə verilməsi ilə ölkədə fermer təsərrüfatları təşəkkül tapmış və kənddə yeni iqtisadi münasibətlərin əsası qoyulmuşdur.
1995-1996-cı illərdə qəbul edilmiş "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və "Torpaq islahatı haqqında" qanunlar torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarını təsbit etmiş, müasir aqrobiznesin formalaşmasına, təsərrüfat fəaliyyətinin nəticələrinə marağın və məsuliyyətin artmasına, habelə kooperasiyanın perspektiv dövrdə inkişafına şərait yaratmışdır.
Əvvəllər formal olaraq "kooperativ" modelinə əsaslanan, reallıqda isə dövlət təsisatları kimi fəaliyyət göstərmiş kolxozların, habelə sovxozların mülkiyyətində olan torpaqların və əmlakın xüsusi mülkiyyətə verilməsi ilə tarixi ədalət bərpa olunmuş, fermerlərin könüllü surətdə kooperativlərdə birləşmələri üçün
institusional zəmin yaradılmışdır.
Qanunvericiliyə uyğun olaraq, sovxoz və kolxozların islahatı həm də torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatların yaradılmasını, onların istehsal kooperativlərinə çevrilməsini nəzərdə tutur, eyni zamanda təsərrüfatların kooperasiyasına təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də kooperativlərin fəaliyyətini tənzimləyən müddəalar öz əksini tapmışdır. Müvafiq normativ hüquqi aktlarda kooperasiya ilə bağlı məsələlərin geniş yer alması bir tərəfdən, kooperativlərin ilkin hüquqi bazaya malik olduğunu, digər tərəfdən də dövlətin birgə təsərrüfatçılıq üsullarına önəm verdiyini göstərir.
Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın effektiv təşkilini, torpaqdan səmərəli istifadəni, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynayır. Təcrübə göstərir ki, kənd təsərrüfatında xırda əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, yeni texnika və texnologiyalar tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarlara çıxışı təmin etmək üçün ən optimal yol kooperasiyanın inkişaf etdirilməsidir.
Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına əlverişli şərait yaradılması məqsədi ilə son illərdə dövlət müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanunu qəbul edilmiş və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının icrası ilə əlaqədar "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair
2017-2022-ci illər üçün Dövlət Proqramı" (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.
Kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf etmişdir. Fermerlərin fərdiyyətçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizmlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə xüsusi pilot layihələrin həyata keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi, kooperasiya barədə biliklərin azlığı və onun üstünlüklərinin geniş təbliğ olunmaması, aqrar informasiya sisteminin zəif qurulması kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngitmişdir.
Kooperativlərin fəaliyyəti barədə göstəricilər də kooperasiya meyillərinin qənaətbəxş səviyyədə olmadığını göstərir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda kooperativ əsaslarla yaradılmış kənd təsərrüfatı müəssisələrinin sayı 2000-ci ildə 250 olduğu halda, 2016-cı ildə 55-ə enmişdir. Eyni zamanda, mövcud kənd təsərrüfatı kooperativlərinin müvafiq fəaliyyət göstəriciləri də (istehsal həcmi, satış dövriyyəsi, işçi sayı) potensial imkanlardan xeyli aşağıdır.
Hazırda xırda təsərrüfatların üstünlük təşkil etməsi aqrar sahənin əsas problemlərindən biridir. Bu təsərrüfatların əksəriyyətində torpaq sahəsi 1,5-2 hektardan çox deyil. Fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli
işləyə bilmirlər, müasir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli meliorasiya və irriqasiya sistemləri qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır, istehsalçılar məhsulun satışı və ixracında ciddi çətinliklərlə üzləşirlər.
Təcrübə göstərir ki, xırda təsərrüfatlarda maliyyə imkanları məhdud olduğundan fermerlər istehsalı genişləndirə bilmirlər, növbəli əkin sisteminin tətbiqi mümkün olmur, torpaqlarda rekultivasiya və suvarma işlərinin aparılması çətinləşir. Buna görə də birgə təsərrüfatların yaradılması, o cümlədən kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi aqrar siyasətin aktual vəzifələrindən birinə çevrilir.
