Hüquq departamentinin Əsasnaməsi

                                                                                                    

 

“Təsdiq olunub”

İdarə heyəti sədrinin

_______saylı, ______tarixli

əmri ilə.

 

 

“________________________” MMC-nin

hüquq departamentinin

Əsasnaməsi

 

1.Ümumi müddəalar.

 

    1. Hüquq departamenti “____________________”MMC-nin struktur bölməsi olub, idarə heyətinin sədrinə tabedir.
    2. Hüquq departamenti hüquqi vasitələrlə, cəmiyyətin əsas məqsədi olan, yüksək gəlir əldə edilməsini təmin edir.
    3. Hüquq departamentinin əsas vəzifələri bunlardır:
  • Biznesin səmərəli apparılmasında onun rəqabət üstünlüyünü təmin etməəklə , daha çox məhsul əldə edilməsininə qanuinu üsullarla nail olmaq;
  • Sahibkarlıq fəaliyyətinin mülki əsası kimi, şirkətin aktivlərinin artırılmasını, iqtisadi təhlükəsizliyini və qorunmasını təmin etmək;
  • İşgüzar nüfuz da daxil olmaqla, şirkətin investisiya cəlbediciliyinin, sahibkarlıq dəyərinin artırılması üçün şərait yaratmaq;
  • Sahibkarlıq risklərinin minimallaşdırılmaq;
  • Dövlət hakimiyyəti və idarəetmə orqanlarında , özünü idarəetmə orqanlarında , məhkəmə və hüquqmühafizə orqanlarında, qarşı tərəflə münasibətlərdə təşkilatın hüquq və maraqlarını müdafiə etmək;
  • Cəmiyyətin korporativ maraqlarını qoruyub saxlamaq və inkişaf edirmək.

 

  1. Hüquq departamentinin quruluşu.

 

    1. Hüquq departamentinə direktor rəhbərlik edir.
    2. Hüquq departamentinə aşağıdakı şöbələr daxildir:
  • Korporativ idarəetmə şöbəsi;
  • Müqavilə-hüquq şöbəsi;
  • Normayaradıcı və təşkilatı- sərəmcamverici sənədlər şöbəsi;
  • Pretenziya- iddia işləri şöbəsi.
    1. Hüquq departamentinin ştat cədvəli və quruluşu, departament direktorunun təqdimatı əsasında, idsrə heyəti sədri tərəfindən təsdiq olunur.
    2. Departamentin direktoru və əməkdşları idarə heyətinin sədri tərəfindən təyin olunur.

 

  1. Departamentin fəaliyyəti.

3.1 Hüquq departamenti, ona həvalə olunan tapşırıqlara əsasən, fəaliyyətləri həyata keçirir:

  • Daxili (lokal) normayaradıcı və təşkilatı-sərəncamverici sənədlərin qanuniliyi shəsində:
  • Cəmiyyətdə realizə olunacaq daxili normativ akt layihələrini hazırlamaq və digər struktur bölmələrlə birlikdə hazırlanmasında iştirak etmək;
  • İdarəetmə və nəzarət orqanları, struktur bölmələri, cəmiyyətin vəzifəli şəxsləri və səhmdarlar tərəfindən təqdim olunan daxili normativ akt layıhələrinin hüquqi ekspertizasını aparmaq;
  • Əmrlərin, sərəncamların, təlimatların və digər təşkilatı-sərəncamverici sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunu əvvəlcədən yoxlamaq, eləcə də, lazım gələrsə, bu sənədlərin hazırlanmasında birgə iştirak etmək;
  • Qüvvədə olan qanunvericilikdə dəyişikliklər olarsa və ya hər hansı belə bir sənəd quvvədən düşərsə, uyğun olaraq, daxili normayaradıcı aklarda, təşkilatı–sərəncamverici sənədlərdə də bu dəyişıklıklərin edilməsinin və ya qüvvədən salınmasının təmin edilməsi üçün təsbirlər görmək;
  • Cəmiyyətin Nizamnaməsinin, idarəetmə və nəzarət orqanlarının qərarlarının, qanunvericiliyin tələblərinə əsasən, digər korporativ sənədlərin, daxili normativ aktların və təşkilati-sərəncamverici sənədlərin sistemli qadada qeydiyyatının aparılması və saxlanmasını təmin etmək. (Bu funksiyanın icrası cəmiyyətin dəftərxanasına da həvalə oluna bilər).

