AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNDƏ QEYDƏ ALINMIŞDIR Qeyd № 18 30. 10. 1996-cı il
Nazir əvəzi: ________S. C. Həsənova
|
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ Nazirliyinin 17 iyul 1996-cı il 5-6 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir
Nazir əvəzi: ___________İ. Rəhimov
|
Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası
AZƏRBAYCAN RESPUBLİKASI TİCARƏT NAZİRLİYİ
BAKI — 1996
Azərbaycan Respublikasının Ticarət Nazirliyi
Fəhlə peşələrinin və işlərin
VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI
hissə: 55 - 2
Bölmə: Ticarət və iaşə
Bakı - 1996-cı il
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial
Müdafiə Nazirliyinin Kollegiyasının
17 iyul 1996-cı il 5-6 nömrəli qərarına
ƏLAVƏ
Ticarət və iaşə sahəsinə aid olan fəhlə
peşələrinin və işlərin
VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI
GİRİŞ
1. Ticarət və iaşə sahəsinə aid olan qulluqçu vəzifələrinin VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı "Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika Təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında" qırarına əsasən işlənilmişdir.
2. VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi, fəhlə peşələri üzrə əməyin ödənilmə dərəcələrinin müəyyən edilməsi, bütün kateqoriyadan olan işçilərin əmək kitabçalarının doldurulması üçün ilkin hüquqi normativ sənəd sayılır.
3. VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI ticarət və iaşə sahəsinə aid edilən peşə adlarının siyahısı, dərəcələr diapazonu və yerləşdiyi səhifə, peşələrin indiyədək qüvvədə olan adları (rusca) və dərəcələr diapazonu ilə yeni adları və dərəcələr diapazonunun müqayisəli siyahısı verilmişdir.
Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin adlarının siyahısı və dərəcələr diapazonu.
№ |
Peşələrin adı |
Dərəcələr diapazonu |
Səh. |
1 |
Aşpaz |
2-6 |
4 |
2 |
Bazarda ətdoğrayan |
4 |
7 |
3 |
Barmen (çaşnigir) |
4-5 |
7 |
4 |
Bufet işçisi |
3-5 |
8 |
5 |
Qabyuyan maşının maşinisti |
3 |
10 |
6 |
Qabyuyan |
1-2 |
10 |
7 |
Qeyri ərzaq mallarının satıcısı |
3-5 |
11 |
8 |
Dondurma hazırlayan |
3-4 |
14 |
9 |
Ərzaq mallarının satıcısı |
3-5 |
15 |
10 |
İçkilər hazırlayan |
3-4 |
17 |
11 |
Yeyinti yarımfabrikatların hazırlanması |
1-5 |
18 |
12 |
Malları qəbuledən |
3 |
21 |
13 |
Malları dəstləşdirən |
3 |
21 |
14 |
Mətbəx işçisi |
2 |
22 |
15 |
Nəzarətçi-kassir |
3-5 |
22 |
16 |
Nişasta hazırlayanın maşinisti |
3 |
25 |
17 |
Ofisiant |
3-5 |
25 |
18 |
Saturatorçu (qazlı su hazırlayan) |
3 |
27 |
19 |
Südlü kokteyllər hazırlayan |
3 |
27 |
20 |
Ticarət və soyuducu avadanlıqları üzrə elektrik mexaniki |
3-6 |
28 |
21 |
Ticarət zalının kassiri |
3-4 |
30 |
22 |
Uşaq yeməkləri üzrə aşpaz |
5 |
31 |
23 |
Çayçı |
4 |
32
|
TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ FƏHLƏ PEŞƏLƏRİ
& 1. AŞPAZ
2-ci dərəcə
İşin xüsusiyyəti.
Xörəklərin və kulinar məmulatlarının hazırlanması zamanı yardımçı işlərin görülməsi. Kartofun, meyvələrin, tərəvəzin, giləmeyvələrin mexaniki vasitələrlə və ya əl ilə yuyulmamışdan qabaq və yuyulandan sonra təmizlənməsi, onların sürtgəcdən keçirilməsi, əzmə hazırlanması. Göyərtinin, meyvələrin, tərəvəzin, giləmeyvələrin, kartofun seçilməsi. Qüsurlu nümunələrdən və kənar qarışıqlardan azad olunması. Tərəvəzin yuyulması, onların təmizləndikdən və yenidən təmizləndikdən sonra su axını altında yuyulması. Çörəyin, kartofun, tərəvəzin, göyərtinin doğranması. Balığın, ətin, quş, ətinin donunun açılması. Əlavə məhsulların emal olunması. Marmitlərdən (xörəyi isti saxlayan avadanlıqdan) istifədə olunması, su qaynadılması və s. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir:
xammalın və məhsulların ilkin kulinar emalı qayadalarını, onlardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri; çörəyi doğranması qayadalarını; təmizlənmiş tərəvəzin saxlanması müddətlərini və şərtlərini; müxtəlif markadan olan çörəkdoğrayan, tərəvəzdoğrayan maşınların quruluşunu, nizamlanma və istismar qaydalarını; çörəyin, tərəvəzin əl ilə və maşınla doğranması zamanı təhlükəsiz iş üsullarını; su qaynadıcılarından istifadə qaydalarının; özünəxidmət sistemi ilə işləyən yeməkxanalarda xörəklərin paylaşdırılması.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 2. AŞPAZ
3-cü dərəcə
İşin xüsusiyyəti.
Əriştə, yarpaq xəngəli, sulu xəngəl yarımfabrikatlarının, unlu məmulatların hazırlanması. Kartof və digər tərəvəzlərin, makaron məmulatlarının, paxlaların, sıyıqların suda bişirilməsi; kartofun, tərəvəzin, döyülmüş taba kabab, tas kababı kütlələrindən məmulatların (ət, balıq, tərəvəz) qızardılması; tərəvəz və yarma məmulatlarının bişirilməsi; kökələrin, qatmaların, kətələrin, qutabların və s. bu kimi məmulatların qəlibləşdirilməsi, onların bişirilməsi, döyülmüş, xırdalanmış kütlələrdən olan yarımfabrikatların (ətdən, balıqdan, tərəvəzdən və yarmadan) qəlibləşdirilməsi və urvalanması, Xörəklərin və kulinar məmulatlarının hazırlanması üzrə yardımçı işlərinin aparılması (ələnmə, sürtgəcdən keçirilmə). Xammalın: tərəvəzin, yarmaların, ət və balıq məhsullarının ilkin kulinar emalının aparılması (tərəvəz və göyərtinin yuyulması, təmizlənməsi və doğranması; ətin, balığın donunun açılması; quşların, balığın içalatını təmizlənməsi, əlavə məhsulların (içalat. baş, ayaq və s.) emalı və s). Konsentratlardan xörəklərin hazırlanması. Kütləvi təlabət xörəklərinin paylara bölünməsi, paylaşdırılması.
Bilməlidir:
müxtəlif yeyinti məhsullarının və yarımfabrikatlarının isti emalı üsullarını (pörtləmə, qızartma, suda bişirmə, açıq odda, közdə, fırında bişirmə və s); ətin, balığın, tərəvəzin, yarmaların və digərməhsulların ilkin emalı əməliyyatlarının aparılması qaydalarını, üsullarını və ardıcıllığını; döyülmüş, xırdalanmış kütlələrdən olan yarımfabrikatların çeşidini (tas kabab, tava kabab, küftələrin, lülə kababların, dolmaların və s.) və onların hazırlanması üsullarını; sıyıqların, xaşılların və s. bu kimi xörəklərin növlərini və onların bişirilməsi üsullarını; tərəvəzin və tərəvəz xörəklərinin (sıxmaların, suyuqların, kükülərin, tərəvəz çığırtmaların, tərəvəz-göyərti qutablarının, kartof, göbələk, qulancar və bu kimi tərəvəzlərdən pörtlətmələrin, suda bişmələrin, qızartmaların, bozartmaların və s.) bişirlməsi qaydalarını; ayrı-ayrı yeyinti məhsullarının kulinar təyinatlarını; ərzaqların keyfiyyətliliyi əlamətlərini və bunun orqanoleptik metodlarla müəyyən olunması üsullarını; avadanlığın, istehsalat inventarının, alətlərin, ölçü cihazlarının, qabların, taranın təyinatlarını, onlardan istifadə və onlara xidmət edilməsi qaydalarını; konsentratlardan xörəklərin hazırlanması qaydalarını; kütləvi təlabət xörəklərinin paylaşdırılması qaydalarını.
& 3. AŞPAZ
4-cü dərəcə
İşin xüsusiyyəti.
Kütləvi istehlak üçün isti və soyuq qəlyanaltıların, şorbaların, əsas xörəklərin, çərəz və məzələrin, kulinar məmulatların (kükülər, soyutmalar, tərəvəz, balıq, quş və ətdən hazırlanan digər qəlyanaltılar)buraxılışı; işgənələrin (ət suyu, həlimlərin yarmadan, ətdən, balıqdan, sümükdən, tərəvəzdən və s.), adi, mürəkkəb, unlu, südlü, duru, qatı, soyuq, şirin və s. şorbaların hazırlanması; xörək əlavələrinin müxtəlif növlərinin hazırlanması; ətdən, balıqdan, tərəvəzdən, yarmalardan pörtlədilmiş, qızardılmış, bişirilmiş əsas xörəklərin, isti və soyuq içkilərin (çay, qəhvə, şərbət, qəndab, ovşala, isgəncəbi, atılama, bulama və s.) hazırlanması; müxtəlif xəmirlərin (mayalı və mayasız) qarışdırılması və ondan məmulatların hazırlanması; quş ətinin suda bişirilmə və qızardılma üçün içinin doldurulması; nərə balığıfəsiləsindən olan balıqların istilik emalı üçün hazırlanması; mal, qoyun, donuz ətindən paylı yarımfabrikatların hazırlanması, hazır xörəklərin paylaşdırılması.
Bilməlidir:
kütləvi istehlak üçün şorbaların, əsas xörəklərin, soyuq və isti qəlyanaltıların, xəmirdən məmulatların hazırlanması texnologiyasını; istilik emalı proseslərini (qaynatma, qızartma, pörtlətmə, bozartma və s.) aparılma rejimini və müddətini; xammaldan istifadə normalarını, nisbətlərini və ardıcıllığını; mal, qoyun, donuz və quş ətindən pay yarımfabrikatların hazırlanması qaydalarını; nərə balığı fəsiləsindən keçirilməsi (brakeraj) və xammalın və hazır məhsulun laboratoriya tədqiqinə (müayinəsinə) təhvil verilməsi qaydalarını; nümunələr məcmuəsindən istifadə olunması qaydalarını; xammalın əsas növlərini və onların kulinar təyinatlarını; xammalın keyfiyyətliliyi əlamətlərini və bunun orqanoleptik metodlarla müəyyən olunması üsullarını. Hazır məhsulun çıxımını: qızardılma, qaynadılma, pörtlədilmə, fırında bişmə və bişirilmə formalarında miqdar və həcmlərin dəyişmə faizlərini; hazır məhsulun və yarımfabrikatların saxlanılması və satışı müddətlərini; mexaniki, istilik, çəki-ölçü və soyuducu avadanlıqların əsas tiplərini.
& 4. AŞPAZ
5-ci dərəcə
İşin xüsusiyyəti.
Daha mürəkkəb kulinar emalı tələb edən xörəklərin (plovlar, ləvəngi toyuq, ləvəngi balıq, arzuman küftəsi, kartof lüləsi, qoz lüləsi, bütöv hünduşka xəmirdə və s. bu kimi) və kulinar məmulatlarının hazırlanması və tərtibatı: soyudulmuş xörəklərin; şəffaf şorbaların; ətdən, balıqdan, quş ətindən əsas xörəklərin (kalapır, murğuturş, döymə ləvəngi, həlimaşı və digər mürəkkəb emal tələb olunan milli xörəklər, azu, befstroqanov, antrekot, müxtəlif xörək əlavələri ilə buxarda bişmiş balıq və s); xörək əlavələrinin (şərab ilə, soğanla, göbələklə yerqulağı ilə (kaperslə), şoraba suyu ilə və s); şirin xörəklər (səməni halvası, qovud, imam halvası, tərək, firni, şirin sıyıq, ballı qayğanaq, un xəşili, qozənək, kremlər, jele, sambuk və sairə); undan kövrək (qarabiyyə) və qatlı (qatlama, fəsəli və s.) xəmirinhazırlanması və ondan məmulatların bişirilməsi. Müxtəlif pəhriz xörəklərinin (hörrə, umaq aşı, südlü aş, soyutma ət, toyuq və s.) hazırlanması, tərtibatı və buraxılması. Paylı xörəklərinpaylaşdırılması. Nisbətən aşağı dərəcəli aşpazlara təlimat verilməsi.
