AZƏRBAYCAN RESPUBLİKASI
DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ Q1-001-13
Bakı şəhəri “14” yanvar 2013-cü il
“Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın təsdiq edilməsi haqqında
«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 avqust tarixli 1674 nömrəli Sərəncamının 1.3-cü, «Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı»nın və «Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.2-ci, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanının 1.5-ci, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 2364 nömrəli Sərəncamının 1.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 iyul tarixli 178s nömrəli Sərəncamının 1.5-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 5.3.6-cı yarımbəndini rəhbər tutub,
KOLLEGİYA QƏRARA A L I R:
1. «Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat» təsdiq edilsin (əlavə olunur).
2. DİN-in Katibliyi - müvəqqəti saxlama yerlərinin müvafiq sənədlərlə təmin edilməsi məqsədilə qısa müddət ərzində Təlimata əlavələrin tipoqrafik üsulla hazırlanması təşkil edilsin.
3. Daxili İşlər Nazirliyinin 2001-ci il 6 noyabr tarixli 428 nömrəli əmrinin 1 saylı əlavəsi («Polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair» Təlimat), 2002-ci il 12 iyun tarixli 224 nömrəli əmrinin 1-ci bəndi və 2007-ci il 30 dekabr tarixli 731 nömrəli əmri ləğv edilsin.
4. Qərarın icrasına nəzarət müvafiq sahəyə kuratorluğu həyata keçirən nazir müavininə və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə həvalə olunsun.
5. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
6. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Kollegiyanın sədri |
|
general-polkovnik |
Ramil Usubov |
|
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının «14» yanvar 2013-cü il tarixli Q1-001-13 nömrəli qərarı ilə təsdiq edilmişdir.
|
Polis orqanlarının müvəqqəti saxlama yerlərində
saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair
T Ə L İ M A T
1. Ümumi müddəalar
1.1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 4.1.5-ci, «Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 163-IVKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 avqust tarixli 1674 nömrəli Sərəncamının 1.3-cü, «Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı»nın və «Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.2-ci, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanının 1.5-ci, «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-IVQD nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 2364 nömrəli Sərəncamının 1.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 iyul tarixli 178s nömrəli Sərəncamının 1.5-cibəndlərinə uyğun hazırlanmaqla müvəqqəti saxlama yerlərində (bundan sonra - MSY) saxlanılan şəxslərin mühafizəsi, müşayiəti, habelə xidmətin təşkili qaydalarını müəyyən edir.
1.2. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılması qanunun aliliyi, hər kəsin qanun qarşısında bərabər olması, humanizm və insan ləyaqətinə hörmət prinsipləri əsasında həyata keçirilməlidir. Tutulmuş və ya həbs edilmiş şəxslər işgəncə və ya digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara, cəzaya məruz qala bilməzlər. Onlar müvəqqəti saxlama yerlərində insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməzlər.
1.3. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Qanunla müəyyən edilmiş hallarda və müddətlərdə müvəqqəti saxlama yerlərində saxlanılırlar.
1.4. Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması barədə cinayət prosesini həyata keçirən orqan tərəfindən tərtib edilmiş tutulma haqqında protokol həmin orqanın rəhbəri tərəfindən imzalanmalı və gerbli möhürlə təsdiqlənməlidir.
1.5. İnzibati qaydada həbs edilmiş şəxslərin saxlanılması üçün xüsusi məntəqələr olmayan ərazidə yerləşən polis orqanlarında bu şəxslərin saxlanılması üçün müvəqqəti saxlama yerlərində kameralar ayrılır.
Göstərilən şəxslər MSY-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Daxili İşlər Nazirliyi (bundan sonra-DİN) tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq saxlanılırlar.
1.6. Müvəqqəti saxlama yerlərində tibbi-müayinə, müalicə-profilaktika, sanitariya-gigiyena tədbirləri, epidemiya əleyhinə tədbirlər, saxlanılan şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, onların tibb müəssisələrində saxlanılması, habelə MSY-nin inşası və təchiz edilməsi, həbs edilmiş şəxslərin hava gəmisində daşınması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir.
1.7. MSY-nin texniki xarakteristikası «Müvəqqəti saxlama yerinin texniki pasportu»nda əks etdirilir, həmin pasport MSY-nin rəisində saxlanılır (1 nömrəli əlavə).
1.8. MSY-də saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir, vəzifələr daşıyırlar.
1.9. Müvəqqəti saxlama yerləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada daxili işlər nazirinin əmrinə əsasən yaradılır, yenidən təşkil edilir və ya ləğv olunur. Müvəqqəti saxlama yerləri dövlət büdcəsi hesabına maliyyələşdirilir.
1.10. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi onların etibarlı təcrid olunmasından, müşayiət edilməsindən, saxlama yerinin ərazisində hərəkəti zamanı və təyin olunmuş yerə çatdırılarkən mühafizəsinin təmin edilməsindən ibarətdir.
1.11. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsini və müşayiətini təmin etmək məqsədilə polis orqanlarında mühafizə-müşayiət hissələri yaradılır. Onların əsas vəzifələri aşağıdakılardır:
1.11.1. MSY-də saxlanılan şəxslərin mühafizəsi;
1.11.2. tutulmuş və ya həbs edilmiş şəxslərin istintaq təcridxanalarına, səhiyyə müəssisələrinə, məhkəməyə, dəyişdirmə məntəqələrinə, eləcə də istintaq hərəkətləri zamanı müşayiəti və mühafizəsi.
1.12. Tutulmuş və ya həbs edilmiş şəxslərin hərəkətlərinə nəzarət həyata keçirilərkən texniki vasitələrdən də istifadə edilir. MSY-nin mühafizə və həyəcan siqnalizasiyası vasitələrinin təchizatı, tətbiq edilməsi, əsaslı təmiri və istismar xidməti üzrə işlərin yerinə yetirilməsi Nazirliyin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən həyata keçirilir.
1.13. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Milli preventiv qrupun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən MSY-nə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən şəxslə təkbətək, yaxud mütəxəssisin, tərcüməçinin iştirakı ilə görüşmək, söhbət etmək, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanılma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq, surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişatını və nəticələrini protokollaşdırmaq, müvəqqəti saxlama yerinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin polis orqanına tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.
1.14. MSY-də şəxslərin saxlanılmasında qanunçuluğa riayət olunmasına nəzarət prokuror və məhkəmə orqanları, daxili nəzarət isə Daxili İşlər Nazirliyi, onun tabeliyində olan müvafiq orqan və xidmətlər tərəfindən həyata keçirilir.
2. Gündəlik naryadlar və onların yerləşdirilməsi
2.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi üçün aşağıdakı gündəlik naryadlar təyin edilir:
2.1.1. MSY üzrə növbətçi;
2.1.2. post xidmətçiləri;
2.1.3. çıxarıcılar;
2.1.4. müşayiət dəstəsi.
2.2. Naryadların tərkibi MSY-nin rəisi tərəfindən müəyyənləşdirilir. Polis orqanında bir ildən az xidmət etmiş əməkdaşların MSY-nə xidmətə götürülməsi, habelə müşayiət dəstəsinə cəlb olunması qadağandır.
2.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi üçün daxili, xarici, daimi, müvəqqəti, 1, 2 və 3 növbəli postlar təşkil edilir. Hər bir posta daimi nömrə verilir. Post cədvəlində mühafizə edilən obyektlər və naryadın əsas vəzifələri qeyd olunur. Mühafizəni gücləndirmək üçün əlavə postlar da qoyulur.
2.4. Gündəlik postların sayı və növü, onların yerləşdirilməsi, çıxarıcıların və müşayiət dəstəsinin əməkdaşlarının sayı «Müvəqqəti saxlama yerlərinin mühafizəsi üzrə naryadların dislokasiyası»na (2 nömrəli əlavə) əsasən növbətçi tərəfindən «Müvəqqəti saxlama yerində xidmətə çıxan naryadların post cədvəli kitabı»nda (3 nömrəli əlavə) qeyd olunur və hər gün polis orqanının rəisi tərəfindən təsdiq edilir.
2.5. Daxili postlar kameraların qarşısında, xarici postlar MSY-nin yerləşdiyi binanın ətrafında, müvəqqəti postlar gəzinti həyətində, idman meydançasında və televiziya verilişlərinə baxılan otaqda təşkil edilir.
2.6. Şəxslərin kameralardan çıxarıldığı və MSY-nin daxilində bir yerdən başqa yerə aparıldığı vaxt onların mühafizəsi üçün çıxarıcılar təyin edilir.
2.7. MSY üzrə növbətçiyə, daxili postlardakı post xidmətçilərinə və çıxarıcılara tabel silahı verilmir.
2.8. Tutulmuş və ya həbs edilmiş şəxslərin istintaq təcridxanalarına, səhiyyə müəssisələrinə, məhkəməyə, dəyişdirmə məntəqələrinə, eləcə də istintaq hərəkətləri aparılan əraziyə müşayiət olunmaları ilə bağlı müşayiət dəstəsinin rəisindən, rəis müavinindən, müşayiət olunan şəxslərin sayından asılı olaraq bu Təlimatla müəyyən olunmuş sayda müşayiətçilərdən və xüsusi təyinatlı avtomobilin polis nəfərindən (sürücü) ibarət müşayiət dəstəsi yaradılır.
3. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət naryadlarının idarə olunması
3.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət naryadlarının idarə olunması - onların üzərinə düşən vəzifələrin tələb olunan səviyyədə və müəyyən olunmuş qaydada icra olunmasının təmin edilməsindən ibarətdir.
3.2. Polis orqanının rəisi naryadları şəxsən və tabeliyində olan vəzifəli şəxslər vasitəsi ilə idarə edir. Naryadların operativ idarə olunması polis orqanlarının növbətçiləri tərəfindən həyata keçirilir.
3.3. Naryadların idarə olunması aşağıdakılarla təmin edilir:
3.3.1 tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunmasına dair qərar qəbul olunması;
3.3.2. bu vəzifələrin yerinə yetirilməsi üçün qüvvə və vasitələrin hazırlığı;
3.3.3. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunması üzrə xidmətin aparılmasına nəzarət;
3.3.4. bu vəzifələri yerinə yetirən naryadların fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndirilməsi.
3.4. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunmasına dair orqan rəisinin qərarı bu vəzifəni yerinə yetirən naryadların idarə olunmasına əsasdır.
3.5. Polis orqanı rəisinin qərarında aşağıdakılar nəzərə alınmalıdır:
3.5.1. saxlanılan və ya müşayiət olunan tutulmuş və ya həbs edilmiş şəxslərin sayı, xüsusiyyətləri, onlar arasında qəsdən ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən və əvvəllər məhkum olunmuşlar (həmçinin mühafizə altından qaçdığına görə məhkum olunmuşlar), qadınlar, yetkinlik yaşına çatmayanlar;
3.5.2. xüsusi avtomobillərin texniki xarakteristikası (tutumu, kameraların sayı, qaçma hallarına qarşı möhkəmliyi, rabitə və siqnalizasiya vasitələrinin vəziyyəti), saxlama yerlərində saxlanılma müddətləri, müşayiət marşrutlarının sayı və məsafəsi;
3.5.3. şəxsi heyətin komplektləşdirilməsi və onların hazırlığı;
3.5.4. mühafizə və müşayiət olunma xidmətinin aparıldığı rayonda kriminogen şərait;
3.5.5. ilin, günün vaxtı və hava şəraiti.
3.6. Qərarda polis orqanının rəisi aşağıdakıları müəyyən edir:
3.6.1. vəzifələrin ümumi mahiyyəti, xidmətin aparılması rejimi (gücləndirilmiş, adi), qüvvə və vasitələrin yerləşdirilməsi, naryadların növü və sayı, ehtiyat qüvvələr, onların istifadə edilməsi qaydaları;
3.6.2. naryadların konkret vəzifələri, onların xidmət aparma yerləri və vaxtı, hazırlıq qaydaları, silahlanmaları və maddi-texniki təminatı;
3.6.3. məhkəmə, prokurorluq, ədliyyə, səhiyyə, istintaq orqanlar ilə qarşılıqlı əlaqələri, naryadlar tərəfindən xidmətin aparılmasına nəzarət;
3.6.4. qarşıya qoyulan vəzifələrdən, tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə şəraitindən irəli gələn məsələlər də nəzərə alınır.
3.7. Qəbul olunmuş qərar icraçılara polis orqanının rəisinin əmri ilə elan edilir. Qüvvə və vasitələrin yerləşdirilməsi «Müvəqqəti saxlama yerlərinin mühafizəsi üzrə naryadların dislokasiyası»nda əks etdirilir.
4. Naryadların xidmətə hazırlığı
4.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi və müşayiət olunması üçün təyin edilmiş əməkdaşlar polis orqanına, MSY-nə təlimat keçmək üçün sıraya düzülməzdən 15 dəqiqə əvvəl gəlirlər. Bu barədə polis orqanının növbətçisinə qabaqcadan məruzə olunur. Polis əməkdaşları səliqəli və müəyyən edilmiş geyim formasında olmalı və lazımi ləvazimatlarla təmin edilməlidir. Onların üstündə xidməti vəsiqə, yazı kitabçası, qələm, fıştırıq olmalıdır.
4.2. Polis orqanının növbətçisi polis əməkdaşlarının gəlmələri barədə «Müvəqqəti saxlama yerlərində xidmətə çıxan naryadların post cədvəli kitabı»nda qeyd aparır, onlara silah, sursat, texniki vasitə, lazımi ləvazimat və xidməti sənədləri verir, hansı postda və müşayiət marşrutlarında öz vəzifələrini icra edəcəklərini elan edir, naryadın heyətinə törədilmiş cinayətlər, axtarılan şəxslər və oğurlanmış əmlakın əlamət və nişanələri haqqında, eləcə də mühafizə altında olan yaxud müşayiət olunan şəxslərin şəxsiyyətləri barədə məlumat verir, ciddi nəzarət edilməsi tələb olunan şəxslərə diqqəti cəlb edir, silahların doldurulmasını və boşaldılmasını təşkil edir.
4.3. Silah və sursat rəis müavini tərəfindən təqdim edilən müvafiq əvəzedici kartoçkaya əsasən verilir. Hər bir tapança və avtomat döyüş patronları ilə dolu iki daraqla təmin olunur.
4.4. Silahların doldurulması xüsusi olaraq bu məqsəd üçün ayrılmış, yaxşı işıqlandırılmış yerlərdə bilavasitə növbətçinin nəzarəti altında naryadın təlimatlandırılmaya düzülməsindən əvvəl, silahların boşaldılması, silah və sursatların müayinəsi və təhvil verilməsi isə xidmət qurtardıqdan dərhal sonra həyata keçirilir.
4.5. Silahlar müvafiq qaydalara uyğun olaraq doldurulur və boşaldılır. Bu halda xəzinəyə patron ötürülmür. Tapança və avtomatlar patronla təchiz edilmiş daraqla doldurulur, doldurma zamanı çaxmaq geri çəkilmir. Tapança və avtomatlar qoruyucuya qoyulur. Avtomat üçün süngü-bıçaq verilmir.
4.6. Silahlar doldurulduqdan sonra növbətçi naryadı (naryadları) xüsusi təchiz olunmuş xidməti siniflərdə təlimatlandırma üçün düzür, hər bir polis əməkdaşına veriləcək silahı, xüsusi vasitələri, ləvazimatı və sənədləri yoxlayır, onların səhhətləri ilə maraqlanır və xidmət keçməyə hazır olduqları barədə təlimatı keçirən şəxsə məruzə edir. Məsələn: «Cənab mayor, heyəti 6 nəfərdən ibarət olan naryad təlimat üçün düzülmüşdür. Növbətçi polis leytenantı Məmmədov».
4.7. Naryadların təlimatlandırılmasını polis orqanının rəisi tərəfindən təsdiq olunmuş cədvəl əsasında müəyyən vəzifəli şəxslər həyata keçirir. Təlimatın keçirilmə müddəti 30 dəqiqədən artıq olmamalıdır.
4.8. Təlimat keçirmək üçün təyin olunmuş şəxs aşağıdakıları yerinə yetirməlidir:
4.8.1. Təlimatlandırmanın başlanmasına qədər:
4.8.1.1. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunması üzrə vəzifələrin məzmunu və yerinə yetirilməsi qaydaları, hər bir postda və müşayiət marşrutunda xidmət keçmə şəraiti, həmçinin mühafizə və müşayiət olunan şəxslərin xüsusiyyətləri, naryadlarla rabitə əlaqəsinin qaydaları ilə tanış olmaq;
4.8.1.2. keçən gün, həftə və ay ərzində naryadların apardığı xidməti öyrənmək və qiymətləndirmək;
4.8.1.3 polis əməkdaşlarının xidməti vəzifələrini bilmələrini yoxlamaq məqsədilə aparılacaq sorğu üçün suallar müəyyən etmək, şərti tapşırıqların mövzu və məzmunu ilə tanış olmaq.
4.8.2. Təlimatlandırma zamanı:
4.8.2.1. hər bir naryadın və polis əməkdaşının qarşısında tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət olunması üzrə konkret vəzifələr qoymaq, onların yerinə yetirilməsi qaydalarını, rabitə əlaqəsini və növbətçilər, mühafizəçilər, müşayiətçilər arasında qarşılıqlı əlaqələri izah etmək;
4.8.2.2. qaçma və digər fövqəladə hadisələrin qarşısının alınması tədbirlərinə diqqəti cəlb etmək, ciddi nəzarət olunması tələb edilən şəxslər barədə məlumat vermək, MSY-nin yerləşdiyi ərazidə, müşayiət marşrutlarında olan əməliyyat şəraitini nəzərə çatdırmaq;
4.8.2.3. keçən gün ərzində tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiəti və mühafizəsi üzrə aparılan xidmətin nəticələrini elan etmək, yol verilmiş nöqsanların baş vermə səbəblərini araşdırmaq, növbətçilərin, mühafizəçilərin, müşayiətçilərin nümunəvi hərəkətlərini qeyd etmək;
4.8.2.4. naryadın (naryadların) xidmətə hazırlığını, onların təchiz olunmalarını, habelə təhlükəsizlik tədbirlərini, silah və xüsusi vasitələrin tətbiq edilmə qaydalarını, fövqəladə hadisə baş verdikdə vəzifələrini bilmələrini yoxlamaq, bir neçə şərti tapşırıq həll etməyi həvalə etmək;
4.8.2.5. tutulmuş və ya həbs edilmiş şəxslərin hüquq və vəzifələrini, eləcə də qanunçuluğa ciddi riayət olunmasını xatırlatmaq.
4.9. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi və müşayiəti ilə bağlı yaranmış xüsusi şəraitlə əlaqədar olaraq təlimatlandırma bilavasitə postlarda, müşayiət marşrutlarında, səyyar məhkəmə iclaslarının keçiriləcəyi binalarda və müvəqqəti saxlama yerlərində keçirilir.
4.10. Təlimatlandırma qurtardıqdan sonra naryada (naryadlara) xidmətə başlamaq barədə əmr verilir. Məsələn: «Naryad (naryadlar) farağat ! Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə (müşayiət olunma) xidmətinə başlayın. Xidmət zamanı qanunçuluğa riayət edin, mədəni və nəzakətli olun. Sağa (sola) dön, marşrutlara, postlara addımla marş!»
4.11. Naryadların xidmətdə olma vaxtı, onların növbətçilərin, bu fəaliyyəti idarə edən vəzifəli şəxslərin tabeliyində olduqları vaxt sayılır. Naryadlar həmin şəxslərin tabeliyinə təlimatlandırmaya düzləndikləri vaxtdan daxil olurlar. Onlar tərəfindən xidmətin başa çatmasının bildirilməsi tabelikdən çıxmağı müəyyən edir. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət xidmətinə polis əməkdaşları təsdiq edilmiş cədvəl əsasında təyin olunurlar.
4.12. Naryadların xidmət aparmasının müddəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş iş vaxtından artıq olmamalıdır. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət edilməsi zamanı müəyyən olunmuş xidmət müddətinə riayət etmək mümkün olmadıqda, onun cəmləşdirilmiş uçotuna icazə verilir. Bu halda uçot dövründə (ay, həftə) ümumi xidmət vaxtı qanunvericilikdə müəyyən edilmiş iş vaxtından artıq olmamalıdır.
4.13. Xidmət vaxtı şəxsi heyətə yemək və istirahət üçün 1 saat vaxt verilir. Mühafizəçilərin və müşayiətçilərin əvəz olunmaları təşkil edilir. Naryadın fasiləsiz xidmət aparması bir qayda olaraq 5 saatdan artıq olmamalıdır. Xidmət vaxtının ümumi müddətindən fasiləyə verilən vaxt çıxılır. MSY-nin növbətçiləri üçün fasiləsiz xidmət aparma vaxtı orqanın növbətçisi üçün müəyyən edilmiş qaydalarla tənzimlənir.
4.14. Havanın hərarətinin Selsi üzrə -10 dərəcədən aşağı, eləcə də +35 dərəcədən yuxarı olduğu hallarda naryadların bayır postlarında və digər açıq yerlərdə xidmət aparma müddəti 2 saatdan artıq olmamalıdır. Bu zaman şəxsi heyətin dəyişdirilməsi qaydalarını orqan rəisi, xidmət üzrə rəis müavini, onlar olmadığı təqdirdə isə növbətçi müəyyən edir. Qızdırılan binaların daxilində hərarət +18 dərəcədən yuxarı olduqda mühafizəçilər xidməti gödəkçəsiz, lakin baş geyimində aparırlar.
