«İnkoterms 2000» şərtləri
EXW
EX Works ( ... named place)
Zavoddan ( ... yerin adı)
«Zavoddan» termini, satıcı malı alıcının sərəncamına özünün müəssisəsində və ya digər adı çəkilən yerdə (məsələn: zavodda, fakrikdə, anbarda və s.) təqdim etdikdə, göndəriş üzrə öz öhdəliklərini yerinə yetirdiyini bildirir. Satıcı malın nəqliyyat vasitəsinə yüklənməsinə, həmçinin ixrac üçün malın gömrük rəsmiləşdirilməsinə görə cavabdeh deyildir.
Beləliklə, bu termin satıcının üzərinə minimal vəzifələr qoyur və alıcı malın satıcının müəssisəsindən təyinat yerinə qədər daşınması ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. Lakin, tərəflər göndərilmə yerində malın yüklənməsi üzrə vəzifələrin alıcı tərəfindən yerinə yetirilməsini və bütün riskləri və belə yük vurmağa görə xərcləri öz üzərinə götürməsini istəyərlərsə, onda bu, alqı-satqı müqaviləsinə edilən müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır (bax. Giriş b. 11). Bu termin, alıcı birbaşa və ya dolayısı ilə ixrac rəsmiləşdirilməsini yerinə yetirə bilmədiyi halda tətbiq edilə bilməz. Bu halda FCA terminindən istifadə olunmalıdır, bir şərtlə ki, satıcı malın yüklənməsi xərclərini və risklərini öz üzərinə götürməyə razılıq versin.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı alıcının xahişinə əsasən onun hesabına və onun riskinə sonuncuya, əgər tələb olunarsa (bax. Giriş b. 14), istənilən ixrac lisenziyalarının və ya malın ixrac edilməsi üçün lazım olan digər rəsmi sənədin alınmasına tam yardım göstərməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən ixrac və ya idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın ixrac edilməsi üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı razılaşdırılmış tarixdə və ya razılışdırılmış müddət ərzində müqavilədə adı çəkilən göndəriş yerinə hər hansı nəqliyyat vasitəsinə boşaldılmamış malı alıcının sərəncamına təqdim etməlidir. Müqavilədə belə göstəriş mövcud olmadıqda, satıcı analoji malların göndərişi üçün adi yerə və müddətə göndərişi həyata keçirməlidir. Əgər tərəflər göndərişin adı çəkilən yerində hər hansı konkret məntəqə barədə razılaşmamışlarsa, satıcı göndəriş yerində ona daha münasib olan məntəqəni seçə bilər. |
Alıcı, A.4 və A.7./B.7 maddələrinə müvafiq olaraq, mal təqdim olunan zaman, mal göndərişini qəbul etməlidir. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. |
Alıcı onun tərəfindən, B.7 maddəsinə müvafiq olaraq, bildiriş vermək öhdəliklərinin yerinə yetirilməməsi zamanı – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən – göndərişin qəbul edilməsi üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətdən etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onunla bağlı bütün xərcləri ödəməlidir. |
Alıcı: – malın A.4 maddəsinə müvafiq olaraq onun sərəncamına göndərilməsi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – mal onun sərəncamına çatdırıldıqdan sonra malın qəbul olunması öhdəliklərinin onun tərəfindən yerinə yetirilməməsi, yaxud o, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş verməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin ixrac zamanı gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir. Alıcı, A.2 maddəsinə müvafiq olaraq yardım göstərilməsi zamanı satıcı tərəfindən çəkilmiş bütün xərcləri və rüsumları ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı alıcını malın onun sərəncamına nə zaman və harada təqdim olunacağı tarix və yer barədə lazımi şəkildə məlumatlandırmalıdır. |
Əgər alıcı razılaşdırılmış dövr ərzində malın qəbul tarixini və/yaxud yerini təyin etmək hüququna malikdirsə, o, bu barədə lazımi məlumatları satıcıya bildirməlidir. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Öhdəlik yoxdur (bax. Giriş b. 10). |
Alıcı göndərişin qəbul olunması barədə müvafiq sübutları satıcıya göndərməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı malın alıcının sərəncamına təqdim edilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Əgər qeyrisi razılaşdırılmamışdırsa, alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, o cümlədən, ixracat ölkəsinin hakimiyyət orqanlarının tələb etdiyi baxış xərclərini ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın ixracı və/yaxud idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya yardım göstərilməsi nəticəsində satıcı tərəfindən ona çəkilən xərcləri ödəməlidir. |
FCA
Free Carrier (...named place)
Franko daşıyıcı (... yerin adı)
«Franko daşıyıcı» termini, satıcı gömrük rəsmiləşdirilməsini keçmiş malı alıcı tərəfindən göstərilən daşıyıcıya təyin olunmuş yerə qədər çatdıracağını bildirir. Qeyd etmək lazımdır ki, göndəriş yerinin seçimi malın bu yerdə yüklənib-boşaldılması üzrə öhdəliklərə təsir göstərəcəkdir. Əgər göndəriş satıcının sahəsində həyata keçirilirsə, onda satıcı yükləməyə görə məsuliyyət daşıyır. Əgər göndəriş başqa yerdə həyata keçirilərsə, satıcı malın yüklənməsinə görə məsuliyyət daşımır.
Hazırki termin istənilən nəqliyyat növündə daşınmalar, o cümlədən qarışıq daşınmalar zamanı istifadə oluna bilər.
«Daşıyıcı» sözü – daşınma müqaviləsi əsasında malın dəmir yolu, avtomobil, hava, dəniz və daxili su nəqliyyatı və ya bu nəqliyyat növlərinin kombinasiyası vasitəsilə daşınmasını həyata keçirən və ya təmin edən istənilən şəxsi bildirir.