Bilməlidir:
pəhriz xörəklərinin, həmçinin daha mürəkkəb kulinar emalı tələb edən xörəklərin və kulinar məmulatlarının hazırlanması texnologiyasını; pəhriz qidasının əsaslarını, pəhriz xörəklərinin hazırlanmasındaistifadə olunan xammalın emal olunması növlərini və üsullarını, itkilərin azaldılmasını və istilik prosesi zamanı qida keyfiyyətlərinin saxlanılmasını; hazırlanan məhsulun dadının yaxşılaşdırılmasına imkan verən dad və ətirli maddələri; istifadə olunan xammalın və yarımfabrikatların standartlarını; hazır məhsulda qüsurun aradan qaldırılması üsullarını; bayram və gündəlik öynələrin tutulması qaydalarını; müxtəlif avadanlıq növlərinin rasional iş rejimlərini.
Orta ixtisas təhsili tələb olunur.
& 5. AŞPAZ
6-cı dərəcə
İşin xüsusiyyəti.
Paylı və sifariş edilən xörəklərin hazırlanması və tərtibatı: isti və soyuq qəlyanaltıların; şəffaf şorbaların; ayrı-ayrı paylarla pörtlədilmiş, qızardılmış, fırında bişirilmiş əsas xörəklərin (heyvanın can ətindən, toyuqdan təbii və qiymələnmiş xörəklər, xəmirdə çöləmə buğlama, bütöv hinduşka, xəmirdə balıq, şişdə qızardılmış balıq, quş və heyvan əti, file sousda və s); spesifik dad xüsusiyyətlərinə malik olan xörək əlavələri (narşərab ilə, tərxunla, meyvə əzmələri ilə, sarımsaq-qatıqla və digər qarışıqlarla); şirin xörəklər (kremlər, pudinqlər, parfe); bişmə, biskvit xəmirinin hazırlanması və ondan məmulatların hazırlanması. Nisbətən aşağı dərəcəli aşpazlara təlimat verilməsi.
Bilməlidir:
bütün xörək və kulinar məmulatları növlərinin hazırlanması texnologiyasını; milli və xarici mətbəxlərin xörəklərinin bişirilməsi xüsusiyyətlərini; istilik emalı zamanı yeyinti məhsullarında olan zülallarda, piylərlə, karbohidratlarla, vitaminlərlə, rəng, dad və digər maddələrlə baş verən dəyişiklikləri; laylı və sifariş edilən xörəklərin hazırlanmasını, tərtibatını və sifarişçilərə verilməsini; bayram və gündəlik öynələrin tutulması qaydalarını; istifadə olunan xammalı və yarımfabrikatların standartlarını. İstifadə olunan müxtəlif avadanlığın quruluşunu və rasional iş rejimini. Orta ixtisas təhsili tələb olunur.
& 6. BAZARDA ƏT DOĞRAYAN
(ixtisaslaşdırılmış ət mağazasının və
ya ərzaq mağazasının ət şöbəsinin satıcısına
da aid edilir)
4-cü dərəcə
İşin xüsusiyyəti.
Malların cəmdəklərinin doğranılma sxeminə əsasən doğranılması və xırda tikələrə bölünməsi. Cəmdəklərin üzərindəki yeyinti üçün yararlılıq damğasının və ət-nəzarət stansiyasının arayışınınmövcudluğunun yoxlanılması. Ətin keyfiyyətinin orqanoleptik xüsusiyyətlərə görə müəyyən olunması. Ət nümunələrinin laboratoriya analizi üçün seçilməsi. Ətin piştaxtaya düzülməsi və cəmdəyin ayrı-ayrı hissələrinin divara bitişik avadanlığın qarmaqlarından asılması. İşçi yerinin hazırlanması, inventar və alətlərin sazlılığının yoxlanılması.
Bilməlidir:
müxtəlif heyvanların cəmdəklərinin sortlar üzrə doğranılması sxeminin və onların düzgün doğranılması qaydalarını; ətin doğranmaya qəbul olunması; ət məhsullarının keyfiyyətinə verilən əsasstandartları; ətin keyfiyyətinin orqanoleptik üsulla müəyyən olunması metodlarını; ətin qida yararlılığının müəyyən olunması üçün nümunələrin seçilməsi qaydalarını; cəmdəklərin üzərinə yeyinti üçünyararlılıq damğasının vurulmasını; alətin itilənməsi, düzəldilməsi və saxlanılması qaydalarını; ət doğranılan kötüyün saxlanılmasının sanitar-gigiyenik qaydalarını.
& 7. BARMEN (ÇAŞNİGİR)
4-cü dərəcə
İşin xüsusiyyəti.
Alkoqollu və zəifalkoqollu kokteyllərin, punşların və s. hazırlanması. Müəyyən olunmuş resepturaya əsasən müxtəlif araq-çaxır məmulatlarının şirələrlə, siroplarla, meyvələrlə, mineral su vəsairə ilə qarışıqlarının düzəldilməsi. Onların qatışdırılması, çalınması, qaynadılması və xüsusi qablara tökülməsi. Hazır məhsulun müəyyən buraxılış temperaturuna və buraxılma qaydalarına əməledilməklə meyvələr, qoz-fındıq, xırda ədədi qənnadı məmulatları və digər əlaqədar mallarla birgə istehlakçıya buraxılması. Məhsulların alınması və onların tələb olunan rejimə və qaydalara əsasənsaxlanılması. Mal hesabatının tərtib olunması. Vitrinin və bar dayaqlarının tərtib olunması. Musiqi cihazlarının (avtomatlarının) istismar olunması və onlara xidmət olunması. Müştərilər tərəfindəndavranış normalarına əməl olunmasına nəzarət edilməsi. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir:
zəifalkoqollu və alkoqollu içkilərin çeşidini, onların hazırlanmasında istifadə olunan araq-çaxır məmulatlarını və digər tərkib hissələrini; kokteyllərin hazırlanması resepturunu və üsullarını, inventar və qablara olan tələbləri və buraxılış qaydalarını, istehlakçılarla hesablaşma qaydalarını; malların saxlanılması müddətlərini, qaydalarını və temperatur rejimlərini; uçotun aparılması və mal hesabatının tərtib olunması qaydalarını; barlarda istifadə olunan avadanlığın və musiqi cihazlarının iş prinsiplərini və istismar qaydalarını; bar dayaqlarında malların düzülüşü üsullarını və qaydalarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 8. BARMEN (ÇAŞNİGİR)
5-ci dərəcə
İşin xüsusiyyəti.
Klassik alkoqol qarışıq içkilərin və zəifalkoqollu içkilərin (kokteyl, krüşon, eqq-noq, cülep, qroq, qlintveyn və s.) hazırlanması. Qarşılıqların (şeykerlərdə, kruşon, qablarında) düzəldilməsi.Onların qatışdırılması, çalınması, qaynadılması və xüsusi qablara tökülməsi, kokteyllərin bəzədilməsi. Müştərilərə dayaqların və stolların arxasında xidmət edilməsi. Müştərilərin qəbul olunması, onların satışda olan içkilərin çeşidi və resepturu ilə tanış edilməsi. Aşağı dərəcəli barmenlərin işinin təşkil olunması və onların fəaliyyətinə rəhbərlik edilməsi.
Bilməlidir:
kokteyllərin, kruşonların, qroqların, qlintveynlərin və digər alkoqollu və zəifalkoqollu içkilərin növlərini və çeşidlərini; onların hazırlanma texnologiyasını, resepturunu və üsullarını; içkilərinbəzədilməsi və buraxılması üsullarını və qaydalarını, inventar və qablara verilən tələbləri; istifadə olunan ərzağın əmtəə xarakteristikasını; bar dayağının tərtib olunması; yüksək və lyuks kateqoriyalı barlarda etiket qaydalarını.
& 9. BUFET İŞÇİSİ
3-cü dərəcə
İşin xüsusiyyəti.
Ədədi malların, çəkilmiş və qablaşdırılmış məhsulların nağdı qaydada və ya çeklə buraxılışı. Məhsulun çəkilməsi, onun qablara, salat qablarını və s. qablara düzülməsi; şirələrin, kisellərin (meyvəfirnilərinin), südlü, vitaminli içkilərin, qaymağın, meyvə sularının və mineral suların, şərabların və araq-çaxır məmulatlarının qablara tökülməsi. Çəki ilə buraxılan malların bükülməsi. Alışın dəyərinin hesablanması. Malın qəbuletmə-təhvilvermə aktlarına və keyfiyyət sertifikatına əsasən qəbul olunması, onun çeşidini, miqdarının və keyfiyyətinin yoxlanılması. Malın satışa hazırlanması,qablaşdırmadan azad olunması, onun bufet piştaxtalarında düzülməsi, qiymət yarlıklarının (kağızlarının) qoyulması. Standarta uyğun olmayan malların seçilib ayrılması, malları xarab olmasının qarşısınınalınması. Tərəzilərin yoxlanılması. Müəyyən olunmuş uçotun aparılması və mal hesabatının tərtib olunması.
Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir:
buraxılan malların çeşidini, sortunu və xüsusiyyətlərini; çəki-ölçü cihazlarının, soyuducu şkafların və piştaxtaların istismar olunması qaydalarını, tərəzilərin yoxlanılmasını; çəki daşlarınındamğalanması müddətlərini; kassa aparatlarının istismar olunması qaydalarının; malların qablaşdırılmasında istifadə olunan materialların və onların bükülməsi üsullarını; istehlakçı ilə hesablaşma qaydalarını, standarta uyğun olmayan malları xarici görünüşünə əsasən seçilib ayrı yığılmasını; malların saxlanılma müddətləri və bu zaman tətbiq olunan temperatur rejimlərini; satış qiymətlərini.
Görülən işin texnoloji prosesini, avadanlıq, ləvazimat və alətlərdən istifadə edilməsinin texniki qaydalarını, enerji, yanacaq, xammal və materialların sərfi normasını, iş prosesində qarşıya çıxannasazlıqları aşkar etmək və aradan qaldırmaq, zay məhsulun növlərini, onu əmələ gətirən səbəblərini, onların aradan qaldırılması üsullarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 10. BUFET İŞÇİSİ
4-cü dərəcə
İşin xüsusiyyəti.
İstehlakçılara və ofisiantlara ədədi, çəkilmiş və qablaşdırılmış məhsulların, hazır kulinar məmulatlarının, xörəklərin, yarımfabrikatların, şərabların, əraq-çaxır və tütün məmulatlarının buraxılışı. Ərzaqların doğranması, buterbrodların, həmçinin isti və soyuq içkilərin çəkilməsi və hazırlanması; məhsulların suda bişirilməsi, xörəklərin qızdırılması və boşqablara düzülməsi. Bufet dayaqlarının (piştaxtalarının) vitrinlərinin tərtib olunması, qiymət yarlıklarının (kağızlarının) qoyulması. Tərəzilərin yoxlanılması, alınan malın keyfiyyətinin orqanoleptik qaydada qiymətləndirilməsi. Müəyyən olunmuş uçotun aparılması və mal hesabatının tərtib olunması.
Bilməlidir:
malların və kulinar məmulatlarının əmtəə-texnoloji xarakteristikasını; onların saxlanılma rejimlərini və müddətlərini; içkilərin hazırlanması texnologiyasını; hazır məmulatların doğranılması qaydalarını; buraxılan mallara qiymətləri və qiymət əlavələrini; malların piştaxtalarda, bufet dayaqlarında (piştaxtalarından), soyuducu şkaflarda yerləşdirilməsini və düzülüşünü; istifadə olunan avadanlıqların, çəki-ölçü cihazlarının istismar olunması qaydalarını; çəki daşlarının, tərəzilərin damğalanması müddətlərini və onlara qulluq olunması üsullarını. Uçotun aparılması və mal hesabatının tərtib olunması qaydalarını.