5. Tutulmuş və ya həbs edilmiş şəxsləri mühafizə
edən naryadların vəzifələri
5.1. MSY üzrə növbətçi (və ya köməkçisi) saxlanılan şəxsləri mühafizə edən naryadlara rəhbərlik edir və onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Ştat cədvəlində MSY üzrə növbətçi nəzərdə tutulmayan polis orqanlarında bu vəzifəni həmin orqanın məsul növbətçisi həyata keçirir.
5.2. MSY üzrə növbətçiliyi qəbul edərkən əməkdaş aşağıdakı vəzifələri yerinə yetirməlidir:
5.2.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-də saxlanılmasına əsas olan sənədlərdə tutulmuş və ya həbs edilmiş şəxsin adı, soyadı və atasının adının düzgün yazılıb-yazılmamasını, şəxsin sənədlərdə göstərilən şəxs olmasını, saxlama müddətinin tutma protokolu, hökm və ya qərarda göstərilən müddətə uyğunluğunu, sənədi tərtib etmiş şəxsin imzası və möhürünün olub-olmamasını yoxlamaq, «Müvəqqəti saxlama yeri üzrə növbətçiliyin təhvil-təslim kitabı»nda (4 nömrəli əlavə) imza etmək şərti ilə kameraların açarlarını, qandalları və texniki vasitələri, xidməti sənəd və blankları, həmçinin tutulmuş və ya həbs edilmiş şəxslərdən götürülmüş əşyaları təhvil almaq;
5.2.2. Növbəni təhvil verən növbətçi ilə birgə kameraları və MSY-nin xidməti-təsərrüfat otaqlarını diqqətlə nəzərdən keçirmək, avadanlığın, rabitə və siqnal vasitələrinin işlək vəziyyətdə olmasını yoxlamaq, kameralarda saxlanılanların sayını müəyyənləşdirmək, onlara dair sənədləri yoxlamaq, səhhətləri ilə maraqlanmaq və şəxsi axtarışlarını aparmaq;
5.2.3. Kamerada sanitar qovşağı müvəqqəti sıradan çıxdıqda naryadın mühafizəsi altında saxlanılan şəxslərin kameralar üzrə ümumi sanitar qovşağına aparılmasını təmin etmək. Təhvil-təslim zamanı kameralarda saxlanılanların bir yerdən başqa yerə aparılmasına yol verməmək. Növbənin təhvil-təslimi zamanı aşkar edilən nöqsanlar barədə polis orqanının rəisinə məruzə etmək.
5.3. MSY-nin növbətçisinin vəzifələri:
5.3.1. daxili intizam qaydalarına uyğun olaraq tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-yə qəbul olunmasını və saxlanılmasını təmin etmək;
5.3.2. saxlanılma müddətlərinin qurtarması barədə MSY-nin rəisinə vaxtında məruzə etmək, həbs edilmiş şəxslərin şəxsi işlərini tərtib etmək. Həbs olunmuş şəxsin şəxsi işində aşağıdakı sənədlər toplanılmalıdır:
5.3.2.1. cinayət törətməkdə şübhəli şəxs qismində tutulma haqqında protokol;
5.3.2.2. məhkəmənin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı;
5.3.2.3. şəxsin barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edildikdə, hökmdən çıxarış;
5.3.2.4. sağlamlıq haqqında tibbi arayış (tibb kitabçası);
5.3.2.5. anket məlumatları;
5.3.2.6. daktiloskopik məlumatlar;
5.3.2.7. şəxsi axtarış haqqında protokol;
5.3.2.8. şəxsiyyəti təsdiq edən sənədin surəti;
5.3.2.9. daxili intizam qaydaları ilə müəyyən edilmiş sənədlər.
5.3.3. naryadın öz xidməti vəzifələrini bilməsini, onların lazımi vasitələrlə təchiz edilməsini və mühafizəçilərin dəyişdirilməsini şəxsən yoxlamaq, gündüz 2, gecə 3 dəfədən az olmamaq şərti ilə növbətçi naryadın xidmətini yoxlamaq, ciddi nəzarət edilməsi tələb olunan şəxslər barədə naryada məlumat vermək, MSY-nin avadanlığının, rabitə, siqnalizasiya və elektrik vasitələrinin işlək vəziyyətdə olmasını yoxlamaq;
5.3.4. tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılması barədə qərar qəbul etmək, onların kameralardan çıxarılmasında şəxsən iştirak etmək, kameraları şəxsən açıb-bağlamaq, açarları özündə saxlamaq. Gəzintidən sonra kameraların və gəzinti həyətinin qapılarının qıfılla bağlı olmasını şəxsən yoxlamaq;
5.3.5. növbətçi ekspert-kriminalist tərəfindən tutulmuş və ya həbs edilmiş şəxsin əl-barmaq izlərinin götürülməsini və izlərin bir nüsxəsinin DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilməsini təmin etmək;
5.3.6. tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən daxili intizam qaydalarına riayət olunmasını təmin etmək, bu məqsədlə onların şəxsi axtarışını aparmaq, onlara məxsus əşyaların yoxlanılmasını təşkil etmək, MSY-dən qaçmağa hazırlıq haqqında alınan hər bir məlumatı yoxlamaq və müvafiq tədbir görmək;
5.3.7. tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-də saxlanılan müddətdə qanunla nəzərdə tutulmuş hüquqlarından istifadə etmələrini təmin etmək;
5.3.8. MSY-nin bütün otaqlarında, dəhlizlərdə və gəzinti həyətində daxili intizam qaydalarına və təmizliyə riayət olunmasına nəzarət etmək, orada kənar şəxslərin, basqın və qaçma hallarında istifadə edilə biləcək əşyaların olmasına yol verməmək, tutulmuş və ya həbs edilmiş şəxslərdən hər gün kamera üzrə növbətçilər təyin etmək;
5.3.9. xidməti sənədlərin və blankların, qandalların, texniki vasitələrin, avadanlığın mühafizəsini təmin etmək;
5.3.10. növbə ərzində baş vermiş hadisələr barədə MSY-nin (polis orqanının) rəisinə məruzə etmək.
5.4. MSY-nin növbətçisinin buraxılış rejimini həyata keçirərkən vəzifələri:
5.4.1. MSY-yə gəlmiş şəxslərin sənədlərini yoxlamaq;
5.4.2. istintaq hərəkətlərinin keçirilməsi barədə tələbnamə əsasında tutulmuş və ya həbs edilmiş şəxslərin kameralardan çıxarılıb görüş, istintaq otaqlarına aparılması haqqında naryada göstəriş vermək;
5.4.3. daxili intizam qaydalarına uyğun olaraq MSY-yə gətirilən şəxsləri qəbul etmək, qadağan olunmuş əşyaların kameralara ötürülməsinə yol verməmək, tutulmuş və ya həbs edilmiş şəxslərin vəkil ilə görüşlərini təşkil etmək;
5.4.4. tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılması qaydalarının yoxlanılmasının nəticələri və baş vermiş hadisələr barədə MSY-nin (polis orqanının) rəisinə məruzə etmək.
5.5. Növbətçiyə aşağıdakılar qadağan edilir:
5.5.1. fövqəladə hallar istisna olmaqla, müəyyən edilmiş postların sayını azaltmaq, onların yerini dəyişdirmək;
5.5.2. xidməti tərk etmək, naryadın heyətindən hər hansı bir əməkdaşı xidmətdən azad etmək.
5.6. Xidməti yalnız MSY (polis orqanının) rəisinin icazəsi ilə tərk etmək olar.
5.7. Kameraların qarşısında qoyulan daxili post xidmətçisi bilavasitə MSY-nin rəisinə və növbətçisinə tabedir. Onun vəzifələri aşağıdakılardan ibarətdir:
5.7.1. postda xidmətə başlayarkən növbətçi ilə birlikdə kameralarda avadanlığın (çarpayı, pəncərə barmaqlıqları, döşəmə, tavan, isitmə sistemi, qapı, qıfıl, qapı gözlükləri), elektrik, rabitə və siqnalizasiya vasitələrinin vəziyyətini yoxlamaq, saxlanılanları sayaraq qəbul etmək, ciddi nəzarət edilməsi tələb olunan şəxsləri üzdən tanımaq;
5.7.2. xidmət zamanı sayıq olmaq, qapıdakı gözlüklərdən baxmaqla kamerada saxlanılan şəxslərin davranışlarına daim nəzarət etmək, dəhlizdə səs salmadan hərəkət etmək, saxlanılan şəxslərin kameralardan çıxarıldığı zaman mühafizə qaydalarına dəqiq və ciddi əməl etmək;
5.7.3. kameralarda saxlanılan şəxslər tərəfindən daxili intizam qaydaları pozulduqda qapının gözlüyündən onların bu hərəkətlərinə son qoymalarını tələb etmək, tabe olmadıqları təqdirdə bu barədə növbətçiyə məruzə etmək;
5.7.4. kameralarda saxlanılan şəxslər tərəfindən qaçmağa cəhd göstərildikdə həyəcan siqnalı vermək, növbətçiyə dərhal məruzə etmək və postu tərk etməmək;
5.7.5. kamerada intihar hadisəsi aşkar edildiyi zaman həyəcan siqnalı vermək, növbətçi gələnə qədər qapının gözlüyündən həmin kamerada olanlara intihar edənin hərəkətinin qarşısının alınması, onun ipdən azad edilməsi (ipi açmaları və ona süni nəfəs vermələri, qanaxmanı dayandırmaları) barədə göstəriş vermək;
5.7.6. kameradan çağırış daxil olduqda qapını açmadan dərhal çağırışın səbəbini araşdırmaq və postdan ayrılmamaq şərti ilə saxlanılan şəxslərin suallarına cavab vermək, çağırış hər hansı bir tədbir görülməsi ilə əlaqədar olduqda növbətçiyə məruzə etmək;
5.7.7. gecə vaxtı kameraların işıqlandırılmasına və qapıların qıfılla bağlı olmasına nəzarət etmək;
5.7.8. kameralarda saxlanılan şəxslərin hərəkətlərinə nəzarətin nəticələri haqqında müntəzəm olaraq növbətçiyə məruzə etmək, fövqəladə hadisələr zamanı öz vəzifələrini yerinə yetirməyə daim hazır olmaq, rabitə, siqnalizasiya və yanğınsöndürmə vasitələrindən istifadə etməyi bacarmaq.
5.8. Daxili postlarda göstəriş və məruzələr aşağı tonlu səslə icra edilməlidir.
5.9. Tutulmuş və ya həbs edilmiş şəxslərin gəzintisi, idmanla məşğul olduqları və televiziya verilişinə baxdıqları zaman mühafizəsi üçün ayrılmış post xidmətçisi bu Təlimatın 5.7.1 - 5.7.5-ci və 5.7.7-ci bəndlərində qeyd edilən vəzifələri yerinə yetirməklə yanaşı aşağıdakıları da icra etməlidir:
5.9.1. postda xidmətə başlamazdan əvvəl gəzinti və idmanla məşğul olmaq üçün ayrılmış həyətin hasar qurğularının vəziyyətini yoxlamaq, həmin ərazidə qaçma və basqın etmə hallarında istifadə edilə biləcək əşyaların olmamasına əmin olmaq, televiziya verilişlərinə baxmaq üçün otağı yoxlamaq;
5.9.2. tutulmuş və ya həbs edilmiş şəxslərə gəzinti və idmanla məşğul olduqları zaman onların hərəkətlərinə diqqətlə nəzarət etmək, bir-biri ilə danışmalarına, posta yaxınlaşmalarına, əşyaların, ərzaq məhsullarının, məktubların hasardan içəri atılmasına yol verməmək.
5.10. MSY-nin ətrafında qoyulmuş xarici postların post xidmətçisi aşağıdakı vəzifələri yerinə yetirir:
5.10.1. MSY-nin damını və pəncərələrini, həmçinin hasar qurğularını daim nəzarət altında saxlamaq;
5.10.2. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə xəttini keçmələrinə, kənar adamların MSY-nin ərazisinə və binalarına daxil olmalarına yol verməmək, tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən qadağan olunan əraziyə girməyə cəhd göstərildikdə həyəcan siqnalı vermək və nizam-intizamı pozan hərəkətlərin qarşısını almaq;
5.10.3. hasar qurğuları, siqnalizasiya, pəncərə barmaqlıqları və çərçivələri zədələndikdə, kameralara, gəzinti həyətinə əşyalar və məktublar atıldıqda, səs-küy qaldırıldıqda dərhal növbətçiyə məlumat vermək;
5.10.4. MSY-nin yerləşdiyi ərazidə ictimai qayda pozulduqda müvafiq tədbirlər görmək, eyni zamanda bu barədə növbətçiyə məlumat vermək;
5.10.5. tabe olduğu şəxslərdən başqa digər şəxsləri posta yaxın buraxmamaq, postda dayanarkən silahı tətbiq etməyə hazır olmaq (patronu xəzinəyə ötürməmək şərti ilə), onu əldən yerə qoymamaq.
5.11. Kamera qapılarının qarşısında, gəzinti həyətində, MSY-nin binası yanında qoyulmuş postların post xidmətçilərinə aşağıdakılar qadağan edilir:
5.11.1. postu icazəsiz tərk etmək, yatmaq, oturmaq, kitab, qəzet oxumaq, qida qəbul etmək, kamerada saxlanılan şəxslərlə söhbət etmək;
5.11.2. tutulmuş və ya həbs edilmiş şəxslərə hər hansı bir əşya, məktub vermək və onlardan almaq, xidmətlə əlaqədar olmayan iş tapşırmaq;
5.11.3. kamera qapılarını, qapı gözlüklərini, gəzinti həyətinin və MSY-nin xidməti-təsərrüfat otaqlarının qapılarını açıq saxlamaq.
5.12. Çıxarıcı MSY-nin rəisinə və növbətçisinə tabedir. Onun vəzifələri aşağıdakılardır:
5.12.1. növbətçinin göstərişi ilə tutulmuş və ya həbs edilmiş şəxslər kameradan çıxarıldıqda onları müşayiət etmək;
5.12.2. tutulmuş və ya həbs edilmiş şəxslər hər dəfə kameradan çıxarıldıqda onların şəxsi axtarışını aparmaq, onlar kameradan çıxarılmazdan əvvəl gəzinti həyətini, dəhlizi, MSY-nin xidməti-təsərrüfat otaqlarını diqqətlə nəzərdən keçirmək;
5.12.3. sanitar təmizləmədən, tibbi müayinədən keçən tutulmuş və ya həbs edilmiş şəxslərin hərəkətlərinə daim nəzarət etmək, istintaq hərəkətləri icra edilərkən istintaq otaqlarında olmaq, həmçinin istintaqı aparan şəxslərin qanuni göstərişlərini yerinə yetirməyə hazır olmaq;
5.13. Çıxarıcıya bu Təlimatın 5.11-ci bəndində qeyd edilənlərlə yanaşı, növbətçinin, MSY-nin (polis orqanının) rəisinin icazəsi olmadan tutulmuş və ya həbs edilmiş şəxsləri kameralardan çıxarmaq qadağandır.
5.14. MSY-nin əməkdaşlarının polis orqanının başqa xidmət sahəsində xidmətə cəlb olunması qadağandır.
6. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılma
rejiminin təmin edilməsi
6.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılma rejimi, onların müəyyən olunmuş qaydada təchiz edilmiş kameralarda daim nəzarət altında saxlanılması və daxili intizam qaydalarına riayət edilməsindən, habelə yoxlama tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
6.2. Tutulmuş və ya həbs edilmiş şəxslərin təcrid olunma qaydalarına onlar MSY-nin ərazisində və binanın daxilində bir yerdən başqa yerə aparıldıqda da riayət edilməlidir.
6.3. Tutulmuş və ya həbs edilmiş şəxslərin hərəkətlərinə daimi nəzarəti həyata keçirmək üçün qaranlıq düşəndən sübhədək kameraların işıqlandırılması təmin edilməlidir.
6.4. Tutulmuş və ya həbs edilmiş şəxslərin səhər yoxlanılması növbətçiliyi qəbul edən və təhvil verən növbətçi naryadlar tərəfindən kameralar üzrə həyata keçirilir. Səhər və axşam (MSY üzrə növbətçiliyin təhvil verilməsi və qəbul edilməsi zamanı) yoxlamaları bütün kameraları gəzməkdən, orada olan şəxslərin sayını müəyyənləşdirməkdən, onların şəxsi axtarışının aparılmasından, şikayət edənlərlə sorğu aparılmasından və kameraların yoxlanılmasından ibarətdir.
6.5. Tutulmuş və ya həbs edilmiş şəxslər tərəfindən kameralarda təmizlik işləri, döşəmənin və sanitar qovşağının yuyulması növbətçinin və çıxarıcının nəzarəti altında icra olunur.
6.6. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldıqları kameraların qapıları ancaq növbətçi tərəfindən kameraların qarşısındakı post xidmətçisinin iştirakı ilə açılır.
6.7. Tutulmuş və ya həbs edilmiş şəxslər aşağıdakı hallarda kameralardan çıxarılırlar:
6.7.1. MSY-nin istintaq və görüş otaqlarına, gəzinti həyətinə, ümumi sanitar qovşağına aparılarkən (kamerada sanitar qovşağı işləmədikdə);
6.7.2. sanitar-təmizləmə keçirilərkən;
6.7.3. MSY-dən azad olunarkən;
6.7.4. başqa kameraya köçürülərkən, kamerada axtarış aparılarkən, təbii fəlakət və fövqəladə hadisə ilə bağlı.
6.8. Tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-dən polis orqanının xidməti otaqlarına aparılması qadağandır.
6.9. Saat 22.00-dan saat 07.00-dək kameraların qapıları tutulmuş və ya həbs edilmiş şəxslərin həyatına, sağlamlıqlarına təhlükə yarandıqda, onlar daxili intizam qaydalarına müvafiq olaraq kameralardan çıxarıldıqda açılır.
6.10. Tutulmuş və ya həbs edilmiş şəxslər gəzintiyə, sanitar təmizləməyə, MSY-nin otaqlarında təmizlik işlərinin aparılması ilə bağlı kameralardan çıxarılarkən onlara xəbərdarlıq edilir, bundan başqa hallarda kameradan çıxarılmasının məqsədi elan edilmir, ancaq hansı geyim və əşyaları özləri ilə götürmələri barədə göstəriş verilir.
6.11. Tutulmuş və ya həbs edilmiş şəxslər kameradan çıxarılarkən çıxarıcı üzü kameradan çıxarılanlara tərəf dayanır. Saxlanılanlar tək-tək dəhlizə çıxarılaraq arxaları mühafizəçiyə tərəf olmaqla bir və ya iki cərgədə düzülürlər.
6.12. Bütün hərəkətlər zamanı çıxarıcı kameradan çıxarılmış şəxslərin əllərini arxalarında tutub getmələrinə, sakitliyə riayət etmələrinə, bir sıradan digər sıraya keçməmələrinə, siqaret çəkməmələrinə, heç bir əşya atmamalarına, dayanmamalarına, kameraların yanından keçərkən qapı gözlüklərini və nəfəsliklərini açmamalarına, pilləkən və divarda yazı yazmamalarına nəzarət etməlidir.
6.13. Əvvəllər məhkum olunmuş, polis işçilərinə basqın etməyə, mühafizə altından qaçmağa meylli olan, təqsirləndirildiyi maddənin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan 2-5 nəfər tutulmuş və ya həbs edilmiş şəxsə 2 müşayiətçi, 6-10 nəfərə isə 3 müşayiətçi əlavə olaraq təyin edilir.
6.14. Tutulmuş və ya həbs edilmiş şəxsləri 1 polis nəfəri müşayiət etdikdə o, onların arxasınca getməli və sıranın sonunda gedəndən iki addımlıq məsafə saxlamalıdır.
6.15. Tutulmuş və ya həbs edilmiş şəxslər istintaq otaqlarına daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada aparılır.
6.16. Tutulmuş və ya həbs edilmiş şəxslər prosessual rəhbərliyi həyata keçirən prokurorun yanına aparılarkən tələbnamə yazılmır.
6.17. Tutulmuş və ya həbs edilmiş şəxslərə görüşlərin verilməsi, gəzintiyə çıxarılması, dini ayinləri yerinə yetirməsi, maddi-məişət və tibbi sanitariya təminatı, üzərlərinə baxış keçirilməsi, istintaq hərəkətlərinin keçirilməsində və ya məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi, bağlama, sovqat, banderol alması, banderol göndərməsi, mülki hüquq münasibətlərində iştirak etməsi daxili intizam qaydaları ilə müəyyən olunmuş formada həyata keçirilir.
6.18. Tutulmuş və ya həbs edilmiş şəxslərin hər dəfə kameralardan çıxarılıb istintaq və görüş otaqlarına, məhkəmə iclaslarına, istintaq hərəkətləri keçirilən yerlərə aparılmaları barədə daxili intizam qaydaları ilə nəzərdə tutulmuş kitabda qeydlər aparılır.
6.19. MSY xüsusi rejimli obyektdir. Təlimatda göstərilməyən şəxslərin MSY-nə daxil olması qəti qadağandır. MSY-də hər hansı silahın-sursatın, həmçinin təsərrüfat əmlakının və inşaat materiallarının saxlanılmasına icazə verilmir.
