AİHM şikayətlərə baxılmasında yeni strategiya tətbiq edir

Ramil Gachay's picture

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) şikayətlərə daha tez, effektli baxılması üçün yeni iş icraatı strategiyası qəbul edib. Bu strategiya AİHM-in 2009-cu ildə qəbul etdiyi, 2017-ci ildə dəyişikliklər etdiyi işlərə prioritet qaydada baxılması siyasətinin gücləndirilməsinə söykənir.

AİHM-in məlumatında vurğulanır ki, 2010-cu ildə başladılan və 2020-ci ildə Afina şəhərində başa çatdığı elan edilən “Interlaken islahatı” mərhələsi effektli olub, bu mərhələdə 2011-ci ildə baxılmasını gözləyən 160 min ərizənin sayı 65 minə qədər azalıb. Bu islahat mərhələsi əsasən, AİHM-in icraata qəbul etdiyi ərizələrin həcminə hədəflənmişdi. Eyni zaman kəsiyində həmçinin, icraat müddətini sürətləndirmək və ən önəmli, ən ciddi, ən təcili ərizələrə baxılmasını təmin etmək üçün prioritetlik siyasəti həyata keçirilib. AİHM-in mövcud prioritet siyasəti ən təcili və ən az əhəmiyyətli ərizələri əhatə edən yeddi iş icraatı kateqoriyasını müəyyən edir. Bununla yanaşı, baxılması 5-6 il sürə bilən aralıq kateqoriyalara daxil olan önəmli ərizələr ola bilər. Bu ərizələr insan haqlarının qorunması sisteminin inkişaf etdirilməsi üçün xüsusi önəmə sahib olan, Avropa Konvensiyasının yorumlanması və tətbiqi ilə bağlı yeni müzakirələri, sualları ortaya çıxaran Palata qarşısındakı ərizələrdir. Artılq “Təsiredici” işlər kimi qeyd edələcək belə ərizələr AİHM-in yeni strategiyasının mərkəzində mərkəzində yer alacaq.

AİHM prezident Robert Spano yeni strategiya ilə bağlı deyib:

“2021-ci ilin əvvəlində paradiqma dəyişikliyinə ehtiyac var idi. Məhkəmə ərizəçi və üzv dövlətlər üçün təsiredici və aktual işlərin sürətli müəyyənləşdirilməsinə daha çox diqqət yetirərək, prioritetlik siyasətinin gücləndirilməsinə getdikcə çox əhəmiyyət verəcəkdir. Məhkəmənin uğuru artıq müəyyən bir dövrdə baxılan işlərin sayı ilə deyil, prioritetlik siyasətimiz çərçivəsində üzv dövlətlər və daha geniş Avropa hüquq sahəsi üçün vacib olan işlərə baxılması yolu ilə ölçüləcəkdir”.

AİHM-in yeni stragtegiyası ilə bağlı daha detallı bilgi ilə aşağıda tanış olmaq olar:

“Önəmli Məhkəmə”

Məqsədyönlü və effektiv iş icraatı strategiyası

 

Məhkəmənin yeni iş icraatı strategiyası, “Təsiredici” imkanı böyük olan işlərin aşkarlanmasına hədəflənmiş yanaşmanın tətbiqini nəzərdə tutur. Bu strategiya Məhkəmənin 2009-cu ildə qəbul etdiyi və 2017-ci ildə dəyişdirilmiş prioritet siyasətinin gücləndirilməsinə əsaslanır.

Mövcud prioritet siyasət ən təcili (I kateqoriya) və ən az əhəmiyyətli (kateqoriya VII) arasında dəyişən yeddi iş kateqoriyasını müəyyən edir. I-III kateqoriyaya aid olan işlər əsasən Böyük Palata və ya yeddi Hakimdən ibarət Palatalar tərəfindən çıxarılan qərarlarla həll edilir. V-VII kateqoriyalara aid təkrarlanan və açıq-aşkar qəbuledilməz işlər Məhkəmə tərəfindən “Interlaken islahatı” dövründə uğurla tətbiq olunan müxtəlif süzgəc mexanizmləri və yeni iş üsulları ilə sürətlə tətbiq olunur.