& 11. BUFET İŞÇİSİ
5-ci dərəcə
İşin xüsusiyyəti.
Bufet məhsullarının lazımi temperaturda buraxılışı və süfrənin düzülüşü qaydaları. Müxtəlif içkilərin və şirələrin porsiyalara bölünməsi və müvafiq qablara (qədəhlər, qrafinlər və s.) təkülməsi. Sifariş olunmuş xörəklərə uyğun kələn şərabların və araqçaxır məmulatlarının seçilməsi. Qənnədı mallarının, meyvələrin tərtib olunması və buraxılışı. Müxtəlif kokteyllərin hazırlanması, qəhvənin bişirilməsi, (xüsusi işçinin olmadığı zaman). Malların alınması. Ayrı-ayrı mal növlərinin keyfiyyətinin və sortlarının standartın tələbinə uyğun olaraq orqanoleptik qaydada qiymətləndirilməsi. Malların düzülüşü, vitrinlərin tərtibatı.
Bilməlidir:
ayrı-ayrı malların buraxılması xüsusiyyətlərini (ayrı-ayrı şərabların və araq-çaxır məmulatlarının, şirələrin, mineral suların, meyvələrin buraxılma temperaturunu); içkilərin qablara tökülməsi qaydalarını;istifadə olunan qab-qacaq növlərini; sifariş olunmuş xörəklərə uyğun kələn şərabların və araq-çaxır məmulatlarının növlərini; kokteyllərin və qəhvəli içkilərin növləri və çeşidlərin və onlarınhazırlanması üsullarını; standartlar və onlardan istifadə qaydalarını; buraxılan məhsulun saxlanma qaydaları və rejimini. Çəki-ölçü cihazlarının, soyuducu avadanlıqların və kassa maşınlarının istismar olunması qaydalarını. Məhsulların satışı və taranın hərəkəti haqqında mal hesabatının tərtib olunması qaydalarını.
& 12. QABYUYAN MAŞININ MAŞİNİSTİ
3-cü dərəcə
İşin xüsusiyyəti.
Müxtəlif konstruksiyalı avtomat və yarımavtomat maşınlarda qab-qacağın və alətlərin yuyulması prosesinin aparılması. Yuyucu qarışıqların hazırlanması. Çənlərin müəyyən temperaturda olan su ilə müəyyən qarışıqda yuyucu vasitələrlə doldurulması. Buxarın təzyiqinin, suyun, yuyucu vasitələrin verilməsinin nəzarət-ölçü cihazlarının vasitəsi ilə nizamlanması, yuyulmuş qab-qacağın maşından çıxmasının müşahidə olunması və onun sonrakı əməliyyat üçün verilməsi. Avadanlığın işində ayrı-ayrı nasazlıqların aradan götürülməsi, onun yağlanması, təmizlənməsi, yuyulması və dezinfeksiya olunması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir:
qabyuyan maşınların və nəzarət-ölçü cihazlarının iş prinsipini və quruluşunu; qabların yuyulmasında istifadə olunan qələvi və turşuların fiziki-kimyəvi xüsusiyyətlərini və onlarla rəftar olunma qaydalarını;qab-qacağın və alətlərin yuyulması keyfiyyətinə verilən tələblər; avadanlığın işində nasazlığın müəyyən olunması və onun aradan qapdırılması.
Əməyin təhlükəsizliyi və sanitariya gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 13. QABYUYAN
1-ci dərəcə
İşin xüsusiyyəti.
Qabların yuyulması zamanı hazırlıq işlərinin görülməsi. İstifadə olunmuş qabların stolların üstündən arabacığa və ya hərəkət edən xəttin üstünə yığılması. Qablar olan arabacığın boşaldılması. Stollarınüstünə salfet qablarının, ədvalar olan cihazların düzülməsi və iş günü ərzində onların doldurulması.
Bilməlidir:
stolların üstündən çirkli qabları yığarkən sanitar, tələblərini və etiket qaydalarını; müxtəlif qab-qacaqla və onların daşınması üçün istifadə olunan arabacıqla rəftar qaydalarını.
& 14. QABYUYAN
2-ci dərəcə
İşin xüsusiyyəti.
Yuyucu və dezinfeksiya vasitələrinin /sabun, susuzlaşdırılmış soda, xardal və s./ tətbiqi ilə alətlərin, xörək və mətbəx qablarının /metaldan və plastik kütlədən olan, şüşə, çini-saxsı/, tabaqların vəinventarların əlnən və maşın vasitəsi ilə yuyulması. Xüsusi yuyucu qarışıqların hazırlanması. Qab-qacağın və alətlərin silinməsi və qurudulması. Çirkli qablardan xörək qalıqlarının silinməsi və yeyintitullantılarının yığılması. Təmiz qabların, ədvalar olan cihazların, məcməyilərin xörək paylanan yerlərə çatdırılması.
Bilməlidir:
qab-qacaq və alətlərin, tabaqların və inventarların təyinatlarını, onların yuyulması və qurudulması qaydalarını; qabyuyan maşına xidmət edilməsi qaydalarını; yuyucu vasitələri və onlardan qarışıqlarhazırlanması üsullarını; qab-qacaq və alətlərlə rəftar olunması qaydalarını; yeyinti tullantılarının saxlanılması qaydalarını.
& 15. QEYRİ-ƏRZAQ MALLARININ SATICISI
3-cü dərəcə
İşin xüsusiyyəti
Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların nümayiş etdirilməsi, malların seçilməsində yardım edilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara düzgün xidmət edilməsi barəsində, qiymətlər, cari mövsümün modası üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması; malların geyilib baxılması, ölçülməsi, kəsilməsi, çəkilməsi, onların fəaliyyətinin nümayiş etdirilməsi və s; alışın dəyərinin hesablanması, çekin yazılması /vurulması/, pulun alınması, zəmanətli istismar müddəti olan malın pasportunun doldurulması; malların bükülməsi, qablaşdırılması, malın verilməsi və ya onun nəzarətçiyə ötürülməsi. Kassa aparatında işləmək. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin və çəki daşlarının sazlığının və işə hazırlığının yoxlanılması, malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adının, miqdarının, komplektliyinin, sortluluğunun, qiymətinin və markalanmanın, fabrik yarlıkının, plombunun /damğasının/ uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, yenidən sarınması, yığılması, ütülənməsi və s; yarlıkların malların üzərinə bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya /fakturaya/ uyğun gəlməyən mallırın daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; piştaxta vitrinlərinin tərtibatı. Alıcıların ödənilməyən tələblərinin qeydiyyata alınması. Çeklərin /pulların/ hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir.
Hazırkı mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə olunması və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını;pərakəndə qiymətləri; malları seçilməsi, geyinilib baxılması, kəsilməsi, komplektləşdirilməsi və qaydalarını və üslublarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların keyfiyyətinə verilən əsas tələbləri, malın qüsurlarının /nöqsanlarının/ növlərini, malların dayandırılması qaydalarını; cari mövsümə modanın vəziyyətini. Əməyin təhlükəsizliyi vəsanitariya - gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 16. QEYRİ-ƏRZAQ MALLARIN SATICISI
4-cü dərəcə
İşin xüsusiyyəti.
Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların nümayiş etdirilməsi, malların seçilməsində yardım edilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara düzgün xidmət edilməsi barəsində, qiymətlər, cari mövsümün modası üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması, malların geyilib baxılması,ölçülməsi, kəsilməsi, çəkilməsi, onların fəaliyyətinin nümayiş etdirilməsi və s; alışın dəyərinin hesablanması, çekin yazılması /vurulması/, pulun alınması, zəmanətli istismar müddəti olan malınpasportunun doldurulması; malların bükülməsi, qablaşdırılması, malın verilməsi və ya onun nəzarətçiyə ötürülməsi. Kassa aparatında işləmək. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması, malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adının, miqdarının, komplektliliyinin, sortluluğunun, qiymətinin və markalanmanın, fabrik yarlıkının, plombunun (damğasının) uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, yenidən sarınması, yığılması,komplektləşdirilməsi, istismar xüsusiyyətlərinin yoxlanılması, ütülənməsi və s; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; hədiyyə və bayram komplektlərinin hazırlanması və tərtibolunması; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya (fakturaya) uyğun gəlməyənmalların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi. Piştaxta və mağazadaxili vitrinlərin tərtibatı. Alıcıların tələbinin öyrənilməsi. Çeklərin (pulların) hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğinin kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçünhazırlanması.
Bilməlidir.
hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasının, onların təyinatını, onlardan istifadə və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını; pərakəndə qiymətləri; malların seçilməsi, geynilib baxılması, ölçülüb kəsilməsi, komplektləşdirilməsi qaydalarını və üsullarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların hazırlanmasında istifadə olunan əsas xammal və material növlərini və onların müəyyən olunması üsullarını; malların keyfiyyətinə verilən əsas tələbləri; malın qüsurlarının (nöqsanlarının) növlərini; malların dəyişdirilməsi qaydalarının; mallardan istifadənin zəmanətli müddətlərini, malların əsas malgöndərənlərini və onların mühsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümə modanın vəziyyətini; mağazadaxili vitrinlərin tərtibatı prinsiplərini. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.
3-cü dərəcəli qeyri-ərzaq mallarının satıcısı vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
& 17. QEYRİ-ƏRZAQ MALLARIN SATICISI
5-ci dərəcə
İşin xüsusiyyəti.
Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların nümayiş etdirilməsi, malların seçilməsində yardım edilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara düzgün xidmət edilməsi barəsində, qiymətlər, cari mövsümün modası üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması, malların geyilibbaxılması, ölçülməsi, kəsilməsi, çəkilməsi, onların fəaliyyətinin nümayiş etdirilməsi və s; alışın dəyərinin hesablanması, çekin yazılması /vurulması/, pulun alınması, zəmanətli istismar müddəti olan malın pasportunun doldurulması; malların bükülməsi, qablaşdırılması, malın verilməsi və ya onun nəzarətçiyə ötürülməsi. Kassa aparatında işləmək. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması, malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malım adının, miqdarının, komplektliliyinin, sortluluğunun, qiymətinin və markalanmanın, fabrik yarlıkının, plombunun (damğasının) uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi,
yenidən sarınması, yığılması, komplektləşdirilməsi, istismar xüsusiyyətlərinin yoxlanılması, ütülənməsi və s; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; hədiyyə və bayram komplektlərinin hazırlanması və tərtib olunması; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi;markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi. Piştaxta, mağazadaxili və pəncərə vitrinlərinin və satışda olan mallar haqqında məlumatvasitələrinin tərtibatı, onların vəziyyətinə nəzarət edilməsi. Alıcılara xidmətin mütərəqqi metodlarının öyrənilməsi və tətbiq olunması. Tələb və alıcıların rəyləri haqqında məlumatların öyrənilməsi və cəmləşdirilməsi. Müdiriyyətin nümayəndələrinin olmadığı zaman alıcılarla olan mübahisəli məsələlərin həll olunması. Aşağı dərəcəli satıcıların və şagirdlərin işinə rəhbərlik edilməsi. Çeklərin (pulların) hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğinin kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması.İnventarizasiyaya hazırlıqda və onun aparılmasında iştirak edilməsi, mal hesabatlarının, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə müvafiq aktların tərtib olunması və maddi qiymətlərin təhvil verilməsi zamanı təhvil-təslim aktlarının hazırlanması.
Bilməlidir:
hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasının, onların təyinatını, onlardan istifadə və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını; pərakəndə qiymətləri; malların seçilməsi, geynilib baxılması, ölçülüb kəsilməsi, komplektləşdirilməsi qaydalarını və üsullarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların hazırlanmasında istifadə olunan əsas xammal və material növlərini və onların müəyyən olunması üsullarını; malların keyfiyyətinə verilən əsas tələbləri; malın qüsurlarının (nöqsanlarının) növlərinİ; malların dəyişdirilməsi qaydalarının; mallardan istifadənin zəmanətli müddətlərini, malların əsas malgöndərənlərini və onların mühsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümə modanın vəziyyətini; mağazadaxili vitrinlərin tərtibatı prinsiplərini. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.
İş stajına heç bir tələb qoyulmadan orta ixtisas təhsili və yaxud 4-cü dərəcəli qeyri-ərzaq mallarının satıcısı vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
& 18. DONDURMA HAZIRLAYAN
3-cü dərəcə
İşin xüsusiyyəti.