6.20. MSY-də buraxılış rejimi növbətçi tərəfindən həyata keçirilir. MSY-nə aşağıdakı şəxslər buraxılır:
6.20.1. MSY-də qanunların icrasına nəzarət edən prokuror şəxsiyyətini təsdiq edən vəsiqəni təqdim etdiyi halda maneəsiz günün hər bir vaxtında bütün otaqlara və kameralara;
6.20.2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Milli preventiv qrupun üzvü vəsiqəsini təqdim etdiyi halda istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən bütün otaqlara və kameralara;
6.20.3. bu Təlimatın 12.7-ci bəndinə müvafiq olaraq tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə xidmətini yoxlayan yaxud həmin xidmətə nəzarət edən polis orqanının vəzifəli şəxsi vəsiqəsini təqdim etdiyi halda günün hər bir vaxtında bütün otaq və kameralara;
6.20.4. saxlanılanlar barədə ibtidai araşdırmanı həyata keçirən şəxs şəxsiyyətini təsdiq edən vəsiqəni təqdim etdiyi halda istintaq otağına;
6.20.5. cinayət prosesində iştirak edən polis əməkdaşı müstəntiqin və təhqiqatçının müşayiəti ilə şəxsiyyətini təsdiq edən vəsiqəni təqdim etdiyi halda istintaq otağına;
6.20.6. zərər çəkmiş və istintaq hərəkətlərində iştirak edən şəxslər, şahidlər şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etdikləri halda ibtidai araşdırmanı aparan şəxsin məktubu ilə istintaq otağına;
6.20.7. müdafiəçi şəxsiyyətini və vəkillik hüququnu təsdiq edən vəsiqələrini, habelə işin icraatında iştirak etməsi barədə vəkil qurumunun orderini təqdim etdikləri halda MSY-nin görüş otağına;
6.20.8. tutulmuş və ya həbs edilmiş şəxslərlə görüş verilmiş şəxslər müvafiq icazə sənədlərini və şəxsiyyətlərini təsdiq edən vəsiqələri (pasportları) təqdim etdikləri halda görüş otağına;
6.20.9. tibbi yardıma ehtiyacı olan şəxslərə kömək etmək üçün növbətçinin çağırışı ilə MSY-nə gəlmiş tibb işçiləri növbətçinin, MSY-nin rəisinin müşayiəti ilə xəstənin olduğu yerə;
6.20.10. tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldıqları yerlərdə sanitar nəzarətini və ya müvəqqəti saxlama yerində epidemiyaya qarşı tədbirləri həyata keçirmək üçün gəlmiş səhiyyə orqanlarının digər işçiləri MSY-nin növbətçisi və rəisinin müşayiəti ilə saxlama yerinin bütün otaq və kameralarına.
6.21. MSY-nə silahla gəlmiş şəxslər silahlarını müvəqqəti saxlamaq üçün polis orqanının növbətçi hissəsinə təhvil verməlidirlər. Bu qayda odlu tabel silahı gəzdirmək hüququ olan vəzifəli şəxslərə də şamil olunur.
7. Tutulmuş və ya həbs edilmiş şəxslərin qaçma
hallarının qarşısının alınması
7.1. Vəzifəli və digər aidiyyəti şəxslər tərəfindən bu Təlimatın tələblərinin yerinə yetirilməsi, həmçinin istintaq və məhkəmədən qaçıb gizlənmək imkanlarını istisna edən şəraitin yaradılması aşağıdakı təşkilati tədbirlər sistemi ilə nəzərdə tutulur:
7.1.1. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə vəziyyətinə nəzarət sisteminin, onun forma və metodlarının daim təkmilləşdirilməsi;
7.1.2. MSY-nin, məhkəmə binalarının və xüsusi təyinatlı avtomobillərin müayinəsi və aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə vaxtında tədbirlərin görülməsi;
7.1.3. bu vəzifələri yerinə yetirən şəxsi heyətin təliminin və fiziki hazırlığının təşkil edilməsi, xidmət keçmənin üsul və metodlarının mənimsənilməsi;
7.1.4. mühafizəni həyata keçirən əməkdaşların tutulmuş və ya həbs edilmiş şəxslər barədə məlumatlandırılması;
7.1.5. MSY-də və müşayiət zamanı hadisələrin baş verməsinə şərait yaradan səbəblərin öyrənilməsi, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
7.1.6. polis orqanı və xidmətlərin qarşılıqlı fəaliyyətinin təmin edilməsi.
7.2. Qaçmaq hadisəsinin qarşısını almaq məqsədilə MSY-nin rəisi, növbətçisi, müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) müşayiət edilənlərin şəxsiyyətlərini xarakterizə edən əsas məlumatları bilməli, onların davranışlarının xüsusiyyətlərini daim öyrənməli, bu məqsədlə istintaq və təhqiqat icraatlarını həyata keçirən şəxslərlə əlaqə saxlamalıdır. Əvvəllər məhkum olunmuş, həbsdən qaçmış, müşayiət dəstəsinə basqın etmiş (buna təşəbbüs göstərmiş) şəxslərə xüsusi diqqət yetirilməlidir.
7.3. Tutulmuş və ya həbs edilmiş şəxslər arasında qaçmaq niyyəti olan və ona hazırlıq görən şəxslərin aşkar edilməsi işi MSY-nin rəisi (polis orqanının rəisi) tərəfindən təşkil edilir və əməliyyat xidmətlərinin əməkdaşları həyata keçirirlər. Belə faktlar müəyyən edildikdə müvafiq tədbirlər (digər kameralara keçirmə, axtarış, binaların müayinəsi, gəzintinin və görüşlərin dayandırılması, nasazlığın aradan qaldırılması) görülür.
7.4. MSY-də əməliyyat-axtarış tədbirləri «Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş qaydada tətbiq edilir.
7.5. Qaçmağa hazırlıq haqqında dəqiqləşdirilmiş hər məlumat barədə «Müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin uçotu kitabı»nda və onların şəxsi işlərində qeydlər aparılır. Həmçinin özləri haqqında uydurma məlumat verən yaxud MSY-də saxlanılan digər şəxslərin adından istifadə etməyə cəhd göstərən, özünü xəstəliyə vuran şəxslər də ciddi nəzarət altına alınırlar. Bu şəxslər barədə onları müşayiət etmək üçün gəlmiş və xidmətə başlamış naryada məlumat verilir.
7.6. MSY-nin texniki möhkəmliyinin, sanitariya vəziyyətinin və xüsusi təyinatlı avtomobillərin müayinəsi polis orqanı rəisinin əmri ilə yaradılmış komissiya tərəfindən hər ay keçirilir, bununla bağlı müvafiq akt tərtib olunur.
7.7. Yeni inşa edilmiş, eləcə də əsaslı təmir olunmuş MSY-nin istismara qəbul edilməsi üçün Azərbaycan Respublikası daxili işlər nazirinin və ya daxili işlər nazirinin müavininin əmri ilə tərkibində Baş İctimai Təhlükəsizlik, Növbətçi Hissələri İdarəetmə Xidməti, Baş İnformasiya-Kommunikasiya, Təchizat, Tibb və Əsaslı Tikinti idarələrinin, Səfərbərlik İşləri və Mülki Müdafiə şöbəsinin nümayəndələrinin daxil olduqları komissiya təşkil olunur. Komisyon müayinələrin nəticələri aktlarla sənədləşdirilir.
8. Fövqəladə hadisələr və xüsusi şərait zamanı
naryadların fəaliyyəti
8.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsini həyata keçirən naryadın fövqəladə şəraitdə fəaliyyəti, həbsdən qaçma hallarının və həmin şəraitin cinayətkar məqsədlər üçün istifadə edilməsinin aradan qaldırılmasına, zərərli nəticələrin ləğv edilməsinə və zərərçəkənlərə lazımi köməklik göstərilməsinə yönəldilməlidir.
8.2. MSY-nin əməkdaşlarının, tutulmuş və ya həbs edilmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradan kütləvi iğtişaşlar, habelə təbii fəlakətlər, fövqəladə hadisələr zamanı polis orqanında tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə xidmətinin gücləndirilmiş variantına dair plan hazırlanır və aşağıdakı əsas tədbirlər əhatə edilir:
8.2.1. ehtiyat naryadların hazır vəziyyətə gətirilməsi, naryadların sayının artırılması (ilk növbədə bayır tərəfdən qoyulmuş postların), bütün şəxsi heyətin və ya onun bir hissəsinin (vəziyyətdən asılı olaraq) gücləndirilmiş xidmətə keçirilməsi, xidməti itlərin ayrılması, əlavə rabitə vasitələrinin işə salınması;
8.2.2. qaçma hallarında axtarış naryadlarının təyin edilməsi, axtarış planlarının dəqiqləşdirilməsi;
8.2.3. naryadların xidmətinin yoxlanılmasının sayının artırılması, həmçinin tutulmuş və ya həbs edilmiş şəxslərin şəxsi axtarışının aparılması, onlara məxsus şeylərin yoxlanılması, kameraların və MSY-nin binasının müayinəsi, tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan kənara çıxarılması hallarının minimuma qədər azaldılması, MSY-də buraxılış rejiminin gücləndirilməsi;
8.2.4. tutulmuş və ya həbs edilmiş şəxslərin gəzintiyə çıxarılmalarının qismən qadağan edilməsi.
8.3. Mühafizənin gücləndirilməsi zamanı polis orqanının rəisi tərəfindən ehtiyat naryad ayrılır və hər konkret hadisəyə görə onun heyəti, yeri və tətbiqi qaydası müəyyənləşdirilir.
8.4. Fövqəladə hadisələr zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin hər hansı hərəkətinə polis orqanının (MSY-nin) rəisi tərəfindən icazə verilməlidir.
8.5. Fövqəladə hadisələr baş verdikdə və ya xüsusi şərait yarandıqda polis orqanının rəisinin göstərişinə əsasən naryadlara sursatın verilməsi norması artırılır.
8.6. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsinin təşkili və gücləndirilməsi üzrə tədbirlər DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi, aidiyyəti xidmətlər ilə qarşılıqlı əlaqədə planlaşdırılır və həyata keçirilir.
8.7. Tutulmuş və ya həbs edilmiş şəxslər MSY-nin əməkdaşlarına basqın etdikdə fəal özünümüdafiə tədbirləri həyata keçirilir və müvafiq siqnallar (səs, həyəcan siqnalı, telefon) verilir.
8.8. MSY-nin rəisi (növbətçisi) hadisə yerinə gələrkən mövcud qüvvələrin və basqının aradan qaldırılması üzrə qanunvericilikdə nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərinin tətbiq olunmasını, tutulmuş və ya həbs edilmiş şəxslərin kameralara salınmasını təşkil edir.
8.9. Basqın təhlükəli xarakter aldıqda (basqın edənlər qonşu kameraları açdıqda, MSY-nin xidməti-təsərrüfat otaqlarına soxulduqda, girov götürdükdə, silah əldə etdikdə) polis orqanının növbətçisi aşağıdakı tədbirləri həyata keçirir:
8.9.1. şəraiti düzgün qiymətləndirmək və MSY-nə əlavə polis naryadı (ehtiyat) göndərilməsi barədə qərar qəbul etmək və mühafizəni gücləndirmək;
8.9.2. baş vermiş hadisə barədə dərhal rəisə və yuxarı polis orqanının növbətçi hissəsinə məruzə etmək;
8.9.3. hadisə yerinə getmək və MSY-nin rəisi ilə birlikdə polis əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək. Basqının təhrikçilərini və fəal üzvlərini başqa iştirakçılardan təcrid etmək.
8.10. Kənardan MSY-nə basqın edildiyi zaman MSY-nin rəisi bu barədə dərhal polis orqanının növbətçisinə məlumat verməli və kömək gələnə qədər MSY-nin müdafiəsini təmin etməlidir. Telefon rabitəsi işləmədikdə həmin hadisə barədə məlumat radio, teletayp və sair vasitəsilə verilir.
8.11. MSY-nin yerləşdiyi şəhər (rayon) ərazisində, müşayiət marşrutunda ictimai qaydanın qrup şəklində pozulması hallarının qarşısının alınması DİN-in bu sahənin işini tənzimləyən normativ hüquqi aktları əsasında həyata keçirilir. MSY-nin və müşayiət dəstəsinin rəisləri saxlanılanların və müşayiət edilənlərin təhlükəsizliyinin təmin edilməsi üçün bu Təlimatla nəzərdə tutulmuş tədbirlər həyata keçirməlidirlər.
8.12. Basqın və onun nəticələri barədə MSY-nin (müşayiət dəstəsinin) rəisi yazılı şəkildə polis orqanının rəisinə məruzə etməlidir.
8.13. MSY-nin mühafizəçisi tutulmuş və ya həbs edilmiş şəxsin qaçmağa cəhd göstərdiyini müəyyən etdikdə dərhal müvafiq işarə verir (səslə, telefonla, həyəcan siqnalizasiyası vasitəsilə), şəraitdən asılı olaraq postu və MSY-də saxlanılan digər şəxsləri mühafizəsiz qoymamaq şərti ilə törədilən cinayətin qarşısının alınması üçün tədbirlər görür. Qaçma haqqında MSY-nin rəisi (polis orqanının növbətçisi) polis orqanının rəisinə məruzə edir və qaçanların tutulmasını təşkil edir.
8.14. Kameralarda nəzarət yoxlaması keçirilərkən qaçma hadisəsi aşkar edildikdə MSY-nin rəisi (növbətçi) qaçanların soyadlarını və onlar barədə digər məlumatları müəyyənləşdirir və dərhal bu haqda orqan rəisinə (növbətçiyə) məlumat verir. Orqan rəisinin (orqan üzrə növbətçinin) vəzifə borcu aşağıdakılardan ibarətdir:
8.14.1. həyəcan siqnalı ilə şəxsi heyətin toplanışını elan etmək və qaçan şəxslərin gedə biləcəyi yerlərə əməliyyat qruplarının göndərilməsini, ən çox güman olunan hərəkət marşrutlarında sipərlərin qoyulmasını və naryadların şəxsi heyətini istiqamətləndirməklə qaçanların isti izlərlə tutulmasını təşkil etmək;
8.14.2. qaçış barədə DIN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə dərhal məruzə etmək və cinayət prosesini həyata keçirən şəxsə (orqana) məlumat vermək.
8.15. Qaçanların gedə biləcəkləri yerlər, onların əlaqələrini öyrənməklə (şəxsi və cinayət işləri üzrə), MSY-də saxlanılan şəxslərdən və axtarış naryadlarından müvafiq məlumatlar almaqla müəyyən edilir.
8.16. Axtarışın rəhbəri tabeliyində olanları bacarıqla idarə etməli, onlarla əlaqə saxlamalı, vəziyyətdən asılı olaraq naryadların qarşısında yeni vəzifələr qoymalı və onların qarşılıqlı fəaliyyətini təşkil etməlidir.
8.17. MSY-dən, müşayiət altından qaçma halları barədə toplanmış bütün materiallar (raport, arayış, izahat, əmr) fakt üzrə cinayət işinin istintaqını aparan şəxsə təqdim edilir.
8.18. MSY-də yanğın təhlükəsizliyinin vəziyyətinə görə saxlama yerinin rəisi məsuliyyət daşıyır. Bununla əlaqədar o, şəxsən naryadlara yanğın təhlükəsizlik tədbirləri və yanğından mühafizə avadanlıqlarından istifadə etmək qaydaları haqqında təlimatlar verir, gündəlik olaraq həmin avadanlıqların işlək olmasına və lazımi qaydada saxlanılmasına, həmçinin su təchizatı mənbələrinin və xüsusi siqnalizasiya vasitələrinin vəziyyətinə nəzarət edir.
8.19. Yanğın törədə biləcək nasaz qurğulardan, istilik və işıq cihazlarından istifadə etmək qadağandır.
8.20. Xidmətdə olan naryadlar MSY-nin binasının ətrafında, kameralarında və xidməti-təsərrüfat otaqlarında yanğın aşkar etdikdə dərhal müvafiq işarə verməlidirlər (səs, telefon, həyəcan siqnalı). Naryad xüsusi rabitə olduqda yanğınsöndürmə dəstəsini çağırmalı və sayıqlığını itirmədən dəstənin gəlişinə qədər mövcud olan yanğınsöndürmə vasitələrindən istifadə etməklə yanğının mənbəyini söndürməyə başlamalıdır.
8.21. MSY-nin rəisi (növbətçisi) yanğınsöndürmə dəstəsinin çağırılmasını təmin etməlidir. Hadisə barədə orqanın rəisinə (orqan üzrə növbətçiyə) məruzə etməli və təxirəsalınmadan yanğın yerinə gedərək yanğının söndürülməsini, insanların, sənədlərin, əmlakın xilas olunmasını, zərərçəkənlərə tibbi yardım göstərilməsini təşkil etməlidir.
8.22. Yanğının baş vermə səbəbləri müəyyən edilir, MSY-də buraxılış rejimi gücləndirilir, MSY-nə ancaq polisin əlavə naryadları, yanğınsöndürənlər və tibb işçiləri buraxılır.
8.23. Orqanın rəisi (orqan üzrə növbətçi) yanğının intensivliyindən və yaranmış vəziyyətdən asılı olaraq MSY-nin xarici və daxili postlarını gücləndirir yaxud tutulmuş və ya həbs edilmiş şəxslərin kameralardan mütəşəkkil surətdə çıxarılmasını və onların təhlükəsiz yerdə mühafizəsini, yaxınlıqdakı polis orqanlarının saxlama yerlərinə keçirilməsini təşkil edir. Eyni zamanda o, sənədlərin, əmlakın, əşyaların və qiymətli şeylərin qorunub saxlanılması üçün tədbirləri həyata keçirir.
9. Tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilməsi
9.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin bu Təlimatın 1.11.2-ci yarımbəndində nəzərdə tutulmuş hallarda müşayiəti polisin müşayiət xidməti tərəfindən həyata keçirilir. Həmin xidmətin əsas vəzifəsi müşayiət olunanların etibarlı mühafizəsindən, onların təyin olunmuş yerə vaxtında çatdırılmasından, müşayiət olunanların mühafizə altından qaçma və müşayiət dəstəsinə basqın hallarının qarşısının alınmasından ibarətdir.
9.2. Respublikanın hüdudlarından kənarda həbs edilmiş şəxslərin müşayiət olunması üçün polis orqanlarının hazırlıqlı əməkdaşlarından müşayiət dəstəsi yaradılır və bu dəstənin tərkibi DİN-in rəhbərliyi ilə razılaşdırılır.
9.3. Ştatında müşayiət xidməti olmayan polis orqanında tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilməsi üçün xüsusi komplektləşdirilmiş və təlimatlandırılmış səriştəli, yüksək fiziki və döyüş hazırlıqlı əməkdaşlardan ibarət polis naryadı ayrılır.
9.4. Tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiəti əvvəlcədən müəyyən edilmiş marşrutlar (əsas, ehtiyat) üzrə həyata keçirilir və hərəkət cədvəli Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun planlı dəmir yol qarovulunun hərəkət cədvəli nəzərə alınmaqla işlənib hazırlanır.
9.5. Daxili İşlər Nazirliyinin aidiyyəti əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun müşayiət marşrutlarının işlənib hazırlanmasında iştirak edir və birgə reyslərin sayını, dəyişdirmə məntəqələrini (stansiyalar, aeroportlar, polis orqanlarının yerləşdiyi məntəqələr) müəyyən edir. Marşrutlar dəyişdirildikdə Konvoy taboru hərəkət cədvəlindən çıxarışı aidiyyəti polis orqanına göndərir.
9.6. Polis orqanları tutulmuş və ya həbs edilmiş şəxslərin qəbulu üçün müşayiət dəstəsi göndərməlidir. Dəyişdirmə məntəqəsindən müşayiət olunan tutulmuş və ya həbs edilmiş şəxslərin sayı 15 və daha çox olduqda, MSY-nin rəisi (polis orqanının rəisi) əvvəlcədən Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun komandirini xəbərdar edir. Konvoy taboru plan üzrə müşayiət qarovulu ayırır və lazımi sayda yer saxlayır.
9.7. DİN-in təqdimatı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin qərarı əsasında müşayiət etmə marşrutunda yeni dəyişdirmə məntəqələri təşkil edilir. Təqdimatda aşağıdakılar qeyd edilir:
9.7.1. dəyişdirmə məntəqəsinin harada və hansı marşrutda açılması (stansiya, aeroport, polis orqanının yerləşdiyi məntəqə), həmçinin hansı polis orqanı ilə işləməsi;
9.7.2. müşayiət dəstəsini göndərən polis orqanının tam adı, ünvanı, növbətçi hissənin telefonları, həmçinin onun yerləşdiyi ərazidən dəyişdirmə məntəqəsinə qədər olan məsafə (kilometrlə).
9.8. Ədliyyə Nazirliyi Penitensiar xidmətin müşayiətetmə qurumları olmadıqda tutulmuş və ya həbs edilmiş şəxslərin şəhər, rayon məhkəmələrinə müşayiəti polis orqanlarının rəhbərliyinin göstərişi və hakimlərin müvafiq sənədləri (hakimin yazılı tələbnaməsi və məhkəmə iclas zalının texniki möhkəmliyi barədə icra məmurları tərəfindən tərtib olunaraq müvafiq qaydada təsdiq olunmuş akt) əsasında həyata keçirilir və onlar belə şəxslərin mühafizəsinə cavabdeh olan icra məmurlarına təhvil verilərək bu barədə iltizam alınır.
9.9. Tutulmuş və ya həbs edilmiş şəxslərin məhkəmə binasında, məhkəmə iclas zalında və səyyar məhkəmə iclasları keçirilən yerlərdə mühafizəsi və bu yerlərə nəzarət «İcra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
9.10. Tutulmuş və ya həbs edilmiş şəxslərin məhkəmə prosesi zamanı mühafizəsinin təşkil edilməsi hakimin yazılı müraciətinə əsasən həyata keçirilir. Belə hallarda tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi bu Təlimatın 9.111-9.134-cü bəndlərinə uyğun olaraq təşkil olunur.