Əgər alıcı malın qəbul edilməsini daşıyıcı sayılmayan digər şəxsə etibar edərsə, onda malın həmin şəxsə ötürülməsi anından etibarən onun göndərişi üzrə satıcının öhdəlikləri yerinə yetirilmiş hesab edilir.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı alıcının xahişinə əsasən onun hesabına və onun riskinə sonuncuya, əgər tələb olunarsa (bax. Giriş b. 14), istənilən ixrac lisenziyalarının və ya malın ixrac edilməsi üçün lazım olan digər rəsmi sənədin alınmasına tam yardım göstərməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün, həmçinin onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı adı çəkilən yerdə, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddətə, A.3a) maddəsinə müvafiq olaraq, malı daşıyıcıya və ya alıcı tərəfindən qeyd olunan və ya alıcı tərəfindən seçilmiş digər şəxsə təqdim etməlidir. |
Alıcı malın göndərişini, o, A.4 maddəsinə müvafiq olaraq həyata keçirildikdə, qəbul etməlidir. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. |
Alıcı ya onun tərəfindən daşıyıcını və ya A.4 maddəsinə müvafiq olaraq digər şəxsi göstərmək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, yaxud onun tərəfindən göstərilən daşıyıcı və ya digər şəxs malı razılaşdırılmış müddətə öz sərəncamına götürə bilməməsi və ya B.7 maddəsinə müvafiq olaraq, onun özünün bildiriş verə bilməməsi səbəbindən – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən və – göndəriş üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətin başa çatması anından etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac zamanı ödənilməli olan bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsinə çəkilən xərcləri ödəməlidir. |
Alıcı: – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – ya onun A.4 maddəsinə müvafiq olaraq daşıyıcını və ya digər şəxsi göstərmək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, ya onun tərəfindən göstərilən daşıyıcı və ya digər şəxs malı razılaşdırılmış müddətə öz sərəncamına qəbul edə bilməməsi və ya B.7 maddəsinə müvafiq olaraq, onun özünün bildiriş verə bilməməsi səbəbindən yaranan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi şəkildə məlumatlandırmalıdır. Əgər daşıyıcı malı A.4 maddəsinə müvafiq olaraq razılaşdırılmış müddətə qəbul edə bilmirsə, satıcı müvafiq olaraq bu barədə alıcını məlumatlandırmalıdır. |
Alıcı A.4 maddəsində müəyyən olunan daşıyıcının və ya digər şəxsin adı barədə satıcını lazımi şəkildə məlumatlandırmalı və lazım gələrsə, nəqliyyat üsulunu, həmçinin ona malın göndəriş tarixini və ya müddətini və lazım olarsa, malın daşıyıcıya və ya digər şəxsə ötürülməli olduğu yerdəki məntəqəni qeyd etməlidir. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı malın göndərişinin sübutu kimi A.4 maddəsinə müvafiq olaraq adi nəqliyyat sənədlərini öz hesabına alıcıya təqdim etməlidir. Əgər yuxarıda qeyd olunan sübut nəqliyyat sənədi deyildirsə, satıcı alıcıya, onun xahişinə əsasən, onun hesabına və onun riskinə nəqliyyat sənədlərinin (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtonəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) alınmasında bütün mümkün yardımı göstərməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
Alıcı, A.8 maddəsinə müvafiq olaraq, göndərişin sübutlarını qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən A.3 maddəsinə əsasən daşınma müqaviləsinin tərtib edilməsi zamanı onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Alıcı, A.3a) maddəsinə müvafiq olaraq daşınma müqaviləsinin bağlanılmasında satıcının yardımı tələb olunduqda, satıcıya lazımi təlimatları verməyə borcludur. |
FAS
Free Alongside Ship (... named port of shipment)
Gəmi bortu boyunca sərbəst (... yükləmə limanının adı)
«Gəmi bortu boyunca sərbəst» termini, mal qeyd olunan yükləmə limanında yanalma körpüsündə və ya lixterlərdə gəminin bortu boyunda yerləşdirildikdə göndərişin satıcı tərəfindən yerinə yetirməsini bildirir. Bu, o deməkdir ki, bu andan etibarən bütün xərcləri və malın itməsinin və ya korlanmasının riskləri alıcı tərəfindən ödənilməlidir. FAS termininin şərtlərinə əsasən, malın ixracı üçün gömrük rəsmiləşdirilməsi üzrə vəzifələr satıcının üzərinə qoyulur. BUNUNLA HAZIRKİ NƏŞR «İNKOTERMS»İN ÖTƏN NƏŞRLƏRİNDƏN FƏRQLƏNİR, BELƏ Kİ, ÖTƏN NƏŞRLƏRDƏ İXRAC ÜÇÜN GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ ÜZRƏ VƏZİFƏLƏR ALICININ ÜZƏRİNƏ QOYULURDU. Lakin, əgər tərəflər ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələri alıcının öz üzərinə götürməsini istəyərlərsə, bu, alqı-satqı müqaviləsinə edilmiş müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır (Bax. Giriş b. 11).
Bu termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı ilə daşındıqda tətbiq oluna bilər.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün lazım olan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün, həmçinin onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı alıcı tərəfindən adı çəkilən yükləmə limanında alıcı tərəfindən adı çəkilən yükləmə yerində göstərilən gəminin bortu boyu və limanın adətlərinə müvafiq olaraq, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddətə malı göndərməlidir. |
Alıcı, malın göndərilməsi, A.4 maddəsinə müvafiq olaraq, həyata keçirildikdə qəbul etməlidir. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. |
Alıcı ya onun tərəfindən, B.7 maddəsinə müvafiq olaraq, bildiriş vermək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, yaxud onun tərəfindən təyin olunan gəmi vaxtında gəlmədikdə və ya malı vaxtında qəbul etmək vəziyyətində olmadıqda və ya B.7 maddəsində müəyyən edilmiş vaxtın başlanmasına qədər yükü qəbul etməyi dayandırarsa – A.4 maddəsinə müvafiq olaraq mal göndəriş anından etibarən və – göndəriş üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətin bitməsindən etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), malın ixracı zamanı ödənilməli olan bütün rüsumları, vergiləri və digər yığımları ödəməlidir. |
Alıcı: – A.4 maddəsinə müvafiq olaraq malın göndərişi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – ya onun tərəfindən təyin edilən gəmi vaxtında gələ bilmədiyi, ya malı vaxtında qəbul etmək vəziyyətində olmadığı, yaxud, B.7 maddəsinə müvafiq olaraq, müəyyən edilmiş vaxt başlanana qədər yükü qəbul etməyi dayandırması səbəbindən və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildirişi vermək öhdəliyini yerinə yetirməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı malın göstərilən gəminin bortu boyunca göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalıdır. |
Alıcı gəminin adı barədə, yük vurma yerində məntəqə və yükləmə vaxtı barədə satıcını lazımi qaydada məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı malın göndərişinin sübutu kimi A.4 maddəsinə müvafiq olaraq adi nəqliyyat sənədlərini öz hesabına alıcıya təqdim etməlidir. Əgər yuxarıda qeyd olunan sübut nəqliyyat sənədi deyildirsə, satıcı alıcıya, onun xahişinə əsasən, onun hesabına və onun riskinə nəqliyyat sənədlərinin (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar) alınmasında bütün mümkün yardımı göstərməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
Alıcı, A.8 maddəsinə müvafiq olaraq, göndərişin sübutlarını qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. |
FOB
Free On Board (... named port of shipment)
Sərbəst gəmi bortunda (... yükləmə limanının adı)