Əl ilə südlü, giləmeyvəli və qaymaqlı dondurmanın hazırlanması. Müəyyən olunmuş reseptura ilə qarışıqların hazırlanması, həmin qarışığın bişirilməsi, ona rəng, dad və ətirli maddələrin əlavə edilməsi,qarşığın dondurma maşınında çalınması. Çalınmış qarşığın qəliblərə tökülməsi. Duzlu buz qarşığının hazırlanması. Dondurmanın hazırlıq vəziyyətinin müəyyən edilməsi. Hazır dondurmanın qablaraqoyulması və buraxılması. Saxlanılma zamanı temperatur rejiminə riayət olunması. Dondurma maşınının, xırda inventarın yuyulması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması vəyığışdırılması.
Bilməlidir.
südlü, giləmeyvəli və qaymaqlı dondurmanın hazırlanması resepturunu və texnologiyasını; xammalın və hazır məhsulun keyfiyyətinə verilən tələbləri; dondurma maşınının quruluşunu və onların istismar olunması qaydalarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 19. DONDURMA HAZIRLAYAN
4-cü dərəcə
İşin xüsusiyyəti.
Dondurmadan müxtəlif məhsulların (plombirlərin, yumşaq dondurmaların) hazırlanması və onların tərtib olunması. Nüsxələr əsasında dondurmadan müxtəlif qarışıqların hazırlanması, həminqarışıqların emalı, onlara rəng, dad və ətirli maddələrin əlavə edilməsi. Qarışığın mexaniki dondurma maşınında çalınması. Çalınmış qarşığın qəliblərə tökülməsi. Duzlu buz qarşığı ilə onunbərkidilməsi. Dondurmalı tort və pirojnaların tərtib olunması üçün kremlərin hazırlanması və naxışların vurulması. Dondurmanın hazırlıq vəziyyətinin müəyyən edilməsi. Hazır dondurmanın qablaraqoyulması və bufet işçilərinə, satıcılara buraxılması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir.
müxtəlif dondurma sortlarının və növlərinin (yumşaq və bərk dondurmaların, qaymaqlı, südlü, meyvəli dondurmaların, plombirlərin) hazırlanması texnologiyasını, onların çeşidini və resepturunu;müxtəlif dondurma növlərinə olan standartları; dondurmanın qidalıq əhəmiyyətini; mexaniki dondurma maşınının quruluşunu və onların istismar olunması qaydalarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 20. ƏRZAQ MALLARININ SATICISI
3-cü dərəcə
İşin xüsusiyyəti
Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların göstərilməsi; malların kəsilməsi, doğranılması, çəkilməsi və bükülməsi, alış dəyərinin hesablanması, çek rekvizitlərinin yoxlanılması (alıcılarla hesablaşmanın aparılması), alınmış malın alıcıya verilməsi; alıcılara malın keyfiyyəti, təyinatı, dadtam və kulinar xüsusiyyətləri, ayrı-ayrı malların qida əhəmiyyəti barəsində məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Kassa aparatında işləmək. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin və çəki daşlarının sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması; malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına və tezxarabolan malların satış müddətlərinə nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adını, miqdarının, sortluluğunun, qiymətinin, qablaşdırmanınvəziyyətinin və düzgün markalanmasının yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, kəsilməsi vədoğranılması;markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; malların üstünə yarlıkların bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi. Piştaxta vitrinlərinin tərtibatı. Alıcıların ödənilməyən tələbini qeydiyyata alınması. Çeklərin(pulların) hesablanması və onların müəyyən olunmuş təhvil verilməsi. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması.
Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir.
hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasının, pərəkəndə qiymətlərini; keyfiyyətə uyğunluq əlamətlərini, malın qüsurlarının (nöqsanlarının) və itki növlərini, onların silinməsi qaydalarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 21. ƏRZAQ MALLARININ SATICISI
4-cü dərəcə
İşin xüsusiyyəti
Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların göstərilməsi; malların kəsilməsi, doğranılması, çəkilməsi və bükülməsi, alış dəyərinin hesablanması, çek rekvizitlərinin yoxlanılması, alıcılarla hesablaşmanın aparılması, alınmış malın alıcıya verilməsi; alıcılara malın keyfiyyəti, təyinatı, dad, tam və kulinar xüsusiyyətləri, ayrı-ayrı malların qida əhəmiyyəti barəsində məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Kassa aparatında iş qaydalarını. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin və çəki daşlarının sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması; malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına və tezxarabolan malların satış müddətlərinə nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adını, miqdarının, sortluluğunun, qiymətinin, qablaşdırmanın vəziyyətinin və düzgün markalanmasının yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, kəsilməsi və doğranılması; markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; malların üstünə yarlıkların bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi. Piştaxta və mağazadaxili vitrinlərinin tərtibatı. Alıcıların tələbini öyrənilməsi. Çeklərin (pulların)hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğini kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması.
Bilməlidir.
hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasının, onların təyinatını, onlardan istifadə və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını;pərakəndə qiymətləri; malların seçilməsi, geynilib baxılması, ölçülüb kəsilməsi, komplektləşdirilməsi qaydalarını və üsullarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunmasıqaydalarını; malların hazırlanmasında istifadə olunan əsas xammal və material növlərini və onların müəyyən olunması üsullarını; malların keyfiyyətinə verilən əsas tələbləri; malın qüsurlarının(nöqsanlarının) növlərini; malların dəyişdirilməsi qaydalarının; mallardan istifadənin zəmanətli müddətlərini, malların əsas malgöndərənlərini və onların mühsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümə modanın vəziyyətini; mağazadaxili vitrinlərin tərtibatı prinsiplərini. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.
3-cü dərəcəli ərzaq mallarının satıcısı vəzifəsində 2 ildən az olmayaraq iş stajı.
& 22. ƏRZAQ MALLARININ SATICISI
5-ci dərəcə
İşin xüsusiyyəti
Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların göstərilməsi; malların kəsilməsi, doğranılması, çəkilməsi və bükülməsi, alış dəyərinin hesablanması, çek rekvizitlərinin yoxlanılması, alıcılarla hesablaşmanın aparılması, alınmış malın alıcıya verilməsi; alıcılara malın keyfiyyəti, təyinatı, dad, tam və kulinar xüsusiyyətləri, ayrı-ayrı malların qida əhəmiyyəti barəsində məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Kassa aparatında iş qaydalarını. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin və çəki daşlarının sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması; malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına və tezxarabolan malların satış müddətlərinə nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adını, miqdarının, sortluluğunun, qiymətinin, qablaşdırmanın vəziyyətinin və düzgün markalanmasının yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, kesilməsi vədoğranılması; markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; malların üstünə yarlıkların bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi. Piştaxta və mağazadaxili vitrinlərinin tərtibatı. Alıcıların tələbini öyrənilməsi. Çeklərin (pulların) hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğini kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması.
Bilməlidir.
hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını; pərakəndə qiymətləri; malların seçilməsi, geyinilib baxılması, ölçülüb kəsilməsi, komplektləşdirilməsi qaydalarını və üsullarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların hazırlanmasında istifadə olunan əsas xammal və material növlərini və onların müəyyən olunması üsullarını; malların keyfiyyətinə verilən əsas tələbləri; malın qüsurlarının (nöqsanlarının) növlərini; malların dəyişdirilməsi qaydalarının; mallardan istifadənin zəmanətli müddətlərini, malların əsas malgöndərənlərini və onların mühsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümə modanın vəziyyətini; mağazadaxili vitrinlərin tərtibatı prinsiplərini; alıcılara xidmətin mütərəqqi forma və metodlarını, alıcıların tələbi barəsində məlumatların cəmləşdirilməsi metodlarını; malgöndərənlərdən malların qəbul olunması qaydalarını; mal hesablatlarını, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə aktların və maddi qiymətlərin təhvil verilməsi zamanı təhvil-təslim aktlarının hazırlanması və tərtib olunması; inventarizasiyanın keçirilməsi qaydalarını.
İş stajına heç bir tələb qoyulmadan orta ixtisas təhsili və yaxud 4-cü dərəcəli ərzaq mallarının satıcısı vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
& 23. İÇKİLƏRİ HAZIRLAYAN
3-cü dərəcə
İşin xüsusiyyəti
Müəyyən olunmuş resepturaya və texnologiyaya əsasən müxtəlif çay növlərinin, kakao və qəhvə (qəhvəbişirən qablarda və pilətə üstündəki qablarda) hazırlanması. Bir neçə çay sortlarından qarışıqlarındüzəldilməsi, qəhvə dənələrinin üyüdülməsi. Hazırlanmış xammalı qaynamağa qoyulması. Qaynama rejiminin nizamlanması. Hazır qəhvənin süzgəcdən keçirilməsi. Hazır içkilərin porsiyalarla qablara süzülməsi, şəkər, limon, süd, mürəbbə və s. əlavə olunması. İçkilərin, həmçinin yaxmaların, dürməklərin, buterbrodların, qənnadı məmulatlarının və dondurmanın buraxılması. Piştaxta vitrinin tərtib olunması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir.
hazırlanan içkilərin çeşidinin; xammalın saxlanılma şərtlərini və müddətlərini; hazırlanma resepturunu və texnologiyası və məhsulun buraxılma qaydalarını; istifadə olunan avadanlığın quruluşunu vəistismar qaydalarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 24. İÇKİLƏRİ HAZIRLAYAN
4-cü dərəcə
İşin xüsusiyyəti
Müəyyən olunmuş resepturaya və texnologiyaya əsasən müxtəlif çay növlərinin və geniş çeşiddə qəhvə içkilərinin, kakao və şokolad hazırlanması. Qəhvə dənələrinin , qovrulması, qurudulması vəüyüdülməsi. Müxtəlif qəhvə sortlarından qarışıqların düzəldilməsi. Süfrənin düzəlişi, hazır məhsulun buraxılması. Mal hesabatının tərtib olunması.
Bilməlidir.
hazırlanan içkilərin çeşidinin; xammalın alınması qaydasını və onun keyfiyyət xarakteristikasını; xammalın ayrı-ayrı içkilər üçün hazırlanması qaydalarını; hazırlanmış xammalın saxlanılma şəraitini və müddətlərini; geniş çeşiddə hazırlanan içki növlərinin, şokoladın hazırlanması resepturunu və texnologiyasını; müxtəlif qəhvə növlərindən qarışıqların tərtib olunması; süfrənin düzəlişi qaydalarını; hazır məhsulun buraxılması üsullarını; içkilərin hazırlanması zaman istifadə olunan qabları və inventarları, onların təyinatını; mal hesabatını tərtib olunması qaydalarını.
& 25. YEYİNTİ YARIMFABRİKATLARI HAZIRLAYAN
1-ci dərəcə
İşin xüsusiyyəti
Yeyinti yarımfabrikatlarının hazırlanmasında köməkçi işlərin yerinə yetirilməsi; unun, suxarının ələnməsi, lyezonun (yumurta, su və duz qarışığı) hazırlanması, çirklənmiş yerlərin təmizlənməsi, ətdən, quş ətindən damğanın kəsilib atılması, ətin yuyulması, qurudulması. Əlavə məhsulların seçilməsi və təmizlənməsi; nazik pərdələrin, damarlı hissələrin, piy yığınlarının, qan sızılan hissələrin və s. kəsilibatılması. Mal, qoyun, dana, donuz və digər malların cəmdəklərinin döş və boyun hissəsinin təmizlənməsi: vətərlərin, nazik pərdələrin, iri qan damarlarının, sümük və ximircək qalıqlarının və s. ayrılması. Ətin və əlavə məhsulların müəyyən olunmuş ölçülərdə parçalara doğranılması və onların taraya qoyulması. Hazırlanmış yarımfabrikatların unlanması və onların tabaqlara, tavalara düzülməsi. Yeyinti tullantıllarının yığılması və təhvil verilməsi.
Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir.