9.11. Tutulmuş və ya həbs edilmiş şəxslər təyinat yerlərinə bir qayda olaraq xüsusi təchiz edilmiş avtomobillərlə aparılır və müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) və sürücü-polis nəfəri də daxil olmaqla üç nəfərdən ibarət mühafizə dəstəsi ayrılır.
9.12. MSY-də tutulmuş və ya həbs edilmiş şəxslər xüsusi avtomobil və ya onun istifadəsi məqsədəmüvafiq olmadıqda, təbii fəlakətlər baş verdikdə polis orqanı rəisinin yazılı icazəsi ilə minik, açıq və ya qapalı yük avtomobillərində, Azərbaycan Respublikası DİN-in, Naxçıvan MR DİN-in rəhbərliyinin icazəsi ilə təyyarədə, habelə çay və dəniz nəqliyyatında müşayiət edilir.
9.13. Minik avtomobilində ancaq bir nəfər tutulmuş və ya həbs edilmiş şəxsi müşayiət etmək olar. Həmin şəxs avtomobilin arxa oturacağında iki müşayiətçinin arasında əyləşdirilir və onun əlinə qandal vurulur, avtomobilin pəncərələri bağlanılır.
9.14. Tutulmuş və ya həbs edilmiş şəxslər aşağıdakı hallarda piyada müşayiət edilir:
9.14.1. dəmir yolu stansiyalarında, limanlarda, aeroportlarda;
9.14.2. xüsusi avtomobillərdən (dəyişdirmə məntəqələrinin binalarından) vaqonlara, gəmilərə, təyyarələrə (vertolyotlara) yaxınlaşmaq üçün avtomobil yolu olmadıqda;
9.14.3. xüsusi avtomobillərdən (məhkəmə binalarından) tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılması üçün ayrılmış kameralara yaxud məhkəmənin səyyar sessiyalarında bu məqsədlə ayrılmış binalara, istintaq hərəkətlərinin keçirildiyi əraziyə, müalicə müəssisələrinə aparıldıqda və geri qaytarıldıqda;
9.14.4. dəyişdirmə məntəqəsində.
9.15. Tutulmuş və ya həbs edilmiş şəxslərin yaşayış məntəqələrində, sərnişinlərin qatarlara (gəmilərə) minməsi və düşməsi vaxtı, sərnişin platformalarında (limanlarda), vağzal binasında və vətəndaşların daha çox toplandıqları yerlərdə piyada müşayiət edilməsi qəti qadağandır.
9.16. Tutulmuş və ya həbs edilmiş şəxslərin yaşayış məntəqələri arasında piyada müşayiət edilməsinə ancaq nəqliyyatın hərəkəti qeyri-mümkün olduğu təqdirdə icazə verilir.
9.17. Tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilməsi üçün orqan rəisinin sərəncamı ilə heyətində müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) və müşayiətçilər olan müşayiət dəstəsi təşkil edilir (5 nömrəli əlavə). Müşayiət dəstəsi adi və gücləndirilmiş olur. Belə müşayiət dəstələrinin heyəti və növü orqan rəisi tərəfindən müəyyən edilir.
9.18. Adi mühafizə dəstəsi aşağıdakı hesab üzrə təyin edilir:
1) 1 - 2 nəfər müşayiət edilənə 2 - 3 müşayiətçi;
2) 3 - 6 nəfər müşayiət edilənə 3 müşayiətçi;
3) 7 - 9 nəfər müşayiət edilənə 4 müşayiətçi;
4) 10 - 12 nəfər müşayiət edilənə 5 müşayiətçi;
5) 13 - 20 nəfər müşayiət edilənə 6 müşayiətçi;
6) 21 - 28 nəfər müşayiət edilənə 7 müşayiətçi;
7) hər sonrakı 5 nəfər müşayiət edilənə əlavə olaraq 1 müşayiətçi.
9.19. Müşayiət dəstəsinin heyətində 5 və daha çox müşayiətçi olduqda müşayiət dəstəsinə rəis müavini təyin edilir.
9.20. Müşayiət ediləcək şəxslərdən hər hansı birinin qaçmaq, müşayiət dəstəsinə basqın etmək, özünə yaxud ətrafındakılara zərər yetirmək niyyəti haqqında məlumat alındıqda, habelə mürəkkəb çoğrafi və iqlim şəraitində gücləndirilmiş müşayiət dəstəsi təyin edilir. Həmin müşayiət dəstəsinə orta rəis heyətindən rəis müəyyən edilir.
9.21. Müşayiət edilənlərin mühafizəsinin etibarlılığını təmin etmək məqsədilə müşayiət dəstəsinə xidməti it ilə birlikdə polis əməkdaşının daxil edilməsinə icazə verilir.
9.22. Müşayiət dəstəsini gücləndirmək məqsədilə dəstənin rəisi (baş müşayiətçi) yaxınlıqdakı polis orqanına müraciət edir. Həmin polis orqanının rəisi müraciətlə əlaqədar müvafiq tədbirlər görməlidir. Müşayiət dəstəsinin rəisinin (baş müşayiətçinin) müraciət etdiyi orqan rəisi əlavə müşayiətçilər ayırmaq imkanına malik olmadıqda müşayiət edilənlərin bir hissəsini öz tabeliyində olan MSY-də saxlayır.
9.23. Mühafizə işində operativliyi artırmaq, hərəkətin təhlükəsizliyini və müşayiət edilənlərin etibarlı mühafizəsini təmin etmək məqsədilə xüsusi təyinatlı avtomobillərə radiostansiyalar, işıq mayakları və kabinə ilə kuzov arasında danışıq qurğuları qoyulur. Müşayiət zamanı metal dəhlizlərdən (tutulmuş və ya həbs edilmiş şəxsləri mindirib-düşürərkən), məhkəmə iclası zallarında kameraların mühafizə olunması üçün hasar-sipərlərdən də istifadə olunur.
9.24. Müşayiət dəstələrinin hərəkətinə nəzarət polis orqanında yaradılmış radio və naqilli (teleqraf, telefon) rabitə vasitəsi ilə həyata keçirilir.
9.25. İstintaq hərəkətinin icraatı yaxud məhkəmədə işə baxılması zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin gətirilməsi müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin yazılı göstərişinə əsasən həyata keçirilir.
9.26. Müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin təlabnaməsində aşağıdakı məlumatlar qeyd edilir:
9.26.1. tutulmuş və ya həbs edilmiş şəxslərin soyadı, adı və atasının adı, təvəllüdü, hansı cinayətləri törətməyə görə şübhələnilir yaxud təqsirləndirilir;
9.26.2. tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldıqları müvəqqəti saxlama yerinin adı;
9.26.3. işə baxılan məhkəmənin və ya istintaq hərəkətinin icraat yeri;
9.26.4. tutulmuş və ya həbs edilmiş şəxslərin gətirilmə tarixi, saatı;
9.26.5. məhkəmə iclasının yaxud istintaq hərəkəti icraatının başlanma vaxtı və davam etməsinin təxmini müddəti;
9.26.6. tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət olunması və saxlama (təcrid olunma) rejimi üzrə tələblər.
9.27. MSY-də saxlanılan şəxs, eyni zamanda başqa iş üzrə şahid qismində çağırıldıqda bu barədə tələbnamədə qeydlər aparılır.
9.28. Məhkəmə iclaslarına gətirilmə haqqında tələbnamələr məhkəmə, istintaq hərəkətini icra edən şəxsin imzası ilə tərtib edilmiş tələbnamələr isə istintaq orqanlarının rəisləri tərəfindən gerbli möhürlə təsdiq edilir.
9.29. MSY-nin (polis orqanının) rəisinin adına yazılmış tələbnamə müşayiət dəstəsinin ayrılması üçün əsasdır. Müşayiət olunan şəxslər səliqəli və iqlimə uyğun geyimdə olmalıdırlar.
9.30. Müşayiət dəstəsi olmadığı halda, tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-dən verilməsi barədə qərarı orqan rəisi qəbul edir və bu məqsədlə səriştəli, yüksək fiziki və döyüş hazırlıqlı əməkdaşlardan ibarət müşayiət dəstəsi ayırır.
9.31. Tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilməsi üçün əsaslar aşağıdakılardır:
9.31.1. istintaq təcridxanasına yaxud digər müəssisəyə keçirilmə haqqında məhkəmənin və istintaq orqanlarının müvafiq qərarları;
9.31.2. prokuror, müstəntiq və təhqiqat aparan şəxsin qərarı yaxud ayrı-ayrı istintaq hərəkətinin icraatı haqqında məhkəmənin qərarı;
9.31.3. məhkəmənin həbs haqqında qərarı və ya azadlıqdan məhrum etmə haqqında hökmü (istintaq təcridxanasına müşayiət edilir), MSY-də saxlama müddətinin qurtarması;
9.31.4. tutulmuş və ya həbs edilmiş şəxslərin tibb müəssisələrinə və dəyişdirmə məntəqələrinə aparılmaları barədə orqan rəisinin sərəncamı;
9.32. Orqan rəisi müşayiət dəstəsini təyin edərkən aşağıdakıları yerinə yetirməlidir:
9.32.1. müşayiət dəstəsinin konkret vəzifələrini, onların yerinə yetirilməsinin üsul və müddətini, müşayiətçinin polis orqanı ilə əlaqə qaydalarını, marşrut cədvəlini müəyyən etmək;
9.32.2. müşayiət dəstəsinə müvafiq sənədlərin, nəqliyyatın, mühafizə üçün lazım olan vasitələrin, rabitə və siqnalizasiyanın, silah və sursatların, müşayiətçilərə və müşayiət edilənlər üçün yol azuqəsinin, həmçinin xidməti itin verilməsi barədə göstəriş vermək;
9.32.3. müşayiət dəstəsinin təlimatlandırılmasını və onların xidmətinə nəzarət olunmasını təşkil etmək.
9.33. Müşayiət dəstəsinə tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilməsi ilə əlaqəsi olmayan hər hansı iş tapşırmaq qadağandır.
9.34. Müşayiət dəstəsi gündəlik geyim formasında olmalı, döyüşə hazır vəziyyətdə olan silahla silahlanmalıdır. Müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) tapança ilə silahlanır. Müşayiətçilərin hansı silahla silahlanmaları orqan rəisi tərəfindən müəyyən edilir.
9.35. Silahın gəzdirilməsi qaydalarını müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) müəyyən edir. Avtomatın çiyində gəzdirilməsi qadağan edilir.
9.36. Müşayiət edilənlərin daşındığı xüsusi avtomobillər yaxud digər nəqliyyat vasitələri yoxlanılarkən, silah müşayiət dəstəsinin rəisinə (baş müşayiətçiyə) verilir. Müşayiət dəstəsi başqa polis orqanında yaxud polisin müşayiət hissələrinin dislokasiya yerində olduqları zaman silah və sursat həmin polis orqanının növbətçi hissəsinə verilir.
9.37. Soyuq vaxtlarda müşayiət dəstəsi təchizat normaları ilə nəzərdə tutulmuş isti paltarla təmin edilir. Hər bir müşayiətçiyə fıştırıq, sənədlər üçün çanta, qandal verilir. Müşayiət dəmir yolu vasitəsi ilə həyata keçirilərkən dəstənin rəisi vaqonun qapılarını açmaq və bağlamaq üçün açarlarla təmin edilir.
9.38. Müşayiət etmə şəraiti və qaydalarından asılı olaraq müşayiətçilərə elektromeqafonlar, elektrik fənərləri, sarğı paketləri, topoqrafik xəritələr, kompas, binokl, bayraqcıqlar, işıqsaçan patron dəstləri ilə birlikdə siqnal tapançaları verilir. Müşayiət dəstəsi bu ləvazimatlarla polis orqanlarına normalar üzrə verilən texniki vasitələr hesabına təmin edilir.
9.39. Polis orqanının növbətçisi müşayiət dəstəsinə operativ rəhbərliyi təmin edir, müşayiət edilmə üzrə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır və bu sahədə onun vəzifələri aşağıdakılardan ibarətdir:
9.39.1. orqan rəisinin qərarına əsasən müşayiət dəstəsinin xidmətini təşkil etmək, müşayiət marşrutlarında və müşayiət edilənlərin müvəqqəti saxlanıldıqları yerlərdə daim əməliyyat vəziyyətindən xəbərdar olmaq, mühafizə şəraitinin dəyişilməsini izləmək, bu məqsədlə mühafizəçilərlə əlaqə saxlamaq, mühafizə dəstəsinin gücləndirilməsinə dair təxirəsalınmaz tədbirlər görmək, bu barədə orqan rəisinə məruzə etmək;
9.39.2. müşayiət dəstəsinin şəxsi heyətindən və hansı texniki vasitələrdən istifadə olunması, müşayiət edilənlərin müvəqqəti saxlanıldıqları yerlər barədə məlumata malik olmaq;
9.39.3. müşayiət dəstəsinin vaxtında təlimatlandırılmasını, hazırlığını və müşayiət marşrutlarına göndərilməsini, nəqliyyatın, rabitənin, texniki vasitələrin düzgün istifadəsini və fasiləsiz işini təmin etmək, xüsusi avtomobillərin gedib-qayıtmalarına nəzarət etmək, sürücülərin hazırlığını yoxlamaq;
9.39.4. müşayiət dəstəsinin fəaliyyətinə nəzarəti həyata keçirmək, silah və sursatın, əmlakın mühafizəsini, həmçinin müşayiət dəstəsinin (polis orqanının) daxili intizam qaydalarının yerinə yetirilməsini təmin etmək, xidməti başa vurduqdan sonra naryad tərəfindən silah-sursatın, onlara verilən xüsusi vasitələrin vaxtında və tam təhvil verilməsinə nəzarət etmək;
9.40. Müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin dəqiq və vaxtında yerinə yetirilməsinə, tabeliyində olanlar tərəfindən qanunçuluğa riayət edilməsinə, xidməti sənədlərin mühafizəsinə, müşayiət dəstəsinin istifadəsində olan silah və xüsusi vasitələrə görə məsuliyyət daşıyır. Müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) aşağıdakı vəzifələri yerinə yetirməlidir:
9.40.1. müşayiət marşrutlarında vəziyyəti və onun xüsusiyyətlərini, müşayiət edilən şəxslər haqqında əsas məlumatları bilmək, müşayiət dəstəsini qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə hazırlamaq, onlardan düzgün istifadə olunmasını təmin etmək, müşayiətçilər arasında qarşılıqlı fəaliyyət qaydalarını müəyyən etmək, «Müşayiət dəstəsinin rəisinə verilən sənədlərin siyahısı»nı (6 nömrəli əlavə), maddi-texniki vasitələri almaq, «Müşayiət dəstəsinin yol qeydləri kitabı»nı (7 nömrəli əlavə) tərtib etmək;
9.40.2. müşayiət edilən şəxslərin təyinat yerlərinə vaxtında aparılmasında müşayiət dəstəsinin hərəkətlərini bacarıqla və qətiyyətlə idarə etmək, onların məhkəmələrdə və istintaq hərəkətlərinin icraatı zamanı mühafizəsini təşkil etmək, müşayiət edilən şəxslər tərəfindən yolda və onların müvəqqəti saxlama yerlərində davranış qaydalarının pozulması hallarına yol verməmək;
9.40.3. hadisə baş verdikdə müşayiət dəstəsinin fəaliyyət üsullarını müəyyən etmək, əsas müşayiət marşrutlarında vəziyyət mürəkkəbləşdikdə ehtiyat marşrutlarla hərəkət etmək, qaçan şəxsin təxirəsalınmadan təqib olunmasını və tutulmasını təşkil etmək;
9.40.4. müşayiət edilənlər və müşayiət dəstəsi tərəfindən sanitar-gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək, bir sutkadan artıq yol gedildiyi təqdirdə müşayiətçilərə növbə ilə istirahət vermək, müşayiət edilənlərin mühafizəsiz qalmalarına yol verməmək.
9.41. Müşayiət dəstəsinin rəisinə (baş müşayiətçiyə) tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilmə qaydalarını dəyişdirmək qadağan edilir.
9.42. Müşayiət dəstəsinin rəis müavini istifadə olunan texniki vasitələrin vəziyyətinə nəzarət etməyə, müşayiət edilənlərin şəxsi axtarışını icra etməyə, bu axtarışlar zamanı aşkar edilmiş pul, qiymətli şeylər və digər əşyaların mühafizə olunmasını, müşayiət dəstəsinə müəyyən edilmiş ərzağın verilməsini təmin etməyə, həmçinin müşayiət dəstəsinin rəisi müşayiət zamanı xəstələndikdə onun vəzifələrini öz üzərinə götürməyə borcludur.
9.43. Müşayiətçi müşayiət dəstəsinin rəisinə (baş müşayiətçiyə) və müavininə tabedir. Müşayiətçi öz vəzifələrini bilməli və onları dəqiq yerinə yetirməli, müşayiət dəstəsinin rəisinin (baş müşayiətçinin) müəyyənləşdirdiyi yerdə olmalı və onun icazəsi olmadan heç yerə getməməli, silahı saz vəziyyətdə saxlamalı və onu tətbiq etməyə hazır olmalı, müşayiət edilənlərə qarşı tələbkar və nəzakətli olmalı, onları daim nəzarət altında saxlamalı, şəxsi təhlükəsizlik qaydalarına riayət etməli, müşayiət olunan şəxslərin təhlükəli yaxud yolverilməz hərəkətlərinin qarşısını almalı, müşayiət dəstəsinin rəisinin (baş müşayiətçinin) göstərişi ilə onların şəxsi axtarışını aparmalı, saxlanılması qadağan edilən əşyaları götürüb müşayiət dəstəsinin rəisinə (baş müşayiətçiyə) verməli, dayanacaq və gecələmə yerlərində, həmçinin müşayiət edilənlərin müvəqqəti saxlama yerlərində bu Təlimatın 5.7-ci və 5.9-cu bəndləri ilə müəyyən edilmiş qaydalara müvafiq olaraq mühafizəçinin vəzifələrini yerinə yetirməlidir.
9.44. Müşayiətçiyə xidmətdən yayınmaq və müşayiət vaxtı davranış qaydalarına riayət olunması haqqında göstəriş vermə halları istisna olmaqla müşayiət edilənlərlə söhbət etmək, onlardan hər hansı əşya almaq və onlara məktub, ərzaq ötürmək, müşayiət dəstənin hərəkət marşrutu və son məntəqə haqqında onlara məlumat vermək qadağandır.
9.45. Xüsusi avtomobilin polis nəfəri-sürücüsü müşayiət dəstəsinin tərkibinə daxil olub dəstənin rəisinə (baş müşayiətçiyə) və müavininə tabedir. Sürücü avtomobilin istismarına görə məsuliyyət daşıyır və aşağıdakı vəzifələri yerinə yetirməyə borcludur:
9.45.1. müşayiət marşrutunu və onun xüsusiyyətlərini yaxşı bilmək, avtomobilin daim istismara hazır vəziyyətdə olmasını təmin etmək, yol hərəkəti qaydalarına ciddi riayət etmək, hərəkətin sürəti haqqında müşayiət dəstəsi rəisinin (baş müşayiətçinin) göstərişini dəqiq yerinə yetirmək, ondan, eləcə də kuzovda olan müşayiətçidən avtomobili saxlama haqqında siqnal aldıqda dərhal əməl etmək;
9.45.2. avtomobildən çıxarkən mühərriki söndürmək və açarı özündə saxlamaq, müşayiət olunanlar avtomobilə mindikləri və düşdükləri zaman avtomobilin qabaq hissəsində (sağında və ya solunda) dayanmaq və onların hərəkətlərinə diqqətlə nəzarət etmək;
9.45.3. sürücülük vəsiqəsini, yol marşrut vərəqəsini, xüsusi avtomobilin qeydiyyat sənədlərini yanında saxlamaq;
9.45.4. təhkim olunmuş avtomobili nəzarətsiz qoymamaq, müşayiət dəstəsinin rəisinin əmri olmadan avtomobili idarə etmək üçün başqa şəxsə verməmək, bu Təlimatın 9.45-cı bəndində göstərilmiş hərəkətlərə yol verməmək.
9.46. Tutulmuş və ya həbs edilmiş şəxslər müşayiət altından qaçdıqda müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) müşayiət olunanlara «Dayan, uzan!» əmri verir (avtomobili dayandırır), qaçanların təqib olunmaları üçün ona tabe olan şəxslərdən xüsusi dəstə yaradır. Dəstəyə daxil olan müşayiətçilər qaçanların daha çox güman edilə biləcək hərəkət istiqamətləri və gizlənə biləcəkləri yerlər haqqında təlimatlandırılmalıdırlar.
9.47. Sərnişin qatarından qaçma hallarında bu hadisəni görən müşayiətçi dərhal təcili dayandırma qurğusu ilə qatarı dayandırır və müşayiət dəstəsinin rəisinə (baş müşayiətçiyə) məruzə edir. O, isə qatarın yola düşməsini gecikdirmədən qaçanların təqib olunmasını təşkil edir.
9.48. Tutulmuş və ya həbs edilmiş şəxslərin qaçması barədə müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) yaxınlıqdakı polis orqanının rəisinə məlumat verir, bu barədə «Müşayiət dəstəsinin yol qeydləri kitabı»nda qeydiyyat aparır, xidməti başa vurarkən baş vermiş hadisə barədə ətraflı raportla müşayiət dəstəsini təyin edən polis orqanının rəisinə məruzə edir.
9.49. Qaçanları tutmuş təqib qrupu onları təyinat yerinə müşayiət edir, öz dəstələrinə qoşulmaq imkanları olmadıqda tutulan şəxsləri yaxınlıqdakı polis orqanının MSY-nə raportla təhvil verir.