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının əksəriyyəti xırda təsərrüfatlar formasında fəaliyyət göstərirlər. Belə ki, rəsmi statistik məlumatlara əsasən, 2005-ci ildə ölkədə ümumi kənd təsərrüfatı məhsulu istehsalının 96,3 faizi ailə kəndli, ev təsərrüfatları və fərdi sahibkarlar, 3,7 faizi isə nisbətən böyük torpaq sahələrinə malik kənd təsərrüfatı müəssisələri və digər təşkilatlar tərəfindən həyata keçirilirdisə, 2016-cı ildə bu göstəricilər müvafiq olaraq 92,0 faiz və 8,0 faiz olmuşdur. Eyni zamanda kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların payı bitkiçilik məhsullarının istehsalında 1,4 faizdən 5,7 faizə, heyvandarlıq məhsullarının istehsalında isə 6,4 faizdən 9,9 faizə yüksəlmişdir. Az da olsa müsbət dinamikanın yaranmasına baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalının əsas hissəsi hələ də xırda təsərrüfatların payına düşür.
2016-cı ildə 1,2 milyon hektar sahədə aparılan əkinlər üçün yanacaq və motor yağlarına görə dövlət yardımı almaq məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət
edən 385,2 min istehsalçının 74,1 faizi 3 hektara qədər, 15,5 faizi
3-4,9 hektar, 7,4 faizi 5-9,9 hektar, 1,9 faizi 10-19,9 hektar, 0,9 faizi 20-49,9 hektar, 0,4 faizi 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Orta hesabla bir istehsalçıya düşən əkin sahəsinin 3,1 hektar təşkil etməsinə baxmayaraq, əksər istehsalçılara məxsus əkin sahələri orta göstəricidən aşağıdır. Təsərrüfatların 5 hektara qədər torpağa malik olan 89,6 faizi ümumi subsidiya alan təsərrüfatların istifadəsində olan torpaqların 51,5 faizinə sahiblik edir. Bu təsərrüfatların bir hissəsinin birləşməsi həm investorlar üçün cəlbedici ola bilər, həm də həmin təsərrüfatların bazasında müəyyən istehsal və emal müəssisələrinin təşkili üçün imkan yarada bilər.
Heyvandarlıq təsərrüfatlarının fəaliyyətinin təhlili göstərir ki, analoji hal bu sahədə də mövcuddur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin keçirdiyi 2015-ci il kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə əsasən, ümumi sayı 452,4 min olan iribuynuzlu heyvandarlıq təsərrüfatlarından 57,2 faizi 1-4 baş, 29,5
faizi 5-9 baş, 10,3 faizi 10-19 baş, 2,6 faizi 20-49 baş, 0,5 faizi 50 baş və daha çox heyvan sayına malikdir. Ümumi sayı 188,288 min olan xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının isə 4,8 faizində 1-4 baş, 14,4 faizində 5-9 baş, 25,4 faizində 10-19 baş,
34,2 faizində 20-49 baş, 12,9 faizində 50-99 baş, 4,9
faizində 100-199 baş, 2,4 faizində 200-499 baş, 0,7 faizində 500 baş və daha çox heyvan saxlanılır.
"Müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı" sisteminin də ölkəmizdə tətbiqi qənaətbəxş səviyyədə deyildir. Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bu modelin bir sıra üstünlükləri vardır. Belə ki, məhsul istehsalçısı tədarükçü ilə müqavilə
imzalayaraq, həm satış bazarı, həm də bu sövdələşmə çərçivəsində məhsul istehsalı üçün maddi və texniki dəstək əldə edir. Eyni zamanda, bu model tədarükçülər üçün də əlverişlidir. Çünki bu zaman alıcı uzunmüddətli bir dövr üçün stabil məhsul təminatçısı tapdığından, əlavə vaxt və maliyyə sərf etmədən satışın davamlılığını təmin edə bilir. Ənənəvi sahələr olan pambıqçılıq, tütünçülük və baramaçılığın, şəkər çuğunduru və çay istehsalının inkişafı istiqamətində görülən tədbirlər nəticəsində "müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı" sisteminin tətbiqi son dövrlərdə genişlənməyə başlamışdır.