ət və ətin əlavə məhsullarının təmizlənməsi qaydalarını; cəmdəklərin emal olunan hissələrində əzələ, piy və birləşdərici toxumalarının yerləşməsini; mühtəlif yarımfabrikatların unlanması qaydalarını vənövlərini; lyezonun tərkib hissələrinin nisbətlərini və onun hazırlanması qaydalarını; yeyinti tullantılarının yığılması, saxlanması və təhvil verilməsi qaydalarını; bıçaqların itilənməsi və düzəldilməsi üsullarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 26. YEYİNTİ YARIMFABRİKATLARI HAZIRLAYAN
2-ci dərəcə
İşin xüsusiyyəti
Yarımfabrikatların hazırlanması zamanı xammalın ilkin emalının sadə prosesinin aparılması. Kartofun, tərəvəzin, göyərtinin və meyvələrin maşınla və ya əl ilə təmizlənməsi. Kartofun vəmeyvəköklülərin maşınla təmizlənməsinə və bu zaman müəyyən olunmuş itki normalarına əməl olunmasıa nəzarət edilməsi. Maşınla təmizləndikdən sonra kartofun meyvəköklülərin bəzi yerləriningözlüklərdən, ləkələrdən, onların üstündə qalmış qabıqlardan təkrar təmizlənməsi. Kartofun və meyvəköklulərin maşınla və yaxud əl ilə sortlara ayrılması, kalibrlənməsi, yuyulması. Kartofun vəmeyvəköklülərin maşına yüklənməsi. Mal, qoyun, dana, donuz və digər malların cəmdəklərinin kürək və qalın qıraq hissəsinin təmizlənməsi. Bıçaqların itilənməsi və düzəldilməsi.
Bilməlidir.
kartofun, tərəvəzlərin və göyərtinin maşın üsulu və əl ilə ilkin emalının texniki üsullarını, onların keyfiyyətlilik əlamətlərini; hazır yarımfabrikatların keyfiyyətinə verilən tələbləri; kartofun vəmeyvəköklülərin təmizlənməsi və təkrar təmizlənməsi zamanı yol verilən itki normalarını; tərəvəz yarımfabrikatlarının istehsalında istifadə olunan maşınlarda təhlükəsiz iş üsullarını.
& 27. YEYİNTİ YARIMFABRİKATLARI HAZIRLAYAN
3-cü dərəcə
İşin xüsusiyyəti
Yarımfabrikatların hazırlanması zamanı xammalın ilkin emalının orta mürəkkəb prosesinin aparılması. Cəmdəklərin doğranılması sxeminə əsasən iri və xırda heyvan cəmdəklərinin, yarımcəmdəklərin, çörəklərin kulinar qaydasında kəsiklərə doğranılması. Malın, qoyunun, dananın, donuzun deş ətinin ayrılması. Malın döş ətinin sümükdən aralanması. əzələ, piy və birləşdirici toxumaların sümükdən ayrılması və bu zaman sümükdə ətin, piy və vətərlərin sümük çalaların da qalmasına və həmçinin ətdə xırda sümüklərin olmasına yol verilməsi. Donuz cəmdəklərindən piyin (şpik) kəsilməsi. Sümüklərin ətdən tamamilə təmizlənməsi. Sağrı-bel hissəsinin, dal ayağın təmizlənməsi (vətərlərinə, nazik pərdələrin, iri qan damarlarının, sümük və ximircək qalıqlarının və s. ayrılması). Sümüklərin mişarla doğranılması. Sıx torla tutulan balıq növlərinin içlərinin təmizlənməsi (üzgəclərin kəsilib atılması, axçanın (pulun) təmizlənməsi, içalatının çıxardılması, mexaniki zədə olan yerlərin təmizlənməsi və yaxud onların kəsilib atılması, balıq cəmdəklərinin yuyulması). Balığın bərkitmə (fiksasiya) yolu ilə emal olunması. Ətin əlavə məhsullarının porsiyalara bölünməsi. Ətdən, balıqdan vətərəvəzdən kotlet kütləsinin hazırlanması. Qızardılan, bişirilən pirojnalar və digər məmulatlar üçün mayalanmış xəmirin (yarımfabrikatın), düşbərə üçün xəmirin yoğrulması, onun kəsilməsi,məmulatların formaya salınması. Düşbərənin içliyinin hazırlanması. Ətin sortlara və növlərə görə ayrılması: yan, üst, yuxarı, daxili, qalın, nazik qıraq hissələri. Sümüyün növlərə görə sortlara ayrılması.Balığın sonrakı isti emal növündən asılı olaraq porsiyalara (dərili file, dərisiz, bel sümüyü ilə və sümüksüz) kəsilməsi və unlanması. Kartof və tərəvəzin (çiy, duza qoyulmuş, qaynadılmış) əlnən və maşında doğranması, xırdalanması, sürtgəcdən keçirilməsi. Reseptura ilə müəyyən olunmuş çəkiyə əməl olunmaqla kotlet kütləsindən, xəmirdən məmulatların formaya salınması. Tərəvəzin qiymələnməsi, salat və marinadların hazırlanması. Doğranılmış boruşəkilli sümüklərin, bel, qabırğa sümüklərinin müəyyən nisbətlərdə yığılması, çəkilməsi və xüsusi tərələrə qablaşdırılması.
Bilməlidir.
ət cəmdəklərinin, quş ətinin, balığın doğranılması sxemini; ətdən, quş
ətindən, balıqdan, əlavə məhsullardan iri və xırda yarımfabrikatların, doğranılmış ətin və kotlet kütləsinin, təmizlənmiş kartofun, tərəvəzin, mayalanmış xəmirin hazırlanmasının texnoloji prosesini; xammalın keyfiyyətinin qiymətləndirilməsinin orqanoleptik metodlarını; hazırlanan yarımfabrikatların keyfiyyətinə verilən tələbləri, onların satış müddətlərini, qablaşdırılması, saxlanılması və daşınması qaydalarını; istifadə edilən avadanlığın istismar olunması, tərəzilərin yoxlanılması qaydalarını.
& 28. YEYİNTİ YARIMFABRİKATLARI HAZIRLAYAN
4-cü dərəcə
İşin xüsusiyyəti
Ətdən, quş ətindən, ov quşlarından, nərə balığı fəsiləsindən olan balıqlardan yarımfabrikatların hazırlanması zamanı xammalın ilkin emalının mürəkkəb prosesinin aparılması. İri və xırda mal-qaracəmdəklərinin kürək və döş-qabırğa hissələrinin, quş ətlərinin sümüklərdən ayrılması. İri tikəli ətdən və quş ətindən natural şəkildə (bifşteks, file, antrekot və sairə) və unlanmış şəkildə qızardılmaq üçün porsiyaların doğranılması. Kabab üçün ətin, küftə üçün kütlənin hazırlanması. Nərə balığı fəsiləsindən olan balıqların içlərinin təmizlənməsi (başın aralanması, beldə olan üzgəclərin kəsilib atılması, halqavari layalra ayrılması, halqların qan laxtalarından təmizlənməsi, onların qaynar su ilə pörtürdülməsi, dəridən sümüklərin təmizlənməsi və s.) halqaların porsiya tikələrinə doğranması və onların bərkitmə (fiksasiya) yolu ilə emal olunması. Kövrək undan və lay-lay (qatlama) xəmirin (yarımfabrikatların) hazırlanması.
Bilməlidir.
quş ətinin, iri və xırda mal-qara cəmdəklərinin kürək və döş-qabırğa hissələrinin sümükdən ayrılması, nərə balığı fəsiləsindən olan balıqların doğranılması üsullarını və qaydalarını; iri, xırda mal-qaranın, nərə balığı fəsiləsindən olan balıqların kulinar təyinatlarını; ətdən, balıqdan, nərə balığı fəsiləsindən olan balıqlardan hazırlanan porsiaylı yarımfabrikatların çeşidlərini, onların hazırlanmasının texnoloji proseslərini; kövrək undan və lay-lay xəmirin (yarımfabrikatların) hazırlanması reseptini və texnologiyasını.
& 29. YEYİNTİ YARIMFABRİKATLARI HAZIRLAYAN
5-ci dərəcə
İşin xüsusiyyəti
Ətdən, quş ətindən, ov quşlarından yarımfabrikatların (qiymələnmiş, rulet şəkilli və s.) hazırlanması zamanı xammalın ilkin emalının xüsusilə mürəkkəb prosesinin aparılması. İri mal-qara cəmdəyininçanaq-bud hissəsinin, xırda mal-qara cəmdəyinin qabaq və arxa hissələrinin sümükdən ayrılması. Ətin sortlara ayrılması. Cəmdəklərin və yarımcəmdəklərin hisləmə üçün doğranılması.
Bilməlidir.
quş ətindən və ətdən mürəkkəb yarımfabrikatların hazırlanması texnologiyasını; ayrı-ayrı ət sortlarının kulinar təyinatlarını; iri mal-qara cəmdəyinin çanaq-bud hissəsinin, xırda mal-qara cəmdəyininqabaq və arxa hissələrinin sümükdən yarılması qaydalarını cəmdəklərin anatomik quruluşunu, oynaq birləşmələrini, sümük sistemini; cəmdəkdən, yarımcəmdəkdən yarımfabrikat çıxışınormalarını.
&30. MALLARI QƏBUL EDƏN
/əhalidən şüşə qabları qəbul edən işçilərə də
aid edilir/
3-cü dərəcə
İşin xüsusiyyəti
Malların qəbul olunması. Qablaşmanın bütövlüyünün, tara yerlərində yarlıkların və markalanmanın mövcudluğunun yoxlanılması. Anbara daxil olan malların miqdara görə qəbul olunması. Malların qablandırma vahidində /qutuda, kisədə, topada və s./ olan həqiqi mövcudluğunun uyğunluğunun yoxlanılması. Malların adlarına, artikula, qiymətlərinə,
ölçülərinə və s. görə sortlara ayrılması. Yığılmış şüşə qabların tarayığan təşkilatın nümayəndəsinə təhvil verilməsi. Malların, mal qonşuluğunu nəzərə almaqla saxlanılma üçün yerləşdirilməsi. Malların anbar daxilində yerlərinin dəyişdirilməsi. Malların inventarizasiya üçün hazırlanması.
Bilməlidir.
malların qəbul olunması qaydalarını, anbarda /bazada/ olan malların çeşidini, onların təsnifatını; markalanma və sortlara ayırma qaydalarını; şüşə qabların tədarük qiymətlərini; malların yığılması və saxlanılması şərtlərini və qaydalarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerlərində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 31. MALLARI DƏSTLƏŞDİRƏN
(malları qablaşdıran işçilərə də aid edilir)
İşin xüsusiyyəti.
Malların sənədlərə əsasən seçilməsi. Malların partiyanın dəstləşdirildiyi yerə çatdırılması. Seçilmiş malların adının və miqdarının sənəddə göstərilən malın adı və miqdarı ilə tutuşdurulması. Malların partiyalarının dəstləşdirilməsi. Çəkilmə, qablaşdırma yarlıkının, birkasının və alıcının ünvanının sənədlərə uyğun olaraq doldurulması. Malların inventarizasiya üçün hazırlanması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir:
malların dəstləndirilməsi qaydalarını; anbarda olan malların çeşidini və onların qiymətlərini; malların yığılması və saxlanılması şərtlərini və qaydalarını; müxtəlif malların qablaşdırılması üsullarını; malların çəkilməsi qaydalarını; tərəzilərin nizamlanması qaydalarını; qablaşdırma yarlıkının və birkasının doldurulması qaydasını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 32. MƏTBƏX İŞÇİSİ
2-ci dərəcə
İşin xüsusiyyəti.
Məhsulların daxili anbardan istehsalat sexlərinə çatdırılması. Ərazq olan çənlərin, yeşiklərin, kisələrin açılması. Xörək bişirilən çənlərin su ilə doldurulması və onların pilətənin üstünə qoyulması, hazır xörəklə dolu olan çənlərin xörək paylayan yerlərə aparılması (əlnən, arabada, liftnən və s.) Xarici şəbəkələrə daşınma üçün çənlərin mətbəx məhsullarının nəqliyyat vasitələrinə yüklənməsi. İstifadə olunmuş qabların qabyuyulan yerə va təmiz qabların istehsalat sexlərinə çatdırılması. Boşalmış taranın (çənlərin, mehtərənin (flyaqanın), kisələrin) anbara daşınması. Odunun mişar və balta ilə doğranması, kömürün xırdalanması, elektrik, qaz pilətələrinin və qızdırıcılarının elektrik qoruyucularının işə salınması. İstehsalat tullantılarının yığılması və təhvil verilməsi.
Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir:
müxtəlif yüklərin daşınmasının, yüklənməsinin, boşaldılmasının, nəql edilməsinin təhlükəsiz üsullarını; taranın açılması üsullarını; istehsalatda ərzaqların və hazır xörəklərin bir yerdən başqa yerədaşınması qaydalarını; tullantıların yığılması və təhvil verilməsi qaydalarını; pilətələrin (qaz, elektrik) və bərk maye yanacaqla işləyən pilətələrin işə salınması və keçirilməsi qaydalarını. Odunların əlnən və mexaniki üsullarla doğranılması qaydalarını; mətbəx qab-qacağının, inventarının adlarını, onların təyinatlarını. Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
& 33. NƏZARƏTÇİ-KASSİR
/kassa əməliyyatları aparılmadıqda "nazarətçi" adlanılır/
3-cü dərəcə
İşin xüsusiyyəti
Malların işçi qalığının vaxtında doldurulmasına, malların saxlanmasına, nəzarət-kassa maşınlarının sazlığına və onlardan düzgün istifadə olunmasına, ticarət zalında təmizliyə və qayda-qanunanəzarət edilməsi. Alıcılara xidmət göstərilməsi: malların miqdarının, çəkisinin, uzunluğunun, cütlüyünün, yarlıkının, plombunun /damğasının/, qiymətinin, keyfiyyətinin yoxlanılması. Alışın dəyərinin hesablanması, pulun alınması, çekin vurulması, pulun, qalığının qaytarılması, çekin ödənilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara xidmət edilməsi barəsində, qiymətlər üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Alıcı axınına nəzarət edilməsi. Kassa aparatının sazlığının yoxlanılması, ona nəzarət və çek kağızlarının qoyulması, sayğacların göstəricilərinin yazılması, nömrəqoyanda göstəricilərin "sıfır"a qoyulması, tarixqoyanın qurulması. Malların alınmasında və onların satışa hazırlanmasında iştirak olunması: malın adının, miqdarının, komplektliyinin, sortunun, qiymətinin və markalanmaya, fabrik yarlıklarına və plomblarına /damğalarına/ uyğunluğunun yoxlanılması; məmulatlarınqablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, sortlara ayrılması, ütülənməsi, yığılması, komplektləşdirilməsi, istismar xüsusiyyətlərininyoxlanılması və s; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi. Çeklərin /pulların/ hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi. Satılmayan malların taralara yığılması.
Bilməlidir:
müəyyən qrup malların çeşidini, təsnifatını, xaraktristikasını, onların təyinatını, onlardan istifadə olunması və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını;pərakəndə qiymətləri; malların qəbul olunması, seçilməsi və komplektləşdirilməsi qaydalarını; məmulatların ölçüləri dərəcələrini və onların düzgün müəyyən edilməsi qaydalarını; mallarındəyişdirilməsi və qaydalarını; mallardan zəmanətli istifadə müddətini; malların əsas malgöndərənlərini və onların məhsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümün modasının vəziyyətini; kassa aparatının quruluşunu; alıcılara xidmətin mütərəqqi forma və metodlarını.
&34. NƏZARƏTÇİ-KASSİR
/kassa əməliyyatları aparılmadıqda "nəzarətçi" adlanılır/
4-cü dərəcə
İşin xüsusiyyəti
Malların işçi qalığının vaxtında doldurulmasına, malların saxlanmasına, nəzarət-kassa maşınlarının sazlığına və onlardan düzgün istifadə olunmasına, ticarət zalında təmizliyə və qayda-qanunanəzarət edilməsi. Alıcılara xidmət göstərilməsi: malların miqdarının, çəkisinin, uzunluğunun, cütlüyünün, yarlıkının, plombunun /damğasının/, qiymətinin, keyfiyyətinin yoxlanılması. Alışın dəyərininhesablanması, pulun alınması, çekin vurulması, pulun qalığının qaytarılması, çekin ödənilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara xidmət edilməsi barəsində, qiymətlər üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Alıcı axınına nəzarət edilməsi. Kassa aparatının sazlığının yoxlanılması, ona nəzarət və çek kağızlarının qoyulması, sayğacların göstəricilərinin yazılması, nömrəqoyanda göstəricilərin "sıfır"a qoyulması, tarixqoyanın qurulması. Malların anbardakı /bölmədəki/ çeşidləri ilə tanış olunması. Malların alınmasında və onların satışa hazırlanmasında iştirak olunması: malın adının, miqdarının komplektliyinin, sortunun, qiymətinin və markalanmaya, fabrik yarlıklarına və plomblarına /damğalarına/ uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, sortlara ayrılması, ütülənməsi, yığılması, komplektləşdirilməsi, istismar xüsusiyyətlərinin yoxlanılması və s.; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; mal qonşuluğunun, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya /fakturaya/ uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; piştaxta, mağazadaxili və pəncərə vitrinlərinin və satışda olan mallar haqqında məlumat vasitələrinin tərtibatı, onların vəziyyətinə nəzarət edilməsi. Əhali tələbinin öyrənilməsi. Çeklərin /pulların/ hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi. Satılmayan malların taralara yığılması.
Bilməlidir:
müəyyən qrup malların çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə olunması və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını,pərakəndə qiymətləri, malların qəbul olunması, seçilməsi və komplektləşdirilməsi qaydalarını; məmulatların ölçüləri dərəcələrini və onların düzgün müəyyyən edilməsi qaydalarını; məmulatların dəyişdirilməsi qaydalarını; mallardan zəmanətli istifadə müddətini; malların əsas malgöndərilənlərin və onların məhsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri ; cari mövsümün modasının vəziyyətini, kassa aparatının və ticarət texnoloji avadanlığının əsas quruluş prinsiplərini; mağazadaxili və pəncərə vitrinlərinin tərtibatının prinsiplərini; malların hazırlanmasında istifadə olunan xammal və materialların əsas növlərini və onların tanınması üsullarını; malların keyfiyyətinə verilən tələbləri; malın qüsurlarının /nöqsanlarının/ növlərini; alıcılara xidmətin mütərəqqi forma və metodlarını.
Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər
3-cü dərəcəli nəzarətçi-kassir vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
& 35. NƏZARƏTÇİ-KASSİR
/kassa əməliyyatları aparılmadıqda "nəzarətçi" adlanılır"
5-ci dərəcə
İşin xüsusiyyəti.
Malların işçi qalığının vaxtında doldurulmasına, malların saxlanmasına, nəzarət-kassa maşınlarının sazlığına və onlardan düzgün istifadə olunmasına, ticarət zalında təmizliyə və qayda-qanunanəzarət edilməsi. Alıcılara xidmət göstərilməsi: malların miqdarının, çəkisinin, uzunluğunun, cütlüyünün, yarlıkının, plombunun /damğasının/, qiymətinin, keyfiyyətinin yoxlanılması. Alışın dəyərinin hesablanması, pulun alınması, çekin vurulması, pulun qalığının qaytarılması, çekin ödənilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara xidmət edilməsi barəsində, qiymətlərüzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Alıcı axınına nəzarət edilməsi. Kassa aparatlarının sazlığının yoxlanılması, ona nəzarət və çek kağızlarının qoyulması, sayğacların göstəricilərinin yazılması, nömrəqoyanda göstəricilərin "sıfır"a qoyulması, tarixqoyanın qurulması. Malların anbardakı /bölmədəki/ çeşidləri ilə tanış olunması. Malların alınmasında və onların satışa hazrlanmasında, iştirak olunması: malın adının, miqdarının, komponentliyinin, sortunun, qiymətinin və markalanmaya, fabrik yarlıklarına /damğalarına/uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, sortlara ayrılması, ütülənməsi, yığılması, komplektlə dirilməsi, istismar xüsusiyyətlərinin yoxlanılması və s; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; mal qonşuluğunun, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya və fakturaya uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; piştaxta, mağazadaxili və pəncərə vitrinlərinin və satışda olan mallar haqqında məlumat vasitələrinin tərtibatı, onların vəziyyətinə nəzarət edilməsi. Əhali tələbinin öyrənilməsi. Tələb və alıcıların rəyləri haqqında məlumatların öyrənilməsi və onların ümumiləşdirilməsi. Müdiriyyətin nümayəndələrinin olmadığı zaman alıcılarla olan mübahisəli məsələlərin həll olunması, İnventarizasiyaya hazırlıqda vəonun aparılmasında iştirak edilməsi, mal hesabatlarının, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə müvafiq aktların tərtib olunması və maddi qiymətlərin təhvil verilməsi zamanı təhvil-təslimaktlarının hazırlanması. Çeklərin /pulların/ hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğinin kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan mallarıntaralara yığılması. Aşağı dərəcəli nəzarətçi- kassirlərin işlərinə nəzarət olunması.
Bilməlidir:
müəyyən qrup malların çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə olunması və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını;pərakəndə qiymətləri; malların qəbul olunması, seçilməsi və komplektləşdirilməsi qaydalarını; məmulatların ölçüləri dərəcələrini və onların düzgün müəyyən edilməsi qaydalarını; mallarındəyişdirilməsi qaydalarını; mallardan zəmanətli istifadə müddətini; malların əsas malgöndərənlərini və onların məhsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümün modasınınvəziyyətini; kassa aparatının və ticarət-texnoloji avadanlığın əsas quruluş prinsiplərini; mağazadaxili və pəncərə vitrinlərinin tərtibatının prinsiplərini; malların hazırlanmasında istifadə olunan xammal və materialların əsas növlərini və onların tanınması üsullarını; malın qüsurlarının /nöqsanlarının növlərini; alıcılara xidməti mütərəqqi forma və metodlarını; alıcıların tələbi barəsində məlumatların cəmləşdirilməsi metodlarını, inventarizasiyanın keçirilməsi qaydalarını; mal hesabatlarının, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə aktların və maddi qiymətlilərin təhvil verilməsi zamanı təhvil-təslim aktlarının hazırlanması və tərtib olunması. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər
4-cü dərəcəli nəzarətçi-kassir vəzifəsində 5 ildən az olmayaraq iş stajı.
&36. NİŞASTA HAZIRLAYANIN MAŞİNİSTİ
3-cü dərəcə
İşin xüsusiyyəti
Nişasta /kraxmal/ xammalının hazırlanması: kartofun tullantılarının sürtgəc maşınının bunkerinə doldurulması, onların xırda doğranılması, nişasta südünün durulducu çənlərə vurulması, kraxmalın yuyulması və yuyulmuş kraxmalın boşaldılması, onun keyfiyyətinin müəyyən edilməsi. Sürtgəc maşınına, qarışdıran mexanizmlərə və nasoslara qulluq edilməsi və onların fasiləsiz işinin təmin olunması.Avadanlığın təmizlənməsi və yuyulması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir:
nişastanın /kraxmalın/ hazırlanmasında istifadə olunan xammalın növlərini, kraxmalın hazırlanması texnologiyasını; sürtgəc maşınının, qarışdıran mexanizmlərin və nasosların quruluşunu və onlara qulluq edilməsi qaydalarını; kraxmalın yuyulmasına və onun xırda doğranılması dərəcəsinə verilən tələblər.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerlərində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
&37. OFİSİANT
3-cü dərəcə
İşin xüsusiyyəti
Restoranlarda, kafelardə, qəlyanaltılarda, çayxanalarda, bufetlərdə, yeməkxanalarda müştərilərə xidmət göstərilməsi. Süfrənin mürəkkəb olmayan düzülüşünün edilməsi. Müştərilərdən sifarişlərin qəbulolunması, bufetdən, xörəkpaylayan yerlərdən məhsulların alınması, müştərilər tərəfindən seçilən xörəklərin, içkilərin verilməsi. Restoran, kafe və barlarda qənnadı məmulatları, hədiyyələr, güllər və s. mallar ilə; sərnişin vaqonlarında-isti xörəklər, süd- qatıq məhsullar, kulinar və qənnadı məmulatları, alkaqolsuz içkilər, hədiyyələr, çörək-bulka məmulatları ilə səyyar ticarət edilməsi. Çeklərlə, xüsusi talonlarla və nağdı pulla hesablaşmalar. Zalın açılışa hazırlanması: stolların, stulların silinməsi, ədvaların stolların üstünə düzülüşü. İstifadə olunmuş qab-qacağın yığılması. Növbənin qəbulu və, təhvili. İş yerninin hazırlanması və yığışdırılması.