«Sərbəst gəmi bortunda» termini, mal adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən keçdikdə, satıcı tərəfindən göndərişin yerinə yetirilməsini bildirir. Bu, o deməkdir ki, bu andan etibarən malın itməsi və ya zədələnməsi ilə bağlı bütün xərcləri və riskləri alıcı ödəməlidir. FOB termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələri satıcının üzərinə düşür. Hazırki termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı vasitəsi ilə daşındığı zaman tətbiq oluna bilər. Əgər tərəflər malı gəminin məhəccərlərindən keçirməzlərsə, FCA termini tətbiq olunur.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün lazım olan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün, həmçinin, lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün lazım olan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı adı çəkilən limanında, limanın adətlərinə müvafiq olaraq, alıcı tərəfindən göstərilən gəminin bortuna razılaşdırılmış tarixdə və ya razılaşdırılmış müddət ərzində malı yükləməlidir. |
Alıcı, mal A.4 maddəsinə müvafiq olaraq göndərildikdə, onun həyata keçirilməsini qəbul etməlidir. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malın adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün risklərini öz üzərinə götürməlidir. |
Alıcı ya onun tərəfindən, B.7 maddəsinə müvafiq olaraq, bildiriş vermək öhdəliklərinin yerinə yetirilməməsi zamanı, yaxud onun tərəfindən təyin olunan gəmi vaxtında gəlmədikdə və ya malı vaxtında qəbul etmək vəziyyətində olmadıqda və ya B.7 maddəsinə müvafiq olaraq, müəyyən edilmiş vaxtın başlanmasına qədər yükü qəbul etməyi dayandırarsa – qeyd olunan yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anından etibarən və – göndəriş üçün razılaşdırılmış tarixdən və ya razılaşdırılmış müddətin bitməsindən etibarən baş verən malın itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – malın A.4 maddəsinə müvafiq olaraq adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən keçildiyi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri ödəməlidir. |
Alıcı: – malın adı çəkilən yükləmə limanında gəminin məhəccərlərindən keçməsi anından etibarən mal ilə bağlı bütün xərcləri ödəməli və – ya onun tərəfindən göstərilən gəmi vaxtında gələ bilmədikdə, ya malı vaxtında qəbul etmək vəziyyətində olmadıqda, yaxud malın qəbulunu, B.7 maddəsinə müvafiq olaraq, müəyyən edilmiş tarixin başlanmasına qədər yükün qəbul edilməsini dayandırdıqda və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliklərinin onun tərəfindən yerinə yetirilməməsi nəticəsində yaranan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalıdır. |
Alıcı gəminin adı, yük vurma yeri və yükləmə vaxtı barədə satıcını lazımi qaydada məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı malın göndərişinin sübutu kimi, A.4 maddəsinə müvafiq olaraq, adi nəqliyyat sənədlərini öz hesabına alıcıya təqdim etməlidir. Əgər yuxarıda qeyd olunan sübut nəqliyyat sənədi deyildirsə, satıcı alıcıya, onun xahişinə əsasən, onun hesabına və onun riskinə daşınma müqaviləsinin bağlanılması üçün nəqliyyat sənədlərinin (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar və ya qarışıq daşınma qaiməsi) alınmasında bütün mümkün yardımı göstərməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
A.8 maddəsinə müvafiq olaraq alıcı göndərişin sübutlarını qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı malın daşınması üçün lazım olan, qablaşdırma ilə bağlı xərcləri öz hesabına ödəməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Sonuncu, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəqliyyata dair şərait (məsələn, daşınma üsulları, təyinat yeri) həddində həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. |
CFR
Cost and Freight (... named port of destination)
Dəyər və icarə (... təyinat limanın adı)
«Dəyər və icarə» termini, mal yükləmə limanında gəminin məhəccərlərindən keçdikdə, satıcı tərəfindən göndərişin yerinə yetirdiyini bildirir.
Satıcı malın təyin olunmuş təyinat limanına çatdırılması üçün lazım olan xərcləri və icarəni ödəməlidir, LAKİN malın itirilməsi və ya zədələnməsi riski, həmçinin malın yüklənməsindən sonra baş verən istənilən əlavə xərclər alıcının üzərinə düşür.
CFR termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi vəzifəsi satıcının üzərinə qoyulur.
Hazırki termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı vasitəsilə daşındığı zaman tətbiq oluna bilər. Əgər tərəflər malı gəminin məhəccərlərindən göndərmək niyyətində olmazlarsa, CPT termini tətbiq olunmalıdır.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət ərzində malı yükləmə limanında gəminin bortuna yükləməlidir. |
Alıcı, A.4 maddəsinə müvafiq olaraq mal göndərildikdə, göndərişi qəbul etməli və malı adı çəkilən təyinat limanında daşıyıcıdan almalıdır. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. |
Alıcı malın yükləmə limanında gəminin məhəccərlərindən keçməsi anından etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya yükləmənin təfsir olunan müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın gəminin bortuna yüklənməsi xərclərini və razılaşdırılmış boşaltma limanında malın boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşən istənilən tutulmaları ödəməli və – əgər tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin, daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir. |
Alıcı A.3a) maddəsinin qeyd-şərtlərini nəzərə almaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, təyinat limanına gəlməsinə qədər malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri və yığımları ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, malın boşaldılması ilə bağlı xərcləri, o cümlədən lixter və yanalma körpüsü yığımlarının ödənilməsi ilə bağlı xərcləri ödəməli və – razılaşdırılmış tarix və ya göndərişin razılaşdırılmış müddəti başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri, əgər onlar daşınma müqaviləsinin tərtib edilməsi zamanı satıcının üzərinə qoyulmursa, ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir. |
Əgər alıcı malın yüklənmə müddətini və/yaxud təyinat limanını müəyyən etmək hüququna malikdirsə – o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı razılaşdırılmış təyinat limanı üçün yazılmış adi nəqliyyat sənədini təxirə salmadan öz hesabına alıcıya təqdim etməlidir. Hazırki sənəd (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar) öz hərəkətlərini verilmiş mala tətbiq etməli, malın yüklənməsi üçün razılaşdırılmış müddət hüdudlarında tarixlənməli və alıcıya təyinat limanında malı daşıyıcıdan almaq imkanını verməli və əgər qeyrisi razılaşdırılmamışdırsa, alıcıya malın tranzit daşınması zamanı təslim aktı (geri konosament) yolu ilə və ya daşıyıcının məlumatlandırılması yolu ilə üçüncü şəxsə satmaq imkanı verməlidir. Əgər nəqliyyat sənədinin bir neçə originalı tərtib edilirsə, alıcıya originalların tam komplekti verilməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı malın istənilən yükləmə baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. |
CIF
Cost, Insurance and Freight (... named port of destination)
Dəyər, sığorta və icarə (... təyinat limanın adı)
«Dəyər, sığotra və icarə» termini, mal yükləmə limanında gəminin mühəccərlərindən keçdikdə, satıcı tərəfindən göndərişin yerinə yetirilməsini bildirir. Satıcı malın qeyd olunan təyinat limanına çatdırılması üçün lazım olan xərcləri və icarəni ödəməlidir, LAKİN həm malın itməsi və ya korlanması riskləri, həm də malın yüklənməsindən sonra baş verən istənilən xərclərin ödənilməsi satıcıdan alıcıya keçir.