Hazırda həyata keçirilən bir sıra tədbirlər kənd təsərrüfatı kooperasiyasının formalaşmasına müəyyən şərait yaradır. Xüsusilə də, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, istehsalçıların müvafiq istehsal vasitələri ilə təminatının gücləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, emal sənayesinin inkişaf etdirilməsi kooperasiya meyillərinin dərinləşməsinə təkan verməkdədir.
Qlobal miqyasda kooperativlər fəaliyyət göstəricilərinə görə mühüm iqtisadi və sosial əhəmiyyətə malik təsərrüfat subyektləri kimi xarakterizə olunur. Kooperativlər və Sosial Müəssisələr üzrə Avropa Tədqiqat İnstitutunun Beynəlxalq Kooperativlər Alyansı ilə birgə hazırladığı "Dünya Kooperativ Monitoru" hesabatına əsasən, 76 ölkədə fəaliyyət göstərən 2800-dən çox kooperativ təşkilat və birlik arasında aparılmış sorğu nəticəsində bu qurumların 2013-cü
ildə ümumi dövriyyəsinin 2,9 trilyon ABŞ dollarından çox olduğu müəyyən edilmişdir. Kooperativlər dünya üzrə 250 milyon nəfərdən çox insanın məşğulluğunu təmin edir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin birləşdiyi "Böyük İyirmilik" (G20) üzrə ümumi məşğulluğun 12 faizi kooperativ təşkilatların payına düşür.
Kooperativlərin 27 faizi kənd təsərrüfatı və qida məhsulları istehsalı, 21 faizi bank və maliyyə xidmətləri, 19 faizi sığorta xidmətləri, 16 faizi topdan və pərakəndə satış, 5 faizi sənaye, 4 faizi səhiyyə və sosial xidmətlər, 8 faizi isə digər xidmət sahələrində fəaliyyət göstərir. Bununla da kooperativ təşkilatlar milyonlarla insanın güzəranının təmin edilməsində böyük rol oynayır.
Dünya üzrə kənd təsərrüfatı və qida məhsulları istehsalı sahəsində fəaliyyət göstərən kooperativlərin illik dövriyyəsi təqribən 768 milyard ABŞ dolları həcmində qiymətləndirilir və bu, kooperativ təşkilatların ümumi dövriyyəsinin təqribən 26 faizini təşkil edir. 2011-2013-cü illər ərzində kənd təsərrüfatı və qida məhsulları kooperativlərinin ümumi dövriyyəsi təqribən 25 faiz artmışdır ki, bu da onların fəaliyyətinin səmərəliliyini bir daha təsdiq edir.
Kənd yerlərində fəaliyyət göstərən kooperativ təşkilatların 60 faizini kənd təsərrüfatı istehsal kooperativləri, 15 faizini kənd təsərrüfatı istehlak kooperativləri, 25 faizini isə qeyri-kənd təsərrüfatı kooperativləri təşkil edir.
Müasir dövrdə kooperativ təsərrüfatçılıq formasının genişləndirilməsi və dəstəklənməsi qlobal çağırışlardan biri kimi qəbul olunur. Təsadüfi deyildir ki, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının Beynəlxalq İnkişaf Fondu (IFAD) və Dünya Ərzaq Proqramı (WFP) kimi təşkilatlar tərəfindən kənd təsərrüfatı kooperativlərinin aqrar sahənin inkişafındakı rolu yüksək qiymətləndirilir. BMT Baş Assambleyasının 31 oktyabr 2011-ci il tarixli 66-cı sessiyasının qətnaməsinə uyğun olaraq 2012-ci il "Beynəlxalq kooperativlər ili" elan edilmişdi.