 

  • Müqavilə-hüquq işləri sahəsində:

 

  • Müqavilə-hüquq sənədlərinin layihələrinin hazırlanması və digər bölmələr tərəfindən hazırlanmasında iştirak etmək, bu sənədlərin hüquqi ekspertizasını etmək, sənədlərə viza vermək, ekspertiza nəticəsində müəyyən olunan, qüvvədə olan qanunvericiliyə və cəmiyyətin maraqlarına uyğun  olmayan müqavilələrdəki uyğunsuzluğun aradan qaldırılması üçün, cəmiyyətin rəhbərliyinə təkliflərini vermək;
  • Müqvilə intizamının möhkəmləndirilməsi tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, müqavilə öhdəliklərinə, istər cəmiyyət, istərsə də qarşı tərəfdən əməl edilməməsi  və ya lazımı qaydada əməl olunmaması səbəblərini təhlil etmək, bu nöqsanların aradan qaldırılması üçün təkliflərini vermək;
  • Cəmiyyətdə hər il müqavilə kompaniyasının keçirilməsini təşkil etmək;
  • Müqavilə bağlanması və icrası ilə əlaqədar etibarnamələri və digər sənədləri hazırlamaq;
  • Mülki-hüquqi sənədlərin sistemli qaydada qeydiyyatını aparmaq və onları saxlamaq.

 

  • Pretenzıya-iddia işləri shəsində:

 

  • Cəmiyyətin adından, digər struktur bölmələrlə birlikdə qarşı tərəfə pretenziya və iradların və ya pretenziya və iradlara cavabların hazırlanması;
  • Məhkəmə orqanlarında cəmiyyətin maraqlarının qorunması  məqsədi ilə nümayəndə qismində təmsil olunmaq;
  • Təqdim olunmuş pretenziyaların və məhkəmə çəkişmələrinin təhlilini aparmaq və rəhbərlik qarşısında, cəmiyyətin fəaliyyətinin yaxşılaşdırılması üçün təkliflərini vermək;
  • Borcların müəyyən edilməsi məqsədi ilə, cərimə tətbiq edilməsi və debitor borcların vəziyyətinə dair materiallar baxışda iştirak etmək və ümidsiz borcların silinməsi təkliflərinə dair nəticə hazırlamaq;
  • Qanunvericiliyin tələblərinə müvafiq qaydada və cəmiyyətdə müəyyən olunmuş qaydada, malların kəmiyyət və keyfiyyətinə görə qəbuluna riayət olunmasına nəzarət etmək.
  • Pretenziya-iddia işləri ilə əlaqədar bütün iddiaların və pretenziyaların, pretenziyaya cavabların və digər sənədlərin qeydiyyat və saxlanmasını təmin etmək.

 

  • Korporativ idarəetmə sahəsində.

 

  •  Səhmdar cəmiyyəti fəaliyyətini, sahibkarlıq fəaliyyətinin təşkilati-hüquqi forması kimi olmasını təmin etmək;
  • Səhmdar cəmiyyətin idarəetmə və nəzarət orqanlarının fəaliyyətində qanunjvericiliyin tələblərinə əməl olunmasını təmin etmək;
  • Səhmdarların direktorlar şurasının ümumi yığıncaqlarının cağırılmasını və keçirilməsini hazırlamaq;
  • Digər struktur bölmələri ilə birlikdə cəmiyyətin idarəetmə orqanlarının layihələrini və ya təqdim olunan layihələrə hüquqi nəticələri hazırlamaq, verilmiş tapşırııqların icrasına nəzarət etmək;
  • Qiymətli kağızların emissiyasını (buraxılmasını) və dövriyyəsini sənədləşdirmək, qiymətli kağızların yerləşdirilməsi barədə hesabat hazırlamaq, qiymətli kağızların buraxılmasına dair rüblük hesabatlar hazırlama, cəəmiyyətin emitent  (qiymətli kağız buraxan ) kimi maliyyə-təsərrüfat fəaliyyətinə aid mövcud faktlar haqqında aidiyyatı qrumlara məlumat verilməsini təmin etmək;
  • Cəmiyyətin fəaliyyəti haqqında səhimdarları məlumatlandırmaq. Kütləvi informasiya vasitələri və səsvermə bülletenləri vasitəsi ilə səhmdadrların ümumi yığıncaqlarının keçirilməsini elan etmək;
  • Cəmiyyətin səhmlərinin qeydiyyatını aparan qurumla qarşılıqlı əlaqə saxlamaq.