Lakin, CIF termininin şərtlərinə əsasən, daşınma zamanı malın itməsi və ya korlanması riskinə qarşı alıcının xeyrinə olaraq dəniz sığortalanmasının alınması öhdəliyi satıcının üzərinə düşür.
Deməli, satıcı sığorta müqaviləsini bağlamalı və sığorta haqqını ödəməlidir. Alıcı nəzərə almalıdır ki, CIF termininin şərtlərinə əsasən, satıcıdan yalnız minimal ödənişli sığortanın təmin olunması tələb olunur (Bax. Giriş b. 9.3).
Əgər alıcı böyük ödənişli sığortaya malik olmaq istəyirsə, o, ya bu barədə satıcı ilə xüsusi olaraq razılaşmalı, yaxud əlavə sığorta müqaviləsinin bağlanılması üçün özü tədbirlər görməlidir.
CIF termininin şərtlərinə əsasən, malın ixracı üçün gömrük rəsmiləşdirilməsi öhdəliyi satıcının üzərinə düşür.
Hazırki termin yalnız mal dəniz və ya daxili su nəqliyyatı vastəsi ilə daşındıqda tətbiq oluna bilər. Əgər tərəflər malı gəminin məhəccərlərindən keçirməklə göndərmək niyyətində olmazlarsa, CIP termini tətbiq olunmalıdır.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət ərzində malı yükləmə limanında gəminin bortuna yükləməlidir. |
Alıcı, A.4 maddəsinə müvafiq olaraq mal göndərişini qəbul etməli və malı adı çəkilən təyinat limanında daşıyıcıdan almalıdır. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malın yükləmə limanında gəminin məhəccərlərindən malın keçirilməsi anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. |
Alıcı malın yükləmə limanında gəminin məhəccərlərindən keçməsi anından etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya yükləmənin təyin olun müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın gəminin bortuna yüklənməsi xərclərini və – A.3b) maddəsinə müvafiq olaraq sığortanın əldə olunması ilə bağlı bütün xərcləri ödəməli və – razılaşdırılmış boşaltma limanında malın boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşən istənilən tutulmaları ödəməli, həmçinin – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri və daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir. |
Alıcı A.3a) maddəsinin qeyd-şərtlərini nəzərə almaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, təyinat limanına gəlməsinə qədər malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri və yığımları ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, malın boşaldılması ilə bağlı xərcləri, o cümlədən lixter və yanalma körpüsü yığımlarının ödənilməsi ilə bağlı xərcləri ödəməli və – razılaşdırılmış tarixdən və ya göndəriş üçün razılaşdırılmış müddətin başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildirişi göndərmək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri, əgər onlar daşınma müqaviləsinin tərtib edilməsi zamanı satıcının üzərinə düşmürsə, ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir. |
Əgər alıcı malın yüklənmə müddətini və/yaxud təyinat limanını müəyyən etmək hüququna malikdirsə – o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı razılaşdırılmış təyinat limanı üçün yazılmış adi nəqliyyat sənədini təxirə salmadan öz hesabına alıcıya təqdim etməlidir. Hazırki sənəd (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar) öz hərəkətlərini verilmiş mala şamil etməli, malın yüklənməsi üçün razılaşdırılmış müddət hüdudlarında tarixlənməli və alıcıya təyinat limanında malı daşıyıcıdan almaq imkanı verməli və əgər qeyrisi razılaşdırılmamışdırsa, alıcıya malın tranzit daşınması zamanı təslim aktı (geri konosament) yolu ilə və ya daşıyıcının məlumatlandırılması yolu ilə üçüncü şəxsə satmaq imkanı verməlidir. Əgər nəqliyyat sənədinin bir neçə originalı tərtib edilirsə, alıcıya originalların tam komplekti verilməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını, onun tələbinə əsasən, sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Sığortanın həyata keçirilməsi üçün alıcı satıcını, onun tələbinə əsasən, bütün lazımi məlumatlarla təmin etməlidir. |
CPT
Carriage Paid To (... named place of destination)
Daşınma (... təyinat yerinin adı) qədər ödənilib
«Daşınma ... qədər ödənilib» termini, satıcı malı onun tərəfindən adı çəkilən daşıyıcıya çatdıracağını bildirir. Bundan başqa, satıcı malın adı çəkilən təyinat məntəqəsinə daşınması ilə bağlı xərcləri ödəməlidir. Bu, o deməkdir ki, mal daşıyıcıya çatdırıldıqdan sonra, alıcı malın itməsi və ya zədələnməsi ilə bağlı, həmçinin digər xərcləri öz üzərinə götürür.
«Daşıyıcı» sözü – daşınma müqaviləsi əsasında malın dəmir yolu, avtomobil, hava, dəniz və daxili su nəqliyyatı və ya bu nəqliyyat növlərinin kombinasiyası vasitəsilə daşınmasını özü təmin edən və ya təşkil edilməsini öz üzərinə götürən istənilən şəxsi bildirir.
Əgər razılaşdırılmış təyinat məntəqəsinə daşınma bir neçə daşıyıcı tərəfindən həyata keçirilərsə, riskin keçidi malın onlardan birincisinin himayəsinə verilməsi anından baş verəcəkdir.
SRT termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələr satıcının üzərinə düşür.