Bununla birlikdə, hazırda IV kateqoriyaya aid olan, ancaq əsas hüquqlara toxunmayan və Məhkəmənin araşdırması üçün orta hesabla 5-6 il sürən, yaxşı əsaslandırılmış, baxılmasını gözləyən 17.800 potensial ərizə var. Bu IV kateqoriyadakı işlər arasında kiçik bir faizi, sözügedən dövlət və ya bütövlükdə Konvensiya sistemi üçün çox vacib məsələləri gündəmə gətirə bilər və daha sürətli iş icraatını zəruri edə bilər. Bu işlər bundan sonra yeni IV – Yüksək kateqoriyasında “Təsiredici” işlər olaraq qeyd ediləcək. Bu günə qədər təxminən 650 belə iş müəyyən edilib.

“Təsiredici” işlər çevik rəhbər qaydalar və nümunələr siyahısı əsasında müəyyən edilir. Meyarlar aşağıdakı kimi müəyyən edilib:

  • işin nəticəsi beynəlxalq və ya yerli qanunvericilik və ya təcrübənin dəyişdirilməsinə və ya aydınlaşdırılmasına səbəb ola bilər;
  • iş əxlaqi və ya sosial məsələlərə toxunur;
  • iş ortaya çıxmaqda olan və ya başqa vacib insan hüquqları məsələsinə toxunur;

Bu meyarlardan hər hansı birinə cavab verdiyi təqdirdə, Məhkəmə, işin yerli mətbuatda geniş şəkildə yayılıb yayılmadığını və/və ya siyasi cəhətdən həssas olmasını nəzərə ala bilər.

Yeni strategiyanın iki prinsipi və qarşılıqlı əlaqəli məqsədi var.

Birincisi, strategiya I-III kateqoriyadakı prioritet işlərin və IV-Yüksək kateqoriyaya aid yeni təsnif edilmiş “Təsiredici” işlərin Məhkəmə tərəfindən daha sürətlə müəyyənləşdirilməsini, baxılmasını və qərar verilməsini təmin etməyi hədəfləyir. Buna Məhkəmə resurslarının artırılması və ciddi daxili monitorinq yolu ilə nail olunacaq.

İkincisi, strategiya mövcud iş metodları və İT vasitələrindən istifadə etməklə, IV kateqoriyadan olan təsirsiz işlərə baxılmasının və standartlaşdırılmasının sürətləndirilməsi yolu ilə balanslı və məhsuldar fəaliyyəti təmin edəcək. Buna uyğun olaraq, bu işlərə Məhkəmə tərəfindən üç Hakimdən ibarət Komitələrdə mümkün qədər səmərəli şəkildə baxılacaq, daha geniş formada Məhkəmənin Oturuşmuş Presedent Hüququ (MOPH) siyasətinin effektiv tətbiqi və MOPH Sürətli-İzləmə prosedurunun daha da inkişaf etdirilməsi fəaliyyəti davam etdiriləcəkdir. Məhkəmə, bu işlərlə bağlı daha qısa və məqsədyönlü qərarlar çıxarmağa çalışacaq. Məhkəmə, V-VII kateqoriyaya aid işlərin səmərəli süzgəcdən keçirilməsinə davam edəcəkdir.

Yeni strategiyanın məqsədi Məhkəmənin uğurunun yalnız rəqəm artımı ilə deyil – yəni, müəyyən bir dövrdə baxılan aşkar şəkildə qəbuledilməz işlərin sayı ilə deyil – daha çox sözügedən dövlət və ümumiyyətlə Konvensiya sistemi üçün aktual olan vacib hüquqi məsələlərə toxunan işlərlə bağlı verəcəyi qərarlarla ölçülməsidir.

Bu strategiya, Məhkəmənin Önəmli Məhkəmə kimi qalmasına ciddi şəkildə kömək edəcək.

http://aihmaz.org/

YER Hostinq

Bizimlə əlaqə

Mob: +994-55-712-1462 (WhatsApp)

Email:
dejure[@]dejure.az,
dejurepromo[@]gmail.com

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.