 

  • Sosial tərəfdaşlıq və əmək münasibətlərinin hüquqi təminatı sahəsində

 

  • Kollektiv müqavilələrin şərtlərinin hazırllanmasında və müqavilənin bağlanmasında iştirak etmək;
  • Cəmiyyətin işçiləri tərəfindən ola biləcək  oğurluq hallarının və digər ziyanverici kərəkətlərin qarşısını almaq məqsədi ilə, əmək intizamının möhkəmləndirilməsi tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Cəmiyyətin vəzifəli şəxslərinin təklifi ilə işçilərin intizam və maddi məsuliyyətə cəlb olunması barədə yekun rəy haırlamaq, bu cür əmrləri vizalamaq (baxış etmək) və ekspertiza etmək, əmrlərin quvvədə olan qanunvericiliyə uyğun olmadığı təqdirdə, bu məsələnin qanuni həlli üçün,  rəhbərliyə təklif kjvermək;
  • İşçilərlə fərdi və kollektiv maddi məsuliyyət müqavilələrin bağlanmasında iştirak etmək;
  • İşçilərin təhsil almağa göndərilməsi ilə əlaqədar olan təhsil müqaviləsinin bağlanmasında iştirak etmək;
  • İşçilərin attestasiyasının keçirilməsinə hazırlıqda iştirak etmək, attestasiya komissiyası fəaliyyətinin qanuni təşkil olunmasını təmin etmək;
  • Şəxsi heyətlə əlaqəli bütün işlərdə ( müsabiqə yolu ilə seçmədə, təcrübə keçmədə, yuxarı vəzifəyə təyinat və sr.) hüquqi müşahidə aparmaq;
  • Həmkarlar təşkilatının və digər nümayəndəli təşkilatların əməkdaşlarına hüquqi yardım göstərmək;
  • Kollektiv və fərdi əmək mübashisələri həll olunan orqanlarda nümayəndə kimi iştirak etmək;
  • Cəmiyyətin əməkdaşlarına əmək funksiyaları ilə əlaqədar hüquqi məsələlərdə məsləhətlər vermək.

 

  • Cəmiyyətdə korporativ mədəniyyətin formalaşdırılması sahəsində.

 

  • Cəmiyyətin kollektivini qüvvədə olan qanunlar barədə məlumatlarla təmin etmək, cəmiyyətin vəzifəli şəxslərinin və mütəxəssislərinin digər normativ-hüquqi aktlarlarının və eləcə də cəmiyyətin daxili normativ aktlarının öyrənilməsini təşkil etmək;
  • Cəmiyyətin şəxsi heyyətinin şirkətdaxili təlimlərində iştirak etmək;
  • Şirkətdaxili qəzetdə “Rəsmi məlumat”, “ Hüquqşünas məsləhətləri” başlıqları altında məqalələr çap etdirmək.

 

  1. Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr.

 

  • Mühasibat uçotu xidməti ilə:

Qəbul edir: Cəmiyyətin əmlakının oğurlanması, itirilməsi, zədələnməsi faktları, təşkilat və vətəndaşlardan debitor borclarına və kəsirə görə tutqular üçün məlumatları, obyektin qeydiyyata alınması ilə əlaqədar müqavilə bağlanması və vergitutmanın optimallaşdırılması barədə məlumatları. Cəmiyyət barədə tərtib olunmuş inzibati protokolların və digər işlərin məhkəmədə baxılması zamanı, bu bölmədə mövcud olan, həmin işlərlə əlaqədar sənədləri.

Təqdim edir: Vergitutma məsələlərinə dair və inzibati mübahisələrə dair baxılmış işlərin və digər hüquqi məsələlərlə əlaqədar hüquqi ekspertizanın nəticələrini, qanunvericiliyin və daxili normativ aktların tətbiqi ilə əlaqədar məsləhətləri.

  • Maliyyə xidməti ilə :

Qəbul edir: Cəmiyyətin əmlakına zərər vurmuş şəxslərdən tutqular aparılması məqsəsi ilə pretenziya və iddia verilməsi üçün faktlar üzrə hesablamarı; inzibati- iqtisadi məhkəmələrdə iddia qaldırılması üçün pretenziya materiallarını; hesaba ödənməli olan ödənişdən imtinaya görə pretenziya və iddiaya dair materialları; pretenziya və iddialara baxılması ilə əlaqədar köçürülmüş maliyyə vəsaitləri ilə əlaqədar arayışları; dövlət rüsumunun köçürülməsi barədə sənədi; məhkəmədə mübahisələndirilən maliyyə məsələləri barəsində arayışı; hesablaşma formalarının müəyyən edilməsi üzrə müqavilə nəticələrini.

Təqdim edir: Hüquq departamentinin saxlaması xərclərini, pretenziya və iddialara baxılmasına dair aidiyyatı qurum və məhkəmə orqanı qəqarlarını; baxılan və təmin olunan pretenziya və iddialar üzrə pul məbləğinin daxil olması barəsindəki, qarşı tərəfdən göndərilən,  bank sənədini; iddialar üçün məhkəməyə ödəniləcək dövlət rüsumlarının ödənilməsi barəsindəki həvaləni; idarəetmə sisteminin uçotuna dair vacib sənədləri.