Hazırki termin mal istənilən nəqliyyat vasitəsi ilə, o cümlədən qarışıq daşınma zamanı tətbiq oluna bilər.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı, A.3 maddəsinə müvafiq olaraq, daşınma müqaviləsini bağladığı daşıyıcıya, bir neçə daşıyıcı olduğu halda, onlardan birincisinə malı, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında, adı çəkilən yerə nəql olunması üçün təqdim etməlidir. |
Alıcı, malın A.4 maddəsinə müvafiq olaraq göndərişindən dərhal sonra malın göndərişini qəbul etməli və malı adı çəkilən yerdə daşıyıcıdan almalıdır. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. |
Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya göndərişin təyin olunan müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli, həmçinin icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın yüklənməsi və onun təyinat yerində boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən, satıcının üzərinə düşən xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri və daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir. |
Alıcı A.3a) maddəsinin müddəalarına müvafiq olaraq: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, razılaşdırılmış təyinat yerinə gəlməsinə qədər malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri ödəməli və – malın boşaldılması ilə bağlı xərcləri, onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, ödəməli və – razılaşdırılmış tarix başlandığı andan və ya göndəriş üçün razılaşdırılmış müddətin başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildirişi göndərmək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri, əgər onlar daşınma müqaviləsinin xərclərinə daxil edilməmişdirsə, ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir. |
Əgər alıcı malın göndərilməsi müddətini və/yaxud təyinat yerini müəyyən etmək hüququna malikdirsə, o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı adi nəqliyyat sənədini və ya A.3 maddəsinə müvafiq olaraq, nəqliyyat sənədlərini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan və alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. |
CIP
Carriage and Insurance Paid To (... named place of destination)
Daşınma və sığorta (... təyinat yerinin adı) qədər ödənilib
«Daşınma və sığorta ... qədər ödənilib» termini, satıcı malı onun tərəfindən adı çəkilən daşıyıcıya çatdıracağını bildirir. Bundan başqa, satıcı malın adı çəkilən təyinat məntəqəsinə daşınması ilə bağlı xərcləri ödəməlidir. Bu, o deməkdir ki, alıcı malın bu şəkildə çatdırılmasına qədər bütün riskləri və istənilən əlavə xərcləri öz üzərinə götürür. Lakin, CIP şərtlərinə əsasən, malın daşınma zamanı itməsi və ya zədələnməsi risklərindən sığortanın təmin olunması üzrə öhdəliklər də, alıcının xeyrinə olaraq, satıcının üzərinə düşür. Deməli, satıcı sığorta müqaviləsini bağlayır və sığorta haqqlarını ödəyir. Alıcı nəzərə almalıdır ki, CIP termininin şərtlərinə əsasən, satıcıdan minimal ödənişli sığortanın təmin olunması tələb olunur (bax. Giriş b. 9.3).
Əgər alıcı böyük ödənişli sığortaya malik olmaq istəyirsə, o, ya bu barədə satıcı ilə xüsusi olaraq razılaşmalı, yaxud əlavə sığorta müqaviləsinin bağlanılması üçün özü tədbirlər görməlidir.
«Daşıyıcı» sözü – daşınma müqaviləsi əsasında malın dəmir yolu, avtomobil, hava, dəniz və daxili su nəqliyyatı və ya bu nəqliyyat növlərinin kombinasiyası vasitəsilə daşınmasını özü təmin edən və ya təşkil edilməsini öz üzərinə götürən istənilən şəxsi bildirir.
Əgər razılaşdırılmış təyinat məntəqəsinə daşınma bir neçə daşıyıcı tərəfindən həyata keçirilərsə, riskin keçidi malın onlardan birincisinin himayəsinə verilməsi anından baş verəcəkdir.
SIR termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələr satıcının üzərinə düşür.
Hazırki termin malın istənilən nəqliyyat vasitəsi, o cümlədən qarışıq daşınma zamanı tətbiq oluna bilər.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı, A.3 maddəsinə müvafiq olaraq, daşınma müqaviləsini bağladığı daşıyıcıya, bir neçə daşıyıcı olduğu halda, onlardan birincisinə malı, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında, adı çəkilən təyinat yerində razılaşdırılmış məntəqəyə nəql olunması üçün təqdim etməlidir. |
Alıcı, malın A.4 maddəsinə müvafiq olaraq göndərişindən dərhal sonra malın göndərişini qəbul etməli və malı adı çəkilən təyinat yerində daşıyıcıdan almalıdır. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. |
Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya göndərişin təyin olunan müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli, həmçinin icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın yüklənməsi və onun təyinat yerində boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən, satıcının üzərinə düşən xərcləri ödəməli və – A.3a) maddəsindən meydana çıxan sığortalama üzrə xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı xərcləri və daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir. |
Alıcı A.3a) maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri və yığımları ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, təyinat yerinə malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, malın boşaldılması ilə bağlı xərcləri ödəməli və – razılaşdırılmış tarixin hesablanması anından və ya yükləmə üçün razılaşdırılmış müddət başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş göndərmək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri – əgər onlar daşınma müqaviləsinin xərclərinə daxil edilməmişdirsə, ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir. |
Əgər alıcı malın göndərilməsi müddətini və/yaxud təyinat yerini müəyyən etmək hüququna malikdirsə, o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı adi nəqliyyat sənədini və ya A.3 maddəsinə müvafiq olaraq, nəqliyyat sənədlərini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi bu ticarət sahəsində adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını istənilən əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Alıcı əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə satıcını təmin etməlidir. |
DAF
Delivered At Frontier (... named place)
Sərhədə qədər göndəriş (... göndəriş yerinin adı)
«Sərhədə qədər göndəriş» termini, satıcı ixrac üçün gömrük rəsmiləşdirilməsindən keçmiş, lakin idxal üçün hələ rəsmiləşdirilməmiş, boşaldılmamış malı gətirildiyi nəqliyyat vasitəsində malın qarşı tərəfin gömrük sərhədinə çatdırılmasına qədər sərhəddə adı çəkilən məntəqədə və ya yerdə alıcının sərəncamına verdikdə, göndərişin yerinə yetirdiyini bildirir. «Sərhəd» termini dedikdə, istənilən sərhəd, o cümlədən, ixracat ölkəsinin sərhədi nəzərdə tutulur. Buna görə də, konkret məntəqənin və ya yerin adının göstərilməsi yolu ilə sərhədin dəqiq müəyyənləşdirilməsi çox vacibdir.