Ümumiyyətlə, aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş Avropa ölkələrində 100 illik inkişaf tarixi olan kənd təsərrüfatı kooperativləri istehsalçıların mütərəqqi inteqrasiya forması kimi təşəkkül tapmışdır. Bu ölkələrdə kiçik fermer təsərrüfatları zaman keçdikcə dövrün tələblərinə uyğun olaraq birləşmiş, iri təsərrüfatlar yaranmışdır və kooperativlərin inkişafına davamlı dövlət dəstəyi nəticəsində ümumi istehsalda iri təsərrüfatların payı getdikcə artır. Hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşməklə kənd təsərrüfatı məhsullarının 70-90 faizini, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edirlər.
Danimarka məhz son 100 ildə aqrar sektorda tam kooperativləşmə sayəsində kənd təsərrüfatı məhsulları ixracatçısı olan əsas ölkələrdən birinə çevrilmişdir. Bu ölkədə mövcud olan 40 mindən çox fermer təsərrüfatı sahələr üzrə ixtisaslaşmış kooperativlərdə birləşir.
Türkiyə son onillikdə təqribən 4 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kooperasiya əsasında birləşdirilməsinə nail olmuşdur. Qarşıdakı illərdə əlavə 10 milyon hektar sahədə də kooperativlərin yaradılması nəzərdə tutulur.
Almaniyada hazırda 2675 kənd təsərrüfatı kooperativi fəaliyyət göstərir. Həmin kooperativlər kənd təsərrüfatının istehsal
vasitələri ilə təmin edilməsində mühüm rol oynayır və ərzaq məhsullarının 2/3 hissəsini realizə edirlər.
İsveçdə ixrac olunan süd və süd məhsullarının 100 faizi, yumurtanın isə 75 faizi kooperativlərin payına düşür. Burada bütün istehsalçılar kooperativlərlə əhatə olunmuşdur. İsveçrədə fermerlərin 90 faizi, ABŞ-da isə 50 faizi kənd təsərrüfatı kooperativlərinin üzvüdürlər.
Kənd təsərrüfatı kooperativlərinin süd istehsalı və satışında payı İsveçdə 100 faiz, Almaniyada 96 faiz, Hollandiyada 88 faizdir. Onların ət istehsalı və satışında payı isə Danimarkada 93 faiz, Fransada 90 faiz, İsveçdə 87 faiz, Almaniyada 65 faizdir.
Şəbəkələşmə prosesi kooperativlər üzrə çoxpilləli təşkilati quruluşun formalaşmasına səbəb olmuşdur. Məsələn, ABŞ-da yerli, regional və sahələr üzrə ixtisaslaşmış kooperativlər fəaliyyət göstərir. Bu ölkədə kənd təsərrüfatı kooperativlərinin çoxu səhmdar cəmiyyətləri kimi formalaşsa da, onların səhmləri alqı-satqı obyekti deyil və fond birjalarına çıxarılmır.
digər resursları) könüllülük prinsipi əsasında kooperativlərdə birləşdirməklə səmərəli fəaliyyət göstərmək imkanı əldə edirlər. Kooperativlər fermerlərə təchizat, tədarük və satış məsələlərində kömək göstərirlər.
təşəbbüsünün kolxozların bərpası kimi qəbul edilməsi yolverilməzdir.
yalnız könüllülük prinsipinə əsaslanan uzunmüddətli prosesdir. Bu işdə maarifləndirmə, təbliğat və s. formalardan istifadənin böyük əhəmiyyəti vardır.