9.50. Tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət dəstəsinə basqın olunarkən onun heyəti təlimat zamanı müəyyən edilmiş plana uyğun və müşayiət edilmə üsullarından asılı olaraq hərəkət edir. Həmin planda bir müşayiətçiyə yaxud müşayiət dəstəsinə basqın variantları nəzərdə tutulmalıdır.
9.51. Müşayiət dəstəsinə basqın olunan zaman tutulmuş və ya həbs edilmiş şəxslərin hərəkətləri dayandırılır yaxud sürətləndirilir (ehtiyat marşrutlara keçirilir) və onlar etibarlı şəkildə təcrid olunurlar. Basqın barəsində imkan daxilində tez vaxt ərzində yaxınlıqdakı polis orqanına məlumat verilir.
9.52. Müşayiət dəstəsinin rəhbəri (baş müşayiətçi) bir müşayiətçi ilə basqını dəf edir, müşayiət dəstəsinin başqa üzvləri isə müşayiət edilənlərin mühafizəsini təşkil edirlər. Odlu silah bu Təlimatın 10-cu bölməsində müəyyən edilmiş hallarda tətbiq olunur.
9.53. Basqında iştirak etdikləri üçün tutulmuş şəxslərin əllərinə qandal vurulur (bağlanılır) və onlar yaxınlıqdakı polis orqanına təhvil verilir, müşayiət olunanlar isə təyinat yerinə çatdırılır.
9.54. Müşayət altından qaçma və ya müşayiət dəstəsinə basqın hadisəsi barədə məlumat almış polis orqanının rəisi həmin şəxslərin tutulması və ya basqının qarşısının alınması üçün dərhal təxirəsalınmaz tədbirlər görməlidir.
9.55. Tutulmuş və ya həbs edilmiş şəxslərin daşınmasını həyata keçirən nəqliyyat vasitələrində yanğın baş verdikdə müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) onları təhlükəsiz yerə çıxarır yaxud MSY-nə (istintaq təcridxanasına, yaxınlıqdakı polis orqanının MSY-nə) qaytarır. Müşayiətçi yanğının söndürülməsində ancaq müşayiət olunanların etibarlı mühafizəsinin təmin edilməsinə şərait yaradıldıqda iştirak edir.
9.56. Müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) «Müşayiət dəstəsinin yol qeydləri kitabı»nda yanğın, bununla əlaqədar görülmüş tədbirlər, tutulmuş və ya həbs edilmiş şəxslərin sonrakı müşayiət edilməsi haqqında müvafiq qeydlər edir, müşayiət dəstəsini təyin etmiş polis orqanının rəisinə hadisə barədə məruzə edir. Zərərçəkənlər olduqda onların səhiyyə orqanlarının tibb müəssisələrinə aparılmaları təşkil olunur yaxud hadisə yerinə təcili tibbi yardım çağırılır.
9.57. Tutulmuş və ya həbs edilmiş şəxsləri daşıyan avtomobillər və qatarlar qəzaya uğradıqda müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) müşayiət olunan şəxslərin xilas edilməsini, onların hadisə yerində olan başqa şəxslərdən təcrid olunmalarını, xəsarət alanlara ilkin tibbi yardım göstərilməsini, sənədlərin, silahların qorunmasını təşkil edir və yaxınlıqdakı polis orqanı ilə əlaqə yaradır. Ağır xəsarət alan, ölən olduqda, tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət olunması mümkün olmadıqda onların mühafizəsi üçün bu Təlimatda nəzərdə tutulmuş tədbirləri həyata keçirir.
9.58. Su nəqliyyatında qəza baş verdikdə müşayiət dəstəsi müşayiət olunanlara nəzarəti gücləndirir. Gəminin batma təhlükəsi olduqda, müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) onun sərəncamına verilən xilasetmə vasitələri ilə müşayiət olunanların sahilə çatdırılmasını təşkil edir.
9.59. Müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) qəza və onun nəticələri barədə «Müşayiət dəstəsinin yol qeydləri kitabında» qeydlər aparır və bu barədə müşayiət dəstəsini təyin edən polis orqanının rəisinə məruzə edir.
9.60. Müşayiət dəstəsinə daxil olan şəxslər intizam qaydasında ancaq tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilməsi üzrə vəzifələrini yerinə yetirdikdən sonra cəzalandırılır.
9.61. Xidmət intizamını pozduğuna görə müşayiətçi xidməti davam etdirməyə buraxılmadıqda müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) onu müşayiətdən kənarlaşdırır və bu barədə yaxınlıqdakı orqanın rəisinə yazılı məruzə edir. Orqan rəisi həmin müşayiətçinin silahını təhvil alır, içində müvafiq raport olan zərfi ona verərək daimi iş yerinə göndərir və kənarlaşdırılmış müşayiətçinin əvəzinə digər müşayiətçi təyin edir.
9.62. Müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) tutulmuş və ya həbs edilmiş şəxslərin qəbulu zamanı aşağıdakı vəzifələri yerinə yetirməlidir:
9.62.1. istintaq təcridxanasının növbətçisinə, rəis müavininə, MSY üzrə növbətçiyə tutulmuş və ya həbs edilmiş şəxslərin qəbul edilməsi və təhvil alınması hüququ verən sərəncamı təqdim etmək;
9.62.2. sənədlərin düzgün tərtib olunub-olunmamasını yoxlamaq, tutulmuş və ya həbs edilmiş şəxslərin xüsusi avtomobilin kameralarında yerləşdirilmə qaydalarını müəyyən etmək, üzərində ciddi nəzarət edilməsi tələb olunan şəxslər barədə müşayiətçilərə məlumat vermək;
9.62.3. müşayiət dəstəsi heyətinin sayını müəyyən etmək və onları yerləşdirmək, axtarış aparmaq üçün ayrılmış müşayiətçilərin silahlarını müvəqqəti olaraq alıb saxlamaq və müşayiət olunan şəxsləri xüsusi avtomobillərin kameralarında yerləşdirmək;
9.62.4. tutulmuş və ya həbs edilmiş şəxslərin təhvil-təslimi aparılan binaları nəzərdən keçirmək, qaçmaq və basqın etmək üçün istifadə oluna biləcək əşyaları götürmək.
9.63. Tutulmuş və ya həbs edilmiş şəxslərin şəxsi işləri möhürlənmiş zərflərdə müşayiət dəstəsinin rəisinə (baş müşayiətçiyə) verilir. Tutulmuş və ya həbs edilmiş şəxslər şəhərdən və rayon mərkəzi hüdudlarından kənara müşayiət edilərkən zərflərə şəxsi işlər üzrə arayışlarla (8 nömrəli əlavə) birlikdə onların fotoşəkilləri də əlavə edilir.
9.64. Xüsusilə ağır cinayətlər törədən və ya ömürlük azadlıqdan məhrum edilən, habelə qaçmağa və müşayiət dəstəsinə basqın etməyə meylli olan şəxslərin işləri üzrə arayışın üzərinə diaqonal boyu qırmızı rəngli zolaq çəkilir.
9.65. Tutulmuş və ya həbs edilmiş şəxslərin təhvil alındığı otaqlarda onları müşayiət və qəbul edən əməkdaşlardan başqa kənar şəxslərin olması yolverilməzdir.
9.66. Tutulmuş və ya həbs edilmiş şəxslər bir-bir təhvil alınaraq onlarla sorğu keçirilir (o cümlədən səhhətləri, şikayət və ərizələrinin olub-olmaması), sorğunun nəticəsi sənədlərlə tutuşdurulur. Onların şəxsiyyəti haqqında şübhə yarandıqda müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) saxlama yerinin rəisinə müraciət edərək onun verdiyi əmrə əsasən hərəkət edir.
9.67. MSY-dən istintaq təcridxanasına köçürülən şəxslər mütləq həkim müayinəsindən keçməlidirlər. Müayinənin nəticəsi barədə həbs edilmiş şəxslərin şəxsi işlərindəki arayışlarda müvafiq qeydlər aparılır.
9.68. Müşayiət edilmək üçün təhvil alınan şəxslər onlara dair mövcud sənədlərə müvafiq olaraq «Müşayiət dəstəsinin yol qeydləri kitabı»nda qeydiyyata alınır, sonra onların şəxsi axtarışı, əşyaları və ərzaqları yoxlamadan keçirilir. Bu məqsədlə hər tutulmuş və ya həbs edilmiş 8-10 şəxsə müşayiət heyətindən bir müşayiətçi ayrılır.
9.69. Müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) axtarış və yoxlamaların nəticələri barədə bu işi icra edənin soyadını göstərməklə «Müşayiət dəstəsinin yol qeydləri kitabı»nda qeydlər edir. Şəxsi axtarışı keçirilən şəxsdə saxlanılması qadağan olunan əşyalar və qiymətli şeylər aşkar edildikdə onlar götürülüb həmin şəxsi göndərən orqanın rəhbərliyinə təhvil verilir.
9.70. Aşağıdakı şəxslər müşayiət edilmək üçün təhvil alınmırlar:
9.70.1. sənədləri düzgün tərtib olunmamış və sənədləri olmayan şəxslər;
9.70.2. həkimin (feldşerin) rəyinə görə müşayiət edilə bilməyən xəstə şəxslər;
9.70.3. müşayiət edilməsinin mümkün olması barədə həkim arayışı olmayan hamilə qadınlar;
9.70.4. mövsüm üzrə geyinməmiş şəxslər;
9.70.5. yoluxucu xəstəliklərə tutulmuş xəstələrlə təmasda olan, lazımi tibbi müayinədən və laboratoriya yoxlamasından keçməmiş şəxslər yoxlamanın nəticələri haqqında cavab alınmayana qədər;
9.70.6. sanitar təmizləmədən keçirilməmiş şəxslər.
9.71. Hərəkət etmələri üçün kənar şəxsin köməyinə ehtiyacı olan əlillər, onların yanınca getmək üçün müvəqqəti saxlama yerlərindən əməkdaşlar ayrıldıqda müşayiət olunmağa qəbul edilirlər. Dəyişdirmə məntəqəsində həmin şəxslər yerli polis orqanlarının ayırdıqları müşayiətçinin köməyi ilə müşayiət olunurlar. Bu halda yerli polis orqanları əvvəlcədən xəbərdar edilməlidir.
9.72. Yolda tibbi xidmətə ehtiyacı olan ruhi xəstələr, açıq vərəm xəstəliyinə tutulmuş şəxslər, altı aydan artıq hamilə olan və yanlarında iki aylığa qədər uşaqları olan qadınlar ancaq onların yanınca getmək üçün tibb işçisi ayrıldıqda müşayiət edilirlər.
9.73. Azyaşlı uşağı olan qadınlara öz şəxsi hesabına uşaq üçün ərzaq məhsulları və lazımi şeylər almağa icazə verilir. Yolda müşayiət edilənlər gün ərzində iki dəfədən az olmayaraq su ilə təmin olunurlar.
9.74. Tutulmuş və ya həbs edilmiş şəxslər müvəqqəti saxlama yerindən başqa yerə keçirilərkən icazə verilmiş dərmanları, əşyaları, cinayət işinə aid olan sənədləri və qeydləri, onlardan götürülmüş pul və qiymətli əşyaların qəbzini özlərində saxlamaq hüququna malikdirlər.
9.75. Müşayiət edilənlərin lazımi (o cümlədən mövsüm üzrə) paltar və ayaqqabısı olmadıqda akt tərtib edilir. Bu akt əsasında həmin şəxslər polis orqanlarında müvafiq paltar və ayaqqabı ilə təmin olunurlar.
9.76. Müşayiət dəstəsi tibbi yardım qutusu ilə təmin edilməli və müşayiətçi ilkin tibbi yardım göstərməyi bacarmalıdır. Onlar müşayiət edilənlərin sanitar-gigiyena qaydalarına riayət etmələrinə nəzarət etməlidir. Müşayiət dəstəsi yoluxucu xəstəliklərə tutulmuş xəstələri müşayiət etdikdə profilaktik tədbirlər haqqında təlimatlandırılmalıdırlar. Həmin şəxsləri daşıyan nəqliyyat vasitəsi dezinfeksiya edilməlidir.
9.77. Müşayiət edilən şəxslər yolda xəstələndikdə müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) xəstənin onun yanında olan əşyalarla yaxınlıqdakı müalicə müəssisələrinə aparılmasını təmin edir. Bu məqsədlə o, ərazi polis orqanının nəqliyyat vasitəsindən də istifadə etmək hüququna malikdir. Bu halda müşayiət edilən, müvafiq polis orqanının mühafizəsi altına təhvil verilir.
9.78. Müşayiət olunan şəxs yolda vəfat etdikdə müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) meyiti və onun şəxsi əşyalarını yaxınlıqdakı polis orqanına qəbzlə təhvil verir. Həmin polis orqanının rəisi müvəqqəti saxlama yerlərinin Daxili intizam qaydaları ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edir.
9.79. Müşayiət olunanın yolda vəfat etməsi faktı ilə bağlı yerli prokurorluq və polis orqanının nümayəndələrinin iştirakı ilə üç nüsxədən ibarət protokol tərtib edilir. Protokolda meyitin üzərində zorakılıq əlamətlərinin olub-olmaması göstərilir. Protokolun bir nüsxəsi meyit təhvil verilən polis orqanının rəisinə verilir. Orqan rəisi bu barədə vəfat edənin qohumlarına məlumat verir. İkinci nüsxə prokurorluğa, üçüncü nüsxə isə müşayiət dəstəsinin rəisinə (baş müşayiətçiyə) verilir. Sonradan protokola məhkəmə-tibb ekspertizasının rəyi əlavə edilir.
9.80. Müşayiət edilən şəxslər xüsusi avtomobillərə mindirilməzdən əvvəl müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) avtomobilin kuzovunun vəziyyətini, işıqların, rabitə vasitələrinin, danışıq qurğularının, havaçəkənlərin, kameraların qıfıllarının saz vəziyyətdə olmasını, oturacaqların və digər avadanlıqların möhkəmliyini yoxlayır, qaçma və ya basqın hallarında istifadə oluna biləcək əşyaların götürülməsi və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər həyata keçirir. Xüsusi avtomobillər yanacaq-sürtkü materialları ilə təchiz olunaraq hazır vəziyyətdə olur.
9.81. Müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) müşayiət edilən şəxslər avtomobilə mindirildikdə (düşürüldükdə) onların mühafizəsinin gücləndirilməsi məqsədilə əlavə polis və ya nəzarətçi postlarının qoyulması barədə polis orqanının və ya istintaq təcridxanasının rəisinə məlumat verir.
9.82. Müşayiət edilən şəxslərin xüsusi avtomobillərə mindirilməsi polis nəfəri-sürücünün yola çıxmağa hazır olması barədə məruzəsindən sonra həyata keçirilir. Avtomobil müşayiət olunanların saxlandıqları binaların qapılarının (darvazalarının) yaxınlığında saxlanılır, avadanlıq olduğu təqdirdə dəmir dəhliz qoyulur.
9.83. Müşayiət edilən şəxslər cərgə ilə bir-bir avtomobilin kuzovunun qapısına gətirilir, müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) onları növbə ilə kuzova doğru yönəldir, onların sayını və soyadlarını ucadan çağıraraq yoxlayır. Bu halda müşayiətçilərdən biri (kuzovda, silahsız) müşayiət dəstəsinin rəisinin (baş müşayiətçinin) göstərişinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin saylarını ucadan çağırmaqla xüsusi avtomobilin kameralarına yerləşdirir. Qalan müşayiətçilər avtomobilin ətrafında kənar şəxslərin toplanmasına yol verməyərək müşayiət olunanların avtomobilə mindirilməsi qaydalarına riayət olunmasına nəzarət edirlər.
9.84. Tutulmuş və ya həbs edilmiş şəxslərin (kişilər, qadınlar və yetkinlik yaşına çatmayan şəxslər) müvafiq surətdə bir-birilərindən təcrid edilmədən müşayiət olunmaları qadağan edilir.
9.85. Açıq vərəm xəstəliyi olan şəxslər, ruhi və yoluxucu xəstələr, digər şəxslərdən ayrı olaraq və bir-birilərindən təcrid olunmaqla müşayiət edilirlər.
9.86. Müşayiət edilənləri avtomobilə mindirdikdən sonra müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) onların təcrid olunma qaydalarına riayət edilməsini yoxlayır, müşayiət dəstəsinin yerləşdirilməsi barədə göstəriş verir və avtomobilin kabinəsində öz yerini tutur.
9.87. Xüsusi avtomobilin kameralarının açarları müşayiət dəstəsinin rəisində (baş müşayiətçidə) saxlanılır və kameraların işıqları yandırılmalıdır. Avtomobilin kuzovunda iki müşayiətçi olduqda onlardan biri baş müşayiətçi təyin edilir.
9.88. Xüsusi avtomobillərin kameralarının qarşısında olan müşayiətçi daim müşayiət olunanların hərəkətlərinə nəzarət edir, içəriyə nəzarət etmək üçün qoyulmuş dəmir şəbəkələrin qarşısının kəsilməsinə, qarışıqlıq salınmasına, siqaret çəkilməsinə, avadanlığın korlanmasına, həmçinin başqa kameralarda saxlanılan şəxslərlə danışılmasına icazə vermir. Tutulmuş və ya həbs edilmiş şəxslər onun tələblərinə riayət etmədikdə o, avtomobili saxlamaq barədə kabinəyə siqnal verir və müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) ilə birlikdə müvafiq tədbirlər həyata keçirir. Kameraların qapılarını açmağa ancaq müşayiət dəstəsinin rəisinə (baş müşayiətçiyə) icazə verilir.
9.89. Uzaq məsafəyə gedilərkən xüsusi avtomobil hər 2-3 saatdan bir 10-15 dəqiqəlik dayandırılır. Dayanacaq üçün ətrafı tam müşahidə etməyə imkan verən boş yerlər seçilir. Dayanma zamanı müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) avtomobilin xarici mühafizəsini təşkil edir, müşayiət edilənlərin sanitar qovşağına aparılmasını iki polis əməkdaşının müşayiəti ilə onları avtomobildən bir-bir çıxarmaqla həyata keçirir. Hər bir müşayiət edilən bayıra çıxarıldığı zaman kameranın qapısı qıfılla bağlanır. Müşayiət marşrutunda avtomobilə yanacaq doldurulan zaman tutulmuş və ya həbs edilmiş şəxslərin avtomobildən düşürülməsi məcburi deyildir.
9.90. Xüsusi avtomobildə qəflətən nasazlıq əmələ gəldikdə və bu nasazlığı yerində aradan qaldırmaq mümkün olmadıqda, müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) bu barədə yaxınlıqdakı polis orqanının rəisinə (müavininə) məlumat verir. Həmin polis orqanının rəisi belə halda müşayiət dəstəsini başqa xüsusi avtomobillə təmin etməli və ya nasazlığın aradan qaldırılması üçün müvafiq tədbir görməlidir. Köçürülənlər isə müvəqqəti olaraq həmin polis orqanının MSY-nə yerləşdirilir.
9.91. Tutulmuş və ya həbs edilmiş şəxslərin daşınması zamanı su nəqliyyatından da istifadə olunur. Müşayiət dəstəsinin rəisi müşayiət olunanların və müşayiətçilərin digər sərnişinlərdən ayrı yerləşdirilməsi haqda gəmi kapitanı ilə şəxsən danışır, ayrılmış kayutların sazlığını, ilyuminatorların bağlı olmasını yoxlayır, kayutun və ilyuminatorların qarşısında post xidmətçisi qoyur. Müşayiət olunanların gəminin göyərtəsində aparılması qadağandır.
9.92. Tutulmuş və ya həbs edilmiş şəxslər piyada müşayiət olunarkən yolun eni boyunca 2-4 nəfər düzülürlər. Tutulmuş və ya həbs edilmiş şəxsləri gecə vaxtı piyada müşayiət etmək qadağandır.
9.93. Müşayiət dəstəsi aşağıdakı qaydada təşkil olunur:
9.93.1. müşayiətçi 2 nəfər olduqda onlardan biri 1-1,5 metr müşayiət olunanlardan sol tərəfdə bir az arxada, baş müşayiətçi isə sağda, həmin məsafədə onların arxasında;
9.93.2. müşayiətçi 3 nəfər olduqda onlardan ikisi müşayiət olunanların hər iki tərəfində, müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) dəstənin arxasında;
9.93.3. müşayiətçi 4 nəfər və daha artıq olduqda onlardan biri qabaqda, ikisi yan tərəflərdə və müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) dəstənin arxası ilə hərəkət edir.
9.94. Vəziyyətdən asılı olaraq müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) müşayiətçilərlə müşayiət olunanlar arasındakı məsafəni azaldır və ya artırır.
9.95. Müşayiət zamanı mühafizənin gücləndirilməsi ilə bağlı polis nəfəri xidməti it ilə (əgər o müşayiət dəstəsinə verilibsə) müşayiət olunanların sağında (və ya solunda) və ya arxası ilə hərəkət edir, itin onlara yaxınlaşmasına imkan vermir. Xidməti itdən istifadə olunmasına yalnız «Dayan! İti buraxıram!» xəbərdarlığından sonra yol verilir.
9.96. Hərəkətə başlamazdan əvvəl müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) müşayiət olunanlara müraciət edərək, hərəkət zamanı bir sıradan başqa sıraya keçməmək, bir-biri ilə danışmamaq, siqaret çəkməmək, kənar şəxslərlə ünsiyyətə girməmək, əmr olunmadan dayanmamaq və hərəkəti zəiflətməmək, qaçmağa və ya müşayiətçilərə hücum etməyə cəhd göstərən şəxslərə qarşı silah tətbiq olunacağı barədə xəbərdarlıq edir.
