Auditor rəyi (Şərtsiz müsbət rəy)

Növ: 

Auditor rəyinin tərtib edilməsi forması

1) Şərtsiz müsbət rəy

______________________________________________________________________________

(auditor təşkilatının adı və ya sərbəst auditorun soyadı)

Auditor təşkilatının (sərbəst auditorun)
AUDİTOR RƏYİ

______________________________________

(rəyin ünvanlandığı

______________________________________

fiziki və hüquqi

______________________________________

şəxslərin adı)

 

 

 

Biz (Mən), auditorlar (sərbəst auditor) ________________________________________

______________________________________________________________________________

(soyadı, adı, atasının adı)

______________________________________________________________________________

(lisenziyanı verən təşkilatın adı, lisenziyanın verilmə)

______________________________________________________________________________

(tarixi, №-si)

______________________________________________________________________________

(sifarişçi ilə bağlanmış müqavilənin tarixi, №-si)

müqaviləyə əsasən ______________________ müəssisəsinin «___»____________199_____ il tarixdən 199____ il «___»________________ tarixədək maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən rəyə əlavə edilən _______ səhifəlik maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq (aparmışam).

Yoxlama «___»____________199______ il tarixdə başlayıb, «___»____________199______ il tarixdə başa çatdı.

Audit yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi-təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Bizim (mənim) vəzifəmiz (vəzifəm) həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə vəziyyətinə (maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə), illik mühasibat hesabatları maddələrinin doğruluğuna (mühasibat uçotunun ümumi vəziyyətinə) qiymət verməkdir və biz (mən) yalnız bu rəydə əks olunmuş mülahizələrimizə (mülahizələrimə) görə məsuliyyət daşıyırıq (daşıyıram).

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədilə biz (mən) qüvvədə olan audit standartlarının tələblərinə (müddəalarına) uyğun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişik (yetirmişəm).

Audit zamanı təqdim olunmuş sənədlərdə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, habelə sifarişçi-təsərrüfat subyektinin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

Hesab edirik (edirəm) ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışıq (toplamışam).

Bizim mülahizələrimizə görə maliyyə hesabatları 01.01.19 ____ il tarixə bütün mövcud aspektlərdə müəssisənin faktiki maliyyə vəziyyətinin «___»____________ 19____ ildən «___»____________ 19____ ilədək olan dövr ərzində əməliyyatların nəticələrinin düzgünlüyünü göstərməklə Azərbaycan Respublikasında maliyyə hesabatlarının tərtibi və mühasibat uçotu üzrə qanunvericilik və normativ aktların tələblərinə müvafiqdir.

Rəy «___»______________ 19 _____ il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikincisi isə auditor təşkilatında (sərbəst auditor) saxlanılır.

Auditor təşkilatının (sərbəst auditorun) ünvanı:

 

 

Auditor təşkilatının rəhbəri

______________________________________

(imza)

Auditor

______________________________________

(imza)

M.Y.

 

 
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.