Kooperasiya, bir qayda olaraq, torpaq üzərində xüsusi mülkiyyətə əsaslanan təsərrüfatları əhatə etdiyi halda müsbət nəticələr əldə edilir. Bu baxımdan 90-cı illərin ortalarında həyata keçirilmiş aqrar islahatlar effektiv kooperasiya üçün daha real əsaslar yaratmışdır. Yeni mərhələdə isə kənd təsərrüfatı kooperasiyasının dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi bir sıra şərtlərdən asılıdır.
etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.
təhsilli mütəxəssislərin hazırlanması, müvafiq kursların təşkili, bu sahədə elmi tədqiqat işlərinin genişləndirilməsi;
vəsaitləri;
torpaq sahələrində müasir irriqasiya sistemlərinin qurulması;
Sıra №-si |
Tədbirin adı |
İcra müddəti |
İcraçılar |
1 |
2 |
3 |
4 |
11.1. |
Kənd təsərrüfatı kooperasiyası sahəsində dünya təcrübəsinin öyrənilməsi və koope- rativlərin fəaliyyətinin stimullaşdırılmasına dair müvafiq təkliflərin hazırlanması |
2017-2018 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi |
11.2. |
Kənd təsərrüfatı kooperativlərinin yaradılmasına dair ümumi tövsiyələrin hazırlanması |
2017-2018 |
Kənd Təsərrüfatı Nazirliyi |
11.3. |
Kənd təsərrüfatı kooperativlərinin təşkili prosedurunun sadələşdirilməsi üçün təkliflər hazırlanması |
2017-2018 |
Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
11.4. |
Kənd təsərrüfatı kooperativləri, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının müxtəlif sahəvi və regional assosiasiya- larının institusional potensialının güclən- dirilməsi üçün xüsusi qrant proqramlarının hazırlanması və həyata keçirilməsi |
2017-2022 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası |
11.5. |
Kənd təsərrüfatı kooperativlərinin sərgi- satış yarmarkalarının təşkilinə, kooperativ bazarların yaradılmasına və digər bazarlarda kooperativlərin istehsal etdiyi məhsulların satışına dəstək verilməsi |
2018-2022 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
11.6. |
Dövlət ehtiyacları üçün kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlərin hər il müəyyənləşdirilməsi və satınalma əməliyyatlarının həyata keçirilməsi |
2017-2022 |
"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC |
11.7. |
Kooperativlər üçün xüsusi sığorta mexanizminin yaradılması ilə bağlı təkliflər hazırlanması |
2017-2018 |
Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi |
11.8. |
Kənd təsərrüfatı kooperasiyası üzrə pilot layihələrin dəstəklənməsi |
2017-2022 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
11.9. |
Kooperativlərə uzunmüddətli və güzəştli kreditlər verilməsi mexanizminin işlənib hazırlanması |
2017-2018 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası |
11.10. |
Kənd təsərrüfatı kooperasiyası ilə bağlı izahat işləri aparmaq üçün yerlərdə işçi qrupların yaradılması |
2017-2022 |
Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
1 |
2 |
3 |
4 |
11.11. |
Kooperativ təsərrüfatçılığın üstünlükləri barədə təbliğat və maarifləndirmə işinin aparılması |
2017-2022 |
Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
11.12. |
Kənd təsərrüfatı kooperativlərinin yaradıl- ması ilə bağlı istehsalçılara informasiya- məsləhət xidmətlərinin göstərilməsi |
2017-2022 |
Kənd Təsərrüfatı Nazirliyi |
11.13. |
Kənd təsərrüfatı kooperasiyası üzrə orta ixtisas və ali təhsilli mütəxəssislərin hazırlanması, müvafiq kursların təşkili və metodiki vəsaitlərin hazırlanması |
2017-2022 |
Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
11.14. |
Kənd təsərrüfatı kooperativlərinə hüquqi və texniki dəstək verilməsi |
2017-2022 |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi |
11.15. |
Kənd təsərrüfatı kooperativlərinin fəaliyyət göstəriciləri üzrə statistik məlumat bazasının yaradılması |
2017-2018 |
Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi |
11.16. |
Kooperativlərdə və assosiasiyalarda birləşən istehsalçıların fəaliyyətinin təhlili və qiymətləndirilməsi |
2018-2022 |
Kənd Təsərrüfatı Nazirliyi |
© 2009-2022 De Jure.