9.97. Müşayiətçi müşayiət olunanlar tərəfindən intizam qaydalarının pozulması hallarını aşkar etdikdə, müvafiq siqnalla müşayiət dəstəsinin rəisinə (baş müşayiətçiyə) məlumat verir, qayda yaratmaq üçün müvafiq tədbir görür.
9.98. Müşayiət olunanlar yolun sağ tərəfi ilə nəqliyyat vasitələrinin getdiyi istiqamətdə hərəkət etməli, eyni zamanda nəqliyyatın hərəkətinə maneçilik törətməməlidirlər. Onların adamlar olan yerlərlə, dəmir yolu və ya çay kənarı ilə müşayiət olunmaları qadağandır. Yolda hərəkət zamanı təhlükəsizliyi təmin etmək üçün qabaqda və arxada gedən müşayiətçi qırmızı bayraqcıqla nəqliyyat vasitələrinə müvafiq işarələr verir.
9.99. Həbs edilmiş şəxslərin təhvil alınması üçün müşayiət dəstəsi orqan rəisi tərəfindən təsdiq edilmiş cədvələ müvafiq olaraq dəyişdirmə məntəqəsinə gəlir. Bu zaman təhvil verilən şəxslər, saxlanılması qadağan edilən əşyaları aşkar etmək məqsədilə diqqətlə yoxlanılırlar.
9.100. Həbs edilmiş şəxslər planla nəzərdə tutulmuş müşayiət dəstəsi gələnə qədər dəyişdirmə məntəqəsinə aparılırlar.
9.101. Dəyişdirmə məntəqəsində müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) xüsusi vaqonun, avtomobilin, təyyarənin, gəminin çatma vaxtını, dayanma müddətini və yerini dəqiqləşdirir, həbs edilmiş şəxslərin mühafizəsi və müşayiəti üçün gəlmiş müşayiət dəstələrinə təhvil verilməsi qaydalarını müəyyən edir. Xüsusi avtomaşın üçün dayanacaq yeri xüsusi vaqona mümkün qədər yaxın (2-5 metr) məsafədə seçilir.
9.102. Müşayiət edilən şəxslər avtomobildən düşürüldükdən sonra cərgəyə düzülür və müşayiətçilərin mühafizəsi altında minik yerlərinə aparılırlar. Xüsusi nəzarət edilən şəxslər ayrıca müşayiət edilirlər.
9.103. Həbs edilmiş şəxslərin dəmir yolu stansiyalarında dəyişdirilmələri sərnişinlər vaqona minən yerin əks tərəfində aparılır. Bu zaman müşayiət edilənlər iki cərgəyə düzülürlər. Qatar stansiyaya gəlməzdən əvvəl, həbs edilmiş şəxslərin minib-düşmə yerinin əks tərəfində xüsusi vaqonun işlək tamburunun yanında müşayiətçi təyin edilir.
9.104. Müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) stansiyaya gəlmiş Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun planlı dəmir yol qarovulunun rəisinə öz xidməti vəsiqəsini və həbs edilmiş şəxslərin təhvil-təsliminə dair sərəncamı təqdim edir, belə bir sərəncamın həmin dəstənin rəisində olmasını dəqiqləşdirir, müşayiət edilən şəxslər barədə məlumat verir və dəyişdirmə başlanır.
9.105. Köçürülənlər müvafiq sənədlərlə birlikdə müşayiət dəstəsinin rəisinə təhvil verilir və bu barədə ondan qəbz alınır (9 nömrəli əlavə). Dəstənin rəisi (baş müşayiətçi) müşayiət edilənləri təhvil verdikdən sonra bu Təlimata uyğun olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun planlı dəmir yol qarovulu tərəfindən gətirilmiş şəxsləri təhvil alır (10 nömrəli əlavə). Təhvil alan tərəfdən, həbs edilmiş şəxsin sıra nömrəsinin ucadan çağırılması onun təhvil alınması kimi hesab olunur.
9.106. Dəyişdirmə məntəqəsində, həbs edilmiş şəxslərin təhvil alınması barədə müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) Ədliyyə Nazirliyin Penitensiar xidmətin Konvoy taborunun planlı dəmir yol qarovulunun yol jurnalında imza edir. Qəbzdə aşağıdakı məlumatlar qeyd edilir:
9.106.1. təhvil almanın (qəbul etmənin) tarixi, dəyişdirmə məntəqəsinin adı, müşayiət dəstəsini təyin edən polis orqanı;
9.106.2. müşayiət edilmək üçün təhvil alınmış şəxslərin sayı (rəqəm və sözlə);
9.106.3. müşayiət dəstəsinin rəisinin rütbəsi, soyadı, sərəncamın nömrəsi.
9.107. Dəyişdirmənin baş tutmadığı yaxud həbs edilmiş şəxslərin təhvil alınmasından imtina edildiyi hallarda təhvil verilməmiş (alınmamış) şəxslərin sayı, kateqoriyası və səbəbləri göstərilməklə yol jurnalında qeyd aparılır. Təhvil verilməyən şəxslər geriyə qaytarılır və müşayiət dəstəsini təyin etmiş hissə komandirinə (orqan rəisinə) bu barədə məruzə olunur.
9.108. Ədliyyə Nazirliyinin müvafiq qurumları olmayan ərazilərdə xidmət aparılan hər bir məhkəmə prosesində mühafizə sxemi, postların şəxsi heyətinin sayı daxil olmaqla mühafizə planı işlənib hazırlanır.
9.109. Səyyar məhkəmə iclasında tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi planı bilavasitə onların keçirilmə yerlərində məhkəmə iclasına qədər müəyyən edilir. Tutulmuş və ya həbs edilmiş şəxslər sanitar təmizləmə, müşayiət olunanlar üçün otaqlar, həmçinin polis orqanı ilə telefon rabitəsi olmayan binalara aparılmırlar.
9.110. Məhkəmə prosesinin aparıldığı ərazidə tutulmuş və ya həbs edilmiş şəxsə qəsd edilmə ehtimalı olduqda təhlükəni aradan qaldırmaq məqsədilə gücləndirilmiş xidmətə keçmə, habelə məhkəmə zalında olan şəxslər arasında mülkü geyimdə polis işçilərinin yerləşdirilməsini nəzərdə tutan xüsusi plan işlənib hazırlanır. Bu barədə məhkəmənin sədrinə (məhkəmə iclasının sədrinə) qabaqcadan məlumat verilir.
9.111. Tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-dən məhkəmə proseslərinə aparılıb geri qaytarılması üzrə müşayiət marşrutları üçün nəqliyyatın və vətəndaşların az olduğu küçələr seçilir.
9.112. Məhkəməyə gələndən sonra müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) tutulmuş və ya həbs edilmiş şəxslərin gətirilməsi barədə məhkəmə iclası sədrinə məruzə edir. Eyni zamanda bir neçə zalda işlərə baxıldıqda hər zala baş müşayiətçi təyin edilir. Şəxslərin saxlanıldığı kameraların qarşısında da postlar qoyulur.
9.113. Kameralar müxtəlif cinayətlərə görə həbs edilmiş şəxslərin ayrılıqda saxlanılması üçün müvafiq şərait olmalıdır. Kameralar döşəməyə bərkidilmiş oturacaqla, havaçəkənlə, işıqla, qapılar gözlüklərə və qıfıllarla, pəncərələr dəmir barmaqlıqlarla təchiz edilməlidir. İşıqlar dəmir şəbəkə və ya barmaqlıqlarla sipərə alınır, işıq bayırdan yandırılır.
9.114. Tutulmuş və ya həbs edilmiş şəxslərin gətirilməsi haqqında məhkəmə iclasının sədrinə məruzə edildiyi andan onun müşayiət etmə barəsində sonrakı qanuni göstərişləri müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) üçün məcburidir.
9.115. Məhkəmənin məcburi gətirmə haqqında qərarına əsasən tutulmuş və ya həbs edilmiş şəxsin məhkəmə zalına məcburi gətirilməsinə yol verilir. Bu barədə müşayiət dəstəsinin rəisi müvafiq akt tərtib edir, aktın bir nüsxəsi cinayət işinin materiallarına, digəri isə tutulmuş və ya həbs edilmiş şəxsin şəxsi işinə əlavə olunur.
9.116. Tutulmuş və ya həbs edilmiş şəxslərin xüsusi avtomobildən düşürülüb saxlandıqları otaqlara və məhkəmə iclası zalına aparılmaları aşağıdakı tələblərə riayət edilməklə həyata keçirilir:
9.116.1. müşayiət marşrutu kənar şəxslərdən azad edilir;
9.116.2. çıxışlara, pəncərə və pilləkən sahələrinə müşayiətçi qoyulur;
9.116.3. xüsusi avtomobillər mümkün qədər məhkəmə binasının çıxış qapısına yaxın saxlanılır;
9.116.4. tutulmuş və ya həbs edilmiş şəxslər müşayiət dəstəsi rəisinin (baş müşayiətçinin) və müşayiətçilərin mühafizəsi altında 2-3 nəfərdən ibarət dəstələr şəklində müşayiət edilirlər. Xüsusilə ağır cinayətlər törədən və təqsirləndirilən şəxslərdən təcrid olunmalı şəxslər ayrıca müşayiət olunurlar. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlama otaqlarından məhkəmə iclası zalına aparılması və geri qaytarılması vətəndaşlar zala daxil olmazdan (çıxmalarından) əvvəl həyata keçirilir.
9.117. Məhkəmə iclası zalında, tutulmuş və ya həbs edilmiş şəxslər sədd arxasında onlara ayrılmış xüsusi yerlərdə yerləşdirilir. Həmin yerdə döşəməyə bərkidilmiş oturacaq qoyulur. Binanın birinci mərtəbəsinin pəncərələrinə dəmir barmaqlıqlar vurulur. Tutulmuş və ya həbs edilmiş şəxsin pəncərə və qapının yanında yerləşdirilməsi qadağandır.
9.118. Müşayiətçi heyət 2 nəfərdən ibarət olduqda onlardan biri tutulmuş və ya həbs edilmiş şəxsin sağ (sol) tərəfində dayanır, ikincisi isə onun arxasındakı oturacaqda oturur.
9.119. Müşayiətçilər 3 nəfərdən çox olduqda tutulmuş və ya həbs edilmiş şəxsin sağ və sol tərəfində bir müşayiətçi, yerdə qalanlar isə onun arxasında dayanırlar. Tapançaların qoburu açıq vəziyyətdə müttəhimdən əks tərəfdə olmalıdır. Tutulmuş və ya həbs edilmiş şəxsin yerləşdiyi yer metaldan hazırlanmış qəfəs tipli sədlə təchiz olunur.
9.120. Məhkəmə heyəti zala daxil olduqda, zaldan çıxdıqda, həmçinin hökm elan edildikdə müşayiətçilər və onların əmri ilə tutulmuş və ya həbs edilmiş şəxslər «Farağat» vəziyyətində dayanırlar. Postda növbə hər 30 dəqiqədən bir məhkəmə iclasının gedişini pozmadan müşayiətçi dəstəsinin rəisi (baş müşayiətçi) tərəfindən dəyişdirilir.
9.121. Müşayiətçi məhkəmə iclasına sədrlik edənin icazəsi olmadan tutulmuş və ya həbs edilmiş şəxsin yerindən qalxmasına, danışmasına və vətəndaşlarla əlaqədə olmasına icazə vermir.
9.122. Məhkəmə zamanı tutulmuş və ya həbs edilmiş şəxsin vəkil ilə danışmasına icazə verilir.
9.123. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldıqları kameraların qarşısında və məhkəmə binasının bayır tərəfində (gücləndirilmiş variant olarsa) müşayiətçilər öz vəzifələrini bu Təlimatın 5.7-ci və 5.10-cu bəndlərinə uyğun olaraq yerinə yetirirlər.
9.124. Müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsi, məhkəmə iclasının başqa vaxta (başqa yerə) keçirilməsi yaxud onun qurtarması və mühafizənin gücləndirilməsi haqqında müşayiət dəstəsini təyin edən orqanın rəisinə məruzə etməlidir.
9.125. Azadlıqdan məhrum etmə haqqında hökm elan edildikdə müşayiət dəstəsinin bütün heyəti tərəfindən tutulmuş və ya həbs edilmiş şəxslərə nəzarət gücləndirilir, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin əllərinə qandal vurulur.
9.126. Cəza tədbiri azadlıqdan məhrum etmə ilə əlaqəsi olmayan başqa tədbirlə əvəz edildikdə yaxud bəraət hökmü çıxarıldıqda müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) məhkəmə iclasına sədrlik edənin göstərişi ilə şəxsi dərhal azad edir və bu barədə mövcud müşayiət edilmə tələbnaməsində müvafiq qeyd aparır.
9.127. Məhkəmə iclası zalında həbsə alma, sədrlik edənin müvafiq hökmü yaxud qərarı elan etdikdən sonra onun verdiyi sərəncam ilə müşayiət dəstəsi tərəfindən həyata keçirilir. Bu halda müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) ayrıca bir otaqda həbs edilmiş şəxsin üstünü axtarır və onun yanında olan əşyaları yoxlayır. Götürülmüş sənədlər axtarış protokolunun bir nüsxəsi ilə birlikdə qəbz alınmaq şərti ilə sədrlik edənə, kameralarda saxlanması qadağan edilmiş əşyalar və qiymətli şeylər isə həbs olunmuş şəxsin saxlanıldığı MSY-nə təhvil verilir.
9.128. Məhkəmədə sədrlik edənin tələbnaməsinə yaxud müşayiət dəstəsinin rəisinin (baş müşayiətçinin) məruzəsinə əsasən orqan rəisi məhkəmə iclasında həbs edilmiş şəxsi mühafizə və müşayiət etmək üçün əlavə naryad göndərir. Məhkəmənin qərarına əsasən həbs edilmiş şəxsin azyaşlı uşağı müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) tərəfindən uşağın qohumlarına, onlar bundan imtina etdikdə polis orqanına təhvil verilir.
9.129. Həbs edilmiş şəxslərin məhkəmədən istintaq təcridxanalarına müşayiət edilməsi, bir nüsxəsi müşayiət dəstəsinin rəisinə verilən məhkəmə hökmü (qərarı) və ya hökmdən (qərardan) çıxarış əsasında həyata keçirilir.
9.130. İstintaq hərəkətlərinin icrası üçün tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilməsi haqqında əmr alarkən, müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) onların şəxsi işləri ilə tanış olur, istintaq hərəkətinin aparılacağı otaqı (bina), yeri müayinədən keçirir, istintaq hərəkətini aparan şəxsin razılığı ilə müşayiət edilənlərin mühafizə qaydalarını müəyyən edir.
9.131. Ərazidə istintaq hərəkətləri aparılarkən müşayiətçilər tutulmuş və ya həbs edilmiş şəxslərin yanından ayrılmamalı, onların əllərinə qandal vurmalı, istintaq hərəkətlərini müşayiət etməli və xüsusi avtomobilə mindirməzdən əvvəl onların üstlərini axtarmalıdır.
9.132. İstintaq hərəkətləri otaqda aparılan zaman müşayiətçilər pəncərənin qabağında, müşayiət dəstəsinin rəisi (baş müşayiətçi) isə qapının yanında dayanır.
9.133. Müstəntiq (prokuror, təhqiqat aparan şəxs) istintaq hərəkətinin qurtarması yaxud sonrakı günlər onun davam etdirilməsi barədə müşayiət edilmə haqqında tələbnamədə qeyd aparır və onu imzası ilə təsdiq edir.
9.134. Tutulmuş və ya həbs edilmiş şəxslər tibbi müayinədən və ekspertizadan keçmək üçün tibb müəssisələrinə müşayiət olunurlar.
9.135. Polis orqanının rəisi həmin tibb müəssisələrinə müşayiət edilən şəxslərin mühafizəsinin üsullarını müəyyən edir.
9.136. Tibb müəssisələrinə gətirilmiş şəxslərin mühafizəsi istintaqı (təhqiqatı) aparan yaxud tibb müəssisəsinin yerləşdiyi ərazi aidiyyəti üzrə şəhər, rayon polis orqanları tərəfindən təmin edilir.
9.137. Məhkəmə-psixiatriya ekspertizasından keçirilən şəxslərin mühafizəsi təmin edilir.
9.138. Ayrıca palataya yerləşdirilmiş tutulmuş və ya həbs edilmiş şəxsin mühafizəsi üçün iki nəfər müşayiətçidən ibarət post yaradılır. Müşayiətçilər tapança ilə silahlandırılır və onlardan biri baş müşayiətçi təyin olunur.
9.139. Tutulmuş və ya həbs edilmiş şəxs qadın olduqda müşayiətçilərdən biri qadın əməkdaş olur. Tibb işçiləri, tutulmuş şəxslərə dair məlumatların yayılmasının yolverilməzliyi haqqında təlimatlandırılırlar.
9.140. Tibb müəssisələrində tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi üzrə ayrılmış polis naryadının vəzifələri aşağıdakılardır:
9.140.1. Tutulmuş və ya həbs edilmiş şəxs palataya yerləşdirilməzdən əvvəl pəncərələri, qapıları, çarpayıları, yataq ləvazimatlarını, mövcud əşyaları diqqətlə yoxlamaq, cinayət törətməyə yararlı olan əşyaları götürmək;
9.140.2. Daim müayinə olunanın yanında olmaq, ona nəzarət etmək və başqa xəstələrlə əlaqəyə girməsinə yol verməmək;
9.140.3. Mühafizə olunanın tibb müəssisəsindən çıxarılması yaxud başqa ixtisaslaşdırılmış müəssisəyə keçirilməsi barədə çıxarılmış qərar haqqında polis orqanının növbətçisinə təxirəsalınmadan məruzə etmək.
9.141. Orqanın rəisi daim müşayiətçilər və tibb müəssisəsinin rəhbərliyi ilə əlaqə saxlayır, postun əlavə qüvvə və vasitələrlə gücləndirilməsini təmin edir.
9.142. Tutulmuş və ya həbs edilmiş şəxslər yeməyi palatada yeyir, ancaq müalicə prosedurlarını keçmək, sanitar qovşağına getmək üçün palatadan çıxarılırlar. Onlar müalicə prosedurlarını keçən zaman və sanitar qovşağında olarkən müşayiətçilərdən biri pəncərənin, o biri isə qapının yanında dayanır.
9.143. Tutulmuş və ya həbs edilmiş şəxslər müalicə edən həkimin icazəsi ilə gəzintiyə çıxarılır.
9.144. Tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi ilə görüşü, ərizə və şikayət yazması bu Təlimat və daxili intizam qaydaları əsasında həyata keçirilir.
9.145. Tibb müəssisəsinin iş rejimini pozan şəxslərə qarşı əl-qol bağlamaq üçün vasitələrin tətbiq edilməsi müalicə həkiminin yaxud növbətçi həkimin razılığı ilə həyata keçirilir.
10. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət
edilməsində fiziki qüvvənin, xüsusi vasitələrin, silahın tətbiq
olunmasının əsasları və qaydaları
10.1. MSY-nin mühafizə xidmətləri, müşayiət dəstələri və bu sahəyə cəlb olunan polis orqanlarının digər əməkdaşları tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və silah yalnız «Polis haqqında» və «Həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilir.
10.2. Fiziki qüvvə, xüsusi vasitələr, odlu silah tətbiq edilərkən aşağıdakı şərtlərə riayət edilməlidir:
10.2.1. insana qarşı fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, başqa təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun ağırlıq dərəcəsindən, eləcə də onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;
10.2.2. qrup halında və ya odlu silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, xüsusi vasitələr və ya odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqları olanlara, əlilliyi, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir;
10.2.3. xüsusi vasitələr və ya odlu silah yalnız real təhlükənin qarşısı alınarkən tətbiq edilə bilər;
10.2.4. fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır;
10.2.5. hüquq pozuntusunun xarakterindən və təhlükəlilik dərəcəsindən, eləcə də göstərilən müqavimətin gücündən asılı olaraq, vurulan zərərin minimal olmasına cəhd edilməlidir;
10.2.6. odlu silah tətbiq edilməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, yaxud hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən və ya təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, xəbərdarlıq etmədən odlu silah tətbiq edilə bilər);
10.2.7. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsi təmin edilməlidir.
10.3. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi haqqında müvafiq qeydiyyat aparılır. MSY-nin əməkdaşları tərəfindən fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edildiyi hər bir halda MSY-nin rəisi (polis orqanının rəisi) bu barədə dərhal Daxili İşlər Nazirliyinə, odlu silahın tətbiq edilməsi barədə isə habelə prokurorluq orqanlarına yazılı məlumat verməli və hadisə yerinin dəyişilməmiş saxlanılmasını təmin etməlidir.
10.4. MSY-nin əməkdaşları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiq edildiyi hər bir halda Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitənin və ya odlu silahın tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlanmalıdır.
10.5. MSY əməkdaşlarının öz səlahiyyət həddini aşaraq fiziki qüvvə, xüsusi vasitələr, odlu silah tətbiq etməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
10.6. Hazırlanan və ya törədilən cinayətin və ya digər hüquq pozuntularının qarşısını almaq, habelə MSY-nin əməkdaşlarının qanuni tələblərinə müqaviməti aradan qaldırmaq üçün, bunların başqa üsullarla təmin edilməsi mümkün olmadıqda fiziki qüvvə tətbiq edilə bilər.