  • Təchizat və maddi-texniki təminat xidməti ilə:

Qəbul edir: Hüquqi ekspertiza üçün müqavilə layihələrini; malın çatdırılması ilə əlaqədar pretenziya və iddia verilməsi üçün lazımı sənədlərlə birlikdə, əsaslandırılmış arayışı; pretenziya və iddia verilməsi üçün müqavilə üzrə qarşılıqlı münasibətləri əsaslandıran sənədləri və həmçinin müqavilə ilə əlaqədar yazışmaların surətlərini.

Təqdim edir: Müqavilə nümunələrini, müqavilə üzrə mübahisəli şərtlərə dair məhkəmə qəqarlarını, pretenziya və iddiaların qəbul olunmasına dair sənədləri; malın kəsir hissəsinin çatdırılması və ya qüsurlu malın yeniləri ilə əvəzlənməsi ilə əlaqədar fikir ayriliqları barəsindəki prookollara dair məsləhətləri.

  • Şəxsi heyətlə hesablaşmaların uçotu bölməsi ilə.

Təqdim edir: İş vaxtının uçotu tabelini; mükafat verilməsi üçün departament əməkdaşlarının siyahısını.

  • Cəmiyyətin digər struktur bölmələri ilə.

Qəbul edir: Qanunvericiliyin tələblərinə uğunluğunu yoxlamaq məqsədi və viza vermək məqsədi ilə, daxili (lokal) normativ aktların, əmrlərin, təlimatların, müqavilələrin və aktların layihələrini; pretnziya və iddia verilməsi və eləcə də cəmiyyətə qarşı verilmiş pretenziya və iddialara etiraz verilməsi üçün arayışların, qərarların və digər sənədlərin əsllərini və ya onların surətlərini; Rəhbərliyin tapşırığı  ilə, intizam əməlləri faktları və cəmiyyətə vurulmuş ziyanla bağlı faktlar üzrə yoxlamalarla bağlı izahatları.

Təqdim edir: Praktiki fəaliyyətdə baş verən hüquqi məsələlərə dair son rəyi, yazılı və ya şifahi arayışları.

 

  1. Departamentin hüquqları.

 

5.1 Öz fəaliyyətini həyata keçirmək üçün hüquq departamenti aşağıakı səlahiyyətlərə malikdir:

- Struktur bölmələrinin fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq;

- Struktur bölmə rəhbərlərinin qanuna zid qərarlarının icrasını dayandırmaq və belə qəqarların ləğv edilməsi üçün rəhbərliyə təklif vermək;

- Departamentin səlahiyyətlərinə aid olan fəaliyyətlə məşğul olan vəzifəli şəxslərdən buna səlahiyyət verən materialları sorğu etmək;

- Struktur bölmə rəhbərlərinin razılığı ilə, həmin bölmə əməkdaşlarının daxili normativ aktların və digər sənədlərin , layihələrinin haırlanmasına, eləcə də hüquq departamenti tərəfindən keçiriləcək tədbirlərin hazırlanması və icrasına cəlb etmək;

- Qanunvericiliyin, daxili sənədlərin tətbiqi və hüquqi işlərin digər istiqamətləri ilə əlaqədar rəhbərlik tərəfindən keçirilən iclaslarda iştirak etmək;

- Bu əsasnamədə müəyyən olunan qaydada, hüquq departamentinin işlərinin aparılması məqsədi ilə, dövlət hakimiyyəti və idarəetmə orqanları, məhkəmə orqanları, təşkilatlar, birliklər və digər orqanlarla əlaqələr yaratmaq;

- Qüvvədə olan qanunvericiliyə zid olan, imza üçün rəhbərliyə təqdim olunacaq, daxili və təşkilati-sərəncamverici sənədlərə viza verməmək;

- Baxılan məsələlərin qanuni yollarla həlli üçün, təkliflər vermək.

5.2  Hüquq departamentinin  bu Əsasnamədə qeyd olunan fəaliyyət çərçivəsində bütün təqdimatları, rəhbəlik və isrifadə üçün, cəmiyyətin bütün struktur bölmələri və vəzifəli şəxsləri üçün mütləqdir.

 

6. Məsuliyyət.

6.1. Bu Əsasnamə ilə departamentə həvalə olununan tapşırıq və fəaliyyətin keyfiyyətli və özvaxtında icrasına görə bütün məsuliyyət departament rəhbərinin üzərinə düşür.

6.2 Digər əməkdaşların məsuliyyət dərəcəsi, vəzifə təlimatlarında müəyyən olunur.

 

 

 

Departamentin direktoru:                                         Filankəs Filankəsgil

 

 

Hazırladı

Nail Hüseynsoy

 

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.