İpotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi barədə

 
 
_________________RAYON MƏHKƏMƏSİNƏ
(Ünvan:)
İddiaçı: _________________________________
Ünvan: _________________________________
Cavabdeh (ipoteka qoyan): _________________________________
Ünvan: _________________________________

 

 

Kredit üzrə borcun qaytarılması üçün ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi barədə
İDDİA ƏRİZƏSİ

 

 

_____________________________ il tarixdə ______________________________ Təşkilatı və _____________________________________________________oğlu (qızı) arasında bağlanılmış ____________________________________ nömrəli kredit (borc) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə ______________________________ təşkilatımız tərəfindən _______________________________________________ dolları məbləğində pul ayrılmışdır. Götürülmüş kredit _______________________ ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizlər kredit müqaviləsinin 1 saylı Əlavəsində nəzərdə tutulmuş qrafik üzrə ______________________________________________ Təşkilatının ______________________ nömrəli hesabına manat ilə ödənilməli idi.
Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə _____________________ tarixdə ____________________________________ İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka müqaviləsinə əsasən, ________________________________________ünvanda yerləşən mülkiyyətində olan ____________________ torpaq sahəsini (reyestr nömrəsi____________, qeydiyyat nömrəsi __________________, seriya _____________________). Təşkilatımız qarşısında ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi bağlandıqdan sonra, həmin müqavilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Azərbaycan Respublikasının İpoteka haqqında qanununun 10.4-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır.
__________________________ (cavabdeh) ilə müqavilə bağlandıqdan sonra, təşkilat müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmışdır. Amma borclu ________________________________________ il tarixindən başlayaraq kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir.
Borclunun ________________________________ tarixə təşkilata olan borcu aşağıdakılardan ibarətdir:
Kredit müqaviləsi üzrə ödənilməli olan əsas məbləğ – __________________________manat;
Əsas məbləğə hesablanmış faiz borcu – __________________________manat;
Hər gecikdirilmiş məbləğə görə cərimə - __________________________manat;
Cəmi: __________________________manat.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448, 449-cu maddələrinə, borclu ilə bağlanmış kredit müqaviləsinin 4, 7-ci bəndlərinə əsasən borclu öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Borclunun Kreditor qarşısında məsuliyyəti yaranır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin qanununun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Bununla belə, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317, 319, 445, 448 və İpoteka Haqqında Azərbaycan Respublikasının Qanununun 4, 34, 36, 39, 47.5-ci maddələrini rəhbər tutaraq,

 

XAHİŞ EDİRİK:

__________________________________ tərəfindən ipotekaya qoyulmuş ______________________________ ünvanda yerləşən mülkiyyətində olan _____________________________________________ torpaq sahəsinin (reyestr nömrəsi ______________, qeydiyyat nömrəsi __________________, seriya _______________________) satılması, satışdan əldə edilən puldan Təşkilatımıza olan ___________________________manat məbləğində əsas kredit borcunun, qətnamə çıxarılan günə hesablanmış faiz (___________) və cərimələrin (____________________) eyni zamanda, bununla bağlı qanunvericiliyə müvafiq olaraq, satışdan əldə edilən pul məbləği bütün hesablanmış kredit borcunun (faiz və cərimələr də daxil olmaqla) ödənilməsi üçün kifayət etmədikdə cavabdehin digər əmlakları hesabına kredit borcunun ödənilməsi və çəkilmiş digər xərclərin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş _______________manat dövlət rüsumunun təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edəsiniz.

QOŞMA:

 

1. İddia Ərizəsinin surətləri - 2 nüsxə;
2. Təşkilatının dövlət reyestrindən Çıxarışın surətləri (və lisenziyasının) - 2 nüsxə;
3. __________________ nömrəli Kredit müqaviləsinin surəti – 1 nüsxə;
4. ________________________ İpoteka müqaviləsinin surəti – 1 nüsxə;
5. Xəbərdarlıqların surətləri - ___ nüsxə;
6. İpoteka müqaviləsinin dövlət qeydiyyatına alınması haqqında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surəti -1 nüsxə
7. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin borcluya və ipoteka qoyana yönəldilməsi haqqında bildirişin surəti – 1 nüsxə;
8. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması haqqında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış ərizə -1 nüsxə,
9. İpotekaya qoyulmuş əmlakın Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın sürəti -1 nüsxə;
10. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti (borclunun və ipotekaya qoyanın) -1 nüsxə,
11. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz,
12. ________________________adına verilmiş etibarnamə -1 nüsxə,
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.