10.7. Xüsusi vasitələr aşağıdakı hallarda tətbiq edilir:
10.7.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-nin işçilərinin və ya digər şəxslərin həyatına və sağlamlığına real təhlükə yaradan hücumlarını dəf etmək üçün;[1]
10.7.2. kütləvi iğtişaşların, MSY-də saxlanılma rejiminin qrup halında pozulmasının qarşısını almaq üçün;
10.7.3. MSY-nin və saxlama yerində qaydanın təmin olunması işinə cəlb olunmuş əməkdaşların qanuni tələblərinə tabe olmayan və ya onlara fiziki müqavimət göstərən tutulmuş və ya həbs edilmiş şəxslərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün;
10.7.4. girov saxlanılan şəxsləri, zəbt olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat vasitələrini azad etmək üçün;
10.7.5. tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-dən qaçması cəhdinin qarşısını almaq üçün;
10.7.6. tutulmuş və ya həbs edilmiş şəxsin özünə və ətrafdakılara zərər yetirmək cəhdinin qarşısını almaq üçün.
10.8. Tutulmuş və ya həbs edilmiş şəxslərə aşağıdakı xüsusi vasitələr tətbiq olunur:
10.8.1. rezin dəyənəklər - bu Təlimatın 10.7.1-10.7.6-cı bəndlərində göstərilən hallarda;
10.8.2. əl qandalları - bu Təlimatın 10.7.3-cü, 10.7.5-ci və 10.7.6-cı bəndlərində göstərilən hallarda;
10.8.3. yayındırıcı təsir göstərən işıq-səs vasitələri - bu Təlimatın 10.7.1 - 10.7.4-cü və 10.7.6-cı bəndlərində göstərilən hallarda;
10.8.4. maneədağıdan vasitələr - bu Təlimatın 10.7.4-cü bəndində göstərilən hallarda;
10.8.5. suvuranlar və zirehli maşınlar - bu Təlimatın 10.7.2-ci və 10.7.4-cü bəndlərində göstərilən hallarda;
10.8.6. xidməti itlər - bu Təlimatın 10.7.1 - 10.7.6-cı bəndlərində göstərilən hallarda;
10.8.7. gözyaşardıcı qaz - bu Təlimatın 10.7.1 - 10.7.6-cı bəndlərində göstərilən hallarda;
10.8.8. elektroşok vasitələri - bu Təlimatın 10.7.1-ci, 10.7.2-ci və 10.7.5-ci bəndlərində göstərilən hallarda.[2]
10.9. MSY-də odlu silah müstəsna tədbir kimi zəruri müdafiə və ya son zərurət vəziyyətində real təhlükənin qarşısı alınarkən aşağıdakı hallarda tətbiq edilir:
10.9.1. MSY-nin əməkdaşlarını, tutulmuş və ya həbs edilmiş şəxsləri, ətrafdakı şəxsləri həyat və sağlamlığa təhlükə yaradan basqından müdafiə etmək üçün;
10.9.2. həyatına və sağlamlığına təhlükə yarandıqda və bu təhlükənin başqa vasitələrlə aradan qaldırılması mümkün olmadıqda, girov saxlanılan şəxsləri azad etmək üçün;
10.9.3. MSY-nin binalarına, qurğularına və ya nəqliyyat vasitələrinə edilən silahlı hücumları dəf etmək üçün;
10.9.4. silahlı müqavimət göstərən, silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edərək MSY-nin işçilərinin, tutulmuş və ya həbs edilmiş şəxslərin, ətrafdakı şəxslərin həyat və sağlamlığına təhlükə yaradan silahlı şəxsin tutulub saxlanılması üçün;
10.9.5. tutulmuş və ya həbs edilmiş şəxsin MSY-dən və ya müşayiət altından qaçmasının qarşısının başqa vasitələrlə alınması mümkün olmadıqda, bu qaçışın qarşısının alınması üçün;
10.9.6. MSY-nin işçilərinin, tutulmuş və ya həbs edilmiş şəxslərin, ətrafdakı şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədən heyvanların zərərsizləşdirilməsi üçün;
10.9.7. tutulmuş, həbs edilmiş və ya digər şəxslər tərəfindən odlu silahın ələ keçirilməsinin qarşısını almaq üçün;
10.9.8. odlu silah tətbiq etmək niyyəti haqqında xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi və ya kömək çağırılması üçün.
11. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət
edilmə xidmətinin təşkili və idarə olunması üzrə vəzifəli
şəxslərin funksiyaları
11.1. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, Baş Polis idarələrinin, polis idarələrinin rəisləri, rəis müavinləri tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət xidmətini təşkil edirlər. Bu sahədə onların vəzifələri aşağıdakılardır:
11.1.1. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət dəstəsini komplektləşdirmək, onların peşə və fiziki hazırlığının lazımi səviyyədə olmasını təmin etmək və insan hüquqlarının qorunmasına, qanunçuluğa riayət olunmasına yönəltmək;
11.1.2. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsinin etibarlılığının yüksəldilməsi üçün qabaqcıl təcrübədən, elm və texnikanın nailiyyətlərindən istifadə etmək, xidmətə rəhbərliyin forma və üsullarını təkmilləşdirmək;
11.1.3. qaçma hadisələrinin qarşısının alınması məqsədilə MSY-nin texniki möhkəmləndirilməsinə və müşayiət xidmətinin maddi-texniki təchizatı məsələlərinə daim diqqət yetirmək;
11.1.4. fövqəladə hadisələr zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsini gücləndirmək məqsədilə qüvvə və vasitələrin vaxtında yerləşdirilməsini təşkil etmək;
11.1.5. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi və müşayiət olunması üzrə məsələlərin həllində ictimai təhlükəsizlik, əməliyyat, istintaq xidmətləri ilə qarşılıqlı əlaqələri daim təmin etmək;
11.1.6. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunmasında iştirak edən mövcud qüvvə və vasitələrin düzgün yerləşdirilməsinə, onlardan səmərəli istifadə olunmasına, həmçinin naryadların xidmətinə, qanunçuluğa və nizam-intizama riayət olunmasına şəxsən gündəlik nəzarət etmək;
11.1.7. MSY-nin fəaliyyətini təhlil edərək, onun təkmilləşdirilməsinə dair tədbirlər işləyib hazırlamaq;
11.1.8. MSY-nin inşası və yenidən qurulması, xüsusi avtomobillərlə, müasir mühafizə və rabitə vasitələri ilə təchiz edilməsi barədə DİN-in rəhbərliyinə təkliflər vermək;
11.1.9. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi, saxlanılması və müşayiət olunması məsələlərində polis orqanları, habelə aidiyyəti təşkilatlarla qarşılıqlı əlaqə yaratmaq.
11.2. Polis orqanının rəisi və onun xidmət üzrə müavini (ictimai təhlükəsizlik şöbə və bölmə rəisi) tabelikdəki müvəqqəti saxlama yerlərinin işinin təşkilinə görə şəxsən məsuliyyət daşıyır və öz səlahiyyətləri daxilində aşağıdakıları təmin edirlər:
11.2.1. MSY-nin mühafizəsi üzrə naryadların təşkilinə, təlimatlandırmanın keçirilməsinə və xidmətin aparılmasına nəzarət etmək, mühafizə vəziyyətini gündəlik yoxlamaq;
11.2.2. MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin müvafiq qanunvericiliklə müəyyən olunmuş hüquqlarını təmin etmək;
11.2.3. daxil olmuş tələbnamələrə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunması barədə qərar qəbul etmək, fövqəladə hadisələr və xüsusi şərait zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsini gücləndirmək məqsədilə mövcud qüvvə və vasitələrin yerdəyişməsini həyata keçirmək;
11.2.4. MSY-nin saxlanılma şəraitinin tələb olunan standartlara uyğunlaşdırılması məqsədilə maddi-texniki təchizat üzrə məsələləri həll etmək;
11.2.5. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi və müşayiət məsələlərinin həllində polis orqanlarının başqa xidmətləri, məhkəmə, ədliyyə və prokurorluq orqanları ilə qarşılıqlı əlaqəni təşkil etmək;
11.2.6. MSY-nin əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə xidməti siniflərin lazımi tədris vəsaitləri ilə təchiz olunmasını təmin etmək, xidməti, döyüş və fiziki hazırlıq üzrə ayrı-ayrı məşğələlər keçirmək, qanunçuluğa və nizam-intizama ciddi riayət olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına, xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə yönəltmək, tabelikdə olanlar üçün normal məişət şəraiti yaratmaq;
11.2.7. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət naryadlarının, texniki və nəqliyyat vasitələrinin təyinatları üzrə istifadə olunmalarına, həmçinin silahların saxlanılma və verilmə qaydalarına riayət edilməsinə nəzarət etmək, müntəzəm olaraq MSY-nin avadanlıqlarının, xüsusi avtomobillərin, rabitə və siqnalizasiya vasitələrinin vəziyyətini yoxlamaq, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər həyata keçirmək;
11.2.8. MSY-nin işinin uçotunun aparılmasını, təhlil edilməsini, görülmüş işlərin nəticələrinin hər ay ümumiləşdirilməsini, əməliyyat müşavirələrində müzakirələrini, yol verilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
11.2.9. fövqəladə hadisələrin qarşısının alınması üzrə gündəlik iş aparmaq, tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət edilməsinin təşkilini və ona rəhbərliyi təkmilləşdirmək, şəxsi heyətin sayıqlığını yüksəltmək, qaçma halları baxımından MSY-nin möhkəmləndirilməsi üzrə tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;
11.2.10. tutulmuş və ya həbs edilmiş şəxslər arasında qaçmaq, basqın etmək niyyətində olan şəxslərin vaxtında aşkar edilməsi üçün əməliyyat tədbirlərini həyata keçirmək.
11.3. Polis orqanlarının ictimai təhlükəsizlik xidmətinin rəisləri bu Təlimatın 11.2.2-11.2.9-c bəndlərində nəzərdə tutulmuş vəzifələrindən əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirirlər:
11.3.1. tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılmasına və müşayiət olunmasına dair DİN-in əmr və göstərişlərinin icra olunmasını təşkil etmək;
11.3.2. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsinin, bu xidmətdə istifadə olunan qüvvə və vasitələrin yerləşdirilməsinin, istifadə olunmasının vəziyyəti barədə məlumat toplayıb təhlil etmək, əldə etdiyi nəticələri, nöqsanların aradan qaldırılması barədə təklifləri orqan rəhbərinə məruzə etmək;
11.3.3. polis orqanının iş planına əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsinin təşkilinə yönəldilmiş tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək;
11.3.4. rəhbərliyin göstərişinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsinin və müşayiət olunmasının təşkilini və yoxlanılmasını həyata keçirmək.
11.4. MSY-nin rəisi polis orqanının rəisinə və xidmət üzrə rəis müavininə tabedir. MSY-nin rəisi tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsini təşkil edir, qanunla nəzərdə tutulmuş saxlanılma şəraitini təmin edir, MSY-də xidmətin aparılmasına rəhbərlik edir. MSY-nin rəisi aşağıdakıları yerinə yetirməlidir:
11.4.1. naryadları xidmətə hazırlamaq, qüvvə və vasitələri orqan rəisinin qərarına əsasən yerləşdirmək;
11.4.2. qarşıya qoyulmuş vəzifələrin tabelikdəkilər tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
11.4.3. avadanlıqların, texniki vasitələrin işlək vəziyyətdə saxlanılması məqsədilə müvəqqəti saxlama yerinin kamera və xidməti-təsərrüfat otaqlarına gündəlik baxış keçirmək;
11.4.4. MSY-nin təmiri, mühafizə və həyəcan siqnalizasiyası, rabitənin təkmilləşdirilməsi, həmçinin tutulmuş və ya həbs edilmiş şəxslərin maddi-məişət və tibbi təminat məsələləri ilə bağlı vaxtında təkliflər vermək;
11.4.5. fövqəladə hadisələr zamanı bu Təlimatın 8.8-ci, 8.10-cu, 8.12-ci, 8.14-cü, 8.18-ci və 8.21-ci bəndlərində nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;
11.4.6. tutulmuş və ya həbs edilmiş şəxslərin müəyyən edilmiş normalara müvafiq olaraq yeməklə təmin olunmasını təşkil etmək;
11.4.7. tutulmuş və ya həbs edilmiş şəxslərin MSY-də qəbulu, tibbi müayinədən keçirilməsi, kameralara yerləşdirilməsi, həmçinin MSY-dən azad edilməsi və ya başqa yerə göndərilməsi işini təşkil etmək, MSY-də saxlama müddətinə riayət olunmasını təmin etmək;
11.4.8. həbs edilmiş şəxsin müvəqqəti saxlama yerində saxlanılma müddətinin başa çatmasına 7 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə məlumat vermək;
11.4.9. tutulmuş və ya həbs edilmiş qadın yanında olan 3 yaşınadək uşağına qayğı göstərmədikdə uşağın qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isə uşaq müəssisələrinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmaq;
11.4.10. tutulmuş və ya həbs edilmiş şəxslərin cinayət prosesini həyata keçirən orqana vaxtında çatdırılmasını təşkil etmək;
11.4.11. eyni cinayət işi və ya əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən tutulmuş və ya həbs edilmiş şəxslərin ayrılıqda saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin digər tutulmuş və ya həbs edilmiş şəxslərlə ünsiyyətinin qarşısının alınması, habelə tutulmuş və ya həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş saxlanılma rejiminə zidd olmayan məsələlər barədə cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişlərini yerinə yetirmək;
11.4.12. tutulmuş və ya həbs edilmiş şəxslərin prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsi barədə protokol tərtib etmək;
11.4.13. cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslərin iştirakı ilə MSY-də prosessual hərəkətlərin aparılmasına şərait yaratmaq;
11.4.14. fövqəladə hadisələrin, qanun və xidməti intizam pozuntularının qarşısının alınması məqsədilə profilaktik tədbirlər görmək;
11.4.15. naryadlar tərəfindən MSY-nin işini tənzimləyən normativ hüquqi aktların tələblərinin, MSY-də saxlanılan şəxslərin saxlanılma şəraitinin öyrənilməsinə və dəqiq yerinə yetirilməsinə nail olmaq;
11.4.16. əməkdaşları qanunçuluğa və nizam-intizama ciddi riayət olunması ruhunda tərbiyə etmək, tabelikdəkilərin fərdi xüsusiyyətlərini öyrənmək, ehtiyaclarına diqqət yetirmək, fəaliyyətlərini qiymətləndirmək, onlara məzuniyyət və istirahət günlərinin verilməsini tənzimləmək;
11.4.17. şəxsən növbətçi naryadla birlikdə tutulmuş və ya həbs edilmiş şəxslərin gündəlik gəzintisini təşkil etmək, MSY-nin bütün qapılarının bağlı olmasına nəzarət etmək;
11.4.18. müşayiət olunma ilə bağlı sənədləri hazırlamaq, müşayiət olunanların dəyişdirmə məntəqələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboruna təhvil verilməsində şəxsən iştirak etmək, həmçinin xüsusi avtomobillərdə şəhər (rayon) hüdudlarından kənara müşayiət olunarkən polis orqanından ayrılmış müşayiət dəstəsinin rəisinin vəzifələrini icra etmək;
11.4.19. MSY-nin bütün xidməti sənədlərini, tutulmuş və ya həbs edilmiş şəxslərin şəxsi işlərini vaxtında, tam və dolğun tərtib etmək;
11.4.20. daxili intizam qaydaları ilə müəyyən olunmuş vəzifələri yerinə yetirmək.
11.5. Polisin müşayiət dəstəsinin bölmə (manqa) komandiri tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət olunması üzrə əməkdaşların fəaliyyətinə bilavasitə rəhbərlik edir. Xidmətin aparılmasının keyfiyyətinə, tabelikdə olanların peşə hazırlığına, nizam-intizama və onlar tərəfindən qanunçuluğa riayət olunmasına görə məsuliyyət daşıyır. Onun vəzifələri aşağıdakılardan ibarətdir:
11.5.1. tutulmuş və ya həbs edilmiş şəxslərin müşayiət edilmə və mühafizə şəraitini öyrənmək, bu vəzifələrin yerinə yetirilməsi üsullarını müəyyən etmək, müşayiət dəstəsinin marşrut hərəkətlərini və marşrut cədvəllərini işləyib hazırlamaq, qaçma və digər hadisələr baş verdiyi zaman görüləcək tədbirləri müəyyən etmək və bu barədə öz təkliflərini birbaşa rəisinə məruzə etmək;
11.5.2. şəxsi heyəti xidmətə hazırlamaq, müşayiət edilmə barədə qərara müvafiq qüvvə və vasitələrin yerləşdirilməsini həyata keçirmək;
11.5.3. naryadların öz vəzifələrini yerinə yetirmələrini yoxlamaq, aşkar edilmiş nöqsanları yerində aradan qaldırmaq;
11.5.4. müşayiət dəstəsi tərəfindən texniki və nəqliyyat vasitələrinin saxlanılmasına və düzgün istifadəsinə nəzarət etmək, silahları, rabitə və siqnalizasiya vasitələrini gündəlik yoxlamaq, hər dəfə müşayiət marşrutlarına çıxmazdan əvvəl xüsusi təyinatlı avtomobilin vəziyyətinin yoxlanılmasını təmin etmək;
11.5.5. şəxsi heyət ilə xidməti, döyüş və fiziki hazırlıq məşğələləri keçirmək, əməkdaşları qanunçuluğa və nizam-intizama ciddi riayət olunması ruhunda tərbiyə etmək, polis nəfərlərinin şəxsi keyfiyyətlərini bilmək və onların ehtiyaclarına bələd olmaq, istirahət günlərinin verilməsini tənzimləmək, işin nəticələrini ümumiləşdirmək.
12. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət
xidmətinin aparılmasına nəzarətin təşkili
12.1. Nəzarətin təşkili zamanı aşağıdakılar müəyyən edilir:
12.1.1. yoxlamanın vaxtı, yeri (konkret olaraq MSY, müşayiət marşrutları, məhkəmə binası, dəyişdirmə məntəqəsi ) və məqsədi;
12.1.2. yoxlamanın üsulları;
12.1.3. yoxlayıcı qrupun üzvləri, onların vəzifələri;
12.1.4. yoxlayıcıların təlimatlandırılması, yoxlamanın nəticələrinin sənədləşdirilməsi və məruzə edilməsi qaydaları.
12.2. Yoxlama zamanı aşağıdakılara diqqət yetirilir:
12.2.1. qəbul edilmiş qərarın düzgünlüyü və məqsədəmüvafiqliyi, şəxsi heyətin yerləşdirilməsi, nəqliyyat və texniki vasitələrdən istifadə olunması;
12.2.2. MSY-də avadanlıqlarının və xüsusi avtomobillərin vəziyyəti;
12.2.3. naryadın xidmətə hazırlığı, təminatı, polis əməkdaşlarının xarici görkəmi, onların funksional vəzifələrini, bu Təlimatın tələblərini, həmçinin fövqəladə hadisə baş verdikdə necə hərəkət etmələrini bilmələri;
12.2.4. qarşıya qoyulmuş vəzifələrin (tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanılması, mühafizəsi və müşayiət edilməsi qaydalarına riayət olunması, post xidmətçilərinin və müşayiətçilərin sayıqlığı, müşayiət olunanların vaxtında təyinat yerinə çatdırılması) icrasının təmin edilməsi;
12.2.5. qanunçuluğa riayət olunması;
12.2.6. MSY-nin texniki və sanitar vəziyyəti;
12.2.7. xidməti sənədlərin aparılması.
12.3. MSY-də yoxlamalar yalnız MSY-nin (polis orqanının) növbətçisinin iştirakı ilə aparılır.
12.4. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət edilmə xidmətinə nəzarəti aşağıdakılar həyata keçirir:
12.4.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Naxçıvan MR-in DİN, Bakı, Gəncə şəhər və Nəqliyyatda Baş Polis idarələri tabelikdə olan orqanlar yoxlanıldıqda;
12.4.2. idarə, şöbə rəisləri həftədə ən azı 1 dəfə;
12.4.3. rəis müavinləri həftədə ən azı 3 dəfə;
12.4.4. ictimai təhlükəsizlik şöbələrinin (bölmələrinin) rəisləri hər gün;
12.4.5. MSY-nin rəisi hər növbə ərzində ən azı 3 dəfə.
12.5. Yoxlama zamanı MSY-də saxlanılan şəxslərlə sorğu aparılaraq, onların hüquqlarının təmin olunması üçün lazımi tədbirlər görülür, habelə onların insan ləyaqətinə hörmət və humanizm prinsipləri əsasında saxlanılmasına ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.
12.6. Mühafizə və müşayiət xidmətinin təşkili, aparılması sərəncamla və ya birbaşa rəislər tərəfindən səlahiyyət verilmiş şəxslər tərəfindən yoxlanılır.
12.7. Yoxlamaların konkret icraçılar tərəfindən mütəmadi keçirilməsi DİN-in, BPİ-nin, idarə və şöbələrin iş planlarına, eləcə də səlahiyyətli şəxsin göstərişinə əsasən həyata keçirilir.
12.8. Polis orqanının rəisi tərəfindən xidmətin aparılmasına nəzarət MSY-də əsasən gecə vaxtı, müşayiət marşrutlarında isə bilavasitə marşrutlarda həyata keçirilir. Bu zaman şəxsi axtarış və baxışın keçirilməsi vacibdir.
12.9. Naryadların xidmət aparmalarına nəzarət aşkar və gizli yolla həyata keçirilir.
12.10. Mühafizəçi (müşayiətçi) yoxlayıcını şəxsən üzdən tanımadıqda, şəxsin yanında polis orqanının növbətçisi olmadıqda o, yoxlayıcıdan şəxsi vəsiqəsini və ya MSY-ni yoxlamaq hüququ verən sənədi təqdim etməyi tələb edir, bundan sonra özünü təqdim edir. Yoxlayıcılar iki nəfər olduqda, post xidmətçisi (müşayiətçi) özünü vəzifəcə, eyni vəzifədə olduqları təqdirdə isə rütbəcə böyük olana təqdim edir.