Bilməlidir:
buraxılan məhsulun çeşidini, çıxış normasını və onların qiymətlərini, içkilərin, qəlyanaltıların, xörəklərin verilməsi ardıcıllığını və onların verilmə temperaturunu, müştərilərlə hesablaşma qaydalarını; nəzarət-kassa maşınlarının istismar olunması qaydalarını, nəğdı pulun, çeklərin və talonların təhvil verilməsi qaydalarını; yeməkxana ağlarının. qab-qacağın, alətlərinin uçotu və təhvil verilməsi qaydalarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
&38. OFİSİANT
4-cü dərəcə
İşin xüsusiyyəti
Restoranlarda və kafelərdə müştərilərin qarşılanması, qəbul edilməsi, onların menyu ilə tanış olunması, sifarişlərin qəbul olunması, seçilən xörəklərə uyğun gələn araq-çaxır məmulatlarının seçilməsi və təklif olunması, sifarişin xörəkpaylayan yerə verilməsi; məhsulların bufetdən, xörəkpaylayan yerdən alınması və onların müştərilərə çatdırılması: stolun üzərində xörəklərin və içkilərin düzülüşü, yerbəyer olunması və paylara bölünməsi. Müştərilərlə hesablaşma aparılması. Ayrı-ayrı müştərilərə, tam xidmət olmayan banketlərə, xüsusi tədbirlərə qulluq edilməsi üçün zalın hazırlanması və süfrələrin düzülüşü. Pulun, yeməkxana ağının, qab-qacaqların və alətlərin alınması və pulun artığının qaytarılması.
Bilməlidir:
müştərilərə xidmət göstərilməsi qaydalarını və texnikasını, xidmət növündən asılı olaraq süfrənin düzülüşü növlərini; çeşidləri, çıxış normasını, məhsulların qiymətlərini, xörəklərini və içkilərin kulinarxarakteristikasını, onların bir-birinə uyğunluğunu, xörəklərin və içkilərin temperaturuna və tərtibatına, onların verilməsinə və verilmə ardıcıllığına qoyulan tələbləri; müştərilərə hesablaşma formalarını və sənədlərini; turistlərə göstərilən xidmətin xüsusiyyətlərini və onların qidalanması spesifikasını; nəzarət-kassa maşınlarının istismar olunması qaydalarını.
&39. OFİSİANT
5-ci dərəcə
İşin xüsusiyyəti
Ofisiantlar tərəfindən tam xidmət göstərilən banketlərin, kokteylərin, furşetlərin və xüsusi tədbirlərin keçirildiyi rəsmi və qeyri-rəsmi qəbullara gələnlərin qarşılanması, qəbul olunması və onlara xidmət göstərilməsi. Xidmət növünə uyğun olaraq milli xüsusiyyətləri nəzərə almaqla süfrənin düzülüşünün həyata keçirilməsi /boşqabların/ şüşə qabların düzülməsi, xörək dəsmallarının-salfetlərin, alət və cihazların qoyulması, stollarda soyuq qəlyanaltıların, müxtəlif içkilərin, meyvələrin yerbəyer olunması/. Müştərilərə yemək qəbul olunan zaman bilavasitə xidmət göstərilməsi/soyudulmuş və isti xörəklərin təklif olunması və boşqablara qoyulması, içkilərin, sulu xörəklərin qablara, boşqablara tökülməsi/. Banketlər, rəsmi və qeyri-rəsmi qəbullar üçün çeşni tərtibatının/menyunun/ tərtib olunması. Göstərilən xidmət növü üçün lazım olan ofisiantların və yeməkxana ağının, qab-qacağın, şüşə qabların və alətlərin sayının hesablanması. Nisbətən aşağı dərəcəliofisiantlara təlimat verilməsi və onların təcrübi səriştəliyinin artırılması.
Bilməlidir:
müştərilərə xidmət göstərilməsinin növlərini və onların hər birinə uyğun olan qaydaları; xidmət növündən asılı olaraq süfrənin düzülüşü üsullarını /qab-qacağın, alətlərin növlərini və təyinatlarını,salfetlərin bükülüşü qaydalarını/; məhsulların çeşidlərini, çıxış normalarını, onların qiymətlərini; xörəklərin və içkilərin kulinar xarakteristikasını, onların bir-birinə uyğunluğunu, xörəklərin və içkilərin temperaturuna və tərtibatına, onların verilməsinə və verilmə ardıcıllığına qoyulan tələbləri; verilən xörəklərin və içkilərin temperaturuna və tərtibatına, onların verilməsinə və verilmə ardıcıllığına qoyulan tələbləri; verilən xörəklərin xarakterinə uyğun gələn şərabların və araq-çaxır məmulatlarının çeşidlərini; ayrı-ayrı müştərilərə və təşkilatlarla hesablaşma formalarını və sənədlərini; nəzarət kassa maşınlarının istismar olunması qaydalarını; turistlərə göstərilən xidmətin xüsusiyyətlərini və onların qidalanması spesifikasını; yeməkxana ağının, qab-qacağın, alətlərin uçotu qaydalarını və onların silinməsi üçün aktların hazırlanmasını; ofisiantların işlərinin təşkili formalarını /fərdi xidmət, briqada-manqa forması və s./; danışıq minimumu səviyyəsində xarici dili.
&40. SATURATORÇU (QAZLI SU HAZIRLAYAN)
3-cü dərəcə
İşin xüsusiyyəti
Qazlı suyun paylanması. Qazlı suyu müəyyən olunmuş reseptlə hazırlayan qurğulara xidmət edilməsi. Saturatorun doldurulması: oraya təlimata əsasən müvafiq nisbətlərdə su və balondan karbon qazı vurulması. Nəzarət ölçü cihazları ilə suyun soyudulması və onun karbon qazı ilə doldurulmasına nəzarət edilməsi. Avadanlıq və armaturanın işində xırda qüsurların aradan qaldırılması.
Bilməlidir:
nəzarət cihazlarının və armaturanın: siyonların, balonların qaz xətlərinin və s. quruluşunu və təyinatını; kimyəvi preparatların doldurulması üsullarını və onların nizamlanması qaydalarını; sanitar-gigiyena minimumunu.
&41. SÜDLÜ KOKTEYLLƏR HAZIRLAYAN
3-cü dərəcə
İşin xüsusiyyəti
Kokteyllərin hazırlanması. Müəyyən olunmuş resepturaya əsasən süddən, şirələrdən və dondurmadan qarışıqların düzəldilməsi, həmin qarışıqların qatışdırılması və mikserin köməyi ilə çalınması,hazır məhsulun, həmçinin qənnadı məmulatlarının, dondurmanın və s. istehlakçılara buraxılması. Məhsulların alınması və onların saxlanılması. Təmiz qab-qacağın olmasının təmin edilməsi. Malhesabatının tərtib olunması.
Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.
Bilməlidir;
südlü kokteyllərin çeşidini; onların hazırlanmasında istifadə olunan xammal növlərini; sərinləşdirici südlü içkilərin hazırlanmasının texniki şərtlərini və texnoloji göstərişlərini; südlü içkilərin çalınmasında istifadə olunan aparatın quruluşunu və istismar qaydalarımı; istehlakçılarla hesablaşma üsullarını; mal hesabatının tərtib olunması qaydalarını.
& 42. TİCARƏT VƏ SOYUDUCU AVADANLIQLARI
ÜZRƏ ELEKTRİK MEXANİKİ
3-cü dərəcə
İşin xüsusiyyəti.
Ticarət aparatlarına, avtomat və yarımavtomatlarına, yeyinti məhsullarının emalı üçün maşınlara,, istilik-elektrik ticarət-texnoloji avadanlıqlara və avadanlıqlara xidmət cihazlarına texniki xidmət edilməsi, cari təmiri, onların mexaniki, elektrik, hidravlik hissələrinin nizamlanması və sökülməsi. Nisbətən yüksək ixtisaslı quraşdırılması, sökülməsi, texniki xidmət göstərilməsi, soyuducunun mexaniki, elektrik və hidravlik hissələrinin təmiri və sazlanması. Ticarət texnoloji avadanlığın təzyiq və hərəkət relesinin, qoruyucu qurğularının qoyulması və nizamlanması. Detalların məngənədə sıxılması. Kommutasiya naqillərinin calaşdırılması detalların müxtəlif lehimlərlə lehimlənməsi. Sistemlərin soyuducu daşıyıcıları ilə doldurulması, soyuducu maşınların hermetikliyinin /kipliyinin/ yoxlanılması.
Bilməlidir:
aparatların, avtomat və yarımavtomatların, yeyinti məhsullarının emalı üçün maşınların, istilik-elektrik ticarət-texnoloji avadanlıqların iş prinsiplərini və onlara xidmət olunması üzrə texniki tələbləri; buraxıcı-müdafiə və nizamlama aparatlarının nasazlığının müəyyən olunması və onların aradan qaldırılmasını; universal və xüsusi alətlərin quruluşunu və onların tətbiqi qaydalarını; yağlayıcı materialların növlərini; sistemlərin soyuducu amillərlə doldurulması üsullarını və qaydalarını; ticarət-texnoloji elektrik qurğularının istismarı zamanı əməyin təhlükəsizliyi qaydalarını; elektrik texnikasının əsaslarını.
& 43. TİCARƏT VƏ SOYUDUCU AVADANLIQLARI ÜZRƏ ELEKTRİK MEXANİKİ
4-cü dərəcə
İşin xüsusiyyəti.
Ticarət aparatlarının, avtomat və yarımavtomatların, yeyinti məhsullarının emalı üçün maşınların, istilik-elektrik ticarət-texnoloji avadanlıqların və avadanlıqlara xidmət cihazlarının əsaslı təmiri, onların mexaniki, elektrik, hidravlik hissələrinin sazlanması və quraşdırılması. Sadə avtomatika sxemi olan soyuducu maşınların sökülməsi, onlara texniki xidmət göstərilməsi, təmir olunması, nizamlanması və quraşdırılması. Hərarət nizamlayıcı və sairə ventillərin qurulması və nizamlanması. Elektrik güc qurğularının elektrik dövrələrinin yerlə birləşdirilməsi. Xidmət olunan maşınların və avadanlıqların sınaqdan çıxarılması. Detalların və qovşaqların bir-biri ilə əlaqədə olan hissələrinin şaberlə /isgənəyəoxşar kəsici alətlə/ yonulması. Aralıqların uyğunlaşdırılması, quraşdırılan detalların, qovşaqların vəaqreqatların mərkəzi vəziyyəti salınması. Xidmət olunan avadanlığın qaynaq olunması. Ticarət işçilərinin avadanlığın istismar olunması qaydaları üzrə təlimatlandırılması. Müəyyən olunmuş texnikisənədləşmənin aparılması.
Bilməlidir:
Xidmət edilən avadanlığın quruluşunu, texniki tələbləri, onların əsaslı təmiri və sazlanması üsullarını və qaydalarını; soyuducu maşınlarda, avadanlıqda, nizamlama və mühafizə cihazlarında olannasazlıqların əsas növlərini və onların aradan qaldırılması üsullarını; cərəyanın gərginliyindən asılı olaraq naqillərin kəsimlərinin, mühafizə cihazlarının seçilməsi qaydalarını; soyuducu amillərin xüsusiyyətlərini; detalların və qovşaqların vaxtından əvvəl köhnəlməsi /aşınması/ səbəblərini və onların aradan qaldırılması üsullarını; təzyiq altında işləyən müxtəlif birləşmələrin qaynaq olunması və lehimlənməsi rejimlərini və üsullarını; müəssisə, təşkilat və idarələrin əməyin təhlükəsizliyi və təlimatlandırmanın əsaslarını; soyuducu maşınların istilik dinamikasının və istilik hesablamalarının əsaslarını.