Lakin, əgər tərəflər malın gətirildiyi nəqliyyat vasitəsindən boşaldılması öhdəliyini satıcının öz üzərinə götürməsini və belə boşaldılmaya görə bütün riskləri və xərcləri onun tərəfindən ödənilməsini istəyirlərsə, bu, alqı-satqı müqaviləsinə edilmiş müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır (Bax. Giriş b. 11).
Hazırki termin mal quru sərhədinə qədər göndərildikdə, malın istənilən növ nəqliyyat vasitəsi ilə gətirildiyi zaman tətbiq oluna bilər.
Əgər göndəriş təyinat limanında, gəminin bortunda, yaxud yanalma körpüsündə baş verəcəksə, bu zaman DES və ya DEQ termini tətbiq olunmalıdır.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya malın alıcının sərəncamına verilməsi üçün tələb olunan digər rəsmi şəhadətnamələri almalıdır. Satıcı, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın sərhəddə adı çəkilən göndəriş yerində ixracı üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun sonrakı daşınması üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı boşaldılmamış yükü gətirildiyi nəqliyyat vasitəsində razılaşdırılmış tarixdə və ya müddətdə sərhəddə qeyd olunan göndəriş məntəqəsində alıcının sərəncamına verməlidir. |
Alıcı malın göndərişini, o, A.4 maddəsinə müvafiq olaraq həyata keçirilmişdirsə, qəbul etməlidir. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, mal, A.4 maddəsinə müvafiq olaraq, göndərildiyi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. |
Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya göndərişin razılaşdırılma müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) – gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir. |
Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri, o cümlədən sərhəddə təyin olunmuş yerdə nəqliyyat vasitəsindən malın göndərişinin qəbul olunması üçün malın lazım olan boşaldılması üzrə xərcləri ödəməli və – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsindan sonra onu qəbul etmək və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyinin onun tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun sonrakı daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsindən ötrü ödənilməli olan xərcləri ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı alıcını malın sərhəddə qeyd olunan yerə göndərilməsi barədə lazımi qaydada məlumatlandırmalı, həmçinin alıcıya göndərişin qəbul olunması üçün tələb olunan digər bildirişləri göndərməlidir. |
Alıcı, əgər o, şərtləşdirilmiş müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən yerə göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
i) Satıcı öz hesabına adi sənəd və ya A.3a)i) maddəsinə müvafiq olaraq sərhəddə adı çəkilən yerə malın göndərişinin digər sübutunu təqdim etməlidir. |
Alıcı nəqliyyat sənədini və/yaxud A.8 maddəsinə müvafiq olaraq, göndərişin digər sübutlarını qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın sərhədə qədər daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi razılaşdırılmış və ya adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəql edilməyə (daşınma üsullarına, təyinat yerinə) dair şəraitdə həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Lazım gələrsə, A.3a)ii) maddəsinə müvafiq olaraq, satıcıya, onun xahişinə əsasən, lakin alıcının hesabına və riskinə, valyuta icazələrini, digər icazələri və sənədləri və ya onların təsdiq edilmiş surətlərini, həmçinin tranzit nəqliyyat sənədinin və ya A.8ii) maddəsində nəzərdə tutulan istənilən digər sənədin alınması üçün idxalat ölkəsində malın son təyinat məntəqəsinin ünvanını təqdim etməlidir. |
DES
Delivered Ex Ship (... named port of destination)
Gəmidən göndəriş (... təyinat limanının adı)
«Gəmidən göndəriş» termini, satıcı idxal üçün gömrük rəsmiləşdirilməsindən keçməmiş malı adı çəkilən təyinat limanında gəminin bortunda alıcının sərəncamına verdikdə, göndərişi yerinə yetirdiyini bildirir. Satıcı malın boşaldılması anına qədər onun adı çəkilən təyinat limanına çatdırılması ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. Əgər tərəflər malın boşaldılması ilə bağlı bütün xərclərin və risklərin satıcının öz üzərinə götürməsini istəyərlərsə, DEQ termini tətbiq olunmalıdır.
Hazırki termin yalnız mal təyinat limanına gəmi vasitəsilə gətirildikdə, dəniz və ya daxili su nəqliyyatı və ya qarışıq daşınmalar vasitəsilə daşınması zamanı tətbiq oluna bilər.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və ya digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), sərhəddə malın ixracı üçün tələb olunan və lazım gəldiyi hallarda, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı adı çəkilən təyinat limanında razılaşdırılmış tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında malı, A.3a) maddəsinə müvafiq olaraq, boşaldılma məntəqəsində gəminin bortunda alıcının sərəncamına elə təqdim etməlidir ki, malın mövcud xüsusiyyətinə əsasən, malın boşaltma vasitələri ilə gəmidən çıxarılması imkanı mövcud olsun. |
Alıcı malın göndərişini, o, A.4 maddəsinə müvafiq olaraq həyata keçirildikdə, qəbul etməlidir. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. |
Alıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Alıcı – onun tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi zaman, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməlidir – göndərişin razılaşdırılmış tarixinin başa çatması anından və ya razılaşdırılmış müddətinin başa çatma tarixindən etibarən malın itməsi və ya zədələnməsi ilə bağlı bütün riskləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) – həm gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həm də malın ixracı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit göndərişi zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir. |
Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri, o cümlədən göndərişin qəbul olunması üçün gəmidən malın lazım olan boşaldılması üzrə xərcləri ödəməli və – malın, A.4 maddəsinə müvafiq olaraq, sonuncu onun sərəncamına təqdim edildikdən sonra malı qəbul etmək və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyinin onun tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı malın A.4 maddəsinə müvafiq olaraq göstərilən gəminin gəlməsinin güman edilən tarixi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin göndərişin qəbul olunması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan digər bildirişləri ona göndərməlidir. |
Alıcı, əgər o, razılaşdırılmış müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat limanına göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı, təyinat limanında alıcıya malın daşıyıcıdan tələb etmək imkanının verilməsi üçün, alıcıya öz hesabına deliveri-order və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar və ya qarışıq daşınma qaiməsi) təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
Alıcı, A.8 maddəsinə müvafiq olaraq, deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. |
DEQ
Delivered Ex Quay (... named port of destination)
Yanalma körpüsündən göndəriş (... təyinat limanın adı)
«Yanalma körpüsündən göndəriş» termini, idxal üçün gömrük rəsmiləşdirilməsindən keçməmiş mal adı çəkilən təyinat limanında yanalma körpüsündə alıcının sərəncamına təqdim edildikdə, satıcı göndəriş üzrə öz öhdəliklərini yerinə yetirdiyini bildirir. Satıcı malın yanalma körpüsünə nəql edilməsi və boşaldılması ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. DEQ termininə əsasən, malın idxal üçün gömrük rəsmiləşdirilməsi, həmçinin idxal zamanı vergilərin, rüsumların və digər yığımların ödənilməsi öhdəlikləri alıcının üzərinə düşür.