12.11. Yoxlayıcının tələbi ilə mühafizəçi (müşayiətçi) tutulmuş və ya həbs edilmiş şəxsləri nəzarətsiz qoymadan vəziyyəti məruzə edərək suallara cavab verir. Mühafizəçi (müşayiətçi) xidməti yerində olmadıqda, yoxlayıcı bu barədə dərhal polis orqanının rəisinə məlumat verir, bunun səbəblərini araşdırmaqla, saxlanılan (müşayiət edilən) şəxslərin mühafizəsini təmin edir.
12.12. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət xidmətini yoxlayan şəxslər xidmətin aparılmasına qərəzsiz qiymət verməyə, yaranmış şəraiti öyrənməyə, naryada lazımi yardım etməyə borcludur.
12.13. Xidmətin təşkilində və aparılmasında nöqsanlar aşkar edildikdə yoxlayıcı çatışmazlıqların aradan qaldırılması üçün pozuntulara yol vermiş əməkdaşların ehtiyat mühafizəçi (müşayiətçi) ilə əvəz edilməsinə qədər lazımi tədbirlər görür.
12.14. Aşkar yoxlamanın nəticələrinə dair naryadın post cədvəlində, «Müvəqqəti saxlama yerlərində yoxlamanı icra edən şəxslərin qeydləri və təklifləri kitabı»nda, əməkdaşların xidməti kitabçalarında qeydlər aparılır. Gizli yoxlamanın nəticələri yoxlamanı təyin etmiş polis orqanının rəisinə yazılı raportla məruzə edilir.
12.15. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət xidmətinin təşkili və aparılmasının nəticələri mütəmadi olaraq şəxsi heyətin iştirakı ilə polis orqanının əməliyyat müşavirəsində müzakirə olunur.
12.16. MSY-də ölümlə nəticələnən, saxlama yerindən və müşayiət altından qaçma hadisələri ilə bağlı xidməti təhqiqat Daxili İşlər Nazirliyi tərəfindən aparılır.
12.17. MSY-də saxlanılan şəxslər tərəfindən daxili intizam qaydalarının pozulması ilə bağlı xidməti təhqiqat 10 gün ərzində polis orqanının xidmət üzrə rəis müavini (o olmadıqda ictimai təhlükəsizlik xidmətinin rəisi) tərəfindən aparılır, polis orqanının rəisi tərəfindən təsdiq edilmiş rəyin (əmrin) surəti xidməti təhqiqat başa çatdıqdan sonra 5 gün ərzində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə göndərilir.
13. Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət
xidmətinin nəticələrinin uçotu və qiymətləndirilməsi
13.1. MSY-nin naryadlarının və polis orqanlarının müşayiət dəstələrinin işi üzrə nəticələrin uçotu, onların fəaliyyətinə qiymət verilməsi, bu xidmətin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə dair tədbirlərin müəyyən edilməsi məqsədilə aparılır.
13.2. Aşağıdakı göstəricilərin uçotu aparılır və onlar əsasında xidmətin fəaliyyətinə qiymət verilir:
13.2.1. tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət xidmətinin müddəti və yeri;
13.2.2. mühafizə və müşayiət altında olan şəxslərin sayı və tərkibi;
13.2.3. saxlanılan və müşayiət olunan şəxslərin hüquqlarının təmin edilməsinin vəziyyəti;
13.2.4. qanunçuluğun və intizam qaydalarının pozulması, MSY-də baş vermiş fövqəladə hadisələr (qaçma, basqın, intihar, özünə xəsarət yetirmə);
13.2.5. pozuntuların və fövqəladə hadisələrin qarşısının alınması və aradan qaldırılması üçün görülən tədbirlərin səmərəliliyi və silahların saxlanılması;
13.2.6. naryadların xidmətə hazırlığı, əməkdaşların xarici görünüşü, silahın, texnikanın, xüsusi vasitələrin saxlanılması və istifadə olunması;
13.2.7. şəxsi heyətin peşə, xidməti və fiziki hazırlığının vəziyyəti;
13.2.8. yoxlayıcıların təklif və rəyləri.
13.3. MSY-nin naryadlarının işinin nəticələri növbətçi tərəfindən «Müvəqqəti saxlama yerində xidmətə çıxan naryadların post cədvəli kitabı»nda qeydiyyata alınır.
13.4. MSY-nin fəaliyyətinin yekununa dair tərtib edilmiş hesabat forması (11 nömrəli əlavə) hər rübdən sonrakı ayın 5-dək Daxili işlər nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə təqdim edilir.
13.5. MSY-nin və polisin müşayiət dəstələrinin fəaliyyətinin nəticələri üzrə ümumi qiymətləndirilməsi orqan rəisi tərəfindən ayda bir dəfə, MSY-nin rəisi tərəfindən ayda iki dəfə həyata keçirilir.
Təlimata 1 nömrəli əlavə
_______________________________________________ (polis orqanının adı)
MÜVƏQQƏTİ SAXLAMA YERİNİN T E X N İ K İ P A S P O R T U
|
(texniki pasportun 2-ci vərəqi)
Tikilmə tarixi __________________________ nümunəvi layihə __________________________________ Kameraların sayı _____________________ limit həddi _________________________________________ Tutulmuş və ya həbs edilmiş şəxslər üçün kameralar _____________ limit ___________________ İnzibati qaydada həbs olunmuşlar üçün kameralar _________________ limit_________________ Gəzinti həyəti _______________________ onun sahəsi ________________________________________ Sanitar qovşağı_______________________ kameralarda _______________________________________ MSY-nin rəisinin otağı__________________ növbətçi otağı____________________________________ İstintaq otağı __________________________ görüş otağı _______________________________________ Şəxsi baxış keçirmək üçün otaq_____________________ tibb işçisi otağı_______________________ Dezinfeksiya otağı_______________________ duşxana_________________________________________ Mətbəx____________________ şəxsi əşyaların saxlanılması üçün otaq_________________________ İbadət otağı ________________________________________________________________________________ İstilik sistemi _______________________________kanalizasiya sistemi ___________________________ Ventilyasiya sistemi_________________________ yanğına qarşı ləvazimat ______________________ Mühafizə və həyəcan siqnalizasiyası _______________________________________________________ Videonəzarət avadanlığı___________________________________________________________________ İdmanla məşğul olmaq üçün həyət_________________________________________________________ Televiziya verilişlərinə baxılması üçün otaq_________________________________________________ Telefon rabitəsi ____________________________________________________________________________ Əsaslı və təmir işlərinin aparılması tarixi ___________________________________________________
|
Təlimata 2 nömrəli əlavə
«TƏSDİQ EDİRƏM» ______________________________________ (polis orqanının adı) rəisi _________________________________ (rütbəsi, soyadı) ______________ (imzası)
«___» _________ 20 ___ il
Müvəqqəti saxlama yerlərinin mühafizəsi üzrə naryadların
D İ S L O K A S İ Y A S I
(N Ü M U N Ə)
|
Naryadın heyəti, postların sayı |
Postların hüdudları |
Xidmət aparılmasının vaxtı və qaydası, verilən silah |
Əsas vəzifələr |
MSY üzrə növbətçi |
MSY-də |
09.00-dan 09.00-dək, silahsız |
Saxlanılan şəxsləri mühafizə edən naryadlara rəhbərlik etmək, onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət etmək. |
1 №-li daxili post
|
kamera blokunun dəhlizi |
1. 09.00 - 17.00, silahsız 2. 17.00 - 01.00, silahsız 3. 01.00 - 09.00, silahsız yaxud: 1. 09.00 - 21.00, silahsız 2. 21.00 - 09.00, silahsız (5 saat xidmət apardıqdan sonra 1 saat nahar fasiləsi) |
Xidmətə başlayarkən növbətçi ilə birlikdə kameralarda avadanlığın vəziyyətini yoxlamaq, saxlanılanları sayaraq qəbul etmək, qapıdakı gözlüklərdən baxmaqla kamerada olanların davranışlarına daim nəzarət etmək |
2 №-li müvəqqəti post
|
MSY-nin gəzinti həyəti, televizor otağı |
Tutulmuş və ya həbs edilmiş şəxslər gəzintiyə çıxarıldıqda yaxud idmanla məşğul olduqda, televiziya verilişinə baxıldıqda, silahsız |
Tutulmuş və ya həbs edilmiş şəxslərin gəzintisi və idmanla məşğul olduqları, televiziya verilişlərinə baxdıqları zamanı onların hərəkətlərinə nəzarət etmək |
3 №-li xarici post
|
MSY binasının bayır tərəfindən MSY-nin hasar qurğuları |
1. 09.00 - 21.00, silahsız 2. 21.00 - 09.00, silahsız (5 saat xidmət apardıqdan sonra 1 saat nahar fasiləsi), AKM yaxud tabel silahı |
MSY-nin damını və pəncərələrini, həmçinin hasar qurğularını daim nəzarət altında saxlamaq |
Çıxarıcı |
MSY-də |
Tutulmuş və ya həbs edilmiş şəxslər kameradan çıxarıldıqda |
Şəxsləri kameralardan çıxarmaq, MSY hüdudlarında onları müşayiət etmək, istintaq və görüş otaqlarında mühafizəni təmin etmək |
Müşayiət dəstəsinin rəisi və tərkibi |
Müşayiət marşrutu |
Müşayiət vaxtı |
Tutulmuş və ya həbs edilmiş şəxsləri müşayiət etmək |
____________________________________ (polis orqanının adı)
MSY-nin rəisi _____________________ (rütbəsi, soyadı)
|
Təlimata 3 nömrəli əlavə
________________________________________________ (polis orqanının adı) MÜVƏQQƏTİ SAXLAMA YERİNDƏ XİDMƏTƏ ÇIXAN NARYADLARIN POST CƏDVƏLİ
K İ T A B I
Başlanıb_______________ Qurtarıb_______________ |
«TƏSDİQ EDİRƏM» ______________________________________ (polis orqanının adı) rəisi __________________________________ (rütbəsi, soyadı) ______________ (imzası)
«___» _________ 20 ___ il
N A R Y A D L A R I N X İ D M Ə T İ
I. MSY-nin kameralarının qarşısında xidmət aparan postaçılar:
II. MSY-nin binasının ətrafında xidmət aparan postaçılar:
III. Çıxarıcılar:
IV. Müşayiət dəstəsi :
V. Sürücü:
VI. MSY-nin xidmətdən kənar olan əməkdaşları:
1. Məzuniyyətdə olanlar (tarix göstərilməklə)_______________________________________________________________________________
___________________________________________________________________________________________________________________________________
2. Xəstə olanlar__________________________________________________________________________________________________________________
3. İstirahətdə olanlar___________________________________________________________________________________________________________
4. Digər (səbəblər göstərilməklə)______________________________________________________________________________________________
___________________________________________________________________________________________________________________________________
VII. MSY-nin naryadlarına təlimatlandırmanı keçən əməkdaş________________________________________________ (vəzifəsi, rütbəsi, adı, soyadı) _____________________________________________________________________________________________ (təlimatlandırma zamanı edilən iradlar, imza, tarix) _________________________________________________________________________________________________________
_________________________________________________________________________________________________________
VIII. Naryadların yoxlanılmasına dair qeydlər:
Post cədvəlini tərtib etdi:__________________________________________________________________________ (vəzifəsi, rütbəsi, adı, soyadı, imzası)
«_____»____________20___il.
|
Təlimata 4 nömrəli əlavə
(polis orqanının adı)
MÜVƏQQƏTİ SAXLAMA YERİ ÜZRƏ NÖVBƏTÇİLİYİN TƏHVİL-TƏSLİM
K İ T A B I
Başlanıb _____________ Qurtarıb ______________
|
«TƏSDİQ EDİRƏM» ______________________________________________ (polis orqanının adı) rəisi _________________________________________ (rütbəsi, soyadı) __________________ (imzası)
«___» _________ 20 ___ il
R A P O R T
Məruzə edirəm ki, «____»_________20___ il, saat_________ dan «_____»_________ 20 _____ il saat _________dək MSY-də cəmi _______ şəxs, o cümlədən ______ nəfər tutulmuş şəxs, ______ nəfər həbs olunmuş şəxs, _____ nəfər məhkum, _____ nəfər inzibati qaydada həbs edilmiş şəxs saxlanılmışdır. Saxlanılma müddəti ərzində________________________________________________________________ (MSY-də baş vermiş hadisələr) _____________________________________________________________________________________________________
_____________________________________________________________________________________________________
_____________________________________________________________________________________________________
_____________________________________________________________________________________________________
_____________________________________________________________________________________________________
_____________________________________________________________________________________________________
Növbətçiliyi, MSY-nin xidməti sənədlərini və digər əmlakını, habelə tutulmuş və ya həbs edilmiş şəxslərdən, inzibati qaydada həbs olunanlardan götürülmüş və kamerada saxlanılmasına icazə verilməyən əşyaları və malları siyahı üzrə yeni növbətçi ______________________təhvil verdim. (rütbəsi, adı və soyadı)
Təhvil verdi __________________________________________ (rütbəsi, adı və soyadı, imzası)
Təhvil aldı ____________________________________________ (rütbəsi, adı və soyadı, imzası)
«___» ___________ 20 ___ il.
|
Təlimata 5 nömrəli əlavə
Kimə____________________________________ (vəzifəsi, rütbəsi) _________________________________________ (soyadı və adı)
S Ə R Ə N C A M
Bu sərəncamı təqdim edən şəxs tutulmuş və ya həbs edilmiş şəxslərin _____________________________________________________________________________________________ (haradan: məhkəmənin, istintaq təcridxanasının, MSY-nin, dəyişdirmə məntəqəsinin adı)
______________________________________________________________________________________________ (hara müşayiət edilir)
müşayiət etmək üçün ______________________________ müşayiət dəstəsinin rəisi təyin edilir. (polis orqanının adı)
Müşayiət dəstəsinin heyəti:
Sərəncam «____» _____________20____ ilə qədər qüvvədədir.
__________________________________ (polis orqanının adı) rəisi_______________________________ (rütbəsi, adı, soyadı, imzası)
Möhür yeri:
Tarix:
|
Təlimata 6 nömrəli əlavə
Müşayiət dəstəsinin rəisinə verilən
sənədlərin siyahısı
I. Şəhər, rayon mərkəzinin hüdudlarında müşayiət edilərkən:
1. tutulmuş və ya həbs edilmiş şəxslərin siyahısı;
2. tutulmuş və ya həbs edilmiş şəxslərin hər biri üçün içində sənədlər olan möhürlü zərf və həbs olunmuş şəxslərin hər birinin şəxsi işi.
Qeyd: Məhkəmələrə müşayiət edildikdə ancaq həbs edilmiş şəxslərin siyahısı.
II. Şəhər, rayon mərkəzinin hüdudlarından kənara müşayiət edilərkən:
1. tutulmuş və ya həbs edilmiş şəxslərin 3 nüsxədən ibarət siyahısı;
2. tutulmuş və ya həbs edilmiş şəxslərin hər biri üçün içində şəxsi işlər olan, üzərinə şəxsi işlər üzrə arayış yapışdırılmış möhürlü zərf (müşayiət olunanların şəkilləri onların şəxsi işlərində olmalıdır);
3. müşayiət dəstəsinin rəisinin tutulmuş və ya həbs edilmiş şəxsləri qəbul etmək və ya təhvil vermək hüququ verən sərəncamı (müşayiət dəstəsinin şəxsi heyətinin siyahısı ilə birlikdə);
4. müşayiət dəstəsinin və müşayiət olunanların daşınmaları üçün yol sənədləri;
5. marşrut vərəqəsi;
6. «Müşayiət dəstəsinin yol qeydləri kitabı».
Qeyd: Tutulmuş və ya həbs edilən şəxslərin istintaq təcridxanalarından və cəzaçəkmə müəssisələrindən müşayiət olunduqları təqdirdə II bölmənin 1 və 2-ci bəndlərində göstərilən sənədlər həmin müəssisələrin müdiriyyəti tərəfindən verilir.
Tutulmuş və ya həbs edilmiş şəxslərin cinayət işlərinin, maddi sübutların, həmçinin pul və digər əşyaların müşayiət dəstəsi ilə göndərilməsi qadağandır.
Təlimata 7 nömrəli əlavə
_______________________________________________________________________ (polis orqanının adı) MÜŞAYİƏT DƏSTƏSİNİN YOL QEYDLƏRİ
K İ T A B I
Başlanıb ___________________ Qurtarıb ____________________
|
s/s |
Müşayiət olunan şəxslərin soyadı, adı, atasının adı (kateqoriyası) |
Müşayiət dəstəsinin rəisi və heyəti |
Hara aparılıb və kimə təhvil verilib (qəbul edən şəxsin adı, soyadı, vəzifəsi, tarix, saat) |
Haradan gətirilib (tarix, saat) |
Müşayiət vaxtı baş vermiş hadisələr barədə qeyd |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Təlimata 8 nömrəli əlavə
____________________________________ (polis orqanının adı) ____________________ yol siyahısı üzrə (müəssisənin adı) ___________________saylı şəxsi işə dair
A R A Y I Ş
________________________________________________________________________________________________________________ (tutulmuş və ya həbs edilmiş şəxsin soyadı, adı, atasının adı )
________________________________________________________________________________________________________________ (anadan olduğu tarix, yer və ünvan)
________________________________________________________________________________________________________________ (haraya və kimin sərəncamına təhvil verilir)
________________________________________________________________________________________________________________ (stansiyanın, aeroportun, limanın adı)
________________________________________________________________________________________________________________ (müşayiət olunmanın əsası, məhkəmə, istintaq orqanlarının qərarları, sənədin sayı və tarixi)
________________________________________________________________________________________________________________ (kateqoriya - əvvəllər məhkum edilmiş, xarici vətəndaş, yetkinlik yaşına çatmayan)
________________________________________________________________________________________________________________ (hansı məhkəmənin hökmü ilə və hansı maddə ilə həbs olunmuşdur)
________________________________________________________________________________________________________________ (gücləndirilmiş mühafizə tələb olunurmu, olunursa nə üçün)
________________________________________________________________________________________________________________ (səhhətinin vəziyyəti - sağlamdır, xəstədir, vərəmdir, yoluxucu xəstəliklərə tutulmuşdur, əlildir)
________________________________________________________________________________________________________________ (sanitar təmizləmədən keçirilmə tarixi)
Həkim _________________________________ (adı və soyadı, imzası)
MSY-nin rəisi_______________________________ Tarix:________________ (rütbəsi, adı, soyadı, imzası)
Qeyd: Arayış mürəkkəblə, aydın şəkildə, sözlər qısaltmadan yazılır. Bütün suallara tam cavablar verilir. Zərf açılarkən arayış şəxsi işə tikilir. Xüsusilə təhlükəli cinayətkarlara və qaçmağa meyilli şəxslərə verilmiş arayışlarda diaqonal üzrə qırmızı zolaq olmalıdır.
|
Təlimata 9 nömrəli əlavə
Tutulmuş və ya həbs edilmiş şəxslərin təhvil verilməsi haqqında
Qəbz №______
____________________________ tərəfindən təyin edilmiş müşayiət dəstəsi tərəfindən müşayiət (polis orqanın adı)
olunan ______________________ nəfər tutulmuş və ya həbs edilmiş şəxs _____________ tarixdə, (sayı rəqəmlə və sözlə)
saat ______________ ______________________ ________________________________________ müşayiət (təhvil verilən yerin adı) (qəbul edən müəssisənin adı)
dəstəsinə təhvil verildi.
Təhvil verdi:_______________________________________________________________________________ (müşayiət dəstəsinin rəisinin vəzifəsi, rütbəsi, soyadı, adı, imzası)
Qəbul etdi:_________________________________________________________________________________ (müşayiət dəstəsinin rəisinin vəzifəsi, rütbəsi, soyadı, adı, imzası)
QEYD: 1. Qəbzə nömrələr «Müşayiət dəstəsinin yol qeydləri kitabı»nda qeydiyyata düşmüş şəxslərin sıra sayına uyğun qoyulur.
2. Qəbz 2 nüsxədən ibarət tərtib olunur, 1-ci nüsxə qəbul edən orqana verilir, 2-ci nüsxə MSY-də 1 il müddətinə saxlanılır.
|
Təlimata 10 nömrəli əlavə
Tutulmuş və ya həbs edilmiş şəxslərin qəbul olunması haqqında
Qəbz №______
_____________ tarixdə, saat __________________ _______________________________________________ (təhvil verən müəssisənin adı)
gətirilmiş _________________________ nəfər həbs edilmiş şəxs ________________________________ (sayı rəqəmlə və sözlə) (təhvil verilən yerin adı)
______________________________müşayiət dəstəsi tərəfindən həmin polis orqanına müşayiət (polis orqanın adı)
olunmaları üçün qəbul olundu.
Təhvil verdi:______________________________________________________________________________ (müşayiət dəstəsinin rəisinin vəzifəsi, rütbəsi, soyadı, adı, imzası)
Qəbul etdi:_______________________________________________________________________________ (müşayiət dəstəsinin rəisinin vəzifəsi, rütbəsi, soyadı, adı, imzası)
QEYD: 1. Qəbzə nömrələr «Müşayiət dəstəsinin yol qeydləri kitabı»nda qeydiyyata düşmüş şəxslərin sıra sayına uyğun qoyulur.
2. Qəbz 2 nüsxədən ibarət tərtib olunur, 1-ci nüsxə təhvil verən orqana verilir, 2-ci nüsxə MSY-də 1 il müddətinə saxlanılır. |
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 11 mart 2015-ci il tarixli Q5-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyası Qərarı
© 2009-2022 De Jure.