& 44. TİCARƏT VƏ SOYUDUCU AVADANLIQLARI ÜZRƏ ELEKTRİK MEXANİKİ
5-ci dərəcə
İşin xüsusiyyəti
Yeməklərin paylanması, ərzaq mallarının emalı, qablaşdırılması və bükülməsi, yarımfabrikatların istehsalı üçün avtomat və yarımavtomat və mexanikləşdirilmiş axın xətlərinə, kulinar məmulatlarınınistehsalı üçün avadanlığa, xidmət olunan avadanlığın cihazlarına və elektrik idarəetmə lövhələrinə texniki xidmət göstərilməsi, onların cari təmiri, mexaniki, elektrik, elektron və hidravlik hissələrinnizamlanması və sökülməsi. Orta mürəkkəb avtomatika sxemi olan soyuducu maşınların sökülməsi, təmir olunması, sazlanması və quraşdırılması, onlara texniki xidmət göstərilməsi. Təzyiq altındaişləyən qabların sınaqdan çıxarılması. Sınaqların nəticələrinə görə işçi diaqramların və xarakteristikaların çıxarılması. Vacib detalların statik və dinamik tarazlaşdırılması. Ölçü və sınaq lövhələrinin yığılması, nizamlanması və sazlanması.
Bilməlidir:
avtomat və yarımavtomat, mexanikləşdirilmiş axın xətlərinin və xidmət olunan ticarət və soyuducu avadanlıqlarının quruluşunu və xidmət üçün texniki tələbləri, onların cari təmirini, nizamlanmasını; soyuducu qurğuların iş rejimlərini; avtomatikanın elektrik və elektron sxemlərini; soyuducu qurğuların boru xətlərinin pnevmatik və hidravlik sınaqdan keçirilməsi qaydalarını və onların çoxşaxəli sistemlərinin hermetikliyinin /kipliyinin/ yoxlanması üsullarını; sorbentlərin, yağlayıcı materialların regenerasiya olunması üsullarını və rejimlərini; elektronikanın əsaslarını.
& 45. TİCARƏT VƏ SOYUDUCU AVADNLIQLARI ÜZRƏ
ELEKTRİK MEXANİKİ
6-cı dərəcə
İşin xüsusiyyəti
Yeməklərin paylanması, ərzaq mallarının emalı, qablaşdırılması və bükülməsi, yarımfabrikatların istehsalı üçün avtomat və yarımavtomat və mexanikləşdirilmiş axın xətlərinin, kulinar məmulatlarınınistehsalı üçün avadanlığın, xidmət olunan avadanlığın cihazlarının əsaslı təmir olunması, onların mexaniki, elektrik, elektron və hidravlik hissələrin sazlanması. Mürəkkəb və çox mürəkkəb avtomatikasxemi olan və avtomat idarəetmə sistemi ilə soyuducu maşınların sökülməsi, təmir olunması, sazlanması və quraşdırılması, onlara texniki xidmət göstərilməsi. Elektrik aparatlarının və idarəetməstansiyalarının kompleks sınaqdan çıxarılması və sınaqların nəticələrinə görə işçi diaqramların və xarakteristikaların çıxarılması. Sınaq lövhələrində elektron nəzarət-ölçü və nəzarət-qeydiyyat cihazlarının sınaqdan çıxarılması. Elektoron ticarət və soyuducu avadanlığın tərkibinə daxil olan elektron blokların nizamlanması.
Bilməlidir:
avtomat, yarımavtomat, mexanikləşdirilmiş axın xətlərinin və bütün ticarət və soyuducu avadanlıqların konstruktiv xüsusiyyətlərini, kinematik, texnoloji və elektrik sxemlərini; cihazların quruluşunu, uzaqdan idarə olunan sistemlərin elektoron və elektrik szemlərini; nizamlayıcı qurğuların və elektron avadanlığın ayrı-ayrı elementlərinin hesablanması metodlarını; formulfarların /xidmətkitabçalarının/ və istismar sənədlərinin aparılması qaydalarını.
& 46. TİCARƏT ZALININ KASSİRİ
3-cü dərəcə
İşin xüsusiyyəti.
Kassa əməliyyatlarını həyata keçirir. Alıcılara alınmış mallar /xidmətlər/ və göstərilən xidmətlərə görə hesablamaları aparır. Xırda pulu alır, mövcud malların /xidmətlərin/ çeşidləri və onların qiymətləri ilə tanış olur. Kasa aparatının sazlığını yoxlayır, onu nəzarət və çek lentləri ilə doldurur, sayğacların göstəricilərini qeyd eləyir, nömrəqoyanı "sıfır"a çevirir, tarixqoyanı nizamlayır. Nəzarət-kassa maşınının xırda qüsurlarını aradan qaldırır. Xırda pulun alınması, onun kassa yeşiyində yerləşdirilməsi. Alışların /xidmətlərin/ dəyərini hesablayır, onların pulunu alır, çeki çap eləyir və pulun qalığını, istifadə olunmayan çek üzrə pulu qaytarır. Pulları sayır və müəyyən olunmuş qaydada satış pulunu təhvil verir. Satışın məbləğini kassanın sayğacındakı göstəricilərlə tutuşdurur.
Bilməlidir:
Kassa əməliyyatlarının yerinə yetirilməsi qaydalarını; ilkin kassa və bank sənədlərini, alıcılarla hesablanma qaydalarını; pul vəsaitlərinin və qiymətli kağızların qəbul olunmasını və təhvilverilməsini; nəzarət kassa maşınında iş qaydalarını; kassa aparatlarının müxtəlif sistemlərinin quruluşlarını; satışda olan malların /xidmətlərin/ çeşidlərini və qiymətlərini, göstərilən xidmətləri, pul nişanlarının ödənişlilik əlamətlərini; yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarını. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.
Ümumi orta və təhsil müəyyən olunmuş proqram üzrə kurslar və yaxud fərdi təhsil.
& 47. TİCARƏT ZALININ KASSİRİ
4-cü dərəcə
İşin xüsusiyyəti
Kassa əməliyyatlarını həyata keçirir. Alıcılara alınmış mallar /xidmətlər/ və göstərilən xidmətlərə görə hesablamaları aparır. Xırda pulu alır, mövcud malların /xidmətlərin/ çeşidləri və onların qiymətləri ilə tanış olur. Kassa aparatının sazlığını yoxlayır, onu nəzarət və çek lentləri ilə doldurur, sayğacların göstəricilərini qeyd eləyir, nömrəqoyanı "sıfır"a çevirir, tarixqoyanı nizamlayır. Nəzarət-kassa maşınının xırda qüsurlarını aradan qaldırır. Xırda pulun alınması, onun kassa yeşiyində yerləşdirilməsi. Alışların /xidmətlərin/ dəyərini hesablayır, onların pulunu alır, çeki çap eləyir və pulun qalığını, istifadə olunmayan çek üzrə pulu qaytarır. Pulları sayır və müəyyən olunmuş qaydada satış pulunu təhvil verir. Satışın məbləğini kassanın sayğacındakı göstəricilərlə tutuşdurur. Kassa-kitabını aparır və hesabatını tərtib edir.
Bilməlidir:
Kassa əməliyyatlarının yerinə yetirilməsi qaydaları; ilkin kassa və bank sənədlərini, alıcılarla hesablanma qaydalarını; pul vəsaitlərinin və qiymətli kağızların qəbul olunmasını və təhvilverilməsini; nəzarət kassa maşınında iş qaydalarını; kassa aparatlarının müxtəlif sistemlərinin quruluşlarını; satışda olan malların /xidmətlərin/ çeşidlərini və qiymətlərini, göstərilən xidmətləri, pul nişanlarının ödənişlilik əlamətlərini; yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarını. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.
3-cü dərəcəli ticarət zalının kassiri vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
& 48. UŞAQ YEMƏKLƏRİ ÜZRƏ AŞPAZ
5-ci dərəcə
İşin xüsusiyyəti
Uşaq məsləhətxanalırında, körpələr evində, uşaq bağçalarında, məktəblərdə və digər iaşə müəssisələrində uşaqlar üçün xörəklərin, süd qarışıqlarının, müxtəlif yarmalardan sıyıqların, tərəvəzdənxörəklərin, tərəvəz, meyvə, meyvə-tərəvəz, və ət-tərəvəz məzələrin. qəlyanaltıların, xuruşların, vineqretlərin /həftəbecər hazırlanması. Ət və toyuq bulyonlarının; sümük bulyonunda vegetrian, püreyəbənzər /əzmə/, soyudulmuş və xörəyin üstünə tökülən supların /şorbaların/ bişirilməsi. Müxtəlif növlü tomat, xama, süd və meyvə souslarının; sufle, küftə, qiymələnmiş ət, toyuq və balıq məhsullarından sair xörəklərin; ət, yumurta və kəsmik /süzmə/ ilə tərəvəz qarışıqlarının hazırlanması. Qaynar və soyuq içkilərin, meyvə və tərəvəz şirələrinin, xoşabların, palda və paludələrin /kisellərin/, jele, muss və s. üçüncü xörəklərin hazırlanması. Mayalı və şirin xəmirin hazırlanması və ondan müxtəlif bulka məmulatlarının bişirilməsi. Südəmər, ilkin, məktəbəqədər və məktəbyaşlı uşaqlara onların yaş normalarından asılı olaraq xörəklərin paylanması.
Bilməlidir:
südəmər, ilkin, məktəbəqədər və məktəb yaşlı uşaqların qidalanmasının əhəmiyyətini və əsaslarını; müxtəlif qida məhsullarının xarakteristikasını və onların bioloji əhəmiyyətini, yeyinti məhsullarının keyfiyyətlilik əlamətlərini və onların orqanoleptik qaydada müəyyənolunma üsullarını; çay, yarımfabrikat məhsullarının saxlanılma və istifadə olunma müddətlərini; uşaqlar üçün məhsulların kulinar emalının aparılması xüsusiyyətlərini; duru xörəklərin /şorbaların/, əsas, şirin və soyudulmuş xörəklərin və xəmirdən məmulatların hazırlanması texnologiyasını; suda bişirmə, qızartma, bişirilmə və digər istiliklə emal rejimlərinin və müddətlərini, xammalın normalarını, nisbətlərini və onların qazana qoyulma ardıcıllığını; uşaqların yaşından asılı olaraq yeməyin verilmə həcmini; ərzaqların əvəz olunma cədvəlindən istifadə qaydalarını; istifadə olunan mexaniki, istilik, çəki-ölçü, soyuducu və digər avadanlığın quruluşunu və iş prinsipini, onların istismar olunması və onlara xidmət qaydalarını; qida blokunun saxlanılmasının sanitar-qaydalarını; şəxsi gigiyena qaydalarını; yeməkdən zəhərlənmə hallarının qarşısının alınması tədbirlərini; uşaqlara xörəklərin paylanması qaydalarını.
Əməyin təhlükəsizliyi və iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
&49. ÇAYÇI
4-cü dərəcə
İşin xüsusiyyəti.
Müxtəlif çay növlərindən istifadə edilməsi. Müxtəlif çay və dəmlərin /kəkotu, zəncəfil və s. ot dəmləmələri hazırlanması. Çayla süfrəyə verilən əlavələrin /mürəbbələrin, şəkərin, noğulun, döymə şirninin,paxlava, şəkərbura və s. bu kimi yüngül qəlyanaltıların /yağlı, əzməli, pendirli, süzməli və s bu kimi yaxmaların, dürməklərin, bal0qaymağın, bəhməzlə-qatığın, xamanın, yağın və s./ təyinatının və hazırlanmasını. Müxtəlif çay qarışıqlarından /südlü çay, limonlu çay, şirin çay/ istifadə edilməsi. Müxtəlif elektrik, qazla və kömürlə işləyən su qaynadıcılarından istifadə edilməsi.
Bilməlidir:
çayın süfrəyə verilmə qaydalarını /tək çaydanla, cüt çaydanla, kiçik samovarla, fincanla, armudu bardaqlarla və s./; suyun codluğunun və yumşaqlığının ayırd edilməsi; müxtəlif çay növlərinin orqanoleptik qiymətləndirilməsini; çay hazırlanması nüsxələrini; çay süfrəsinə verilən qab-qaçaq dəstlərindən düzgün istifadə edilməsi; müxtəlif üsullarla /qumda/ buxarda/ daimi istilik verilməklə və ya daimi istilik verilmədən, samovarın dudkeşində və s./ çay dəmlənməsi üsullarını; çay və digər məhsulların saxlnma qaydalarını; mərasim və ənənəvi mətbəxdə milli çayvermə adətlərini; xarici çay ənənələrini, hazırlanma və verilmə üsullarını.
Əməyin təhlükəsizliyi və iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.
© 2009-2022 De Jure.