Lakin, əgər tərəflər malın idxalı üzrə bütün xərcləri və ya onların bir hissəsini satıcının öz üzərinə götürməsini istəyərlərsə, bu, alqı-satqı müqaviləsinə (Bax. Giriş b. 11) edilmiş müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır.
Hazırki termin yalnız dəniz və ya daxili su nəqliyyatı ilə daşınma zamanı, mal təyinat limanında yanalma körpüsündə gəmidən boşaldıldıqda, tətbiq oluna bilər. Lakin, əgər tərəflər satıcının öhdəliklərinə malın körpüdən limandakı digər yerə (anbara, terminala və s.) və ya limandan kənara yerdəyişməsi ilə bağlı riskləri və xərcləri daxil etmək istəyərlərsə, DDU və DDP terminlərindən istifadə olunmalıdır.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və ya digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün tələb olunan və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı razılaşdırılmış tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında malı, A.3a) maddəsinə müvafiq olaraq, yanalma körpüsündə alıcının sərəncamına təqdim etməlidir. |
Alıcı, malın A.4 maddəsinə müvafiq olaraq göndərişindən dərhal sonra malı qəbul etməlidir. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malı göndərməli və A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. |
Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – göndərişin razılaşdırılmış tarixinin və ya razılaşdırılmış müddətinin başa çatması anından etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan xərclərə əlavə olaraq, malın, A.4 maddəsinə müvafiq olaraq, yanalma körpüsünə göndəriş anına qədər malın göndərişi ilə bağlı bütün xərcləri ödəməlidir və – əgər tələb olunarsa (bax. Giriş b. 14), – gömrük rəsmiyyətlərinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və onun, A.4 maddəsinə müvafiq olaraq, göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və sair yığımları ödəməlidir. |
Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri, o cümlədən malın sonrakı nəqlinə və ya anbarda və ya terminalda yerləşdirilməsinə qədər onun limanda dövriyyəsi ilə bağlı bütün xərcləri ödəməli və – mal, B.7 maddəsinə müvafiq olaraq, onun sərəncamına təqdim edildikdən sonra onu qəbul etmək ödhəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və onun sonrakı nəqli üçün ödənilməli olan gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün xərcləri ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı malın A.4 maddəsinə müvafiq olaraq göstərilən gəminin gəlməsinin güman edilən tarixi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin göndərişin qəbul olunması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan digər bildirişləri göndərməlidir. |
Alıcı, əgər o, razılaşdırılmış müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat limanına göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı, təyinat limanında alıcıya malın göndərişini qəbul etmək və onu yanalma körpüsündən çıxarmaq imkanının verilməsi üçün, alıcıya öz hesabına deliveri-order və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar və ya qarışıq daşınma qaiməsi) təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
Alıcı, A.8 maddəsinə müvafiq olaraq, deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. |
DDU
Delivered Duty Unpaid (... named place of destination)
Rüsum ödənilmədən göndəriş (... təyinat yerinin adı)
«Rüsum ödənilmədən göndəriş» termini, satıcı gömrük rəsmiləşdirilməsindən keçməmiş və gələn nəqliyyat vasitəsindən boşaldılmamış malı adı çəkilən təyinat yerində alıcının sərəncamına təqdim edəcəyini bildirir. Satıcı, (əgər tələb olunarsa) (Bax. Giriş b. 14) təyinat ölkəsində idxal üçün yığılan bütün yığımlar («yığımlar» dedikdə, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə görə, həmçinin gömrük rəsmiləşdirilməsinin, gömrük rüsumlarının, vergilərin və digər yığımların ödənilməsinə görə məsuliyyət və risklər başa düşülür) istisna edilməklə, bu yerə qədər malın nəql edilməsi ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. Alıcı belə yığımlara görə, həmçinin idxal üçün gömrük rəsmiləşdirilməsini vaxtında keçə bilməməsi ilə bağlı meydana çıxan digər xərclər və risklərə görə məsuliyyət daşımalıdır.
Lakin, əgər tərəflər gömrük rəsmiləşdirilməsi üzrə riskləri və xərcləri, həmçinin malın idxalı üzrə xərcləri satıcının öz üzərinə götürməsini istəyərlərsə, bu, alqı-satqı müqaviləsinə edilən müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır. (Bax. Giriş b. 11).
Malın boşaldılması və təkrar yüklənməsinə görə məsuliyyət, risklər və xərclər seçilmiş göndəriş yerinin kimin nəzarəti altında olmasından asılıdır.
Hazırki termin nəqliyyat növündən asılı olmayaraq tətbiq oluna bilər, lakin göndəriş gəminin bortunda və ya təyinat limanında yanalma körpüsündə həyata keçirilərsə, DES və ya DEQ terminləri tətbiq edilməlidir.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı yükü gətirildiyi istənilən nəqliyyat vasitəsində razılaşdırılmış tarixdə və ya göndəriş üçün razılaşdırılmış müddət hüdudlarında adı çəkilən göndəriş məntəqəsində alıcının və ya alıcı tərəfindən göstərilən digər şəxsin sərəncamına boşaldılmamış şəkildə təqdim etməlidir. |
Alıcı, A.4 maddəsinə müvafiq olaraq həyata keçirilmiş mal göndərişini qəbul etməlidir. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı malı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, göndərməli və A.4 maddəsinə müvafiq olaraq, onun göndəriş anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. |
Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə – bu şəkildə mala dəymiş itkilər və zədələnmələrlə bağlı bütün əlavə riskləri ödəməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirmədiyi zaman, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməlidir, – razılaşdırılmış tarixdən və ya göndərişin razılaşdırılma müddəti başa çatdığı andan etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) –ixrac üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir. |
Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – malın B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyini yerinə yetirmədikdə, bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər xərcləri, həmçinin malın idxalı zamanı gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı alıcını malın göndərilməsi barədə lazımi qaydada məlumatlandırmalı, həmçinin malın göndərişinin qəbul olunması üçün adi lazımi tədbirlərin həyata keçirilməsi üçün ona tələb olunan digər bildirişləri alıcıya göndərməlidir. |
Alıcı, əgər o, razılaşdırılmış müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat yerinə göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı, A.4/B.4 maddələrinə müvafiq olaraq, malın göndərişi üçün alıcıya tələb oluna bilən deliveri-orderi və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
Alıcı, A.8 maddəsinə müvafiq olaraq, tələb olunan deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir. |
Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. |
DDP
Delivered Duty Paid (... named place of destination)
Rüsum ödənilməklə göndəriş (...təyinat yerinin adı)
«Rüsum ödənilməklə göndəriş» termini, satıcı gömrük rəsmiləşdirilməsindən keçmiş və gələn nəqliyyat vasitəsindən boşaldılmamış malı adı çəkilən təyinat yerində alıcının sərəncamına təqdim edəcəyini bildirir. Satıcı, malın nəql edilməsi ilə bağlı bütün xərcləri və riskləri, o cümlədən (tələb olunarsa) (Bax. Giriş b. 14) təyinat ölkəsinə idxal üçün istənilən yığımları («yığımlar» dedikdə, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə görə, həmçinin gömrük rəsmiləşdirilməsinin, gömrük rüsumlarının, vergilərin və digər yığımların ödənilməsinə görə məsuliyyət və risklər başa düşülür) ödəməlidir.
