Ekspeditorunun Vəzifə Təlimatı

 

«TƏSDİQ EDİRƏM»

“_________________” ASC-nin

İdarə Heyətinin sədri

____________________Flankəs Flankəsov

 «____»___________ 20___ il

             

 

Ekspeditorunun Vəzifə Təlimatı

                                                                                                                                                         

1.       ÜMUMİ MÜDDƏALAR

 

1.1.            ______ Şöbəsinin Ekspeditoru “_________________” ASC-nin İdarə Heyətinin sədri əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir.

1.2.            “_________________” ASC-nin ______ Şöbəsinin Ekspeditoru (sonradan müvafiq surətdə “Şirkət”, “Şöbə” və “Ekspeditor” adlandırılırlar) bilavasitə Şöbənin Marketinq və Satış Menecerinə tabedir.

1.3.            Ekspeditor bu Vəzifə Təlimatını, Cəmiyyətin satışa buraxılan hazır məhsulu vaxtlı-vaxtında pərakəndə və topdan satış  məntəqələrinə çatdırılmalı və onların məntəqələrdə düzgün və səliqəli yerləşdirilməsini təmin etməlidir.

1.4.            Ekspeditor vəzifəsinə  ali və ya orta təhsilli, müvafiq sahə üzrə 1 ildən az olmayan iş stajına malik olan təcrübəli şəxslər təyin edilə bilər.

 

2.       VƏZİFƏLƏR

2.1.            Satışa buraxılan  məhsulu Cəmiyyətin normativ sənədləri ilə  müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq.

2.2.            Bu təlimata əlavə olunan Plan və hesablaşmalar qaydalarında tərtib edilən həcmdə mallar satmaq;

2.3.            Kateqoriyalara bölünmüş məntəqələr üzrə  getmə tezlikləri əsasında  məhsulun çatdırılmasını təmin etmək;

2.4.            İşini keyfiyyətlə yerinə yetirmək;

2.5.            Satışa aparılan  məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar  dəqiq və ətraflı hazırlayıb Şöbənin Menecerinə yazılı surətdə  təqdim etmək;

2.6.            Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq;

2.7.            Məhsulu satışa hazırlamaq və  realizə etmək;

2.8.            Məhsulun düzgün qiymətləndirilməsini müəyyənləşdirmək;

2.9.            Məhsula satış görünüşünü vermək:

2.10.        Satış rəflərində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirmək;

2.11.        Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək.

 

3.       HÜQUQLARI

3.1.            Cəmiyyətin maraqlarına xidmət edə biləcək səmərəli təkliflər irəli sürmək;

3.2.            Cəmiyyətin hazır məhsulunun satışı ilə bağlı münasibətlərdə meydana çıxan bütün nöqsanlar barədə Şöbə Menecerinə yazılı surətdə məlumat vermək.

3.3.            Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürə bilər.

 

4.       MƏSULİYYƏT

1.1.            Ekspeditor Cəmiyyətin normativ sənədləri ilə müəyyən olunmuş qaydada Cəmiyyət qarşısında məsuliyyət daşıyır;

1.2.            Ekspeditorun hərəkəti və hərəkətsizliyi üzündən Cəmiyyətə və ya Rəhbərliyə vurulmuş hər hansı maddi və ya mənəvi ziyan onun tərəfindən Azərbaycan Qanunvericiliyi və Cəmiyyətin Normativ Sənədlərində nəzərdə tutulan şəkildə ödənilməlidir.

           

 «Tanış olmuşdur»:

 

______ Şöbəsinin Ekspeditoru:   _________________________   

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.