EXW termini satıcının üzərinə minimal öhdəliklər qoyduğu halda, DDP termini satıcının maksimal öhdəliklərini güman edir.
Əgər satıcı birbaşa və ya dolayısı ilə idxal lisenziyasının alınmasını təmin edə bilmirsə, Hazırki termin tətbiq edilə bilməz.
Əgər tərəflər, idxal zamanı ödənilməli olan xərclərdən bəzilərinin satıcının öhdəliklərindən çıxarmaq barədə razılaşarlarsa (məsələn, əlavə dəyər vergisi – ƏDV), bu, alqtı-satqı müqaviləsində dəqiq müəyyənləşdirilməlidir (Bax. Giriş b. 11).
Əgər tərəflər malın idxalı üzrə bütün riskləri və xərcləri alıcının öz üzərinə götürməsini istəyərlərsə, bu zaman DDU termini tətbiq olunmalıdır. Hazırki termin nəqliyyat növündən asılı olmayaraq tətbiq oluna bilər, lakin göndəriş gəminin bortunda və ya təyinat limanında yanalma körpüsündə həyata keçirilərsə, DES və ya DEQ terminləri tətbiq edilməlidir.
A. SATICININ VƏZİFƏLƏRİ |
B. ALICININ VƏZİFƏLƏRİ |
A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması |
B.1. Dəyərin ödənilməsi |
Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir. |
Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir. |
A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər |
Satıcı öz hesabına və öz riskinə istənilən ixrac və idxal lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı və idxalı üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir. |
Alıcı, əgər bu, tələb olunarsa (Bax. Giriş b. 14), satıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün tələb olunan istənilən idxal lisenziyasının və ya digər rəsmi şəhadətnamənin alınmasında tam yardım göstərməlidir. |
A.3. Daşınma və sığorta müqavilələri |
B.3. Daşınma və sığorta müqavilələri |
a) Daşınma müqaviləsi |
a) Daşınma müqaviləsi |
A.4. Göndəriş |
B.4. Göndərişin qəbul edilməsi |
Satıcı yükü gətirildiyi istənilən nəqliyyat vasitəsində razılaşdırılmış tarixdə və ya göndəriş üçün razılaşdırılmış müddət hüdudlarında adı çəkilən göndəriş məntəqəsində alıcının və ya alıcı tərəfindən göstərilən digər şəxsin sərəncamına boşaldılmamış şəkildə təqdim etməlidir. |
Alıcı, A.4 maddəsinə müvafiq olaraq həyata keçirilmiş mal göndərişini qəbul etməlidir. |
A.5. Risklərin keçidi |
B.5. Risklərin keçidi |
Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, malı göndərməli və A.4 maddəsinə müvafiq olaraq, onun göndəriş anına qədər malın itməsi və ya korlanması ilə bağlı bütün risklərini öz üzərinə götürməlidir. |
Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə – bu yolla mala dəymiş itkilər və zədələnmələrlə bağlı bütün əlavə riskləri ödəməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirmədiyi zaman, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməlidir, – razılaşdırılmış tarixdən və ya göndərişin razılaşdırılma müddəti başa çatdığı andan etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.6. Xərclərin bölüşdürülməsi |
B.6. Xərclərin bölüşdürülməsi |
Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) –ixrac və idxal üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və idxalı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir. |
Alıcı, A.3a) maddəsinin müddəalarına müvafiq olaraq: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – B.2 maddəsinə müvafiq olaraq öz öhdəliklərini yerinə yetirmədikdə, bütün əlavə xərcləri ödəməlidir və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş göndərməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır. |
A.7. Alıcının məlumatlandırılması |
B.7. Satıcının məlumatlandırılması |
Satıcı alıcını malın göndərilməsi barədə lazımi şəkildə məlumatlandırmalı, həmçinin malın göndərişinin qəbul olunması üçün adi lazımi tədbirlərin həyata keçirilməsi üçün tələb olunan digər bildirişləri alıcıya göndərməlidir. |
Alıcı, əgər o, şərtləşdirilmiş müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat yerinə göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır. |
A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri |
Satıcı, A.4/B.4 maddələrinə müvafiq olaraq, malın göndərişi üçün alıcıya tələb oluna bilən deliveri-orderi və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər. |
Alıcı, A.8 maddəsinə müvafiq olaraq, tələb olunan deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir. |
A.9. Yoxlama – qablaşdırma – markalanma |
B.9. Mala baxış |
Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır. |
Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir. |
A.10. Digər vəzifələr |
B.10. Digər vəzifələr |
Satıcı, B.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin satıcıya alıcı tərəfindən onun yardım göstərilməsi nəticəsində çəkilən bütün xərcləri ödəməlidir. Satıcı sığortanın həyata keçirilməsi üçün lazım olan məlumatlarla alıcını təmin etməlidir. |
Alıcı, Satıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın bu şəkildə alıcının sərəncamına təqdim edilməsi üçün idxalat ölkəsində verilən və ya ötürülən, satıcıdan tələb oluna biləcək istənilən sənədlərin və ya onlara ekvivalent olan elektron bildirişlərin alınmasında tam yardım göstərməlidir. |
© 2009-2022 De Jure.